Məhkəmə qərarları › İş №1(004)-105/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-105/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-105/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1989-cu ildə Goranboy rayonu Qaramusalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Qaramusalı ərazi dairəsi, Qaramusalı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndində fərdi evdə kirayədə yaşayan, barəsində “başqa verə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs həmin ilin iyul ayının sonlarında aralarında olmuş intim münasibətlər barədə rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağını bildirərək bunu etməməsi müqabilində ondan hədə-qorxu ilə 500 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs onun bu qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdikdə 10 avqust 2021ci il tarixdə sonuncuya məxsus foto şəkillərə aralarında olmuş intim münasibətlər barədə rüsvayedici şərhlər yazaraq “İnstagram” sosial şəbəkəsində çoxsaylı şəxslərin izlədiyi özünə məxsus «Wəms_999» adlı səhifədə paylaşmaqla Zərərçəkmiş şəxs rüsvay etmiş və Zərərçəkmiş şəxs tələb eldiyi 500 manat pulu verməyənədək həmin fotoşəkilləri sosial şəbəkələrdən və telefonundan silməyəcəyini, aralarında olan intim münasibət zamanı bildiyi məlumatları bir daha paylaşacağını deməklə hədələmiş, Zərərçəkmiş şəxs hədənin real olmasını, bu xarakterli məlumatların yayılmasının onun rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edərək məcburiyyət qarşısında həmin fotoşəkillərin silinməsi üçün onunla danışıb 300 manat verilməsi müqabilində şəkillərin «İnstagram» sosial şəbəkəsində çoxsaylı şəxslərin izlədiyi «Wəms 999» adlı səhifədən silinməsinə razılaşaraq 14 avqust 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən «İstanbul lahmacun» kafesində 300 manat pulu vermiş, bununla da Zərərçəkmiş şəxs həmin pulu hədə-qorxu ilə tələb edib almış, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində yaxalanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Qaramusalı ərazi dairəsi Qaramusalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır kəndində fərdi evdə kirayədə yaşayır, himayəsində iki qız övladı vardır, onlar 2010-cu il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X6r, eyni evdə yaşayırlar. 2015-ci il tarixdə əri X9 ilə rəsmi olaraq boşanmışdır. Əvvəllər Xırdalan şəhərində H.Əliyev Parkının yanında yerləşən Fidan gözəllik salonunu işlətmiş, sonradan salonda pandemiya ilə əlaqədar iş qaydasında getmədiyindən həmin yeri bağlamışdır. 2 il bundan əvvəl o, «Ağ şəhər» yaşayış massivinin yaxınlığındakı bulvarda gəzərkən Cəmaləddin adlı şəxslə tanış olmuş, həmin vaxt onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bilmiş və ondan xahiş etmiş ki, özünə məxsus “İnfinity QX56” markalı, **-PZ-*** d.q.n avtomobilin satılmasında ona köməklik etsin. Bununla da onlar arasında münasibət yaranmış, 2019-cu il tarixdən 2021-ci il tarixədək olan müddəi ərzində onunla danışmamış, 2021-ci ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Cəmaləddin ona zəng edib yaşadığı evdə birlikdə gecələməyi təklif etmiş, o bir söz deməyib düşünəcəyini bildirmiş, bundan sonra Cəmaləddin bir neçə dəfə zəng elmiş və narahat olma xərci xəsarəti nədi çəkəcək demiş o da razılaşmış, Cəmaləddinlə pul söhbəti etməmiş, Cəmaləddin Səbail rayonu H.Cavid pr. yerləşən Xəqani TM-nin yanında olan dayanacaqdan gəlib idarə etdiyi “BMW” markalı, **-CY-*** d.n.n. avtomobillə onu götürmüş, Neftçilər Xəstəxanasının arxasında yerləşən evə getmişlər. Həmin vaxt evdə sonradan adını bildiyi Nicat və bir qadının olduğunu görmüşdür. Cəmaləddin həmin şəxslərlə birlikdə spirtli içki qəbul etmiş, ona təklif etsə də imtina elmiş, çünki bundan əvvəl şəhərin mərkəzində gəzərkən spirtli içki qəbul eldiyi üçün başında ağrılar olmuş, yorğun olduğundan həmin şəxslərlə bir qədər olurduqdan sonra başqa otağa keçmiş, orada olan divanın üstündə uzanaraq mürgüləmiş, həmin gecə təxminən saat 05 radələrində Cəmaləddin ona yaxınlaşaraq ayağından öpməyə başlamış, o başının ağrıdığını deyib sakit dayanmağı xahiş etmiş, lakin Cəmaləddin onu dinləməyib dili ilə onun cinsiyyət orqanını yalamağa başlamış, hardasa onun bu cür davranışı 10 dəqiqə davam etmiş sonra isə o yatmış, Cəmaləddin isə sanitar qovşağına getmiş, saat 10 radələrində yuxudan qalxmış evdə qadının olmadığını ancaq Nicat və Cəmaləddinin olduğunu görmüş, evinə getmək istədiyini demişdir. Cəmaləddin idarə etdiyi BMW markalı avtomobilə əyləşdilər, onu yaşadığı Masazır kəndinə qaldığı evə aparmış, yolda avtomobili saxlatdırıb 2 ədəd çörək almış, Cəmaləddin ac olduğunu bundan sonra rayona gedəcəyini başının ağrıdığını demiş, o avtomobildən düşən zaman Cəmaləddinə aldığı çörəyin birini verməklə yanaşı evdən bişirilmiş yemək və dovğada gətirib verməklə yola salmışdır. Cəmaləddin yeməyi alandan sonra “rayona gedirəm qayıdıb gəlim sənə hörmət edəcəm” demiş, həmin vaxtdan 10 gün keçmiş Cəmaləddindən cavab çıxmamış, ona sms yazıb hal əhval tutmuşdur. Cəmaləddin Sədərək TM-də olduğunu deyəndə o, “imkan varsa mənə vintelyalor sərinləşdirici al, çünki kondisioner işləmir” demiş, Camaləddin yaxşı desə də sonradan sərinləşdirici almamış, o bundan sonra Cəmaləddinə «səndən bir şey istədim almadın mən isə sənin yanında təmənnasız qaldım»» deyə gileylənmiş, Cəmaləddin kobud cavab verərək «get işinlə məşğul ol sənə borcum yoxdur» deyə cavab vermiş, o Cəmaləddinə görüşdüyü üçün ondan pul tələb etmiş, Cəmaləddin «valiksən» demiş o, da “hə pula çıxıram” deyə cavab vermiş, telefonda söyüşmüşlər. Həmin vaxt yolla gedən əyləşdiyi markasını və sürücüsünü xatırlamadığı taksi avtomobilinin sürücüsü oun danışığını eşidib məsələ barədə soruşmuş və “səndə həmin şəxsi söy” demiş, o rəfiqəsi Zəhranın yanına Babək pr. yerləşən servizə getmiş, bu vaxt Cəmaləddin zəng edib onu Yasamal rayonu N.Nərimanovun heykəlinin yanına çağırmış, o da rəfiqəsi Şahid7 ilə birlikdə sonuncunun idarə etdiyi “Honda Elantra” markalı **-UC-*** d.n.n. avtomobillə həmin yerə getmiş, avtomobildən düşən zaman Zəhradan xahiş etmiş ki, onları telefonla videoya çəksin birdən Cəmaləddin və yanında olanlar döyər əlində sübut olsun. Cəmaləddin ona “nə üçün məni söyürsən” demiş, o da “sən məni söyürsən məndə səni söyürəm” demiş, bundan sonra 102 xidmətinə şikayət edəcəyini demiş, sonra Cəmaləddindən pul istəmiş Hüseyn ona narahat olma, Cəmaləddin sənin pulunu verəcək demiş, o əsəbləşib Hüseynin və sonradan adını bildiyi Mirarazın yanında Cəmaləddinə dil vuran demiş, onlar gəldiyi “Hyundai Sonata” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə getdilər. Zəhra çəkdiyi videonu ona təqdim etmiş, o da həmin videoda olan görüntüləri istifadəsində olan “iPhone 12 proMax” markalı telelondakı “whatsapp” nömrəsinə *** *** ** **-yə göndərmiş və özünə məxsus “wems_999” adlı instaqram səhifəsində şəkillərin üzərində təhqiredici sözlər yazaraq paylaşmış, onun səhifəsində olan izləyicilər də həmin görüntüləri görmüşlər. Bundan bir neçə saat sonra görüntüləri görən Cəmaləddin və Hüseyn ona zəng etmiş, Hüseyn demiş ki, “nə üçün mənim avtomobilimin şəklini paylaşmısan”, o bundan sonra Hüseynin avtomobilinin şəklini silmiş, lakın başqa şəkillər səhifəsində qalmış, növbəti gün Cəmaləddin telefonundan gedən zəngləri öz telefonunda bağladığı üçün o, Hüseynə zəng edib “Cəmaləddinə de ki, onunla gecə qalmağımın qarşılığında mənə 500 manat pulu versin” demiş, Hüseyn bu barədə Cəmaləddin ilə danışıb xəbər edəcəyini demiş, bir qədər sonra isə zəng edib “Cəmaləddin mənə 300 manat verə bilər” demişdir. Bununla bağlı onu görüşmək üçün Yasamal rayonu Musabəyov parkının yaxınlığında yerləşən «İstanbul lahmacun» kafesinə çağırmışlar, 14.08.2021-ci il tarixdə saat 17 radələrində Zəhra ilə birlikdə Yasamal rayonu Musabəyov parkının yaxınlığında yerləşən «İstanbul lahmacun» kafesinə taksi ilə getmiş, həmin vaxt orada olan Cəmaləddin onlar keçib masada əyləşməklərini xahiş etmiş, xalası oğlunu gözlədiyini bir qədər sonra onlara yaxınlaşacaqlarını demiş, bir qədər sonra Hüseyn masaya yaxınlaşıb əyləşmiş, Cəmaləddin verməli olduğu 300 manat pulu uzadaraq masanın üzərində qarşısında qoyduğu mobil telefonunun altına qoymuş, lakin nədənsə sonradan həmin vaxt əyləşdiyi masaya bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və araşdırma aparılması üçün onları Yasamal RPİ-nin 28-ci PB-nə apardılar. Cəmaləddinə 500 manat pulu borca vermədiyini, həmin pulu intim münasibəti zəmnində tələb etdiyini, əldə etdiyi puldan Zəhraya hər hansı bir məbləqdə verməyəcəyini, istifadə etdiyi “Wəms_999” profili ilə qeydiyyatdan keçmiş səhifəsində Cəmaləddinin, Mirarazın və Hüseynağanın şəkillərini paylaşıb Cəmaləddin haqqında təhqiredici sözlər «bu petuxda anasıyla yatır durur çöldə də kişilikdən dərs keçir bunun varyoxun s....r», sonra «pesi göl balası məni hədələyir», sonra Hüseynağanın şəklini instagrama qoyub «buda Hüseyn bunuda tanıyın dil vurana varatarlıq edir», sonra Cəmaləddinin şəklini instagrama qoyub «kakraz moyka adıdad ağzına baxır» kimi rüsvayedici sözləri yazdığını bildirmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, həmçinin himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında tanışı Hüseynlə bir yerdə “Ağ şəhər” bulvarında gəzərkən Şahnaz adlı (Şəms ləqəbli) qız ilə tanış olmuş, həmin vaxt aralarında dostluq münasibətləri yaranmış, onunla bir yada iki dəfə görüşüb kafelərdə oturub çay içmiş, həmin vaxtlar aralarında heç bir intim münasibət olmamış, lakin buna baxmayaraq Şahnazın yüngül həyat tərzi keçirməsi barədə onda şübhələr yaranmış, ona bu barədə sual versə də konkret olaraq pul müqabilində görüşməsi barədə heç nə deməmişdir. 18 iyul 2021-ci ildə axşam saatlarında Şahnazla danışıb ona görüşməyi təklif edib yeyib içməyə dəvət etmiş, edilən təklifi qəbul edən Şahnazın arxasınca şəhərə Səbail rayonu Xəqani TM-nin qarşısına gedib avtomobilinə götürüb dayısı oğlu Nicatın kirayədə yaşadığı Neftçilər Xəstəxanasının arxasında yerləşən Halal MTK-ya məxsus binada olan mənzilə getmiş, mənzildə Nicatın başqa xanım qonağı olmuşdur. Şahnazda onlarla yemək yeyib 2 ya da 3 qədəh araq içmiş, bundan əvvəldə yeyib içdiyi üçün özünü yaxşı hiss etmədiyini deyən Şahnaz başqa otaqda gedib istirahət etmək istədiyini demiş, o, bir neçə saat Nicat və yanında olan Vüsalə adlı qadınla əyləşib söhbət etdikdən sonra Şahnazın istirahət etdiyi otağa keçmiş, çarpayıda uzanmış bu vaxt Şahnaz “üşüyürəm kondiseneri söndür” demiş, o, kondisaneri söndürmüş Şahnaz əynini soyunmuş, o, hamama keçib yuyunmuş, otağa gələrək təbii yolla bir dəfə Şahnazla cinsi əlaqədə olmuş, 19.07.2021-ci il tarixdə saat 12 radələrində yuxudan oyanıb əynini geyinmiş, onunla eyni vaxtda Şahnaz və Nicatda yuxudan oyanmış, bir yerdə evdən çıxmış, avtomobildə söhbət zamanı Şahnaz “5 gündür evə getmirəm, məni Masazır kəndinə qaldığım evə düşürün” demişdir. Şahnazı qaldığı evə düşürmüş və Beyləqan rayonuna getmiş, hətta onu evə düşürən zaman Şahnaz evdən bankada dovğa gətirib vermiş ki, yolda içərsiniz. Bu məsələdən sonra rayona gedib 3 yada 4 günə qayıtmış, 27.07.2021-ci il tarixdə Türkiyə Respublikasının Antalya şəhərinə getmiş 06.08.2021-ci il tarixdə qayıtmış, 07.08.2021-ci il tarixdə Sədərək TM-nə getmiş, bu vaxt Şahnaz zəng etdi və hal əhval tutduqdan sonra Sədərək TM-də olduğunu bilib sərinləşdirici (vintelyator) almağı xahiş etmiş, o, ala bilməyəcəyini deyib imkan olan kimi alacağını bildirmiş, həmin gün və səhəri gün Şahnaz ona nə üçün vintelyator almadığını səbəb gətirib onu tez-tez istifadəsində olan mobil telefon ***-***-**-** və ***-***-**-** nömrələrindən yığmağa başlamış, ağzının danışığını bilmədiyi üçün onu acılamış o da söyüş söymüş, bundan sonra özünü Nural kimi təqdim edən şəxs 055 ***-**-** nömrəli mobil telefondan ona zəng etmişdir, “Şahnaza 500 manat pul çatdırmalısan həmin pulu hazırla gəlib götürəcəm” demiş, lakin o, danışa bilmədiyi üçün həmin gün axşam ona zəng edən şəxsə zəng etmiş və həmin Nural adlı şəxs “Şəmsə 500 manatı apar ver yoxsa sən problemə düşəcəksən hərrəyib fırlayıb səndən 500 manat yox 5000 manat alacaq” demiş, bundan sonra Şahnaz zəng etmiş “500 manat verəcəksən yoxsa hər yerdə deyəcəm ki, sən dil vuransan” demiş, o, bundan sonra Şahnazın telefon nömrəsini bloklamışdır ki, zəng edə bilməsin. 10.08.2021-ci il tarixdə Şahnaz ona zəng etmiş və “gəl görüşək mənim pulumu ver yoxsa pis olacaq” demiş, o, dostları Miraraz və Hüseynağa ilə birlikdə Yasamal rayonu Nərimanov heykəlinin yanına Hüseynin istifadəsində olan “Hyundai Sonata” markalı, **-HY- *** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, həmin yerdə 10-15 dəqiqə Şahnazı gözləmişdir. Şahnaz tanışı Zəhranın istifadəsində olan “Hyundai Elantra” markalı avtomobillə onların yanına gəlmiş və ikisi də düşüb ona və dostlarına yaxınlaşmışdır. Şahnaz başlamış onu təhqir edib söyməyə ki, «dil vuransan sən mənə pul verməlisən sənə borcum yoxdur bir gecəni 500 manata qalıram». O, Şahnaza pulla görüşmək barədə razılaşmadığını, hazırda isə hansı səbəbdən onun 500 manat pul istədiyini ona pul verməyəcəyini demişdir. Şahnaz “sənin dil vuran olduğunu hamıya deyəcəm, səni rüsvay edəcəm pulu 1 saata verməsən 1000 manat alacam səndən” demişdir. Zəhra bu söhbətdən sonra gedib öz avtomobilinə əyləşmiş, onların şəkillərini çəkməyə başlamışdır. Miraraz Zəhranın şəkil çəkdiyini görüb bu barədə ona və Hüseynağaya demiş, o, gedib avtomobilə əyləşmiş, bundan bir neçə dəqiqə sonra Zəhra onun əyləşdiyi “Hyundai Sonata” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, onu söyüb “narahat olma sən bir azdan özünü səhifələrdə görəcəksən pulu ver” demiş, avtomobilin şüşəsini qaldırıb ona fikir verməmiş, “get işinlə məşğul ol” demişdir, sonra isə avtomobilə əyləşib getmişlər. Təxminən bir neçə dəqiqə sonra DİNin 102 xidmətinə hədələnməyi ilə bağlı məlumat vermiş, sonra Şahnaz Hüseynağanın mobil nömrəsinə zəng edib vaxtın getdiyini pulun isə hələ gətirilmədiyini demişdir. 1 saat keçdikdən sonra o, istifadəsində olan telefonun “instagram” səhifəsinə baxmış, “Wəms_999” profili ilə qeydiyyatdan keçmiş Şahnaz öz səhifəsində onun və Mirarazın, Hüseynağanın şəkillərini paylaşıb təhqiredici sözlər yazdığını, onun barəsində isə “bu petuxda anasıyla yatır durur çöldə də kişilikdən dərs keçir bunun varyoxun s---r”, sonra “pesi göt balası məni hədələyir”, sonra Hüseynağanın şəklini instagrama qoyub “buda Hüseyn bunuda tanıyın dil vurana varatarlıq edir”, sonra onun barəsində “kakraz moyka adıda ağzına baxır” kimi rüsvayedici sözlər yazıldığını görmüş, həmin vaxtdan 24 saat sonra artıq qeyd edilən şəkillər instagramda Şahnazın profilindən vaxtı tamam olduğu üçün 2000 nəfərdən çox baxış sayı toplayıb silinmişdir. Şahnaz yenidən onunla əlaqə saxlaya bilmədiyi üçün Hüseynağa ilə əlaqə saxlamış, Hüseynağa Şahnazla bir neçə dəfə danışıb “öz səhifəndə Cəmaləddini paylaşıb biyabır rüsvay etmə o sənə pul düzəldib verəcək, amma 500 manat verə bilmir” demişdir. Şahnaz “onda sənin xətrinə 300 manat versin onu rüsvay edəcəm yoxsa” deyə Hüseynağaya cavab vermiş, bundan sonra o, PB-nə getmiş, bölmədə olan vaxt Şahnazın telefon nömrəsindən ona zəng gəlmiş telefonu açmış danışan şəxsin kişi olduğunu eşidib “sən kimsən” demiş, həmin şəxs “Nərimanov rayonunda Şuşa restoranını tanıyırsan? burdayam gəl bu məsələni həll edək” demiş, o, işi olduğu üçün gələ bilməyəcəyini dedikdən sonra Şahnaz telefonu götürüb “dil vuran, peysər” v.s. sözlər deməyə başlamışdır. Şahnazın telefon nömrəsini dostu Bayrama vermiş və demişdir ki, “Şahnaza de mənim böyük qardaşımsan ağzına gələni danışmasın”. Şahnazla Bayram danışmış, lakin Şahnaz onu da söyməyə başlamış və demişdir ki, “Cəmaləddinin işlətdiyi obyekti tapıb dağıdacam”. Bundan bir gün sonra o, artıq Şahnazın edəcəklərindən qorxmuşdur. Şahnaz onu ailə üzvlərinin, dostunun tanışının yanında rüsvay etməklə yanaşı bütün Azərbaycana düzgün olmayan sözlər yazıb deməklə biyabır edəcəyini düşünmüşdür. Hüseynağaya zəng edib Şahnazla məsələni həll etməsini xahiş etmişdir. Hüseynağa Şahnaza zəng etmiş və razılıq olmuş ki, Şahnaza 300 manat versin, bununla da məsələ bitsin. 14.08.2021-ci il tarixdə 300 manat pulu götürüb Şahnaza vermək üçün evdən çıxmış və Hüseynağa ilə görüşüb Şahnaza pul verəcəyini demiş, polis əməkdaşlarına görüşəcəyi yer barədə də məlumat vermişdir. Hüseynağa Şahnazla danışaraq “gəl pulu götür” demiş, o da razılıq verdikdən sonra onun təklifi ilə görüş yerinin Yasamal rayonu M.Seyidov küçəsi 29/34 ünvanında “İstanbul” restoranı olacağını demiş, razılıq əldə edildikdən sonra həmin gün saat 16 radələrində Hüseynağa ilə bir yerdə “İstanbul” restoranına getmiş, həmin restorana daxil olub Şahnaz və Zəhranın əvvəlcədən əyləşdiyi masaya yaxınlaşmışlar. Hüseynağa Şahnazın yanında, o, isə masanın baş tərəfində əyləşmiş, masaya əyləşəndən sonra Hüseynağa Şahnaza və Zəhraya “şəkilləri nə üçün paylaşdınız” deyə sual vermişdir. Zəhra şəkilləri sildiyini deyib, “lazım olsa i-cloud-dan geri qaytara bilərik” demiş, sonra Zəhra “sən gərək pulu əvvəldən verərdin, bu söhbətlər olmazdı” deyə ümumilikdə söz demiş, o, özündə olan 300 manat pulu Şahnaza vermiş, o pulu götürüb mobil telefonunun altına qoymuş, bu vaxt polislər gəlmiş, onları 28-ci PB-nə dəvət etmiş, həmin məsələdən bir neçə dəqiqə sonra Yasamal RPİ-nə dəvət edilmiş, İdarəyə gəlmiş, Şahnaz və Zəhranı idarənin qarşısında görmüş, onlar onu görəndən sonra yalvarmağa başlamışlar. Şahnaz “bu hərəkəti etməyəcəkdim, məni Zəhra başa saldı, instagramda səni rüsvay edib səndən pul alım” demişdir. Zəhra isə “böyüklük səndə qalsın biz səhf etmişik bağışla” demiş, o, “qanun qarşısında cavab verərsiz” demiş, həmin gün Şahnazın anası zəng etmiş, “mənim qızım kiminsə fitvasına gedib onu başqa bir qız var yoldan çıxarıb Şahnazı bağışla” demiş, o, isə bir söz demədən telefonu söndürmüşdür. O, şəkillərini “Wems_999” instagram saytında görəndən sonra artıq rüsvay olduğunu başa düşüb həmin şəkillərin silinməsi üçün Şahnaza və Zəhraya 300 manat pul vermək qərarına gəldiyini, şəkillərin Zəhra tərəfindən çəkildiyini və Şahnaz tərəfindən paylaşıldığını bildiyini bildirmişdir. Hal hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, onun cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2020-ci il tarixdə təsadüfən tanımış, onunla dostluq münasibətləri yaranmış, Şahid1 da Cəmaləddin vasitəsi ilə tanımışdır. 10.08.2021-ci ildə Cəmaləddin icarəyə götürdüyü Pab Lanc kafesində Mirarazla əyləşib çay içən zaman Cəmaləddin bazarlığa getmək lazım olduğunu demiş, Cəmaləddinlə bir yerdə həmin gün saat 15 radələrində o, və Miraraz kafe üçün bazarlığa getmiş, bu zaman Cəmaləddin işinin olduğunu həmin işi həll edəndən sonra bazarlığa gedəcəklərini demiş, idarə etdiyi “Hyundai Sonata” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Nərimanov heykəlinin yanına getmiş, yolla gedən zaman Cəmaləddin “Şahnaz adlı qız var”, onu həmin yer də gözləyir demiş, təxminən 10-15 dəqiqə gözlədikdən sonra Şahnaz sonradan adını bildiyi Zəhra adlı xanımın idarə etdiyi “Hyundai Elantra” markalı, **-UC-*** d.q.n. avtomobillə onların yanına gəlmiş, avtomobildən düşərək Şahnazın yanında gələn Zəhra adlı xanımda onların yanına gəlmiş, dayanıb hər şeydən xəbəri olan şəxs kimi onları seyr etməyə başlamış, bundan sonra Şahnaz onun tanışı Cəmaləddinə telefonu açmadığı üçün irad tutmuş, Cəmaləddin işlərinin çox olduğu üçün telefonu açmadığını demiş, onlara yaxınlaşan yaxınlıqda olan binada mühafizəçi işləyən şəxs avtomobilləri kənarda saxlamağı demiş, onlar həmin yerdən kənara çəkilmiş, yenidən avtomobildən yerə düşərək görüşüb söhbət etməyə başlamışlar. Miraraz Şahnaza “nə məsələdir, nə istəyirsən Cəmaləddindən” desə də, Şahnaz ona qulaq asmayaraq “Cəmaləddin kişisən üzə çıx gizlənmə nə üçün telefonu açmırsan” deyə sözlər demiş, Cəmaləddin “sənin telefonunu nə üçün açmalıyam səninlə tanış kimi görüşüb oturub yeyib içmişik sonra, mənə zəng edib pul tələb edirsən” deyə Şahnaza cavab vermişdir. Miraraza həmin vaxt zəng gəlmiş kənara çəkilərək telefonla danışmağa başlamış, bu vaxt Zəhra heç nə demədən sakitcə gedib öz avtomobilinə əyləşmişdir. Şahnazda ona və Miraraza tərəf üzünü tutub “dostunuzu tanıyın o, mənim cinsiyyət orqanımı yalayıb dil vurub” demiş, Cəmaləddin “sən məni nə üçün şərləyirsən əlində nə sübutun var böhtan atma” Şahnaza demişdir. Şahnaz and içib söyüş söyməyə başlamış və “Cəmaləddin sən mənim cinsiyyət orqanımı yalamısan 1 saata 500 manat pul verməsən səndən 1000 manat alacam, istədiyim pulu verməsən sənə çox pis olacaq” demişdir. Mübahisə vaxtı Miraraz avtomobilin içərisində əyləşən Zəhra adlı qadının onların şəklini çəkdiyini görmüş, Şahnaz “narahat olmayın o sizi deyil özünü çəkir” demiş, onlar Şahnazın yalan danışdığını hiss etmiş və o, eynək taxmış, Cəmaləddin isə maska taxmış ki, onları tanıyan olmasın. Zəhra nə isə hiss edib telefonu aşağı salmış Cəmaləddin gedib avtomobildə əyləşmiş, bnudan sonra Şahnaz “tanışım çoxdur, Cəmaləddini tapdırıb başına oyun açdıraram, mənimlə zarafat etməsin lazım olsa əməliyyat olunmuşam gedib belimi polisə göstərib deyərəm ki, məni Cəmaləddin döyüb onu tutduraram” demiş, bu vaxt o, Şahnaza “sən narahat olma əlimizdən gələni edərik narazı qalmazsan” demişlər. Şahnaz onda “1 saata sizdən xəbər gözləyirəm” dedikdən sonra Zəhra avtomobildən düşdü, Cəmaləddinin əyləşdiyi avtomobilə yaxınlaşıb “sən kişi deyilsən peysərsən avtomobildə əyləşməklə söhbətdən qaçırsan, pulu ver” demişdir. Cəmaləddin avtomobilin şüşəsini 70 % qaldırmış Zəhra onları gözü ilə iddialı şəkildə süzüb öz avtomobilinə getmiş, o, və Miraraz avtomobilə əyləşib həmin yerdən uzaqlaşmış, yolla avtomobildə gedən zaman Cəmaləddinə “gəl Şahnaza nə isə verək səsin kəssin yoxsa o nə desən edər, məsələn adam göndərər səni döydürər və ya avtomobilinə nə isə atdırar” demiş, Cəmaləddin isə “Şahnaz yalan danışır məndən pul almaq üçün şər atır ona pul verən deyiləm, biz onunla tanış kimi görüşmüşük, görüşümüz zamanı pul qarşılığında intim münasibət barədə heç nə danışmamışıq” deyə cavab vermiş, həmin vaxtdan 1 saat sonra Şahnaz onun istifadəsində olan mobil telefona zəng etmişdir. “Cəmaləddin dil vurandı onu tanıyın, mənim pulumu vermirsə ondan pulu başqa cür alacam, Bakı şəhərində tanışım çoxdur, hər şey edə bilərəm” demiş, o, Şahnazı sakitləşdirmişdir ki, Cəmaləddinlə danışsın, bundan 1-2 saat sonra Şahnaz “instagram” səhifəsi olan “Wems_999” profilində onun avtomobilinin şəklini paylaşmış və “papanın gül balası, bu nömrəsinin sahibi kimdir” sonra isə hər üçünün şəklini paylaşaraq Miraraz üçün “bununda adın bilmirəm təzə cücədi”, Cəmaləddinin adını yazıb aşağıdan “təzə avtoritetlər yalamaq üçün məşq istəyirlər” yazmış, o, Şahnazla əlaqə saxlayıb “Cəmaləddinlə nə işin varsa özünüz həll edin” demişdir. Şahnaz isə “500 manat versin şəkilləri instagramdan siləcəm” demiş, lakin buna baxmayaraq Şahnaz yenidən öz profilində “buda maşının nömrəsi peysər yığını çıxında qabağıma” yazıb onun avtomobilinin şəklini qoymuş, sonra Cəmaləddinin şəklini instagrama qoyub “bu petuxda anasıyla yatır durur çöldə də kişilikdən dərs keçir bunun varyoxun s...r” və “pesi göt balası məni hədələyir”, sonra onun şəklini instagrama qoyub “buda Hüseyn bunuda tanıyın dil vurana varatarlıq edir”, sonra Cəmaləddinin şəklini instagrama qoyub “kakraz moyka adıda ağzına baxır” yazmış, həmin vaxtdan 24 saat sonra artıq qeyd edilən şəkillər instagramda Şahnazın profilindən vaxtı tamam olduğu üçün 2000 nəfərdən çox baxış sayı toplayıb silinmişdir. Şahnaz yenidən Cəmaləddinlə əlaqə saxlaya bilmədiyi üçün onunla əlaqə saxlamış, o, Şahnazla bir neçə dəfə telefonla danışıb “öz səhifəndə Cəmaləddini paylaşıb biyabır rüsvay etmə, o sənə pul düzəldib verəcək, amma 500 manat verə bilmir” demiş, belə olanda Şahnaz “onda sənin xətrinə 300 manat versin onu rüsvay edəcəm yoxsa” deyə cavab vermiş, bundan bir yada iki gün sonra Şahnaz ona zəng edib dostları ilə Şuşa Restoranında “sizə baxıb gülürəm, Cəmaləddini hamı dil vuran kimi tanıyır pulu gətirin” demiş, o, bu barədə Cəmaləddinə məlumat vermiş, sonuncu bir iki günə 300 manat verəcəyi barədə məlumat vermişdir. 14.08.2021-ci il tarixdə saat 16 radələrində Cəmaləddin ona demiş ki, “Şahnaza de gəlsin pulu verək, o, da Şahnaza “gəl pulu götür” demişdir. Şahnaz razılıq verdikdən sonra Cəmaləddinin təklifi ilə görüş yerinin Yasamal rayonu M.Seyidov küçəsi 29/34 ünvanında yerləşən “İstanbul” restoranı olacağını bildirmiş, razılıq əldə edilmiş həmin gün saat 16 radələrində Cəmaləddinlə bir yerdə “İstanbul” restoranına getmiş, edəcəyi hərəkəti polisə Cəmaləddin məlumat verərək demiş, həmin restorana daxil olub Şahnaz və Zəhranın əyləşdiyi masaya yaxınlaşmış, o, Şahnazın yanında Cəmaləddin isə masanın baş tərəfində əyləşmiş, masaya əyləşəndən sonra o, Şahnaza və Zəhraya “şəkilləri nə üçün paylaşdınız” demişdir. Zəhra “şəkilləri silmişik” deyə cavab vermiş, o, “necə əmin ola bilərik” deyəndə, Zəhra “biz kişi qızıyıq silmişik deyiriksə silmişik amma lazım olsa iCloud-dan geri qaytara bilərik, Cəmaləddin sən gərək pulu əvvəldən verərdin bu söhbətlər olmazdı” demişdir. Cəmaləddin özünə aid olan 300 manat pulu Şahnaza vermiş, bu vaxt polislər gəlmiş və onları 28-ci PB-nə dəvət etmişlər. PB-də olan zaman Şahnaz başlamış yalvarmağa ki, “Hüseyn məni Cəmaləddin bağışlasın, bu işi onun başına Zəhranın dediyi üçün açmışam, məni Zəhra yoldan çıxartdı bu hərəkəti etdim, onu instagramda rüsvay etdim” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2010-cu il tarixdən 176 nömrəli məktəbdən tanımışdır. 10.08.2021-ci il tarixdə axşam saatlarında Cəmaləddinlə bir yerdə görüşdülər, söhbət edən zaman o, Şahnaz adlı və Zəhra adlı qadın tərəfindən hədələndiyini Şahnazın ondan 500 manat tələb etdiyini Cəmaləddin ona demiş, bu mövzuda söhbət edən vaxt Şahnaz Cəmaləddinin mobil telefon nömrəsinə zəng etmiş, Cəmaləddin cavab verməmiş, o, öz telefon nömrəsi ilə Şahnazın telefon nömrəsini Cəmaləddindən alaraq yığmış, istifadəsində olan “iPhone-X” markalı telefonda danışıqları qeydə almış, söhbət zamanı Şahnaza “səbrli ol sənin pulunu verəcəyik” deyib özünü Cəmaləddinin qardaşı kimi təqdim etmiş, 1-2 günə Cəmaləddinin ona 500 manat verəcəyini bildirmişdir. Şahnaz ona “sən polissən məni nə üçün yığırsan” demiş, o, Şahnaza “səninlə əməkdaş kimi danışmıram bəs siz nə üçün mənə bayaq hansısa DTX-nin işçisi kimi özünü təqdim edən şəxslə danışdırdın” deyə sual vermiş, Şahnaz bu sualdan sonra telefonu söndürmüş, həmçinin Şahnazla danışmamışdan bir neçə dəqiqə öncə ona kişi cinsindən olan şəxs zəng etmiş demiş ki, “Şahnazın pulunu ver bu işin axırı başqa yerə gedəcək”. Həmin günün səhəri Şahnaz ona yenidən zəng edib “sən mənimlə danışırdın, qardaşın dil vurandır pulumu versin” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 28-ci PB-nə daxil olmuş Zərərçəkmiş şəxs müraciəti işlədiyi 28-ci PB-nin baş təhqiqatçısı X4 icraatında olaraq araşdırılmış və araşdırma zamanı 14.08.2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına uyğun olaraq əməliyyat qrupu yaradılmış, qrupda işlədiyi bölmənin əməliyyat müvəkkili Şahid4 adlı əməkdaş da iştirak etmişdir. Daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 14.08.2021-ci il tarixdə Yasamal rayonu, M.Seyidov küçəsi 29/34-də Təqsirləndirilən şəxs adlı qadına onu rüsvay etməsin deyə 300 manat pul verəcəkdir. Buna görə onlar əvvəlcədən Zərərçəkmiş şəxslə danışdılar, sonuncu “İstanbul” kafesində Şahnazla görüşəcəyini dedi, o, təhqiqatçı Faiq Süleymanov və Şahid4la birlikdə həmin kafeyə getdilər, kənardan onları izlədilər və 300 manat pulu Cəmaləddin Təqsirləndirilən şəxs verdikdən sonra onlara yaxınlaşdılar, o, foto şəkil çəkdi masada əyləşən şəxslərə özlərini təqdim etdilər. Şahnazdan az öncə Cəmaləddinin verdiyi 300 manat pulu götürüb sənədləşdirdilər. Təqsirləndirilən şəxs 300 manat pulu Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları paylaşmamaq üçün hədələyərək aldığını dedi və etiraf etdi ki, törətdiyi əməldən peşmandır. Bütün qeyd edilənlər sənədləşdirildi və protokollaşdırıldı. Sonradan adlarını bildiyi Şahid7 və Şahid2 da onlarla birlikdə 28-ci PB-nə aparıldı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin mart ayında təsadüfən “Salam Baku” restoranında tanış olmuş aralarında dostluq münasibətləri yaranmışdır. 08 avqust 2021-ci il tarixdə Şahnazla görüşəndə sonuncu ona ***-***-**-** saylı nömrəsini verib həmin nömrənin sahibinin adının Cəmaləddin ona 500 manat pul verməli olduğunu demiş, o Şahnazın sözü ilə Cəmaləddin adlı şəxsə zəng etmiş “siz Şahnaza 500 manat pul verməlisiz həmin pulu verin” demişdi. Cəmaləddin adlı şəxs ona sonra “sizə zəng edəcəyini” deyib telefonu söndürmüş, sonradan zəng edən Cəmaləddinlə danışan zaman Şahnazın problemli adam olduğunu, istədiyini verib canını qurtarmağını əks halda ondan 500 manat əvəzinə 5000 manat alacağını demişdi. Cəmaləddin ona Şahnaza borcu olmadığını bildirmişdir. Zəhranı elə Şahnazın rəfiqəsi kimi tanıdığını, Zəhra ilə tanış kimi salam sağol münasibəti olduğunu, Şahnazla aralarında mübahisə yaradıqdan sonra Zəhra ilə də görüşmədiyini, həm Şahnazı həm də Zəhranı 3-4 ay olarki tanıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər şirkətdə reklam agenti kimi çalışmış, sonradan həmin işdən çıxmış, hazırda işləmir. Təqsirləndirilən şəxs 2-3 ildir ki, Şahnazın işlədiyi gözəlllik salonundan tanıyır. Daimi müştərisi olduğu üçün aralarında dostluq münasibəti yaranmışdır. 2021-ci ilin avqust ayının Şahnaz onun yerini soruşmuş, bir yerdə şəhərdə görüşüb söhbət etmiş, bu zaman Şahnaz kiminləsə görüşəcəyini, onu Yasamal rayonu Nərimanov heykəlin yanına aparmasını xahiş etmiş, o Şahnazı idarə etdiyi “Hyundai Elantra” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dediyi ünvana aparmış, həmin ünvanda **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında 3 nəfərə tanımadığı şəxsin dayandığını görmüş və Şahnaz demiş ki, “bu adamlar məni gözləyir onlarla söhbət edəcəm sən onları videoya çək”. O, istifadəsində olan “iPhone 7” markalı telefonla onları video müşahidə kamerasına çəkməklə görüntülərini yaddaşa vurmuş, Şahnaz onun avtomobilinə qayıtmış, həmin görüntüləri öz telefonuna göndərmiş, o görüntüləri silmiş, həmin gün Şahnaz videosunu çəkdiyi şəxslərin şəklini özünün “Wems_999” instagram səhifəsində qoyaraq altından təhqiredici sözlər yazmış, bunu o da Şahnazın səhifəsinə abunə olduğu üçün görmüş, bundan sonra onunla bu barədə heç nə danışmamış, təxminən 4-5 gün sonra, yəni 14.08.2021-ci il tarixdə o, avtomobilini Babək prospektində yerləşən servisdə təmir etdirdiyi zaman onunla birlikdə olan Şahnaz demiş ki, Cəmaləddin ona pul verməlidir və Cəmaləddinin onu Yasamal rayonu Musabəyov parkının yaxınlığında yerləşən “İstanbul lahmacun” kafesində gözləyir, onunla birlikdə həmin yerə getməyi xahiş etmiş, o da etiraz etməmiş, həmin gün saat 17 radələrində Şahnaz ilə birlikdə Yasamal rayonu Musabəyov parkının yaxınlığında yerləşən “İstanbul lahmacun” kafesinə getmiş, orada Cəmaləddin və tanışı Hüseynağa adlı şəxs ilə görüşüb masada əyləşmiş, bu zaman Cəmaləddin çıxarıb 300 manat pulu Şahnaza uzadaraq həmin pulu Şahnazın qarşısında olan sonuncuya məxsus mobil telefonun altına qoymuş, Hüseynağa onun üzünə baxaraq “bundan sonra videoları silərsən” demiş, o artıq həmin videolar silinib onda yoxdur deyə cavab vermiş, bu zaman onların əyləşdiyi masaya Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları yaxınlaşıb onları PB-nə dəvət etmişlər. O, PB-də olan zaman bilmiş ki, Cəmaləddinlə Şahnazın intim münasibətləri olmuş, buna görə də Şahnaz Cəmaləddindən pul tələb etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 182.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs 22.02.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 07.04.2010-cu il təvəllüdlü X7 və 19.06.2012ci il təvəllüdlü X10 adlı uşaqları vardır. İş materiallarında olan Respublika Uşaq Klinik Xəstəxanasının 20.10.2019-cu il tarixli xəstəlik tarixindən çıxarışa əsasən X1 respirator xəstəlik, qıcolma sindromu vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinaət törətməsini, cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin qadın olmasını, 2 azyaşlı uşağının olmasını, uşağının xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs qadındır, azyaşlı uşaqları var, uşağının birinin xəstəliyi var, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxslə barışıb, zərər çəkmiş şəxsin onun barəsində şikayəti və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkildiyi müddətdə ayzaşlı uşaqlarının, həmçinin xəstəliy olan uşağının həyat şəraitinə də pis təsir edəcəkdir, ailəsinin həyat şəraitinin ağırlaşmasına da səbəb olacaqdır. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində 05 yanvar 2022-ci il tarixdə “başqa verə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 02 ədəd CD markalı disklər cinayət işinin materiallarında saxlanılmalı, 3 ədəd 100 manatlıq əskinasların zərərçəkmiş şəxs Cəmaləddın Fətəliyevə qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il (bir il) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “başqa verə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD markalı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd 100 manatlıq əskinasların zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar