Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-110/2025 23.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, bərbər, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində 22 dekabr 2023-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, “Limak” kargoda anbardar işləyən, subay, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müəyyən miqdarda pul müqabilində Rusiya Federasiyasında yerləşən universitetdən verilmiş diplomları 2 ay müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək kimi imkanlarının olmasına inandırıb, yalan vəd verərək, aldadıb bu məqsədlə 10 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva Univermağı» kimi tanınan ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə görüşüb, sonuncuların hər birindən 5.000 manat olmaqla ümumilikdə 10.000 manat pul alıb, ələ keçirirək, verdiyi vədə əməl etməyib, əldə edilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 5.000 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ümumilikdə 4.800 manat pul müqabilində Belarusiya Respbulikasından alınan diplomu 1 ay müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək kimi imkanlarının olmasına inandıraraq, sonuncunun oğlu Şahid2 məxsus Belarusiya Respbulikasından yerləşən universitetdən verilmiş diplomu təsdiq etdirəcəklərinə dair yalan vəd verib, aldadaraq bu məqsədlə, 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14A ünvanında Zərərçəkmiş şəxs4 4.800 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, əldə edilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını etibardan suiitifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ümumilikdə 2.250 manat pul müqabilində Türkiyə Cümhuriyyətindən alınan diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək kimi imkanlarının olmasına inandıraraq, sonuncunun qızı Şahid3 məxsus Türkiyə Cümhuriyyətində yerləşən universitetdən verilmiş diplomu təsdiq etdirəcəklərinə dair yalan vəd verib, aldadaraq bu məqsədlə, 2022-ci ilin may ayından iyun ayınadək olan müddət ərzində yaşadığı ünvan 6 ünvanında hissə-hissə olmaqla ümumilikdə 4800 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda 482 manat, xx.xx.2023-cü il tarixdə ünvan 7nvanında yerləşən “Million” ödəmə terminalından Təqsirləndirilən şəxs2 göndərdiyi nömrəsini unutduğu pul kartına 500 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərdiyi pul kartına 300 manat pulu köçürməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, əldə edilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdar təşkil edən 6082 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müəyyən miqdarda pul müqabilində Rusiya Federasiyasında yerləşən universitetdən verilmiş diplomları 2 ay müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək kimi imkanlarının olmasına inandırıb, yalan vəd verərək, aldadıb bu məqsədlə 10 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva Univermağı» kimi tanınan ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə görüşüb, sonuncuların hər birindən 5.000 manat olmaqla ümumilikdə 10.000 manat pul alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, əldə edilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləyərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 5.000 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ümumilikdə 4.800 manat pul müqabilində Belarusiya Respublikasından alınan diplomu 1 ay müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək kimi imkanlarının olmasına inandıraraq, sonuncunun oğlu Şahid2 məxsus Belarusiya Respublikasında yerləşən universitetdən verilmiş diplomu təsdiq etdirəcəklərinə dair yalan vəd verib, aldadaraq bu məqsədlə, 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14A ünvanında Zərərçəkmiş şəxs4 4.800 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, əldə edilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləyərək, Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını etibardan suiitifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qızma ümumilikdə 2.250 manat pul müqabilində Türkiyə Cümhuriyyətindən alınan diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək kimi imkanlarının olmasına inandıraraq, sonuncunun qızı Şahid3 məxsus Türkiyə Cümhuriyyətində yerləşən universitetdən verilmiş diplomu təsdiq etdirəcəklərinə dair yalan vəd verib, aldadaraq bu məqsədlə, 2022-ci ilin may ayından iyun ayınadək olan müddət ərzində yaşadığı ünvan 8 ünvanında hissə-hissə olmaqla ümumilikdə 4800 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda 482 manat, xx.xx.2023-cü il tarixdə ünvan 7nvanında yerləşən “Million” ödəmə terminalından Təqsirləndirilən şəxs2 göndərdiyi nömrəsini unutduğu pul kartına 500 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərdiyi pul kartına 300 manat pulu köçürtməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, əldə edilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdar təşkil edən 6082 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, tanışı olan şəxs var idi. O, diplom təsdiq etmək işi ilə məşğul idi. Həmin tanışı Ramilə iş olanda verirdirlər ki, diplomları təsdiq etsin. Hazırkı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qabaq Əkbər adlı şəxsin diplomu təsdiq olunub. Əkbərin diplomunun təsdiq olunması Turanı və Zauru ürəkləndirib. Elə onlar da Əkbərin tanışları idi. Məsələ ilə bağlı Memar Əcəmi metrosunda görüşüblər. Orada sənədləri və pulu veriblər. Zaurun yanında başqa bir adam da var idi. Zaurdan 9000 manat pul almışdır, lakin 10 000 yazdırıblar. Əhməd yanında olmuşdur. Bir adamdılar. İkisi əlbir etmişdi. Nizamidən 4800 manat almışdır. Zərərçəkmişlərin hamısını Əkbər yönədib. Onlar iş yerinə Cristal Plazaya gəlmişlər. Danışdıqdan sonra çıxıb getdilər. 20 gündən sonra zəng etdilər, Daxili İşlər Nazirliyinin yanında görüşdülər, pulu götürdü. Görüşdə Nizami və oğlu var idi. Pulu Nizamidən aldı. Məqsəd oğlunun diplomunu təsdiq etmək idi. Həmin puldan Nizami Məmədova 2400 manat qaytarmışdır. Tarixlər dəqiq yadında deyil. Səhv etmirsə, hadisə 2023-cü ildə olub, lakin 2022 də ola bilər. Xalidə müəllimədən isə pulu onun evində almışdır. Ev Bakıxanov ərazisində yerləşir. Hissə-hissə almışam. 3500 manat birinci almış, qalan pulu Əhməd alıb. Ancaq əsas o, danışmışdır. Başqa şeylər də olub. O, aldığı pul diploma görə idi. Xalidə xanım onun 94 nömrəli məktəbdə tarix müəlliməsi olmuşdur. Ümumilikdə müəllimədən 6082 manat almışlar. Müəlliməyə 1000 azn qaytarmışlar. Törətdiyi əməldən peşman olmağını, əməli etiraf etməyini, ziyanın müəyyən hissəsini ödəməyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zaur yanlarına gəlmişdi, yanında bir nəfər vardı. Ödəniş edib, diplomu veriblər. Yanındakı adam Turan idi. 9000 manat məbləği 4500 – 4500 bölüşdürüblər. Görüşləri “Əcəmi”də, Moskva univermağının yanında olmuşdur. Zərərdən 2500 manat və 1400 manat ödənilib. 1400 manatı müstəntiq Zaura vermək adı ilə alıb. Aldıqları pulu Ramin adlı tanışlarına veriblər. O da onlara vəd verib ki, işi həll edəcək. Hər diplom üçün 3500 manat veriblər. Qalan 2000 manat pulu Orxanla aralarında 1000-1000 bölüblər. Zərərçəkmiş şəxs4 4800 manat pul alınıb. Nizami müəllim oğlu ilə birgə gəlmişdi. Pulu diplomun təsdiq üçün Nizami rayonu ərazəsində almışdırlar. Nizami müəllimə 2400 manat qaytarılıb. Xalidə müəlliməyə gəldikdə isə, ondan qızının diplomunun təsdiqi üçün 3500 manat, yarış üçün isə 1070 manat götürülüb. Ümumi Xalidə xanımdan 6082 manat pul götürmüşdürlər. Həmçinin mükafat üçün də hissə-hissə pul götürülüb. Hamısı 6082-nin içindədir. Törətdiyi əməldən peşman olmasını, əməli etiraf etməsini, ziyanın müəyyən hissəsini ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Orxan qızı ilə birgə onun sinfində oxuyub. Əhmədlə birgə onun evinə gəlmişdirlər. Diplomdan söhbət düşüb. Deyib ki, diplomun təsdiqi ilə bağlı nəsə etmək olarmı? Deyiblər ki, olar. O, müəyyən məbləğ ödəyib. Sonradan Əhməd zəng edib ki, Orxan utanır, əlavə də pul lazımdı. Orxana 2250 ödəyib. 50 manat borclu qalıb. Yavaşyavaş ödəyib. Əvvəl 500 manat, sonra yenə 500 manat. Əhməd axırda yenə yığıb ki, təcili 800 manat lazımdı, sabah təsdiqlənəcək. 270 manat mükafat üçün ödədi. Dedilər ki, rüsum üçündür. Diplom üçün Əhməd ondan 1070 manat aldı. Türkiyə Cümhuriyyətindən yarış üçün gələcəkdilər, qızının orada iştirakı və mükafat alması üçün ödəmişdi. Ziyandan 1000 manat ödənilib. 4000 manat Orxan versin, 1070 də Əhməd. Orxan məktəbdə 5-ci sinifdən 11-ci sinifə kimə şagirdi olub. Sinif rəhbərləri olmuşdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Nazirlər Kabinetinin qərarına əsasən xaricdə təhsil almış azərbaycanlı tələbələrin respublikada diplomlarının tanınması ilə əlaqədar qaydalara dəyişiklik edilmişdir. X11 Nazirliyinin xətti ilə Belarusiyada yanğından mühafizə üzrə ali təhsil almışdır. Vəfa adında qohumları var idi. Həmin xanım vasitəsi ilə hazırkı şəxslərlə tanış olmuşdur. Onlar deyib ki, diplomun tanınmasına, müvafiq imtahanların verilməsinə köməklik edəcəklər. Lakin nəticə olmayıb. Ümumi 4800 manat təqsirləndirilən şəxslərə pul verib. Sonra Təhsil Nazirliyinin də qəbulunda olub. Müəyyən sənədlərin təsdiqi üçün. Oradan onu Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yönləndiriblər. Ona deyiblər ki, oğlu qanuni oxuyub, savadlı da uşaqdır. Müəyyən sənədləri toplasın, sonra müaciət etsin. X3 imtahana cəlb edib. Dekabr ayının 2-i imtahan olub. Oradan müsbət nəticə əldə edib. Belə oğlu hər hansı vəsait ödəmədən diplomunu burada təsdiqlədib. O da bu uşaqlara deyib ki, onu aldadıblar. Pulunu qaytarsın. Onlar onun pulunun yarısını 2400 manatı qaytarıblar. İndi də qalan pulu ödəmələrini xahiş edir. Onları başa düşür. Cavan uşaqlardı. Problemləri ola bilər. O, onlara vaxt verir. Həbsə girməklərinə razı deyil. 2400 manatı müstəntiqin vasitəsi ilə almışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə 2022-ci ildə baş verib. Təfərrüatlar yadında qalmayıb. İstintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, Əhmədlə danışıb ki, bir ay ərzində diplomu təsdiq edəcək. Onun və Zaurun diplomunu. Özü Dağıstan universitetini bitirmişdir. Danışıb razılaşıblar. Zaur Əhmədə pulu verib. Əhmədə və Orxana birlikdə verib. Sonra Orxanla dəfələrlə danışıblar. Əlaqə saxlamağa çalışıblar, ancaq yubadıblar. Onlar da məlumat veriblər. Zaur ikisinin də pulun verib. Zaur ümumi 10 000 pul verib, beş mini onun, beş mini Zaurun. Pul veriləndə o, aralıda olmuşdur. Pulu Zaur verib. Zaur dostudur, o da Dağıstan universitetini bitirib. İlkin olaraq onun tanışları olub. O, Zaura demişdir ki, belə bir adamlar var. Ziyandan heç bir məbləğ qaytarılmayıb. Şikayətçidir, mülki iddiası da var, 5000 maddi ziyan tələbi var, mənəvi ziyanla birgə 10000 manat. Müharibə veteranı olduğu üçün rüsum ödəməmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ildə diplomu Turan Əhmədlə danışmışdı. Turan da Cavid adlı şəxsin vasitəsi ilə danışmışdı. Cavid də zərərçəkmiş idi, amma ona aid hissədə cinayət işini ayırıblar. Cavid hərbi xidmətdə olduğu üçün Turan danışıb ona xəbər verib ki, qısa müddətdə diplomu təsdiqləyirlər. Turan deyib ki, təcili pulu çatdırmaq lazımdı. 5500 manat pul istəyirlər. Sonra axşam vaxtları idi, saat 8-9. Turana deyib ki, kimlə danışıbsa, versin danışsın. O da Əhmədlə danışıb. O vaxt onda o qədər pul yox idi. 700-800 manat pulu var idi. Əhməd deyib ki, vaxt limiti var. Orada kimdənsə xahiş edirlər, yaxın adamlarıdır. Müdafiəçinin də qeyd etdiyi kimi, hansısa fərdi işlərə görə, texniki vəzifələr, yəni sistemə sənəd yükləmək və s. bunlara görə kiməsə 5000 verəcək qədər fərsiz və ağılsız deyil. Əhməd deyib ki, pul təcili çatmalıdı. Gəlməlidirlər. O, onda Turana deyib ki, o, bu söhbətə getmir. Real söhbətə oxşamır. Onda Turan yarım saat sonra deyib ki, o, gedir. O, bir az qərarsız qalıb. Evdə məsləhətləşib. Qızıl – komplekt var idi. Turanı da götürüb maşını ilə Bakıya gediblər. Bakıda Moskva univermağının qabağında görüşüblər ki, o, qızılları satsın. Bir neçə nəfər baxıb 3800 manat pul deyib. Halbuki 7000 manat dəyərində idi. Sonra Orxanın tanışı çıxıb. Həmin adam qızıllara 4300 manat verib. O da qəbul edib. Şevrolet markalı maşında gəliblər. Maşında əyləşiblər. Əhməd arxada oturmuşdu, Orxan da sükanın arxasında. Orxan deyib ki, verilməli pul 5500-dür. O, deyib ki, həmin adamla danışsın, adama 5000 versinlər. Qızılı 4300-ə satmışdır, üstünə də 700 manat əlavə edib versin. Təzədən danışıb, deyib amma heç kəs bilməsin ki, bu qiymətə olub. O da deyib ki, ancaq onu tanıyır. Başqa tanışı yoxdur. Pulu alıb, diplomu, vəsiqələri, hərbi biletləri verib. Bir müddət keçib. Mütəmadi əlaqə saxlayıblar. Arada Orxan telefonu bağlayıb, yoxa çıxıb. Əhməd deyib, Orxan tutulub. Turana deyib ki, onsuz da içində şübhə var idi. Gedib tədbir görmək lazım idi. Ya da pulu almalı idilər. O, sonra fikirləşib ki, bunlar pul qaytaran deyil. Getsinlər, rəsmi müraciət etsinlər. Axşam yolda gələ-gələ, Əhmədlə danışıblar. Əhmədə xəbərdarlıq edib ki, yazıq olacaqlar. Əməllərində cinayət tərkibi var. Əhməddə də pul yox, yazıq neyləsin. Orxanla da əlaqə saxlaya bilməyib. Gəliblər Bakıya, əvvəlcə 102 xidmətinə məlumat veriblər. Daha sonra Nəsimi polis idarəsinə yaxınlaşıblar. Rəsmi müraciətdən oranın müstəntiqi Süleyman Quluzadə tərəfindən prosedurlar başlayıb. İşin istintaqı başlayıb. Orxan barədə həbs qətimkan tədbiri seçilib. Apellyasiya Məhkəməsi həbsdən azad edib. Bu müddət ərzində vəkil Zaur ona səs yazısı göndərmişdir, həmin səs yazısı ona aiddir. İstintaq dövründə müstəntiq Süleyman Quluzadə tərəfindən ona aid karta 900 manat bir, 750 manat da bir pul köçürülmüşdür. Süleyman Nəsiminin istintaqının müstəntiqidir. Ümumi ona 1650 manat ödənilib. Bakı Apellyasiya Məhkəməsi Orxanı buraxdıqdan sonra Orxan 400 manat ona pul göndərmişdi. 10 000 manat ziyandan 2050 manat ziyan ödənilib. Bunu təsdiqləyir. Səs yazısında da bu məsələ idi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun atası 1ci qrup əlildir. Müharibə iştirakçısıdır. Bu iki şəxs Əhmədlə Orxan atasının vəziyyətini daha da gərginləşdiriblər. Kaspian plazada olub görüşləri. Tanınmalı olan onun diplomu idi. Özü Belarusda oxumuşdur. Atası 4800 manat verib bu iş üçün. Pul hər ikisinə ümumi verilib. Cəm şəkildə istəyiblər. Atası da deyib həll edər, DİN-in önündə görüş olub. O, təqsirləndirilən şəxslərin pulu almağının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs4 onun bacısı Şamamanın qudasıdır. Onun oğlu Əkbər təxminən 2019-cu ildə Odessa şəhərində Rabitə Akademiyasını bitirmişdir. O, 2022-ci il təxminən avqust ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bakı Estetik” klinikasında saçlarının tökülməsinin qarşısının alınması ilə bağlı oraya getmişdir. Klinikada olan zaman Orxanı tanımış, Orxan aparatlar vasitəsilə onun saçlarını stimuliyasiya etmişdir. Orxanla söhbət əsnasında o, oğlunun xaricdə aldığı diplomunun təsdiq edilməli olduğunu bildirmişdir. O, diplomun təsdiq edilməsi üçün sənədlərin toplanması və haralara müraciət etmək lazım olduğunu bilmədiyi üçün tanışlarından köməklik istəmişdir. Orxan ona köməklik edə biləcəyini və sistemindən anlayışlı olduğunu hətta bütün prosedurları yerinə yetirə biləcəyini demişdir. X8 sənədlərin təsdiq edilməsi üçün bütün sənədləri ondan alaraq sistemə yükləmişdir. O, sənədləri Orxana verən zaman Əhməd də yanında olmuş, o Orxandan kim olduğunu soruşanda Orxan Əhmədlə birlikdə işlədiyini bildirmişdir. 2022-ci ilin avqust ayının sonlarında Nizaminin arvadı Zəminə ona vatsap vasitəsilə ismarış yazaraq ondan hal-əhval tutmuşdur. Bir qədər danışdıqdan sonra Zəminə ondan Əkbərin diplomunun təsdiq etdirə bilib-bilmədiyini maraqlanan zaman o, saçını stimulyasiya edən Orxan adlı şəxsin ona köməklik etdiyini Əkbərin sənədlərini sistemə yüklədiyini demişdir. O da Zəminədən oğlu Hikmətin diplomunun təsdiq edib-etdirmədiklərini soruşanda Zəminə təsdiq etdirə bilmədiklərini demişdir. Bundan sonra Zəminə ona Hikmətin sənədlərini də Orxana versin mi deyə soruşmuşdur. O isə bunun qarşılığında Zəminəyə Orxanı tam olaraq tanımadığını, onun işinin yekununu gözləməyi təklif etmişdir. 2022-ci ilin avqust ayının sonlarında Zəminə ona zəng edərək Orxanın nömrəsini istədikdə, o, Zəminəyə yenə onun işin tam yekunlaşmadığını, buna baxmayaraq Zəminə ona Orxanın nömrəsini verməsini, Nizami özü danışıb həll edəcəyəni bildirmişdir. Belə olan halda o, Orxanın nömrəsini Zəminəyə vermişdir. Sonradan Zəminə onunla əlaqə saxlayan zaman X5 iş yerinə getdiyini lakin, Orxan olmadığı üçün Əhmədlə danışıb işi həll etmədən qayıtdıqlarını demişdir. Zəminənin dediyinə görə Nizami sonradan başqa adamlar tapıb ki, diplomu təsdiq etdirsin. Lakin, alındıra bilməmişdir. Bildiyi qədəri ilə sonradan yenidən Orxanla iş həll etmişdilər. Zəminə Nizaminin pul verdiyini dedikdə, o, pulu notarial qaydada verib vermədikərini soruşanda adi qaydada verdiklərini demişdir. Nizaminin Orxana və Əhmədə harada nə vaxt və nə qədər pul verdiyini bilməmişdir. Nizami ilə Orxanın arasında narazılıq yarandığı üçün Nizami Orxandan və Əhməddən şikayət etmişdir. Nizami şikayət etməzdən əvvəl onun oğlunun sənədlərinin təsdiqləndiyini Zəminəyə demişdir. Orxan və Əhmədin Nizamini aldadaraq pulunu ələ keçirmələri ilə bağlı onun bir əlaqəsi olmamışdır. O, sadəcə Zəminə ona zəng edərək Orxanın nömrəsini istəyən zaman nömrəni vermişdir. Sonradan Nizaminin pul verməsi ilə bağlı məlumatı olmamışdır. Zərərçəkmiş şəxs4 arvadı Zəminə Orxanın nömrəsini ondan istəmiş və X12 rayonunda yerləşən Cristal Plazada ofislərinin olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 onun oğlunun diplomunu təsdiq etdirmək üçün ondan pul istəməmişdir. O, özü Orxana köməklik etdiyi üçün hörmət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs4 Orxandan şikayət etdiyi üçün ehtiyyat etdiyinə görə oğlunun diplomunun təsdiqlənmə sənədini Nizami rayonu ərazində yerləşən Təhsildə Keyfiyyət və Təminat idarəsinə getmişdir. Orada ona oğlu Əkbərin diplomu qanuni şəkildə təsdiq edilməsini bildirmişdilər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında qeydiyyatdadır və ünvan 12 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan dilində sərbəst şəkildə yazıb oxumağı bacarır. Anası Xalidə əvvəllər Bakıxanov qəsəbəsində 94 nömrəli orta məktəbdə tarix fənni üzrə müəllimə işləmişdir. O, da həmin məktəbdə təhsil almışdır. Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olmuşdur. O, ali təhsilini X1 Universitetində almışdır. O, 2010-cu ildə sözügedən universitetə qəbul olmuş və 2015-ci ildə universiteti bitrimişdir. Orta məktəbi bitirməyinə baxmayaraq Orxanın ailəsi ilə münasibəti qalmışdır. Ali məktəbi bitirdikdən sonra işə düzəlmək üçün diplomu təsdiqlətmək lazım olduğundan, bu barədə Orxan bildikdə, onun anasına diplomu təsdiqlədə biləcəyini bildirmişdir. 2022-ci ilin may ayında anası Xalidə bu barədə Orxanla danışdıqda, Orxan 2250 manata onun ali təhsil haqqında diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiqlədə biləcəyini bildirmişdir. Onlar Orxanı uzun müddət tanıdıqları üçün anası Xalidə ona inanmışdır və 2250 manat pulu verməyə razı olmuşdur. Odur ki, həmin ərəfədə 2250 manat pulu anası Xalidə yaşadıqları ünvan 12 ünvanında Orxana vermişdir. Orxan təxminən bir ay ərzində hər dəfə bir bəhanə ilə anası Xalidədən hissə-hissə olmaqla müxtəlif rüsumları ödəmək adı ilə ayrıayrı vaxtlarda 2550 manat pulu yaşadıqları ünvanda almışdır. Beləliklə 2022-ci ildə anası Xalidə Orxana ümumilikdə 4800 manat pul vermişdir. Orxan xx.xx.2023-cü il tarixdə qeydiyyatı həyata keçirmək və təsdiqi alacağı adı ilə onun anasından əlavə olaraq 482 manat pul almışdır. xx.xx.2023-cü il tarixdə Orxanın dostu Əhməd anası Xalidə ilə əlaqə saxlayaraq onu metronun Xalqlar dostluğu stansiyasının yaxınlığına çağırmışdır. Onun anası Əhmədin dediyinə əməl edib görüşə getmişdir. Görüş zamanı Əhməd xx.xx.2023-cü il tarixdə təsdiqlənmənin həyata keçəcəyini bildirib Xalidədən 800 manat pul istəmişdir. Onun anası üzərində pul olmadığı üçün pulu verə bilməmişdir. Evə gəldikdən sonra xx.xx.2023-ci il tarixdə 500 manat pulu Əhmədin özünün göndərdiyi kart hesabına ünvan 13 ünvanda “Milli.ön” ödəmə terminalı vasitəsilə Əhmədin dediyi “Kapital Bank” tərəfindən verilmiş nömrəsini unutduğu pul kartına göndərmişdir. Əhməd 800 manat pulun tam olaraq göndərilməsini tələb etdiyi üçün anası onunla əlaqə saxlayaraq ondan qalıq pulu Əhmədin göndərdiyi kart hesabına göndərməyi istəmişdir, o da kartında olan 300 manat pulu Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən metronun 20 Yanvar Stansiyası yaxınlığında öz kart hesabından Əhmədin göndərdiyi hesaba göndərmişdir. Lakin, anası bir müddət gözləsə də, Orxanla Əhməddən bir xəbər çıxmadığını görüb şübhələnməyə başlamışdır. 2023-cü ilin avqust ayında Orxan Xalidə ilə əlaqə saxlayaraq və yaşadığı evə gəlib onun xarici pasportunun da lazım olduğunu, həmin pasportu “giriş-çıxış” üçün göstərəcəyini bildirmişdir. Xalidə də onun xarici pasportunu Orxana vermişdir. xx.xx.2023-ci il tarixdə Orxan Xalidəyə bir ədəd sənəd verərək bildirmişdir ki, guya işləri görür. Lakin, anası Xalidə həmin sənədin düzgün olmadığını gördükdən sonra artıq bu barədə şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində mənə maddi ziyan dəyməmişdir. Maddi ziyan anası Xalidəyə dəymişdir, onun diplomumun təsdiqlənməsi üçün bütün ödənişləri onun anası özündən etmişdir. Onun sonuncu olaraq Əhmədin kartına göndərdiyi 300 manat pulu anasının xahişi ilə gönədərmişdir. Sonradan anası 300 manat pulu ona qaytarmışdır. Xahiş etmişdir ki iş üzrə onu zərər çəkmiş şəxs qismində tamnmasınz. Orxanla Əhməd anası Xalidəyə ümumilikdə 6082 manat maddi ziyan vuraraq dələduzluq etmişdirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli, X2 xx.xx.2025-ci il tarixli və Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara vurulmuş ziyanı tam şəkildə ödəmişdirlər. Şikayət və tələbləri yoxdur. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 manat vurulmuş ziyandan ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməllərini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, əməllərini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Daha sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 17 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində 17 oktyabr 2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 3 ay 21 gün həbsdə (ev dustaqlığında) olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 ümumilikdə 3 ay 23 gün həbsdə (ev dustaqlığında) olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Nəsimi rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Beləliklə, ümumilikdə Təqsirləndirilən şəxs2 4 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış X4 təqdim etdiyi xx.xx.2022-ci il tarixli, saat 18:56-da yazılmış qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindikləri üçün, onların bu əməlləri törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş 3.000,00 manat məbləğində maddi ziyan müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə mülki iddianın 5000 manat mənəvi zərərin, 2000 manat isə əldən çıxmış faydanın əvəzi kimi cavabdehlərdən tutulması hissəsində qeyd edir ki, mülki iddiaçı göstərilən iddia tələbi üzrə həmin hissələrdə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 354.1.2-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam şəkildə ödənilmişdir. Nəzərə alınmasını xahiş edir. Belə olduğu halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilməməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə (ev dustaqlığında) olduğu 26 iyun 2023cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək olan 3 ay 21 gün, 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək olan 2 (iki) gün, ümumilikdə 3 (üç) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaq hesabı ilə 7 (yeddi) ay 16 (on altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı həbsdə olduğu 17 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixədək olan 2 gün, 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək olan 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaq hesabı ilə 8 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyana görə 3.000,00 manat müştərək qaydada tutulub Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat, cəmi 510 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili X6 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 9 iş saatına görə 54 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-110/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-110/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver