Məhkəmə qərarları › İş №1(004)-110/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-110/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-110/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Yasamal rayonu, H.ünvan 1 ünvanında qohumu Şahid5 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümdə təmiz çəkiləri 3,732 və 0,242 qram, ümumi təmiz çəkisi isə 3,974 qram olan narkotik vasitə hesab edilən heroini 125 manata əldə edib üzərində saxlayaraq daşımış və həmin gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19 radələrində o, Bakı şəhəri Yasamal rayonu, H.ünvan 1 ünvanında olarkən saxlanılаraq təqdim olunmuş əşyaya baxış keçirilərkən 02 ədəd bükümdə təmiz çəkiləri 3,732 və 0,242 qram ümumi təmiz çəkisi isə 3,974 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroinin tüstüsünü sinəsinə çəkmək yolu ilə istifadə edir. xx xxx 2020-ci tarixdə o xalası oğlu Şahid5 zəng edərək özü üçün narkotik vasitə olan heroin sifariş etməsini xahiş etmiş və sonuncu əvvəl imtina etsədə, lakin sonradan onun bu təklifinə razılıq vermişdir. Bu məqsədlə onlar xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Qələbə dairəsinin yaxınlığında yerləşən «Baku Mall» adlanan ticarət mərkəzinin yan tərəfində görüşmüşlər. Görüş zamanı Cəlaləddin ona 125 manata 5 qrama yaxın heorin aldığını bildirmiş və o sonuncuya həmin məbləğdə pulu verərək ondan 2 bükümdə olan heroini götürüb sol əlində saxlamışdır. Bundan sonra onlar sağollaşıb getmək istədikləri zaman 5 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman o əlində olan narkotik vasitəni şalvarının sol cibinə qoymuşdur. Polis əməkdaşları onları əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər və onlardan üzərində qeyri qanuni əşya olub-olmamasını soruşmuşlar. Bundan sonra o üzərində olan narkotik vasitəni gizlədə bilməyəcəyini başa düşərək əynində olan cins şalvarın sol cibinə qoyduğu iki bükümdə olan heroni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlərə baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, himayəsində azyaşlı uşağının olmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə xalası oğlu Ruslan ona zəng edərək internet vasitəsi ilə onun üçün narkotik vasitə olan heroin almasını xahiş etmişdir. Bundan sonra o adının Abbas olduğunu bildiyi İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” proqlamı vasitəsi ilə danışaraq ona 5 qram heroin almaq istədiyini bildirmiş və sonuncu ona razılıq verdikdən sonra “Million” ödəniş aparatı vasitəsi ilə Abbasın dediyi hesaba 75 manat pul köçürtmüşdür. Bundan sonra Abbas adlı şəxs narkotik vasitənin qoyulduğu yerin şəklini ona göndərmiş və o həmin yerə gedib oradan bir bükümdə olan heroini götürmüş və həmin bükümü üç yerə bölmüşdür. İki bükümünü Ruslana vermək üçün 1 bükümü isə özünün istifadəsi üçün saxlamışdır. xx xxx 2020-ci il tarixdə saat 19 radələrində o Qələbə dairəsində yerləşən “Baku Mall” adlanan ticarət mərkəzinin yan tərəfində Ruslanla görüşmüşdür. Görüş zamanı o Ruslandan 125 manat pulu alıb iki bükümdə olan heroini ona vermiş və bildirmişdir ki, təmiz 5 qram çəkidə deyil. Sonra sağollaşıb ayrılan zaman 5 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları əməliyyat-axtarış tədbiri keçirilməsi haqqında qərarla onları tanış etmişlər. Daha sonra isə birinci Ruslandan üzərində qeyri qanuni əşya olub-olmamasını soruşmuşlar. Onların sualına cavab olaraq Ruslan əynində olan şalvarın sol yan cibində saxladığı narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə DİN-in BNMİ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə rəhbərliyə raportla məruzə edildikdən sonra xx.xx.2020-ci il tarixdə DİN-in BNMİ-nin TQ-nun təhqiqatçısı X8 rəhbərliyi, DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid1, Şahid3 Nadir oğlu, Şahid4 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin günü saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu H.ünvan 1 ünvanının yaxınlığında özünü şübhəli aparan xarici görünüşcə “Ruslan” adlı şəxsə oxşar bir nəfər şəxsin digər bir şəxslə sağollaşaraq ayrılmaq istədiyini görüb onlara yaxınlaşıb özlərini təqdim edərək həmin şəxslərdən onların kim olmalarını soruşmuşlar. Bu zaman həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs olmasını, digəri isə Şahid5 olmasını bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid5 əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərarla tanış etmişlər. Sonra üzərlərində qeyri qanuni əşya olub-olmamasını soruşmuşlar. Həmin vaxt Ruslan əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb onlara təqdim etmişdir. Həmin təqdim etdiyi bükümə baxış keçirilərək götürülmüş və boş zərfə qoyularaq möhürləndikdən sonra zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin olmasını və qohumu X1 125 manata almasını bildirmişdir. Həmçinin həmin vaxt saxlanılan Şahid5 da Təqsirləndirilən şəxs dediklərini təstiq etmiş və narkotik vasitəni Ruslana satdığı üçün əldə etdiyi 125 manat pulu əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən çıxardaraq təqdim etmişdir. Daha sonra isə Şahid5 üzərində narkotik vasitə olmasını bildirərək əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün içərisində 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə, 01 ədəd ağ rəngli bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şahid5 aşkar edilən bükümlər zərfə qoyulduqlan sonra ağzı bağlanaraq möhürlənmiş və “DİN-nin zərflər üçün” nəzərdə tutulmuş 7 saylı möhürü ilə möhürlənmiş, imzalanmış və götürülmüşdür. Şahid5 ondan aşkar edilərək götürülən narkotik vasitə olan heroinə bənzər kütləni, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, o cümlədən Təqsirləndirilən şəxs aşkarlanaraq götürlən kütlələri “Abbas” kimi tanıdığı İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” proqramı vasitəsi ilə danışdıqdan sonra narkotik vasitəni sonuncu tərəfindən goyulduğu yerdən götürüb əldə etməsini bildirmişdir. Bundan sonra isə müvafiq sənədləşmələr apaılması üçün Ruslan və Cəlaləddin adlı şəxslər BNMİ-bə gətirilmişlər. BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs və Şahid5 şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə şəxsi axtarış aparılmışdır. Həmin vaxt onların üzərindən mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bundan başqa isə onların üzərindən əhəmiyyət kəsb edə biləcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid3 Nadir və Şahid4 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim olunmuş əşyaya baxış və götürmə haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının solı yan cibindən sol əli ilə çıxarıb 2 (iki) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan “heroinə” oxşar kütləni təqdim etmişdir. (Cild İ, i.v. 8-9) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol əli əynindəki göyə rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli “İphone” markalı mobil telefonu çıxardaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli köynəyinin sağ döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkarlandı. Həmin mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Şəxsi axtarış davam edilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının yan və arxa ciblərinə, köynəyinin isə sol yan cibinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilmədi. Bundan sonra Şahid5 üzərinə şəxsi axtarış keçirilməyə başlanıldır. (Cild İ, i.v. 47-49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının xx.xx.2020-ci il tarixli 6/824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazılar olan zərfdəki (№1) 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3.732 qram; 0.242 qram; ümumi təmiz çəkiləri 3.974qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Üzərində “Saxlanılan şəxs Şahid5 üzərindən aşkar olunmuş...” yazılar olan zərfdə (№2) 01 ədəd bükümdə təmiz çəkisi 0.154 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 0.036 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bundan başqa həmin rəydə qeyd edilmişdir ki, 1№-li zərfdəki heroinlə (Təqsirləndirilən şəxs aşkar olunmuş), 2№-li zərfdəki heroin (Şahid5 aşkar olunmuş) xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəyi 109 manat 90 qəpik təşkil edir.(Cild İ, i.v. 61-66) xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 bir-birinin üzünə qarşı istintaqda verdikləri ifadələri təsdiq etmişlər. (Cild İ, i.v. 131- 134) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2020-ci il tarixli 2133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 27-28) “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 polis əməkdaşları tərəfindən saxlanılmışdır. BNMİ-nin Təhiqaqat qrupunun təhqiqatçısı polis əməkdaşlarına və saxlanılan şəxslərə özlərini təqdim etməsini bildirir. Daha sonra Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19:10 radələrində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğu üçün saxlanılmasını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşya olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən əşya olmasını bildirir və əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü təqdim edərək narkotik vasitə olan heroin olmasını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni onunla birlikdə saxlanılan xalası oğlu Şahid5 əldə etməsini bildirir. Şahid5 isə narkotik vasitəni ondan 125 manat müqabilində Ruslana satmasını və təxminən 5 qram çəkidə olmasını bildirir. Daha sonra Ruslanın ona verdiyi 125 manat pulu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardaraq təqdim edir. Şahid5 üzərində qeyri qanuni əşya və ya predmet olub-olmaması soruşulur. O, əynindəki qara rəngli şalvarın sol yan cibindən bükülü təqdim edir. Həmin bükülünü içərisində 01 ədəd qəhvəyi və 01 ədəd ağ şəffaf rəngli kütlə olur. Şahid5 qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə şüşə yəni, metamfetamin olmasını bildirir. Şahid5 aşkar edilən maddələr ağ rəngli zərfə qoyulduqdan sonra qablaşdırılaraq götürülür. Şahid5 aşkar olunan maddələri İran vətəndaşı olan “Abbas” adlı şəxsin hesabına “pay point” vasitəsi ilə ödəniş edərək əldə etməsini bildirdi. (Cild İİ, i.v. 1) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5/298 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli həssas təzyiqlə (sensorlu) çalışan “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 5S” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “A1457” modelli “**********70426” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “iPhone 5S” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “A1457” modelli mobil (smartfon) telefona istifadəçi tərəfindən xüsusi rəqəmli (parol-password) şifrələr tətbiq edilmişdir. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “iPhone 5S” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “A1457” modelli (smartfon) mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi rəqəmli (parol-password) şifrələri keçmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İphone 5S” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “A1457” modelli mobil (smartfon) telefonun yaddaşında hər hansı bir (telefon kitabçasında olan kontaktlar, qəbul olunmuş, buraxılmış, yığılmış zənglər, “sms” mesaj, foto, video, audio fayllar, Facebook”, “İnsyagram”, “Odnaklassniki” sosial şəbəkələrində, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi və s.) məlumatların olub-olmaması, eləcə də həmin mobil telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan “İphone 5S” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “A1457” modelli mobil (smartfon) telefonun “İnternet”ə çıxış üçün texniki imkanları mövcuddur. Aparılmış tədqiqatın dəyəyi 59 manat 94 qəpik təşkil edir. (Cild İİ,i.v. 8-12) “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işindən Şahid5 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild İİİ, i.v. 78-79) Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, ona məxsus olan “İphone 5S” markalı mobil telefonu həmin tarixdə təhvil almışdır. (Cild İİİ, i.v. 146) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3.974 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq 3.874 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Yasmal RPİ-nin “maddi sübutların saxlanılması otağına” verilmişdir. İş üzrə təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 2133 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6824 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə nazirliyi X3 xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə-psixiatrik ekspertizaının 1883 nömrəli rəyləri, üzləşdirmə dindirmə istintaq hərəkəti protokolları və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi tanınması barədə xx xxxxxxx 2020-ci il tarixli qərar nəzərə alınmalıdır.(Cild İİİ, i.v. 122-125) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 3,974 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35-də tutulmuşdur. (Cild İ, i.v. 19) “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35-də azad edilmişdir. (Cild İ, i.v. 122-123) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-342/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, 128- 130) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-454/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmışdır. (Cild İ, 128-130) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-505/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (Cild İ, 246-247) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-551/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə uzadılmışdır. (Cild İİ, i.v. 90-92) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-562/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixədək uzadılmış həbs qismində qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. (Cild İİ, i.v. 111-112) Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-637/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 15 gün müddətinə uzadılmışdır. (Cild İİİ, i.v. 4-6) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(101)-1316/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 14 gün, yəni xx xxxxxx 2020-ci tərixədək uzadılmışdır. (Cild İİİ, i.v. 41-45) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. (Cild İİİ, i.v. 74-76) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild İ, i.v. 211) Doğum haqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini və evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3.874 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone 5S” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan xx.xx.2020-ci il tarixli 6/824 saylı ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğinin yarısı, yəni 54.95 (əlli dörd manat doxsan beş qəpik) manat və xx xxxx 2020-ci il tarixli 5/298 nömrəli ekspertiza tədqiqatının dəyəri 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 02 (iki) gün, həbsdə saxlanıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ev dustaqlığında olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək olan ümumilikdə 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından cıxılmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkiləri məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək, yəni 02 (iki) gün, həbsdə saxlanıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 4 (dörd) ay 7 (yeddi) gün, ev dustaqlığında olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək 2 (iki) ay 20 (iyirmi gün) ümumilikdə 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 3.874 qram qalıq çəkisi olan heroin məhv edilsin. “İphone 5S” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfini təşkil edən xx.xx.2020-ci il tarixli 6/824 saylı ekspertiza tədqiqinə sərf olunmuş 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğinin yarısı 54.95 (əlli dörd manat doxsan beş qəpik) manat və xx xxxx 2020-ci il tarixli 5/298 nömrəli ekspertiza tədqiqatının dəyəri 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar