Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-111/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X4 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X5, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət, 27.01.2022-ci il tarixdə Muradova Ülviyyə (Alovlu) Niyaz qızının özünə məxsus Facebook sosial şəbəkə hesabında “Bu pişik balaları bloger bəxtixuyar hacıyevin məndən oğurladığı balalardır. Bərk-bərk gizlətmişdi, indi artıq 8 aylıq oldular. Şəkildən də göründüyü kimi balaların ağız-burnu pox içindədir. Pişiklər nə qədər təmizkar canlı olsa da, onların ağzı, burnu hər gün yuyulmalı, qulaqları təmizlənməlidir. Mən öz pişiyimi lotokdan ayrılan kimi tutub topuşunu-pöpüşünü yuyuram. Özünün şampunu, dəsmalı var. Yoxsa, həm pişik, həm də ev-eşik it günündə olar. İndi təsəvvür edirəm ki, adətən üfunət iyi verən tualetvari o mənzil nə günündədir. Heyf o bəbələrdən, çox heyf. Qondarma dindoş fetoçu olmaqla deyil e, iman insanın qəlbində olmalıdır. Hər şeydə halallıq, enerji balansı mütləqdir! Heç halal eləmirəm! O balalar qənimin olsun!" məzmunlu paylaşımla əlaqədar olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 bildirdi ki, şikayət məhz Yasamal Rayon Məhkəməsinə aiddir, şikayətdə göstərilən Facebook sosial şəbəkəsindəki hesab X2 məxsusdur, onun həmin hesabındakı paylaşımının böhtan və təhqir olması şikayətdə tam göstərilib. Buna görə də şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, aşağıdakılara əsasən şikayətin məzmununa aid Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Şikayətdə şəxsin CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması xahiş edilsə də, nəzərə alınmalıdır ki, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CM-nin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını dəqiq göstərməmişdir. Halbuki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) şikayətdə göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-111/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-111/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver