Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-102/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Abdullayev X3 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamış və eyni zamanda özgənin əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 avqust 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Changan” markalı, “Aushan Z6-İDD” modelli, universal tipli **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan avtomobilə aid elektrik şamı ilə sındırdıqdan sonra avtomobilin salonunda qabaq sağ sərnişin oturacağının üzərindən içərisində Zərərçəkmiş şəxs aid "xxxx" QSC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4286 5212 6188 3468 nömrəli elektron plastik pul kartı və 50 manat dəyərində kişi eynəyi olan 20 manat dəyərində pul qabını taladıqdan sonra elektron məlumat daşıyıcısı olan 4286 5212 6188 3468 nömrəli bank hesabında olan 456 manat 17 qəpik puldan 11 avqust 2024-cü il tarixdə, saat 19:14:56-da ünvan 2 ünvanda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 4 manat 20 qəpik məbləğində, həmin tarixdə saat 19:16:00-da ünvan 2 ünvanda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 42 manat və saat 19:16:35-də 45 manat məbləğində, 11 avqust 2024-cü il tarixdə 19:17:54-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanda yerləşən “BRAVO” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 56 manat 96 qəpik məbləğində və saat 19:18:40-da 37 manat 80 qəpik məbləğində alış veriş etməklə əməliyyat aparıb elektron məlumat daşıyıcısından istifadə edərək 185 manat 96 qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 255 manat 96 qəpik maddi ziyan vurmaqla oğurluq etmiş, eyni zamanda "xxxx" QSC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4286 5212 6188 3468 bank kartının hesabında qalıq qalmış 270 manat 21 qəpik pul vəsaitini bank kartının bloklanması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilmədiyindən oğurluğa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Psixi cəhətdən sağlamdır və heç bir psixiatrik qeydiyyatda deyil. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 04 ay 23 gün müddətinə və sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Heç bir yerdə iş tapa bilməmiş və məhkumluq pulunun sentyabr ayında veriləcəyini ona bildirmişdilər. 11 yaşlı qızı var və qızını 3 ildir məhkumluq həyatı yaşadığı üçün görməmişdir. Cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra qızı görüşmək üçün onu çağırırmış, lakin maddi imkanı olmadığı üçün qızının yanına əli boş gedə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında şəxsiyyət vəsiqəsi ilə kreditə telefon götürmək üçün telefon mağazalarını gəzmiş, lakin heç bir mağaza ona kreditə telefon verməmişdir. Məqsədi o olmuşdur ki, telefonu kreditə alıb dəyərindən ucuza satsın və həmin pulla qızı üçün əşyalar alıb onunla görüşməyə getsin. Sonradan oradan telefon ala bilməyəcəyini başa düşüb yaşadığı ünvana doğru yola düşmüşdür. Həmin günü saat 16:00 olardı, Yasamal rayonu, H.Cavid parkı yaxınlığında yolu keçmək istəyən zaman yolun kənarında tünd boz metallik rəngli, “Changan” markalı, **-PY-*** nömrəli cip avtomobilin sahibsiz olduğunu görüb avtomobilin sağ yan tərəfinə yaxınlaşmış, qabaq sağ oturacaqda pul qabının olduğunu görmüşdür. Pul qabının içərisində pul olacağını və həmin pulla qızına əşyalar alıb yanına gedə biləcəyini düşünüb avtomobilin yan şüşəsini sındırmaq üçün əşya axtarmağa başlamışdır. Biraz irəli getdikdə ağacın altında avtomobilin mühərrikinə aid şamın olduğunu görmüş və düşünmüşdür ki, ondan istifadə edərək avtomobilin qabaq sağ qapısının şüşəsini qıra bilər. Həmin əşyanı götürüb avtomobilin yanına gəlmişdir. Ətrafda insanların olmadığını görüb sürücünün avtomobilin yaxınlığında olmamasından istifadə edərək avtomobilin mühərrik şamı ilə qabaq sağ qapının şüşəsinə zərbə endirmiş, şüşə qırılıb salona və yerə tökülmüş, əlini qapının pəncərəsindən içəri salıb pul qabını götürmüşdür. Avtomobilin mühərrik şamını yerə ataraq sürətlə oradan uzaqlaşmışdır. Pul qabının içərisinə baxdıqda nağd pulun olmadığını, lakin bank kartının, şəxsiyyət vəsiqəsinin və eynək olduğunu görmüşdür. Eynək və şəxsiyyət vəsiqəsi lazım olmadığından pul qabı ilə birlikdə Yasamal rayonunda mərkəzi parkda səkinin üzərinə qoymuşdur ki, bəlkə şəxsiyyət vəsiqəsinin sahibini tapıb şəxsiyyət vəsiqəsini sahibinə versinlər. Onun şəxsiyyət vəsiqəsini oğurlamaq və nə də məhv etmək niyyəti olmayıb. Lakin pul qabının içindəki bank kartını özü ilə birlikdə götürmüşdür. Daha sonra Yasamal rayonu ərazisindəki bir neçə marketə daxil olmuş və həmin kartdan istifadə edərək təmassız ödəniş üsulu ilə marketlərdən ümumilikdə 185,96 manat dəyərində ərzaq məhsulları və tütün məhsulu almışdır. Daha sonra kartdan istifadə etmək istəsə də istifadə edə bilməmiş, kartı marketlərdən birinin yaxınlığındaki tullantı qabına ataraq Səbail rayonu, Bayıl qəsəbəsinə qızı ilə görüşməyə getmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda olarkən polis əməkdaşları özlərini təqdim edərək onu PB-nə dəvət etmişlər. Polis bölməsinə gələrkən heç bir təzyiqə və zorakılığa məruz qalmamışdır. Əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 11 avqust 2024-cü il tarixdə saat 16:00-17:00 radələrində dostları ilə çay içib söhbət etmək üçün Hüseyn Cavid parkına getmişdir. Özünə məxsus olan “Changan” markalı, “Aushan Z6-İDD” modelli, universal tipli **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə üzbəüz saxlamış, avtomobildən enib parkın içərisində yerləşən “Yaşıl Kafe”-yə gedib oturmuşdur. Təxminən 1 saat yarım sonra oradan qalxıb getmək qərarına gəlmişdir. Avtomobilinə yaxınlaşdıqda avtomobilin ön sağ qapısının şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığını və ön sağ sərnişin oturacağının üzərinə qoyduğu içərisində ona məxsus "xxxx"-a aid 4286 5212 6188 3468 nömrəli bank kartı, şəxsiyyət vəsiqəsi və eynəyi olan pul qabının oğurlandığını aşkar etmişdir. Belə ki, bank kartına pul ödəmədiyindən ona karta görə ziyan dəyməmişdir. Lakin kişi eynəyinin qiyməti 50 manat, pul qabının qiyməti isə 20 manat idi. Bir qədər sonra onun istifadəsində olan mobil telefonun nömrəsinə oğurlanan bank kartından istifadə edilməklə bank əməliyyatlarının aparılması barədə sms məlumatları daxil olmuşdur. Bank kartının hesabında 456 manat 17 qəpik pul olmuşdur. Bank tərəfindən daxil olmuş sms məlumatları ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, "xxxx" tərəfindən verilmiş 4286 5212 6188 3468 nömrəli bank hesabından 11 avqust 2024-ci il tarixdə, saat 19:14:56-da Bakı şəhəri, Yasamal rayonunda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 4 manat 20 qəpik məbləğində, həmin tarixdə saat 19:16:00-da Bakı şəhəri, Yasamal rayonunda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 42 manat və saat 19:16:35-də 45 manat məbləğində, 11 avqust 2024-cü il tarixdə 19:17:54-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən “BRAVO” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 56 manat 96 qəpik məbləğində və saat 19:18:40-da 37 manat 80 qəpik məbləğində alış veriş etməklə əməliyyat aparılmış və bank hesabından ümumilikdə 185 manat 96 qəpik pul oğurlanmışdır. Avtomobilindən oğurluq nəticəsində ona ümumlikdə 255 manat 96 qəpik maddi ziyan dəymişdir. Bank hesabında pulunun oğurlanmasını bilən kimi bankla əlaqə saxlayaraq "xxxx" QSC tərəfindən verilmiş 4286 5212 6188 3468 bank kartını bloklatdırmış və bundan sonra bank hesabında 270 manat 21 qəpik pul qalıq qalmışdır. Naməlum şəxs onun bank hesabında qalıq qalmış 270 manat 21 qəpik pulu oğurlamaq istəsə də bank kartı bloklandığından həmin şəxsin qalıq pulu oğurlamaq cəhdi baş tutmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Yasamal rayonu, Qurban Xəlilov küçəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə üzbəüz yolun kənarında baş vermişdir (i.v.10-12). “Götürmə və baxış aparılması haqqında” 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd vərəqədən ibarət olan bank məlumatlarını özündə əks etdirən sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 11 avqust 2024-cü il tarixdə naməlum şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus "xxxx" QSC tərəfindən verilmiş 4286 5212 6188 3468 nömrəli bank hesabından Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Red” marketin kassasında olan ödəniş post terminalı vasitəsilə 91,20 manat dəyəirndə və “Bravo” market marketin kassasında olan ödəniş post terminalı vasitəsilə 94,80 manat dəyərində alış-veriş əməliyyatı aparılmışdır (i.v.14-16). “Zərər şəkmiş şəxs qismində tanınma haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və ona bu barədə məlumat verilməsi qərara alınmışdır (i.v.29-30). “İfadənin yerində yoxlanması haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində oğurluq etdiyi yerləri, şəraiti və mexanizmi əyani şəkildə göstərərək ifadəsini təsdiq etmişdir ( i.v.101-102). "xxxx" QSC tərəfindən OUT-2024/10/23-90 №-li məktubla təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan "xxxx" QSC-ə aid 4286 5212 6188 3468 nömrəli bank hesabından çıxarışdan göründüyü kimi elektron məlumat daşıyıcısı olan 4286 5212 6188 3468 nömrəli bank hesabından 11 avqust 2024-ci il tarixdə, saat 19:14:56-da ünvan 2 ünvanda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 4 manat 20 qəpik məbləğində, həmin tarixdə saat 19:16:00-da ünvan 2 ünvanda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 42 manat və saat 19:16:35-də 45 manat məbləğində, 11 avqust 2024-cü il tarixdə 19:17:54-də Bakı şəhəri, Yasamal rayonu,H.Cavid prospekti 46 ünvanda yerləşən “BRAVO” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 56 manat 96 qəpik məbləğində və saat 19:18:40-da 37 manat 80 qəpik məbləğində alış veriş etməklə əməliyyat aparılmışdır (i.v.170-172). “Sübutların qiymətləndirilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-1-ci və 29, 177.2.3-1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs cinayət işi üzrə 16 avqust 2024-cü Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yarandığından ona CM-nin 177.2.3-1-ci və 29, 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan olunması və barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 180, 186, 326.1-ci və 326.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 11 avqust 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən Zərərçəkmiş şəxs götürülmüş 02 ədəd vərəqədən ibarət olan bank məlumatlarını özündə əks etdirən sms məlumatları və "xxxx" QSC tərəfindən OUT-2024/10/23-90 №-li məktubla təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan "xxxx" QSC-nə aid 4286 52 12 61 88 34 68 nömrəli bank hesabından çıxarış cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, sms məlumatları olan 02 ədəd vərəqənin və bank hesabından çıxarışın cinayət işinin materiallarına əlavə edildiyinin nəzərə alınması, Zərərçəkmiş şəxs 255 manat 96 qəpik həddində maddi ziyanın vurulduğunun nəzərə alınması və 255 manat 96 qəpik pul vəsaitinin Təqsirləndirilən şəxs elan ediləcək yeni ittihama daxil edilməsi, “Acess Bank”ın adının "xxxx" QSC olduğunun iş materillarında nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, baxış aparılması haqqında protokollar və digər hüquqi sənədlərin toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs kimi hesab edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olduğunun nəzərə alınması, rədd materiallarının saxlanması üçün Bakı şəhəri Yasamal RPİ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır (i.v.172-180). Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılması, həqiqətin müəyyən edilməsi üçün, belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan da göründüyü kimi həmin ittihamda təqsirləndirilən şəxsin 4286 5212 6188 3468 nömrəli bank hesabında olan 456 manat 17 qəpik puldan 11 avqust 2024-cü il tarixdə, saat 19:14:56-da ünvan 2 ünvanda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 4 manat 20 qəpik məbləğində, həmin tarixdə saat 19:16:00-da ünvan 2 ünvanda yerləşən “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 42 manat və saat 19:16:35-də 45 manat məbləğində, 11 avqust 2024-cü il tarixdə 19:17:54-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanda yerləşən “BRAVO” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 56 manat 96 qəpik məbləğində və saat 19:18:40-da 37 manat 80 qəpik məbləğində alış veriş etməklə əməliyyat aparıb elektron məlumat daşıyıcısından istifadə edərək 185 manat 96 qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 255 manat 96 qəpik maddi ziyan vurmaqla oğurluq etdiyi göstərilsə də, ancaq dəqiqələr arası intervala baxanda təqsirləndirilən şəxsin hər bir dəqiqədə başqa bir ünvanda marketə gedərək ödəniş etdiyi həqiqətə tam uyğun gəlmir. Odur ki, göstərilənləri nəzərə alaraq "xxxx" QSC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4286 5212 6188 3468 saylı kart hesabından 11 avqust 2024-cü il tarixdə saat 19:00-dan 20:00-a qədər çıxan pullar və pulun çıxdığı yer göstərilməklə məlumatların götürülməsi üçün "xxxx" QSC-ə müraciət etmişdir. "xxxx" QSC tərəfindən OUT-2024/12/26-157 №-li məktubla təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan "xxxx" QSC-ə aid 4286 5212 6188 3468 nömrəli bank hesabından çıxarışdan göründüyü kimi elektron məlumat daşıyıcısı olan 4286 5212 6188 3468 nömrəli bank hesabından 11 avqust 2024-ci il tarixdə, saat 19:14:56-da ünvan 6 ünvanında “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 4 manat 20 qəpik məbləğində, həmin tarixdə saat 19:16:00-da ünvan 6 ünvanında “RED” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 42 manat və saat 19:16:35-də 45 manat məbləğində, 11 avqust 2024-cü il tarixdə 19:17:54-də ünvan 7 ünvanında “BRAVO” marketin kassasında olan ödəniş post terminalı vasitəsi ilə 56 manat 96 qəpik məbləğində və saat 19:18:40-da 37 manat 80 qəpik məbləğində alış veriş etməklə əməliyyat aparılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin həmin məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə, saat 19:30da tutulmuşdur (i.v.50-51). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 4(004)- 765/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.95-100). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 2020-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur (i.v.126-127). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ məhkəməsinin 15 fevral 2008-ci il tarixli hökmünə əsasən ARnın CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən xx.xx.2008-ci il tarixli hökm dəyişdirilib cəzası 04 il azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsi yəni 10 ay 10 gününü çəkməsi üçün ümumi rejimə keçirilmiş, 08 oktyabr 2011ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 02 il 04 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (i.v.131-134). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 1(006)-14/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək, yəni 06 (altı) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanıldığı, 26 fevral 2018-ci il tarixdən 28 fevral 2018-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, 05 aprel 2018-ci il tarixdən 11 oktyabr 2018-ci il tarixədək, yəni 06 (altı) ay 6 (altı) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2018-ci il tarixdən hesablanmışdır (i.v.135-158). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(006)-182/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 31 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (i.v.159-165). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 7(007)-791/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 23 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.166-169). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (i.v.185-186). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını (AR CM 59.2-ci), cinayət nəticəsində dəymiş ziyanının könüllü olaraq tamamilə ödənilməsini (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (ümumilikdə 255 manat 96 qəpik maddi ziyan vurma), onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmasını (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin resdivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-102/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-102/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver