Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-107/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Ada” reklam agentliyində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda və İTS.GOV.AZ portalından sms vasitəsi ilə 28.08.2021-ci il tarixdə ona göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa məhəl qoymayaraq, özünü təcrid qaydalarını pozaraq 10 sentyabr 2021-ci il tarixdə saat 14:00 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edərək Bakı Metropoliteni QSC-nin “İnşaatçılar” stansiyasına gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini və “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 14:13 radələrində Metropolitenin “İnşaatçılar” stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşı tərəfindən koronavirus (Covid19) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda “Ada” reklam agentliyində fəhlə işləyir. 17-18 avqust 2021-ci il tarixdə o, yaşadığı evdə xəstə olmuşdur. Həmin vaxt o, həkim briqadasına müraciət etməmişdir. Lakin 25.08.2021-ci il tarixdə TTYS-na müraciət etmişdir. Həkim briqadası yaşadığı evə 25.08.2021-ci il tarixdə gəlməmişdir. TTYS-nın həkimləri onun yaşadığı evə 28.08.2021-ci il tarixdə saat 09 radələrində gəlmişdir. Həkim briqadası onu müayinə etdikdən sonra ondan test götürmüşlər. Sonra həkim briqadası ondan istifadəsin də olan mobil nömrəni istəmişlər. O, həkim briqadasına istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. 01 sentyabr 2021-ci il saat 13:39 radələrində onun istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ sayıtından sms gəlmişdir. Həmin smsdə 28.08.2021-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olması bildirilmişdir. Həmçinin həmin smsdə o və ailə üzvləri yaşadığı evi tərk etməməyi bildirilmişdir. Yaşadığı evi tərk edəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmağı barədə xəbərdar olunmuşdur. 10.09.2021-ci il tarixdə o, yaşadığı evdə olan zaman özünü yaxşı hiss etmişdir. 10.09.2021-ci il tarixdə yaşadığı evi tərk edib Yasamal rayonu ərazisində yerləşən Bakı Metropoliteni QSC-nin “İnşaatçılar” stansiyasının yaxınlığına getmişdir. Metronun ətrafında bir qədər gəzmişdir. Sonra o, metronun “İnşaatçılar” stansiyasına düşmüşdür. Həmin vaxt tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmişdir. Ondan özünü təqdim etməyini istəmişdir. O, polis əməkdaşından onu saxlamağınının səbəbini soruşmuşdur. Polis əməkdaşı Bakı Metropoliteni QSC qapalı məkandır və qapalı məkanda tibbi maskadan istifadə və ara məsafəsinin saxlanılması məcburi olduğunu bildirmişdir. O, polis əməkdaşına özümü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşı onun adını portal sisteminə daxil etmişdir. Həmin vaxt polis əməkdaşı ona pozitiv “COVİD-19” xəstəsi olduğunu demişdir. Daha sonra polis əməkdaşı ondan istifadəsində olan mobil nömrəyə pozitiv “COVİD 19” xəstəsi olmağı ilə bağlı sms gəlibgəlmədiyini soruşmuşdur. O, polis əməkdaşına istifasində olan mobil telefonu göstərək İTS.GOV.AZ sayıtından ona sms gəldiyini və pozitiv “COVİD-19” xəstəsi olduğunu bildiyini demişdir. Polis əməkdaşı aidiyyəti üzrə məlumat vermişdir. Sonra o müalicə təyin olunan ünvana yerləşdirilmişdir. Bundan başqa o, ilkin izahatını verən zaman həyacanlı olduğunu, ona görə yalandan izahatını alan polis əməkdaşına əsgər yoldaşı ilə görüşdüyünü dediyini, həmin gün o, heç kimlə görüşmədiyini, həmin mobil nömrənin ona məxsus olduğunu, həmin nömrənin özünə məxsus olan mobil telefonda istifadə etdiyini, həmin telefonun ondan başqa heç kimdə olmadığını, o, 10.09.2021-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “İnşaatçılar” stansiyasında olan zaman tibbi maskadan istifadə etmədiyini, 30.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixə kimi olan müddət ərzində onun istifadəsində olan mobil telefon və mobil nömrə həyat yoldaşı Şahid1 olduğunu, o, xəstə olduğu müddətdə evdə olduğunu, o, 10.09.2021-ci il tarixdə yaşadığı evdə olan zaman özünü yaxşı hiss etdiyini, həmdə o, 28.08.2021-ci il tarixdə test verməmişdən əvvəl 1 həftə əvvəl xəstələndiyini, xəstələnəndən 1 həftə sonra isə test verdiyini, 10.09.2021-ci il tarixdə sağaldığını bildiyi üçün yaşadığı evi tərk etdiyini, lakin onun evi tərk etməyi üçün ona rəsmi icazə verilmədiyini bildirmişdir. 14 sentyabr 2021-ci il saat 13:06-da ona məxsus telefona təcrid müddəti bitməsi ilə bağlı sms gəlmişdir. Əlavə olaraq bildirdi ki, o yaşadığı yer üzrə poliklinikaya müraciət etmişdir və ona orda arayış verilmişdir ki, 10.09.2021-ci ildə o işə çıxa bilər, məhz ona görə evdən rahat çıxmışdır. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməmisini və ailəli olmalqa himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təxminən 17-18 avqust 2021-ci il tarixdə Nicat yaşadıqları evdə xəstə olmuşdur. Həmin vaxt o, həkim briqadasına müraciət etməmişdir. Lakin 25.08.2021-ci il tarixdə TTYS-na müraciət etmişdir. Həkim briqadası onların yaşadığı evə 25.08.2021-ci il tarixdə gəlməmişdir. Həkim briqadası onlar yaşadıqları evə 28.08.2021-ci il tarixdə gəlmişdir. Həkim briqadası əri Təqsirləndirilən şəxs yaxma götürmüşdür. Yaxma götürdükdən sonra isə istifadəsində olan mobil nömrəni istəmişdir. Təqsirləndirilən şəxs həkimlərə istifadəsində olan mobil nömrəni vermişdir. 01.09.2021-ci il tarixdə Nicatın istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ sayıtından verdiyi testin nəticəsinin pozitiv olması barədə sms gəlmişdir. Nicata sms gəldikdən sonra o, Nicatın istifadəsində olan mobil telefonu götürüb Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasının yaxınlığında yaşayan anasıgilə qalmağa getmişdir. Həmin vaxt o, hamilə olmuşdur. Ona görədə xəstəliyə yoxluxmamağı üçün anasıgilə getmişdir. 28.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixə kimi Nicatın istifadəsində olan mobil nömrə və mobil telefon ondan olmuşdur. O, səhəti ilə əlaqədar olaraq həmin müddət ərzində həkimə və digər ünvanlara getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 2012-ci il tarixdən DİO-da və həmin tarixdən tutduğu vəzifədə xidmət edir. 10.09.2021-ci il tarixdə saat 14 radələrində Bakı Metropoliteni QSC-nin “İnşaatçlar” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt təxminən 25-30 yaşlarında bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ona özünü təqdim etmişdir. Həmin şəxs ondan nə üçün onu saxladığını soruşmuşdur. O, həmin şəxsə tibbi maskadan istifadə etmədiyini bildirmişdir. Həmdə o, həmin şəxsə Bakı Metropoliteni QSC-nin qapalı məkan olduğunu və həmin məkanda tibbi maskdan istifadənin məcburi olduğunu bildirmişdir. Sonra həmin şəxs özünü ona təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, həmin şəxsin təqdim edtiyi ad və soyadı təhkim edilmiş portal sisteminə daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pozitiv “COVİD-19” xəstəsi olduğunu görmüşdür. Təqsirləndirilən şəxs pozitiv “Covid-19” xəstəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonu çıxaraq həmin telefonun sms bölməsinə daxil olmuşdur. Telefona baxan zaman ona İTS.GOV.AZ sayıtından pozitiv xəstə olmağı ilə bağlı sms gəldiyini görmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərində tibbi maskadan istifadə etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 13.09.2021-ci il tarixli təqdim edilmiş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, SMS bölməsində olan 10 ədəd SMSdən birinin İTS.GOV.AZ-dan ünvanlanmışdır. Həmin SMS 01.09.2021-ci il tarixdə saat 13:39 daxil olmuşdur. SMS-də X6. Sizin 28.08.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve ailə uzvlerinizin yashayısh yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasının inzibati Xetalar və Cinayet mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. mətni əks olunmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”-dən alınmış 27 oktyabr 2021-ci il tarixli PHŞ-1.1-2-2021-3922 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 28.08.2021-ci il tarixdə COVİD- 19 virus infeksiyasına görə götürülən testin nəticəsi pozitiv olmuş və 14 gün müddətində yaşayış yerini tərk etməsi qadağan edilmişdir. Cinayət işinin 28-30-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anamotimya birliyindən alınmış 28 dekabr 2021-ci il tarixli 1030/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyası aşağıdakı nəticəyə gəlir: 1.28.08.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir.
2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxslərin xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.
3. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Cinayət işinin 31-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.12.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 67-69-cu vərəqələrində olan 15.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 70-75-ci vərəqələrində olan 16.01.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı, 678091 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18.01.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahid1dır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29.08.2021-ci il saat 11:39:04-dən 29.08.2021-ci il saat 12:09:33 kimi olan müddət ərzində Yasamal rayonunun D.Bünyadzadə, Şərifzadə, Z.Kərimov, Talıblı, 2-ci Alatava, 30.08.2021-ci il saat 15:21-dən 30.08.2021-ci il saat 17:38-ə kimi olan müddət ərzində Nərimanov rayonu, Nərimanov, Atatürk prospekti, M.Araz, Binəqədi rayonunun S.Bəhlulzadə, Nəsimi rayonu, A.Məhərrəmov, Cavadxan, Nəsimi rayonu, 20 yanvar, Yasamal rayonu, Şərifzadə, 31.08.2021-ci il saat 13:40:59-dan 31.08.2021-ci il saat 16:48:17 kimi olan müddət ərzində Yasamal rayonu, Şərifzadə, Nəsimi rayonu Seyidzadə, 20 yanvar, Yasamal rayonu 2-ci Alatava, 10.09.2021-ci il saat 00:53:15-dən 10.09.2021-ci il saat 11:33:08 kimi olan müddət ərzində Nəsimi rayonu 2-ci mkr və Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasının yaninda olması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin polis əmədaşları tərəfindən Bakı Metropoliteni QSC-nin “İnşaatçılar” stansiyasında yoxlanılan zaman pozitiv “COVİD19” xəstəsi olmağı müəyyən edilmişdir və Təqsirləndirilən şəxs həmin görüntüdə pozitiv “COVİD-19” xəstəsi olduğunu bildiyini və 10 sentyabr 2021-ci il tarixdə yaşadığı evi tərk etdiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin ifadələri ilə, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə qənaetə gəlir ki, Təqsirləndirilən şəxs 28.08.2021-11.09. 2021 tarixlər arasında Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən yaşadığı mənzili tərk edə bilməzdi, yalnız TƏBİB-dən gələn sms-dən sonra evi tərk edə bilərdi.İşin materiallarında olan sms-lərdən görünür ki, o həmin qaydalara riayət etməyib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini və ailəli olmalqa himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 139.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili F.Ç.Qarayevə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Q.Ə.Musayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili F.Ç.Qarayevə ibtidai istintaq dövründə iştirak etdiyi 14 saata görə 84 manat, 4 saylı Vəkil Bürosunun vəkili Q.Ə.Musayevə isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri “Mərkəz” və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 ibtidai istintaq dövründə iştirak etdiyi 16 saata görə 84 manat, 4 saylı Vəkil Bürosunun vəkili X3 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri “Mərkəz” və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Murad Məmmədov