Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-104/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən xx.xx.2020-ci il tarixdə saat 17 radələrində satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,417 qram, 0,426 qram, 0,328 qram, 0,359 qram, ümumi təmiz çəkisi 1,960 qram olan xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 06 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,442 qram, 0,138 qram, 0,500 qram, 0,179 qram, 0,209 qram, 0,200 qram, ümumi təmiz çəkisi 1,668 qram olan xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə qanunsuz olaraq əldə edib idarə etdiyi Ravon R3” markalı, **- PG-*** dövlət qediyyat nişanlı avtomobilin sol ön oturacağının altında saxlamaqla daşımış və xx.xx.2020-ci il tarixdə saat 23:15-də Yasamal RPİ-nin, PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünavanında quraşdırılmış 7 saylı komendant postunda saxlanılıb RPİ-nin 27-ci PB-nə gətirilərək orada idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qediyyat nişanlı avtomobilə keçirlən baxış zamanı avtomobilin sol ön oturacağının altından 01 ədəd “200g x 0,01g” markalı elektron tərəzi, 01 ədəd qara rəngli qutunun içərisindən həmin 05 ədəd şəffaf sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,417 qram, 0,426 qram, 0,328 qram, 0,359 qram, ümumi təmiz çəkisi 1,960 qram olan narkotik vasitə heroin və 06 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,442 qram, 0,138 qram, 0,500 qram, 0,179 qram, 0,209 qram, 0,200 qram, ümumi təmiz çəkisi 1,668 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinib 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, azadlığa çıxdıqdan sonra isə 2020-ci ilin mart ayına kimi ölkələr arası sərnişin daşınması ilə məşğul olaraq ailəsini dolandırmışdır. Bu ilin mart ayından başlayaraq dünyanın hər yerində olduğu kimi ölkəmizdə də “Covid 19” virusunun yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi elan edildiyi üçün o, ölkə ərazisini tərk edə bilməmişdir. Bu səbəbdən Bakı şəhəri daxilində taksi fəaliyyəti ilə məşğul olmaq üçün o, xx.xx.2020-ci il tarixdə həftəlik 185 manat müqabilində “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb həm fərdi qaydada, həm də “9933” şirkətində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğu ərəfələrdə şəhərin ayrı-ayrı yerlərindən təsadüfən götürdüyü müştərilərin Nəsimi rayonu, “Papanin” adlanan əraziyə getdiklərini və orada dalanlara girərək müxtəlif şəxslərlə görüşdüklərini gördükdə həmin müştərilərin oradan narkotik vasitə aldıqlarını başa düşmüşdür. Həmin vaxtlarda o, karantin rejiminə görə taksi fəaliyyəti ilə məşğul olub əldə etdiyi qazancla ailəsini dolandıra bilmədiyi üçün qərar vermişdir ki, oda narkotik vasitə alıb satsın. Bu məqsədlə təxminən 2020-ci ilin may ayından başlayaraq o, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gedərək orada idarə etdiyi avtomobil ilə küçələri gəzib zahiri görünüşcə narkomana oxşayan tanımadığı bir şəxsə yaxınlaşıb həmin şəxsə narkotik vasitə lazım olduğunu bildirmişdir. Həmin şəxs ilk öncə onun polis ola biləcəyindən şübhələnsədə sonradan polis olmadığını gördükdən sonra ona iki büküm narkotik vasitə olan heroin satmışdır. O, həmin iki büküm heroinə görə həmin şəxsə 10 manat pul vermişdir. Bundan sonrkı günlərdə o, həmin iki büküm narkotik vasitə olan heroini avtomobilinə müştəri kimi minən görünşcə narkomana oxşayan şəxslərə satmışdır. Beləliklə həmin vaxtlardan başlayaraq o, Nəsimi rayonu “Papanin” adlanan əraziyə gedərək orada tanımadığı şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq satmağa həmçinin özüdə istifadə etməyə başlamışdır. Bəzən o, narkotik vasitələri bükümlər halında yox bütöv şəkilində aldığından həmin narkotik vasitəni bükümlərə ayırmaq üçün onun bir ədəd elektron tərəziyə ehtiyacı olmuşdur. Bu səbəbdən hazırda yerini dəqiq xatırlmadığı Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “1001 xırdavat” mağazalarının birinə gedərək oradan 12 manat müqabilində bir ədəd elektron tərəzi almışdır. Bundan sonra o, bütöv halda aldığı narkotik vasitə və ya psixotrop maddələri həmin tərəzi ilə ölçüb bölərək bükümlərə ayırıb tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə o, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gedərək orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən hər bükümü 6 manat olmaqla 10 büküm narkotik vasitə heroin və hər bükümü 12 manat olmaqla 10 büküm psixotrop maddə olan metamfetamin almışdır. O, həmin narkotik vasitə və psixotrop maddələri elektron tərəzi ilə birlikdə idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən ön oturacağın altında gizlədərək bir neçəsini satıb, bir neçəsini isə özü istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 23:15-də o, etibarnamə əsasında idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında komendant rejiminə görə quraşdırılmış polis postundan keçən zaman polis əməkdaşları onu saxlatmışdırlar. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona avtomobildən düşməsini və mövcud komendant rejiminə görə avtomobilinə baxış keçirəcəklərini bildirmişlər. Oda polislərə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları əllərində fənərlə onun idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunu yoxlayan zaman avtomobilin sol tərəfdən ön oturacağının altında bir ədəd elektron tərəzi və 01 ədəd qara rəngli balaca qutu olduğunu görmüşlər. Polis əməkdaşları orada ondan avtomobilin sürücü tərəfdən ön oturacağının altında olan qutuda nə olduğunu və orada olan elektron tərəzini nə məqsədlə istifadə etdiyini soruşduqda o, artıq qaca bilməyəcəyini başa düşərək polislərə səmimi olaraq həmin qutuda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları həmin qutu və elektron tərəziyə əl vurmadan ona polis əməkdaşı ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməli olduqlarını bildirmişdir. O da polislərin bu təklifinə etiraz etməmiş və bir nəfər polis əməkdaşı onun yanına əyləşdikdən sonra o, həmin polislə birlikdə digər polis əməkdaşlarının müşayəti ilə “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək 27-ci PB-nin inzibati binasının həyətinə sürmüşdür. Oraya çatdıqdan sonra onlar avtomobildən düşmüş və o, avtomobilin qapılarını bağlayaraq polis əməkdaşları ilə birlikdə polis bölməsinə daxil olmuşdur. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiəsi üçün dövlət hesabına dəvət olunmuş müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşı vəkilinin iştirakı ilə və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirmişdir. Bu zaman polis əməkdaşları ona üzərində qanunsuz əşya və ya maddə varsa təqdim etməyini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilsədə heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları xidməti otaqdan polis bölməsinin inzibati binasının həyətinə çıxmışlar. Orada o, etibarnamə əsasında idarə etdiyi “Ravon R3” markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açdıqdan sonra video çəkilişlə müdafiəçi və onun iştirakı ilə idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin o, əyləşdiyi sürücü oturacağının altından ona məxsus olan 01 ədəd elektron tərəzi və qara qutunun içərisində 11 ədəd sellofan büküm aşkar etmişlər. Orada polis əməkdaşları ondan həmin bükümlərdəki maddələrin nə olduğunu soruşduqda o, polislərə bükümlərdən altısının psixotrop maddə olan metamfetamin, beşinin isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onun istifadəsində olan “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altından aşkar olunaraq götürülmüş narkorik vasitə olan heroini və psixotrop maddə metamfetamini haradan aldığını ondan soruşduqda o, həmin metanfetamin və heroini xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Bundan sonra idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altından aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi və qara qutunun içərisində ayrı-ayrılıqda olan 6 büküm psixotrop maddə metamfetamin və 5 büküm narkotik vasitə heroin onun və digər iştirakçıların gözünün qarşısında müvafiq qaydada qablaşdırılaraq üzəri möhürlənmiş və onlarda imzaları ilə həmin zərfin üzərini imzalayaraq doğruluğunu təsdiq etmişlər. O, idarə etdiyi avtomobildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satmaq məqsədilə almışdır. O, avtomobilimin sol ön oturacağının altından aşkar olunmuş ona məxsus narkotik vasitə olan heroinin bir bükümünü 10 manata, psixotrop maddə olan metamfetaminin bir bükümünü isə 20 manata gün ərzində taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə müştəri kimi minmiş görünüşcə narkomana oxşayan tanımadığı şəxslərə satmışdır. O, metamfetamini və heroini 2020-cu ilin may ayından bu günə kimi yalnız həmin şəxsdən almış və həmin şəxslə görüşmək üçün Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gedərək oradakı küçələrlə bir neçə dəfə keçdikdən sonra həmin şəxs qarşısına çıxırmış və o, həmin şəxsə yaxınlaşaraq onunla alış-veriş edirmiş. Həmin şəxs zahiri görünüşcə qaramtıl dərili, 40-45 yaşlarında, 170-175 boylarında, saçı sağa doğru daranan, üzü az tüklü olmuş, görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, lap əvvəlcədə narkotik vasitə və psixotrop maddə qəbul etsə də həmin maddələrin satışı ilə təxminən 10 ay olar ki, məşğul olurmuş. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildən DİO-da və hazırda tutduğu vəzifədə xidmət edir. O, 2020-ci ilin sentyabr ayının sonlarından başlayaraq ölkə ərazisində elan olunmuş komendant rejimi ilə bağlı hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək olan müddət ərzində postlarda xidmət edirmiş. O, iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında yerləşən 7 saylı komendant postunda xidmət edirmiş. xx.xx.2020-ci il tarixdə saat 21:00-da o, iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında yerləşən 7 saylı komendant postunda xidmətə başlamışdır. Həmin gün saat 23:15-də xidmətdə olduqları posta keçmək üçün taksi fəaliyyəti ilə məşğul olan ağ rəngli “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. Onlar komendant rejiminin qaydalarına uyğun olaraq həmin avtomobili saxlayıb sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra o, portalda sürücünün komendant rejimində işləmək üçün icazəsi olduğunu müəyyən etdikdən sonra sürücüyə avtomobildən düşməsini təklif etmişdir. Sürücü avtomobildən düşdükdən sonra o, sürücüyə bildirmişdir ki, mövcud komendant rejiminin tələblərinə uyğun olaraq avtomobilinin salonuna və yük yerinə baxış keçirtməlidirlər. Sürücü onların bu təklifi ilə razılaşdıqdan sonra o, sürücünün iştirakı ilə əlində olan fənərlə “Ravon R3” markalı avtomobilin salonuna baxış keçirtməyə başalamışdır. O, ilk öncə avtomobilin salonunda olan saxlanc yerlərinə daha sonra isə sağ qabaq və arxa oturacağın üstünə və altına baxmış, lakin baxığı yerlərdə hər hansı bir əhəmiyyət kəsb edə biləcək əşya yaxud predmet aşkar etməmişdir. Bundan sonra o, sürücünün iştirakı ilə onun idarə etdiyi “Ravon R3” markalı avtomobilin sağ ön sürücü oturan oturacağının altına baxış keçirən zaman orada 01 ədəd elektron tərəzi və 01 ədəd qara rəngli balaca bir qutu olduğunu görmüşdür. Bu zaman o, sürücüdən idarə etdiyi avtomobilin sol ön oturacağının altında olan qara rəngli qutuda nə olduğunu, həmçinin orada olan elektron tərəzini nə məqsədlə istifadə etdiyini soruşmuş, “Ravon R3” markalı avtomobilin sürücüsü bildirmişdir ki, avtomobilinin sol ön oturacağının altında aşkar olunmuş qara rəngli qutunun içərisində narkotik vasitə və psixotrop maddə vardır. Həmin vaxt o, “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altında aşkar etdiyi elektron tərəziyə və qara rəngli qutuya əl vurmayıb sürücüyə bildirmişdir ki, onlrala birlikdə Yasamal RPİ-nin, 27-ci PB-nə getməlidir. Həmin sürücüdə onların təklifinə etiraz etməyərək polis bölməsinə getməyə hazır olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsin idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağına əyləşmiş və həmin şəxsdə avtomobili idarə edərək Yasamal RPİ-nin, 27-ci PB-nin inzibati binasının həyətinə gəlmişlər. Həmin vaxt iş yoldaşları Şahid2 və Şahid3 isə “Mercedes” markalı polis avtomobili ilə onları müşayiət edərək polis bölməsinə gəlmişlər. Onlar 27-ci PB-nə çatdıqdan sonra “Ravon R3” markalı avtomobilin sürücüsü ilə avtomobildən düşmüş, sonuncu avtomobilin qapılarını bağladıqdan sonra polis bölməsinin inzibati binasına daxil olmuşlar. Orada o və iş yoldaşları Şahid2 və Şahid3 birlikdə bölmə rəisinin adına raport yazaraq “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Həmçinin onlar bölmədə olan zaman müəyyən etmişlər ki, narkotik vasitələrin dövriyyəsində şübhəli bilib bölməyə gətirdikləri “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Orada video çəkilişlə onların və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs isə üzərində heç bir qanunsuz əşya və maddə olmadığını, lakin idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəf ön oturacağının altında 01 ədəd elektron tərəzi, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun üzərində heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra onlar, Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə xidməti otaqdan polis bölməsinin inzibati binasının həyətinə çıxmışdırlar. Orada Məşədi etibarnamə əsasında idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini cibində olan açarla açdıqdan sonra onların iştirakı ilə və video çəkilişlə Məşədinin idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qediyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altından Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd elektron tərəzi və içərisində 11 sellofan büküm olan qara rəngli qutu aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin nə olduğu soruşulduqda sonuncu bildirmişdir ki, həmin bükümlərdən altısı psixotrop maddə olan metamfetamin və beşi isə narkotik vasitə olan heroindir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altından aşkar olunaraq götürülmüş narkorik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən satmaq məqsədi ilə almışdır. Bundan sonra “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altından aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi və qara qutunun içərisindəki 6 büküm psixotrop maddə olan metamfetamin və 5 büküm narkotik vasitə olan heroin onların gözünün qarşısında müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, onlarda zərfin üzərini imzaları ilə təsdiq etmişlər. Həmçinin bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar və o həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. M.Axudov saxlanılarkən sonuncuya qarşı heç bir zor və ya təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən iştirakçılar da təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 vermiş olduqları ifadələrində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiq etmişdirlər. Cinayət işinin 20-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 78-79-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan 2(iki) zərfdəki - 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430qr, 0,417qr, 0,426qr, 0,328qr, 0,359qr, ümumi təmiz çəkisi 1,960 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 6(altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,442qr, 0,138qr, 0,500qr, 0,179qr, 0, 209qr, 0,200qr, ümumi təmiz çəkisi 1,668 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir; - bir ədəd “200g x 0,01g”markalı, elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, lakin heroin iz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114,00 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 128-131-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2599 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti 59 №”-li ştamp əksi olan paketdəki vət.Təqsirləndirilən şəxs götürülmüş, - 5 (beş) ədəd bükümlərdə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir; - 6 (altı) ədəd bükümlərdə metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir; - bir ədəd “200g x 0,01g” markalı elektron tərəzinin üzərində aşkar edilmiş heroin iz şəkilində olduğu üçün, 5 ədəd bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 127-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114,00 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 132-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3551 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 146-158-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 1.760 qramı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 1.488 qramı, həmçinin ondan aşkar edilmiş bir ədəd elektron tərəzi və 02 (iki) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə, psixotrop maddə və (01) bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 02 (iki) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə Apelyasiya Məhkəməsinin qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzasının müddəti 01 ildə saxlanılmış və xx xxxx 2007-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 2 ay, 6 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan AZ-İİİ 040358 saylı və AZ-İİ 404434 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Axundzadə İsa xx xxxxxx 2009-cu il və Axundzadə Fikrət xx xxxxxx 2013-cü il tarixlərdə anadan olmuşlar, ataları Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan CD disk məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyanı könüllü təqdim etməsi təklif edilmiş, sonuncu üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra iştirakçıların iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin onun üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon R3” markalı, AZ **-PG-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin sürücüyə aid oturacağının alt hissəsindən 1 ədəd kiçik tərəzi, 1 ədəd qara qutunun içərisindən 6 ədəd sellofan bükülünün içərisində ağ rəngli metamfetaminə oxşar maddələr və 5 ədəd sellofan bükülünün içərisində qəhvəyi rəngli heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Daha sonra həmin bükülülər zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri xx.xx.2020-ci il tarixində təxminən saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 180 manat pul müqabilində satmaq üçün almışdır. Həmin narkotik vasitələr və psixotrop maddəni özünə məxsus qara rəngli qutunun içərisinə qoyaraq, etibarnamə əsasında idarə etdiyi AZ **-PG-*** dövlət nömrə nişanlı, “Ravon R3” markalı avtomobilinin sürücü tərəfdən qabaq oturacağının altında gizlədərək saxlamışdır. xx.xx.2020-ci il tarixində saat 23:15-də etibarnamə əsasında idarə etdiyi AZ **-PG-*** dövlət nömrə nişanlı, “Ravon R3” markalı avtomobili ilə Yasamal rayonu, İnşaatçılar prospekti 33 saylı ünvanın qarşısında komendant rejiminə görə qurulmuş polis postundan keçərkən polis əməkdaşları ona saxla əmri vermişlər. O, idarə etdiyi avtomobilini saxlamışdır. Polis əməkdaşları onun idarə etdiyi avtomobilə baxış keçirən zaman avtomobilinin sürücü tərəf ön oturacağının altında gizlətdiyi 1 ədəd kiçik elektron tərəzi və içərisində heroin və metamfetamin bükümləri olan 1 ədəd qara rəngli qutunun olmasını aşkar etmişlər. Bundan sonra polis əməkdaşları onu narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli hesab edərək polis bölməsinə gətirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3551 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut 1,760 qram narkotik vasitə olan heroin, 1,488 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd “200g x 0,01g” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 228 (iki yüz iyirmi səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, M.T.Şahmarova isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,760 qram narkotik vasitə olan heroin, 1,488 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd “200g x 0,01g” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, X4 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-104/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-104/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver