Məhkəmə qərarları › İş №1(004)-103/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-103/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-103/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, Heydər Əliyev adına Ali Hərbi İnistutunun hərbi qulluqçuları polkovnikleytenant Şahid4 və polkovnik-leytenant Şahid3 vasitəsilə yeni tanış olduğu Zərərçəkmiş şəxs övladı Şahid1 Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Hindarx" X5 mudir olaraq mülki işçi kimi işə düzəltmək arzusunda olmasını öyrəndikdən sonra etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, hər hansı şəxsi hərbi müəssisədə müdir olaraq mülki işçi kimi işə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və Şahid1 faktiki köməklik göstərmək niyyətində olmadığı halda, 09 iyun 2021-ci il tarixdə saat 20 radələrində Bakı Şəhəri, Yasamal rayonu, Qəzənfər Musabəyov parkı ərazisində yerləşən “Cafe Park" kafesində Zərərçəkmiş şəxsla görüşən zaman onu 15000 (on beş min) manat məbləğində pulun güya Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsində xidmət edən adını və soyadını bildirmədiyi general rütbəli şəxsə rüşvət qismində verilməsi müqabilində bu işin həll olunacağına inandırıb razılaşdıraraq Şahid1 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və elə həmin kafedə ondan 15000 (on beş min) manat məbləğində pul almış, lakin vədi üzrə Şahid1 xeyrinə heç bir hərəkət etməyərək onu aldatmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1999-cu ildən Silahlı Qüvvələrdə xidmətə başlamış, müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra 2018-ci ildə isə ordu sıralarından ehtiyata buraxılmışdır. O tərxis olunduqdan sonra maddi vəziyyəti pis olmuş və N nömrəli hərbi hissədən tanıdığı polkovnik-leytenant Şahid4 15.000 manat borca pul istəmiş, Ramin isə özündə pul olmadığını, ətrafından maraqlanacağını demişdir. Bundan bir müddət sonra Ramin onunla əlaqə saxlayaraq iş yoldaşı Şahid3 Şahid1 adında bir tanışı olduğunu, həmin şəxsin Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinin müdiri vəzifəsinə işə qəbul olmaq istədiyini, onun işini düzəldə bilsə ondan pul ala biləcəyini və heç kimə də borclu qalmayacağını demişdir. Bundan sonra ona pul lazım olduğu üçün o, Şahid4 bu barədə lazımi adamlara danışıb xəbər edəcəyini bildirmişdir. Bundan bir gün sonra o Ramin ilə mobil telefonda əlaqə saxlayaraq qeyd olunan işi 15.000 manat müqabilində həll edəcəyini dermişdir. Onun bu sözlərindən bir müddət sonra Ramin həmin şəxsləri onunla görüşdürə biləcəyini demişdir. 09 iyun 2021-ci il tarixdə saat 20 radələrində o, Ramin, Şahid1 və Rüfətin atası Zərərçəkmiş şəxsla Yasamal rayonunun ərazisində yerləşən “Musabəyov” parkında olan “Cafe Park" adlanan kafedə görüşmüşlər. Danışıq zamanı Zərərçəkmiş şəxs oğlu Şahid1 Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir vəzifəsinə işə qəbul olunmaq arzusunda olduğunu və onun bu işə köməklik etməsini xahiş etmişdir. Onların bu təklifinə cavab olaraq o, məsələdən xəbərdar olduğunu və adını, soyadını, vəzifəsini və rütbəsini demədiyi bir adamın vasitəsi ilə 15.000 müqabilində üç ay ərzində Şahid1 həmin vəzifəyə işə düzəldə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs 15.000 manat pulu Şahid4 və Şahid1 yanında ona vermişdir. Zərərçəkmiş şəxs ondan pulu saymağını istəsə də o pulu sayamayaraq şalvarının cibinə qoymuş və Şahid1 şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayışı ona çatdırmasını tapşırmışdır. Ertəsi gün Rüfət Ramin vasitəsilə istəmiş olduğu sənədləri ona göndərmişdir. Bundan sonra o, həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləyib, bir-iki aya qaytara biləcəyini düşünmüşdür. Bundan sonra işin alınmadığını görən Rüfət və onun atası Ziyafəddin onunla əlaqə saxlayan zaman o, onlara səbrli olmalarını, işin qısa zamanda həll olunacağını bildirmişdir. Daha sonra artıq deməyə sözü qalmadığı üçün mobil telefonlarını söndürərək gizlənmişdir. Yekun olaraq o Şahid1 kimin vasitəsi ilə işə düzəltdiyi şəxsin adını, soyadını və rütbəsini deməyidiyi, yəni “general” adını çəkmədiyi üçün özünü CM-nın 178.2.4-cü maddəsi ilə təqsirli olduğunu, hazırda maddi vəziyəti ilə əlaqədar zərəri ödəyə bilmədiyini, etdiyi əməldə peşman olduğunu bildirib, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xihiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur. Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsində mudir vəzifəsinin boş olduğu və Rüfət həmin vəzifəyə mülki işçi kimi işə qəbul olmaq arzusunda olduğundan təxminən 2021-ci ilin may ayında onunla qonşuluqda yaşayan, hərbiçi olan Şahid3 Rüfətin həmin müəssisəyə müdir vəzifəsinə işə qəbul edilməsinə köməklik etməsini xahiş etmiş və Əlizamin onu hərbiçi olan Şahid4lə tanış etmişdir. 2021-ci ilin iyun ayının əvəllərində Rüfət Şahid4lə görüşmüş və X9 Nazirliyində adını, soyadını çəkmədiyi "general" rütbəli şəxs olduğunu və həmin şəxs 23.000 manat müqabilində işin həll edə biləcəyini demişdir. Həmin müəssisənin yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşdiyindən və orada torpaq sahəsinə malik olduğundan oğlunun ora işə düzəlməsinə görə pulu verməyə razılaşmışdır. 09 iyun 2021-ci il il tarixdə saat 19-20 radələrində o, Rüfət və kürəkəni Şahid2 Yasamal rayonu Asan Xidmət Mərkəzinin yaxınlığında Şahid4lə görüşmüşlər. Bundan sonra Elçin maşında qalmış, o, Rüfət və Ramin avtomobildən düşərək Yasamal rayonunun ərazisində yerləşən “Musabəyov” adlanan parkın ərazisində yerləşən “Cafe Park” adlanan kafeyə getmişlər. Orada olan görüş zamanı Şahid4 mülki geyimli şəxsi göstərək adının Abbas olduğunu və onun işi həll edəcək şəxs olduğunu deyib onlara təqdim etmişdir. Tanış olduqdan sonra Şirinov X4 işə düzəlmək barədə istəyindən Şahid4 vasitəsilə xəbərdar olduğunu demiş. Abbasdan bu işi hansı qaydada həll edəcəyini soruşduqda o, Müdafiə Nazirliyində geniş şəxsi əlaqələrinin olduğunu, Müdafiə Nazirliyinin Maddi Texniki Baş İdarəsində xidmət edən ad və soyadını bildirmədiyi “general" rütbəli tanışının vasitəsi ilə 2 ay ərzində 15.000 manat müqabilində həll edə biləcəyini demişdir. Həmin vaxt o, Abbasa 2 ay müddətin cox olduğunu və qeyd edilən məsələni daha tez bir zamanda həll ediləcəyini istədiyini bildirmişdir. Onun bu sözündən sonra Abbas telefonla kiməsə zəng edərək bu işi bir ay müddətinə həll olunubolunabilməyəcəyini soruşmuş və sağollaşıb onlara narahat olmamağı, işi 1 ay müddətinə həll edəcəyini demişdir. Həmin vaxt o, Abbasla razılaşmış və 15.000 manat pulu oğlunun və Şahid4 yanında Abbasa vermişdir. Abbas pulu saymayaraq şalvarının cibinə qoyub Rüfətin şəxsiyyət vəsiqəsinin kserosurətini və yaşayış yerindən arayışı tələb etmiş və onlar sağollaşmışlar. Görüşdən bir neçə ay keçsə də Abbas Rüfətin işini həll edilməsi üçün hər hansı hərəkət etməmiş, soruşduqda pulu lazımı şəxsə verdiyini, qısa müddətə işin həll olunacağını demişdir. Lakin sonuncu vədindən bir müddət sonra Abbas mobil telefonlarını söndürərək onlardan gizlənməyə başlamışdır. Son olaraq cinayət nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 Əliyev adına Ali Hərbi İnistutunda müəllim olaraq xidmət edir və onun qonşuluğunda yaşayır. 2021-ci ilin may ayında o Əlizamindən Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir vəzifəsinə işə qəbul edilməsinə köməklik edə bilıb-bilməməsini soruşmuş, onun sualına cavab olaraq Əlizamin bu işlərlə məşğul olmadığını, lakin bu barədə maraqlanıb ona məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Əlizamin onu iş yoldaşı Şahid4lə tanış etmiş və o Raminlə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka" adlanan ərazidə kafelərin birində görüşmüşdür. Görüş zamanı Ramin ona onun işini həll edə biləcək “general” hərbi rütbəli şəxslə görüşdürəcəyini bildirmişdir. 09 iyun 2021-ci il tarixdə səhər saatlarında atası Zərərçəkmiş şəxs, kürəkənləri Şahid2lə Ağcabədi rayonundan Bakıya gəlmişlər və saat 19-20 radələrində Şahid4lə birlikdə Yasamal rayonu ərazisində yerləşən “Musabəyov” parkında fəaliyyət göstərən "Cafe Park" adlanan kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı Abbas onun atasına 15.000 manat müqabilində 2 ay müddətində onu Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir vəzifəsinə işə düzəldə biləcəni bildirmiş və onun bu təklifi ilə atası razılaşaraq orada 15.000 manat pulu Abbasa vermişdir. Lakin Abbasın dediyi müddətin keçməsinə baxmayaraq iş düzəlməmiş və dəfələrlə əlaqə saxlamağa çalışsa da Abasla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra onlar aldadıqlarını başa düşərək ərizə ilə prokurorluğa müraciət etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusudur. O Rüfəti avtoyuma məntəqəsində çalışdığı üçün tanımışdır. 2021-ci ilin may ayında o hərbi qulluqçu olduğu üçün Rüfət Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə mülki işçi olaraq işə qəbul olunmasına köməklik etməsini ondan xahiş etmiş və o, Rüfəti Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən polkovnik-leytenant Şahid4 ilə tanış etmişdir. 09 iyun 2021-cı il tarixdə axşam saatlarında Rüfət ona zəng edərək Raminin onları işi ilə bağlı bir nəfər şəxslə görüşdürdüyünü, qısa zamanda işinin həll olunacağını demişdir. Bir müdət sonra Rüfətlə görüşən vaxt Rüfət onun atası Ziyafəddin Təqsirləndirilən şəxs ad, soyadını çəkmədiyi Müdafiə Nazirliyində xidmət edən “general" hərbi rütbəli şəxsə çatdırılması üçün 15.000 manat pul verdiklərini, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək işini düzəltmədiyini, pullarını geri qaytarmadığını demişdir. O Təqsirləndirilən şəxs tanısa da onun Rüfət və onun atasını aldadaraq pullarını ələ keçirmək niyyətindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edən zaman hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, mayor Təqsirləndirilən şəxs tanımış, Şahid3 isə 2004-cü ildə tanımışdır. 2021-ci ilin yanvar ayından başlayaraq təxminən 4-5 dəfə Təqsirləndirilən şəxs, Şahid3 və digərləri Bakı şəhərində yerləşən kafelərdə görüşərək vaxt keçirmişlər. 2021-ci ilin fevral ayından başlayaraq isə Əlizamin ona bir neçə dəfə tanışı Şahid1 işə qəbul etdirməyə köməklik etməsini xahiş etmişdir. 2021-ci ilin təxminən may ayının sonları, iyun ayının ayının əvvəllərində Əlizamin yenə ona zəng edərək qonşusu Şahid1 Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir olaraq mulki işçi kimi işə düzəlmək arzusunda olduğunu demiş, bu zaman ağlına Təqsirləndirilən şəxs gəlmiş, çünki sonuncu hər dəfəsində ad, soyadını çəkmədiyi vəzifəli tanışları olduğunu və hərbiyə aid istənilən məsələni həll etmək iqtidarında olduğunu demişdir. 2021-ci ilin may ayının sonları-iyun ayının əvvəllərində Şahid3 və Şahid1la Bakı şəhəri Nəsimi rayonu “Şamaxınka” adlanan ərazidə yerləşən kafelərin birində görüşmüşlər. Görüş zaman Rüfətlə onun işə düzəlməsi məsələsini müzakirə etmiş, ona bu işdə kömək edə biləcək tanışı olduğunu demiş, yəni Təqsirləndirilən şəxs nəzərdə tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla telefonda əlaqə saxlamış və Şahid1 istəyi barədə məlumat vermiş, Abbas ona maraqlanıb xəbər edəcəyini demişdir. Bundan sonra Abbas zəng edərək bu işin Müdafiə Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi ilə əlaqədar olduğunu və 15.000 manat müqabilində həmin idarədə adını, soyadını çəkmədiyi "general" rütbəli şəxs vasitəsilə həll edə biləcəyini demişdir. 09 iyun 2021-ci il tarixə saat 19-20 radələrində Yasamal rayonunun ərazısındə yerləşən Asan Xidmətin yaxınlığında o, Rüfət, Rüfətin atası və kürəkənləri ilə görüşmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxsla görüşmək üçün yaxınlıqda yerləşən “Cafe Park” adlı kafeyə getmişlər. Orada o, X6 tanış etmişdir. Söybət zamanı Ziyafəddin oğlu Rüfəti Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir vəzifəsinə işə qəbul etdirmək istədiyini Abbasa demişdir. Bu zaman Abbas qeyd edilən işi Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində çalışan ad, soyadını çəkmədiyi "general" rütbəli şəxsin vasitəsi ilə 15.000 manat müqabilində həll edə biləcəyini bildirmişdir. Ziyafəddin Abbasın dediyi müddətlə razılaşmamışdır. Bundan sonra Abbas kiməsə zəng edib danışıb qutarandan sonra qeyd edilən məsələnin bir aya həll olunacağını demişdir. Abbasın bu sözündən sonra Ziyafəddin bükülü şəkildə olun pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Abbas pulları saymadan cibinə qoymuş və Ziyafəddindən Rüfətin şəxsiyyət vəsiqəsi və yaşayış yerindən arayışı ona çatdırılmasını xahiş etmiş və bununla görüş başa çatmışdır. İşin həll olunması uzandıqca Rüfət ona teztez zəng edib narahat olduğunu, faizə pul götürdüyünü demiş, o isə Abbasa zəng edib işi həll etməsini, camaatı pis vəziyyətdə qoymamasını bildirmişdir. Abbasda hər dəfəsində müxtəlif bəhanələr gətirərək işi ən qısa zamanda həll edəcəyini deyərək işin həllindən yayınmışdır. Daha sonra Abbas mobil telefonlarını söndürərək gizlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 mart 2022-ci il tarixli məktubundan görünür ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən "xxxx" Hərbi Kənd Təsərrüfatı Müəssisəsi Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 434 nömrəli əmri ilə ləğv edilmişdir. (Cild İ, i.v. 97) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin 12 iyun 2018-ci il tarixli arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.1994-xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş. Azərbaycan Respublikası Müdafiə nazirinin 24 mart 2018-ci il tarixli 0199 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. (Cild İİİ, i.v. 12) “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azercell MMC, Bakcell MMC, Azərfon MMC tərəfindən təqdim edilmiş ümumilikdə 03 ədəd “CD” disk, Şahid1 işə düzəlməsi üçün atası Zərərçəkmiş şəxs pul verməsini təsdiq edən səs yazılar olan 01 ədəd “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınaraq, cinayət işinin materiallarında saxlanılmışdır. (Cild İİİ, i.v. 25-44) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyin ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-cı maddələri ilə elan edilmiş ittihamlar uzrə özünü tam təqsirli bilir. 1999-cu ildən Silahlı Qüvvələrdə xidmətə başlamış, müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra sonuncu dəfə 2016-cı ildə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsində komandirin hüquq işləri üzrə köməkçisi vəzifəsində, mayor rütbəsində xidmət etmiş. 2018-ci ildə isə ordu sıralarından ehtiyata buraxılmışdır. O. tərxis olunduqdan sonra maddi durumu aşağı vəziyyətə düşmüş və ətrafında olan şəxslərə guya Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslərlə əlaqədə olduğunu, hərbiyə aid istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirmiş və bu təklifi N nömrəli hərbi hissədən tanıdığı polkovnik-leytenant Şahid4 da çatdırmışdır. Daha sonra 2021-ci ilin may ayında polkovnik- leytenant Şahid4 15000 (on beş min) manata /axın borca pul istəmiş, sonuncu isə özündə pul olmadığını, ətrafı ilə maraqlanacağını demişdir. Təxminən 2021-ci ilin ilin may ayının sonları iyun ayının əvvəllərində Şahid4 onunla əlaqə saxlayaraq iş yoldaşı Şahid3 Şahid1 adında bir tanışı olduğunu, həmin şəxsin Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir olaraq mülki işə qəbul olmaq istədiyini, onun işini düzəldə bilsə ondan pul ala biləcəyini və heç kimə də borclu qalmayacağını demişdir. Bu sözlərdən sonra ona pul lazım olduğu üçün işə düzəltmək adı altında pullar əle keçirmək fikri yaranmış, amma niyyətini Şahid4 bildirməmişdir. O, Şahid4 adamları ilə danışıb xəbər edəcəyini bildirmiş, görüntü yaratmaq üçun bir gun keçməsini gözləmiş və Raminlə mobil telefonda əlaqə saxlayaraq qeyd olunan işi Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində çalışan ad. soyadını demədiyi "general" rütbəli şəxsin vasitəsilə 15000 (on beş min) manata həll edəcəyini, yəni həmin pulların onun vasitəsilə generala verilməsi müqabilində işi həll edəcəyini dermişdir. Habelə o. polkovnikleytenant Şahid4 həmin şəxsləri onunla görüşməyə də gətirə biləcəyini demişdir. Şahid4 onunla əlaqə saxlayaraq Şahid1la danışdığını, onun təklifini dediyini və bu işlə atası Zərərçəkmiş şəxs məşğul olduğunu, sonuncu da pulu verməyə razı olduğunu, sadəcə olaraq görüşmək istədiyini bildirmişdir. O görüşə etiraz etməmiş və görüş günu olaraq 09 iyun 2021-ci il tarixini təyin etmişlər. 09 iyun 2021-ci il tarixdə günorta saatlarında Şahid4 onunla əlaqə saxlayaraq Şahid1 və atası Zərərçəkmiş şəxs Bakı şəhərinə gəldiklərini, görüşmək istədiklərini bildirmiş, o Şahid4 Yasamal rayonu. Qəzənfər Musabəyov parkı ərazisində yerləşən “Cafe Park" kafesində görüşməyə gətirmələrini demiş, həmin gün saat 20 radələrində Şahid4 yanında iki nəfər şəxslə həmin ərazidəki kafeyə gəlmiş, Şahid1 və atası Zərərçəkmiş şəxs onunla tanış etmiş, həmin şəxslərə onu "Abbas müəllim" olaraq tanıtmışdır. Tanışlıqdan sonra Zərərçəkmiş şəxs oğlu Şahid1 Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənd Təsərrüfatı müəssisəsinə müdir olaraq mülki işə qəbul olunmaq arzusunda olduğunu və köməklik etməsini xahiş etmişlər. O. məsələdən xəbərdar olduğunu və Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsində çalışan ad, soyadını bildirmədiyi “general" rütbəli şəxsin vasitəsilə 15 min manata işi həll edəcəyini bildirmişdir. O. Zərərçəkmiş şəxs inandırıcılıq olsun deyə bu işlə bağlı maddi marağının olmadığını deyərək. 15 min manat pulu generala verdikdən sonra həmin puldan ona da hörmət ediləcəyini söyləmişdir. O, işin iki aya həll olunacağını deyən zaman Zərərçəkmiş şəxs etiraz etmiş, belə olan halda o görüntü yaratmaq üçün guya kiməsə zəng edərək müəllim bu işi bir ay müddətinə həll etmək olarmı deyə soruşmuş, lakin əslində kiməsə zəng etməmişdir. Daha sonra Zərərçəkmiş şəxs işı bir aya həll edəcəyini bildirmiş, məqsədi həmin pulu almaqda qərarlı olması olmuşdur. Danışıqları Zərərçəkmiş şəxs əminlik yaratmış və sonuncu 15000 (on beş min) manat pulu Şahid4 və Şahid1 yanında vermişdir. Zərərçəkmiş şəxs ondan pulu saymağını istəsə də o pulu sayamayaraq şalvarının cibinə qoymuşdur. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləyib daha sonra bir-iki aya qaytarmaq fikri olmuşdur. Z.lsmayılovla sövdələşmə baş tutduqdan sonra görüntü yaratmaq üçün Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurətini və yaşayış yerindən arayışı ona çatdırmasını tapşırmışdır. Görüş başa çatdıqdan sonra o ayrılmış. Zərərçəkmiş şəxs. Şahid1 və Şahid4 isə birlikdə çıxıb getmiş, ertəsi gün R.Şahid1Əliyev vasitəsilə istəmiş olduğu sənədləri ona göndərmişdir. Daha sonra işin alınmadığını görən Şahid1 və Zərərçəkmiş şəxs onunla əlaqə saxlayan zaman səbrli olmalarını, işin qısa zamanda həll olunacağını, yalandan pulları generala verdiyini, qısa zamanda işi həll edəcəyini bildirmişdir. Daha sonra ifşa olunmaqdan qorxduğu, həm də Zərərçəkmiş şəxs pullarını qaytara bilmədiyi üçün mobil telefonlarını söndürərək gizlənmişdir. Zərərçəkmiş şəxs rüşvət qismində verilərək oğlu Şahid1 işə düzəltmə adı altında aldığı 15000 (on beş min) manat pulu dələduzluq yolu ilə ələ keçirərək öz şəxsi ehtiyacları üçün xərcləmişdir Hazırda o törətdiyi əməldən peşman olduğunu və Zərərçəkmiş şəxs almış olduğu 15000 (on beş min) manatı geri qaytarmaq istədiyini bildirmişdir. (Cild İİİ, i.v. 125-131) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini, yəni “general” adını çəkmədiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndinin tövsiyyələrində göstərilir ki, «dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qəraından göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild İ, i.v. 137) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 134-135) AZ-İ № 729007 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 06 mart 2006-cı il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. (Cild İİİ, i.v. 17) Fəxri Fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs vəzifə borclarını layiqincə yerinə yetirdiyindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışdır. (i.v. 19-21) Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 10B saylı evin 20 nömrəli mənzilində kirayəşin yaşadığı müddətdə, özündən və qonşularından onun barəsində Yasamal Bələdiyyəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CMin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-in 178.2.4cü maddəsi ilə barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi vaxtdan, yəni 25 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar