Məhkəmə qərarları › İş №1(004)-108/2018

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-108/2018

13.04.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-108/2018 13.04.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X10, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: 1) Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X18, 2) Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X15 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov küçəsi ev 71-də pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, dalan 11, ev 6-da yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxx 2017-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 194 nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus «BMV» markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasından istifadə edərək salonun içindən sonuncunun mülkiyyətində olar 750 manat dəyərində "Samsung" markalı “GT-İ9235" modelli, **********01470 İMEİ kodlu mobil telefonu, həmin telefonun daxilində olan 20 manat dəyərində ***-***-**-** saylı Sim kartı və 7 manatlıq danışıq limitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 777 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə xx xxx 2017-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, 15 A nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus "Nissan Tiida" markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasından istifadə edərək salonun içindən sonuncunun mülkiyyətində olan 250 manat dəyərində **********55625 və **********55623 İMEİ kodlu “Samsung” markalı, “A310F/DS” modelli mobil telefonu və həmin telefonun daxilində olan 20 manat dəyərində ***-***-**-** saylı Sim kartını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən xx xxx 2017-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 81 nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Ford Transit» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasından istifadə edərək salonun içindən sonuncunun mülkiyyətində olan 120 manat dəyərində “Samsung” markalı SM-G532 modelli, **********87258 və **********87256 İMEİ kodlu mobil telefonunu və həmin telefonun daxilində olan 3 manat dəyərində ***-***-**-** saylı Cin kartını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 123 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən xx xxxx 2017-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 440 A binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus «VAZ-2107» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapısının açıq qalmasından istifadə edərək salonun içindən sonuncuya məxsus 250 manat dəyərində "Samsung-Galaksy Core" markalı, **********38679 İMEİ kodlu mobil telefonunu, həmin telefonun daxilində olan 6 manat dəyərində ***-***-**-** saylı Nar kartını daxilindəki 5 manatlıq danışıq limiti ilə və 5 manat dəyərində ***-***-**-** saylı Cin kartını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 266 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxx 2017-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 194 nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus «BMV» markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasından istifadə edərək salonun içindən sonuncunun mülkiyyətində olan 750 manat dəyərində “Samsung” markalı “GT-İ9235” modelli, **********01470 İMEİ kodlu mobil telefonu, həmin telefonun daxilində olan 20 manat dəyərində ***-***-**-** saylı Sim kartı və 7 manatlıq danışıq İimitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 777 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən xx xxx 2017-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 81 nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Ford Transit» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasından istifadə edərək salonun içindən sonuncunun mülkiyyətində olan 120 manat dəyərində “Samsung” markalı SM-G532 modelli, **********87258 və **********87256 İMEİ kodlu mobil telefonunu və həmin telcfonun daxilində olan 3 manat dəyərində ***-***-**-** saylı Cin kartını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 123 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən xx xxxx 2017-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 490 A nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus «VAZ-2İ07» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapısının açıq qalmasından istifadə cdərək salonun içindən sonuncunun mülkiyyətində olan 250 manat dəyərində “X26” markalı, **********38679 İMEİ kodlu mobil telefonunu, həmin telefonun daxilində olan 6 manat dəyərində ***-***-**-** saylı Nar kartını daxilindəki 5 manatlıq danışıq limiti ilə və 5 manat dəyərində ***-***-**-** saylı Cin kartını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 266 manat məbləğində maddi zivan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvələr bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2015-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2016-cı ilin dekabr ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2 oglu ilə uşaqlıqdan tanışlığı var, sonuncu VAZ-2106 markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi. 2017-ci ilin may və iyul aylarında o, Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşdırmaqla üç dəfə birlikdə tanımadıqları şəxslərin avtomobillərindən telefonlarını oğurlamışlar. Bundan başqa, bir dəfə o, tək Binəqədi rayonunda, M.Ə.Rəsulzadə qəsəbəsində, Azadlıq prospektində saxlanmış "Nissan Tiida" markalı avtomobilin qapısının açıq qalmasından istifadə edərək, salonun içindən bir ədəd "Samsung Galaxy A3" markalı mobil telefonunu oğurlamışdır. Belə ki, xx xxx 2017-ci il tarixdə saat 11:00 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 194 nömrəli ünvanın qarşısına, "Makromarketin" yaxınlığında saxlanmış avtomobilləri nəzərdən keçirdikləri zaman bir ağ rəngli “BMV” markalı avtomobilin içində cərəyana qoşulu vəziyyətdə qalmış “Samsung” markalı, qara rəngli mobil telefonunu görüb onu oğurlamaq qərarına gəlmişlər və bu məqsədlə o, həmin avtomobilin qapısını yoxlamış və açıq olmasını aşkar etmişdir. O, “BMV” markalı avtomobilin qapısını açaraq həmin telefonu oğurlamış və Ceyhunun avtomobilinə minmiş, onlar oradan dərhal uzaqlaşmışlar. Yolda o, həmin telefonun Sim kartını çıxarıb atmışdır. Həmin telefona onlar alıcı axtarmağa başlamışlar, lakin bir neçə gün axtarıb münasib adam tapa bilməmişlər, ona görə də, qərara gəlmişlər ki, bu telefonu Bakı metropoliteninin “20 Yanvar” stansiyasının çıxışının üstündə yerləşən telefon alqı-satqısı aparan mağazalarda göstərsinlər. Odur ki, Bakı metropoliteninin “20 Yanvar” stansiyasının çıxışının üstündə telefon alqı-satqısı aparan “Əli Telecom” mağazasında tanımadıqları satıcıya həmin telefonu göstərmişlər və ona bildirmişlər ki, özlərinin telefonunu satmaq istəyirlər. Satıcı telefona baxıb onu 80 manata almağa razılaşmış və sənədlərini istəmişdir. Onlar satıcıya Ceyhunun sürücülük vəsiqəsini təqdim etdikdən sonra satıcı onlara 80 manat pul vermişdir, onlar mağazadan çıxıb həmin pulu aralarında bölmüşlər və hər birinə 40 manat pul çatmışdı. İstintaq zamanı ona məlum olmuşdur ki, xx xxx 2017-ci il tarixdə saat 11:00 radələrində o Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 194 nömrəli ünvanın qarşısında oğurluğu Zərərçəkmiş şəxs1 «BMV» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı aviomobilindən etmişlər, oğurladıqları "Samsung" markalı CT-İ9235 modelli, **********01470 İMEİ kodlu mobil telefon, həmin telefonun daxilində olan Sim kartı və danışıq limiti sonuncuya məxsus olmuşdur. Bundan başqa, o, xx xxx 2017-ci il tarixdə saat 20:00 radələrində tək Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 15 A nömrəli ünvanın yanında olarkən oğurluq etmək məqsədilə həmin yerdə olan mağazaların qarşısında saxlanılmış avtomobillərə baxırmışdır. Bu zaman "Nissan Tiida" markalı avtomobilun salonunda "Samsung Galaxy A3" markalı mobil telefonun olmasını görmüş, avtomobilin sürücü yox idi və avtomobilin qapısı açarla bağlanmamışdı. O, həmin avtomobilin qapısını sakitcə açmış, salondan "Samsung Galaxy A3" markalı mobil telefonunu oğurlamış, cibinə qoymuş və hadisə yerindən dərhal uzaqlaşmışdır. Daha sonra o, oğurladığı "Samsung Galaxy A3” markalı mobil telefonun Sim kartını çıxanb atmış, telefonu isə satmaq istəmişdir, lakin öz şəxsiyyətini təsdiq edən sənədi olmadığından məcburiyyət qarşısında Təqsirləndirilən şəxs2 zəng etmiş və onunla Bakı şəhəri “20 Yanvar” dairəsinin yaxınlığında görüşmüşdür. O, Ceyhuna demişdir ki, öz telefonunu satmaq istəyir, lakin sənədi yoxdur və xahiş etmişdir ki, həmin telefonun onun sənədi ilə satılmasına köməklik etsin. Ceyhun razılaşmış və onlar Ceyhunun taksi kimi istifadə etdiyi VAZ-2106 markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı metropoliteninin “20 Yanvar” stansiyasının çıxışında yerləşən telefon alqısatqısı aparanmağazaların yanına gəlmişlər. Həmin yerdə olan “Bakcell” adlı mağazaya daxil olub tanımadığı satıcıya bildirmişdir ki, özünə məxsus “Samsung Galaxy A3” markalı mobil telefonu satmaq istəyir. Bu zaman Ceyhuna demişdir ki, onu öz avtomobilində gözləsin. Satıcı həmin telefona baxıb onu 200 manata ala biləcəyini demiş və sənəd istəmişdir. Bu zaman o, Ceyhunu da mağazaya çağırmış və onun sürücülük vəsiqəsini satıcıya təqdim etmişdir. Beləliklə, o, həmin "Samsung Galaxy A3” markalı mobil telefonunu 200 manata satmış və Ceyhunun bu oğurluqda iştirakı olmadığı üçün əldə etdiyi 200 manatı onunla bölüşdürməmişdir. Sonra Ceyhun onu taksi kimi istifadə etdiyi avtomobili ilə şəhərə aparmış və o, ona taksi fəaliyyəti göstərdiyi üçün 20 manat pul vermişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, xx xxx 2017-ci il tarixdə saat 20:00 radələrində o, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 15 A nömrəli ünvanda oğurluğu Zərərçəkmiş şəxs4 idarə etdiyi "Nissan Tiida" markalı **-OD-*** dövlət qediyyat nişanlı avtomobildən etmiş, oğurladığı "Samsung" markalı “A310F/DS” modelli, **********55625 və **********55623 İMEİ kodlu mobil telefon içindəki Sim kartı ilə birlikdə sonuncuya məxsus olmuşdur. xx xxx 2017-ci il tarixdə səhər saat 08:00 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 81 nömrəli ünvanda adsız Marketin qarşısında olarkən orada ağ rəngli “Ford Transit” markalı avtomobil dayanmasını, təxminən 28-30 yaşı olan sürücünün avtomobildən düşdüyünü və qapını bağlamadan yük hissəsində olan çörəkləri götürüb mağazaya apardığını görmüşlər. Sürücü gedən kimi onlar həmin avtomobilə yaxınlaşıb salonuna sürücü oturacağının üzərində qara rəngli “Samsung” markalı telefonunu saxlanmasını görmüşlər. O, avtomobilin qapısını ehtiyyatla açıb həmin telefonu götürərək cibinə qoymuş və sakitcə qapını bağlamış, Ceyhun Məmədovla dərhal həmin yerdən uzaqlaşmışlar. Sonra isə, həmin gün saat 11:00 radələrində o, oğurladıqları həmin “Samsung” markalı telefonu yoxlamaq üçün onun nömrə kartını çıxarıb atmış və ona məxsus ***-***-**-** saylı nömrənin Cin kartını həmin telefona daxil edərək onu yoxlamışdır. Telefon işlək vəziyyətdə olmuşdur və onlar razılaşmışlar ki, Bakı şəhəri “20 Yanvar” dairəsində yerləşən telefon alqı-satqısını aparan mağazaların birində Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsini təqdim etməklə həmin telefonu satsınlar. O, həmin telefondan ona məxsus ***-***-**-** saylı nömrəni çıxartmış və həmin gün gunorta vaxtlarında onlar “20 Yanvar” dairəsində yerləşən “Aga Telecom” adlı telefon alqı-satqı mağazasına getmişlər, mağazaya Ceyhun tək daxil olmuş, o, isə onu çöldə gözləmişdir. Təqsirləndirilən şəxs2 həmin telefonu tanımadığı satıcıya 180 manata satmışdır, sonra isə onlar əldə etdikləri pulu bölmüşlər və hər birinə 90 manat pul çatmışdı. İstintaq zamanı ona məlum olmuşdur ki, xx xxx 2017-ci il tarixdə saat 08:00 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 81 nömrəli ünvanda adsız Marketin qarşısına qarşısında oğurluğu Zərərçəkmiş şəxs2 «Ford Transit» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilindən etmişlər, oğurladıqları "Samsung" markalı SM-G532 modelli, **********87258 və **********87256 İMEİ kodlu mobil telefon və həmin telefonun daxilində olan Cin kartını sonuncuya məxsus olmuşdur. Bundan başqa, xx xxxx 2017-ci il tarixdə saat 09:20 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 490 A nömrəli ünvanda yerləşən “Kamal" marketin qarşısında olarkən görmüşlər ki, «VAZ-2107» markalı avtomobilinin qapısı açıqdır, salonun içində isə sürət ötürücüsünün dəstəyinin yanında "Samsung-Galaksy Core" markalı mobil telefonu saxlanılıb. O, tez avtomobilin qapısını açıb həmin telefonu götürüb cibinə qoymuş və Təqsirləndirilən şəxs2 VAZ-2106 markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturaraq oradan uzaqlaşmışlar. Yolda gedərkən o, telefonun daxilindəki Sim kartını çıxarıb atmış və Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə getmişlər. Bakı şəhəri “20 Yanvar” dairəsində çoxlu sayda telefon alqı-satqı mağazaları yerləşən yerə, orada adını hazırda xatırlamadığı mağazada tanımadıqları satıcıya demişlər ki, özlərinə məxsus telefonu 120 manata satmaq istəyirlər. Satıcı həmin telefonu yoxlamış və onu 100 manata ala biləcəyini demiş, onların sənədlərini istəmişdir. Onlar razılaşmışlar və Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsini təqdim etməklə həmin telefonu satmışlar, əldə etdikləri 100 manatı aralarında bölüşdürmüşlər və hər birinə 50 manat pul çatmışdı. İstintaq zamanı ona məlum olmuşdur ki, 19iyul 2017-ci il tarixdə saat 09:20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 490 A nömrəli ünvanda yerləşən “Kamal” marketin qarşısında oğurluğu Zərərçəkmiş şəxs3 «VAZ-2107» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilindən etmişlər, oğurladıqları “X29” markalı, **********38679 İMEl kodlu mobil telefon, həmin telefonu daxilində olan Nar və Sim kartları, danışıq limiti sonuncuya məxsus olmuşdur. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs4ə dəymiş ziyanı ödəməmişlər, digər zərərçəkənlərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,Təqsirləndirilən şəxs1 oglu ilə onlar uşaq vaxtlarından tanışdırlar və münasibətləri yaxşıdır. 2017-ci ilin may və iyul aylarında o, Təqsirləndirilən şəxs1lə qabaqcadan razılaşdırmaqla üç dəfə birlikdə tanımadıqları muxtəlif şəxslərin avtomobillərindən telefonlarını ogurlamışlar. Təqsirləndirilən şəxs1 əlində heç bir rəsmi sənədi olmadığı üçün onunla birlikdə oğurladıqları telefonları onun sürücülük vəsiqəsini təqdim etməklə Bakı metropoliteninin “20 Yanvar” stansiyasının çıxışının yanında yerləşən telefon mağazalarına satmışlar. Oğurladıqları üç ədəd telefonların satışından ədlə etdikləri pulu əvvəlcədən razılaşdıqları kimi yarıba-yarı öz aralarında bölmüşlər. Bir dəfə də həmin yerdə Təqsirləndirilən şəxs1 ona öz telefonu kimi təqdim etdiyi telefonu onun sürücülük vəsiqəsindən istifadə etməklə satmış, lakin bu telefonun satışından əldə etdiyi puldan Ramil ona pul verməmişdir. Belə ki, xx xxx 2017-ci il tarixdə saat 11:00 radələrində o, Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 194 nömrəli ünvanın qarşısında, "Makromarketin" yaxınlığında saxlanmış maşınları nəzərdən keçirdikləri zaman ag rəngli “BMV” markalı avtomobilin içində cərəyana qoşulu vəziyyətdə qalmış “Samsung” markalı, qara rəngli mobil telefonunu görmüşlər. Onlar həmin telefonu oğurlamaq qərarına gələrək bu məqsədlə Təqsirləndirilən şəxs1 həmin avtomobilin qapısını yoxlamış və qapının açıq qalmasına əmin olmuşdur. O, aralıqda saxladığı avtomobilinə oturmuş, Təqsirləndirilən şəxs1 isə “BMV” markalı avtomobilin qapısını açaraq həmin telefonu oğurlayıb onun avtomobilinə minmiş və onlar oradan dərhal uzaqlaşmışlar. Yolda Təqsirləndirilən şəxs1 həmin telefonu yoxlamış, Sim kartını çıxarıb atmışdır. Həmin telefona onlar alıcı axtarmağa başlamış, lakin bir neçə gün münasib alıcı tapa bilməmişlər. Ona görə də qərara gəlmişlər ki, həmin telefonu Bakı metropoliteninin “20 Yanvar” stansiyasının çıxışının üstündə yerləşən telefon alqı-satqısı aparan magazalarda göstərsinlər. Odur ki, həmin metrostansiyasının çıxışının üstündə telefon alqı-satqısı aparan “Əli Telecom” mağazasında tanımadıqları satıcıya həmin telefonu göstərərək özlərinin telefonu olduğunu və satmaq istəmələrini bildirmişlər. Satıcı telefona baxıb onu 80 manata almağa razılaşmış və sənəd istəmişdir. Onun sürücülük vəsiqəsini təqdim etdikdən sonra satıcı 80 manat pul vermiş, mağazadan çıxıb onlar həmin pulu aralarında bölərək hər birinə 40 manat pul çatmışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, xx xxx 2017-ci il tarixdə saat 11:00 radələrində o, Təqsirləndirilən şəxs1lə Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 194 nömrəli ünvanın qarşısında oğurluğu Zərərçəkmiş şəxs1 «BMV» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilindən etmişlər, oğurladıqları "Samsung" markalı CT-İ9235 modelli, **********01470 İMEİ kodlu mobil telefon, həmin telefonun daxilində olan Sim kart və danışıq limiti sonuncuya məxsus olmuşdur. Bundan sonra, xx xxx 2017-ci il tarixdə səhər saat 08:00 radələrində o, Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 81 nömrəli ünvanda adsız Marketin qarşısında olarkən orada ağ rəngli “Ford Transit“ markalı avtomobil dayanmasını, təxminən 28-30 yaşında olan sürücünün həmin avtomobildən düşdüyünü və qapını bağlamadan yük hissəsində olan çörəkləri götürüb mağazaya apardığını görmüşlər. Sürücü gedən kimi onlar həmin avtomobilə yaxınlaşıb salonuna baxmış və sürücü oturacağının üzərində qara rəngli “Samsung“ markalı telefonun saxlanmasını görmüşlər. Xatırlayır ki, həmin avtomobil köhnə, salonu səliqəsiz, sürücü oturacağının üzlüyü qara rəngli dəri materialından və bir tərəfi cırılmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobilin qapısını ehtiyyatla açıb həmin telefonu götürərək cibinə qoymuş və sakitcə qapını bağlayaraq gəlib onun avtomobilinə oturmuş və onlar dərhal həmin yerdən uzaqlaşmışlar. Sonra isə, həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs1 oğurladıqları həmin “Samsung” markalı telefonu yoxlamaq üçün onun nömrə kartını çıxarıb atmış və özünə məxsus ***-***-**-** saylı nömrənin Cin kartını həmin telefona daxil edərək onu yoxlamışdır. Telefon işlək vəziyyətdə olmuş və onlar razılaşmışlar ki, Bakı şəhəri “20 Yanvar” dairəsində yerləşən telefon alqı-satqısını aparan mağazaların birində həmin telefonu satsınlar. Həmin gün gunorta vaxtlarında onlar “20 Yanvar” dairəsinə yerləşən “Ağa Telecom” adlı telefon alqı-satqısı aparan mağazaya getmişlər. Bu mağazaya o, tək daxil olmuş, Təqsirləndirilən şəxs1 isə çöldə gözləmişdir. O, həmin telefonu tanımadıqları satıcıya öz telefonu olmasını bildirərək və sürücülük vəsiqəsini təqdim etməklə 180 manata satmış, sonra isə əldə etdikləri pulu bölmüşlər və hər birinə 90 manat pul çatmışdır. lstintaq zamanı ona məlum olmuşdur ki, xx xxx 2017-ci il tarixdə saat 08:00 radələrində o, Təqsirləndirilən şəxs1lə Bakı şəhəri Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 81 nömrəli ünvanda adsız Marketin qarşısına oğurluğu Zərərçəkmiş şəxs2 «Ford Transit» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilindən etmişlər, oğurladıqları "Samsung" markalı SM-G532 modelli, **********87258 və **********87256 İMEİ kodlu mobil telefon və həmin telefonun daxilində olan Cin kartı sonuncuya məxsus olmuşdur. Bundan başqa, xx xxxx 2017-ci il tarixdə saat 09:20 radələrində o, Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 490 A nömrəli ünvanda yerləşən “Kamal” marketin qarşısında olarkən həmin yerdə dayanmış «VAZ-2107» markalı avtomobilin qapısı açıq olmasını, salonun içində isə sürət ötürücüsünün dəstəyinin yanında “X26” markalı mobil telefonun saxlanılmasını görmüşlər. Təqsirləndirilən şəxs1 həmin avtomobilin qapısını açıb telefonu götürərək cibinə qoymuş və onun VAZ-2106 markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmuş, onlar dərhal oradan uzaqlaşmışlar. Yolda gedərkən Təqsirləndirilən şəxs1 oğurladıqları telefonun daxilindəki Sim kartını çıxarıb atmış və onlar Bakı şəhəri “20 Yanvar” dairəsində çoxlu sayda telefon alqı-satqı mağazaları yerləşən yerə getmişlər. Orada adını hazırda xatırlamadığı mağazada tanımadıqları satıcıya bu telefonun özlərinin olmasını və 120 manata satmaq istədiklərini bildirmişlər. Satıcı həmin telefonu yoxlayaraq onu 100 manata ala biləcəyini demiş və onların sənədini istəmişdir. Onlar satıcı ilə razılaşmış və onun sürücülük vəsiqəsini təqdim etməklə həmin telefonu satmış və əldə etdikləri 100 manatı aralarında bölüşdürərək hər birinə 50 manat pul çatmışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, xx xxxx 2017-ci il tarixdə saat 09:20 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 490 A nömrəli ünvanda yerləşən “Kamal” marketin qarşısında oğurluğu Zərərçəkmiş şəxs3 «VAZ-2107» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilindən etmiş, oğurladıqları “X26” markalı, **********38679 İMEİ kodlu mobil telefon, həmin telefonu daxilində olan Cin və Nar kartları, danışıq limiti sonuncuya məxsus olmuşdur. Oğurladıqları telefonları satarkən mağazaların satıcılarına həmin telefonların özlərinə məxsus olmalarını bildirmişlər. Bundan başqa, mağaza işçilərinin şübhələnməməsi üçün hər dəfə telefonlar muxtəlif mağazalar vasitəsi ilə satılmışdır. Törətmiş olduğu əməlindən peşman olmasını bildirərək, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, evli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, istifadəsində “BMV” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2017-ci il tarixdə təxminən saat 11:00 radələrində həmin avtomobili Yasamal rayonunda, Zahid Xəlilov küçəsində, “Makromarket”in yanında saxlayıb, dərman almaq üçünyaxındakı aptekə getmişdir. Bu zaman “Samsung” markalı şəxsi mobil telefonunu cərayan doldurmaq üçün avtomobilin dirsəkliyinin üstünə qoymuşdur. Tələsik çıxdığı üçün avtomobilinin qapısını bağlamamışdır. Təxminən 5 dəqiqədən sonra qayıtdıqdan sonra görmüşdür ki, avtomobiİinin qapısı açıqdır, dirsəkliyin üstündə saxlıdığı “Samsung” markalı şəxsi mobil telefonu isə orada yoxdur. Salona baxanda digər əşyaların və sənədlərinin yerində olduğunu görmüşdür. Dərhal oğurluq barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Ona məxsus telefon **********01470 İMEİ kodlu “Samsung” markalı “GT-İ9235” modelli mobil telefondur, onu 3-4 il əvvəl Moskva şəhərində Azərbaycan manatının məzənnəsi ilə hesablandıqda 1000 manata bərabər məbləğdə Rusiya rublu ilə almışdır. İçərisində 20 manat dəyərində 050 -349- 99-00 nömrəli simkart və 7 manatlıq danışıq konturu olmuşdur. Beləliklə də oğurluq nəticəsində ona 1027 manat dəyərində maddi ziyan vurulmuşdur. Telefonu rəsmi qeydiyyatda olmaqla alındığı üçün bilir ki, İMEİ kodu **********01470-dir. Telefonun üst tərəfı qara şüşədəndir, üzərində böyük hərflərlə “SAMSUNG” sözü yazılıb, qatlanandır, arxa örtüyü də qara rəngli plastikdəndir, korpusu dəmirdəndir, qızılı rəngdədir, idarəyici düymələri böyürdəndir, həmin telefonu görsə dərhal tanıyar. Ekspertiza rəyi ilə bağlı əlavə ifadəsi alınmış zərərçəkmiş şəxs Əliyev X20 istintaq zamanı əvvəl verdiyi ifadəsini təsdiq etməklə yanaşı göstərmişdir ki, o, ilkin ifadəsində bilmədən telefonun modelindəki rəqəm və hərifləri markasına aid etmiş və hesab edir ki, ekspert rəyində telefonun markasını daha dəqiq və düzgün yazmışdır. Həmçinin, ilkin ifadəsində mobil telefonun Rusiya rublu ilə alarkən təzəsinin dəyərinin Azərbaycan manatının məzənnəsi ilə hesablandıqda 1.000 manat olduğunu göstərmişdir, lakin telefon xeyli müddət işlənmişdir, üzərində zədələr əmələ gəlmişdir. Ona görə də ekspertizanın rəyində mobil telefonunun 750 manat dəyərində müəyyən olunması ilə razıdır. Ona vurulduğu ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, milliyətçə xəzəridir, 2006-cı ildən BMT-nin himayəsi altında Əfqanıstan qaçqını kimi Azərbaycana gəlmiş, mebel ustası işləyir, Binəqədi rayonu Höküməli qəsəbəsində yaşayır, “Tiida” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx xxx 2017-ci il tarixdə həmin avtomobilin farası üçün lampa almaq istəmiş, odur ki, həmin avtomobili idarə edərək Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsində yerləşən avtomobillərin ehtiyyat hissələri satılan mağazanın yaxınlığına gəlmişdir. Avtomobili mağazanın yaxınlığında saxladığı üçün avtomobildən düşən zaman qapılarını bağlamamışdır. Özünə məxsus “Samsung Galaxy A3” markalı mobil telefonunu avtomobilin salonunda qabaq oturacaqların arasında qoymuşdu. Mağazadan çıxaraq idarə etdiyi avtomobilə əyləşəndə görmüşdür ki, həmin mobil telefonu oğurlanmışdır. Bununla bağlı dərhal “102 xidmətinə məlumat vermiş, sonra isə Binəqədi RPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Ekspertiza rəyi ilə bağlı əlavə ifadəsi alınmış zərərçəkmiş şəxs X33 istintaq zamanı əvvəl verdiyi ifadəsini təsdiq etməklə yanaşı göstərmişdir ki,o, ilkin ifadəsində bilmədən telefonun modelindəki rəqəm və hərifləri tam dəqiq göstərməmişdir və hesab edir ki, ekspert rəyində telefonun markasını və modelini daha dəqiq və düzgün yazmışdır. Bundan başqa, həmin ifadəsində cinayəti törətmiş şəxslər tərəfındən xx.xx.2017-ci il tarixdə gizli talanmış ona məxsus **********55625 və **********55623 İMEİ kodlu "Samsung" markalı “A310F/DS" modelli mobil telefonunun yeni vəziyyətdəki dəyərinin 500 manat olduğunu bildirmişdir. Həmin telefonu gündəlik işlətmiş və hesab edir ki, onun hazırki dəyərinin 250 manatolması barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi düz yazılıb, telefonun qiyməti barədə qeyd olunan ekspertizanın rəyi ilə razıdır. Ona vurulmuş zianı Təqsirləndirilən şəxs1 ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı mağazasında satıcı işləyir. Mağazanın işçisi kimi vətəndaşlardan mobil telefonlar alıb onları satmaqla yanaşı mobil telefonların təmirini də həyata keçirir. xx xxx 2017-ci il tarixdə tanımadığı şəxs özünə məxsus “Samsung Galaxy A3” markalı mobil telefonunu satmaq istədiyini ona bildirmişdir. Teymur Zərbəliyev həmin şəxsin təqdim etdiyi “Samsung Galaxy A3” markalı mobil telefonuna baxaraq onu yoxlamışdır. Həmin şəxs mobil telefonunun özünə məxsus olmasını bildirmiş, onun yanında digər tanımadığı başqa bir şəxs də olmuşdur. Telefonun alış qiymətini 200 manata razılaşmışlar və o, həmin şəxsdən sənədinin surətini istəmişdir. Həmin şəxs bildirmişdir ki, sürücülük vəsiqəsinin surətini təqdim edə bilər. Teymur Zərbəliyev həmin şəxsdən sürücülük vəsiqəsinin surətini götürərək müvafıq qeydlər aparmışdır. Bir müddət sonra polis əməkdaşları mağazaya gələrək həmin telefonun oğurluq olmasını ona bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, xx xxx 2017-ci il tarixdə saat təxminən 19 radələrində özünə mobil telefon almaq üçün “20 Yanvar” metrostansiyasının yanına gəlib həmin yerdə yerləşən telefon satışı mağazalarını gəzməyə başlamışdır. Telefonların alqı-satqısını aparan “Ağa Telecom” mağazasında qara rəngli “Samsung Galaxy J2 Prime” markalı mobil telefon xoşuna gəldiyi üçün satıcı oğlandan həmin telefonun qiymətini soruşmuşdur. O, da telefonun qiymətinin 250 manata olduğunu bildirmişdir. O, özündə olan “X34” markalı mobil telefonunu satıcıya üstündə pul vermək şərti ilə barter etmək üçün təklif etmişdir. Satıcı onun telefonunu yoxladıqdan sonra 80 manata dəyərləndirmişdir və onunla razılaşıb 170 manat da üstündə pul verərək həmin “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu almışdır. Telefonu alan zaman üzərində qutusu və heç bir aksessuarı yox idi. O, telefonu aldıqdan sonra daimi olaraq işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəni həmin telefona yerləşdirib işlətmişdir. Telefonu təxminən 2 ay işlətdikdən sonra qardaşı Aqşin telefonsuz olduğu üçün telefonu ona vermişdir. Hazırda da həmin telefon Bərdə rayonunda yaşayan qardaşı Aqşindədir və o, həmin telefonu hazırda işlədir. Qardaşını rayondan çağırıb telefonu istintaqa təqdim edə bilər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, 2011-ci ilin yay aylarından Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yanında yerləşən, Şahid7 icarə əsasında işlətdiyi “Aga Telecom” telefon alışı-satışı mağazasında satıcı işləyir. Bildirir ki, xx xxx 2017-ci il tarixdə günorta saatlarında mağazada işdə olan zaman tanımadığı bir nəfər şəxs mağazaya gələrək özünə məxsus “Samsung Galaxy J2” markalı mobil telefon satmaq istədiyini bildirmişdir. O, həmin telefonu yoxladıqdan sonra onu 180 manata dəyərləndirmişdir. Həmin şəxs razılaşdıqdan sonra üzərində şəxsiyyət vəsiqəsi olmadığını, telefonu sürücülük vəsiqəsi ilə qəbul etməyini xahiş etmişdir. O, telefonu satanla razılaşmış və sürücülük vəsiqəsinin kserosurətini çıxardaraq həmin şəxsə 180 manat pul vermişdir. Telefonu satan şəxs sürücülük vəsiqəsində şəkili olan şəxs, yəni Təqsirləndirilən şəxs2 olunmuşdur. Həmin şəxs getdikdən sonra telefonu mağazada rəfə qoyaraq satışa çıxartmışdır. Bildirir ki, mobil telefonun heç bir aksessuarı, eyni zamanda qutusu yox idi. Həmin şəxs telefonun qutusunu səhəri gün gətirəcəyini bildirmişdir. Lakin, səhəri gün həmin şəxs mağazaya gələrək telefonun qutusunu tapmadığını bildirib ondan halallıq istəmişdir. Həmin gün təxminən 19-20 radələrində mağazada işdə olan zaman bir nəfər tanımadığı müştəri gələrək telefon almaq istədiyini bildirmişdir. Alıcı rəfdə olan telefonlara baxdıqdan sonra qeyd olunan “Samsung Galaxy J2” markalı mobil telefonu bəyənərək qiymətini soruşmuşdur. O, həmin telefonun 250 manata olduğunu dedikdə həmin şəxs özünə məxsus “X34” markalı mobil telefonun olduğunu və həmin telefonla barter edib-etmədiyini soruşmuşdur. O, alıcının telefonuna baxdıqdan sonra həmin telefonu 80 manata dəyərləndirmişdir. O, da razılaşmış və əlavə 170 manat da pul verərək “Samsung Galaxy J2” markalı mobil telefonu alıb çıxıb getmişdir. Həmin mobil telefonun oğurluq olması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 il 4 aydır ki, “Ford Transit” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə mağazalara sifariş olunan çörəkləri çatdırmaq işi ilə məşğul olur. Bildirir ki, təxminən 2017-ci ilin mart ayında özünə Yasamal rayonu ərazisində yerləşən “Kontakt mağazasından kreditlə 12 ay ərzində 35 manat ödəniş etmək şərti ilə “Samsung J2 Prime” markalı mobil telefonu almışdır. Həmin telefonu aldığı vaxtdan ***-***-**-** saylı mobil nömrə altında istifadə etmişdir. xx xxx 2017-ci il tarixdə saat təxminən 08 radələrində idarə etdiyi “Ford Transit” markalı avtomobillə 2-ci Yasamal küçəsi 81 ünvanında yerləşən mağazanın qarşısına gəlib sifariş olunan çörəkləri avtomobildən götürüb, avtomobilin qapısını açıq vəziyyətdə qoyaraq çörəkləri mağazaya təhvil vermiş və geri avtomobilə qayıdıb əyləşdikdə oturacağın üzərinə qoyduğu “Samsung J2 Prime” markalı mobil telefonun oturacağın üzərində olmadığını aşkar etmişdir. Bu vaxt telefonunun oğurlandığını anlayıb DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. xx.xx.2017-ci il tarixdə oğurlanmış ona məxsus "Samsung" markalı SM-G532 modelli, **********87258 və **********87256 İMEİ kodlu mobil telefonun daxilində 3 manat dəyərində ***-***- **-** saylı Cin kartı olmuşdur. Lakin nömrənin daxilində danışıq limiti olmamışdır. Ekspertiza rəyi ilə bağlı əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs2 istintaq zamanı əvvəl verdiyi ifadəsini təsdiq etməklə yanaşı göstərmişdir ki, bilmədən telefonun modelindəki rəqəm və hərifləri tam dəqiq göstərməmiş, hesab edir ki, ekspert rəyində telefonun markasını və modeli daha dəqiq və düzgün yazıb. Bundan başqa, həmin ifadəsində cinayəti törətmiş şəxslər tərəfındən xx.xx.2017-ci il tarixdə gizli talanmış ona məxsus "Samsung" markalı SM-G532 modelli, **********87258 və **********87256 İMEİ kodlu mobil telefonun yeni vəziyyətdəki dəyərinin 420 manat olduğunu bildirmişdir. Həmin telefonu gündəlik işlətmiş və hesab edir ki, onun hazırki dəyərinin 120 manat olması barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi düz yazılıb, telefonunun qiyməti barədə qeyd olunan ekspertizanın rəyi ilə razıdır və bununla bağlı etirazı yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün bir müddətdir ki, etibarnamə əsasında aldığı VAZ-2107 markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Kürə” çörək zavodundan çörək götürüb Yasamal rayonu ərazisində yerləşən ərzaq mağazalarına paylayır. “X27” markalı mobil telefonunu 2015-ci ildə 250 manata alaraq istifadə edirmiş. xx xxxx 2017-ci il tarixdə saat 09:20 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Kamal” marketin qarşısına gəlmiş, avtomobilin qapısını bağlamayaraq gətirdiyi çörəyi həmin marketə daşımağa başlamışdır. Bu zaman “Samsung-Galaksi Core” markalı mobil telefonu avtomobilin salonunun içində sürət ötürücüsünün dəstəqinin yanında saxlamışdır. Gətirdiyi çörəyi marketə verib avtomobilinə oturarkən mobil telefonunun yerində olmayaraq oğurlandığı ona məlum olmuşdur. Ona məxsus "Samsung-Galaks-Core" markalı, **********38679 İMEİ kodlu mobil telefonu 250 manat dəyərində olmuş, həmin telefonundaxilində olan 5 manat dəyərində ***-***-**-** saylı Cin kartını, 6 manat dəyərində 077-606-26- 26 saylı Nar kartını və sonuncu kartda 5 manatlıq danışıq limiti olmuş, cinayət əməli nəticəsində ona ümümilikdə 266 manat dəyərində maddi ziyan vurmulmuşdur. Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayında həyat yoldaşı X6 üçün telefon almaq istəyirmiş. Bu məqsədlə müxtəlif telefon satan yerlərə baxmış, nəhayət xx xxx 2017-ci ildə saat təxminən 21:00 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Əli Telekom” mağazasının vitrinində “Samsunq-Qalaksi- Goldeng CTİ 9235” markalı İMEİ kodu **********01470 olan telefonunu görüb seçmişdir. Mağazanın satıcısının kim olmasını bilmir, onu tanımır, mağazanın adi işçilərindən biri idi. Telefonu yoxlayanda bacısı oğlu X2 adına olaraq özü tərəfındən istifadə edilən ***-***-**-** mobil nömrəsinin Simkartını həmin telefona daxil etmiş və zəng edərək telefonun işlək vəziyyətdə olduğunu görmüşdür, sonra telefonun kamerasını yoxlamış və çəkilən şəkilləri bəyənmişdir. Telefonun öz yaddaşı boş idi. Mağazada ona telefonun bütün sənədləri qaydasında olmasını bildirmişlər və yaxşı işləməsinə zəmanət vermişlər. Mağaza işçiləri ilə danışıb həmin telefonu 130 manata almış, işləməsinə 8 aylıq zəmanət, əlavə olaraq ona cərayan doldurucu adapter və qulaqlara taxılan “nauşnik” də vermişlər. Eyni zamanda ona demişlər ki, telefonun qutusu yoxdur. Ona telefonun qutusu lazım olmadığından bununla razılaşmışdır. Bundan sonra, xx xxx 2017-ci il tarixdən həmin telefona həyat yoldaşı X3 adına olan ***-***-**-** mobil nömrəsinin Simkartını daxil etmiş və telefonu işlətmişlər. 2017-ci ilin iyul ayının əvvəlində həmin telefona Bakı şəhəri Yasamal RPİ-nin 29-cü Polis bölməsindən zəng daxil olmuşdur ki, bu telefon oğurluqdur. Odur ki, o, dərhal mağazaya getmiş, satıcıya bu barədə demişdir, sonuncu da demişdir ki, telefonu satan şəxsin sənədini götürməklə almışdır, qanuni telefon kimi bilmiş, oğurluqdan xəbəri olmamış və hətta ona telefonu satan şəxsin sənədinin surətini də vermişdir. Sonra o, Yasamal RPİ-nin 29-cü Polis bölməsinə gələrək izahat vermiş, telefonu zəmanət kartı və satan şəxsin sənədinin surəti ilə birlikdə təhqiqatçıya könüllü təqdim etmişdir. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən Ticarət mərkəzində icarəyə satış yeri götürərək “Əli Telekom” mağazası açmış və özü həmin mağazada satıcı kimi işləyir. İş fəaliyyəti telefon aparatlarının alışından və satılmasından ibarətdir. Əsasən vətəndaşlardan işlənmiş telefonları alıb satışa çıxarır, iqtisadi baxımdan yeni telefonların satışı çətinləşib və gəlirli deyil, odur ki, satışda yeni telefonları azdır. xx xxx 2017-ci ildə mağazada işləyərkən əvvəllər tanımadığı bir şəxs yaxınlaşıb “Samsunq”-Qalaksi-Goldeng CTİ 9235 markalı İMEİ kodu **********01470 olan telefon təqdim edib onu satmaq istədiyini bildirmişdir. Telefon barədə soruşduqda bildirmişdir ki, öz telefonudur, pula ehtiyacı olduğundan onu satır. O, telefona baxıb, görmüşdür ki, həmin telefon işlənilmişdir, üstündə cızıqları var, odur ki, bunu nəzərə alaraq onu 80 manata ala biləcəyini bildirmişdir. Ticarət qaydalarına əsasən o, telefonu satanın sənədini istəmiş, sonuncu da bildirmişdir ki, sürücülük vəsiqəsi vardır. Həmin sənədin surətini götürüb, 80 manatı bu şəxsə vermişdir. Bundan sonra həmin telefon satışa qoyulmuş və xx xxx 2017-ci ildə təxminən saat 21-22 radələrində, tanımadığı bir kişi gəlib bütün telefonlara baxıb, bu telefonu seçmişdir. Telefona Simkart salıb yoxlamış, onunla fotoşəkil çəkmiş, qiyməti barədə danışıb 130 manata razılaşmışlar və həmin şəxs telefonu almışdır. Telefona 8 aylıq zəmanət kartı, cərayan doldurucu adapter və səs eşitməsi üçün “nauşnik” verilmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, telefonu satan şəxsi birinci dəfə görmüş, sənədini təqdim edəndə bilmişdir ki, bu şəxs Təqsirləndirilən şəxs2dur, sənəd təqdim edən özü idi, başqasının sənədi ilə onlartelefon qəbul etmirlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti olmayıb və yoxdur. Şahid X21 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Bakcell” adlı telefonların alışı və satışı mağazasında özünə məxsus LG markalı telefonunu verərək və əlavə olaraq 220 manat pul ödəyərək həmin mağazada satılan “Samsung Galaxy A3” markalı mobil telefonunu almışdır. X23 ifadəsində göstərmişdir ki, dostu X17 oglunun adına olan, lakin özü tərəfındən işlətdiyi ***-***-**-** mobil telefon nömrəsinin Nar kartını aldığı həmin telefona taxaraq onu bir ay işlətmişdir. Bundan sonra polis əməkdaşları ona zəng edərək telefonun oğurluq olmasını bildirmişlər. Odur ki, Binəqədi RPİ-nə gəlib izahat və ifadə vermiş, həmin telefonu polis əməkdaşlarına könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərli tanımır, onlarla heç bir münasibəti olmamışdır və hazırda da yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2017-cı il tarixli 21445 saylı rəyi ilə zərərçəkmiş şəxs Əliyev X12 məxsus "Samsung" markalı CT-İ9235 modelli mobil telefonun hadisə baş vermiş vaxta orta bazar qiyməti 750 manat olması müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2017-cı il tarixli 17991 saylı rəyi ilə zərərçəkmiş şəxs X30 məxsus "Samsung" markalı “A310F/DS” modelli mobil telefonun hadisə baş vermiş vaxta orta bazar qiyməti 250 manat olması müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2017-cı il tarixli 23195 saylı rəyi ilə Zərərçəkmiş şəxs2 məxsus "Samsung" markalı SM-G532 modelli mobil telefonun hadisə baş vermiş vaxta orta bazar qiyməti 120 manat olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə,zərərçəkmiş şəxslər, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törədilən vaxtı CM-nin 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyasında cərimə və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın, Təqsirləndirilən şəxs2 həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X1 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 04 bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılıb. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan nikah haqqında şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı X8, anası X4, xx.xx.2013-cü il təvəllüdlü Zinyət adlı qızı və xx.xx.2014-cü il təvəllüdlü Elnur adlı oğlundan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərin hər ikisinin də cinayəti etiraf edib səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vuoduğu ziyanı ödədiyini, Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş Zərərçəkmiş şəxs4 başqa digər zərərçəkən şəxslərə vurduğu ziyanı ödədiyini, Təqsirləndirilən şəxs2 ailəli olmasını, 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residivTəqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan qərarlara əsasən təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2barələrində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 həmin tarixdən hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 8 ay 21 gün həbsdə və ev dustaqlığında olmuşdur. İş üzrəmaddi sübut kimi tanınmış bir ədəd “Samsung markalı GT-İ9235” modelli mobil telefonun Zərərçəkmiş şəxs1, bir ədəd "Samsung" markalı “A310F/DS” modelli mobil telefonun X13 və bir ədəd “Samsung” markalı SM-G532 modelli mobil telefonun Zərərçəkmiş şəxs2 məhkəmə baxışınadək saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı, oğurlanmış telefonların mağazalarda satılmasında istifadə edilmiş Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsinin 3 ədəd surətləri və bir ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrəmaddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxx 2017-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 500 (beş yüz) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung markalı GT-İ9235” modelli mobil telefonun Zərərçəkmiş şəxs1, bir ədəd "Samsung" markalı “A310F/DS” modelli mobil telefonun X13 və bir ədəd “Samsung” markalı SM-G532 modelli mobil telefonun Zərərçəkmiş şəxs2 məhkəmə baxışınadək saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın, oğurlanmış telefonların mağazalarda satılmasında istifadə edilmiş Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsinin 3 ədəd surətləri və bir ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 120 manat (yüz iyirmi manat) məbləğə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən həmin məbləğin ½ hissəsində pul tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar