Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-107/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunun Əkşəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, “156 Evakuasiya” xidmətində sürücü işləyən, Yevlax rayonunun Əkşəm kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci ildə saat 08:20 radələrində Bakı- Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,2-ci kilometrliyində idarə etdiyi X8 FE yük markalı 99JP858 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 72 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkət etdiyi istiqamətdə dayanmış avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafəsi saxlayaraq onun yanından keçib getməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşıda həmin zolaqda hərəkətdə olarkən ani olaraq yaranmış nasazlıq səbəbində sürücü Zərərçəkmiş şəxs tərəfindən dayandırılmış MERCEDES BENZ E240 minik markalı 77FR172 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qapalı kəllə beyin travması, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qapalı sınığı, sol təpə nahiyəsinin yumşaq toxumaların əzilməsi və dərialtı hematoması və sol baldırın səthi əzilmiş yarası xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə xx.xx.2029-cu ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 02 oktyabr 2022-ci ildə saat 08:20 radələrində Bakı-Kənar- Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində idarə etdiyi X8 FE yük markalı 99JP858 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 72 km/saat sürətlə hərəkətdə olarkən təxminən 200 metr qarşıda tünd rəngli minik avtomobilin yolun sağ zolağında dayandığını görmüşdür. Elə zənn etmişdir ki, həmin avtomobilin sol tərəfindən ötüb keçəcək və başı əlindəki mobil telefona qarışaraq hərəkəti davam etmişdir. Dayanmış həmin MERCEDES BENZ E240 minik markalı 77FR172 dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 10-15 metr məsafə qalmış başını qaldırıb qarşıya baxmışdır. Həmin avtomobillə toqquşmamaq üçün sükanı sola burmuş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən həmin avtomobil hərəkətə gələrək, sola istiqamətlənib yolun sol tərəfindəki orta ayrıcı zolaq kənarındakı metal çəpərə çırpılıb dayanmış və idarə etdiyi avtomobil də toqquşma vəziyyətində həmin avtomobilin arxasında dayanmışdır. Hadisə nəticəsində həmin avtomobilin sürücüsü, yəni hazırda tanıdığı Zərərçəkmiş şəxs xəsarət almış, avtomobillər və metal çəpər əzilmişdir. Xəsarət almış sürücü Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışlar. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bununla yanaşı bildirmişdir ki, o, 2020-ci il Vətən Müharibəsi iştirakçısıdır və müxtəlif medallarla təltif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahid ifadələri ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2013-cü ildə xx.xx.2023-cü ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 02 oktyabr 2022-ci ildə saat 08:20 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,2-ci kilometrliyində idarə etdiyi MERCEDES BENZ E240 minik markalı 77FR172 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobildə qəfildən dartınma baş verərək mühərrik sönmüşdür. Avtomobili sağa yönəldib qəza işıqlarını yandıraraq, telefonu götürüb usta nömrəsini axtarırmış və mühərriki işə salmağa cəhd etmişdir. Orada bir dəqiqədən də az müddətdə dayanmışdır ki, avtomobilin arxa hissəsindən güclü zərbə dəymişdir. Zərbənin təsirindən avtomobili dayandığı yerdən sola istiqamətlənərək metal çəpərə çırpılıb dayanmışdır. Hadisə nəticəsində xəsarət almış və avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Məlum olmuşdur ki, avtomobilinin arxa hissəsi ilə toqquşan X8 FE yük markalı 99JP858 dövlət qeydiyyat nişanlı evakutor tipli avtomobildir. Hadisə zamanı avtomobilimdə 1 nəfər sərnişin, yəni tanışı Şahid1 olmuşdur və o, xəsarət almamışdır. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışmasını və ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da sürücü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Avtomobil Yolları X3 Təminat və X6 Təşkili İdarəsinin Hüquq şöbəsnin hüquqşünası vəzifəsində işləyir. 02 oktyabr 2022-ci ildə saat 08:20 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,2-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi, yəni Təqsirləndirilən şəxs idarə etdiyi X8 FE yük markalı 99JP858 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə edən MERCEDES BENZ E240 minik markalı 77FR172 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində Azərbaycan X5 Agentliyinin balansında olan 12 pm birtərəfli yol təhlükəsizlik səddi əzilərək həmin Agentliyə 1053 (bir min əlli üç) manat 60 qəpik maddi ziyan dəymişdir. Cinayət işinin 100-103-cü vərəqələrində olan 30 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən 12 mart 2019-cu il tarixdə verilmiş AE seriyalı, 234615 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və 12 mart 2029-cu il tarixədək etibarlıdır. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 13 avqust 2018-ci il tarixdə verilmiş AD seriyalı, 291481 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X8 FE» markalı, 99JP858 dövlət qeydiyyat nişanlı yük maşınının sahibi "xxxx" MMC-dir. Cinayət işinin 53-55-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2022-ci il tarixli, 1042 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qapalı sınığı, sol təpə nahiyəsinin yumşaq toxumaların əzilməsi və dərialtı hematoması və sol baldırın səthi əzilmiş yarası küt əşyanın təsirindən xx.xx.2022ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 50-51-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2724 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X7” markalı, **-JP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 75-ci vərəqində olan maddi sübutun qiymətləndirilməsi haqqında qərara istinadən, Təqsirləndirilən şəxs idarə etdiyi X8 Fe markalı, ** JP *** dövlət nömrə nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz E240 markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobillər maddi sübut hesab edilmiş və avtomobillər sahiblərinə qaytarılmışdır. Cinayət işinin 76-78-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərara istinadən, X5 Agentliyinin balansında olan 12 pm birtərəfli yol təhlükəsizlik səddinin əzilərək 1053 (bir min əlli üç) manat 60 (altmış) qəpik ziyan dəyməsi və Mercedes Benz E240 markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində 16550 (on altı min beş yüz əlli) manat ziyan dəyməsi faktları ittiham aktına daxil edilməmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən 03 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan X5 Agentliyindən daxil olan məktubdan görünür ki, onlara dəymiş 1053,60 manat məbləğində ziyandan bağlı "xxxx" ASC-nə müraciət olunmuş və ödəmədən imtina edilməmişdir. Bununla bağlı hal-hazırda Agentliyin Təqsirləndirilən şəxs qarşı iddia və tələbi yoxdur, gələcəkdə sığorta şirkəti tərəfindən ödənişdən imtina olunarsa, vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət olunacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəlləyə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816- VQD saylı Qanununa əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi X8 Fe markalı, ** JP *** dövlət nömrə nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz E240 markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi X8 Fe markalı, ** JP *** dövlət nömrə nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz E240 markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-107/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-107/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver