Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-111/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Əlislam oğlunun, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs10 nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Bizim Əkinçi” X19 qəzetinin təsisçisi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarına məhkum edilmiş, lakin ödənilməmiş, ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 4000 manat müqabilində oğlu Şahid3 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə xx xxx 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Nargilə N-1” çay evinin qarşısında Zərərçəkmiş şəxs10 2500 manat, xx xxx 2019-cu il tarixdə Şahid3 qolunda olan çapıqla bağlı həkim komissiyasından keçməsi adı ilə aldadaraq ünvan 5 D ünvanında yerləşən “xxxxxxxx” MMC-nin 52 saylı poçt şöbəsinə qarşısında Şahid3 1500 manat alaraq, ümumilikdə 4000 manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs10 aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onun oğlu Şahid4 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən “Park Kafe” restoranında Zərərçəkmiş şəxs10 vasitəsi ilə 8000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs3 aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Bakı metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə 3000 manat, xx xxx 2019-cu il tarixdə Nizami rayonu H.Əliyev prospekti 182-də yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında Zərərçəkmiş şəxs5 5000 manat olmaqla ümumilikdə sonuncunun 8000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə 10000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesində Zərərçəkmiş şəxs10 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 10000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 6 ünvanının qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 6000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onun oğlu X6 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə Zərərçəkmiş şəxs6 məxsus 8000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etməklə 9000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində 3000 manat, xx xxxx 2019-cu il tarixdə ünvan 10 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin 1 saylı “Mərkəzi poçt” şöbəsinində Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs7 vasitəsi ilə 5000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 8000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2019-cu il tarixdə ünvan 11 ünvanında yerləşən FHN-nin Tibb Xidmətinin Xüsusi X11 inzibati binasının qarşısında 4500 manatı və həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şosesi 3cü km ünvanında yerləşən ünvan 13pleksinin inzibati binasının qarşısında 1500 manatı Zərərçəkmiş şəxs10 vasitəsi ilə, xx xxxx 2019-cu il tarixdə Binəqədi rayonu Adil Məmmədov 99 ünvanında yerləşən “Şah” hamamının qarşısında 600 manat olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 6600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X38 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə 5000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon X14 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2019-cu il tarixdə ünvan 14 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında 2500 manat, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 182-də yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında 2500 manat, xx xxxx 2019-cu il taridə ünvan 15 ünvanında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında 700 manat olmaqla Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 5700 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhərində yerləşən xəstəxanaların birində həkim-nevropatoloq işinə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs9 şəxsi əlaqələrinin geniş olması və bundan istifadə edərək onu 16000 manat müqabilində qeyd edilən işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb xx xxxxxxxx 2019-cu il tarixdə ünvan 16 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X41 inzibati binasının qarşısında 16000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə həyat yoldaşı ilə aralarında yaranan problemlərlə bağlı rəsmi olaraq boşanmışdır. Həmin evlilikdən Aminə və Aysu Əhmədova adlı əkiz qızları vardır. Hər ay o, sonunculara görə 120 manat aliment ödəyir. Yeganə ilə qeyri rəsmi olaraq 2009-cu ildə ailə həyatı qurmuş, 2011-ci ildə rəsmi olaraq nigah bağlamışlar, həmin nikahdan 3 uşağı var. Hal-hazırda da birlikdə yaşayırlar. Özü heç bir yerdə işləmir, sadəcə olaraq “Bizim Əkinçi” X19 qəzetinin təsisçisi olsa da, həmin qəzet fəaliyyət göstərmir. xx.xx.2014-cü il tarixdə Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, bundan baqşa barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə cinayət işi olmuşdur. Lakin həmin işdə onun günahı olmadığı üçün həmin işinin icraatına xitam verilmişdir. Bundan başqa xx.xx.2017-ci il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən AR CM-nın 178.2.4, 178.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Bundan baqşa xx.xx.2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsi tərəfindən AR CM-nın 178.2.2, 67.1, 66.5 və 68.2-ci maddələri ilə 01 il 11 ay islah işləri və 4500 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin cəzasıni çəkməyib və cəriməni ödəməyib. O, X26 tanıyır. Belə ki, Nazimin bacısı oğlu Rəşadın vasitəsi ilə tanımış, Rəşad onun dostudur, elə buna görə də o, Nazimi tanımışdır. Təqsirləndirilən şəxs1 da tanıyır, Belə ki, Elvin onun qaynanası Balaxanım Qasımovanın dayısı oğludur. Elvin də məhkumluq həyatı yaşamışdır. O, Elvinə köməklik etmiş, hər ikisi ilə aralarında normal münasibət olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. xx xxxxx 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssəsindən götürüb sonuncunun yaşadığı Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” bağının yaxınlığında yerləşən evlərinə getmişlər. Bundan sonra o, mütəmadi olaraq Elvingilə gedirmiş. Təxminən xx xxx 2019-cu il tarixdə Elvingildə olmuş, həmin vaxt Elvingildə o, Elvinin xalası qızı Sevinci tanış olmuşdur. Elvin Sevincə bildirdmişdiri ki, o, jurnalistdir, Sevinc bildirmişdir ki, onun qaynı oğlu var, Fövqaladə Hallar Nazirliyinə işə qəbulla bağlı müsabiqədən keçmişdir, lakin həkim komissiyasından keçməmişdir. Ona köməklik etmək mümkündürmü. O, isə heç bir problem olmadığını demişdir. Belə ki, Nazim ona demişdir ki, onun dostu Fövqaladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, sonuncunun vasitəsi ilə ora adam işə düzəldə bilər. Elə buna görə də o, Sevincə demişdir ki, problem yoxdur, sonuncunun qaynı oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə bilər. Bundan sonra Sevinc onun nömrəsini razılığı ilə qaynı Zərərçəkmiş şəxs10 vermiş, Elmar ona zəng eləmiş və oğlu Elvin Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən müsabiqədə iştirak etmiş, müsabiqədən keçmiş, lakin həkim komissiyasından keçməsi üçün köməklik lazımdır. Bundan sonra o, bu barədə Nazimə demiş, Nazim isə demişdir ki, köməklik edə bilər. Bundan sonra o, Elmarla danışmış və demişdir ki, oğlunu göndərsin Bakı şəhərinə görüşüb danışsın. Təxminən xx xxx 2019-cu il tarixdə Elvin Bakı şəhərinə gəlmiş, o, Elvinlə Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında görüşmüş. Həmin vaxt orada o, Şahid3, Nazim və Təqsirləndirilən şəxs1 olmuşlar. Şahid3 ilə görüşməmişdən əvvəl o, Nazim və Təqsirləndirilən şəxs1 görüşmüş, orada razılaşmışlar ki, Şahid3 ilə görüşən zaman Nazimi Fövqaladə Hallar Naziriliyində yüksək vəzifədə çalışan Arif adlı şəxs kimi, Təqsirləndirilən şəxs1 isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim etsinlər. Şahid3 ilə görüşən zaman isə dedikləri kimi etmişlər. X60 adı altında Fövqaladə Hallar Naziriliyində yüksək vəzifədə çalışan şəxs kimi, Təqsirləndirilən şəxs1 isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim etmişlər. Orada söhbət etmiş, Sonra isə Elvinə demişlər ki, «sənin işin düzələr, səhər səninlə metronun “Elmlər Akademyası” stansiyasının yaxınlığında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmək lazımdır» və həmin vaxt Elvinin şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüşdür. xx xxx 2019-cu il tarixdə saat 11 radələrində o, Elmar, Elmarın oğlu Elvin, Təqsirləndirilən şəxs1 Fövqaladə Hallar Naziriyinin inzibati binasının qarşısında görüşmüşlər. Həmin vaxt Arif, yəni Nazim gəlmiş, Nazim yalandan onun üstünə əsəbləşərək «sənə deməmişəm burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm» demiş, yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif, yəni Nazim və onun sürücüsü kimi təqdim etdikləri Elvin ora gəlmiş, söhbət edən zaman Elmar onlara demişdir ki, oğlu Elvinin qolunda çapıq var, bu çapıq onun işə düzəlməsinə mane ola bilər. Bundan sonra Arif, yəni Nazim özü ilə gətirdiyi böyüdücü şüşə, yəni lupa ilə Elvinin qolunda olan çapığa baxmış, sonra isə «çapıq elə dərin deyil, mən rəhbərliklə danışıb saat 15 radələrində sizə məlumat verəcəm» demişdir. Arif, yəni Nazim oradan getdikdən sonra o, Elmara bildirmişdir ki, Elvini FHN-nə işə düzəltmək üçün 2500 manat pul lazımdır, yəni bunu ona Arif, yəni Nazim demişdir. Elmar onunla razılaşmış və üzərində olan 2500 manatı ona vermişdir. O, Elmar və Elvinə bildirmişdir ki, sabah səhər ekspertiza komissiyasından keçmək üçün ekpsertizanın qarşında olsunlar. Bundan sonra onlardan ayrılmış, Elmardan pulu aldıqdan sonra ona Sevinc zəng eləmiş və o, Sevincə demişdir ki, pulu almışdır, onların işini həll edəcək. O, metronun 28 may stansiyasının yaxınlığında Sevinclə görüşüb sonuncuya 100 manat pul vermişdir. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs1 olmuşdur. Lakin Elvin həmin vaxt telefonla danışdığı üçün 100 manatı Sevincə verdiyni görməmişdir. Sonra isə yenə Arif, yəni Nazim və Təqsirləndirilən şəxs1la birlikdə görüşmüş, o, Elmarın verdiyi 2500 manat pulun 500 manatını Nazimə, 100 manatını Təqsirləndirilən şəxs1 vermişdir. xx xxx 2019-cu il tarixdə axşam saatlarında o, Elvinə zəng edərək demişdir ki, «sabah gəl görüşək gedək sənin qolunu həkim var ona göstərəciyik». xx xxx 2019-cu il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında Elvinlə görüşmüş, o, Elmarın oğlu Elvinə demişdir ki, onun qolunda olan çapığı görə işi alınmır, ya ümumilikdə 4000 manat verməlidir, ya da 2500 manat pulunu qaytarırlar. Bundan sonra Elvin atası Elmarla danışmış, sonra isə o, Elmarla danışmış və sonuncuya demişdir ki, hər şeyi onun oğluna demiş, oğlu Elvinlə danışsın. Bundan sonra Elmar və Elvin onunla razılaşmışlar. Onun əlavə pul almaqda məqsədi o olmuşdur ki, 500 manat pulu Nazimə verən zaman sonuncu narazılıq etmiş və elə buna görə də əlavə pul alaraq Nazimə vermək istəyirmiş. Sonra o, Elvinlə Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkının yaxınlığında olan poçtun qarşısında Elvinlə görüşmüş, sonuncu ona 1500 manat yox, 1300 manat pul vermiş, həmin 1300 manatdan 500 manatını Nazimə vermiş, 100 manatını isə Təqsirləndirilən şəxs1 və Nazim ilə birlikdə yemək yemişlər. O, Elvindən pulu alan zaman sonuncuya demişdir ki, xx xxx 2019-cu il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasından keçmək üçün orada olsun. O, isə xx xxx 2019-cu il tarixdə səhər saatlarında Elvinlə Binəqədi rayonu Biləcəri qəsəbəsində Fövqaladə Hallar Naziriyinin həkim komisiyasının inzibati binasının qarşısında görüşmüş, həmin vaxt Elvinə demişdir ki, gedib komisiyadan keçsin. Lakin o, sonuncuya heç bir sənəd verməmişdir. Elvin gedib həkim komissiyasından keçmiş, lakin qolunda çapıq olduğu üçün onu komissiyadan keçirməmişlər. Elvin ona zəng eləmiş və bu barədə məlumat verdikdən sonra o, geri qayıtmış, inzibati binanın içərisinə girmiş və geri qayıdaraq yalandan Elvinə demişdir ki, narahat olmasın işini danışmış və komissiyadan keçmişdir. Lakin o, heç kimlə bu barədə danışmamışdır. Sadəcə olaraq Elvini aldatmışdır ki, sonuncunun işini düzəltmişdir. O, həmin vaxt Elvinə demişdir ki, gedib gözləsin xx xxxx 2019-cu il tarixə qədər əmri olacaq. Təxminən 2019-cu ilinin may ayının axırlarında 23-də Elmar ona zəng edərək bildirmişdir ki, kəndiçisi olan Qoşqarın oğlunu FHN-nin həkim komissiyasından keçirmək mümkündürmü. O, isə heç bir problem olmadığını demiş, Qoşqarla telefonla danışmamışdır. Elmarla danışaraq demişdir ki, 6000 manata işi düzəldə bilər. Bundan sonra Elmar ona demişdir ki, onun burada xeyri nə olacaq. O, isə Elmara bildirmişdir ki, hər gətirdiyi adam üçün ona alınan puldan 1000 manat pul verəcək. Elmarın onun, Nazimin və Elvinin oyun oynayaraq ondan pul almalarını, yəni sonuncunun işinin düzəlməsi üçün heç kimə pul vermədiklərini bilmirdi. Sadəcə olaraq Elmar adam tapırdı ki, xeyri olsun. O, Elmara 6000 manat dedikdən sonra xx xxx 2019-cu il tarixdə Qoşqar oğlu Qəriblə və Elmarla Bakı şəhəri Yasamal rayonu “xxxxxx” X23 inzibati binasının yaxınlığında yerləşən adını xatırlamadığı çayxanada görüşmüş. Həmin vaxt o, Qəribin boyuna baxmış və bildirmişdir ki, sonuncunun boyu işə düzəlmək üçün yararlıdır. Eİə həmin vaxt Elmar və o, Qəribdən ayrılmış, Elmar həmin vaxt 6000 manat pulu çıxarıb ona vermiş, o, isə həmin pulun 1000 manatını Elmara xeyir kimi vermişdir. O, sonuncuların yanından Arif, yəni Nazimlə telefonla danışmış, Qərib barəsində sonuncuya məlumat vermiş, Nazim isə bildirmişdir ki, heç bir problem yoxdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Nazim onlardan kənarda dayanıb onu avtomobildə gözləyirmişlər. O, pulu aldıqdan sonra Nazimin yanına gəlmiş, Elmardan Qəribə görə aldığım 5000 manat pulun 3500 manatını Nazimə vermiş. 150 manatını isə Təqsirləndirilən şəxs1 vermiş. 1350 manatı isə özü xərcləmişdir. Zərərçəkmiş şəxs5 işə düzəlməsini ondan Elmar xahiş etmişdir. Sonra isə Muradın özü ona zəng etmiş və o, sonuncuya işə düzəlməsində köməklik edəcəyini demişdir. Bundan sonra o, Elmar və Murad onun çağrışı əsasında xx xxx 2019-cu il tarixdə isə Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşlər. O, Murada baxmış və fiziki göstəricilərinin yaxşı olduğunu və sonuncunun FHN-nə işə düzəlməsi üçün Elmara demişdir ki, Muradın işini 6000 manata düzəldə bilər. Həmin vaxt o, və Elmar Muraddan ayrılaraq kənara çəkilmiş, Elmar ona Muradın pulundan 1500 manat vermiş, yerdə qalanını isə yaxın zamanlarda Muradın verəcəyini demişdir. Bundan sonra isə o,mən xx xxx 2019-cu il tarixdə Muradla Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” restoranının qarşısında özü görüşüb 5000 manatı götürmüş, həmin 5000 manatın 1000 manatını həmin gündən 1-2 gün sonra Elmarla görüşən zaman sonuncuya vermiş, Muraddan ümumilikdə 6500 manat almış, 1000 manatını Elmara, 2200 manatını Arifə, yəni Nazimə, 250 manatı isə Təqsirləndirilən şəxs1 vermişdir. Həmin puldan 270 manata Elmara markası yadında qalmayan mobil telefon almış, yerdə qalan 2780 manatı isə özü xərcləmişdir. Elmar ona zəng edərək demişdir ki, bir nəfər var, adı Sərxandır, onu işə düzəltmək lazımdır. O, isə Elmara demişdir ki, 8000 manata düzəldər. Elmar demişdir ki, 7000 manat pulları var, lakin 8000 manat edə bilər. Lakin bir şərti var ki, işə lazım olan 5000 manatı götürsün, yerdə qalan 3000 manatı ikisi adama 1500 manat olmaqla bölsünlər. O, da Elmarla razılaşmışdır. 2019-cu ilin may ayının 26-da “20 Yanvar” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Elmarla birlikdə görüşmüşlər. Lakin Sərxan arıq və keçəl olduğu üçün sonuncunun işinin çətin düzələcəyini demiş, bundan sonra Sərxanın fotoşəklini çəkib Arifə, yəni Nazimə göndərmiş, Nazim isə baxdıqdan sonra razılıq verdiyi üçün o, da Sərxana razılıq vermiş və Elmar ona 6500 manat vermiş, 1500 manatı isə özü götürmüşdür. Belə ki, onun bildiyinə görə Elmar Sərxandan 8000 manat pul almışdır. Sərxanın şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı o, almış, sonradan isə Elmara qaytarmışdır. Təxminən 2019-cu ilinin may ayının axırlarında Zərərçəkmiş şəxs10 ona demişdir ki, öz yeznəsini, yəni qızının ərini də Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Xidmətinə işə düzəltmək istəyir. O, isə Elmara demişdir ki, onun yeznəndirsə onda sonuncunu 4000 manata işə düzəldə bilər. xx xxx 2019-cu il tarixdə o, Elmarla Yasamal rayonu ərazisində yerləşən metronun “20 Ynavar” stansiyasının yaxınlığına yerləşən “xxxxxx” ASC ilə üz-üzə yerləşən adını xatırlamadığı kafenin qarşısına görüşmüş, Elmar ona 4000 manat pulu və Qabilin şəxsiyyət vəsiqəsini və hərbi biletini vermişdir. Bundan sonra isə Elmar rayona qayıtmaq pulu olmadığ üçün həmin 4000 manatdan 100 manat pul ondan istəmiş və o, da Elmara 100 manat vermişdir. Elmarın yeznəsinin işi alınmadıqdan sonra o, Elmarla telefonla danışan zaman sonuncu ona yalvarırmış ki, yeznəsinə deməsin ki, 4000 manat pul vermişdir, yoxsa qızını boşayar. Bundan sonra o, Elmar və Qabil telefonla danışan zaman Qabil telefonda demişdir ki, o, 6000 manat pul vermiş, həmin vaxt o, bilmişdir ki, Elmar Qabildən 6000 alıb ona 4000 manat pul vermişdir. Həmin 4000 manat pulunun 1100 manatını Nazimə vermiş, 300 manatını Sevincə taksi vasitəsi ilə göndərmiş, 100 manatını isə Təqsirləndirilən şəxs1 vermişdir. Elmar ona zəng etmişdir ki, həmkəndçisi Fikrətin oğlu Nərimanı da FHN-nə işə düzəltsin, o, isə sonuncunu 6000 manata işə düzəldəcəyini demişdir. Bundan sonra isə Elmarla xx xxx 2019-cu il tarixdə ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısında görüşmüşlər. Elmar ona Nərimanı işə düzəlməsi üçün Fikrətin sonuncuya verdiyi 6000 manatı vermiş, o, isə 1000 manatını Elmara vermişdir. 5000 manatını isə özü götürmüşdür. Həmin pulun 1800 manatını Nazimə, 150 manatını isə Təqsirləndirilən şəxs1 vermişdir. Yerdə qalan 3050 manatını isə özü ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs10 ona demişdir ki, daha bir kəndçisi vardır, sonuncu da FHN-nə işə düzəlmək istəyir, həmin şəxsə də köməklik etsinlər. O, razılaşmış, sonuncuları Bakı şəhərinə çağırmışdır. Belə ki, həmin şəxsin bədənində döymə olduğundan çağırmışdır ki, döyməsinə baxsın. Təxminən 2019-cu ilinin may ayının 28-də Təbriz ona zəng eləmiş, o, Təbrizə demişdir ki, «gəl Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad” ticarət mərkəzinin qaşısına orda görüşək». Təbriz ora gəlmiş, ona şəxsiyyət vəsiqəsi və hərbi biletini vermiş, sonra o, Təbrizin döyməsinin fotoşəklini çəkmiş, Arifə, yəni Nazimə göndərmişdir. Nazim ona demişdir ki, heç bir problem yoxdur, Təbrizin işini düzəltmək mümkündür. Lakin o, Təbrizlə pul söhbəti eləməmiş, Elmara zəng edərək sonuncuya demişdir ki, 8000 manata düzələr. Belə ki, o, Elmarla danışıb razılşamışdır ki, Təbrizin verdiyi 8000 manatın 2000 manatını Elmara qaytarsın, çünki, həmin adamları kimsə Elmarla tanış edib və həmin Adama da 1000 manat verilməldir. Həmin günün səhərisi, yəni xx xxx 2019-cu il tarixdə Təbrizin atası Vüqar Təbrizin adına poçt vasitəsi ilə 3000 manat pul göndərmişdir. Təbriz bunu ona dedikdən sonra o, sonuncuya demişdir ki, «gəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığına, orada 2 nömrəli poçt var, pulu oradan çıxardaq». xx xxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində metreonun “Qara Qarayev” stansiyasının yaxınlığında, Nizami rayonu Şirin Mirzəyev küçəsi 64 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində Təbrizlə görüşmüş, Təbrizin şəxsiyyət vəsiqəsi onda olduğu üçün lazımi sənədləri hazırlatmış, Təbriz gəlib imza etmiş və 3000 manat pulu götürüb ona vermişdir. Bundan sonra xx xxxx 2019-cu il tarixdə Elmar ona zəng edərək dedmişdirki, Təbrizin yerdə qalan pulu hazırdır. Elmar poçt vasitəsi ilə pulu göndərəcəyini demişdir. Həmin vaxt Elmarın digər kəndçisi Zərərçəkmiş şəxs7 Bakı şəhərində olmuşdur. O, Zərərçəkmiş şəxs7 da işə düzəldirmiş. Elə buna görə də Hacıdan soruşmuşdur ki, şəxsiyyət vəsiqəsi üstündədirmi, Hacı şəxsiyyət vəsiqəsinin üzərində olmasını bildirdikdən sonra o, Elmara demişdir ki, 5000 manat pulu Hacının adına poçt vasitəsi ilə göndərsin. Elmar pulu poçt vasitəsi ilə Hacının adına göndərmişdir. Hacının adına gələn pulu Hacı ilə birlikdə xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı Poçt Şöbəsinə gəlmiş, orada Hacının adına Elmarın göndərdiyi 5000 manatı Hacı imza etdikdən sonra o, götürmüşdür. O, Təbrizə görə ümumilikdə 8000 manat almışdır. 8000 manat pulun 2000 manatını həmin gündən bir neçə gün sonra, yəni Şahid6 Bakı şəhərinə gətirən günü qaytarmış. Yerdə qalan 6000 puldan 300 manat Sevincə taksi vasitəsi ilə Ucara göndərmiş, 200 manatını Elvinə vermiş, qlan 5500 manatı isə öz ehtiyacı üçün xərcləmişdir. Elmar ona zəng edərək qonşu kənçisi Kamalın oğunun FHN-nə işə düzəltmək istəməsini, sonuncuya da köməklik edəcəyini bildirmiş, Elmara demişdir ki, 5000 manata düzələr. Elmar bildirmişdir ki, onun 5000 manatı yoxdur, sonuncunun 3500 manat pulu vardır. Həmin vaxt o, Elmara demişdir ki, həmin puldan sonuncuya da verəcək. Elmar bildirmişdir ki, heç nə lazım deyil. xx xxx 2019-cu il tarixdə Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına, Kamal, oğlu Nahim və Elmarla görüşmüşdür. O, həmin vaxt demişdir ki, 3500 manata alınmır, bundan sonra isə Elmar Kamalla söhbət etmiş, sonra Elmar gəlib demişdir ki, 4500 manata razıdırlar. O, isə Elmara demişdir ki, «onda sən özündə varsa həmin pulun üzərinə 1000 qoy ver mənə, sonra Kamal sənə verər sən götürərsən». Elə buna görə də Elmar ona Kamalgildən kənarda 3500 manat Kamalın pulunu və 1000 özünün pulunu, ümumilikdə isə 4500 manat pulu vermiş, o, həmin 4500 manat pulun 500 manatını Elmara vermiş, 4000 manat manatdan 150 manat Təqsirləndirilən şəxs1 vermiş, 100 manatı isə Sevincə taksi ilə Ucara göndərmişdir. O, sonradan eşitmişdir ki, Elmar Kamaldan ondan sonra əlavə olaraq 1500 manat pul almışdır. Onun pulu olmadığı üçün xx xxxx 2019-cu il tarixdə Kamala zəng eləmiş və demişdir ki, oğlunun əmrinin tez olmasını istəyirsə əlavə olaraq 1000 manat pul lazımdır. Kamal isə pulu olmadığını demiş və 600 manat düzəldə biləcəyini demişdir. O, sonuncu ilə razılaşmış. Kamal 600 manat pulu Bakı şəhərində yaşayan qohumu olan Bəxtiyardan götürməsini demiş və onun nömrəsini Bəxtriyara vermiş, Bəxtiyar ona zəng etmiş və o, Bəxtiyara demişdir ki, haradadırsa desin oraya taksi göndərsin ki, pulu ona versin. O, yadında qalmayan taksi şirkətlərinin birinə zəng eləmiş və sifariş vermişdir ki, Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının yanından pulu götrüb gətirib ona versin. Tanımadığı taksi sürücüsü pulu Bəxtiyardan götürüb gətirib ona vermişdir. Həmin 600 manat pulun 250 manatını o, Elmara vermişdir. Taksi sürücüsü həmin 600 manat pulu onun yaşadığım Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən evimin yaxınlığında gətirib vermişdir. O, isə taksiyə nə qədər pul verdiyini xatırlamır. Elmar ona zəng edərək Kamalın həmkəndlisi olan Hacının da FHN-nə işə düzəlmək istəməsini bildirərək sonuncuya köməklik etmək lazımolmasını bildirmiş. O, Hacıya demişdir ki, adamı Bakı şəhərinə göndərsin. Hacı Bakı şəhərinə gəlmiş, o, sonuncu ilə Badamdar qəsəbəsində yerləşən “Qurd Qapısı” restoranın yaxınlığında görüşmüş. Hacını öz avtomobili ilə Səbail rayonu ərazisində yerləşən Səbail rayon İcra hakimiyətinin qarşısına gətirmişdir. Avtomobildə olan zaman Elmar Təbrizə görə ona 5000 msanatı Hacının adına gödərmişdir. Həmin pulu Bakı şəhəri 1 saylı Poçt Şöbəsinə gəlmiş, orada Hacının adına gələn pulu götürmüşlər. Sonra Hacının qardaşı Qurban adlı şəxdə ora gəlmiş və onlar xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən Səbail rayon İcra Hakimiyətinin qarşısında görüşərək 2500 manat pulu sonuncudan almiş və demişdir ki, «xx xxxx 2019-cu il tarixə qədər sənin əmrin olacaq və sən işə gedəsən, lakin sən yerdə qalan 2500 manatıda tez verməlisən». Bundan sonra xx xxxx 2019-cu il tarixdə 18 radələrində Hacı və qardaşı Qurbanla Nizami rayonu H.Əliyev prospektində yerləşən metronun “Koroğlu” stnasiyasının qarşısında görüşmüş, həmin vaxt yerdə qalan 2500 manat pulu sayıb almışdır. O, Hacıdan ümumilikdə 5000 manat pul almışdır. O, ilk olaraq fikirləşmişdir ki, Nazim ilk işə düzəltmək üçün pul aldığları şəxsləri işə düzəldəcək, yerdə qalan şəxsləri isə onların işi düzləndən sonra digər şəxslərin işini düzəldərlər. Lakin, Nazim həmin şəxsləri işə düzəltməmiş və onu aldatmışdır. Elə buna görə də belə alınmışdır ki, onlar yuxarıda qeyd edilən şəxsləri aldatmışlar. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında o, Yevlax rayonunda olarkən tanışı Fərmayıl ona zəng edərək Etibar adlı şəxsin həkim işinə düzəlmək istədiyini demişdir. Bundan sonra Fərmayil ona demişdir ki, sonuncunun böyrəyi yoxdur, ona görə də, Etibarı aldadıb sonuncunun pulunu birlikdə ələ keçirsinlər. Belə ki, Fərmayil bilirmiş ki, onun əlindən heç nə gəlmir, o, Etibarı işə düzəldə bilmiyəcək. Fərmayil istəyirmiş ki, onunla birləşib Etibara qarşı dəbduzluq etsin. Həmin vaxt o, Fərmayillə razılaşmış və həmin gün üçü saat 16 radələrində Səhiyyə Nazirliyinin qarşısında görüşməli olduğlarını bildirmiş. Bundan başqa o, Fərmayilə bildirmişdir ki, Etibara görüşə gələndə gərək ehtiyatda olması barədə vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin surətlərini gətirməlidir. Bundan sonra həmin gün saat 16 radəbrində o, Səhiyyə Nazirliyinin qarşısına getmişdir. Həmin vaxt Etibar orada olmuşdur. Bir neçə dəqiqə sonra Fərmayil da oraya gəlmişdir. O, Etibardan sənədlərinin surətini alıb Səhiyyə Nazirliyinin binasına tərəf getmiş və guya özünü elə aparmışdır ki, həmin binaya daxil olur. Fərmayillə Etibar onun Səhiyyə nazirliyinin binasına daxil olub olmadığımı görməmişlər. O, 15 dəqiqə sonra geri qayıdıb Etibara demişdir ki, onun işi düzəlir, 1 aya Bakı şəhərində yerləşən poliklinikalardan birinə baş həkim vəzifəsinə götürəcəklər. Buna dorə də, 16000 manat pulu həmin gün verməlidir ki, o, pulu işi düzəldən adama versin. Həmin vaxt onlar razılaşmışlar ki, saat 18 radələrinə kimi orada görüşsünlər və Etibar ona 16000 manat pul verir. Bundan sonra Etibar onlardan aralanıb getmiş, o, Fərmayillə orada gözləyən zaman Etibar saat 18 radələrində oraya gəlmiş, avtomaşında Etibar ona 16000 manat pul vermişdir. Bundan sonra Etibar çıxıb getmişdir. O, 2-3 dəqiqə sonra Fərmayila 3000 manat pul vermişdir. Qalan 13000 manatı özünə sərf etmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 5 azyaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə Aqstafa rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 125-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa 2016-cı ildə Aqstafa rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar cəzası 03 ilə qədər azaldılmışdır. 2019-cu ilinin aprel ayında cəzasının sonu ilə azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs2 onun bibisi qızı Yeganə Əhmədovanın əridir. Orxanla normal münasibətləri vardır. Zərərçəkmiş şəxs10 da tanıyır, belə ki, Elmarın qardaşı Şahid2 onun xalası qızı Şahid1 əridir. Sonuncularla da münasibəti normal olmuşdur. Heç bir düşmənçiliyi ədavəti yoxdur. xx xxxxx 2019-cu il tarixdə Orxan onu cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsindən götürüb anası Maralın həmin vaxtda Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” bağının yaxınlığında yerləşən kirayədə yaşadığı evə gəlmişlər. Bundan sonra Orxan mütəmadi olaraq onlara gəlib gedirmiş. Təxminən 2019-cu ilin may ayının əvvllərində Orxan onlara gəlmiş və həmin vaxt xalası qızı Sevinc də onlarda olmuşdur. Həmin vaxt o, Orxanla Sevinci tanış etmişdir. O, Sevincə bildirmişdir ki, Orxan jurnalistdır. Həmin vaxt Sevinc bildirmişdir ki, onun qaynı oğlu var, Fövqəladə Hallar Nazirliyinə işə qəbula bağlı müsabiqədən keçmişdir, lakin həkim komissiyasından keçməmişdir. Ona köməklik etmək mümkünlüyü ilə maraqlanmışdır. Orxan isə heç bir problem olmadığını demişdir. Belə ki, Orxan demişdir ki, dostu Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, sonuncunun vasitəsi ilə ora adam işə düzəldə bilər. Elə buna görə də Orxan Sevincə demişdir ki, problem yoxdur, qaynı oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilər. Bundan sonra Sevinc Orxanın nömrəsini götürmüş və Zərərçəkmiş şəxs10 vermişdir. Elmar Orxana zəng eləmiş və oğlu Elvin Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak etmişdir. Həmin müsabiqədən keçmişdir, lakin həkim komissiyasından keçməsi üçün köməklik lazımdır. Bundan sonra Orxan bu barədə tanışı Nazimə demişdir. O, X26 Orxana görə tanımışdır. Orxan Nazimə bu barədə dedikdən sonra Nazim isə demişdir ki, köməklik edə bilər. Bundan sonra Orxan Elmarla danışmış və demişdir ki, oğlunu göndərsin Bakı şəhərinə görüşüb danışsınlar. Təxminən xx xxx 2019-cu il tarixdə Elvin Bakı şəhərinə gəlmişdir. X42 rayonu ərazisində yerləşən “Nərimanov” parkında görüşmüşlər. Həmin vaxt orada o, Şahid3, Nazim və Orxan olmuşlar. Şahid3 ilə görüşməmişdən əvvəl o, Nazim və Orxan görüşmüş. Orada razılaşmışlar ki, Şahid3 ilə görüşən zaman Nazimi Fövqəladə Hallar Naziriliyində yüksək vəzifədə çalışan Arif adlı şəxs kimi, onu isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim etsinlər. Şahid3 ilə görüşən zaman isə dediyi kimi etmişlər. X60 adı altında Fövqəladə Hallar Naziriliyində yüksək vəzifədə çalışan şəxs kimi, o, isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim edilmişdir. Onlar orada söhbət etmiş, sonra isə Elvinə demişlər ki, onun işi düzələr, səhər onunla metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmək lazımdır və həmin vaxt Elvinin şəxsiyyət vəsiqəsini və hərbi biletini Orxan götürmüşdür. xx xxx 2019-cu il tarixdə saat 11 radələrində o, Elmar, Elmarın oğlu Elvin, Orxan Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmüşlər. Həmin vaxt Arif, yəni Nazim gəlmiş, Nazim yalandan Orxanın üstünə əsəbləşərək demişdir ki, «sənə deməmişəm burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm». Yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmüşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif, yəni Nazim və o, ora gəlmiş, söhbət edən zaman Elmar demişdir ki, oğlu Elvinin qolunda çapıq var, bu çapıq sonuncunun işə düzəlməsinə mane olmaz?. Bundan sonra Arif, yəni Nazim özü ilə gətirdiyi böyüdücü şüşə, yəni lupa ilə Elvinin qolunda olan çapığa baxmış və demişdir ki, çapıq elə dərin deyil, o, rəhbərliklə danışıb saat 15 radələrində onlara məlumat verəcək. Arif, yəni Nazim oradan getdikdən sonra Orxan Elmara bildirmişdir ki, Elvini FHN-nə işə düzəltmək üçün 2500 manat pul lazımdır, yəni bunu Orxana Arif, yəni Nazim demişdir. Elmar Orxanla razılaşmış və üzərində olan 2500 manatı Orxana vermişdir. Orxan Elmar və Elvinə bildirmişdir ki, sabah səhər ekspertiza komissiyasından keçmək üçün ekspertizanın qarşında olsunlar. Bundan sonra sonunculardan ayrılmışlar. Elmardan pulu aldıqdan sonra Orxana Sevinc zəng eləmiş və Orxan demişdir ki, pulu almışdır, onların işini həll edəcək. O, bildiyinə görə Orxan Elmardan və sonuncunun bir neçə kəndçisindən sonuncuları Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün pul almışdır. Həmin puldan Orxan Elmardan aldığı puldan 500 manatını Nazimə, 100 manatını ona, Qoşqardan aldığı puldan 3500 manatını Nazimə, 150 manatını isə ona, Zərərçəkmiş şəxs5 aldığı puldan 2200 manatını Arifə, yəni Nazimə, 250 manatı isə ona, Sərxandan alığı puldan 1200 Nazimə, 200 manatını isə ona, Elmarın yeznəsi Qabildən aldığı puldan 1100 manatını Nazimə, 100 manatını isə ona, Fikrətdən aldığı puldan 1800 manatını Nazimə, 150 manatını isə ona, Təbrizdən aldığı puldan 200 manatını ona, Kamaldan aldığın puldan 150 manat ona, Hacıdan aldığı puldan isə ona 300 manat pul vermişdır. Hacıya görə verdiyi pul Orxanın yadından çıxmışdır. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin may ayının axırlarında qaynatası Zərərçəkmiş şəxs10 ona demişdir ki, öz oğlunu, yəni onun qaynı Şahid3 tanışı Təqsirləndirilən şəxs2 Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Xidmətinə işə düzəldir, əgər istəyirsə onu da oraya düzəltsin. O, Elmarla razılaşmış və bundan sonra qaynatası Elmar onun yanında mobil telefonu vasitəsi ilə Təqsirləndirilən şəxs2 adlı şəxsə zəng edərək demişdir ki, onun kürəkəni var, sonuncunu da oğlu Elvini düzəldəcəyi Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək istəyir. Həmin vaxt Orxan demişdir ki, Arif müəllim adlı şəxslə məsləhət edib bir söz deyər. Təxminən 1-2 saatdan sonra Orxan özü Elmara zəng edərək Arif müəllimlə danışmasını, onu 6000 müqabilində qeyd edilən işə düzəldə biləcəyini bildirmişdir. Elmar bunu ona dedikdə, o, sonuncu ilə razılaşmış və Orxana razı olduğunu dedikdən sonra, sonuncu bildirmişdir ki, «səhər gəlin görüşək pulu verin». xx xxx 2019-cu il tarixdə qaynatası Elmarla birlikdə Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığına yerləşən “xxxxxx” ASC ilə üz-üzə yerləşən adını xatırlamadığı kafenin qarşısına gəlmişlər. O, taksidə olan zaman 6000 manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini qaynatası Elmara vermiş, Elmar isə taksidən düşüb çayxananın qarşsında ondan təxminən 2-3 metr aralıda bir nəfərlə görüşmüş, həmin şəxs Orxan olmuş, qaynatası Elmar onun gözünün qarşısında 6000 manat pulu və sənədləri Orxana vermişdir. Sonra isə Elmar onun olduğu taksiyə gəlmiş və birlikdə Zərdab rayonuna getmişlər. Həmin vaxt Elmar ona demişdir ki, təxminən 1 həftə ərzində onu Yevlax rayonunda olan seçimlərə çağıracaqlar, orada isə Orxan hər bir işi görüb və onu orada seçəcəklər və Zərdab rayonu Yanğından Mühafizə şöbəsinə işə götürəcəklər. Təxminən 1 həftədən sonra Orxan onun sənədlərini qaynatası Elmara vermiş və sonuncu isə sənədlərini ona verdi. Lakin Orxan verdiyi vədə əməl etməmiş və onu aldatmış, onun etibarından istifadə edərək onun 6000 manatını ələ keçirmişdir. Bu günə qədərdə onun pulunu qaytarmamışdır. Orxan onu görməmiş, o, sonuncunu taksidə əyləşən zaman qaynatası ilə görüşən zaman görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da oğlu Şahid4 Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmişdir. Qərib müsabiqədən kəsilmiş, Fövqaladə Hallar Nazirliyinin saytında oxumuşdur ki, turnikdə az dartındığı üçün kəsilmişdir. Təxminən 2019-cu ilinin may ayının təxminən 23-də o, yaşaığım evdə olan zaman Elmar ona öz mobil telefonundan zəng edərək demişdir ki, əgər istəsə oğlu Qəribi Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən kimi işə düzəldə bilər. O, isə Elmara demişdir ki, bu telefon söhbəti deyil, görüşüb söhbət etsinlər. Həmin gün o, Elmarla öz yaşadığı evin həyətində görüşmüş, Elmar ona demişdir ki, oğlu Qəribi yuxarıda qeyd etdiyi işə 8000 manat müqabilində düzəldə bilər, həmin işi Orxan adlı şəxs görür və onun yanında Orxan adlı şəxsə zəng etmiş və danışmış, Orxan demişdir ki, bu işi 8000 manat müqabilində düzəldə bilər. Həmçinin o, da Orxanla telefonla danışmışdır. Orxan özü ona bildirmişdir ki, həmin işi 8000 manata düzəldəcək, heç bir narahtçılıq yoxdur. Belə ki, o, Orxana demişdir ki, Orxan bu işlərə görə verilən pulların əksəriyyəti batır. Həmin vaxt Orxan ona demişdir ki, o, Elmarla qardaşdır, narahat olmasın, onun oğlunun işini düzəldəcək. Belə olan halda o, sonuncularla razılaşmış, sonra Orxan demişdir ki, səhər saat 9-da Bakı şəhərində olsunlar. Bundan sonra isə o, həmin günün səhərisi, yəni xx xxx 2019-cu il tarixdə oğlu Qəribi və Elmarı birlikdə Bakı şəhərinə göndərmişdir ki, Orxanla görüşsünlər, Orxan telefonda ona demişdir ki, X24 keçirməlidir. Elə buna görə də xx xxx 2019-cu il tarixdə oğlu Qəribə konvertin içərsində 8000 manat pul vermiş və Elmarla birlikdə Bakı şəhərinə göndərmişdir. Qərib və Elmar Orxanla Bakı şəhəri Yasamal rayonu “xxxxxx” X23 inzibati binasının yaxınlığında yerləşən çayxanada görüşmüş, həmin vaxt Qərib bilmişdir ki, Orxanın adı Təqsirləndirilən şəxs2dur. Orxan Qəribin boyuna baxmış və bildirmişdir ki, Qəribin boyu yuxarıda qeyd etdiyi işə düzəlmək üçün yararlıdır. Elə həmin vaxt orada Qərib ona verdiyi 8000 manat pulu çıxarıb Elmara vermiş, Elmar isə Qəribin yanında həmin pulu konvertdən çıxararaq sayıb Orxana vermişdir. Həmin pullar 20 ədəd 100 ABŞ dolları əskinaslarından, yerdə qalanı isə 100 və 50 manatlıq əskinaslardan ibarət ümumilikdə isə 8000 manat olmuşdur. Həmin vaxt Orxan Qəribə bildirmişdir ki, bu gün Zərdab rayonuna getməsin, ola bilsin sabah onu həkim komisiyasına çağırsınlar. Elə buna görə də Qərib həmin günü Bakı şəhərində qalmış, lakin Qəribi heç kim çağırmadığı üçün Orxan Qəribə demişdir ki, burada qalmasın, rayona getsin, lazım olanda o, özü çağıracaqdır. Qərib və Elmar Orxana pul verən zaman Qəribin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin əsillərini sonuncuya vermişdir. O, pulu verdikdən 4 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə Orxan Qəribin sənədlərini taksi ilə Zərdab rayonuna göndərmişdir və orada Elmar taksidən sənədləri götürüb Qəribə vermişdir. Orxana pulu vrerən zaman sonuncu bildirmişdir ki, təxminən 1 həftəyə sən işə çıxacaq. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq Qəribi işə düzəltmək adı ilə aldadaraq 8000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının sonlarında yaşadığı Zərdab rayonu Dəliquşçu kəndində küçədə dayanıb tanışları ilə söhbət edən zaman yanlarında həmkəndlisi Zərərçəkmiş şəxs10 söhbət əsnasında demişdir ki, öz oğlu Elvini Fövqəladə Hallar Nazirliyinə işə düzəldir və bir neçə gün ərzində əmri olacaqdır. Həmin ərəfədə o, heç bir fəaliyyət növü ilə məşğul olmadığına görə özü üçün münasib bir iş axtarırmış. Ona görə də Elmara bildirmişdir ki, əgər mümkün olsaydı onun da Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyində köməklik göstərərdi. Elmar ona cavab olaraq bildirmişdir ki, həmin işlərə “Orxan” adlı tanışı baxır. Ona görə də Orxanla danışıb ona qəti bir cavab deyəcəkdir. O, da buna etiraz etməmişdir. Bu barədə atası Bayrama da danışmış və atası onun təklifini müsbət qarşılamışdır. O, atasından xahiş etmişdir ki, Elmarın yaşadığı evə gedib iş məsələsini daha dərindən müzakirə etsinlər. Atası Bayram da buna etiraz etmədiyindən onlar birlikdə Elmarın yaşadığı evə getmişlər. Elmar atası ilə onun yanında tanışı sən Orxana zəng etmiş və danışmışdır. Orxanın dediklərini onlar da eşidirmişlər. Orxan Elmara demişdir ki, onu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə 9000 manat müqabilində düzəldə bilər. Elmar Orxana onun kasıb ailənin övladı olduğunu deyib məbləğdə endirim etməsini xahiş etmiş, Orxan da cavab olaraq həmin işi 8000 manata həll edəcəyini demişdir. Bu məbləğlə onlar razılaşmış və atası ilə o, evlərinə yollanmışlar. O, Elmara demişdir ki, Orxanı tanımadığına görə pulu onun iştirakı vermək istəyir. Elmar da buna etiraz etməmişdir. Bir gün sonra o, 8000 manat pulu götürüb 2019-cu ilin may ayının 26-da səhər saatlarında Zərdab rayonundan Bakı şəhərinə gəlmişdir. Elmara zəng edib harada olmasını soruşmuş. Elmar bildirmişdir ki, metronun “20 Yanvar” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Orxanla birlikdədir. O, həmin kafeyə gedib orada sonuncularla görüşmüşdür. Həmin vaxt saat artıq təxminən 11-12 olarmış. Elmar adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 təqdim edib iş məsələsini həll edən şəxs olduğunu demişdir. Eyni zamanda onu Orxana təqdim edib işə düzəlmək istəyən şəxs olduğunu bildirmişdir. Söhbət zamanı Orxan onun yanında Elmara demişdir ki, o, çox arıq olduğuna görə FHN-də xidmətə yararsızdır. Ona görə də işə düzələ bilməz. O, Elmarı kənara çəkib sonuncuya dedim ki, üzərində 8000 manatdan əlavə özümə aid 600 manat da pul vardır. Əgər mümkündürsə Orxana desin iş məsələsini 8600 manata həll etsin. Elmar bu barədə Orxana demiş, Orxan ona demişdir ki, ayağa dursun və divara söykənsin ki, onun şəkilini çəksin. O, Orxan dediyi kimi edib kafedə olan divara söykənmiş və Orxan öz mobil telefonu ilə onun fotosunu çəkmişdir. Orxan şəkili çəkib ona demişdir ki, həmin fotonu FHN-in əməkdaşına göndərəcəkdir. Bundan sonra Orxan özünə məxsus mobil telefonu götürərək “Arif müəllim” deyə müraciət etdiyi bir şəxsə zəng etmiş və o, bildiyinə görə onun fotoşəkillərini “Arif” adlı şəxsə göndərmişdir. Həmin şəxslə söhbəti bitirdikdən sonra ona demişdir ki, onun iş məsələsini 10000 manatdan aşağı həll edə bilməyəcəkdir. Onunda üzərində başqa pul olmadığına görə Elmardan xahiş etmişdir ki, əgər vardırsa çatışmayan 1400 manat pulu versin, əvəzində o, zəng edib rayonda sonuncunun evinə həmin pulu göndərər. Elmar da buna etiraz etməmişdir. O, 8600 manat pulu Elmara vermiş. Elmar da onun yanında həmin pulun üzərinə əlavə 1400 manat pulu qoyub saymış və əlbəəl Orxana vermişdir. Bundan savayı o, özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı Orxana vermişdir. Orxan demişdir ki, 10 gün ərzində onun FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəlməyi ilə bağlı əmr olacaqdır. Ardınca Orxan özünə məxsus 051 *** ** ** saylı mobil nömrəsini ona vermiş və onlarla sağollaşaraq kafenin yanında saxladığı yaşıl rəngli, sedan tipli, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşib getmişdir. Bundan sonra isə o, da Elmarla sağollaşıb yaşadığı Zərdab rayonuna getmişdir. Bir həftə sonra Elmar ona şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı geri qaytarmış və Orxanın göndərdiyini bildirmişdir. Qeyd edilən tarixdən 10 gün müddət keçsə də Orxandan xəbər çıxmamışdır. O, Orxanla əlaqə saxladıqda sonuncu ona demişdir ki, bir neçə gün gözləsin. O, da gözləmişdir. Bundan sonrakı ərəfələrdə yenidən Orxanla bir neçə dəfə əlaqə saxlasa da, Orxan onu işə düzəlmə məsələsini həll etməmiş, sonuncu danışıqda isə ümumiyyətlə pulu verməyəcəyini demişdir. xx xxxx 2019-cuil tarixdə onlar 29-cu Polis Şöbəsində ərizə verən zaman Elmar özü ona və atası Bayrama demişdir ki, onun 10000 manat pulundan 1000 manatı Elmarın özünə çatmışdır. Elmar özü demişdir ki, o, həmin 1000 manat pulu onlara qaytaracaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da oğlu Şahid6 Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, idman göstəricilərinə görə müsabiqəni keçən 175 nəfərin içərsində 22-ci olmuşdur. Bundan sonra isə internet vasitəsi ilə onlara məlum olmuşdur ki, xx xxx 2019-cu il tairxdə oğlu həkim komisiyasından keçməlidir. xx xxx 2019-cu il tarixdə o, və oğlu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına gəlmişlər. Oğlu Nahim bütün ekspertlərdən, yəni həkim müayinəsindən keçmiş. Lakin gözündə az zəiflik olduğu üçün orada onlara demişlər ki, oğlunu yanğın söndürən kimi yox, digər vəzifələrə keçməsi daha məsləhətdir. Elə buna görə də o, və oğlu qayıdıb Zərdab rayonuna getmişlər. Rayonda olan zaman onun qohumu olan X20 demişdir ki, qonşu kəndçiləri olan Zərərçəkmiş şəxs10 Fövqaladə Hallar Nazirliyində tanışı var, sonuncu ona oğlunu yanğın söndürən kimi işə düzəldə bilər. Oğlunun işinin 4500 manata düzələ biləcəyini ona Hüseyn dediyi üçün o, kredit götürmək qərarına gəlmiş, Hüseyn Elmarla danışmış, Elmar isə işin təxminən qeyd etdiyi pula düzələcəyini Hüseynə dediyi üçün o, kredit olaraq pul götürmək qərarına gəlmiş, Hüseyn ona Elmarın nömrəsini vermiş və demişdir ki, Bakıda Elmarla görüşsün, onu gözləyir. O, elə həmin günü, yəni xx xxx 2019-cu il tarixdə Zərdab rayonunda yerləşən “Kapital” bankdan kredit olaraq 4500 manat pul götürmüşdür. xx xxx 2019-cu il tarixdə saat təxminən 06 radələrində o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun “20 Ynavar” stansiyasının yaxınlığına gəlmiş və Elmara zəng etmiş, Elmarla orada görüşmüşdür. Orada Elmara demişdir ki, Hüseynin dediyi adamdır, Elmar isə ona və oğluna demişir ki, «gedək Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına, orada Orxan adlı şəxs bizi gözləyir». xx xxx 2019-cu il tarixdə saat təxminən 09 radələrində o, oğlu və Elmar Fövqaladə Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına gəlmişlər. Bir az keçdikdən sonra Orxan deyilən şəxs oraya gəlmişdir. Orxana dedmişdir ki, oğlu bütün həkim komisiyasından keçib, lakin gözündə zəyiflik olduğu üçün onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə xitmətinə yanğın söndürən kimi işə götürmürlər, onu digər vəzifələrə vermək istəyirlər, bunun üçün isə oğlunun seçimini dəyişdirmək lazımdır, yəni oğlunu hansı işə verirlərsə versinlər, fərqi yoxdur, təki işi düzəlsin, bu işdə köməklik lazımdır. Orxan isə ona demişdir ki, bu işi həll edə bilər, bunun müqabilində isə ondan 6000 manat pul istəmişdir. O, isə Orxana demişdir ki, onun 4500 manat pulu vardır. Lakin Orxan 6000 manatdan aşağı düşməmiş və o, məcbur olub sonuncu ilə razılaşmışdır. Oğlu Nahimin və Orxanın yanında 4500 manatı sayıb Elmara vermiş. 1500 manatı isə Bakı şəhərində yaşayan qohumu X30 zəng edərək sonuncudan istəmiş, sonuncu isə bilirmişdir ki, 30 qədiqəyə göndərir, o, isə Aruza demişdir ki, onda gəlsin Beynəlxalq avtovağzala, oradan sonuncu ilə görüşüb 1500 manatı ondan götürsün. Onlar razılaşdıqdan sonra Orxan onun oğlu Nahimi Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının içərsinə salmış, Elmarla o, isə bayırda gözləmişlər. Təxminən 5-10 dəqiqədən sonra Orxan və oğlu Nahim içərindən çıxmışlar. Orxan demişdir ki, oğlunun gözündə zəiflik olduğu üçün yanğın söndürən kimi işə götürmürlər, lakin danışmış, 6000 manata bunu həll edəcək, onu hansı işə olursa olsun verəcəklər. Lakin o, dəqiq bilməmişdir ki, Elmar ona verdiyi 4500 manat pulu Orxana vermiş ya yox. Yəni o, Elmarın həmin 4500 manat pulu Orxana verdiyini görməmişdir. Sonra isə o, oğlu Nahim və Elmar Orxandan ayrılmış, Beynəlxalq avtovağzala gəlmiş, qohumu tanımadığı şəxslə ona 1500 manatı göndərmiş və o, həmin 1500 manatı da sayıb oğlu Nahimin yanında xx xxx 2019-cu il tarixdə saat təxminən 12:30 radələrində Elmara vermiş, Elmar onunla və oğlu Nahimdən ayrılaraq getmişdir ki, orada 1500 manatı Orxana vesin, lakin o, orada Orxanı görməmişdir. Təxminən 10 dəqiqədən sonra Elmar gəlmiş və demişdir ki, pulu Orxana vermişdir. Sonra isə Elmarla onlar birlikdə Zərdab rayonuna qayıtmışlar. Elmar onlara bildirmişdir ki, təxminən 10 gün müddətinə oğlunun işi düzələcək. Onlar Orxanla danışan zaman sonuncu onlara işin tez bir zamanda iş düzələcəyini demişdir. xx xxxx 2019-cu il tarixdə Orxan oğlu Nahimə zəng edərək demişdir ki, «atana denən mənimlə əlaqə saxlasın». Nahim ona dedikdən sonra o, Orxana zəng etmiş, Orxan ona demişdir ki, istəyirsə oğlunun əmri 1 həftə ərizndə verilsin əlavə olaraq 1000 manat pul lazımdır, o, isə Orxana demişdir ki, onun 1000 manata gücü çatmır, 500 manat düzəldə bilər. Orxan ona dedi ki, gözləsin, soruşub, ona zəng edəcəkdir. Aradan 5 dəqiqə keçdikdən sonra Orxan ona zəng etmiş və demişdir ki, Arif müəllimlə danışmış, 600 manata düzələr. O, isə ona demişdir ki, onda 600 manatı verir Elmara, sonuncu ona göndərsin. Həmin vaxt Orxan demişdir ki, bu 600 manatı Elmara deməsin, sonuncunun xəbəri olmasın. Bundan sonra o, qohumu olan və Bakı şəhərində yaşayan Şahid8 zəng etmiş və sonuncuya demişdir ki, bir nəfər 600 manat pul verilməlidir ki, oğlu Nahimin işi tez düzəlsin. Bəxtiyar isə demişdir ki, verə bilər. Bundan sonra o, Orxanın nömrəsini Bəxtiyara vermiş, Bəxtiyar Orxanla danışmış, sonra isə Orxan bir ağ rəngli “Mersedes” markalı avtomobil göndərmişdir ki, pulu Bəxtiyardan götürsün. Həmin vaxt Bəxtiyar ona zəng etmiş və demişdir ki, Orxan bura bir taksi göndərib, özü gəlməyib, pulu versin ya yox. Bundan sonra o, Orxana zəng etmiş və Orxan ona demişdir ki, problem yoxdur, taksini o, göndərmiş, pulu versin. Bundan sonra o, Bəxtiyara zəng etmiş və 600 manat pulu taksiyə verməsini demişdir. Bəxtiyar isə 600 manat pulu taksi sürücüsünə vermişdir. Lakin aradan nə qədər vaxt keçməsinə baxmayaraq nə oğlunun işi düzəlmiş, nə də ki, Elmarla Orxan onun pulunu qaytarmır. O, oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəlməsi üçün Orxan və Elmara 6600 manat pul vermişdir. Həmin puldan Elmara çatıb çatmadığını mən bilmirəm. Lakin Orxanla telefonla danışan zaman sonuncu mənə bildirmişdir ki, onun verdiyim 6600 manatın pulun 600 manatı Orxandadır, yerdə qalan 6000 manatı isə Elmardadır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Əlislam oğlu ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da o, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, müsabiqədən kəsilmiş, Fövqaladə Hallar Nazirliyinin saytında oxumuşdur ki, 1000 metr məsafəni qaçmaqda normativi verə bilmədiyi üçün kəsilmişdir. Bundan sonra isə fikirləşmişdir ki, kiminləsə danışsın, bu işə düzəlməkdə köməklik etsin. Elə buna görə də o, FHN ilə əlaqəsi olan adam axtarırmış. Müsabiqədə normativləri verən zaman orada qonşu kəndçiləri olan Zərərçəkmiş şəxs10 oğlununda imtahan verdiyini görmüş və orada sonuncu ilə tanış olmuşlar. Həmin vaxta qədər isə o, Elmarın oğlunu tanımamışdır. Bundan sonra isə atası Elmarın qardaşı Seyranla görüşmüş, Seyran atasına demişdir ki, onun Bakı şəhərində tanışı var, Elmarın oğlu Elvin müsabiqədən keçsə də, keçməsə də Elvini Fövqaladə Hallar Nazirliyinə işə düzəldəcək. O, müsabiqədən kəsildikdən sonra Elmar özü ona zəng edərək demişdir ki, bilir müsabiqədən kəsilməsini, ona köməklik edə bilər, o, isə bunun necə olacağını Elmardan soruşmuş, Elmar isə ona demişdir ki, onun tanışı var, oğlu Elvini də həmin şəxsin vasitəsi ilə işini düzəldir, əgər istəyirsə 8000 manat müqabilində ona köməklik edə bilər. O, isə sonuncuya demişdir ki, məsləhətləşib bir söz deyər. O, bu barədə atası ilə məsləhətləşmiş və Elmarın bu təkllifinə razılıq vermişlər. Elə buna görə də o, Elmara zəng edərək razı olduğunu demişdir. Bundan sonra Elmar onu və Orxan adlı şəxsi konfrans zəng vasitəsi ilə əlaqələndirmiş, yəni eyni anda o, Elmar və Orxan bir-biriilə danışırmışlar. Orxan ona demişdir ki, «sən Elmarla birlikdə gəl, həmçinin 3000 manatda pul gətir ki, ilkin sənədləşdirməni apara bilək». O, razılaşmış, Orxanın mobil telefon nömrəsini götürmüş və özü də sonuncu ilə əlaqə saxlamışdır. Bundan sonra xx xxx 2019-cu il tarixdə Elmarla birlikdə Bakı şəhərinə gəlmiş, saat təxminən 20:30 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” satansiyasının yaxınlığında o, və Elmar Orxanla görüşmüşlər. Orxan onun boyuna və bədəninə baxaraq demişdir ki, heç bir problem yoxdur, onu Fövqalada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldə biləcək və işi olduğu üçün tez pulu istəmişdir. O, isə özü ilə gətirdiyi 3000 manat pulu sayıb Elmara vermişdir. Elmar isə pulu onun yanında Orxana vermiş, həmin vaxt Orxan onun şəxsiyyət vəsiqəsinin, atestatın və hərbi biletinin surətini götürmüşdür. Həmin vaxt Orxan və Elmar ondan təxminən 5-6 metr məsafə aralanıb nəsə danışmışlar, hava qaranlıq olduğu üçün Orxanın Elmara nəsə verib verməməsini görməmişdir. Orxan bildirmişdir ki, sabah saat 08-də olar Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısında, onu orada gözləyəcək. Buna görə də o, Zərdab rayonuna getməmiş və Bakı şəhərində yaşayan qohumlarıgildə gecələmişdir. xx xxx 2019-cu il tarixdə saat 08 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına gəlmiş və saat təxminən 09 radələrində o, Orxanla görüşmüşdür. Orxan ona tibbi komisiyadan keçmək üçün göndəriş vermiş, o, həmin göndəriş əsasında tibbi komisiyadan keçmiş, komisiyadan keçən zaman heç bir problem olmamışdır. Komisiyadan keçdikdən sonra orada Orxanla telefon əlaqəsi saxlamışdır. Orxan ona demişdir ki, indi maraqlanıb ona deyər ki, komisiyadan keçmişdir ya yox. Bundan sonra Orxan telefonda ona demişdir ki, bir nəfər Arif adlı şəxsə zəng edib, öyrənsin ki, o, keçib ya yox. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Orxan ona zəng edib demişdir ki, onu təbrik edir, komisiyadan keçmişdir, amma, rayona getməsin, 1 saat gözləsin, ola bilsin ki, yenə çağırarlar. O, isə bir saat gözləmiş və sonra Orxan yenə zəng edərək onu bir daha təbrik etməsini, komissiyadan keçməsini, rayona gedə biləcəyini bildirmişdir. Həmin vaxt Orxan ona demişdir ki, yerdə qalan 5000 manatı indi tapıb verə bilərsə o, birinci günə qədər onun əmrini verdirə bilər. O, isə Orxana demişdir ki, həmin 5000 manat pulu tapa bilməz, rayona getməlidir, xırda buynuzlu heyvanları satıdqdan sonra pulu verə bilər. Bundan sonra Orxan onunla razılşamış və demişdir ki, eybi yox 2-3 günə pulu düzəltsin. O, isə rayona getmiş şənbə və bazar günləri xırda buynuzlu heyvanlarını satmış və 5000 manat pul düzəldib Orxana zəng etmişdir ki, pul hazırdır. Orxan ona demişdir ki, Bakı şəhərinə gəlib zəng etsin və görüşsünlər. xx xxx 2019-cu il tarixdə o, Bakı şəhərinə gəlmiş və saat təxminən 13 radələrində Bakı şəhəri Nizami rayonu ərazsində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında Orxanla görüşmüş və sonuncuya 5000 manat pulu vermişdir. Orxan ona demişdir ki, həftənin birinci və ya ikinci günü əmri olacaq, Bakıda olsa görüşüb əmrinin surətini verər, olmasa poçt vasitəsi ilə göndərər. Lakin Orxanın dediyi vaxtlar keçməsinə baxmayaraq onu aldatmış, nə işə düzəltməmiş və nə də pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 ilə təxminən 20 ildir ki qonşudur və birbirini tanıyırlar. Təxminən 2019-cu ilinin may ayının axırlarında o, kənddə olan zaman eşitmişdir ki, Elmarın bir tanışı var, sonuncu Fövqəladə Hallar Nazirliyinə kəndçilərini işə düzəldir. Elə buna görə də o, Elmarla görüşüb sonuncuya demişdir ki, onun oğlu X3 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğınsöndürən kimi işə düzəlməsində köməklik etsin. Elmar isə bildirmişdir ki, onun tanışı var, adı Orxandır, sonuncu bu işləri görə bilir. O, həmin işin neçəyə düzəldiyini soruşduqda Elmar bildirmişdir ki, 8000 manata düzəldər, lakin axşam saat 22 radələrinə qədər gərək pulu versin ki, işi düzəlsin. Əgər sabaha qalsa bu iş alınmayacaq. O, isə Elmara demişdir ki, pul ondadır, gəlib evdən götürsün. Elmarla xx xxx 2019-cu il tarixdə axşam saat 22:00 radələrində Zərdab rayonu Dəli Quşçu kəndində yerləşən evində görüşmüş və ailə üzvlərinin yanında oğlunu işə düzəltməsi üçün lazım olan 8000 manatı Zərərçəkmiş şəxs10 vermişdir. Aralarında olan razılaşmaya əsasən xx xxxx 2019-cu il tarixədək məsələ həll olunmalıymış. Elmar ondan aldığı 8000 manatı xx.xx.2019-cu il tarixdə, səhər saatlarında metronun “20 Yanvar” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2 Bəhəddin oğluna verdiyini ona demişdir. Lakin qeyd olunan tarixdə məsələ barədə Elmardan soruşduqda sonuncu qısa müddətdə məsələnin həllini tapacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun bacısının əri X15 xalası oğlu olduğu üçün və sonuncunun oğlu Elvinlə birlikdə təxminən 2019-cu ilinin aprel aynın 30-da Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmişlər. O, orada turnikdə az dartındığı üçün müsabiqəni keçə bilməmiş, bundan sonra isə işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olan zaman təxminən 2019-cu ilinin may ayının axırlarında Elmar ona zəng edərək demişdir ki, əgər istəsə onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəldə bilər. Bundan sonra o, Elmara demişdir ki, evdə məsləhət edib ona bir söz deyər. Elə buna görə də o, Zərdab rayonuna yaşadığı evə getmiş, ailə üzvlərinə bu barədə dedikdə ilk olaraq sonuncular razılşamamış, lakin onun təkidi ilə sonuncuları razı salmışdır. Bundan sonra Elmarla görüşüb razı olduğunu, bu işin nə qədər pula həll olunacağını soruşmuş, Elmar ilk olaraq 7000 manata düzəldə biləcəyini bildirmiş, o, isə o qədər pulunun olmadığını, 5000 manata gücünün çatacağını demişdir. Elmar isə ona demişdir ki, Orxan adlı şəxslə danışıb, bir söz deyər. Elmar Orxanla danışmış və ona demişdir ki, heç bir problem yoxdur, onu 5000 manat müqabilində işə düzəldə bilər. Belə ki, Elmara demişdir ki, 2500 manatı indi, yerdə qalanını isə qısa zamanda düzəldib verəcək. Buna görə də o, “Beynəlxalq” bankdan kredit olaraq 4450 manat pul götürmüş. Bundan sonra isə Elmar Orxanın mobil telefon nömrəsini ona vermişdir ki, Orxanla görüşüb pulu sonuncuya versin. Orxanla danışmış, sonuncuya hazırda 2500 manatı harada verə biləcəyini demiş, Orxan ona ilk olaraq Biləcəri qəsəbəsində görüşə biləcəklərini demiş, o, Zərdabdan çıxaraq Biləcəri qəsəbəsinə gəlmişdir. Orxanla görüşmüş, Orxanın “BMV” markalı avtombilinə oturmuş. Orxan avtomobili idarə edərək Səbail rayonu ərazisində yerləşən Səbail rayon İcra hakimiyətinin qarşısına gəlmiş, avtomobildə olan zaman Elmar onunla və Orxanla telefonla danışmış və demişdir ki, onun adına poçt vasitəsi ilə 5000 manat pul göndərmiş, həmin pulu götürüb versin Orxana. Lakin o, həmin vaxt 5000 manat pulun nə üçün olduğunu bilməmişdir. Elə buna görə o, və Orxan Bakı şəhəri 1 saylı Poçt Şöbəsinə gəlmiş, orada onun adına Elmarın göndərdiyi 5000 manatı imza etdikdən sonra Orxan pulu götürmüşdür. Bundan sonra o, qardaşı ilə əlaqə saxlamış, qardaşı X31 da Orxana pulu vermək üçün onun yanına gəlmiş, o, Orxan və qardaşı Qurban söhbət etmişlər. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən Səbail rayon İcra Hakimiyətinin qarşsında 2500 manat pulu Orxana vermişdir. Orxan bildirmişdir ki, onun işin xx xxxx 2019-cu il tarixə qədər əmri olacaq və o, işə gedəcək. Lakin o, yerdə qalan 2500 manatıda tez verməlidir. O, isə Orxana demişdir ki, yerdə qalan pulu əmr olandan sonra verəcək. Orxan isə onunla razılşamamış və demişdir ki, o, Elmarla belə danışmamışdır, pul tez verilməlidir, əgər pulu verməsə özü Elmardan alacaq. Bundan sonra sonuncu ilə razılaşmışlar ki, xx xxxx 2019cu il tarixdə yerdə qalan 2500 manatı verəcəklər. Bundan sonra o, və qardaşı Orxandan ayrılıb qardaşı Qurbangilə getmişlər. xx xxxx 2019-cu il tarixdə saat təxminən 13 radələrində Orxan ona zəng etmiş və demişdir ki, yerdə qalan 2500 manat təcili olaraq bu gün çatmalıdır ki, həmin pulu rəisə verəcək ki, onun işin həll olunsun. Bundan sonra o, evdə olan 2500 manatı götürüb Bakı şəhərinə gəlmiş, xx xxxx 2019-cu il tarixdə 18 radələrində Orxanla Nizami rayonu H.Əliyev prospektində yerləşən metronun “Koroğlu” stnasiyasının qarşısında görüşmüş, həmin vaxt qardaşı Qurbanda onun yanında olmuş, yerdə qalan 2500 manat pulu sayıb Orxana vermişdir. Orxan bildirmişdir ki, xx xxxx 2019cu il tarixdə ac qarına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasının qarşısnda olsun, oradan keçməlidir. Lakin sonradan ona Orxan demişdir ki, xx xxxx 2019-cu il tarixdə Bakı olar, orada komissiyadan keçəcəkdir. O, xx xxxx 2019-cu il tarixdə Bakı şəhjərinə komissiyanın inzibati binasının qarşısna gəlmiş, Orxanla əlaqə saxalmış, lakin Orxan ona demişdir ki, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yanına gəlsin orada görüşsünlər. O, Orxanla görüşmüş və Orxan ona demişdir ki, indi buradan onu komissiyadan keçirəcək. O, Orxanla söhbət edən zaman cibindən siqaret çıxardan zaman Orxan görmüşdür ki, onun cibində 100 manatlıqlardan ibarət pul var. Orxan onu Xətai rayonu ərazisində yerləşən metronun “Xətai” satansiyaının yaxınlığına olan Fövqəladə Hallar nazirliyinin inzibati binasının içərsinə aparmış, ona demişdir ki, burada gözləsin, özü gəlir. Aradan təxminən 15 dəqiqədən sonra Orxan gəlmiş və demişdir ki, artıq o, həkim komissiyasından keçmiş, bundan sonra artıq onluq heç bir şey yoxdur, gözləsin əmri nə vaxt olacaq. O, isə Orxana demişdir ki, onunla belə danıçmamışlar, o, demişdir ki, xx xxxx 2019-cu il tarixdə əmri olacaq. Orxan demişdir ki, o, az pul vermişdir, verdiyi pula lazım olan işləri görmüş, bundan sonra o,Elmara zəng eləmiş, Elmarla Orxan telefonla danışdıqdan sonra Orxan demişdir ki, Elmar ona bildirmişdir ki, o, əlavə olaraq 700 manatda pul verməlidir ki, onun yerdə qalan işlərini görsün. Həmin vaxt o, məcbur olub üzərində olan 700 manatı da orada Elmara vermişdir. Bundan sonra isə çıxıb rayona getmişdir. Orxanın bu əməli nəticəsində ona ümumilikdə 5700 manat maddi ziyan dəymişdir. 29-cu Polis Şöbəsində olan zaman Elmar özü ona demişdir ki, ona göndərdiyi 5000 manat Təbrizin pulu imiş, yəni Təbrizdə onun kimi işə qəbul olmaq üçün Elmarın vasitəsi ilə Orxana pul vermişdir. Belə ki, Təbrizlə orada olan zaman Təbirz Emara demişdir ki, o, sonuncuya 6000 manat vermiş, Elmar isə bildirmişdir ki, həmin 1000 manat ondadır, yerdə qalan isə Orxandadır, 1000 manatı özü verəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin may ayının axırlarında o, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hllar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, lakin idman üzrə qaçışdan keçə bilmədiyi üçün mən seçimlərdən kəsilmişdir. Təxminən 2019-cu ilinin may ayının 25-də həmkəndlisi olan, onunla birlikdə seçimlərdə iştirak edən və seçimlərdən kəsilən Zərərçəkmiş şəxs2 ilə söhbət əsnasında ona məlum olmuşdur ki, Sərxan digər həmkəndçisi olan Zərərçəkmiş şəxs10 tanışı var, sonuncu Sərxana köməklik edib ki, onu seçimlərdən kəsilsə də belə Fövqaladə Hallar Nazirliyinə işə düzəldəcək və bunun müqabilində Sərxan Elmarın vasitəsi ilə tanıdığı Orxan adlı şəxsə 10000 manat pul vermişdir. Bundan sonra o, Elmara yaxınlaşmış və sonuncuya ona Fövqaladə Hallar Nazirliynə işə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. Elmar isə etiraz etməmiş və onun yanında Orxan adlı şəxsə zəng etmiş, Orxan elə həmin vaxt telefonda Elmardan soruşmuşdur ki, bədənində çapıq, döymə varmı? O, isə bildirmişdir ki, sağ qolunda çapıq və sol döş nahiyəsində döymə var. Elə həmin vaxt Orxan telefonda Elmara demişdir ki, əgər çapıq və döymə varsa olmaz. Təxminən 2019-cu ilinin may ayının 28-də Elmar ona zəng edərək demişdir ki, Orxan müəllim deyir ki, Bakı şəhərinə gələ bilər, onun bədəninə baxış keçirsin. O, isə razılaşmış və elə həmin günü saat 17 radələrində Zərdab rayonundan çıxaraq Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində yerləşən avtovağzaldan saat təxminən 20:30 radələrində Elmarın ona verdiyi ***-***-**-** nömrəsinə zəng etmiş və Orxan adlı şəxslə danışmışdır. Orxan ona demişdir ki, «gəl Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad” ticarət mərkəzinin qaşısına gəl orada gözləyirəm». O, isə ora gəlmiş, aradan təxminən 2 dəqiqədən sonra Orxan ora “BMW” markalı dövlət nömrə nişanı yadında qalmayan avtomobillə gəlmiş, avtomobili yolun əks tərəfində saxlamış və düşüb onun yanına gəlmişdir. Həmin vaxt Orxan onun şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüş, sonra fotoşəklini, sağ qolunda olan çapığın şəklini çəkmiş və Arif adlı şəxsə göndərdiyini demişdir. Sonra isə Arif adlı şəxsə zəng etmiş və telefonla danışaraq onun barəsində demişdir ki, onun bütün göstəriciləri Fövqaladə Hallar Nazirliyinə düzəlməsi üçün yararlıdır, lakin qolunda çapığı var, həmin fotoşəkilləri sizə göndərmişəm. Bundan sonra isə Orxan ora da gəzə-gəzə Ariflə danışrmış və sonra isə onun yanına gələrək demişdir ki, Arif müəllim demişdir ki, «sənin işin düzələr, bunun müqabilində 9000 manat pul verərsən». Bundan sonra isə o, Orxanın yanında atası Vüqara zəng eləmiş və atası razılaşmamışdır. Ondan ayrılıb Bakı şəhərində yaşayan tanışının evinə gəlmiş və gecəni orada qalmış, ayrılan zaman şəxsiyyət vəsiqəsi və hərbi bileti yadımdan çıxıb Orxanda qalmış, həmin günün səhərisi, yəni xx xxx 2019-cu il tarixdə atası Vüqar ona zəng edərək demişdir ki, 3000 manat pulu var, yerdə qalan 6000 manatı isə düzəltmək üçün Orxan vaxt verirsə, bunu edə bilər. Bundan sonra o, Orxana zəng eləmiş və sonuncuya atasının 3000 manatı olduğunu, yerdə qalan 6000 manatı isə vaxt versə düzəldib verə biləcəyini demişdir. İlk olaraq Orxan razılaşmamış və demişdir ki, pulun hamısı olmalıdır, lakin sonradan razılaşmış və demişdir ki, 3000 manatı göndərsin, yerdə qalan 2 gün müddətinə həll etsin. Bundan sonra o, atasına zəng eləmiş, atası Vüqar Zərdab rayonundan poçt vasitəsi ilə pulu onun adına göndərmiş, sonra o, Orxana zəng etmişdir ki, atası pulu poçt vasitəsi ilə onun adına göndərib, Orxan isə ona demişdir ki, gəlsin metronun “Qara Qarayev” stansiyasının yaxınlığına, orada 2 nömrəli poçt var, pulu oradan çıxarsınlar. xx xxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində metreonun “Qara Qarayev” stansiyasının yaxınlığında, Nizami rayonu Şirin Mirzəyev küçəsi 64 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində Orxanın onu gözlədiyini və hətta onun şəxsiyyət vəsiqəsi sonuncuda olduğu üçün lazımi sənədləri hazırlatdığını və onu gözlədiyini görmüşdür. 3000 manat pulu poçtun içərsində poçtun işçisi sayıb masanın üzərinə qoymuş və Orxan isə pulu götürüb sayıb cibinə qoymuşdur. Həmin vaxt orada o, və Orxan olmuşdur. Həmin vaxt Orxan ona demişdir ki, yerdə qalan pulu tez düzəltsin, onun işini hamıdan tez düzəltsin. Bundan sonra o, çıxıb Zərdab rayonuna gəlmiş. xx xxxx 2019-cu il tarixdə atası Vüqar həyətlərində olan bir neçə baş iri buynuzlu heyvanları satıb 3000 manat, sonra isə həmin günün atası Vüqar öz adına Zərdab rayonunda yerləşən “Kapital” bankdan kredit olaraq 3000 manat pul götürmüş və 6000 manat pul düzəltmişdir. Atası həmin 6000 manatı ona vermiş və o, xx xxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində Zərdab rayonu Dəliquşçu kəndinin mərkəzində Elmarla görüşdüm, 6000 manat pulu Elmara vermişdir. Elmar isə həmin 6000 manat pulu ona dediyinə görə poçt vasitəsi ilə Orxana göndərmişdir. Həmin vaxt, yəni 6000 manat pul Orxana çatdıqdan sonra o, Orxanla danışmış və bildirmişdir ki, xx xxxx 2019-cu il tarixə qədər onun işi düzələcək və o, işə çıxacaq. Belə ki, Orxanın ona dediyinə görə onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəltməli olmuşdur. Lakin Orxan verdiyi vədə əməl etməmiş və onun dediyi vaxtda o, işə düzəlməmiş və bundan sonra müxtəlif bəhanələrlə onu aldatmış, axırda isə ona dedi ki, «mən səni aldatmışam, pulunu qaytarmıram, get nə bilirsən elə». Bundan sonra isə o, şikayət etmək qərarına gəlmişdir. Təxminən 1 ay bundan əvvəl o, digər həmkəndlisi Hacı adlı şəxslə söhbət əsnasında ona məlum olmuşdur ki, Elmar onun 6000 manat pulunu poçt vasitəsi ilə Orxana deyil, həmin vaxt Bakı şəhərində olan Hacıya göndərmiş və Hacıda pulu Orxana vermişdir. Belə ki, Səbail rayonu ərazisində yerləşən mərkəzi poçtda olan zaman pulu sayıb masanın üzərinə qoymuşlar, həmin vaxt pulu Orxan oradan götürmüş, Hacı isə sənədləri imza etmişdir. Lakin o, sonradan öyrənmişdir ki, Zərdab rayonu Mərkəzi poçtundan Elmar Hacının adına 6000 manat deyil, 5000 manat göndərmişdir. Bundan sonra o, Elmara demişdir ki, o, sonuncuya 6000 vermişdir ki, Orxana göndərsin, o, isə 5000 manatı Hacının adına göndərmişdir, həmin vaxt Elmar ona demişdir ki, onun atası Vüqara demişdir ki, onun 1000 manatı ondadır, onu özü verəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da oğlu Şahid3 Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən müsabiqədə iştirak etmişdir. Elvin idman göstəricilərinə görə müsabiqəni keçməmişdir. Bundan sonra isə internet vasitəsi ilə onlara məlum olmuşdur ki, Elvin müsabiqədən kəsilmişdir. Lakin sonradan Fövqaladə Hallar Nazirliyindən Elvinə və digər kəsilən uşaqların hamısına zəng gəlmişdir ki, onlar da həkim komisiyasına gəlsinlər, ola bilər ki, onları keçirsinlər. Həmin ərəfələrdə, yəni təxminən 2019-cu ilinin may ayının ortalarında onun qardaşı Şahid2 arvadı Şahid1 xalası oğlu Təqsirləndirilən şəxs1 vasitəsi ilə o, Təqsirləndirilən şəxs2 tanımışdır. Belə ki, Şahid1 Bakı şəhərində Elvingildə olan zaman Orxan ora gəlmiş, özünün yüksək vəzifələrdə olan şəxslərlə yaxşı münasibəti olduğunu demiş, həmçinin qardaşının Azərbaycan Respublikasının İtaliya Respublikasında səfiri işlədiyini bildirmişdir. Sonra isə qardaşı Seyrana bu barədə demiş, Seyran isə ona Elvini Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyi barədə soruşduqdan sonra isə, heç bir problem olmadığını bildirmişdir. Bundan sonra isə Seyran Orxanı onunla əlaqələndirmişdir. Orxan onun oğlu və kürəkənini Fövqaladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək adı ilə ümumilikdə ondan 10000 manat pul almışdır. Belə ki, Orxan onun qardaşı Seyrana demişdir ki, sonunculara Ucar rayonunda məcburi köçkünlər üçün tikilən evlərdən ev düzəldib verə bilər. Lakin qardaşı buna etiraz etmiş və demişdir ki, onun oğlu Elvini işə Fövqaladə Hallar Nazirliyinə işə düzəltsin. Orxan isə buna etiraz etməmiş və oğlu Elvini xx xxx 2019-cu il tarixdə Bakı şəhərinə çağırtdırmış və sonuncu ilə Nərimanov rayonu ərazisində yerləşən “Saat”-ın binasının yaxınlığında görüşmüşlər. Oğlu Elvinin ona deməsinə görə həmin vaxt orada oğlu Elvin, Orxan, Orxanın Fövqaladə Hallar Naziriliyində yüksək vəzifədə çalışan Arif kimi təqdim etdiyi şəxs və Arifin sürücüsü kimi təqdim edilən qardaşı Seyranın arvadı Şahid1 xalası oğlu Təqsirləndirilən şəxs1 orada olmuşlar. Həmin vaxt orada Arif və Orxan 30 dəqiqə ərzində oğlu Elvin barəsində maraqlanmışlar, demişlər ki, səhər onunla metronun “Elimlər Akademyası” stansiyasının yaxınlığında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısnda görüşmək lazımdır. Bundan sonra oğlu Elvin ona zəng eləmiş və demişdir ki, Orxan səhər onlarla görüşmək istəyir. xx xxx 2019-cu il tarixdə saat 11 radələrində o, oğlu Elvin və Orxan Fövqaladə Hallar Naziriyinin inzibati binasının qarşsında Orxanla görüşmüşlər. Həmin vaxt Arif adlı şəxs gəlmiş, onlara və Orxanın üstünə əsəbləşərək demişdir ki, «sənə deməmişəm ki burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm». Yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif və sürücüsü Elvin ora gəlmiş, söhbət edən zaman o, sonunculara demişdir ki, oğlu Elvinin qolunda çapıq var, bu çapıq sonuncunun işə düzəlməsinə mane olmaz?. Bundan sonra Arif böyüdücü şüşə, yəni lupa gətirib oğlu Elvinin sağ qolunda olan çapığa baxmış, sonra isə demişdir ki, çapıq elə dərin deyil, rəhbərliklə danışıb saat 15 radələrində onlara məlumat verəcəkdir. Həmin vaxt Arif bildirmişdir ki, Orxanın qardaşı Xarici İşlər Nazirliyində işləyir və sonuncu Arifə zəng edərək onlara kömək edilməsi üçün xahiş etmişdir, elə buna görə də onlara köməklik etmək istəyir. Orxan və Arif onun oğlu Elvinlə xx xxx 2019-cu il tarixdə görüşən zaman oğlu Elvinin şəxsiyyət vəsiqəsini, hərbi biletini, sağlamlıq haqqında arayışı və yaşayış yerində arayışı ondan almışlar. Elə həmin vaxt orada Arif çıxıb getdikdən sonra Orxanla danışmış və Orxan ona bildirmişdir ki, oğlunu FHN-nə işə düzəltmək üçün 2500 manat pul lazımdır, yəni bunu ona Arif demişdir. O, Orxanla razılaşmış və üzərində olan 2500 manatı oğlu Elvinin yanında Orxana vermişdir. xx xxx 2019-cu il tarixdə axşam saatlarında Orxan onun oğlu Elvinə zəng edərək demişdir ki, «sabah gəl görüşəl gedək sənin qolunu həkim var ona göstərəciyik». xx xxx 2019-cu il tarixdə Orxan oğlum Elvinlə görüşmüş, sonuncunu Nərimanov rayonu ərazisində yerləşən Ruhi Əsəb xəstəxansına aparmışlar, orada baş həkim onun qolunda olan çapığa baxmış və yararsızdır demişdir, bundan sonra Orxanla oğlu Elvin orada gözləmiş, sonra isə Orxan oğlu Elvinə demişdir ki, «sənin qolunda olan çapığa görə sağlamlıq arayışnın alınmasından ötrü əlavə olaraq 1500 manat pul lazımdır». Orxan həmçinin bu barədə ona zəng eləmiş və demişdir ki, oğlu Elvinin qolunda olan çapığa görə işi düzəlmir, bunun üçün 1500 manat pul lazımdır. Elə buna görə də o, oğlu Elvinin adına poçt vasitəsi ilə Zərdab rayonundan Bakı şəhərinə 1400 manat pul göndərmiş, oğlu Elvin isə özündə olan 100 manatıda onun göndərdiyi 1400 manatın üzərinə qoyub Nərimanov rayonu ərazisində Orxana vermişdir. bundan sonra Orxan demişdir ki, xx xxx 2019-cu il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasından keçmək üçün orada olsun. xx xxx 2019-cu il tarixdə səhər saatlarında oğlu Orxanla görüşmüş, həmin vaxt Orxan oğlu Elvinin həkimdən keçməsi üçün sənədləri verib getmiş və Elvin həmin yerdə həkim komisiyasından keçmişdir. Belə ki, oğlu Elvin 5 həkim müəyinəsindən keçdikdən sonra 216 otaqda olan Fuad adlı həkim oğlu Elvinə demişdir ki, qolunda olan çapığa görə FHN-nə işə qəbul üçün yararsızdır və sənədləri də Elvinə qaytarmamışdır. Oğlu bundan sonra bayıra çıxaraq Orxana zəng etmiş və olanları sonuncuya demiş, sonra isə Orxan geri qayıdıb Fuad adlı həkimlə özü söhbət etdikdən sonra Elvinə demişdir ki, «sən get sən həkim komisiyasından keçdin». Oğlu Elvinin dediyinə görə Orxan Fuad həkimin yanında olan zaman sonuncuya demişdir ki, «Arif müəllim onunla danışmaq istəyir», sonra isə oğlu Elvini bayıra çıxarmışdır. Orxan oğlu Elvinə demişdir ki, «sən çıx get, saat 15 radələrinfdə burada olarsan ki, yerdə qalan həkimlərin müayinəsindən keçəsən». Elvin çıxıb getmiş, saat 15 radələrində geri qayıtmış və Orxana zəng etmiş, Orxan isə demişdir ki, narahat olmasın, bütün həkimlərin müayinsəindən keçirmişdir, getsin rayona ona xəbər edəndə 4 ədəd 3x4 fotoşəkil və tərcümeyi halını yazıb gətirər. Sonra təxminən 2 gün sonra isə təxminən xx xxx 2019-cu il tarixdə Orxan oğlu Elvinə zəng edərək demişdir ki, şəkilə ehtiyac yoxdur, tərcümeyi halı göndərsin. Elvin isə tərcümeyi halı yazıb ona vermiş və o, Bakı şəhərinə gələn zaman metronun “20 Yanvar” stansiyasının yaxınlığında vermişdir. Bundan sonra Orxan oğlu və ona zəng edərək deyirmiş ki, xx xxxx 2019-cu il tarixdə sənin oğlunun əmri veriləcək və Elvini FHN-nin Zərdab rayon Yanğından Mühafizə xidmətinə işə çıxacaq. Lakin Orxanın dediyi hamısı yalan çıxmış və sonuncu onun etibarından istifadə edərək onu aldatmışdır və pulunu da qaytarmamışdır. Orxan onun vasitə ilə tanış olduğu onun qohumları və həmkəndliləri olan Qoşqardan oğlu Qəribi FHN-nin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 8000 manat, Fikrətin oğlu Sübhanı FHN-nin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 8000 manat, Təbriz adlı kəndçisini Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 9000 manat, Sərxanı Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 10000 manat, onun qızımnn əri Qabili işə düzəltmək üçün 6000 manat, Hacı adlı şəxsi işə düzəltmək üçün 5000 manat, Muradı işə düzəltmək üçün 8000 manat, Asəfi işə düzəltmək üçün 4500 manat, Naim adlı şəxsi işə düzəltmək üçün 6600 manat pul almışdır. Lakin hamını aldadaraq pulunu ələ keçirmişdir və heç kimi işə düzəltməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 onun tanış etdiyi Zərərçəkmiş şəxs5 xx xxx 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında 3000 pulu onun vasitəsi ilə, xx xxx 2019-cu il tarixdə Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında 5000 manat pulu Zərərçəkmiş şəxs5 alaraq onu da Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəltmək adı ümumilikdə 8000 manat pul almışdır. Belə ki, Muradın atası Əliislam onun qardaşı Seyranla tanışlığı olmuşdur. Həmçinin Elvin və Murad birlikdə Yevlax rayonunda keçrilən müsabiqədə iştirak etmişlər. X33 demişdir ki, o, oğlunu FHN-nə işə düzəlməsi üçün kömçəklik edir. Sonra isə Əliislam ona zəng etmiş və o, da sonuncuya demişdir ki, Orxan bu işdə ona köməklik edir. O, Oraxnın mobil telefon nömrəsini Əlislama vermiş, özləri danışmışlar, Orxan Muradı Bakı şəhərinə çağırmışdır. xx xxx 2019-cu il tarixdə isə Murad və o, Bakı şəhərinə gəlmişlər. Orxanla “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, Orxan Murada baxmış, fiziki göstəricilərinin yaxşı olduğunu və sonuncunun FHN-nə işə düzəlıməsi üçün 8000 manat istəmiş, Murad razılşadıqdan sonra onun yanımda 3000 manat pulu sayıb Orxana vermiş, sonra isə Murad özü tək görüşərək 5000 manat pulu Orxana vermişdir. Həmin puldan ona heç bir məbləğdə pul çatmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdə Bakı şəhəri M.Həsənov küçəsində yerləşən “xxxxxx” ASC-nin yaxınlığında onun kürəkəni Zərərçəkmiş şəxs1 sonuncunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldəcəyinə söz verib aldadaraq onun vasitəsi ilə 6000 manat pulunu almışdır. Belə ki, 2019-cu ilinin may ayının axırlarında söhbət əsnasında Qabil bilmişdir ki, o, oğlu Elvini işə düzəldir, ona təklif etmişdir ki, onunda FHN-nə işə düzəlməsində köməklik etsin. O, Qabilin yanında mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 zəng eləmiş və demişdir ki, onun kürəkəni var, sonuncunu da oğlu Elvini düzəldəcəyi Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək istəyir. Həmin vaxt Orxan demişdir ki, Arif müəllim adlı şəxslə məsləhət edib bir söz deyər. Təxminən 1-2 saatdan sonra Orxan özü ona zəng edərək Arif müəllimlə danışmasını, sonuncunun Qabili 6000 müqabilində qeyd edilən işə düzəldə biləcəyini bildirməsini demişdir. O, bunu Qabilə demişdir, Qabil razılaşmışdır. xx xxx 2019-cu il tarixdə Qabillə birlikdə Yasamal rayonu ərazisində yerləşən metronun “20 Ynavar” stansiyasının yaxınlığında yerləşən “xxxxxx” ASC ilə üzüzə yerləşən adını xatırlamadığı kafenin qarşısına gəlmiş, Qabil taksidə olan zaman 6000 manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini ona vermiş, o, isə taksidən düşüb çayxananın qarşısında Orxanla görüşüb 6000 manat pulu və sənədləri sonuncuya vermişdir. Qabil isə onu taksinin içərsində gözləyirmişdir. Həmin puldan ona heç bir məbləğdə pul çatmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdə ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısında X1 oğlu Sübhan Nərimanovu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs10 vasitəsi ilə 8000 manat pulunu Zərərçəkmiş şəxs6 alaraq dələduzluq etmişdir. Belə ki, qonşusu Zərərçəkmiş şəxs6 də oğlunu işə düzəltmək istədiyini bildirmiş, o, bu barədə Orxana məlumat vermiş və Orxan bu iş müqabilində 8000 manat istədimişdir. O, bu barədə Zərərçəkmiş şəxs6 dedikdə sonuncu xx.xx.2019-cu il tarixdə, gecə saatlarında Zərdab rayonu Dəli Quşçu kəndində yaşadığı evdə 8000 manatı ona vermiş və o, həmin pulu olduğu kimi xx.xx.2019-cu il tarixdə, günorta saat 13-14 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında Orxana vermişdir. Sübhan Nərimanovun şəxsiyyət vəsiqəsini, hərbi biletini və yaşayış yerində arayışda Orxan vermiş, sonradan Orxan şəsiyyət vəsiqəsini və hərbi bileti ona qaytarmış, o, isə Fikrətin özünə qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 2019cu ilin may ayının sonlarında ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesində Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq onun vasitəsi ilə 10000 manat pulunu alaraq dələduzluq etmişdir. Belə ki, 2019-cu ilin may ayının sonlarında yaşadığı Zərdab rayonu Dəliquşçu kəndində küçədə dayanıb tanışları ilə söhbət edən zaman yanlarında olan həmkəndliləri Sərxan bilmişdir ki, o, oğlunu işə düzəldir. Sonra isə Sərxan atası Bayramla birlikdə onun yaşadığı evə gəlmiş, o, Bayramın və Sərxanın yanında Orxana zəng etmiş, Orxan demişdir ki, Sərxanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə 9000 manat müqabilində düzəldə bilər. O, Orxana Sərxanın kasıb ailənin övladı olduğunu deyib məbləğdə endirim etməsini xahiş etmiş, Orxan da cavab olaraq həmin işi 8000 manata həll edəcəyini demişdir. Bu məbləğlə Sərxan razılaşmış və atası ilə evlərinə getmişlər. Sərxan ona demişdir ki, Orxanı tanımadığına görə pulu onun iştirakı ilə vermək istəyir. O, da buna etiraz etməmişdir. 2019-cu ilin may ayının 26-da metronun “20 Yanvar” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Sərxan, o, və Orxan görüşmüş, həmin vaxt saat artıq təxminən 11-12 olarmış, söhbət zamanı Orxan Sərxanın yanında ona demişdir ki, Sərxan çox arıq olduğuna görə FHN-də xidmətə yararsızdır. Ona görə də işə düzələ bilməz. Sərxan Orxandan xahiş etmişdir ki, işə düzəltsin, əlavə pul verəcək. Orxan öz mobil telefonu ilə Sərxanın fotoşəklini çəkmiş, onlara demişdir ki, həmin fotonu FHN-in əməkdaşına göndərəcəkdir. Bundan sonra Orxan özünə məxsus mobil telefonu götürərək “Arif müəllim” deyə müraciət etdiyi bir şəxsə zəng etmiş və bildiyinə görə Sərxanın fotoşəkillərini “Arif” adlı şəxsə göndərmişdir. Həmin şəxslə söhbəti bitirdikdən sonra Orxan demişdir ki, Sərxanın iş məsələsini 10000 manatdan aşağı həll edə bilməyəcəkdir. Sərxanda üzərində başqa pul olmadığına görə ondan xahiş etmişdir ki, əgər vardırsa çatışmayan 1400 manat pulu versin, əvəzində Sərxan zəng edib rayonda onun evinə həmin pulu göndərər. O, da buna etiraz etməmiş. Sərxan 8600 manat pulu ona vermişdir. O, da Sərxanın yanında həmin pulun üzərinə əlavə 1400 manat pulu qoyub saymış və əlbəəl Orxana vermişdir. Bundan başqa Sərxan özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı Orxana vermiş, Orxan demişdir ki, 10 gün ərzində Sərxanın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəlməyi ilə bağlı əmr olacaqdır. Bir həftə sonra Orxan Sərxanın sənədlərini ona göndərmiş, o, həmin sənədləri sonuncunun özünə qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində 3000 manat, xx xxxx 2019-cu il tarixdə mənim vasitəmlə 6000 manat pulu Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs8 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq ümumilikdə 9000 manat pulunu alaraq dələduzluq etmişdir. Belə ki, Təbriz ona yaxınlşaıb onu da Fövqaladə Hallar Nazirliynə işə qəbul edilməsinə köməklik etməsini xahiş etmiş, o, isə etiraz etməmiş və sonuncunun yanında Orxanla zəng edərək danışmış, Orxan elə həmin vaxt telefonda ondan soruşmuşdur ki, bədənində çapıq, döymə varmı? Təbriz isə bildirmişdir ki, sağ qolunda çapıq və sol döş nahiyəsində döymə var. Elə həmin vaxt Orxan telefonda ona demişdir ki, əgər çapıq və döymə varsa olmaz. Təxminən 2019-cu ilinin may ayının 28-də Orxan ona zəng edərək demişdir ki, həmin şəxsi götürüb Bakıya gəlsin, sonuncunun bədəninə baxmaq istəyir. Bundan sonra o, Təbrizə bu barədə demiş, Təbriz razılaşmış və Bakı şəhərinə gəlmişdir. Təbrizə Orxanın mobil telefonunu vermiş, sonuncular əlaqə saxlayıb görüşmüşlər, Orxan Təbrizin şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüş, sonra fotoşəklini, sağ qolunda olan çapığın şəklini çəkmiş, Arif adlı şəxsə göndərmiəsini Təbrizə demiş, sonra isə Arif adlı şəxsə Orxana zəng eləmiş, Təbrizin bütün göstəriciləri Fövqaladə Hallar Nazirliyinə düzəlməsi üçün yararlı olduğunu demiş, bunun müqabilində 9000 manat pul verəcəyini demişdir. xx xxx 2019-cu il tarixdə Təbriz Orxala görüşmüş, Vüqar Zərdab rayonundan poçt vasitəsi ilə 3000 manat pulu Təbrizə göndərmiş, Təbriz həmin pulu Orxana metronun “Qara Qarayev” stansiyasının yaxınlığında vermişdir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində Zərdab rayonu Dəliquşçu kəndinin mərkəzində Təbriz 6000 manat pulu ona vermişdir. O, isə həmin 5000 manat pulu Orxanla danışdıqdan sonra Orxan ona demişdir ki, pulu sonuncunun yanında olan Zərərçəkmiş şəxs7 adına göndərsin. Belə ki, həmin ərəfədə Zərərçəkmiş şəxs7 Bakıda olmuş, işə düzəlmək üçün Orxanla görüşmüşdür. O, isə Hacının adına 5000 manat göndərmiş. Orxan Hacının yanında poçtdan 5000 manatı özü götürmüşdür. 1000 manatını isə özündə saxlamışdır. Belə ki, poçdan məbləğin çox olduğuna görə göndərməmişlər. 500 manatını qaytarmış, yerdə qalan 500 manatını yaxın günlərdə qaytaracaqdır. Bundan başqa Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində yerləşən “Park Kafe” restoranında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək oğlu Qərib Sultanovu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 8000 manat pulunu onun vasitəsi ilə alaraq dələduzluq etmişdir. Belə ki, təxminən 2019-cu ilinin may ayının axırlannda o, Qoşqara sonuncunun da oğlu Qərib hərbi xidmətdən yeni gəldiyindən və işsiz olduğundan oğlunun işə düzəltməyi barədə demiş, Qoşqarı Orxanla telefonla danışdırmış, Orxan bildirmişdir ki, Qəribi Fövqaladə Hallar Nazirliyinin Zərdab rayonu Yanğından Mühafizə şöbəsinə işə düzəldə bilər, lakin uşaq gəlsin Bakı şəhərinə və o, uşağın boyuna baxsın, ondan sonra isə bu işinə düzəlib-düzəlməməsi barədə bir söz deyər. X43 telefonla danışan zaman bildirmişdir ki, onun oğlunun işini 8000 manata düzəldər. Bundan sonra təxminən xx xxxx 2019-cu il tarixdə Qoşqar oğlu Qəribə konvertin içərsində 8000 manat pul vermiş və onunla birlikdə Bakı şəhərinə göndərmişdir. Onlar Orxanla Bakı şəhəri Yasamal rayonu “xxxxxx” X23 inzibati binasının yaxınlığında yerləşən adını xatırlamadığı çayxanada görüşmüşlər. Həmin vaxt Əhmədov X18 boyuma baxmış və bildirmişdir ki, onun boyu işə düzəlmək üçün yararlıdır. Eİə həmin vaxt orada Qərib 8000 manat pulu çıxarıb ona vermiş, o, isə Qəribin yanında həmin pulu konvertdən çıxararaq sayıb Orxana vermişdir. Həmin pullar 20 ədəd 100 ABŞ dolları əskinaslarından, yerdə qalanı isə 100 və 50 manatlıq əskinaslardan ibarət ümumilikdə isə 8000 manat olmuşdur. Həmin vaxt Orxan bildirmişdir ki, Qərib bu gün Zərdab rayonuna getməsin, ola bilsin sabah onu həkim komisiyasına çağırsınlar. Elə buna görə də Qərib həmin günü Bakı şəhərində qalmış, lakin o, çıxıb Zərdab rayonuna getmişdir. Sonradan o, bilmişdir ki, Orxan Qəribi heç çağırmamışdır. O, və Qərib Orxana pul verən zaman Qəribin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin əsillərini sonuncuya vermişlər. O, pulu verdikdən 2 gün sonra, yəni xx xxxx 2019-cu il tarixdə Orxan Qəribin sənədlərini taksi ilə Zərdab rayonuna göndərmiş və orada o, taksidən Qəribin sənədlərini götürüb Qəribə vermişdir. Orxana pulu verən zaman bildirmişdir ki, təxminən 1 həftəyə işə çıxacaq. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq nə oğlunu, nə kürəkənini və nə də Qəribi işə düzəltmək adı ilə aldadaraq ondan 10000, Qəribin atası Qoşqardan isə 8000 manat pulu alaraq ələ keçirmişdir. Həmin 8000 manat puldan ona heç bir məbləğdə pul çatmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdə ünvan 11- ünvanında yerləşən FHN-nin Tibb Xidmətinin Xüsusi X11 inzibti binasının qarşısında 4500, Binəqədi rayonu ərazisində yerləşən “Beynəlxalq” avtovağzalın ərazisində 1500 manat pulu onun vasitəsi ilə, xx xxxx 2019-cu il tarixdə isə qohumu Şahid8 vasitəsi ilə Binəqədi rayonu 9-cu MKR-da yerləşən “Şah” hamamının qarşısında 600 manat olmaqla Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək oğlu Şahid6 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq ümumilikdə 6600 manat pulunu alaraq dələduzluq etmişdir. Belə ki, Kamalın kəndçisi olan X8 vasitəsi ilə Kamalı tanımış, Hüseyn ona zəng edərək bildirmişdir ki, oğlunu işə düzəltmək istəyir. Elə buna görə də Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısında Orxan, Kamal, oğlu Nahim və o, görüşmüş. Kamal Orxana demişdir ki, oğlu bütün həkim komisiyasından keçib, lakin gözündə zəyiflik olduğu üçün onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə xitmətinə yanğın söndürən kimi işə götürmürlər, onu digər vəzifələrə vermək istəyirlər. Bunun üçün isə oğlunun seçimini dəyişdirmək lazımdır. Yəni onun oğlunu hansı işə verirlərsə versinlər, fərqi yoxdur, təki işi düzəlsin, bu işdə köməklik lazımdır. Orxan isə ona demişdir ki, bu işi həll edə bilər, bunun müqabilində isə Kamaldan 6000 manat pul istəmişdir. Kamal 4500 manat pulu olduğunu demiş, lakin Orxan 6000 manatdan aşağı düşməmiş və Kamal onunla razılaşmışdır. Kamal 4500 manatı sayıb ona vermiş, o, isə onların yanında 4500 manat pulu Orxana vermişdir. 1500 manatı isə Bakı şəhərində yaşayan qohumundan almaq üçün zəng eləmiş, sonuncu isə pulu göndərəcəyini demişdir. X57 Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının içərsinə salmış, Kamalla o, isə bayırda gözləmişlər. Təxminən 5-10 dəqiqədən sonra Orxan və Nahim içərindən çıxmışlar. Orxan demişdir ki, Nahimin gözündə zəiflik olduğu üçün yanğın söndürən kimi işə götürmürlər, lakin o, danışmış, 6000 manata bunu həll edəcək, onu hansı işə olursa olsun verəcəklər. Sonra isə o, Nahim və Kamal Orxandan ayrılmış, Beynəlxalq avtovağzala gəlmiş, Kamalın qohumu tanımadığı şəxslə 1500 manatı göndərmiş, həmin 1500 manatı da sayıb xx xxx 2019-cu il tarixdə saat təxminən 12:30 radələrində ona vermiş, o, da sonunculardan ayrılaraq getmişdir ki, orada taksidə gözləyən 1500 manatı Orxana vermiş, sonra isə qayıdıb Kamal və oğlu ilə birlikdə Zərdab rayonuna getmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 5700 manat pul almışdır ki, sonuncunu da Fövqaladə Hallar Nazirliyinə işə düzəltsin. Belə ki, X32 onun xalası oğludur, Hacının isə bacısı Hüseynin arvadıdır. X22 birlikdə təxminən 2019-cu ilinin aprel aynın 30-da Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, turnikdə az dartındığı üçün müsabiqəni keçə bilməmişdir. Hüseyn bilirmiş ki, o, oğlunu işə düzəldir, elə buna görə də ona demişdir ki, sonuncunun qaynı Hacını da ora işə düzəltsin. Bundan sonra Hacı özü ona zəng demişdir ki, o, işə düzəlmək istəyir, köməklik etsin. O, isə Orxanla danışmış, sonra isə Orxanla Hacını əlaqələndirmişdir. Onlar 5000 manata razılşmışlar ki, Orxan onu işə düzəltsin. Onun bildiyinə görə Hacı və qardaşı Qurban Orxanla görüşmüşlər və Orxana xx.xx.2019-cu il tarixdə yəni Təbrizin 5000 manatını göndərən gün 2500 manat, xx.xx.2019-cu il tarixdə 2500 manat, xx.xx.2019-cu il tarixdə isə 700 manat pulunu almışdır. Axrıncı 700 manatı alan zaman isə Orxan guya onunla telefonla danışmış, Hacıya demişdir ki, Elmarla danışmış, sonuncu deyir ki, əlavə 700 manat verməlidir. Lakin həmin vaxt Orxan onunla danışmamışdır. Orxan Təbrizin işə düzəlməyi üçün verilən 9000 manatdan ona 1000 manat, Sərxanın işə düzəlməyi üçün verilən 100xx xxxxxxxx 1000 manat, Zərərçəkmiş şəxs6 oğlu Sübhan Nərimanovun işə düzəlmək üçün verdiyi 8500 manatdan 500 manatını vermişdir. Orxan həmin pulları ona verməkdə məqsədi o olmuşdur ki, onun qeyd etdiyi adamları işə düzəlməsini təşkil ediyi üçün ona şirinlik kimi vermişdir. Bundan başqa ona heç bir məbləğdə pul çatmamışdır. O, isə həmin pulların bir hissəsini qaytarmış, bir hissəsini isə qaytaracaq. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs9 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, əvvəllər AR Müdafiə Nazirliyində hərbi həkim işləmişdir. Bakı şəhər sakini olan Fərmayil adlı şəxsi çoxdan tanıyır. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında o, Fərmayillə telefonda danışıb sonuncunun evinin yaxınlığında, Bakı şəhəri, 3-cu mikrorayon ərazisində, Tərlan şadlıq sarayı tərəfdə çayxanada görüşmüşlər. Həmin vaxt söhbət əsnasında Fərmayil ona demişdir ki, Orxan adlı şəxs var, sonuncu ona Bakı şəhəri ərazisində xəstəxanaların birində nevropataloq-həkim vəzifəsinə düzəldə bilər. O, Fərmailə demişdir ki, Orxanla danışsın, əgər düzəldə bilirsə onu həmin işə düzəltsin. Bu vaxt Fərmayil Orxanın mobil telefonuna zəng etmiş və onun barəsində danışmışdır. Orxan da Fərmailə demişdir ki, həmin gün saat 16 radələrində AR Səhiyyə Nazirliyinin qarşısında görüşüb söhbət etsinlər. Bundan başqa Orxan Fərmayilə demişdir ki, onlar görüşəndə o, özü ilə ali təhsil haqqında diplomun və ehtiyatda olan zabitin vəsiqəsinin surətini gətirsin. Bundan sonra o, Fərmayildən ayrılıb evinə getmiş, həmin gün saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səhiyyə Nazirliyinin qarşısına getmişdir. Həmin vaxt Orxan orada olmuşdur. Təxminən 5-10 dəqiqə sonra isə Fərmayil oraya gəlmişdir. Orxan ondan sənədlərin surətini alıb AR Səhiyyə Nazirliyinin binasına daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Orxan qayıdıb onların yanlarına gəlib demişdir ki,orada kiminləsə danışıb, onu 5-6 günə rəsmi olaraq AR Səhiyyə Nazirliyinə çağıracaqlar və Bakı şəhəri ərazisində yerləşən 4-5 xəstəxananın adını çəkəcəklər ki, hansını istəsə orada nevropataloq işinə düzələ bilər. Buna görə də, təcili olaraq həmin gün saat 18:00-a kimi 16 000 manat pul verməlidir ki, həmin pulu Orxan guya Səhiyyə Nazirliyində işləyən kiməsə verməlidir. Həmin vaxt o, Orxanla razılaşmiş və onlar qərara gəlmişlər ki, həmin gün saat 18 radələrində Səhiyyə Nazirliyinin qarşısında görüşsünlər. Bundan sonra Fərmayillə Orxan orada qalmış, o, isə evinə getmişdir. O, evə gedib 16000 manat pul götürüb oraya gəlmiş, həmin vaxt X34 Nazirliyinin yaxınlığında yerləşən Tibb Universitetinin binasının tinində, avtomaşınların dayanacağmda gözləyirmişlər. O, orada həmin gün saat 18:20 radələrində, özünə məxsus X58 markalı, seriyasını unutduğu 90-??-511 dövlət qeydiyyat nişanlı avtomaşınında Fərmayilin yanında Orxanın özünə 16000 manat pul vermişdir. Həmin vaxt Orxan verdiyim pulu sayıb cibinə qoymuşdur. Bundan sonra Fərmayil öz evinə, o, isə öz evinə yola düşmüşdür. O, evinə gedərkən görmüşdür ki, Orxan Səhiyyə Nazirliyinin inzibati binasına tərəf gedir. Həmin vaxt o, Orxanı gözləməmiş və bilməmişdir ki, Orxan Səhiyyə Nazirliyinin binasına girir ya yox. Bundan 3-4 gün sonra o, Orxanla telefonla əlaqə saxlayanda Orxan demişdir ki, narahat olmasın, 3-4 günə onun işi düzələcək. Ona görə də, o, bundan 4-5 gün sonra yenə də, Orxanla əlaqə saxlamışdır. Bu dəfə Orxan ona demişdir ki, 2-3 gün də gözləsin. O, yenə də, 3 gün gözləmişdir. Belə ki, o,mən Orxana pulu verəndən 15 gün sonra sonuncuya zəng edəndə telefonuna zəng çatmamışdır. Ona görə də, o,mən narahat olub Fərmayilə zəng etmişdir. Fərmayil isə ona demişdir ki, Orxan başqalarına qarşı dələduzluq etdiyi üçün tutulubdur. O, sonralar öyrənmişdir ki, Orxan ondan başqa bir neçə nəfərə qarşı dələduzluq edərək sonuncuların pulunu almışdırdır. O, bir müddət gözləmişdir ki, Orxanın dediyi kimi onun pulu geri qaytarılacaqdır, heç biri olmadığı üçün o, xx xxxxxxx 2019-cu il tarixə kimi heç bir dövlət orqana şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Şahid2 ilə birlikdə yaşayır, Ucar rayonu 1 nömərli Lisey mətəbində texnologiya müəlliməsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs10 onun qaynıdır. Qaynı Zərərçəkmiş şəxs10la heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 tanıyır, belə ki, 2019-cu ilinin may ayının təxminən 9-da o, Bakı şəhərində yaşayan xalası X9gilə gəlmişdir. Həmin vaxt xalası Maral Bakı şəhərində kirayədə yaşayırmış. Hal-hazırda isə Aqstafa rayonu Köçəsgər kəndinə yaşayır. O, Bakı şəhərində xalası Maralın yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs2 Bəhəddin oğlu xalası oğlu Təqsirləndirilən şəxs1 ilə evə gəlmişlər. Söhbət əsnasında Orxan ondan harada işlədiyini, nə qədər əmək haqqı aldığını maraqlanmışdır. O, Orxana ona demişdir ki, müəllimə işləyir, əmək haqqısı 250 manatdır. Həmin vaxt Orxan ona «sənə köməklik edim sənin yüksək əmək haqqı alasan» demiş, o, isə Orxanla razı olmamışdır. Sonra isə Orxan ondan harada yaşamasını soruşmuş, o, isə Orxana yataqxanada yaşadığını bildirmişdir. Orxan ona bildirmişdir ki, Ucar rayonunda məcburi köçkünlər üçün evlər tikilir, əgər istəsə oradan onlara ev alıb verə bilər. Belə ki, ilkin olaraq 1500 manat, ev verildikdən sonra isə 2500 manat pul versələr, onlara oradan 2 otaqlı mənzil alıb verər. O, bu barədə əri Seyrana demiş, lakin imkanları olmadığı üçün bunu edə bilməmişdir. Lakin həmin vaxt Seyran ona demişdir ki, qardaşı oğlu Elvin hərbi xidmətdən yeni qayıdıb, sonuncunu Fövqaladə Hallar Nazirliyinə işə düzəlmək istəyir. Bundan sonra isə Seyran özü Orxanla danışmış, Elmarla Orxanı bir-biri ilə tanış etmişdir. O, sonradan eşitmişdir ki, X28 FHN-nə işə düzəltmək üçün sonunculardan 4000 manat pul almışdır. Lakin verdiyi vədə əməl etməmişdir. Bundan başqa Orxan Elmarın vasitəsi ilə tanıdığı bir neçə şəxsdən sonuncuları işə düzəltmək üçün pul almışdır və onları da aldatmışdır. Orxan onunla söhbət edən zaman xalası oğlu Elvində sonuncunu müfafiə edirmiş, Orxanın əlinin hər yerə keçdiyini deyirmiş və Elmarın oğlunun işini düzəldəcəyini dediyi üçün o, Orxana inanırmış. Həmçinin Orxan ona bildirmişdir ki, sonuncunun qardaşı İtaliya Respublikasında səfir işləyir. Elə buna görə də o, Orxana inanıb sonuncunu əri Seyranla və qaynı Elmarla əlaqələndirmişdir. Həmçinin, Elvin ona demişdir ki, onun həbsdən çıxmasına Orxan köməklik etmişdir. Elvin təxminən 2 ay bundan əvvəl onlara gəlmişdir və onlarda olan zaman demişdir ki, Orxan onların işini düzəldəcək, narahat olmasınlar, ortada onu nəzərdə tutsunlar. Lakin sonradan Elvin dediyi sözlərin yalan olduğunu və Orxanla əl bir olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da o, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak etmişdir. O, idman göstəricilərinə görə müsabiqəni keçmişdir. Bundan sonra isə internet vasitəsi ilə onlara məlum olmuşdur ki, o, müsabiqədən kəsilmişdir. Lakin sonradan Fövqaladə Hallar Nazirliyindən ona və digər kəsilən uşaqların hamısına zəng gəlmiş və demişlər ki, onlar da həkim komisiyasına gəlsinlər, ola bilər ki, onları keçirsinlər. Həmin ərəfələrdə, yəni təxminən 2019-cu ilinin may ayında əmisi Şahid2 arvadı Şahid1 xalası oğlu Təqsirləndirilən şəxs1 vasitəsi ilə atası və o, Təqsirləndirilən şəxs2 tanımışlar. Belə ki, Şahid1 Bakı şəhərində Elvingildə olan zaman Orxan oraya gəlmiş, özünün yüksək vəzifələrdə olan şəxslərlə yaxşı münasibəti olduğunu demiş, həmçinin qardaşının Azərbaycan Respublikasının İtaliya Respublikasında səfiri işlədiyini bildirmişdir. Sonra isə əmisi Seyrana bu barədə demiş, Seyran isə sonuncuya onu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyi barədə soruşduqdan sonra isə Orxan heç bir problem olmadığını bildirmişdir. Bundan sonra isə Orxanı atası Elmarla əlaqələndirmişdir. Orxan onu və bacısının əri Qabili Fövqaladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək adı ilə ümumilikdə 10000 manat pul almışdır. Belə ki, Orxan onun əmisi Seyrana demişdir ki, onlara Ucar rayonunda məcburi köçkünlər üçün tikilən evlərdən ev düzəldib verə bilər. Lakin əmisi buna etiraz etmiş və demişdir ki, qardaşı oğlunu, yəni onu Fövqaladə Hallar Nazirliyinə işə düzəltsin. Orxan isə buna etiraz etməmiş və onu xx xxx 2019-cu il tarixdə Bakı şəhərinə çağırtdırmış və onunla Nərimanov rayonu ərazisində yerləşən “Saat”-ın binasının yaxınlığında görüşmüşdür. Həmin vaxt orada o, Orxan, Orxanın Fövqaladə Hallar Naziriliyində yüksək vəzifədə çalışan şəxs kimi təqdim etdiyi Arif adlı şəxs və Arifin sürücüsü kimi təqdim edilən əmisi Seyranın arvadı Sevinc Orucovanın xalası oğlu Təqsirləndirilən şəxs1 olmuşlar. Həmin vaxt orada Arif və Orxan 30 dəqiqə ərzində onun barəsində maraqlanmışlar və demişlər ki, səhər onunla metronun “Elimlər Akademyası” stansiyasının yaxınlığında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısnda görüşmək lazımdır. Bundan sonra o, atası Elmara zəng eləmiş və demişdir ki, Orxan səhər onlarla görüşmək istəyir. Orxan və Arif onunla xx xxx 2019-cu il tarixdə görüşən zaman onun şəxsiyyət vəsiqəsini, hərbi biletini, sağlamlıq haqqında arayışı və yaşayış yerində arayışı almışlar. xx xxx 2019cu il tarixdə saat 11 radələrində o, atası Elmar və Orxan Fövqaladə Hallar Naziriyinin inzibati binasının qarşsında görüşmüşlər. Həmin vaxt Arif adlı şəxs gəlmiş və onların və Orxanın üstünə əsəbləşərək demişdir ki, «sənə deməmişəm burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm». Yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif və sonuncunun sürücüsü Elvin oraya gəlmiş, söhbət edən zaman atası Elmar onlara demişdir ki, onunla qolunda çapıq var, bu çapıq onun işə düzəlməsinə mane olmaz. Bundan sonra Arif böyüdücü şüşə, yəni lupa gətirib onun sağ qolunda olan çapığa baxmışdır. Sonra isə demişdir ki, çapıq elə dərin deyil, o, rəhbərliklə danışıb saat 15 radələrində onlara məlumat verəcək. Həmin vaxt Arif bildirmişdir ki, Orxanın qardaşı Xarici İşlər Nazirliyində işləyir və Arifə zəng edərək onlara kömək edilməsi üçün xahiş etmişdir, elə buna görə də onlara köməklik etmək istəyir. Elə həmin vaxt orada Arif çıxıb getdikdən sonra Orxanla danışmış və Orxan onlara bildirmişdir ki, onu FHN-nə işə düzəltmək üçün 2500 manat pul lazımdır, yəni bunu Orxana Arif demişdir. X53 razılaşmış və üzərində olan 2500 manatı onun yanında Orxana vermişdir. xx xxx 2019-cu il tarixdə axşam saatlarında Orxan ona zəng edərək demişdir ki, «sabah gəl görüşək gedək sənin qolunu həkim var ona göstərəciyik». xx xxx 2019-cu il tarixdə Orxan onunla görüşmüş, onu Nərimanov rayonu ərazisində yerləşən Ruhi Əsəb xəstəxansına aparmış, orada baş həkim onun qolunda olan çapığa baxmış və demişdir ki, yararsızdır, bundan sonra Orxanla o, orada gözləmiş, sonra isə Orxan ona demişdir ki, «sənin qolunda olan çapığa görə sağlamlıq arayışnın alınmasından ötrü əlavə olaraq 1500 manat pul lazımdır». Orxan həmçinin bu barədə atası Elmara zəng eləmiş və sonuncuya demişdir ki, oğlu Elvinin qolunda olan çapığa görə işi düzəlmir, bunun üçün əlavə 1500 manat pul lazımdır. Elə buna görə də atası Elmar onun adına poçt vasitəsi ilə Zərdab rayonundan Bakı şəhərinə 1400 manat pul göndərmiş, o, isə Nərimanov rayonu ərazisində yerləşən metronun “N.Nərimanov” stansiyasının yaxınlığında yerləşən nömrəsini xatırlamadığı, lakin göstərə biləcəyi ünvanda yerləşən poçtdan 1400 manatı çıxarmış və özündə olan 100 manatı da atasının göndərdiyi 1400 manatın üzərinə qoyub Nərimanov rayonu ərazisində, pulu çıxardığı poçtun qarşısında Orxana vermişdir. Bundan sonra Orxan ona demişdir ki, xx xxx 2019-cu il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasından keçmək üçün orada olsun. O, isə xx xxx 2019-cu il tarixdə səhər saatlarında Orxanla Binəqədi rayonu Biləcəri qəsəbəsində Fövqaladə Hallar Naziriyinin həkim komisiyasının inzibati binasının qarşsında görüşmüş, həmin vaxt Orxan onun həkimdən keçməyi üçün sənədləri verib getmiş, o, həmin yerdə həkim komisiyasından keçmişdir. Belə ki, o, 5 həkim müayinəsindən keçdikdən sonra 216 otaqda olan Fuad adlı həkim ona demişdir ki, qolunda olan çapığa görə FHN-nə işə qəbul üçün yararsızdır və sənədləri də ona qaytarmamışdır. O, bayıra çıxaraq Orxana zəng etmiş, olanları sonuncuya demiş, sonra isə Orxan geri qayıdıb Fuad adlı həkimlə özü söhbət etdikdən sonra ona demişdir ki, «sən get sən həkim komisiyasından keçdin». Orxan Fuad həkimin yanında olan zaman sonuncuya demişdir ki, Arif müəllim onunla danışmaq istəyir, sonra isə onu bayıra çıxarmışdır. Orxan ona demişdir ki, «sən çıx get, saat 15 radələrinfdə burada olarsan ki, yerdə qalan həkimlərin müayinəsindən keçərsən». O, çıxıb getmiş, saat 15 radələrində geri qayıtmış, Orxana zəng etmiş, Orxan isə onamənə demişdir ki, «sən narahat olma mən bütün həkimlərin müayinsəindən səni keçirmişəm, sən get rayona mən sənə xəbər edəndə 4 ədəd 3x4 fotoşəkil və tərcümeyi halını yazıb gətirərsən». Sonra təxminən 2 gün sonra isə təxminən xx xxx 2019-cu il tarixdə Orxan ona zəng edərək demişdir ki, şəkilə ehtiyac yoxdur, tərcümeyi halı göndərsin. O, isə tərcümeyi halı yazıb atası Elmara vermiş və atası isə Bakı şəhərinə gələn zaman metronun “20 Yanvar” stansiyasının yaxınlığında Orxana vermişdir. Bundan sonra Orxan ona və atasına zəng edərək deyirmiş ki, xx xxxx 2019-cu il tarixdə əmri veriləcək və onu FHN-nin Zərdab rayon Yanğından Mühafizə xidmətinə işə çıxacaqdır. Lakin Orxanın dediyi hamısı yalan çıxmış və sonuncu onların etibarlarından istifadə edərək aldatmış və pulu da qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş atası Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X16 2 ilə yaxındır tanıyır, onunla dostluq edərək, tez tez rayonlara bir yerdə istirahətə gedirdilər. Orxan ona 2000 manat pulu borca vermişdir. Hazırda Orxana cəmi 500 manat borcu qalıb. İfadəsində qeyd etmişdir ki, heç vaxt Fövqalada Hallar Nazirliyində işləməyib, O.Orucovyn dələduzluq əməllərindən xəbəri olmayıb və heç bir şəkildə bu əməllərdə iştirak etməyib. Bundan əlavə Nazim Qasımov onu da bildirdi ki, Təqsirləndirilən şəxs1 tanımır və 1 dəfə Orxanın yanında görmüşdür. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da o, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, müsabiqədən kəsilmiş, Fövqaladə Hallar Nazirliyinin saytında oxumuşdur ki, turnikdə az dartındığı üçün kəsilmişdir. Təxminən 2019-cu ilinin may ayının təxminən 23-də atası Qoşqar yaşadığı evdə olan zaman Elmar atasına öz mobil telefonundan zəng edərək demişdir ki, əgər istəsə oğlu Qəribi Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən kimi işə düzəldə bilər. Atası Qoşqar isə Elmara telefon söhbəti olmamasını bildirərək görüşmələrini dediyindən elə həmin günü atası Qoşqar Elmarla öz yaşadığları evin həyətində görüşmüş, Elmar «sənin oğlun Qəribi yuxarıda qeyd etdiyim işə 8000 manat müqabilində düzəldə bilər, həmin işi Orxan adlı şəxs görür» demiş və Qoşqarın yanında Orxan adlı şəxsə zəng edərək danışmış, Orxan demişdir ki, bu işi 8000 manat müqabilində düzəldə bilər. Həmçinin atası Qoşqarda Orxanla telefonla danışmış, Orxan bildirmişdir ki, o, həmin işi 8000 manata düzəldəcək, heç bir narahtçılıq yoxdur. Belə olan halda atası sonuncularla razılaşmış, sonra Orxan demişdir ki, səhər saat 9-da Bakı şəhərində olsunlar. Bundan sonra isə atası Qoşqar ona bu barədə demiş, o, razılaşmışdır. Həmin günün səhərsi, yəni xx xxx 2019-cu il tarixdə atası Qoşqar ona konvertin içərsində 8000 manat pul vermiş və o, həmkəndlisi Elmarla birlikdə Bakı şəhərinə gəlmişlər. Orxanla Bakı şəhəri Yasamal rayonu “xxxxxx” X23 inzibati binasının yaxınlığında yerləşən adını xatırlamadığı çayxanada görüşmüşlər. Həmin vaxt o, bilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur. Orxan onun boyuna baxmiş və işə düzəlmək üçün yararlı olmasını bildirmişdir. Elə həmin vaxt orada o, 8000 manat pulu çıxarıb Elmara vermiş, Elmar isə onun yanında həmin pulu kopnvertdən çıxararaq sayıb Orxana vermişdir. Həmin pullar 20 ədəd 100 ABŞ dolları əskinaslarından, yerdə qalanı isə 100 və 50 manatlıq əskinaslardan ibarət ümumilikdə isə 8000 manat olmuşdur. Həmin vaxt Orxan bildirmişdir ki, o, bu gün Zərdab rayonuna getməsin, ola bilsin sabah həkim komisiyasına çağırsınlar. Elə buna görə də o, həmin günü Bakı şəhərində qalmış, lakin onu heç kim çağırmadığı üçün Orxan ona burada qalmamasını, rayona getməsini, lazım olanda onu özünun çağıracağını bildirmişdir. O, və Elmar Orxana pul verən zaman onun şəxsiyyət vəsiqəsinin və hərbi biletimin əsillərini Orxana vermişdir. O. pulu verdikdən 4 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə Orxan sənədlərini taksi ilə Zərdab rayonuna göndərmiş və orada Elmar taksidən onun sənədlərini götürüb ona vermişdir. Orxana pulu vrerən zaman sonuncu bildirmişdir ki, təxminən 1 həftəyə işə çıxacaqdır. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq onu və atasını işə düzəltmək adı ilə aldadaraq atasının 8000 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının sonlarında yaşadığı Zərdab rayonu Dəliquşçu kəndində küçədə oğlu Zərərçəkmiş şəxs2 dayanıb tanışları ilə söhbət edən zaman yanılarında həmkəndliləri Zərərçəkmiş şəxs10 söhbət əsnasında demişdir ki, öz oğlu Elvini Fövqəladə Hallar Nazirliyinə işə düzəldir və bir neçə gün ərzində əmri olacaqdır. Həmin ərəfədə oğlu Sərxan heç bir fəaliyyət növü ilə məşğul olmadığına görə özü üçün münasib bir iş axtarırmış. Ona görə də Elmara bildirmişdir ki, əgər mümkün olsaydı onu da Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsində köməklik göstərərmiş. Elmar Sərxana cavab olaraq bildirmişdir ki, həmin işlərə “Orxan” adlı tanışı baxır, ona görə də Orxanla danışıb Sərxana qəti bir cavab deyəcəkdir. Sərxan da buna etiraz etməmişdir. Bu barədə Sərxan ona danışmış və o, Sərxanın təklifini müsbət qarşılamışdır. Sərxan ondan xahiş etmişdir ki, Elmarın yaşadığı evə gedib iş məsələsini daha dərindən müzakirə etsinlər. O, buna etiraz etməmiş və onlar birlikdə Elmarın yaşadığı evə getmişlər. Elmar onunla oğlu Sərxanın yanında tanışı Orxana zəng etmiş və danışmış, Orxanın dediklərini onlar da eşidirdmişlər. Orxan Elmara demişdir ki, Sərxanın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə 9000 (doqquz min) manat müqabilində düzəldə bilər. Elmar Orxana onların kasıb olduğlarını deyib məbləğdə endirim etməsini xahiş etmiş, Orxan da cavab olaraq həmin işi 8000 (səkkiz min) manata həll edəcəyini demişdir. Bu məbləğlə onlar razılaşmış və evə yollanmışlar. Sərxan Elmara demişdir ki, Orxanı tanımadığına görə pulu sonuncunun iştirakı vermək istəyir. Elmar da buna etiraz etməmişdir. Bir gün sonra Sərxan 8000 manat pulu götürüb 2019-cu ilin may ayının 26-da səhər saatlarında Zərdab rayonundan Bakı şəhərinə gəlmiş, Elmara zəng edib harada olmasını soruşmuş, Elmar bildirmişdir ki, metronun “20 Yanvar” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Orxanla birlikdədir. Sərxan həmin kafeyə gedib orada onlarla görüşmüş, Elmar adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 Sərxana təqdim edib iş məsələsini həll edən şəxs olduğunu demiş, eyni zamanda Sərxanı Orxana təqdim edib işə düzəlmək istəyən şəxs olduğunu Orxana bildirmiş, söhbət zamanı Orxan Sərxanın yanında Elmara demişdir ki, Sərxan çox arıq olduğuna görə FHN-də xidmətə yararsızdır. Ona görə də işə düzələ bilməz. Sərxan Elmarı kənara çəkib ona demişdir ki, üzərində 8000 manatdan əlavə özünə aid 600 manat da pul vardır. Əgər mümkündürsə Orxana desin iş məsələni 8600 manata həll etsin. Elmar bu barədə Orxana demiş, Orxan Sərxana demişdir ki, ayağa dursun və divara söykənsin ki, onun şəkilini çəksin. Sərxan da Orxanın dediyi kimi edib kafedə olan divara söykənmiş və Orxan öz mobil telefonu ilə Sərxanın fotosunu çəkmiş, Orxan şəkili çəkib həmin fotonu FHN-in əməkdaşına göndərmiş, sonra Orxan özünə məxsus mobil telefonu götürərək “Arif müəllim” deyə müraciət etdiyi bir şəxsə zəng etmiş və Sərxanın dediyinə görə Sərxanın fotoşəkillərini “Arif” adlı şəxsəgöndərmişdir. Həmin şəxslə söhbəti bitirdikdən sonra Sərxana demişdir ki, Sərxanın iş məsələsini 10000 (on min) manatdan aşağı həll edə bilməyəcəkdir. Sərxanın üzərində başqa pul olmadığına görə Elmardan xahiş etmişdir ki, əgər vardırsa çatışmayan 1400 (bir min dörd yüz) manat pulu versin, əvəzində Sərxan zəng edib rayonda onun evinə həmin pulu göndərər. Elmar da buna etiraz etməmişdir. Sərxan 8600 manat pulu Elmara vermiş, Elmar da onun yanında həmin pulun üzərinə əlavə 1400 manat pulu qoyub sayıb əlbəəl Orxana vermişdir. Bundan savayı Sərxan özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı Orxana vermişdir. Orxan demişdir ki, 10 gün ərzində Sərxanın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəlməyi ilə bağlı əmr olacaqdır. Ardınca Orxan özünə məxsus 051 *** ** ** saylı mobil nömrəsini Sərxana vermiş və çıxıb getmişdir. Bir həftə sonra Elmar ona Sərxana aid şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı geri qaytarmışdır. Qeyd edilən tarixdən 10 gün müddət keçsə də Orxandan xəbər çıxmamış, Sərxan Orxanla əlaqə saxladıqda sonuncu Sərxana demişdir ki, bir neçə gün gözləsin. Onlarda gözləmiş, lakin Orxan onları aldatmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 arvadı Səbinə onun anası Sevda ilə 5-6 ildir ki, kitabxanada işləyirlər. Onlar ailəlikcə Etibarla bir-birini tanıyırlar. Təqsirləndirilən şəxs2 8 ildir ki, tamyır, yaxşı, müsbət mənada tanımışdır. Orxan əvvələr dəfələrlə ona bildirmişdir ki, qardaşı İtaliyada səflr işləyir, buna görə də, onun əlindən çox iş gəlir. 2019-cu ilin sentyabr ayının 6-da səhər saatlarında çayxanada oturub çay içən zaman Etibar ona demişdir ki, işdən pensiyaya çıxıb, başqa iş axtarır. O, Etibara demişdir ki, tanışı Orxan ona kömək edə bilər. Bundan sonra o, Orxana zəng edib Etibarın işə düzəlmək istədiyi demişdir. Həmin vaxt Orxan ona demişdir ki, Etibarı Bakı şəhərində yerləşən xəstəxanalara həkim işinə düzəldə bilər, buna görə də, oturub danışmaq lazımdır. Ona görə də, onlar qərara gəlmişlər ki, həmin gün saat 16 radəbrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səhiyyə nazirliyinin qarşısında üçü görüşsünlər. Bundan sonra onlar evlərinə getmişlər. Həmin gün saat 16 radəbrində o, Səhiyyə nazirliyinin qarşısına gəldikdə Orxanla Etibar orada olmuşlar. Orxan Etibardan ehtiyatda olan zabitin vəsiqəsinin surətini və başqa hansısa sənədin surətini alıb AR Səhiyyə Nazirliyinin binasma daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Orxan qayıdıb onların yanlarına gəlib demişdir ki, orada kiminləsə danışıb, Etibarı 5-6 günə rəsmi olaraq AR Səhiyyə Nazirliyinə çağıracaqlar və Bakı şəhəri ərazisində yerləşən 4-5 xəstəxananın admı çəkəcəklər ki, hansını istəsə orada nevropataloq işinə düzələ bilər. Orxan demişdir ki, guya kimsə, Səhiyyə nazirliyində işləyən məsul şəxs buna görə Etibardan 16000 manat pul istəyir. Bundan başqa Orxanın deməsinə görə Etibar pulu həmin gün saat 18 radəbrinə kimi verməlidir. Həmin vaxt Etibar Orxanla razılaşmış və onlar qərara gəlmişlər ki, həmin gün saat 18 radələrində Səhiyyə Nazirliyinin qarşısında yenidən görüşsüşlər. Bundan sonra Etibar evinə getmişdir. Onunla Orxan yaxmlıqda olan 1 saylı Klinik xəstəxanasmm qarşısında dayanıb Etibarı gözləmişlər. Etibar təxminən 1 saat yarım sonra oraya gəlmiş və onunla Orxan sonuncunun avtomaşınına oturmuşlar. Etibar avtomaşında 16000 manat pulu Orxana vermişdir. Orxan həmin pulu sayıb cibinə qoymuş, Orxan yenə təkrar edib demişdir ki, 5-10 günə Etibar işə çıxacaqdır. Bundan sonra onlar ayrılıb hərəsi öz evlərinə getmişlər. Bir neçə gün sonra Etibar ona zəng edib işinin uzandığını dedikdə, o, narahat olmamasını tövsiyyə etmişdir. Çünki, o, Orxanı, hörmətli şəxs kimi tanıyırmış. Orxanın dələduz olduğu barədə məlumatı olmamışdır. Bundan təxminən 10-12 gün sonra yenə də, Etbar ona zəng edib öz narazılığını bildirib Orxanın telefonuna zəng çatmadığını demişdir. Ona görə də, o, da Orxana zəng etmiş, sonuncunun mobil telefonuna zəng çatmadığı üçün o, Orxanın evinə getmişdir. Həmin vaxt Orxanın arvadı ona demişdir ki, Orxanı polis tutubdur. Ondan sonra o, bir neçə nəfərdən eşitmişdir ki, Orxan bir neçə şəxsə qarşı dələduzluq etdiyi üçün tutulubdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Əlislam oğlunun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cild 181-ci vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 255-260-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2019-cu il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 114-119-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 247-252-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cild 2-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 4-cü cild 49-52-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X12 tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş; 3) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 196-200-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 172-179-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 4-cü cild 95-102-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum edilmişdir. Cinayət işinin 4-cü cild 124-cü vərəqəsində olan X35 Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 hazırki müddətə kimi islah işləri cəzasından çəkməmiş və 4500 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməmişdir. Cinayət işinin 2-ci cild 272-274-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X12 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Ağstafa Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2010-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin xx xxxxxx 2010-cü il tarixli qərarı çəkilməmiş qalan cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx xxxxxx 2011-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx xxx 2011-ci il tarixli Qanuna əsasən cərimə cəzasına məhkum edilmişdir; 2) Ağstafa Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 4-cü cild 120-123-cü vərəqələrində olan Ağstafa Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan AZ-İ seriyalı, 665242 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X13 arasında xx xxx 2011-ci il tarixdə Ağstafa rayon qeydiyyat şöbəsində nikah bağlanmış, nikahdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Cinayət işinin materiallarında olan AZE seriyalı, 11504604 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Əhmədzadə Məryəm xx xxxxxx 2010-cu il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X4r. Cinayət işinin materiallarında olan AZE seriyalı, 11504598 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Əhmədzadə Balaxanım xx xxxxxx 2011-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X5r. Cinayət işinin materiallarında olan AZE seriyalı, 11504599 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Əhmədzadə Bahəddin xx xxxxxx 2013-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X5r. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 224091 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx xxxxxxxx 2008-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X27r. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 150765 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 xx xxxxxxxx 2008-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X27r. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın 4 günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 5 azyaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə, 4500 (dörd min beş yüz) manat cərimə cəzası isə tam birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxxxxx 2019-cu il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən təqsirini qismən etiraf etməklə əməlindən səmimi peşman olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Ağstafa Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq 2 il keçmədən xx xxx 2019-cu il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri R.M.Mirzəyevə, N.X.Caniyevə, Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili R.M.Mirzəyevə ibtidai istintaq dövründə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili N.X.Caniyevə ibtidai istintaq dövründə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə, 4500 (dörd min beş yüz) manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X17 ibtidai istintaq dövründə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X10 ibtidai istintaq dövründə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-111/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-111/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver