Məhkəmə qərarları › İş №1(004)-105/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-105/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-105/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Ucar şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu Xıdır Mustafayev küçəsində nömrəsiz fərdi yaşayış evində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində Zərərçəkmiş şəxs2 ilə tanış olaraq onun etibarını qazanmış, daha sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncunun işlədiyi ünvan 3 ünvanda yerləşən “Ayla boutique” adlı geyim mağazasına yollanmış, həmin mağazada olan zaman müxtəlif üsullarla Zərərçəkmiş şəxs2 fikrini yayındırmağa nail olaraq ilk fürsətdə ona məxsus bir ədəd 200 manat dəyərində “Samsung A50” markalı **********03357 İMEİ kodlu mobil telefonu və 2500 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən “İdeal” şadlıq evinin 2-ci mərtəbəsində təşkil olunmuş toy mərasimində müğənni qismində iştirak edən Zərərçəkmiş şəxs1 üçün ayrılmış masa arxasındakı stul üzərində saxladığı əl çantasından sonuncuya məxsus balansında 10 manat məbləğində danışıq konturu olan 10 manat dəyərində ***-***-**-** GSM mobil nömrə ilə işlədilən 20 manat dəyərində qoruyucu üzlüklü 1 ədəd 3150 manat dəyərində “Samsung Galaxy S 24 Ultra” markalı **********09931 və **********09935 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 3190 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildən ailəsindən ayrıldıqdan sonra Bakı şəhərinin müxtəlif yerlərində gecəqondu, yaxud ucuz yerlərdə kirayələrdə qalıb bazar və küçələrdə fəhləlik etməklə özünün maddi təminatını qarşılamağa çalışmışdır. Son vaxtlar sağ qasıq nahiyyəsində iri şiş (qrija) yarandığından fəaliyyət qabiliyyəti məhdudlaşmış, fiziki işlər görə və özünün maddi təminatını qarşılaya bilməmişdir. Bunun üçün yaşadığı ərazidəki şadlıq evlərindəki toy məclislərinə daxil olub orada pulsuz yemək yeyib gününü keçirməyə və buna imkan olmadıqda isə xırda oğurluqlar etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:30-da ünvan 5 ünvanda yerləşən “Caspian Plaza” ticarət mərkəzinin qarşısında olarkən bir nəfər yaşlı və xəstə qadının yolu keçmək istədiyini görmüş və həmin qadına yaxınlaşaraq köməklik göstərmişdir. Həmin qadına köməklik etmiş və onunla birlikdə göstərilən ünvanda yerləşən avtobus dayanacağında əyləşmişdir. Bu minvalla o, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 ilə söhbət etməyə başlamış, söhbət zamanı Gülçöhrə ona paltar mağazası işlətdiyini demişdir. Bundan sonra o, həmin qadının xəstə və köməksiz olduğunu başa düşərək onun etibarını qazanıb daha sonra oğurluq etmək niyyətinə gəlmişdir. O, Gülçöhrəyə yalandan tır sürücüsü olduğunu, Almaniyadan Azərbaycana məşhur “Femina” şirkətinə geyim əşyalarını gətirdiyini bildirmiş və həmçinin Gülçöhrəyə işlətdiyi mağazanı ona göstərməsini və onun mağazası üçün nisyə olaraq geyim əşyaları gətirə biləcəyini bildirmişdir. Gülçöhrə də ona bu məsələ ilə bağlı razılıq vermiş və onlar birlikdə Gülçöhrənin mağazasına getmişlər. Təxminən 5 dəqiqə sonra Gülçöhrə ilə 33 nömrəli avtobusa minmişlər. Avtobusda Gülçöhrə əyləşmiş, o, isə Gülçöhrənin baş tərəfindən ayaq üstə dayanmışdır. Təxminən 15-20 dəqiqədən sonra Gülçöhrənin işlətdiyi mağazanın yaxınlığında avtobus dayanacağında düşmüşlər və birlikdə piyada olaraq təxminən 10 dəqiqə mağazaya tərəf getmişlər. Beləliklə, ünvan 6 ünvanda yerləşən “Ayla boutique” adlı mağazaya gəlib çatmışlar. Mağazaya gəldikdə Gülçöhrə əlində olan ala-bəzək rəngli pul kisəsini mağazada masanın üzərinə qoymuş, özü isə digər otağa keçmiş, bu zaman o, dərhal həmin pul kisəsinə baxış keçirməyə başlamış, lakin pul kisəsinin içərisində sadəcə olaraq bir ədəd metro kartının olmasını görmüş və pul kisəsinin şimşəyini bağlayaraq yerinə qoymuşdur. Daha sonra Gülçöhrə ilə birlikdə söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Giilçöhrəyə mağazadan çox xoşu gəldiyini və burada olan məhsulları da bəyəndiyini demişdir. Həmçinin Gülçöhrəyə köməklik edərək müxtəlif növ məhsulları nisyə olaraq ona satmaq üçün verəcəyini və həmin məhsulları satdıqdan sonra pulunu verməsini də təklif etmişdir. Gülçöhrə də onunla razılaşmışdır. O, bütün bu yalanları Gülçöhrəyə məhz onun etibarını qazanaraq daha sonra hansısa əmlakını ələ keçirmək üçün danışırmış. Onu da bildirmiş ki, ümumiyyətlə heç bir yerdə işləmir. Bir qədər də Gülçöhrə ilə söhbət etdikdən sonra onunla birlikdə qida qəbul etmişlər. Bundan sonra o, Gülçöhrəyə ona su və ya çay verməsini xahiş etmişdir. Gülçöhrə də çay dəmləmək üçün digər otağa keçmişdir. O, Gülçöhrənin gec gələcəyini görüb bu vəziyyəti fürsət kimi dəyərlədirərək dərhal ayağa qalxmış və mağazada masanın yanında enerji yığan “Samsung A50” markalı mobil telefonu götürüb dərhal mağazadan çıxıb getmişdir. Sonradan həmin mobil telefonu hardasa xatırlamadığı yerdə itirmişdir. Bundan başqa xx.xx.2024-cti il tarixdə saat 19 radələrində ünvan 4 ünvanda yerləşən “İdeal” şadlıq evinə yemək yemək üçün gəlib insanların toy mərasimində olduğu həmin şadlıq evinə daxil olmuşdur. Həmin şadlıq evinin 2-ci mərtəbəsində toy məclisi olmuşdur. Məclisə daxil olaraq orada masaların birində əyləşib axşam yeməyini yemişdir. Daha sonra oradakı musiqiçilərin masasında oturmuş və bir müddət musiqiyə qulaq asmışdır. Adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 adlı müğənni qızın mahnı oxumağa gedərkən mobil telefonunu oturduğu stulun üzərindəki əl çantasına qoyub getdiyini görmüş və pulu olmadığı üçün həmin telefonu oğurlayıb satmaq qərarına gəlmişdir. Saat təxminən 20 radələrində həmin stula yaxın yerdə oturub kimsənin xəbəri olmadan gizli olaraq həmin müğənninin əl çantasından “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonu oğurlayıb zalı tərk etmiş və ünvan 7 ünvana doğru getmişdir. 3-4 gün ərzində həmin telefonu Bakı şəhərində müxtəlif telefon dükanlarına satmaq üçün özününkü adı ilə alıcılara təklif etsə də, lakin telefonun kreditdə olduğuna görə heç kim almamışdır. xx.xx.2024-cü il tarixdə Qazax rayonuna getməli olmuş və telefonu da özü ilə satmaq üçün götürmüşdür. Qazax şəhərində yerləşən bazarın yaxınlığında olan telefon dükanlarından birinə daxil olmuş və orada sonradan adı ona məlum olan Seymur adlı oğlana oğurladığı “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonu özününkü adı ilə kreditini ödəyə bilmədiyini deyib satmaq istədiyini demişdir. Seymur adlı şəxs telefona baxmışdır. Sonda razılaşmalarına görə həmin telefonu Seymur adlı şəxsə 500 manata satmışdır. Telefonu satmazdan əvvəldən daxilindəki 1 ədəd nömrəni çıxarıb sındıraraq atmış və telefonu üzərindəki qoruyucu üzlüklə birlikdə satmışdır. Əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Samsung A50” markalı mobil telefonunu oğurlamış, lakin 2500 manat pulunu oğurlamamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 onun barəsində şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, toy şənliklərində müğənni olaraq dəvət olunub iştirak edir. xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “İDEAL” şadlıq evində təşkil olunmuş toy məclisinə müğənni olaraq dəvət olunduğundan həmin tarixdə saat 18:30 radələrində həmin ünvanda yerləşən şadlıq evinə gəlmişdir. Şadlıq sarayının ikinci mərtəbəsindəki zalında təşkil olunduğundan həmin zala keçib toy sahibi ilə görüşüb onun üçün ayrılmış masa arxasında əyləşmişdir. Saat təxminən 20 radələrində oturduğu masaya bir nəfər təxminən 60 yaşlı, sonradan adı ona məlum olan İlyas adlı kişi yaxınlaşaraq əyləşmiş və onu tanıdığını deyərək onunla söhbət etmək istəmiş, lakin o, İlyası tanımadığını deyərək üzünü digər tərəfə tutub ona əhəmiyyət verməmişdir. Həmin vaxt o, əyləşdiyi masa arxasından qalxaraq musiqi oxumaq üçün musiqiçilərin qarşısına keçmiş və əlindəki xx.xx.2024-cii il tarixdə ABC Telecom MMC Mərdəkan filialından 3150 manata aldığı, balansında 10 manat dəyərində konturu olan "xxxx" MMC mobil operatoruna məxsus 10 manat dəyərində ***-***-**-** mobil nömrə olan, 20 manat dəyərində qoruyucu üzlüklü “Samsung Galaxy S24 Ultra” markalı **********09931 və **********09935 İMEİ kodlu mobil telefonunu oturduğu stulda qoyduğu qara rəngli əl çantasına qoyaraq masanı tərk etmişdir. Təxminən 10-15 dəqiqə sonra qayıdıb yerində oturmuş və mobil telefonuna zənglərin daxil olub-olmamasını yoxlamaq üçün əl çantasına baxdıqda telefonunun yerində olmadığını, eləcə də az əvvəl onun oturduğu masanın arxasında oturmuş həmin kişinin olmadığını aşkar etmişdir. Telefonunun həmin şəxs tərəfindən oğurlandığını başa düşərək kamera görüntülərinə baxdıqda həmin şəxs tərəfindən telefonunun oğurlandığı məlum olmuşdur. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən incələnən görüntülər və aparılan tədbirlər nəticəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı həmin şəxs müəyyən edilmiş və onun mobil telefonunun satıldığı Qazax şəhərindəki telefon dükanlarından birindən götürülərək telefonla bağlı zəruri prosessual hərəkətlər keçirildikdən sonra özünə qaytarılmışdır. İfadəsinin sonunda ona vurulmuş zərər yəni oğurlanmış telefonu ona qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təxminən 10 ildir ki, ünvan 9 ünvanda yerləşən “Ayla Butik” mağazasını icarə əsasında işlədir, iki il bundan öncə “İşimik İnsult” keçirmiş, bundan sonra fikirlərini səsləndirməkdə bir qədər çətinlik çəkir, lakin baş verən hər bir hadisəni tam olaraq dərk edir. xx.xx.2024-cü il tarixdə saat 12:30-da ünvan 10 ünvanda yerləşən “Caspian Plaza” ticarət mərkəzinin qarşısında avtobus gözləyərkən bir nəfər kişi cinsli şəxs ona yaxınlaşaraq yanında əyləşmiş və onunla söhbət etməyə başlamışdır. Onunla ümumi məsələlərdən söhbət edirmişlər, həmin şəxs söhbət zamanı tır sürücüsü olduğunu və Bakı şəhərində “Femina” adlı məhşur xəz mağazasına müxtəlif məhsullar gətirdiyini bildirmişdir. Söhbət zamanı ona Nəsimi rayonunun ərazisində paltar mağazası işlətdiyini bildirdikdə, həmin şəxsə bu məsələ maraqlı gəlmiş və ona birlikdə onun mağazasına getməyi və mağazaya baxış keçirməyini, əgər gətirdiyi məhsullar onun mağazasına yarayarsa onun üçün də həmin mallardan gətirməyini təklif etdikdə, o, həmin şəxsə bu məsələ ilə bağlı öz razılığını vermişdir. Bu minvalla təxminən 5 dəqiqə sonra həmin şəxslə birlikdə 33 nömrəli avtobusa minmişlər. O, əyləşmiş, həmin şəxs isə onun başının üzərində dayanmışdır. Bir qədər sonra o, mağazanın açarını götürüb-gütürmədiyinə əmin olmaq üçün əlində olan ala-bəzək rəngli əl çantasının içərisinə baxış keçirmiş, bu zaman həmin şəxs ona axı bu qədər pul vəsaitini üzərində nə üçün gəzdirdiyini, itirə biləcəyini və ya həmin pulları ondan oğurlaya biləcəklərini irad bildirmişdir. O, həmin şəxsə pulların ona məxsus olmadığını, pulların mağazanın icarəsi üçün nəzərdə tutulduğunu bildirmişdir. Beləliklə, təxminən 15-20 dəqiqə sonra o, ünvan 11 ünvanda yerləşən avtobus dayanacağında düşərkən həmin şəxs onunla birlikdə avtobusdan düşmüş və onu mağazayadək ötürmüşdür. Mağazada olan zaman həmin şəxs ona mağazadan çox xoşu gəldiyini və burada olan məhsulları da bəyəndiyini, bildirmişdir. Həmçinin həmin şəxs ona köməklik edəcəyini, müxtəlif növ məhsulları nisyə olaraq verəcəyini və həmin məhsulları satdıqdan sonra pulunu verməyini bildirmişdir. Bir müddət sonra həmin şəxs ona su içmək istədiyini bildirmiş, buna görə də, o, həmin şəxsə su süzmək üçün başqa otağa keçmiş və təxminən 5 dəqiqə sonra geri qayıtdıqda həmin şəxs artıq mağazada olmamışdır. Bir neçə dəqiqə sonra o, mağazada işçi masasında enerji yığması üçün qoyduğu özünə məxsus olan 200 manat dəyərində “Samsung A50” markalı mobil telefonun yerində olmadığını müəyyən etmiş və dərhal əl çantasına baxış keçirməyə qərar vermiş. Baxış keçirən zaman çantanın içərisində olmalı olan 2500 manat pul vəsaitinin yerində olmadığını görmüşdür. Məhz bu zaman o, həmin şəxsin məhz ona məxsus pulu oğurlamaq üçün onunla yaxşı rəftar edərək etibarını qazanmağa çalışdığının fərqinə varmış və ona məlum olmuş ki, həmin şəxs ona məxsus 2500 manat pulu və “Samsung A50” markalı mobil telefonunu oğurlamışdır. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə (Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi) ifadəsində bildirmişdir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış xalası Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs sonuncuya məxsus olan bir ədəd “Samsung A50” markalı mobil telefon və 2500 manat pulunu oğurlamasının təsdiq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Samsung A50” markalı mobil telefonu oğurlamasını təsdiq etsə də, 2500 manat pulunu oğurlamadığını bildirməsinin yalan olduğunu, xx.xx.2024-cü il tarixdə qardaşı Şahid2 xalası Zərərçəkmiş şəxs2 işlətdiyi mağazanın aylıq icarə haqqını ödəməsi üçün onun yanında 2500 manat pulu təqdim etməsini, məhz bu faktın bir daha Təqsirləndirilən şəxs yalan danışdığını təsdiq etdiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Qazax şəhərində anadan olmuş, evlidir, 3 övlad atasıdır. 2010-cu ildən Qazax şəhəri, H.Əliyev prospekti ilə Murtuz Carçıyev küçəsinin kəsişməsində yerləşən 18 kv.m-lik sahəni icarəyə götürüb ********** VÖEN əsasında fiziki şəxs qismində fərdi sahibkar olaraq mobil telefonların alqı-satqısı ilə məşğul olur. 04 may 2024-cii il tarixdə saat təxminən 15 radələrində mağazada olarkən bir nəfər əvvəllər tanımadığı, yaşı təxminən 60 olan kişi cinsli şəxs mağazaya daxil olmuş və əlindəki “Samsung S24 Ultra” markalı mobil telefonu ona göstərib satmaq istədiyini bildirmişdir. O, telefonu alıb baxmış və telefonun yeni olduğunu görüb telefonun kimə məxsus olduğunu və kreditdə olub-olmadığını soruşmuşdur. Sonradan adı ona məlum olan İlyas adlı şəxs telefonun özünə məxsus olduğunu, kreditdə olduğunu, maddi sıxıntısı olduğundan telefonu satmaq məcburiyyətində olduğunu, telefonun qalan kreditini də özü ödəyəcəyini bildirmişdir. İlyas adlı şəxsin üzərində sənədinin olub-olmamasını soruşmuş, və o, üzərində Təqsirləndirilən şəxs, xx.xx.1964-cü il təvəllüdü qeyd olunmuş, özünün fotoşəkli əks olunmuş şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Telefonu 500 manata satmağı təklif etmiş və üzərində sənədi olduğundan, həm də telefonun özünə məxsus olmasını əmin etdikdən sonra heç bir şübhə olmadan telefonu almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs adlı şəxsə 500 manat pul verdikdən sonra telefonu almış və həmin şəxs mağazanı tərk edib getmişdir. Telefonu aldıqdan sonra satmaq niyəti olsa da, yeni olmasına görə bir müddət özü işlətmək qərarına gəlmiş və istifadəsində olan ***-***-**-** mobil nömrəsini telefonun üzərinə yerləşdirib işlətməyə başlamışdır. 22 may 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən ona zəng daxil olmuş və 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı şəxsdən mobil telefon alıb-almadığını soruşmuşlar. O, da Təqsirləndirilən şəxs adlı şəxsin özününkü deyərək maddi çətinliyə görə satmaq istədiyi “Samsung S24 Ultra” markalı mobil telefonunu şəxsiyət vəsiqəsinin surətini almaqla 500 manat ödəyib həmin telefonu aldığını, hazırda telefonun özündə olduğunu bildirmişdir. Polis əməkdaşları Bakı şəhərindən Qazax şəhərinə gələrək həmin telefonu ondan götürəcəklərini bildirmişlər. O, buna etiraz etməmişdir. Həmin gün Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev adlı əməkdaş onun iş yerinə gələrək bildirmiş ki, Təqsirləndirilən şəxs adlı telefonu ona satmış şəxs həmin telefonu oğurlamış, yəni ona satılmış telefon cinayət yolu ilə əldə edilmişdir. Bunu polis əməkdaşından eşidib bildikdən sonra polis əməkdaşının təklifi ilə o, həmin telefonu könüllü olaraq təqdim etmiş, hətta İlyas adlı şəxsin mağazada kamera tərəfindən qeydə alınmış görüntüsünü, eləcə də ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Bildirmişdir ki, almış olduğu mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin telefonu maddi çətinliyi olduğundan satdığını deyərək şəxsiyyət vəsiqəsini təqdim etməklə ona satmışdır. Telefonun cinayət yolu ilə əldə edildiyini bilməmiş və buna heç bir şübhəsi yaranmamış və buna tam arxayın olaraq şübhəsi olmadan telefonun üzərinə mobil nömrə yerləşdirərək işlətmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibətləri olmamışdır. Bundan başqa mobil telefonun sahibini də tanımamış və onunla da heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsə telefona görə ödədiyi 500 manata görə heç bir iddia və tələbi olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 doğma xalasıdır. Gülçöhrə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ayla Butik” geyim dükanını icarə əsasında işlədir. Xalası Gülçöhrə təxminən 2 il əvvəl insult keçirdiyi üçün mütəmadi olaraq gedib ona həm evdə, həm də iş yerində baş çəkirlər. xx.xx.2024-cü il tarixdə axşam saatlarında xalası Gülçöhrə ondan xahiş edərək işlətdiyi dükanın aylıq icarə pulunu verməkdə ona köməklik etməyini xahiş etmişdir. O, da Gülçöhrəyə nə qədər pul lazım olduğunu soruşduqda, Gülçöhrə ondan 2500 manat borca pul istəmişdir. O, da etiraz etməmişdir. Həmin gün axşam saatlarında xalası Gülçöhrə ilə onun yaşadığı evdə görüşmüşlər. O, xalası Gülçöhrəyə icarə əsasında işlətdiyi dükanın icarə haqqını verməsi üçün 2500 manat pul vermişdir. Sonradan isə çıxıb evə getmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında xalası Gülçöhrəyə zəng etsə də onunla əlaqə qura bilməmişdir. Narahat olduğu üçün bacısı Ayla ilə əlaqə saxladıqda, Ayla ona xalası Gtilçöhrənin mobil telefonunun və ondan aldığı 2500 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Xalası Gülçöhrə də onunla danışaraq bunu təsdiq etmişdir. Bundan sonra bu barədə polisə məlumat vermələrini bir daha bildirmişdir. Əlavə olaraq xalası Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə işlədiyi geyim dükanında Təqsirləndirilən şəxs tərəfindən bir ədəd “Samsung A50” markalı mobil telefon və 2500 manat pulunun oğurlanması barədə sonradan məlumatı olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.1-ci naddəsi ilə cinayət işi başlanılmışdır. (İ/V. 1). xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 qızma məxsus mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 95, mənzil 50 ünvanda yerləşən geyim dükanında oğurlamışdır. (İ/V. 102-104). xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu ünvan 4 ünvanda yerləşən “İdeal” şadlıq sarayının ikinci mərtəbəsində yerləşən toy məclisi keçirilən zalda oğurlamışdır. (İ/V. 10). xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 94). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 144). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 161-162). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dindirilməsi üçün onun bacısının qızı Qanuni nümayəndəsi kimi tanınmışdır. (İ/V. 115). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən çıxarılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən çıxarılması qərara alınmışdır. (İ/V. 173). xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (İ/V. 174). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı ifadəsini üzünə deməklə təsdiqləmişdir. (İ/V. 177-179). xx.xx.2024-cü il tarixli “maddi sübutu götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızma məxsus oğurladığı mobil telefonu satdığı şəxs Şahid1 Təqsirləndirilən şəxs aldığı Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu könüllü olaraq sahibinə qaytarılmasından ötrü təqdim etdiyi üçün xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev tərəfindən götürülmüşdür. (İ/V. 25-27). xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birinin üzünə deyərək təsdiq etmişlər. (İ/V. 177-179). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mobil telefon Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev tərəfindən ona təqdim edilmişdir. (İ/V. 30). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 44-45). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və onun dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. (İ/V. 75-76). xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 78-79). xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birinin üzünə deyərək təsdiq etmişlər. (İ/V. 84-87). xx.xx.2024-cü il tarixli “cinayət təqibi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək təqsirləndirilən şəxsin əməli həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif olunmaqla cinayət işinin icraatının ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. (İ/V. 89-91). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V. 196- 199). xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. (İ/V. 200-202). Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 9/4141 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, “Samsung S 24 Ultra” markalı **********09931 və **********09935 İMEİ kodlu mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1760,00 manat müəyyən olunur. (İ/V. 210-213). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham elan edilməsi qərara alınmışdır. (İ/V. 221- 222). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 5 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 241-246). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 qızma məxsus oğurladığı mobil telefonu satdığı şəxs Şahid1 Təqsirləndirilən şəxs aldığı Zərərçəkmiş şəxs1 məxsus könüllü olaraq sahibinə qaytarılmasından ötrü təqdim etdiyi xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyev tərəfindən götürülmüş bir ədəd “Samsung Galaxy S24 Ultra” markalı **********09931 və **********09935 İMEİ kodlu mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qızma qaytarılması nəzərə alınmışdır. (İ/V. 290-300). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 301-303). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “Samsung A50” markalı mobil telefonunu oğurladığını etiraf etsə də, 2500 manat pul oğurlamadığını bildirmişdir. Qeyd olunan ifadə Təqsirləndirilən şəxs vəsatəti kimi qiymətləndirilmiş və həmin vəsatət əsassız və özünümüdafiə xarakteri daşıdığından rədd edilmişdir. (İ/V. 290- 315). İş üzrə Şahid1 məhkəməyə ünvanlanmış elektron ərizədən görünür ki, o, ibtidai istintaq zanmanı verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, “Hadisə yerinə baxış keçirilməsi və tanınmaya təqdim edilməsi haqqında” protokolarl, üzləşdirmə protokolları, maddi sübutlar, ekspert rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yalnız “Samsung A50” markalı mobil telefonunu oğurladığını, lakin ittihamda qeyd edilən 2500 manat pulu oğurlamadığını bildirsə də iş materiallarında Zərərçəkmiş şəxs2 həmin məbləğdə pul vəsaitinin olması mötəbər sübutla öz təsdiqin tapır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona verilmiş ittihamın 2500 manata münasibətdə etiraf etməməsini özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, peşman olmasını bildirməsi, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayət və tələbinin olmaması hallarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il (saat 19:00-dan) tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il (saat 17:20-dən) tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 04 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, cinayət işinin materialarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Polis idarəsinin müstəntiqi O.Məmmədov tərəfindən xx.xx.2024-cü il (saat 19:00-dan) tarixdən sübhəli şəxs qismində tutulmuşdur və 23 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs MSY-dan azad edilərək şəxsin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Sonradan həmin tarixdə saat 17:20-də Təqsirləndirilən şəxs Yasamal rayon Polis idarəsinin müstəntiqi E.Vəliyev tərəfindən sübhəli şəxs qismində tutulmuşdur və 25 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs MSY-dan azad edilərək şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 5 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy S24 Ultra” markalı **********09931 və **********09935 İMEİ kodlu mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-625/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 22 noyabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 16 (on altı) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 5 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy S24 Ultra” markalı **********09931 və **********09935 İMEİ kodlu mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar