Məhkəmə qərarları › İş №1(004)-111/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-111/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-111/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:35 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən və hazırda baxılan cinayət işi ilə əlaqədar etap edilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, 24 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 6,848 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşımış, 25 may 2024-cü il tarixdə saat 11:20-də ünvan 3 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibat- binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 6,848 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən üç aya yaxındır ki, narkotik vasitə olan marixuandan istifadə edir, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 20 manata bir ədəd ağ rəngi, kağıza bükülmüş narkotik vasitə olan marixuananı almışdır. Qeyd etdiyi narkotik vasitə marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:20-də isə ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etdib onu saxlamışlar və onu Yasamal RPİ-nin 29-cı polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin 29cu polis şöbəsinə gəlmişdir. Şöbədə hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildikdən sonra o?, şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyi içərsində narkotik vasitə marixuana olan bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Bununla da həmin vasitə götürülmüşdür. Ondann aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış və bundan sonra onlara şifahi olaraq izahat verərək həmin narkotik vasitəni hansı formada əldə etməyini bildirmişdir. Daha sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, akı şəhəri Yasamal RPİ-nin 29-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir xx.xx.2024-cü il tarixdə xidmət etdiyi PŞ-nə xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri, Q.Əşrəfbəyli küçəsi ev 2, mənzil 5-də qeydiyyatda olan və Bakı şəhəri Yasmal rayonunda günlük evlərdə kirayə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal tərəfindən tərtib edilmiş raport əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək rəhbərliyi altında və şöbənin sahə inspektoru polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün sahə inspektoru Şahid2 ilə birlikdə Polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 6 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşaraq özləri təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmişdur ki, həqiqətəndə o, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Beləliklə də, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru X4 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, baş təhqiqatçısı Ruslan Əfəndiyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində bitki mənşəli, ot şəkilli, yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuşdur, eyni zamanda baş təhqiqatçısı Ruslan Əfəndiyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən, neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin marixuana” adlanan narkotik vasitə olduğunu, dünən, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nəsimi rayoru “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlayıb daşıdığını, xx.xx.2024-cü il tarixdə 11:20 radələrində ünvan 7 ünvanın qarşısında olan zamanı polis əməkdaşları tərəfində saxlanılaraq 29-cu PŞ-nə gətirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 26 may 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V.1) “Şübhəli şəxsin tutulması haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulma vaxtı 25 may 2024-cü il tarixdən saat 11:20-dən hesablanmışdır. (İ/V.31) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:20-də Bak; şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 7 ünvanın qarşısında polis əməkdaşlar, əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 13:00-dan etibarən « Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etməsi, həmin bükümün açılaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində bitki mənşəli, yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilər, şəxsi axtarış və götürmə aparılarkən video çəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (İ/V.36-37). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 25 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru X6, Yasamal RPİ-nin 29-cu PŞ- nin CA üzrə əməliyyat müvəkkil polis mayoru Şahid1 və sahə inspektoru polis leytenantı Şahid2 müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.2024- cü il tarixdə saat ll:20-də ünvan 7 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin 229-cu PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdəsaat. 13:00-da şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “Samsung’ markalı videokamera vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra baş təhqiqatçısı Ruslan Əfəndiyev Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, baş təhqiqatçı Ruslan Əfəndiyev şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotroç maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyması, baş təhqiqatçısı Ruslan Əfəndiyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində bitki mənşəli, ot şəkilli, yaşıl rəngli kütlənin aşkar olması, eyni zamanda baş təhqiqatçısı Ruslan Əfəndiyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin marixuana” adlanan narkotik, maddə olduğunu, dünən yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Şamaxinkav adlanan ərazidən üzdən tanıdığı adını bilmədiyi şəxsdən şöz istifadəsi üçün 20 manata alaraq üzərində saxlayıb daşıdığını, xx.xx.2024-cü il tarixdə 11:20 radələrində ünvan 7 ünvanın qarşısında olan zamanı polis əməkdaşları tərəfində saxlanılaraq 29-cu PŞ-nə gətirildiyini bildirməsi, bundan sonra baş təhqiqatçısı Ruslan Əfəndiyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürləməsi, möhürlənmiş zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, polis əməkdaşları və baş təhqiqatçısı Ruslan Əfəndiyev tərəfindən imzalanması, bundan sonra baş təhqiqatçısı Ruslan Əfəndiyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarı* apannası, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, müdafiəçi Rasim Almuradov şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona fiziki zor və təzyiq göstərilibgöstərilməməsi barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfində saxlanılıb polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən ona qarşı heç bir fiziki zor və təzyiq göstərilmədiyini bildirməsi, daha sonra baş təhqiqatçısı Ruslan Əfəndiyev şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokcv tərtib olunacağını, video çəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək video çəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-7/836 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 6,848 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ekspertiza tədqiqatına marixuananın 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 6,798 qram çəkidə hissəsi qalıq qalmışdır. (İ/V.46-48) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 may 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V.56-57) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-495/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. (İ/V. 122-123). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V.94-95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5202 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V.125-126). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsini tətbiq etməklə 4 il 8 ay 8 gün müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 67.1-ci maddələri qəti olaraq 5 il 8 ay 8 gün azadlıqdan məhkum etmə cəzası təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi Sabunçu Rayon Məhkəməsinin qeyd olunan hökmündən xaric edilərək çəza 3 il 6 aya endirilmişdir xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 7 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbyacan respublikası CM-nin 83.1-ci maddəsinin tələbinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab edilməlidir. (İ/V. 100-102, 131-134, 137-144). Abşeron Rayon Məhkəməsinin 1(012)-786/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə barəsində cəza çəkməsinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablanmaqla qəti olaraq 01 il, 07 ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (İ.V. 137-144). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsində baxılmış 1(012)-786/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün (cəmi 6 gün) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablansın. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD-R markalı disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 6,798 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (İ/V. 149-159). “Elektron məhkəmə informasiya sistemi”ndə olan məlumatdan gərünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Sənan adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması barədə özünün etirafedici ifadəsini, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. Bunlara əsasən, məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İslah prosesi məhkumun cəmiyyət tərəfindən təsbit olunmuş normalara uyğun hərəkət edən, cəmiyyətdə birgə yaşayış qaydalarına zidd hərəkətlər törətməkdən çəkinən, ictimaiyyət üçün faydalı hesab edilə biləcək fəaliyyətlə məşğul olan insana çevrilməsi məqsədini güdür. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu cəmi 6 (altı) gün müddət, habelə hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla ümumilikdə 08 (səkkiz) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, cəza çəkməsinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 6,798 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından iş üzrə müdafiəçi Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-633/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli 1(001)-253/2025 saylı hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu cəmi 6 (altı) gün müddət, habelə hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-253/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 6,798 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar