Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-108/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1995-ci ildə Lənkəran rayonu Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsi ev 52 mənzil 18-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 13:50-də ictimai yer hesab edilən Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 147 ünvanında yerləşən “İst Food” restoranının qarşısında müştəri qismində sifarişini gözlədiyi zaman həmin yerdə olan və sifariş verə bilməməsi səbəbindən narazılıq edən Zərərçəkmiş şəxs yaxınlaşaraq kafedə işləyən şəxsləri tanıması və sonuncunun məhz onun tanışlarından narazılıq etməsini bəhanə edərək öz şəxsiyyətini ondan üstün tutması fövqündə heç bir əsaslı səbəb olmadan mübahisə edib ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə 20-30 dəqiqə ərzində kafenin normal iş fəaliyyətinin pozulmasına, səs-küyün yaranmasına səbəb olmuş, həmin səsə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, bununla kifayətlənməyərək yumruqla bir neçə dəfə Dövlət ittihamçısı baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ gicgah-təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, Ülviyyə adlı qadınla birlikdə özləri üçün şaurma sifariş etmək məqsədi ilə “İst food” kafesinə gəlmişlər. Həmin vaxt (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən kafelər yerində xidmət göstərmədiyi üçün onlar həmin kafenin qarşısında dayanıb etdikləri sifarişlərini gözləmişlər. Bu zaman orada olan müştərilərdən biri kafenin xidmətindən narazı olduğuna görə səs-küy salmağa və həmin kafenin rəbhərlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onun yanında xanım olduğundan o, həmin şəxsə sözlərinə diqqət yetirməsini bildirib, daha sonra isə onu itələmişdir. Onların arasında mübahisə yarandığından kafenin işçiləri bir neçə müştəri ilə birlikdə onları sakitləşdirmək məqsədi ilə onu oradan bir neçə addım kənara çəkmişlər. Bu zaman adını soradan bildiyi Teymur onun ünvanına söyüş söymüş və o, buna qəzəblənib sonuncunun üstünə qaçaraq onu başından yumruqla vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər onları aralamış və Teymur oradan uzaqlaşmışdır. O isə 20-25 dəqiqə orada gözlədikdən sonra sifarişini götürüb Ülviyyə ilə birlikdə oradan çıxıb getmişdir. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, özünə yemək sifariş etmək üçün “İst Food” restoranına yaxınlaşmışdır. Həmin vaxt (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən kafelər yerində xidmət göstərmirmədiyi üçün o, kafenin giriş qapısının üzərində yazılmış əlaqə nömrəsinə zəng edib sifariş vermək istəmiş, lakin onun zənginə cavab verən olmamışdır. Bundan sonra o, restoranın qapısını açıb sifarişi kimə vermək lazım olduğunu soruşmuş və oradan ona bildirmişlər ki, sifarişə görə o biri qapıya yaxınlaşsın. Həmin kafenin digər qapısına yaxınlaşdıqda isə görmüşdür ki, adını sonradan bildiyi Asim kafedən çıxaraq kafenin qarşısında dayanan müştərilərə onların etdikləri sifarişləri təqdim edir. O Asimin kuryer olduğunu düşüb ona yaxınlaşmış və sonuncudan yemək sifarişini necə etmək lazım olduğunu soruşduqda Asim ona “Zəng elə də, ala..” deyərək kobud cavab vermişdir. O da Asimdən niyə onunla bu tərzdə danışdığını soruşmuş və bu zaman sonuncu onu itələyərək restorana daxil olmuşdur. Sonra o, restoranın qapısını açaraq orada olan işçilərə onunla kobud rəftar olunduğunu və bu barədə kafenin müdiriyyətinə şikayət etmək istədiyini bildirmişdir. Onun bu sözlərini eşidən işçilərdən biri qapını onun üzünə qarşı möhkəm örtmüşdür. O, həmin zaman geri çəkilmiş və orada işləyən işçilərindən biri çölə çıxaraq ondan sorüşmuşdur ki, ona qarşı söyüş işlənilib ki, o da söyüş işlədir? O da həmin şəxsə bu sualına cavab olaraq bildirmişdir ki, getsin müdirini çağırsın, müdir ilə söhbət etmək istəyir. Bundan sonra oranın işçilərinin hamısı çölə çıxıb onun üstünə gələlərək onu dairəyə almışlar. Daha sonra Asim qəfildən onu təpiklə vurmuşdur. Bundan sonra ətrafda olan şəxslərin bir qismi onları aralaşdırmağa, digəriləri isə onu vurmağa başlamışlar. O, əynində olan gödəkcənin papağı ilə başını örtüb əyilmişdir. Bundan sonra həmin işçilərin hamısı restorana qayıtmışlar və o, 102 xidmətinə zəng edib şikayət etmişdir. Yekun olaraq o həmin kafenin qarşısında olan zaman orada heç kimin ünvanına nalayiq ifadə işlətmədiyini, ancaq kafenin xidmətindən narazılığını bildirdiyini bildirmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o 2018-ci ildən “İst food” kafesində kababçı işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, işdə olan zaman adını sonradan bildiyi Teymur kafenin qapısına yaxınlaşaraq qapını açıb içəri daxil olmaq istəmiş, lakin o və kafenin digər işçiləri ona bildirmişlər ki, karantin rejimi ilə bağlı kafeyə daxil olmaq qadağan olunub. Bundan sonra Teymur yemək sifarişi vermək istədiyini bildirmiş, onlar isə sonuncuya bildirmişlər ki, kafenin qarşısında dayansın, işçilər yaxınlaşıb sifarişini götürəcəklər. Bundan sonra o heç bir səbəb olmadan kafenin müdiriyyətinin ünvanına nalayıq ifadələr işlərməyə başlamışdır. Bu səbəbdən müştərilərə sifariş daşıyan Asim ilə Teymurun arasında mübahisə yaranmış və Asim onu itələmişdir. Həmin vaxt kafedə kassir işləyən Şahid3 Teymura yaxınlaşıb söyüş söyməməsini tələb etdikdə sonuncu Ağadadaşı söyərək Asim ilə arasında olan mübahisəyə qarışmamasını tələb etmişdir. Həmin vaxt Ağadadaşla həmin şəxsin arasında da mübahisə yaranmışdır. Bu zaman o və kafenin digər işçiləri kafedən çıxıb onları aralaşdırmışlar. Bundan sonra isə onlar kafeyə qayıtmışlar. Lakin həmin şəxs söyüş söyməyə davam etmiş, bir qədər sonra isə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o 2020-ci ilin əvvəlindən həmin ilin iyul ayınadək “İst food” kafesində dönərçi işləyirmiş. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində o, işdə olduğu zaman görmüşdür ki, kafenin qarşısında səs-küy var və adını sonradan bildiyi Teymur kafenin qarşısında uca səslə qışqırır, sonuncunun ətrafında kafenin işçiləri və müştərilər toplaşıb. O da fikirləşmişdir ki, dava-dalaş ola bilər və kafedən çıxıb onlara yaxınlaşaraq Teymuru arxadan tutub kənara çəkmişdir. Bundan sonra Teymur oradan uzaqlaşmış və o da digər işçilərlə birlikdə kafenin içərisinə qayıtmışlar. Bundan sonra ona məlum olmuşdur ki, Teymur kafenin işçilərindən polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o 2017-ci ildən “İst food” kafesində kassir işləyirmiş. xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində o işdə olduğu zaman adını sonradan bildiyi Teymur gəlib kafenin qapısını açıb içəri daxil olmaq istəmişdir. Bu zaman o və kafenin digər işçiləri Teymura bildirmişlər ki, karantin rejimi ilə bağlı kafeyə daxil olmaq qadağan olunub. Teymur isə yemək sifarişi vermək istədiyini bildirmiş, onlar da sonuncuya demişlər ki, kafenin qarşısında dayansın, işçilər yaxınlaşıb sifariş götürəcəklər. Bundan sonra Teymur kafenin digər qapısından içəri daxil olmaq istəyəndə onlar yenidən sonuncuya irad tutmuşlar, çöldə gözləməsini xahiş etmişlər. Həmin vaxt kafenin işçilərindən biri onun içəri daxil olmaq istədiyi görüb kafenin qapısını bağlamışdır. Bu zaman Teymur kafenin işçilərinin ünvanına çöldən nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan bir qədər sonra həmin vaxt orada olan əvvəllər kafenin qarşısındakı dayanacaqda işləmiş Asim Teymurun üstünə qaçaraq onu vurmuş və orada dava-dalaş olmuşdur. Bundan sonra kafenin işçiləri və müştərilər Teymurla Asimi aralaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o 2019-cu ilin avqust ayından “İst food” kafesində dönərçi işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində o işdə olduğu zaman adını sonradan bildiyi Teymur müştəri qismində onun işlədiyi kafenin qapısını açaraq içəri daxil olmaq istəmişdir. Bu zaman kafenin işçisi Mehdi və digər işçilər həmin şəxsə bildirmişlər ki, karantin rejimi ilə bağlı kafeyə daxil olmaq qadağan olunub. Teymur isə yemək sifarişi vermək istədiyini bildirdikdə kafenin işçiləri sonuncuya demişlər ki, kafenin qarşısında dayansın, işçilərdən biri ona yaxınlaşıb sifariş götürəcəkdir. Bundan bir müddət sonra o, kafenin qarşısında səs-küy eşitmiş və kafedən küçəyə çıxmışdır. Çölə çıxan zaman o görmüşdür ki, Teymur ilə Asim arasında mübahisə yaranıb kafenin işçiləri olan Şəmil, Mehdi, Şöhrət və Orxan onları aralayırlar. Sonra isə Teymur sakitləşərək oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Teymur əvvəllər kafenin qarşısında olan dayanacaqda işləmiş Asim ilə mübahisə etmiş və Asim onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o 2020-ci ilin aprel-may aylarında “İst food” kafesində kuryer işləmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində o, kafenin içərisində sifarişin hazır olmasını gözlədiyi zaman kafenin qarşısında səs-küy eşitmiş, başa düşmüşdür ki hansısa müştəri kafenin xidmətindən narazı qalıb və səsküy edir, nalayiq ifadələr işlədir. O buna fikir verməmiş və kafenin içərisində durmuşdur. Küçədə nə baş verdiyindən onun xəbəri olmamışdır. Bir qədər sonra kafenin bəzi işçiləri küçəyə çıxmağa başlamışlar. Həmin vaxt sifariş hazır olduğundan o, sifarişi götürüb ünvana çatdırmaq üçün kafedən çıxmış və görmüşdür ki, kafenin işçiləri və müştərilər bir nəfər şəxsi sakitləşdirirlər. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs bundan əvvəl kiminləsə dava etmişdir və dava zamanı sonuncunu vurmuşlar. O orada 2-3 dəqiqə dayandıqdan sonra motosikletə minib sifarişi aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Yasamal rayonu, Tbilisi prospektində yerləşən, “İST” YDM-nin “İST Food” restoranının qarşısında baş vermişdir. Hadisə yerində YDM-si, ətrafında isə çox sayda avtomobillər vardır. (i.v. 7-8) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxx 2020-ci il tarixli, 325 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ gicgah-təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Göstərilən xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 24-26) xx.xx.2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə Dövlət ittihamçısı dediklərini qismən təsdiq edərək hadisə zamanı onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. (i.v. 59-61) “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolundan görünür ki, hadisə xx.xx.2020-ci il tarixdə saat 13:50-də baş verir. Baxış zamanı zərərçəkmiş şəxs Dövlət ittihamçısı özünü həmin görüntülərdə göstərərək bildirir ki, həmin məqamda artıq onunla kafenin işçiləri arasında mübahisə başlamışdır. Bu zaman Dövlət ittihamçısı orada olan şəxslərdən biri itələyir, Dövlət ittihamçısı həmin şəxsin Asim olduğunu bildirir və Asim də bunu təsdiq edir. Bundan sonra Dövlət ittihamçısı bir qrup şəxslə kafenin qarşısından yolun kənarındək şəkilir, orada həmin şəxslərlə mübahisələri davam edir. Dövlət ittihamçısı həmin şəxslərin çoxu müştəri, 1-2 nəfəri isə kafenin işçiləri olduğunu deyir. Bu zaman bir nəfər şəxs Dövlət ittihamçısı üstünə qaçır və onu vurmağa başlayır. Orada olan digər şəxslər onları aralaşdırır. Dövlət ittihamçısı onun üıstünə qaçan şəxsin Asim olduğunu deyir, lakin başına kapyuşon düşdüyünə görə onu kimin vurduğunu görmür. Asim də həmin zaman onu vurduğunu təsdiq edir, onu başqa heç kimin vurmadığını deyir. Videogörüntü həmin məqamda başa çatır. Dövlət ittihamçısı sonradan heç kimlə dava etmədiyini və oradan çıxıb getdiyini deyir. (i.v. 62) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı əldə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, baxış və üzləşdirmə protokolları,məhkəmə-tibbi ekspertizasının rəyi və digər istintaq sənədləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan həmin prosessual sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 127-133) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 72-73) “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 109-110) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 123) CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək islah işləri cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu hadisəni özündə əks etdirən video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz) beş saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz) beş saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-108/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-108/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver