Məhkəmə qərarları › İş №1(004)-109/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-109/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-109/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X2, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “PSP X13” MMC-də satış mütəxəssisi işləyən, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küç, ev 14, mənzil 54-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:24-də “B” kateqoriyalı AD 012027 nömərli sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, X5 məxsus "Vaz 21723" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti ilə Rövşən Cəfərov küçəsi istiqamətində 20 km/saat sürətlə hərəkət edərək Yasamal rayonu Tbilisi prospektində yerləşən “20 Yanvar” dairəsində yolun sol tərəfdən 2-ci zolağında “X12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yolu sağdan sola doğru, yəni “Velotrek” ticarət mərkəzi istiqamətindən “Şamaxinka” adlanan yer istiqamətində iti yerişlə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz 21723" markalı avtomobilin sağ yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərər çəkmiş Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin oynaq daxili açıq sınığı ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığna ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Vaz 21723” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobil anası X3 adına qeydiyyatdadır, həmin avtomobili xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamə əsasında idarə edir. Lakin hadisə baş verən zaman avtomobili etibarnamə olmadan idarə etmişdir. Avtomobil ona məxsusdur, sadəcə olaraq anasının adına sənədləşdirmişdir. Avtomobili xx.xx.2013-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18:20-də etibarnamə olmadan idarə etdiyi «Vaz 21723” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsindən Nəsimi rayonu Z.Bünyadov küçəsi istiqamətində beş zolaqlı yolun soldan ikinci zolağı ilə 20 km/saat sürətlə hərəkət edirmiş, həmin vaxt idarə etdiyi avtomobilin sağ tərəfindən dövlət nömrə nişanını görmədiyi “Toyota Prado” markalı avtomobil, yəni yolun 3-cü zolağında hərəkət edirmiş, həmin vaxt qəflətən “Toyota Prado" markalı avtomobil saxlamış və o idarə etdiyi avtomobilli ötən zaman təxminən 2 metr məsafədə görmüşdür ki, həmin yolu iti addımla sağdan sola doğru keçən adını sonradan bildiyi Dürdanə adlı qadın həmin “Toyota Prado” markalı avtomobilin qarşısından keçərək onun idarə etdiyi avtomobilin sağ yan tərəfinə, yəni sağ güzgüyə və sağ qabaq qapıya dəymiş və həmin vaxt o avtomobili sola doğru döndərmiş və həmin qadın yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb həmin şəxsə ilk tibbi yardım göstərib TTYS avtomobili ilə onu xəstəxanaya yola salmışdır. Hadisə vaxtı avtomobildə tək olmuş, hadisə nəticəsində xəsarət almamış, heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, hadisə nəticəsində avtomobilə heç bir məbləğdə maddi ziyan dəyməmişdir. O sağ yan tərəfindən hərəkətdə olan “Toyota Prado” markalı avtomobil qəflətən saxladıqdan sonra həmin avtomobili ötüb keçən zaman avtomobili sağ tərəfində təxminən 2 metr məsafədə Dürdanə adlı qadın iti addımlarla yolu sağdan sola doğru keçdiyini görmüş, gördükdən sonra isə hadisənin qarşısını almaq üçün avtomobili sola doğru döndərib saxlama əyləcindən istifadə edərək avtomobili saxlamış, lakin həmin qadın avtomobili hərəkətdə olan zaman avtomobilin sağ yan tərəfindən dəyərək yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X8 ifadəsində göstərmişdir ki, bacısı D.X.Salamova xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində “20 Yanvar” dairəsində yerləşən “Velotrek” adlanan yer tərəfdən piyada olaraq iti addımlarla yolu “Şamaxinka” adlanan yer istiqamətində yolun sağ tərəfdən 3-cü zolağında onu ağ rəngli “Priora” markalı avtomobil sağ tərəfi ilə onun sol tərəfinə vurmuş, o yerə yıxılmış, həmin avtomobilin sürücüsü avtomobili saxlayaraq onun yanına gəlmiş, sonra isə təcili tibbi yardım gəlib onu xəstəxanaya aparmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs nümayəndəsi Ə.X.Salmanov bildirmişdir ki, bacısına dəymiş ziyan tam aradan qaldırılmış, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Həmin halları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-ci vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs AD 012027 nömərli və “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır, xx xxxxx 2023-cü ilə qədər etibarlıdır. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş AD seriyalı, 584983 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21723” markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx xxxxxx 2020-ci il tarixli, 169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin oynaq daxili açıq sınığı küt əşya (alət) təsirindən, törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində olarkaf» hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükləli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/2072 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21723” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 67-72-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin “VAZ-21723” markalı, **- RN-*** dövlət nömrə nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin disk açıldıqda diskin içində 01 ədəd video fayl vardır. Həmin fayl 29 PB adı altında qeyd edilmişdir. Diskdə olan 29 PB adı ilə qeyd edilmiş fayl açıldıqda görünür ki, həmin video müşahidə qurğusu Yasamal rayonu Moskva prospekti ilə Rövşən Cəfərov küçəsinin kəsişməsi, “Şamaxinka” adlanan ərazi istiqamətindən Rövşən Cəfərov küçəsi istiqamətinə baxan hərəkət etməyən video kameranın görüntüsüdür. Həmin kamera görüntüsünün sağ aşağı küncündə xx.xx.2020 tarix və 18:24:09 saat yazısı qeyd edilmişdir. Həmin görüntülər 01 dəqiqə 23 saniyə müddətindədir. Görüntülər günün qaranlıq vaxtındadır. Video görüntünün 26 saniyəsində, yəni saat 18:24:35-də bir nəfər şəxsin Nəsimi rayonu ərazisində yerləşən “Velotrek”-in qarşısından əks tərəfə, yəni “Şamaxinka” adlanan yer istiqamətində iti addımlarla yolu keçir, həmin vaxt markası və dövlət nömrə nişanı görsənməyən ağ rəngli avtomobilin Bakı şəhəri Yasamal rayonu Moskva prospekti ilə köhnə "Avtovağzal" istiqamətində, yəni Nəsimi rayonu Rövşən Cəfərov küçəsi istiqamətində beş zolaqlı yolun orta zolağı ilə hərəkət edən zaman avtomobil sağ yan tərəfi ilə həmin yolu keçən şəxsi vurur və bir az qarşıda avtomobili saxlayır. Sürücü avtomobildən düşür və həmin şəxsə yaxınlaşır. Həmçinin avtomobillər dayanır və həmin yerə çoxlu sayda şəxslər toplaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi ilə, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəlləyə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanununa əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut olan "Vaz 21723" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, M.T.Şahmarova isə məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin iş üzrə digər maddi sübut olan "Vaz 21723" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, X4 isə məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar