Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-104/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1995-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qax rayonu İ.Mustafayev küçəsi döngə 5-də qeydiyyatda olan və yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qax rayonu İ.Mustafayev küçəsi döngə 7 mənzil 7-də qeydiyyata olan və Qax rayonu Qax-İngiloy kəndinə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrindən saat 05:19-a qədər olan müddət ərzində saxlanc yeri hesab edilən Bakı şəhəri Yasamal rayonu M.ünvan 2 saylı ünvanda yerləşən və Zərərçəkmiş şəxs məxsus “X11 and Grilin” adlı restoranın avtomobillərin saxlanılması üçün nəzərdə tutulan avtodayancağa açılan arxa dəmir qapısını oradan tapdıqları 02 ədəd dəmir parçaları ilə sındırdıqdan sonra Təqsirləndirilən şəxs2 restorana-binaya qanunsuz daxil olmuş, o isə kənar şəxsin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədilə dayanacaqda olan avtomobillərin arxasında dayanmış, sonuncu restoranın barında olan kassadan 15 manat nağd pul, 01 ədəd 20 manat dəyərində “Arxanqelsk”, 01 ədəd 30 manat dəyərində “Shtrumbas”, 01 ədədinin qiyməti 20 manat olan 02 ədəd 40 manat dəyərində “Ağsu”, 01 ədəd 15 manat dəyərində “Naliboki” markalı araqları, 01 ədəd 45 manat dəyərində “Siera”, 01 ədəd 50 manat dəyərində “Olmega” markalı tekilaları, 01 ədəd 45 manat dəyərində “Jagermeister” markalı likoru, 01 ədəd 50 manat dəyərində “Kapitan Morgan” markalı room içkisini, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd 30 manat dəyərində “Redbul”, 01 ədədinin dəyəri 1 manat olan 06 ədəd 6 manat dəyərində “Bizon” markalı energetik içkiləri, mətbəxdə olan soyuducudan 01 ədədinin dəyəri 5 manat olan 15 manat dəyərində “hisə verilmiş farel balığı”, 01 kiloqram 12 manat dəyərində donuz qabırğası, 15 manat dəyərində müxtəlif markalı sosislər, 01 ədəd 250 manat dəyərində Çində istehsal edilmiş «HP» markalı, «Pavilion G8» istifadədə olmuş notbuk kompüterini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 638 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrindən saat 05:19-a qədər olan müddət ərzində saxlanc yeri hesab edilən Bakı şəhəri Yasamal rayonu M.ünvan 2 saylı ünvanda yerləşən və Zərərçəkmiş şəxs məxsus “X11 and Grilin” adlı restoranın avtomobillərin saxlanılması üçün nəzərdə tutulan avtodayancağa açılan arxa dəmir qapısını oradan tapdıqları 02 ədəd dəmir parçaları ilə sındırmaqla restorana-binaya qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs1 isə kənar şəxsin gələcəyi təqdirdə ona xəbər vermək məqsədilə dayanacaqda olan avtomobillərin arxasında dayanmış, Təqsirləndirilən şəxs2 restoranın barında olan kassadan 15 manat nağd pul, 01 ədəd 20 manat dəyərində “Arxanqelsk”, 01 ədəd 30 manat dəyərində “Shtrumbas”, 01 ədədinin qiyməti 20 manat olan 02 ədəd 40 manat dəyərində “Ağsu”, 01 ədəd 15 manat dəyərində “Naliboki” markalı araqları, 01 ədəd 45 manat dəyərində “Siera”, 01 ədəd 50 manat dəyərində “Olmega” markalı tekilaları, 01 ədəd 45 manat dəyərində “Jagermeister” markalı likoru, 01 ədəd 50 manat dəyərində “Kapitan Morgan” markalı room içkisini, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd 30 manat dəyərində “Redbul”, 01 ədədinin dəyəri 1 manat olan 06 ədəd 6 manat dəyərində “Bizon” markalı energetik içkiləri, mətbəxdə olan soyuducudan 01 ədədinin dəyəri 5 manat olan 15 manat dəyərində “hisə verilmiş farel balığı”, 01 kiloqram 12 manat dəyərində donuz qabırğası, 15 manat dəyərində müxtəlif markalı sosislər, 01 ədəd 250 manat dəyərində Çində istehsal edilmiş «HP» markalı, «Pavilion G8» istifadədə olmuş notbuk kompüterini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 638 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 4 il Fuad Mustafayev ilə bir yerdə Qax rayonunda yerləşən 2 saylı Beynəlmiləl liseydə oxumuşlar. Fuadın ondan 3 sinif yuxarı oxumasına baxmayaraq onların münasibətləri yaxın olmuşdur. Təxminən xx xxxxxx 2019cu il tarixdə Fuad ona əvəllər işlədiyi “Beer Daha” adlı restorandan oğurluq etməyi təkif etmiş və ilkin olaraq o bu təklif ilə razılaşmasada sonradan yeyib içmək həvəsinə gəldiyi üçün razılaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 01:50 radələrində Fuadla görüşərək Yasamal rayonu Naxçıvani (keçmiş 6-cı Paralel) küçəsində yerləşən “Favorit” marketin yanında yerləşən “Beer Daha” adlı restoranının yaxınlığına getmişlər. Restoranın arxa qapısı avtomobillərin parklamasını üçün qaraja açıldığından onlar ora gedərək 2 ədəd dəmir parçası tapıb və bir müddət hamının getməsini gözlədikdən sonra restorana arxa tərəfində olan giriş qapısına yaxınlaşmışlar. Həmin dəmir parçalarının köməyi ilə “Beer Daha” restoranının qaraj tərəfdən olan qızılı rəngli qapısının aşağı sağ tərəfində olan petləsini sındırdıqdan sonra əlləri ilə dartaraq qapının üz dəmirini qopartmışlar. Bundan sonra belə qərar gəlmişlər ki, Fuad əvəllər həmin restoranda işlədiyi üçün oranın içərisinə bələddir, elə buna görə də Fuad içəriyə daxil olsun, o isə Fuadın təhlükəsizliyini təmin etmək üçün avtomobillərin arasında gizlənərək, kimsə gəldiyi tədqirdə bu barədə Fuada xəbər versin. Onlar razılaşdıqdan sonra Fuad onların qapının üzlüyünü dartmaları nəticəsində yaranmış 40-50 satimetrlik yerdən çətinliklə içəri daxil olmuş, o isə avtomobillərin arasında gizlənmişdir. Təxminən 20 dəqiqədən sonra Fuad həmin qapını açaraq bayıra çıxmış və əlində içərisində müxtəlif növ spirtli və energetik içkilər olan ağ rəngli sellofan paketi ona vermiş və həmin paketi saxlayaraq gözləməsini tapşırmışdır. Bundan 5-10 dəqiqə sonra Fuad əlində “HP” markalı qara rəngli notbuk tipli kompüter ilə qayıtmışdır. Daha sonra onlar “Fovarit” marketə girərək ordan siqaret almışlar və mobil telefon nömrəsinə kontur yüklədikdən sonra taksi sifariş etmişlər. Onlar öz aralarında razılaşmışlar ki, Fuad içərisində içkilər olan zəmbili götürüb yolun digər tərəfinə keçərək ondan aralaşsın və o taksini sürdürərək Fuadı yoldan götürmüş kimi olsun ki, taksi sürücüsü ondan şübhələnməsin. Bir müddət keçdikdən sonra taksi gəlmiş və o həmin taksiyə əyləşib, Fuadı olduğu yerdən götürdükdən sonra 8-ci KM bazarının yanında olan “Oba” marketin yaxınlığına getmişlər. Orada taksidən düşdükdən sonra onlar Fuadın tanışı olan, sonradan adını bildiyi Şəmsigilə getmişlər. Evdə Şəmsidən əlavə Fuadın adlarını xatırlamadığı 2 tanışı olmuşdur. Onlar evə daxil olduqdan sonra içərisində restorandan oğurladığı içkilər olan paketi göstərib, Şəmsiyə və onun tanışlarına həmin əşyaların onlara rayondan göndərildiyini bildirmişlər. Daha sonra onlar restorandan oğurladıqları soyuq qəlyanalaltılarla spirtli içkilər içərək bir neçə saat vaxt keçirdikdən sonra o işləməyə getmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi nəzərdə tutulmuş əməli törətdiyindən barəsində inzibati həbs tətbiq edilmişdir. Həbsdən azad edildikdən sonra bu tip pis vərdişlərdən uzaq olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 10 ildən artıq müddətdir ki tanıyır, onlar bir yerdə Qax rayonunda 2 saylı Beynəlmiləl liseydə oxumuşlar və hər ikisi əslən həmin rayodandırlar. O, Baki şəhərində müxtəlif yerlərdə işləmiş və həmin yerlərdən biridə “Beer Daha” restoranı olmuşdur. Təxminən xx xxxxxx 2019-cu il tarixdə həmin restorandan oğurluq etmək qərarına gəlmiş və bu barədə Ülviyə danışaraq ona kömək etməsini təklif etmişdir. Ülvi əvvəl imtina etsədə sonradan onun bu təklifi ilə razılaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 01:50 radələrində onlar görüşüb birlikdə Yasamal rayonu Naxçıvani (keçmiş 6-cı Paralel) küçəsində yerləşən “Favorit” marketin qarşısına gəlmişlər. Orada o Ülviyə həmin restoranda işlədiyi üçün işləyən işçilərin iş cədvəlindən xəbərdar olduğunu və saat 02:00-da hamı getdikdən sonra arxa qapıdan içəri daxil ola biləcəklərini bildirmişdir. Onlar restoranın arxa qapısının açıldığı avtomobil dayanacağına getmişlər. Bir müddət orada gözlədikdən sonra o 2 dəmir parçası tapmış və onlar birlikdə restoranın arxa qapısına yaxınlaşmışlar. Həmin dəmir parçalarının köməyi ilə “Beer Daha” restoranının qızılı rəngli arxa qapısını əllərində olan dəmir parçaları ilə qapının aşağı sağ tərəfində olan petləsini sındırıb, sonra isə əlləri ilə qapını sındırdıqları yerdən dartaraq üz dəmirini qopartmışlar və orada təxminən 40x50 sm-lik yer açılmışdır. O Ülviyə onun təhlükəsizliyini təmin etmək məqsədi ilə, avtomobillərin yanında gözləməsini və gələn olsa ona xəbər verməsini tapşıraraq, özü içəri daxil olmuşdur. Bundan sonra o, qapının üstündə olan kameranı sındırmış, sonra isə işıqları ümumi qoşulan xətdən ayırıb söndürərək restoranın barına yaxınlaşmışdır. Oradan kassada olan təxminən 11 manat 1 manatlıqlardan və təxminən 3-4 manat qəpiklərdən ibarət nağd pulu, 01 ədəd “Arxanqelsk”, 01 ədəd “Shtrumbas”, 02 ədəd “Ağsu”, 01 ədəd “Naliboki” markalı araqları, 01 ədəd “Siera”, 01 ədəd “Olmega” markalı tekilaları, 01 ədəd “Jagermeister” markalı likoru, 01 ədəd “Kapitan Morgan” markalı rom içkisini, 10 ədəd “Redbul”, 06 ədəd “Bizon” markalı energetik içkiləri, mətbəxdə olan soyuducudan “hisə verilmiş farel balığı”, donuz qabırğası, müxtəlif markalı sosisləri sellofan paketin içərisinə yığdıqdan sonra çölə çıxıb Ülviyə verib saxlamasını tapşırmışdır. Daha sonra o yenidən həmin qapıdan içəri girmiş, barın yanında olan 01 ədəd “HP” markalı notbuk tipli kompüterini götürüb bayıra çıxmışdır. Bunda sonra o Ülviyə yaxınlaşaraq ona təxminən 5 manat pul vermiş, Ülvi həmin pula “Favorit” marketdən siqaret almış, özünün istifadə etdiyi ***-***-**-** nömrəyə 2 manat pul yükləmiş, sonra isə onlar taksi sifariş etmişlər. Bundan sonra o “HP” markalı notbuk tipli kompüteri əynində olan gödəkcənin bel nahiyəsində gizlətmiş və Ülvinin əlində olan paketi götürüb taksi sürücüsünün oğurluqdan şübhələnməməsi üçün ondan aralaşaraq yolun digər tərəfinə keçmişdir. Bir müddət keçdikdən sonra taksi gəlmiş, Ülvi taksiyə oturub, onu yolun kənarından götürdükdən sonra onlar Nizami rayonu ərazisindəki 8-ci KM bazarının yanında yerləşən “Oba” marketin yaxınlığında ünvanını dəqiq xatırlamadığı 5 mərtəbəli evin 1-ci girişindən 2-ci mərtəbədə sağ tərəfdə yerləşən tanışı olan Şahid4 evinə getmişlər. Şəmsigilin evinə daxil olduqdan sonra orada əvəllər tanımadığı 2 nəfər şəxsin olduğunu görmüşdür. Şəmsi onlardan əllərində olan paketin içərisində nə olduğunu soruşmuş, o isə onun sualına cavab olaraq həmin paketin rayondan göndərildiyini bildirmişdir. Daha sonra onlar mətbəxə keçmiş, paketin içərisində olan içkilərdən içib, soyuq qəlyanaltılardan yedikdən sonra Ülvi işə getmiş, o isə Ülvini ötürdükdən sonra gedib yatmışdır. Həmin gün axşam saatlarında yuxudan durub getmiş özü ilə gətirdiyi notbuku götürüb aparmış, iki gün sonra Şəmsigilə gəlib orada qalan yeməkləri və spirtli içkiləri aparmışdır. Daha sonra o Qax rayonuna getmiş, oğurladığı 01 ədəd “HP” markalı kompüteri isə Qax-İngiloy kəndində yerləşən evə aparıb yatdığı yataq dəstinin altında gizlətmişdir. Bir müddət sonra Qax rayon Məhkəməsi tərəfindən üzərində narkotik vasitə daşıdığı üçün 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını cəkən zaman o həmin kompüteri gizlətdiyi yeri ailə üzvlərinə demiş, atası isə həmin kompüteri polis əməkdaşlarına təqdim etmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, artıq bütün pis vərdişlərdən uzaq olduğunu bildirib, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu M.ünvan 2 saylı ünvanda yerləşən “X11 and Grilin” adlı restoranda administrator vəzifəsində çalışan Şahid5 xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində ona zəng edərək bildirmişdir ki, restoranının arxa qapısını sındırmaqla naməlum şəxs və ya şəxslər ora daxil olub oradan oğurluq etmişlər. Şahid5 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər, o isə həmin gün saat 18 radələrində restorana gəlmişdir. O restorana gəldikdə görmüşdür ki, restoranın arxa tərəfində yerləşən dəmir qapı sındırılmaqla naməlum şəxs içəri daxil olaraq oğurluq etmişdir. Belə ki, Azərin ona dediyinə görə restoranın içərisində barda olan kassadan 11 manat 1 manatlıqlardan və təxminən 4 manat qəpiklərdən nağd pul, 01 ədəd 20 manat dəyərində “Arxanqelsk”, 01 ədəd 30 manat dəyərində “Shtrumbas”, 01 ədədinin qiyməti 20 manat olan 02 ədəd 40 manat dəyərində “Ağsu”, 01 ədəd 15 manat dəyərində “Naliboki” markalı arağı, 01 ədəd 45 manat dəyərində “Siera”, 01 ədəd 50 manat dəyərində “Olmega” markalı tekila, 01 ədəd 45 manat dəyərində “Jagermeister” markalı likor, 01 ədəd 50 manat dəyərində “Kapitan Morgan” markalı room içkisi, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd 30 manat dəyərində “Redbul”, 01 ədədinin dəyəri 1 manat olan 06 ədəd 6 manat dəyərində “Bizon” markalı energetik içki, mətbəxdə olan soyuducudan 01 ədədinin dəyəri 5 manat olan 15 manat dəyərində “hisə verilmiş farel balığı”, 01 kiloqram 12 manat dəyərində donuz qabırğası, 15 manat dəyərində müxtəlif markalı sosislər, 01 ədəd 600 manat dəyərində “HP” markalı noutbuk kompüteri oğrulanmışdır. Oğurluq zamanı 250 manat dəyərində “Dahua” markalı müşahidə kamerası və 150 manat dəyərində dəmir qapı sındırılmışdır. Restorandan oğurlanmış pul və məhsulların ümumi dəyəri 988 manat olmaqla, kameranın və qapısının sındırılması nəticəsində əlavə olaraq 400 manat dəyərində ziyan dəymişdir. Restoranın yerləşdiyi binanın dayanacağında quraşdırılmış müşahidə kameralarına baxdıqda saat təxminən 02 radələrindən sonra olan müddət ərzində oradan iki nəfər şəxsi görmüşdür ki, onlardan biri 2018-ci ilin mart ayında restoranda aşbaz köməkçisi işləmiş, əslən Qax rayonundan olan Təqsirləndirilən şəxs2dur. Digər şəxsi isə tanımır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsində 02 ədəd 50 və 02 ədəd 20 manatlıqlardan ibarət olan 140 manat nağd pulu özü kassadan götürdüyünü qeyd etməyi unutmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 988 manat dəyərində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu 8 KM bazarında fəhlə işlədiyi üçün ora yaxın olan ərazidə tanışı Əli ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 2019-cu ilin sentyabr ayından qardaşı Rəvan Cəfərovun vasitəsi ilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 06 radələrində Fuad ona zəng edərək demişdir ki, yanında yer varsa qardaşı ilə gəlib orada qalmaq istəyir. O Fuadın bu xahişinə etiraz etməmişdir. Bundan bir qədər sonra Fuad adının sonradan Ülvi olduğunu bildiyi bir nəfər şəxslə gəlmiş, orada olan zaman isə Fuad ona demişdir ki, Ülvi onun qardaşı yox həmyerlisidir. Ülvi və Fuad gələn zaman onların əlində ağ rəngli sellofan paketin içərisində müxtəlif markalı araqlar, tekilalar və yadında qalmayan digər spirtli içkilər, “Red Bull” və “Bizon” markalı energetik içkilər, sosiskalər, donuz qabırğası, hisə verilmiş farel balığı və bir ədəd markasını bilmədiyi qara rəngli notbuk olmuşdur. O, Fuad və Ülvidən bunların nə olduğunu soruşduqda onlar həmin paketdə olan içkilərin və soyuq qəlyanaltıların onlara rayondan göndərildiyini, kompüterin isə Fuada məxsus olduğunu demişlər. Bundan sonra onlar yeyib içərək bir qədər vaxt kecirtmişlər, daha sonra isə o gedib yatmışdır. Səhər evdən çıxan zaman Ülvinin getdiyini Fuadın isə yatdığını görmüşdür. Fuad həmin günü axşam saatlarında yuxudan durub getmişdir və gedən zaman özü ilə gətirdiyi notbuk tipli kompüteri götürüb aparmış, iki gün sonra gəlib orada qalan yeməkləri və spirtli içkiləri aparmışdır. Bundan sonra o Fuadı və Ülvini görməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 47-50-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu M.ünvan 2 saylı ünvanda yerləşən və Zərərçəkmiş şəxs məxsus olan “X11 and Grilin” adlı restoranında inzibatçı işləyir. İnzibatçı işlədiyi Bakı şəhəri Yasamal rayonu M.ünvan 2 saylı ünvanda yerləşən “X11 and Grilin” adlı restoran hər gün saat 16:00-da gecə 02:00-a qədər fəaliyyət göstərir. xx xxxxxx 2019-cu il tarixdə gecə saat təxminən 02:00-da restoranı bağlamış və yaşadığı evə getmiş, həmin günün səhəri yəni, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 16:00-da restoranı açmaq üçün ora gəlmiş və görmüşdür ki, restoranın işıqları yanmır, sonra isə daha diqqətlə baxdıqda görmüşdür ki, kimsə restoranın işıqlarını bütünlüklə söndürüb. Daha sonra isə görmüşdür ki, restoranın arxa dəmir qapısı açıqdır və yaxınlaşdıqda isə qapının sındırıldığını görmüşdür, sonradan isə müəyyən etmişdir ki, kimsə həmin qapını sındırmaqla içəri daxil olub orada olan işıqları söndürmüş, yəni elektirik cəryanını ümumi xətdən söndürmüş, müşahidə kamerasını sındırmış, restoranın içərisinə baxdıqda isə müəyyən etmişdir ki, restoranın içərisində barda olan kassadan 155 manat nağd pul, 01 ədəd 20 manat dəyərində “Arxanqelsk”, 01 ədəd 30 manat dəyərində “Strumbas”, 01 ədədinin qiyməti 20 manat olan 02 ədəd 40 manat dəyərində “Ağsu”, 01 ədəd 15 manat dəyərində “Naliboki” markalı arağı, 01 ədəd 45 manat dəyərində “Siera”, 01 ədəd 50 manat dəyərində “Olmega” markalı tekila, 01 ədəd 45 manat dəyərində “Jagermeister” markalı likor, 01 ədəd 50 manat dəyərində “Kapitan Morgan” markalı rom içkisi, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd 30 manat dəyərində “Redbul”, 01 ədədinin dəyəri 1 manat olan 06 ədəd 6 manat dəyərində “Bizon” markalı energetik içki, mətbəxdə olan soyuducudan 01 ədədinin dəyəri 5 manat olan 15 manat dəyərində “hisə verilmiş farel balığı”, 01 kiloqram 12 manat dəyərində donuz qabırğası, 15 manat dəyərində müxtəlif markalı sosislər, 01 ədə 600 manat dəyərində “HP” markalı noutbuk kompyuteri oğrulanmışdır. Həmçinin restoranın içərisində olan quraşdırılmış 250 manat dəyərində “Dahua” markalı müşahidə kamerası, 150 manat dəyərində dəmir qapı sındırılmışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonra isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmişlər, elə həmin vaxt zəng edərək bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Hadisənin törədilməsində heç kimdən şübhələnmir, lakin onu deyə bilər ki, o və Zərərçəkmiş şəxs hadisədən sonra restoranın yerləşdiyi yeni tikilmiş binanın avtomobillərin saxlanılması üçün nəzərdə tutulan dayanacaqda olan müşahidə kameralarına baxdıqdan sonra müşahidə kameralarına düşmüş iki nəfər şəxsi görmüşlər, həmin şəxslər saat təxminən 02 radələrindən sonra olan müddət ərzində restoranın arxa qapısı tərəfdən birinin əlində ağ rəngli sellofan paket çıxırlar. Salmanın ona dediyinə görə həmin şəxslərdən biri, əlində heç bir əşya olmayan şəxs 2018-ci ilinin mart ayında restoranda aşbaz köməkçisi işləmiş Təqsirləndirilən şəxs2dur. Həmin şəxsləri tanımır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 55-57-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs2 onun oğlumdur. Təxminən 3 il olar ki, onunla heç bir münasibəti yoxdur. Belə ki, o düzgün yolda olmadığı və onu xəbərdarlıq etməyinə baxmayaraq tutduğu yoldan əl çəkmədiyi üçün onunla heç bir münasibəti yoxdur. Onun barəsində Qax rayon məhkəməsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Qax rayon məhkəməsi tərəfindən onu 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2019cu il tarixdə mənə Yasamal Rayon Polis İdarəsinin əməkdaşı zəng edərək bildirmişdir ki, oğlu Fuad Yasamal rayonu ərazisində yerləşən restoranların birində oğurluq etmişdir. Bu barədə Fuadın özündən maraqlandıqda ona demişdir ki, Yasamal rayonu ərazisində yerləşən restorandan oğurluq etmiş, oğurladığı 01 ədəd “HP” markalı notbuk kompüteri yaşadığı evdədir, onun dediyi yerə baxdıqda, yəni evdə olan onun yataq dəstinin altına baxdıqda orada bir ədəd rəngli “HP” markalı notbuk kompüterinin olduğunu görmüş, bundan sonra zəng edən Yasamal Rayon Polis İdarəsinin əməkdaşına zəng edərək bildirmişdir ki, həmin notbuk kompüterini Fuad evə gətirib gizlətmiş, onu tapmışdır. Polis əməkdaşları onu Bakı şəhərinə gəlməyi və həmin kompüteri təqdim etməli olduğunu demişlər. Bundan sonra Yasamal Rayon Polis İdarəsinə gəlmiş, həmin “HP” markalı notbuk kompüteri təqdim edə bilər. Oğlu Fuad xx xxxxxx 2019-cu il tarixdə heç kimə bir söz demədən Bakı şəhərinə gəlmiş, xx xxxxxx 2019-cu il tarixdə isə yenə Qax rayonuna qayıtmış, xx xxxxxx 2019-cu il tarixə qədər xəbəri olmamışdır ki, o Bakı şəhəri ərazisində oğurluq etmişdir. Polis əməkdaşları dedikdən sonra bilmişdir ki, o Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən restoranların birinin qapısını sındırmaqla bir nəfər tanşı və tanımadığı şəxslə birlikdə oğurluq etmişdir. Polis əməkdaşları ona zəng edərək məlumat verdikdən sonra oğlu Fuadla danışmış və o özü etiraf etmişdir ki, həqiqətən 2019-cu ilinin noyabr ayının əvvəllərində Yasamal rayonu ərazisində yerləşən “X11 and Grilin” adlı restoranın arxa dəmir qapısını sındırmaqla oradan pul, müxtəlif markalı spirtli və energetik içkiləri, müxtəlif yeməklər və 01 ədəd “HP” markalı notbuk kompüterini oğurlamışdır. Restorandan oğurladığı notbuk kompüterini isə xx xxxxxx 2019-cu il tarixdə Qax rayonuna gələn zaman özü ilə yaşadığı evə gətirib evdə yatağının altında gizlətmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 116-118-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, X5 məxsus “Chery A15” markalı ** FM *** dövlət nömrə nişanlı avtomobillə “xxxxxxx” MMC-də taksi fəaliyyəti ilə məşğul olur, həmin MMC-yə *9933 nömrəsi ilə zəng edib taksi sifariş etmək olur. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 05:30 radələrində istifadə etdiyi ***-***-**-** nömrəsinə *9933 mesaj gəlmiş və həmin mesajda qeyd edilmişdir ki, ***-***-**-** nömrəsindən taksi sifariş edilib, taksini Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsinə sifariş edilib. Həmin yerə yaxın olduğu üçün ora getməli olmuş, ora öz idarə etdiyi “Chery A15” markalı ** FM *** dövlət nömrə nişanlı avtomobillə getmiş, həmin küçədə yerləşən “Favorit” marketin qarşısında bir nəfər şəxsin, yəni ***-***- **-** nömrəsini istifadə edən şəxsi götürmüş, həmin şəxs ona demişdir ki, “Favorit” marketin arxasında onu dostu gözləyir, onu da götürüb onları Nizami rayonu 8-ci KM bazarın yaxınlığına aparmaq lazımdır. Həmin şəxs sağ qabaq oturacaqda əyləşdi, avtomobili idarə edərək “Favorit” marketin arxasına tərəf keçmiş, ora bir nəfər şəxs yanında ağ rəngli sellofan paket olmuş, həmin şəxsin yanında avtomobili saxlamış, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş şəxs yerə düşmüş, onları gözləyən şəxsdən ağ rəngli sellofan paketi alıb arxa oturacaqda əyləşmiş və paketi isə yanında oturacağın üzərinə qoymuş, gözləyən şəxs isə sağ qabaq oturacaqda oturmuş, onları Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarın yanına aparmış, onları apardığı üçün təxminən 6 manat pul vermişlər, sonra isə oradan çıxıb getmişdir. Həmin şəxsləri görsə tanıyar, lakin hava qaranlıq olduğu üçün həmin şəxslərin əyninə nə olduğunu görməmişdir. Həmin şəxslər avtomobildə bir-biri ilə söhbət edən zaman ona məlum olmuşdur ki, həmin şəxslərdən biri qarşıda sağ qabaq oturacaqda əyləşən şəxsin adı Fuaddır, arxada əyləşən və taksini sifariş edən şəxsin isə adı Ülvidir. Qarşıda oturub onunla söhbət edən şəxs söhbət əsnasında ona demişdir ki, o əslən “Çeçen”-dir. Həmin şəxs saqqallı olmuşdur. Həmin vaxt mən qeyd edilən şəxslərin haradansa oğurluq etmələrini bilməmiş, lakin həmin günün səhəri onu polis əməkdaşları çağıran zaman bilmişdir ki, apardığı həmin şəxslər oğurluq etmişlər, sonra isə taksi sifariş ediblər və gəlib onları 8-ci KM bazarının yanına aparmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 112-114-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, dostu Şahid4 ilə birlikdə yaşayır, Bakı şəhəri Nizami rayonu ərazisində səyyar olaraq meyvə tərəvəz satmaqla məşğul olur, elə buna görə də orada Şəmsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 2019-cu ilinin sentyabr ayından Şəmsinin qardaşı Rəvan Cəfərovun vasitəsi ilə tanımış, Fuad və Rəvan onun yaşadığı evə gəlib orada bir neçə gün qalmışlar. Fuadı bir neçə dəfə yaşadığı evdə görmüş, o gəlib orada qalmışdır. Onunla heç bir münasibəti olmamış, Şəmsiyə görə yaşadığı evə gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 06 radələrində yaşadığı evdə yatan zaman evdə səs-küy eşitmiş və durub görmüşdür ki, Fuad və adını sonradan bildiyi Fuadın tanışı Ülvi onlara gəlmişlər. Onlar Şəmsi ilə söhbət ediblər. O isə gedib yatmışdır. Fuad, Şəmsi və Ülvi söhbətlərinə davam etmişlər və Fuadla Ülvi mətbəxdə yemək yeməyə başlamışlar. Saat təxminən 10 radələrində yuxudan durub işə getmiş və işə gedən zaman isə görmüşdür ki, Fuad yatmış, digər şəxs isə çıxıb getmişdir. Evdən çıxan zaman mətbəxə keçmədən çıxıb getdiyi üçün Fuad və Ülvinin nə gətirdiyini görməmişdir. Yaşadığı həmin evdə yemək yemir, çünki ora natəmizlik olduğu üçün heç orada çayda içmir, sadəcə olaraq həmin evdə başqa qalmaq yeri olmadığı üçün məcbur olaraq yatmaq üçün gəlir. Ümumiyyətlə onların oğurluq etmələri barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, 15 saylı ünvanda olan Pub on altı mərtəbəli yaşayış binasının yarızirzəmisində, qeyri yaşayış sahəsində yerləşir. Pubın giriş qapısından sa tərəfdə bar yerləşir. Ümumi zaldan mərtəbəyə qapı vardır. Bundan başqa binanın avtodayanacağından mərtəbəyə daxil olmaq üçün bir ədəd dəmir qapıvardır. Qapı içəri tərəfdən cəftə vasitəsilə bağlanır. Qapı çərçivədən qoparılmışdır. Qapının üzərində olan müşahidə kamerası sındırılmışdır. Baxış zamanı M.ünvan 2 ünvanında yerləşən müşahidə kamerasının görüntüləri götürülərək protokola əlavə edilmişdir. (Cild İ, i.v. 15-22) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatlar, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərərək bildirdimişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 01:50 radələrində Fuadla birlikdə həmin ünvanda yerləşən “X11 and Grilin” adlı restoranın arxa qapısı açılan həmin binanın avtomobillərinin saxlanıılması üçün nəzərdə tutulan qaraja gəlmişlər, qarajda gözlədikdən sonra qarajda olan pilləkanların yanında 2 ədəd dəmir parçası tapmışlar, dəmir parçasının biri “uqolnik” adlanan təxminən 2 metr uzunluğunda olmuş, digər dəmir parçası isə “armatur” adlanan təxminən 0.5 metr uzunluğunda olmuşdur, həmin dəmir parçalarının köməyi ilə “X11 and Grilin” adlı restoranın qaraj tərəfdə olan arxa qapının aşağı sağ tərəfinə olan petləni sındırmışlar, sonra isə əlləri ilə qapını sındırdıqları yerdən dartmağa başlamışlar, qapının üz dəmirini qopartmışlar, təxminən 40x50 sm-lik yer alınmış, Fuad həmin yerdən zorla içəri keçmiş, o isə qapının arxasından uzaqlaşaraq orada olan avtomobilin arxasında gizlənmişdir ki, adam gəlsə Fuadı çağırmaqla ona xəbər etsin. Təxminən 20 dəqiqədən sonra Fuad həmin qapını içəridən açaraq bayıra çıxmışdır. Fuad gəlib ona içərisində müxtəlif növ spirtli və energetik içkilər olan ağ rəngli selofan paketi vermiş və demişdir ki, həmin paketi saxlasın. Fuad yenidən həmin qapıdan içəri girmiş, təxminən 5 dəqiqədən sonra qayıtmış və əlində “HP” markalı qara rəngli noutbuk gətirmişdir. Həmin əşyaları qarajın içərisində olan kondisionerin arasında gizlətmişlər, qarajdan bayıra çıxmışlar, taksi çağıraraq oğurladıqları əşyalara taksiyə yükləyərək Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yanına getmişlər. (Cild İ, i.v. 31-34) “CD diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki: 1. Diskdə olan “001WhatsApp Video 2019-11-19 at 08.56.08.mp4” adı ilə qeyd edilmiş 1-ci fayl açıldıqda görünür ki, həmin video müşahidə qurğusu Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi ev 15-in avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş avtodayanacağın girişində quraşdırılmış videomüşahidə qurğusunun kamerasının görüntüsüdür. Həmin kamera görüntüsünün sol aşağı küncündə 19:05 - 19:33 saat yazısı qeyd edilmişdir. Həmin görüntülər 01 dəqiqə 27 saniyə müddətindədir. Video görüntünün 31 saniyəsində iki nəfər şəxsin avtodayanacağın girişinə tərəf gəlməsi, bir nəfərin isə girişdən bayıra çıxması müşahidə edilir. Görüntünün 01 dəqiqə 15 saniyəsində görünür ki, bir nəfər əlində ağ rəngli sellofan paket avtodayanacaqdan çıxır, onun arxasınca isə daha bir nəfər əlində qara rəngli notbuka oxşayan əşya ilə çıxır və gedirlər. 2. Diskdə olan “002WhatsApp Video 2019-11-19 at 09.01.56.mp4” adı ilə qeyd edilmiş 2-ci fayl açıldıqda görünür ki, həmin video müşahidə qurğusu Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi ev 15-in yan tərəfində quraşdırılmış videomüşahidə qurğusunun kamerasının görüntüsüdür. Həmin görüntülər 11 saniyə müddətindədir. Video görüntünün ilk saniyələrindən iki nəfər şəxsin piyada olaraq hərəkət etdiyi, həmin şəxslərdən qarşıda gedənin əlində ağ rəngli sellofan paket, digərinin əlində isə heç bir əşya yoxdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi ev 15-in avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş avtodayanacağın girişində quraşdırılmış videomüşahidə qurğusunun kamerasının görüntüsünün 31 saniyəsində avtodayanacağın girişinə tərəf gələn iki nəfər şəxs o özü və Təqsirləndirilən şəxs2dir, girişdən bayıra çıxan şəxsin isə orada zibilləri daşıyan şəxsdir. Həmin şəxsi tanımır, sadəcə olaraq təsadüfən rastlaşmışlar. Həmin şəxsin onların oğurluq etməsini göməmiş və bilməmişdir. Görünütün 01 dəqiqə 15 saniyəsində görsənən bir nəfər əlində ağ rəngli selofan paket avtodayanacaqdan çıxan şəxs o özüdür, onun arxasınca isə daha bir nəfər əlində qara rəngli notbuka oxşayan əşya ilə çıxan şəxs isə Təqsirləndirilən şəxs2dir. Onun əlində olan ağ rəngli sellofan paktin içərisində isə oğurladıqları əşyalardır, Fuadın əlində olan isə oğurladılqları notbukdur. “Təqdim etmə, baxış keçirmə və götürmə haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs məxsus “X11 and Grilin” adlı restoranından oğurlanmış 01 ədəd “HP Pavilion g 6” markalı notbuk Şahid1 tərəfindən təqdim edilmişdir. (Cild İ, i.v. 102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 948nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş “HP” markalı “Pavilion G6” modelli istifadədə olmuş notbukun hazırki orta bazar qiyməti təxminən 250.0 manat müəyyən edilmişdir. (Cild İ, i.v. 153-155) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş “HP” markalı “Pavilion G6” modelli notbuk kompüterinin ona məxsus olduğunu bildirdi. (Cild İ, i.v. 170) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ilkin və əlavə şahid ifadələri, Bakı şəhəri, Yasamal rayonu, M.ünvan 2 saylı ünvanda yerləşən “X11 and Grilin” adlı restorana baxış keçirilməsi haqqında protokolu, Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 15-də quraşdırılmış videomüşahidə qurğusunun kameralarının xx.xx.2019-cu il tarixdə qeydə alınmış videogörüntüləri köçürülmüş 01 ədəd CD diskə baxış keçirilməsi protokolu, təqdim etmə protokolu, əşyanın tanınmaya təqdim etmə protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 948 nömrəli rəyi toplanmış sübutların məcmusu ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 15-də quraşdırılmış müşahidə kameralarının görüntüləri köçürülmüş CD və Şahid1 istintaqa təqdim etdiyi “HP” markalı “Pavilion G6” modelli notbuku kompüteri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, CD cinayət işinin materiallarına əlavə edilmiş, “HP” markalı “Pavilion G6” modelli notbuk kompüteri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək qorunub saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəyə görə isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 63) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(004)- 983/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 02 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixli 4(004)-112/2020 nömrəli qərarla həbsdə saxlama müddəti 02 ay yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. (Cild İ, i.v.95-97, 161-164) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild İ, i.v. 178-179) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərəri tam şəkildə könüllü olaraq ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam şəkildə ödənilməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan həbsdə saxlanıldığı 10 (on) ay 9 (doqquz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən və Qax Rayon Məhkəməsinin 1(024)- 27/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (əsas: AR ƏN X4 xx.xx.2020-ci il tarixli məktubu), Bundan əlavə Qax Rayon Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 1(024)-05/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə CM-nın 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (Cild İ, i.v. 180-181) Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırki ittiham olunduğu əməli, xx.xx.2019-cu il tarixli hökmdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Lakin Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixli hökm üzrə çəkilməmiş cəzası qalmadığından Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri ona şamil edilmir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərəri tam şəkildə könüllü olaraq ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam şəkildə ödənilməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “HP” markalı “Pavilion G6” modelli notbukun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X6 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X6 məhkəməyədək icraat zamanı iştirak etdiyi 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 570 (beş yüz yetmiş) manat, X3 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə saxlanıldığı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan 10 (on) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 1 (bir) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli 948 saylı ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “HP” markalı “Pavilion G8” modelli notbuku sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X6 məhkəməyədək icraat zamanı iştirak etdiyi 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 570 (beş yüz yetmiş) manat, X3 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-104/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-104/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver