Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-103/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5 ünvanında qeydiyyatında olan və faktiki ünvan 2 ev 25 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, ünvan 5 saylı ünvanda yerləşən avtomobil qarajının qarşısından Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus dəyəri 800 manat olan 01 ədəd qara rəngli, 26 ölçülü, «TAN MEİ» markalı, «İmxt» modelli velosipedini, cəmi 800 (səkkiz yüz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində dostu Baba İmanovla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsində piyada gəzərkən bir ədəd sarı rəngli sport modelli «TAN MEİ» markalı velosipedi görüb, onu oğurlayaraq satmaq qərarına gəlmişlər. Bundan sonra Baba ətrafda heç kimin olmadığına əmin olub iti addımlarla həmin velosipedə yaxınlaşıb onu oradan götürərək ona vermişdir. Velosipedi Babadan götürdükdən sonra ünvan 3 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində işləyən Şahid1 həmin velosipedi almağı təklif etmişdir. Ramin ondan velosipedin kimə məxsus olduğunu soruşduqda, o həmin velosipedin özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Ramil velosipedə baxdıqdan sonra ona 60 manata alaq istədiyini bildirmiş, o isə Ramilin bu təklifi ilə razılaşaraq həmin velosipedi ona 60 manata satmışdır. Ramildən pulu götürdükdən sonra o, Baba ilə görüşərək oğurladıqları velosipedi 60 manata satdığını bildirmiş və əldə etdiyi pulun yarısını, yəni 30 manatı Babaya vermiş, yerdə qalan 30 manatı isə özündə saxlamış və həmin gün öz şəxsi maraqları üçün xərcləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər avtoyuma məntəqəsində işləmiş, lakin həmin vaxt işləmədiyi və maddi vəziyyəti pis olduğu üçün oğurluq əməlini törətmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərərin ödənildiyini, yaşlı anasının onun himayəsində olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Yasamal rayonu, M. ünvan 5 saylı ünvanda yerləşən avtomobil təmiri sexində müxtəlif markalı avtomobillərin mühəriklərinin təmiri ilə məşğul olur. Bir müddət əvvəl o 2007-ci il təvəllüdlü Ramil adlı oğlu üçün Rusiya Federasiyasından təxminən 800 manata 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosipedi almışdır. Həmin velosipedi oğlu idarə etdikdən sonra onun işlədiyi avtomobil təmiri sexinin yanında saxlayırmış. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində o oğlunun idarə etdiyi sarı rəngli, 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosipedin yerində olmadığını aşkar etmişdir. Bundan sonra hadisə barədə iş yoldaşı olan Bəhruza, daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ekspert rəyində 350 manat göstərilsədə o həmin velosipedi 800 manata aldığı üçün ona 800 manat zərər dəymişdir, lakin cinayət işinin istintaqının uzanmaması üçün əlavə ekspertiza keçirilməsini tələb etməmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o ünvan 3 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində işdə olan zaman Kamal adlı şəxs ona yaşınlaşaraq velosiped satdığını bildirmişdir. O həmin velosipedə nəzər yetirdikdə onun sarı rəngli 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı olduğunu görmüşdür. Daha sonra o Kamaldan velosipedin kimə məxsus olduğunu və nə üçün satdığını soruşmuş və Kamal onun bu sualına cavab olaraq velosipedin özünə məxsus olduğunu və həmin vaxt işləmədiyi üçün pula ehtiyacı olduğunu bildirmişdir. Daha sonra o Kamala həmin velosipedin 60 manata ala biləcəyini bildirmiş, Kamal isə onun bu təklifi ilə razilaşaraq ondan 60 manat pulu götürüb velosipedi ona təhvil verib oradan getmişdir. Kamal getdikdən sonra o həmin velosipedə bir daha nəzər yetirdikdə onun boyasının bir qədər pozulduğunu görüb, məcbur olub onu qara rəngə boyamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşı ona yaxınlaşaraq Təqsirləndirilən şəxs bir ədəd sarı rəngli 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosipedi almağı barədə sorğu sual etmiş, o isə həqiqəti danışdıqdan sonra, həmin velosipedi polis əməkdaşına təhvil vermişdir. İş üzrə şahid qismində göstərilmiş X3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 80-81-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrindən onunla bir yerdə işləyən tanışı Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri Yasamal rayonu M. ünvan 5 saylı ünvanda yerləşən avtomobilərin qarajında, müştərilərin avtomobillərinin mühərriklərini təmir edərkən, həmin vaxtı Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan oğlu xx xxxxxxx 2007-ci il təvəllüdlü X4 idarə etdiyi sarı rəngli, 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı dəyəri 800 manat olan velosipedi, həmin qarajın qarşısından, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Bundan sonra Semyur Əsədov ondan, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verməsim xahiş etmişdir. Bundan sonra o, baş vermiş oğurlauq hadisəsi ilə əlaqədar, DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirmiş və Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs ümumlikdə 800 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-cu il tarixli protokoldan görünür ki, baxış ünvan 4 saylı ünvanında yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında keçirildi. Baxış keçirilən ünvan Yasamal rayonu, M.ünvan 5 saylı ünvandır. Həmin ünvanda bir neçə fərdi yaşayış evləri mövcuddur. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixində saat 14:15 radələrində ünvan 5 ünvanında saxladığı 800 manata almış olduğu şarı rəngli “TAN MEİ” markalı, sport modelli velosipedi oğurlanmışdır. Faktla bağlı hadisə yerinin şəkilləri çəkilərək baxış protokoluna əlavə olunmuşdur. Heç bir şikayət vəsatət daxil olmadığından protokolun düzgünlüyü imzalarla təsdiqlənmişdir. (i.v. 56-59) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması üçün Bakı şəhəri, Yasamal rayonu, ünvan 5 saylı ünvanın qarşısına gəlinmişdir. Həmin ünvan Bakı şəhəri, Yasamal rayonu, ünvan 5 saylı ünvanın qarşısında avtomobillər saxlama avtoqarajları vardır. İfadə yerində yoxlanılarkən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində işlədiyi Bakı şəhəri, Yasamal rayonu, ünvan 5 saylı ünvanın qarşısında yerləşən avtomobillərdən avtoqarajın qarşısında oğlunun idarə etdiyi sarı rəngli 26-lıq ölçüsü olan sport modelli “TAN MEİ” markalı velosiped naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan başqa ifadənin yerində “sony” markalı fotoaparatla fotoşəkillər çəkilərək ifadənin yerində yoxlama protokoluna əlavə edilmişdir. (i.v.73-76) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş bir ədəd 26-lıq ölçülü olan sport modelli “TAN MEİ” markalı velosipedin nəzərdən keçib bildirdi ki, “3” rəqəmi ilə işarələnmiş, bir ədəd 26-lıq ölçülü olan, sport modelli “TAN MEİ” markalı velosipedin göstərərək, xx xxxxxxxx 2020-ci il tarixində saat təxminən 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 65 saylı ünvanda yerləşən avtomobillərin qarajının qarşısında sonradan istintaq zamanı ona məlum olan X9 tərəfindən bir ədəd 26-lıq ölçülü olan, sport modelli “TAN MEİ” markalı velosipedin xarici görünüşündən, velosipedin oğurluqdan sarı rəngindən qara boya ilə rənglənməsindən və zahiri əlamətlərindən tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 122-123) “Şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün yoxlanılması üçün Yasamal RPİ-nin İnzibati binasının həyətində Müvəqqəti saxlama yerinə məxsus “Mercedes” markalı avtomobilə əyləşilərək Təqsirləndirilən şəxs Yasamal rayonu, Naxçıvani küçəsi, 65 saylı ünvana, sonra isə Cəlil Məmmədquluzadə küçəsi 68 saylı ünvanların qarşısına getməyi bildirmişdir. Həmin ünvanın qarşısına gəldikdə Təqsirləndirilən şəxs avtomobiln saxlanmasını xahiş etmiş, o, həmin avtomobildən düşərək Yasamal rayon, ünvan 5 saylı ünvanın qarşısını göstərərək bildirmişdir ki, xx xxxxxxxx 2020ci il tarixdə saat 15 radələrində tanışı X9 ilə birlikdə qərarlaşaraq həmin ünvanın qarşısında olan sarı rəngli sport modelli “TANMEİ” markalı velosipedi oğurlamışlar. (i.v. 212-217) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/5321 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, 26 ölçülü, “TAN MEİ” markalı “İMXT” modelli velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 350,00 manat müəyyən olunur. (i.v 241-242) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarxli, 9/5321 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunmuş 26 ölçülü, “TAN MEİ” markalı, “İmxt” modelli velosipedin qiymətinin 350,00 manat müəyyən olunmasına aid olan hissəsi qeyri obyektiv qiymətləndirilərək rədd edilməklə sübüt kimi qəbul olunmamışdır. Bir ədəd dəyəri 800 manat olan sarı rəngli, 26-lıq ölçülü olan , sport modelli, “TAN MEİ” markalı velosiped, iş üzrə sübüt əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınması və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. 01 ədəd sarı rəngli, 26 ölçülü “TAN MEİ” markalı “İMXT” modelli velosiped Zərərçəkmiş şəxs mülkiyyəti hesab edilmiş və o zərərçəkmiş şəxs qismində tanınmışdır. Qərarın təsviri hissəsində göstəərilənlərə əsasən, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, ifadəllərin yerində yoxlanılması protokolu, baxış və götürmə haqqında protokol, maddi sübut və əhəmiyyət kəsb etməklə ziddiyyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 252-262) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunmuş və həmin cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. (i.v.252-265) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 185-186) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(004)- 698/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 227) Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam şəkildə ödənilməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək olan həbsdə saxlanıldığı 02 (iki) ay 16 (on altı) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat X1 dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, 26 ölçülü “TAN MEİ” markalı “İMXT” modelli velosipedin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 38 (otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək olan 02 (iki) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 05 (beş) ay 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli, 9/5321 nömrəli ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, 26 ölçülü “TAN MEİ” markalı “İMXT” modelli velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 38 (otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-103/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-103/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver