Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-111/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Rusiya Federasiyası, Çita vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:42-də “B” kateqoriyalı AD 220910 nömərli sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “X8” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsindən sağa dönüb C.Məmmədquluzadə küçəsi istiqamətində 5-10 km/saat sürətlə hərəkət edən zaman C.Məmmədquluzadə küçəsi 20 ünvanında yerləşən piyada keçidinin üzərində “X6” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək asta yerişlə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan zərər çəkmiş Zərərçəkmiş şəxsnın sol ayağın V daraq sümüyünün qəlpəli sınığı, sağ diz oynağının gərilməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmulmasına zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «X8” markalı, **-SK-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur va özü idarə edir. Həmin avtomobili xx.xx.2020-ci ildə Baş Dövlət X9 tərəfindən verilmiş “B” kateqoriyalı AD 220910 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 12:00-da Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsindən sağa dönüb C.Məmmədquluzadə küçəsinə daxil olmaq istəyərkən fikrini sol tərəfdən gələn avtomobillərə yönəltmiş, nəticədə piyada zolağından yolu piyada qarşı tərəfə keçmək istəyən qadını görmədən onu vurmuşdur. Buna görə dərhal avtomobildən yerə düşmüş, ətrafda olan insanların köməyi ilə həmin qadını avtomobilə qoymuş, onu xəstəxanaya aparmaq məqsədi ilə yola düzəlmiş, bir qədər getdikdən sonra həmin qadın ciddi bir xəsarətinin olmadığını demiş və onu yaşadığı ünvana aparmağını xahiş etmişdir. Buna görə həmin qadını yaşadığı ünvana aparmış, orada hər ehtimala qarşı ona 30 manat pul və istifadə etdiyi ***-***-**-** telefon nömrəsini verib xahiş etmişdir ki, ehtiyac olarsa onunla əlaqə saxlasın. Hadisədən təxminən bir saat sonra Yasamal RPİ-nə dəvət olunan zaman ona məlum olmuşdur ki, hadisə nəticəsində həmin qadının sol pəncəsi sınıb. Hadisə zamanı tam sağlam olmuş, hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Avtomobili yerindən hərəkətə başlamış, sürət təxminən 05-10 km/saat olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11:30 radələrində yaşadığı Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 95 mənzil 16-dan çıxaraq bazarlıq etmək məqsədi ilə evinin yaxınlığında yerləşən “Araz” marketə getmək istəmiş, C.Məmmədquluzadə küçəsində yerləşən “Biskvit” mağazasına girmiş, lakin orada təzə çörək olmadığı üçün Yaxınlıqda yerləşən “Araz” marketə tərəf getmək istəmiş, həmin vaxt “Biskvit” mağazasından çıxaraq Yasamal rayonu C.Məmmədquluzadə küçəsini “Biskvit” mağazası tərəfdən qarşıda yerləşən “Meyvə” mağazasına piyada keçidi ilə keçən zaman təxminən yolun kənarına 4-5 metr məsafə qalmış, piyada keçidinin üzərində olan zaman Ə.Hüseynzadə küçəsindən C.Məmmədquluzadə küçəsinə doğru dönən markasını bilmədiyi qara rəngli **-SK-*** dövlət nömrə nişanlı avtomobil gələrək sağ qabaq yan tərəfi ilə ilk olaraq sağ dizindən vurmuş, o yerində fırlanmış və sonra isə avtomobilin sağ qabaq təkəri onun sol ayağının pəncəsinin üzərindən keçmiş, zərbədən yerə yıxılmış, həmin vaxt sol ayağı təkərin altında qalmış, sürücü avtomobili geriyə verdikdən sonra sol ayağı avtomobilin təkərinin altından çıxmışdır. Sonra isə orada olan şəxslərin köməyi ilə ayağa qalxmış, həmin vaxt sürücü də onun yanına gəlmiş, orada olan şəxslərin təkidi ilə sürücü onu xəstəxanaya aparması ucun öz avtomobilinə əyləşdirmiş, avtomobildə olan zaman sürücü ondan harada yaşamasini soruşmuş, ona iki tin aşağıda yaşamasini bildirmis, sonra sürücü ondan “evdə kiminsə olduğunu” soruşmuş, ona demişdir ki, “mən tək yaşayıram, ayağımda problem olsa məni heç kəs həkimə aparmayacaq”, sürücü isə ona demişdir ki, “mən səni həkimə aparmıram, get evinə, 2-3 gündən sonra həkimə gedib deyərsən ki, pilləkəndən yıxılmışam və ayağım zədələnib”. Bundan sonra isə halının pis olduğundan onunla razılaşıb evə getməyə qərar vermiş, avtomobildən düşən zaman sürücü öz adının Tərlan olduğunu demiş və ona öz istifadə etdiyi ***-***-**-** nömrəsini, həmçinin 13 manat pul vermiş və demişdir ki, “öz müalicən üçün xərcləyərsən”. Bundan sonra çıxıb getmiş, o gedən zaman onun avtomobilinin dövlət nömrə nişanına baxmış və onu yadında saxlamışdır. Həmin avtomobilin dövlət nömrə nişanı ** SK *** idi və sonra yaşadığı evə getmiş, evdə əl üzünü yumuş, paltarını təmizləyib 3 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Orada onu müayinə etdikdən sonra bilmişdir ki, ayağı sınmışdır. Müalicəsinə 650 manat pul xərcləmişdir.Hazırda həmən məbləği Təqsirləndirilən şəxs ödəyib. Bundan əlavə Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş zərər tam aradan qaldırılmış, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Həmin halları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AD seriyalı, 220910 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır və xx xxxx 2030-cu il tarixədək etibarlıdır. Cinayət işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AD seriyalı, 113351 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «X8 minik» markalı, **-SK- *** qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxxxxx 2020-ci il tarixli, 163 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət- sol ayağın V daraq sümüyünün qəlpəli sınığı, sağ diz oynağının gərilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 63-64-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 8/25 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X8” markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 69-75-ci vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, «X8 minik» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış, həmçinin hadisənin video görüntüsü olan 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, TS3-117 adı ilə qeyd edilmiş 1-ci fayl açıldıqda görsənir ki, həmin video müşahidə qurğusu Yasamal rayonu Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində 360 dərəcədə hərəkət edən video kameranın görüntüsüdür. Həmin kamera görüntüsünün sağ aşağı küncündə xx.xx.2020 tarix və 11:39:59 saat yazısı qeyd edilmişdir. Həmin görüntülər 05 dəqiqə müddətindədir. Video görüntünün 01 dəqiqə 52 saniyəsində bir əynində bənövşəyi paltar olan qadının “Biskivit” mağazasından çıxaraq piyada keçidi ilə yolun əks tərəfində yerləşən meyvə-tərəvəz mağazasına tərəf keçir, görüntünün 02 dəqiqə 06 saniyəsində 01 ədəd “X8” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Yasamal rayonu Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində sağa dönüb C.Məmmədquluzadə küçəsinə daxil olmaq istəyir. Həmin vaxt kamera fırlandığı üçün hadisə baş verən yer görsənmir, görüntünün 02 dəqiqə 34 saniyəsində kamera fırlanaraq hadisə baş verən yeri göstərir, belə ki, “X8” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Yasamal rayonu Ə.Hüseynzadə küçəsindən C.Məmmədquluzadə küçəsinə dönüb C.Məmmədquluzadə küçəsində yerləşən piyada keçidinin üzərində dayanmış, avtomobilin qarşısında təxminən 10 nəfər şəxs toplaşmış, əynində bənövşəyi rəngli paltar olan qadın ayaq üstə, bir nəfər oğlan əynində mavi köynək və qırmızı şalvar olan şəxs əyilərək həmin qadının ayaqlarına baxır, görüntünün 02 dəqiqə 42 saniyəsində kamera fırlanır və hadisə yerini göstərmir, görüntünün 03 dəqiqə 07 saniyəsində həmin qadını “X8” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin sağ qabaq oturacağında orada olan şəxslərin və əynində mavi köynək və qırmızı rəngli şalvar olan şəxsin köməyi ilə əyləşdirilir və Yasamal rayonu C.Məmmədquluzadə küçəsi ilə hərəkət edərək oradan uzaqlaşır. Diskdə olan TS3-117.2 - Part 1 (2020-11-02 11-39-58 - 2020-11-02 11-43-59) adı ilə qeyd edilmiş 2-ci video fayl açıldıqda görsənir ki, həmin video Yasamal rayonu Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində C.Məmmədquluzadə küçəsi istiqamətinə baxan hərəkət etməyən video kameranın görüntüsüdür. Həmin kamera görüntüsünün sağ aşağı küncündə xx.xx.2020 tarix və 11:39:59 saat yazısı qeyd edilmişdir. Həmin görüntülər 04 dəqiqə müddətindədir. Video görüntünün 03-cü saniyəsində əynində bənövşəyi paltar olan qadın “Biskivit” mağazasına girir, 01 dəqiqə 47ci saniyəsində “Biskivit” mağazasında çıxaraq C.Məmmədquluzadə küçəsi istiqamətində piyada hərəkət edir və görüntülərdən itir. Görüntülərdə hadisə baş verməsi görsənmir. Diskdə olan TS3-117.2 - Part 2 (2020-11-02 11-43-59 - 2020-11-02 11-44-59) adı ilə qeyd edilmiş 3-cü video fayl açıldıqda görsənir ki, həmin video həmin video Yasamal rayonu Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində C.Məmmədquluzadə küçəsi istiqamətinə baxan hərəkət etməyən video kameranın görüntüsüdür. Həmin kamera görüntüsünün sağ aşağı küncündə xx.xx.2020 tarix və 11:43:59 saat yazısı qeyd edilmişdir. Həmin görüntü 01 dəqiqə müddətindədir. Görüntülərdə hadisə baş verməsi görsənmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəlləyə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816- VQD saylı Qanununa əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X6» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan «X8 minik» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verimiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, E.F.İsmayılovaya isə məhkəmədə iştirak etdiyi 34 saata görə 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan «X8 minik» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, X2 isə məhkəmədə iştirak etdiyi 34 saata görə 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-111/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-111/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver