Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-106/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Mülki iddiaçılar Şahid1 və "xxxx" MMC-nin nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1969-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır dərəcəli bədən xəsarəti almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, 29 iyun 2022-ci il tarixdə 12:14 radələrində ünvan 2 ünvanın qarşısında yolun kənarında parklanmış vəziyyətində olan etibarnamə əsasında BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Renault Megane” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili parklandığı yerdən hərəkətə gətirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməklə, yəni avtomobili yolun sağ kənarından sola manevr etməzdən əvvəl ondan arxada onunla eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli və bundan sonra etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olaraq manevrə başlayacağı təqdirdə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyib yol hərəkəti qaydalarını pozaraq, avtomobilini yolun sağ kənarından sola doğru manevr etdirməklə onunla eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «Hundai Accent» markalı **- PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Şahid2 idarə etdiyi «Hundai Accent» markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşduqdan sonra, Zərərçəkmiş şəxs2 idarə etdiyi «Toyota Prius» markalı avtomobil qarşı zolaqdan hərəkətdə olan Şahid1 idarə etdiyi «Kia Soremto» markalı **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə «Toyota Prius» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol baldır sümüklərinin ikili çox qəlpəli, sol əlin İV daraq sümüklərinin çəp yerdəyişən, İİİ barmağın proksimal falanqasının yerdəyişməyən sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarəti və «Kia Sorento» markalı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sol sirkə kasasının arxa divarının qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, avtomobil idarə edir, bundan əvvəl yol-nəqliyyat hadisəsi törətməmişdir. 29 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində idarə etdiyi **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı, «Renault Megane» markalı avtomobillə hərəkətdə olan zaman avtomobilini iki tərəfli hərəkət hissəsinin sağ kənar zolağında saxlamışdır. Təxminən saat 12:20 radələrində onun avtomobilində sərnişin qismində oturan hamilə vəziyyətdə olan gəlininin səhətinin pisləşməsi səbəbindən təcili olaraq onu xəstəxənaya çatdırmaq məqsədi ilə hərəkətə başlamışdır. Bu zaman o avtomobilinin sol yan güzgüsünə baxdıqda arxa tərəfdən başqa bir nəqliyyat vasitəsinin gəlmədiyinə əmin olduqdan sonra avtomobilini hərəkətə gətirmişdir. Lakin arxada ondan sol zolaqda hərəkətdə olan «Hyundai Accent» markalı avtomobil onun avtomobilinin qabaq sol qapısından vurmuşdur. Bundan sonra «Hyundai Accent» markalı avtomobildən solda hərəkətdə olan «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə həmin avtomobili arxa hissəsindən vurmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmış, izahatını almışlar. İlk olaraq onun avtomobilini «Hyundai Accent» markalı avtomobil vurmuşdur, o həmin avtomobili vurmamışdır. Hərəkətə başlayan zaman o avtomobilinin sol yan güzgüsünə baxdıqda arxa tərəfdən başqa bir nəqliyyat vasitəsinin gəlmədiyini görüb sola dönmə göstəricilərini yandıraraq avtomobilini hərəkətə gətirmiş və təxminən 5-6 metr düz istiqamətdə hərəkət etdikdən sonra tam yola çıxmış, bundan sonra ondan sol zolaqda hərəkətdə olan «Hyundai Accent» markalı avtomobil arxadan gələrək onun avtomobilini vurduqdan sonra o avtomobilini yenidən sağa çəkərək saxlamışdır. Bundan başqa «Toyota Prius» markalı avtomobilin idarəetməni itirib əks zolağa çıxaraq əks istiqamətdən gələn «Kia Sorento» markalı **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vurmasını görməmişdir. O hadisə yerinə baxış keçirilən zaman orada iştirak etməmiş və hadisə yerinin sxemini görməmişdir. O yalnız hadisə yerinin videokamera vasitəsilə çəkilmiş görüntülərini izləmişdir. Əlavə olaraq bildirmişdir ki, “Renault Megane” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 29 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığı yandıqdan sonra sağ tərəfə yəni, Ə.Əhmədov küçəsinə dönərək ikitərəfli hərəkət hissəsindən ibarət olan yolun sol zolağı ilə hərəkətini 40 km/saat sürətlə davam etdirmişdir. Həmin vaxt ondan sağda «Hyundai Accent» markalı avtomobil hərəkətdə olmuş və həm o, həm də «Hyundai Accent» markalı avtomobilin sürücüsü qarşıda piyada keçidi olduğuna görə hərəkət sürətini azaltmışlar. Bu vaxt o «Hyundai Accent» markalı avtomobilə sağ tərəfdən zərbə dəydiyini görmüş və həmin avtomobil zərbənin təsirindən onun idarə etdiyi «Toyota Prius» markalı avtomobilin qabaq sağ tərəfinə dəymişdir. Həmin vaxt onun avtomobili dəymiş zərbənin təsirindən qarşı tərəfdən gələn “Kia Sorento” markalı avtomobilə dəymişdir. Nəticədə o xəsarət almış və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılaraq əməliyyat olunmuşdur. Yekun olaraq o mülki iddia tələbini müdafiə edərək onun sağlamlığına dəymiş 1000 manat, avtomobilinin təmiri ilə əlaqədar 5000 manat, işləmədiyi müddətdə əldən çıxmış fayda olaraq 7000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 15000 manat ziyanın Təqsirləndirilən şəxs Məhərrəm oğlundan tutularaq ona ödənilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. İş üzrə zərəçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 122-124-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində yaşayır, şəxsi işləri ilə əlaqədar qızı Türkanla birlikdə Bakı şəhərinə gəlmişdir. Şahid1 onun qardaşıdır. 29 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində Məzahir idarə etdiyi «Kia Sorento» markalı **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ilə 30-35 km/saat sürətlə hərəkət etdirərkən Ə.Əhmədov küçəsi 34 saylı ünvanın qarşısından park vəziyyətində olan «Renault Megane» markalı **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anidən onunla bir istiqanətdə hərəkətdə olan “Hyundai Accent” markalı avtomobilin yoluna çıxmış və həmin “Hyundai” markalı avtomobilə dəymiş, zərbədən həmin avtomobilin sol tərəfində hərəkətdə olan «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymişdir. Həmin zərbədən «Toyota Prius» markalı avtomobil Məzahirin idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, və qızı Türkan xəsarət almışlar. Lakin onun xəsarəti Türkana nisbətdə daha ağır olmuşdur. Sonra hadisə yerinə polislər gəlmişlər. Hadisə zamanı Məzahir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış təmsilçisi işləyir və həmin şirkətə məxsus «Hyundai Aksent» markalı **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 29 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsindən sağ tərəfə yəni, Ə.Əhmədov küçəsinə dönmüş və hərəkətini 40-45 km/saat sürətlə davam etdirmişdir. Bu zaman həmin küçədə yolun sağ kənarında dayanmış göy rəngli, «Renault Megane» markalı **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anidən onun yoluna çıxamış və onun idarə etdiyi avtomobilinin ön sağ hissəsi “Renault” markalı avtomobilin qabaq sol qapı və qanad hissəsinin tininə dəymişdir. Zərbənin təsirindən onun avtomobili hərəkət zolağının soluna çıxmış və bu zaman avtomobilimin sol yan hissəsi ondan sol tərəfdə hərəkətdə olan «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş, həmin avtomobil isə yolun əks hərəkət zolağına çıxaraq hərəkətdə olan «Kia Sorento» markalı avtomobillə toqquşmuşdur. Bundan sonra o xəsarət almış şəxslərə yardım etmək məqsədi ilə avtomobildən düşmüş və dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində o xəsarət almamışdır. Əlavə olaraq bildirmişdir ki, «Hyundai Aksent» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində idarə etdiyi «Kia Sorento» markalı **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsinin sağ zolağında hərəkətdə olduğu zaman yolun əks hərəkət zolağında hərəkətdə olan «Toyota Prius» markalı **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sol tərəfinə dəymişdir. Qəzadan sonra o dərhal avtomobildən düşərək xəsarət alan qardaşı Zərərçəkmiş şəxs1 kömək etmək məqsədilə təcili tibbi yardım çağırmışdır. Hadisə zamanı o yol-nəqliyyat hadisəsinə hansı nəqliyyat vasitəsinin səbəb olduğunu görməmişdir. İbtidai istintaq zamanı o hadisə yerinin videokamera vasitəsilə qeydə alınmış görüntülərini izlədikdən sonra ona məlum olmuşdur ki, Ə.Əhmədov küçəsi 34 saylı ünvanında yolun kənar zolağında dayanmış «Renault Megane» markalı **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətə başlayan zaman onunla bir istiqamətdə hərəkətdə olan “Hyundai Accent” markalı avtomobilə dəymişdir. Bundan sonra zərbənin təsirindən “Hyundai Accent” markalı avtomobilin ondan sol tərəfdə hərəkətdə olan «Toyota Prius» markalı avtomobilə dəymiş və həmin avtomobil isə onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin qəza nəticəsində ona ümumilikdə 15.122 manat məbləğində ziyan dəymişdir. Yekun olaraq o mülki iddia tələbini müdafiə edərək Təqsirləndirilən şəxs 15.122 manat tutularaq ona ödənilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, «Kia Sorento» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış təmsilçisi işləyən Şahid2 idarə etdiyi «Hyundai Accent» markalı **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur və baş verən yolnəqliyyat hadisəsi nəticəsində qüsur aktına əsasən müəyyən edilmiş «Hyundai Accent» markalı **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 2200 manat məbləğində ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ödənilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, «Hyundai Aksent» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-in İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində xidmət edir. 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini icraatına qəbul edərək cinayət işi başlamış və ibtidai istintaq aparmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə 12:14 radələrində ünvan 2 ünvanın qarşısında yolun kənarında parklanmış vəziyyətdə olan, idarə etdiyi “Renault Megane” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili parklandığı yerdən hərəkətə gətirərkən avtomobilini yolun sağ kənarından sola doğru manevr etdirməklə onunla eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə» məxsus «Hyundai Accent» markalı **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Şahid2 idarə etdiyi «Hyundai Accent» markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-FM- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşduqdan sonra, Zərərçəkmiş şəxs2 idarə etdiyi «Toyota Prius» markalı avtomobil qarşı zolaqdan hərəkətdə olan Şahid1 idarə etdiyi «Kia Sorento» markalı **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «Toyota Prius» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və «Kia Sorento» markalı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. 03 avqust 2022-ci il tarixində cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının aparılması üçün 12 avqust 2022ci il tarixində ekspert tərəfindən daxil olmuş iş üzrə əlavə məlumatların təqdim edilməsi barədə vəsatətlə bağlı olaraq həmin tarixdə onun tərəfindən iş üzrə Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Keçirilmiş hadisə yerinə baxış zamanı sürücü Zərərçəkmiş şəxs2 bildirmişdir ki, idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə 40 km/saat sürətlə hərəkətdə olan zaman yolun hərəkət hissəsində sağ kənarda dayanmış “Renault Megane” markalı avtomobilin sürücüsü təxminən 15-20 km/saat sürətlə 2 metr məsafə qət etmişdir. Hadisə yerinə ilkin baxış təhqiqatçı X6 tərəfindən keçirilmişdir və hadisə yerində ilkin ölçmələr onun tərəfindən aparılmışdır, həmçinin hadisə yerinin sxemi də təhqiqatçı tərəfindən tərtib edilmişdir, hadisə yerinin videogörüntülərinin X6 tərəfindən əldə edilmişdir. Həmin videogörüntülər mobil telefonda olduğu üçün onu kompüterə köçürən zaman kompüterə virusun düşməsi səbəbindən görüntülər silinmiş və bu səbəbdən həmin görüntüləri sübutlar siyahısında daxil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşir. (i.v. 9-15) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, “Renault Megane” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (i.v. 16-18) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “KİA Sorento” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (i.v. 19-21) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Hunday Accent” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (i.v. 22-24) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (i.v. 25-27) xx.xx.2018-ci il tarixli AC seriyalı 551719 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücüdür. (i.v. 30) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi 29 iyun 2022-ci il tarixli 2/15284 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolununun görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 31) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 01 fevral 2022-ci il tarixli ƏN-V № 958398 etibarnamədən görünür ki, X1 “Renault Megane” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixədək idarə etmək üçün etibar etmişdir. (i.v. 35) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 15 iyul 2022-ci il tarixli 213 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 adına təqdim olunmuş tibbi sənəddə qeyd olunan xəsarət – sol sirkə kasasının arxa divarının qəlpəli yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 59-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 15 iyul 2022-ci il tarixli 211 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 adına təqdim olunmuş tibbi sənəddə qeyd olunan xəsarət – sol baldır sümüklərinin ikili çox qəlpəli, sol əlin İV daraq sümüklərinin çəp yerdəyişən, İİİ barmağın proksimal falanqasının yerdəyişməyən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 62-64) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli 8/2103 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Renault Begane» markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai Accent» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tətqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tətqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Kia Sorento» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 Toyota Prius markalı avtomobillə Kia Sorento markalı avtomobilin toqquşması hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tətdiq etmək mümkün deyildir. (i.v. 93-97) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP Web portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməsinə dair heç bir məlumat yoxdur. (i.v. 182-183) “Sübutların qiymətləndirilməsi barədə” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, “Hyundai Accent” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı **- FM-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmışdır. (i.v. 189-195) Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, xx.xx.2022ci il tarixdə ünvan 4 ünvanının qarşısında “Renault Megane” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs təqsiri ucbatından baş vermiş nəqliyyat vasitəsi hadisəsi zamanı o xəsarət almışdı. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2023-cü il tarixli 8/225-8/2232 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, Renault Megane markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun sağ kənarından sola doğru manevr etməsi ilə arxadan sol tərəfi ilə yaxınlaşan Hyundai Accent markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkəti üçün təhlükə yaratmış olur. Məhkəmə tərəfindən təqdim olunmuş elumatlara əsasən, Renault Megane markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Məhərrəm oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Hyundai Accent markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, Toyota Prius markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə tərəfindən təqdim olunmuş vəsatətə cavab məktublarından məlum olduğu kimi, avtomobillərdən yalnız biri, yeni Toyota Prius markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunmamış vəziyyətdədir. Bu səbəbdəndə nəqliyyattrasoloji ekspertiza aparılaraq qeyd olunan avtomobillərin toqquşma bucağını və toqquşma mexanizmini müəyyən etmək mümkün deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Qətimkan tədbirinin seçilməsi barədə 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (i.v. 129) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 181) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvəllər məhkum olmamasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Hyundai Accent” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 256 (iki yüz əlli altı) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Şahid1 və "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddialarla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq - iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, Zərərçəkmiş şəxs2, Şahid1 və "xxxx" MMC tərəfindən verilmiş mülki iddialar araşdırma tələb etdiyindən baxılmamış saxlanılmalı və onlara mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2, Şahid1 və "xxxx" MMC tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlansın və onlara mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Accent” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-106/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-106/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver