Məhkəmə qərarları › İş №1(004)-112/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-112/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-112/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonunun Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, hal-hazırda məhkumluğu olmayan, Abşeron rayonunun Giləzi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin aprel ayından 2018-ci ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Tibb Universitetinin X2 təcili tibbi yardım şöbəsində şifahi razılaşma əsasında növbətçi həkim-terapevt işləyərkən müalicə etdiyi Ramiz Əlicanovun arvadı Zərərçəkmiş şəxs3 özünü həm də Dövlət Təhlükəsizlik Xidmətinin həkimi kimi təqdim edərək, yüksək vəzifədə işləyən tanışlarının, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın tanışlarının olduğunu və lazım olsa təqaüd yaşına çatmış, xəstəliyi olan şəxslərə təqaüd düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 gözdən əlil kimi təqaüd düzəldib, aylıq 218 manat təqaüd almağı təşkil edəcəyi barədə yalandan vəd verib, öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi 1 saylı mənzilində 1150 manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq təqaüd kartlarının hazırlanmasını, kodların verilməsini və karta pulun yüklənməsini tezləşdirmək üçün 2018-ci ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi 1 saylı mənzilində 300 manat pulunu alıb, ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan suı-istifade etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin aprel ayından 2018-ci ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Tibb Universitetinin X2 təcili tibbi yardım şöbəsində şifahi razılaşma əsasında növbətçi həkim-terapevt işləyərkən, müalicə etdiyi Ramiz Əlicanovun arvadı Zərərçəkmiş şəxs3 özünü həm də Dövlət Təhlükəsizlik Xidmətinin həkimi kimi təqdim edərək, yüksək vəzifədə işləyən tanışlarının, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın tanışlarının olduğunu və lazım olsa təqaüd yaşına çatmış, xəstəliyi olan şəxslərə təqaüd düzəldə biləcəyi barədə, bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs1 gözdən əlil kimi təqaüd düzəldib, aylıq 218 manat təqaüd almağı təşkil edəcəyi barədə yalandan vəd verib, öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi 1 saylı mənzilində Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs3 verdiyi Zərərçəkmiş şəxs1 məxsus 1150 manat pulu Zərərçəkmiş şəxs3 alıb ələ keçirərək, zərərçəkmış Zərərçəkmiş şəxs1 1150 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin aprel ayından 2018-ci ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Tibb Universitetinin X2 təcili tibbi yardım şöbəsində şifahi razılaşma əsasında növbətçi həkim-terapevt işləyərkən, müalicə etdiyi Ramiz Əlicanovun arvadı Zərərçəkmiş şəxs3 özünü həm də Dövlət Təhlükəsizlik Xidmətinin həkimi kimi təqdim edərək, yüksək vəzifədə işləyən tanışlarının, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın tanışlarının olduğunu və lazım olsa təqaüd yaşına çatmış, xəstəliyi olan şəxslərə təqaüd düzəldə biləcəyi barədə, bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib, sonuncunun inam və etibarını qazanmış, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs4 Nadır qızına gözdən əlil kimi təqaüd düzəldib, aylıq 218 manat təqaüd almağı təşkil edəcəyi barədə yalandan vəd verib, öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi 1 saylı mənzilində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 verdiyi Zərərçəkmiş şəxs4 məxsus 1150 manat pulu Zərərçəkmiş şəxs3 alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 1150 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin aprel ayından 2018-ci ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Tibb Universitetinin X2 təcili tibbi yardım şöbəsində şifahi razılaşma əsasında növbətçi həkim-terapevt işləyərkən, müalicə etdiyi X1 Cavid Ramiz oğluna özünü həm də Dövlət Təhlükəsizlik Xidmətinin həkimi kimi təqdim edərək, yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib, həmin tanışlarının vasitəsilə onu 1 saylı klinik xəstəxanasının təcili tibbi yardım stansiyasında sürücü kimi işə qəbul etdirəcəyi, aylıq 400 manat əmək haqı alacağı, hər dəfə ezamiyyətə getdikdə gündəlik 70 manat pul veriləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib.sonuncunun inam və etibarını qazanmış, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq, Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədilə təcili tibbi yardım maşını sürən sürücülərə aid geyim formasını Zərərçəkmiş şəxs2 verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin may ayından 2018-ci ilin iyul ayınadək olan müddətdə Abşeron rayonu, Qobu qəsəbəsində hissə-hissə olmaqla, ümumilikdə 3700 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 3700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs7 özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqələri olan şəxs kimi təqdim edərək, Zərərçəkmiş şəxs7 vaxtilə X6 xidmətdə olduğu üçün əlavə təqaüd pulu almaq iddiası ilə məhkəməyə etdiyi müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının olmasına baxmayaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən 30000 manat məbləğində əlavə təqaüd pulunun ödənilməsinə köməklik edəcəyi barədə, bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib, sonuncunun inam və etibarını qazanıb bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2019-cu il tarixdə Yasamal rayonunun ərazisində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yanında 2700 manat pul alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs5 özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqələri olan şəxs kimi təqdim edərək, Zərərçəkmiş şəxs5 vaxtilə X7 və Ədliyyə Nazirliyində xidmətdə olub, sonradan işdən çıxmağı ilə bağlı olaraq, ala bilmədiyi təqaüdün ayrılması məsələsini təşkil edəcəyi və aylıq 600-700 manat təqaüd alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanıb bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Maliyyə Nazirliyinin inzibati binasının yaxınlığında 1000 manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq qeyd edilən təqaüdün ayrılması üçün əlavə pul lazım olması adı ilə 2019-cu ilin fevral ayının əvvəlində Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında 1500 manat pulu, daha sonra təqaüdün artımlarla hesablanması adı ilə 2019-cu ilin fevral ayının ortalarında Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında 1000 manat pulu, sonuncu dəfə təqaüd pulunun karta tez vurulması adı ilə xx xxxx 2019-cu il tarixdə Yasamal rayonu ərazisində Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən “xxxx” ASC-nin yanında 350 manat olmaqla, eyni məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddətdə hissə-hissə olmaqla, ümumilikdə 21220 manat pulu alıb, ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 21220 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs6 özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, nə vaxt hansı məsələdə problemi olsa köməklik etməyə hazır əlaqələri geniş olan şəxs kimi təqdim edərək, guya Dövlət Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş «Volkswagen Passat» markalı avtomaşının istismar müddəti başa çatdığından, avtmobilin DTX tərəfindən hərraca çıxarılmasını və həmin avtomobili 5000 manat pula onun üçün ala biləcəyi barədə, bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanıb bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin avqust ayının əvvəlində ünvan 1 ünvanda yerləşən “xxxx” ASC-nin binasının yanında 5000 manat pulu alıb, ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs6 özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, nə vaxt hansı məsələdə problemi olsa köməklik etməyə hazır əlaqələri geniş olan şəxs kimi təqdim edərək, Zərərçəkmiş şəxs6 qohumuna məxsus Xızı rayonu Fındığan kəndindəki 12,5 sot torpaq sahəsinə dair çıxarışı alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib, sonuncunun inam və etibarını qazanıb, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin avqust ayının ortasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən Dövlət Statistika Komitəsinin inzibati binasının yanında 1400 ABŞ dollar (həmin dövrün manat məzənnəsi ilə 2380 manat) və 20 manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq torpaq sahəsinə çıxarışla əlaqədar mütəxəssis rəyinin alınması barədə yalan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin avqust ayının sonunda ünvan 1 ünvanda yerləşən “xxxx" ASC-nin binasının yanında həmin vaxt bankdan kreditə götürdüyü 1100 manat pulu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs6 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs6 özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, nə vaxt hansı məsələdə problemi olsa köməklik etməyə hazır əlaqələri geniş olan şəxs kimi təqdim edərək, Zərərçəkmiş şəxs6 sərbəst hərəkət etməkdə çətinlik çəkməsini deyib, ona guya köməklik etmək məqsədilə nə vaxt pul lazım olsa kredit kartından pulu çıxarıb gətirib verəcəyi barədə biləbilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanıb bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin avqust ayının sonunda ünvan 1 ünvanda yerləşən “xxxx" ASC-nin binasının yanında həmin vaxt bankdan götürdüyü balansında 2400 manat olan “Bir kart" kredit kartını alıb, növbəti gün həmin kartdan 2400 manat pulu qeyd olunan ünvandakı bankomatdan çıxarıb nağdlaşdırmaqla ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs6 2400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2001-2009-cu illərdə Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə ali təhsil almaqla, ali məktəbi bitirdikdən sonra təyinatla Xızı rayon Mərkəzi xəstəxanasında hekim-terapevt kimi fəaliyyətə başlamışdır. 2016-cı ilin əvvəlinə qədər bu xəstəxanada işləmiş, 2016-cı ilin yanvar-fevral ayından isə Bakı şəhər TTTYS-da həkim kimi işləmişdir. Əvvəllər həkim olaraq müqavilə əsasında bir müddət Nəsimi rayonu ərazisində yerləşən «Alliance» klinikasında, daha sonra isə 2017-ci ilin aprel ayından başlayaraq isə razılıq-müqavilə əsasında Azərbaycan Tibb Universitetinin X2 təcili yardım şöbəsində növbətçi həkim kimi işləmişdir. “Alliance" klinikasında həkim işlədiyi dövrdə dələduzluq etdiyinə görə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. O, 2017-ci ilin sentyabr ayında X2 təcili tibbi yardım şöbəsində işdə olarkən Abşeron rayonunun Qobu qəsəbəsindən xəstəxanaya Əlicanov Ramiz adlı xəstə gətirilmiş və o, Ramizə tibbi yardım göstərmişdir. Həmin vaxtdan Ramizin oğlu Cavid, arvadı Nisəxanım və ailə üzvləri ilə aralarında tanışlıq yaranmışdır. Sonradan isə Ramizin ailə üzvlərinin təklifi ilə ona verdikləri 10-20 manat müqabilində yaşadığı Qobu qəsəbəsindəki evə gedib orada Ramizi müalicə etmişdir. Bununla əlaqədar Ramizin ailə üzvləri ilə aralarında mehriban münasibət yaranmış və ona inandıqlarından həmin şəxslərdən müəyyən yolla pul almaq qərarına gəlmişdir. Söhbət zamanı guya yüksək vəzifədə işləyən tanışlarının olduğunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın tanışlarının olduğunu, lazım olarsa, təqaüd yaşına çatmış, xəstəliyi olan şəxslərə təqaüd düzəldə biləcəyini demişdir. 2017-ci ilin dekabr ayının ortalarında Nisəxanımgildə olarkən söhbət zamanı guya onda Abşeron rayonu üzrə əlillik üçün bir ədəd boş arayış olduğunu deyib əgər istəsə, gözdən əlil kimi pensiyaya çıxarıb aylıq 218 manat təqaüd ala biləcəyini bildirmişdir. Nisəxanım və ailə üzvləri də ona inandığı üçün Nisəxanım razılaşmış və yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evdə ona 1150 manat pul vermişdir. Bundan başqa, təxminən xx xxxxxx 2018-ci il tarixdə yenə də Nisəxanımın yaşadığı evdə olarkən, yaxın bir həkim dostu olduğunu, həmin həkimdə də əlillik üçün bir ədəd boş arayış olduğunu, yaxın adam olarsa, həmin şəxsi də gözdən əlil kimi pensiyaya çıxara biləcəyini və aylıq 218 manat təqaüd ala biləcəyini bildirmişdir. Belə olan halda, Nisəxanım qardaşı Zərərçəkmiş şəxs1 əmək qabiliyyətinin olmamasına görə onu pensiyaya çıxarılmasını istəmiş, bu məqsədlə Nisəxanımın qardaşı Rafiqdən aldığı 1150 manat pulu Nisəxanımın yaşadığı evdə almışdır. Bundan sonra guya yenə boş arayış olduğunu, istəyən şəxslərin çox olduğunu deyib istəyirlərsə yenə qohumlarından kiməsə təqaüd düzəltməyi təklif etmişdir. Nisəxanım da qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs4 gözdən əlil kimi təqaüd düzəltməyi xahiş etdiyi üçün bu məqsədlə Sevdanın Nisəxanıma verdiyi 1150 manat pulu təxminən 2018-ci ilin yanvar ayının 12-də Nisəxanımın yaşadığı Qobu qəsəbəsindəki evdə sonuncudan götürmüşdür. Nisəxanım pulları ona verməmişdən qabaq Rafiq və Sevda ilə danışıb razılaşdıqdan sonra pulu alıb ona vermişdir. Sonra təqaüd kartlarının hazırlanmasını, kodların verilməsini və karta pulun yüklənməsini tezləşdirmək üçün VTK-də işləyən şəxsə 300 manat vermək lazım olduğunu deyib 2018-ci ilin yanvar ayının axırlarında Nisəxanımın yaşadığı Abşeron rayonu Qobu qəsəbəsindəki evdə Nisəxanımdan 300 manat pul almışdır. Lakin dedikləri yalan olduğundan Nisəxanım kartlar barədə soruşduqda guya bankda növbə olduğunu, pensiya hesablamasında nəsə səhvə yol verilməsini, pensiyanın az hesablanmasını, təkrar pensiya hesablanandan sonra pulların karta vurulacağı kimi bəhanələr deyib vaxtı uzatmışdır. Bundan əlavə, söhbət əsnasında Nisəxanımın oğlu Cavidin işsiz olması barədə məlumatı olduğundan onu guya təcili yardım maşını sürücüsü kimi işə düzəldə biləcəyini sonuncuya demişdir. Cavid onunla razılaşdığı üçün sürücü kimi işə düzəltmək adı ilə Caviddən hissə-hissə olmaqla 2018-ci ilin may ayından iyul ayınadək olan müddət ərzində yaşadığı Qobu qəsəbəsində 3700 manat pul almış, hətta Cavid maraqlandıqda onu aldatdığından şübhələnməməsi üçün xatırlamadığı mağazadan təcili yardım maşını sürücüləri üçün nəzərdə tutulan uniforma alıb Cavidə vermişdir. Sonradan isə onlar aldadıldıqlarını başa düşdükləri üçün pullarını istədikdə şikayət etməmələri üçün vaxt qazanmaq məqsədilə 500 manat pul qaytarmışdır. Bundan başqa, 2019-cu ilin yanvar ayında mərhum tanışı Mirabbas Əhmədovun vasitəsi ilə Zərərçəkmiş şəxs5 ilə tanış olmuş, söhbət əsnasında özünü DTX-nin həkimi kimi təqdim etmiş, eləcə də respublika səviyyəli şəxslərlə, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqəsinin olduğunu demişdir. Ramizin polisdə və islah əmək müəssisələrində işlədiyini, sonradan ixtisara düşməsi ilə əlaqədar xidmətdə olduğu müddətə görə pensiya ala bilmədiyini eşitmiş, xx xxxxxx 2019cu il tarixdə Ramizə təqaüd məsələsini həll edə biləcəyini demişdir. Ramiz isə onunla razılaşdığı üçün həmin məsələnin həllindən ötrü guya Maliyyə Nazirliyində işləyən şəxslərə, Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqələrindən istifadə etməklə və digər yalan bəhanələrlə təqaüdün ayrılması, təqaüdün artımlarla hesablanması, təqaüd pulunun karta tez vurulması və sair bəhanələrlə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs5 ümumilikdə 20-21 min manat pul almışdır. Sonradan Ramiz aldadıldığını başa düşdükdən sonra pulunun qaytarılmasını tələb etdiyi üçün 500 manat pul qaytarmışdır. Bundan əlavə, Yasamal rayonunda yerləşən çay evlərindən birində olarkən Ramizin vasitəsi ilə təsadüfən Zərərçəkmiş şəxs7la tanış olmuş, söhbət əsnasında özünü DTX-nin həkimi kimi təqdim etmiş, eləcə də respublika səviyyəli şəxslərlə, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqəsinin olduğunu demişdir. Eyni zamanda söhbət zamanı Süleymanın vaxtilə X7 xidmətdə olduğu üçün əlavə təqaüd pulu almaq istədiyini bilmiş, hətta bununla bağlı olaraq müvafiq məhkəmə qərarlarının da olması barədə sonuncu ona demişdir. O, həmin məsələni həll edə biləcəyini deyib Süleymanla razılaşdıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə Yasamal rayonunun ərazisində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında 2700 manat pul almış və Zərərçəkmiş şəxs7 aldatmış, aldığı pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, kirayədə yaşadığı evin həyətində yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs6 ilə tanış olmuş, söhbət zamanı İftixarın yol-nəqliyyat hadisəsi nəticəsində əmək fəaliyyətini itirməsini, keçmiş hərbiçi olmasını, təqaüdə çıxdıqdan sonra sürücü kimi işlədiyini öyrənmiş, özünü isə DTX-nin hospitalında işləyən həkim kimi təqdim etmiş, əlaqələrinin geniş olmasını, hansı məsələdə problem olarsa köməklik etməyə hazır olduğunu demişdir. 2019-cu ilin iyul ayının axırlarında İftixara istifadəsində olmuş “Volkswagen” markalı avtomaşının istismar müddəti başa çatdığı üçün DTX-nin hərraca çıxarıb satmaq istədiyini, avtomaşının 5000 manata satıldığını, belə bir avtomobilin bazarda 10-15 min manat dəyərində olduğunu, istəyirsə avtoobili 5000 manata ala biləcəyini, ayağında problem olduğundan, rahat gəzə bilmədiyindən avtomaşın olandan sonra rahat olacağını demişdir. İftixar onunla razılaşdığı üçün 2019-cu ilin avqust ayının əvvəlində ünvan 1 ünvanda yerləşən “xxxx” ASC-nin yanında İftixardan 5000 manat pul almışdır. Daha sonra İftixar Xızı rayonundakı torpaq sahəsini satıb bəzi problemlərini həll etmək istədiyini, lakin sənədi olmadığından sata bilmədiyini dediyi üçün ona məsələni həll edəcəyini bildirişdir. Belə ki, İftixara həmin torpaq sahəsinə dair çıxarışı alacağını yalandan deyib 2019-cu ilin avqust ayının ortasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən Dövlət Statistika Komitəsinin yanında 1400 ABŞ dollar (manat məzənnəsi ilə 2380 manat) və 20 manat pulu, daha sonra guya mütəxəssis rəyinin alınması lazım olduğunu deyib 2019-cu ilin avqust ayının sonunda “xxxx" ASC-dən kreditə götürdüyü 1100 manat pulunu, habelə sərbəst hərəkət etməkdə çətinlik çəkdiyini deyib ona guya köməklik etmək məqsədilə nə vaxt pul lazım olsa kartdan pulu çıxarıb gətirib verəcəyini deyib aldadaraq həmin vaxt bankın verdiyi balansında 2400 manat pul olan "Bir kart" kredit kartını İftixardan almışdır. Həmin 2400 manat pulu da İftixarın xəbəri olmadan ertəsi gün ünvan 1 ünvanda yerləşən “xxxx" ASC-nin bankomatından çıxartmış və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan bank artıq kartın ödənişləri ilə əlaqədar İftixarın təqaüd pulundan tutduğundan sonuncu bütün bunlardan xəbər tutmuşdur. İftixar ondan bu barədə soruşduqda ona narahat olmamasını, guya pulu banka ödəyəcəyini demişdir. Lakin o, pulu ödəməmiş, İftixarı aldadıb ondan aldığı pulları qaytarmamışdır. Sonrakı günlərdə isə telefon zənglərinə cavab verməmiş və yaşayış ünvanını da dəyişmişdir. Aldatdığı şəxslər dəfələrlə onun ailə üzvlərinin yaşadığı Xızı rayonuna gedərək onu axtarmış, orada hay-küy salaraq pullarını tələb etmiş, lakin ailə üzvləri ondan imtina etdiklərini deyərək bu barədə polisə şikayət etmələrini məsləhət görmüşlər. O, zərərçəkmiş şəxsləri aldadaraq onlardan aldığı pulları öz şəxsi işlərinə xərcləmiş və başqa şəkxə verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayında bacısının həyat yoldaşı mərhum Ramiz Əlicanovun müalicəsi ilə məşğul olarkən tanımışdır. Sonralar münasibətləri daha da yaxınlaşmış, evinə gəlib-getmişdir. Özü bu yaşa qədər rəsmi olaraq heç yerdə işləmədiyinə görə təqaüd almamışdır. Təqsirləndirilən şəxs isə bundan xəbər tutduqda bacısı Nisəxanıma həm onu, həm bacısını, həm də qardaşı Mərdağanın həyat yoldaşı Sevdaya təqaüd düzəldə biləcəyini bildirmişdir. Bacısı Nisəxanım isə Natiqin bu sözlərinə inanmış, ilkin olaraq özünün təqaüd məsələsinin həlli üçün 2017-ci ilin dekabr ayının ortalarında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evində Natiqə 1150 manat pul vermişdir. Bacısı pulu Natiqə verdikdən sonra o da özü 1150 manat pul tapıb Natiqə verməsi üçün bacısına vermişdir. Bacısı Nisəxanım isə həmin pulu 2018-ci ilin yanvar ayının əvvəlində yaşadığı Qobu qəsəbəsindəki evində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onu da, bacısı Nisəxanımı da gözdən əlil kimi təqaüdə çıxarmaqla, aylıq 218 manat təqaüd alacaqları barədə söz vermişdir. Bacısı Nisəxanım təqaüdə çıxmağa görə Natiqə ümumilikdə 2300 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs4 da təqaüdə çıxarılması ilə bağlı bacısına yalandan vəd vermiş, bacısı isə bu barədə qardaşının həyat yoldaşı Sevdaya demişdir. Sevda 1150 manat pul tapıb bacısına vermiş, bacısı isə 2018-ci ilin yanvar ayının ortalarında həmin pulu yenə də yaşadığı Qobu qəsəbəsindəki evində Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs bacısı Nisəxanım Əlicanovdan ümumilikdə 3450 manat pul alaraq, onu, bacısı Nisəxanım Əlicanovu, eləcə də qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs4 gözdən 1-ci qrup əlil kimi aylıq 218 manat təqaüd alacağı barədə yalandan vəd verib aldatmışdır. Bildiyinə görə bacısı Nisəxanım əlavə olaraq 300 manat da Natiqə pul vermişdir ki, guya Natiqin deməsinə görə VTK-dən təqaüd kartlarının alınmasına verəcəkdir. Natiq hər dəfə onlarla görüşəndə narahat olmamağı, təqaüd pulunun 2017-ci ilin dekabr ayından hesablanacağını demişdir. Təxminən 5-6 ay keçmiş, Natiqdən heç bir xəbər çıxmamış, sonra başa düşmüşlər ki, Natiq onları aldatmışdır. Bu səbəbdən də şikayət etmək qərarına gəlmiş və Natiq bundan xəbər tutduqda, pulu qaytaracağını deyərək, şikayət etməmələri üçün onlara yalvarmış, lakin yenə də pulu qaytarmamışdır. Onlar məcbur olub 2019-cu ilin yanvar ayında Abşeron RPİ-ə şikayət etmişlər. Natiq bir həkim kimi bacısının mərhum yoldaşı Ramizin qayğısına qalmış, lazım olan bütün tibbi yardımları etmişdir. Bu səbəbdən də bacısı oğlu Cavid də təcili tibbi yardım stansiyasında sürücü kimi işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Qobu qəsəbəsində 3700 manat pul vermiş, Natiq Cavidi də aldatmışdır. Özü şəxsən əlbəəl Natiqə pul verməmiş, pulu bacısı Nisəxanım vasitəsilə Natiqə vermişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, həmin pulu təqsirləndirilən şəxsdən tələb etdiyini və ondan şikayətçi olduğunu bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində birldirmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayında mərhum atası Ramiz Əlicanovun müalicəsi ilə məşğul olarkən tanımış, sonralar münasibətləri daha da yaxınlaşıb, evinə gəlib-getmişdir. Natiqin bir həkim kimi atasına olan qayğısı, münasibəti ailədə ona qarşı böyük inam yaratmışdır. Natiq həmişə söhbətlərində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın tanışlarının olduğunu və lazım olarsa təqaüd yaşına çatmış, xəstəliyi olan şəxslərə təqaüd düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs hamısı inandığı üçün anası Nisəxanım yaşadığı Qobu qəsəbəsindəki evdə Natiqə ümumilikdə 3750 manat pul vermişdir. Belə ki, Natiq həmin pula həm anasına, həm dayısı Rafiqə, həm də dayısı arvadı Sevdaya gözdən 1-ci qrup əlil kimi təqaüd düzəldəcəyini və aylıq 218 manat təqaüd alacaqlarına dair söz vermişdir. Pulları Natiqə anası vermişdir. Anasıgil pulu Natiqə verdikdən bir müddət sonra Natiq onları arxayın etmişdir ki, aylıq təqaüdlər üst-üstə karta yığılır, birdəfəlik alacaqlar. Söhbətlərin birində Natiq təcili tibbi yardım stansiyasında sürücü kimi onu işə düzəldə biləcəyini, aylıq 400 manat əmək haqqı alacağını, hər dəfə də ezamiyyətə getdikdə gündəlik 70 manat pul veriləcəyini bildirmişdir. Bu işin həlli üçün isə 4000 manata yaxın pul lazım olduğunu demiş, onun rəsmi iş yeri olmadığına görə Natiqlə razılaşmışdır. Bu məqsədlə də 2018-ci ilin may ayından iyul ayınadək olan müddət ərzində yaşadığı Qobu qəsəbəsində Natiqə ümumilikdə 3700 manat pul vermişdir. Hətta Natiq onunla Bakı Metropoliteninin “20 Yanvar" stansiyasının yaxınlığında yerləşən “Respublikanski Xəstəxana” deyilən yerdə görüşmüş və orada ona təcili yardım maşını sürən sürücülərə aid olan geyim forması vermiş və ertəsi gündən işə çıxacağını, birbaşa Gəncə şəhərinə gedib oradakı xəstəxanaların birindən Bakıya Mərkəzi Klinikaya xəstə gətirməli olduğunu demişdir. O, isə formanı dərzidə düzəltdirib ertəsi gün Natiqlə əlaqə saxlayanda Natiq həmin gün gedə bilməyəcəyini, maşının xarab olduğunu deyərək, bir az gözləməyi məsləhət bilmişdir. Sonrakı günlərdə o, Natiqin onları aldatdığını başa düşmüşdür. Belə ki, anasıgilin işiylə bağlı Natiq hər gün dayısını və onu Bakı şəhərinin xəstəxanalarının həyətində süründürmüş və vaxtı uzatmışdır. Təxminən 5-6 ay keçmiş, Natiqdən heç bir xəbər çıxmamışdır. Bu səbəbdən də şikayət etmək qərarına gəlmiş, Natiq bundan xəbər tutduqda pulu qaytaracağını deyərək, şikayət etməmələri üçün onlara yalvarmışdır. Lakin yenə də pulu qaytarmamış, onlar məcbur olub 2019-cu ilin yanvar ayında Abşeron RPİ-nə şikayət etmişlər. Onların aldanmalarına səbəb Natiqin həkim olmaqla atası Ramizin qayğısına qalması və ailədə böyük hörmət qazanması olmuşdur. Natiq ondan aldığı puldan cəmi 500 manat pul qaytarmışdır. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb etdiyini və ondan şikayətçi olduğunu bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında tanımışdır. 2014cü ildə ağır yol-nəqliyyat hadisəsi nəticəsində əmək fəaliyyətinin müəyyən hissəsini itirmiş, keçmiş hərbiçi olduğu üçün aldığı 504 manat təqaüdlə dolanır. Həmişə yaşadığı evin həyətində meyvə-tərəvəz köşkünün yaxınlığında kirayədə yaşayan Natiq adlı həkim teztez gəlib-getmiş, onunla münasibət yaratmışdı. Natiqin deməsinə görə DTX-nin hospitalında həkim işləmiş, əlaqələri geniş olduğundan nə vaxt hansı məsələdə problemi olsa ona köməklik etməyə hazır olduğunu bildirmişdir. Söhbət əsnasında Natiq onun təqaüdə çıxandan sonra sürücü kimi işlədiyini bilmişdir. 2019-cu ilin iyul ayının axırlarında Natiq ona öz istifadəsində olan “Volkswagen” markalı avtomaşının istismar müddəti bittiyi üçün nazirlik tərəfindən hərraca çıxarıldığını, avtomaşının 5000 manata satıldığını, belə bir nəqliyyat vasitəsinin bazarda 10-15 min manat dəyəri olduğunu, ayağında problem olduğu üçün rahat gəzə bilmədiyindən onun xətrinə avtomaşını 5000 manata ala biləcəyini bildirmişdir. Natiq onu DTX-nin Parlament prospektində yerləşən inzibati binasının yanına aparmış və orada DTX-nin binasına yaxın yerdə park edilmiş “Volkswagen Passat" markalı avtomaşını göstərib onun satıldığını bildirmişdir. Natiqin onu DTX-nin binasının yanına çağırmağı və ona maşını göstərməsi Natiqə olan etibarını daha da artırmış, sonuncuya razılıq vermişdir. 2019-cu ilin avqust ayının əvvəlində illərlə topladığı 5000 manat pulu ünvan 1 ünvanında yerləşən «xxxx” ASC-nin depozit hesabından çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Aradan bir müddət keçdikdən sonra Natiq avtomaşın real qiymətindən çox aşağı satıldığı üçün işin ləngidiyini və bu barədə sənədləşmə işləri aparıldığını, avtomaşının onun olduğunu bildirmişdir. Bundan əlavə, Natiqlə söhbət əsnasında Xızı rayonunun Fındığan kəndində 12,5 sotda torpaq sahəsi olduğunu, lakin torpaq sahəsinin kirvəsi İbrahimin həyat yoldaşının adına olduğunu, həmin torpaq sahəsini satıb müəyyən maddi problemlərini həll etmək istədiyini, torpağın çıxarışı olmadığını, bələdiyyə sənədi olduğunu Natiqə bildirmişdir. Natiq isə ona problem olmadığını, onun əmlak komitəsində işləyən tanışları olduğunu, torpağın çıxarışını almağın problem olmadığını demişdir. Ertəsi gün Natiq torpağın çıxarış sənədini almaq üçün 2500 manat pul lazım olduğunu bildirmiş, Natiqə əlində o qədər məbləğdə pul olmadığını, olan pulunu isə avtomaşın almağa görə verdiyini demişdir. Lakin Natiq onunla elə danışmışdır ki, əgər bu pulu tez tapıb verməsə iş alınmayacaq, gözəl şans yaranmışdır, məsələni tez həll eləmək lazımdır. Natiqə inanıb bacısı Sevinc İsgəndərovadan 1400 ABŞ dollar borca pul alıb və üzərində olan 20 manat pulu 2019-cu ilin avqust ayının ortasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən Dövlət Statistika İdarəsinin binasının yanında təklikdə Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Natiq bu işin əlavə problemi yarandığını, kosmik ölçü götürmək üçün GPS deyilən qurğu, mütəxəssis aparıb yerində torpağa baxılmalı olduğunu, mütəxəssis rəyi olmasa torpağın sənədləşmə işlərinin alınmayacağını, bu işin həlli üçün əlavə olaraq 1100 manat pul lazım olduğunu bildirmişdir. O, Natiqə bu pulu heç cür tapa bilməyəcəyini, əgər özünün varıdırsa onun əvəzindən verməsini, torpaq satıldıqdan sonra həmin pulu ona qaytaracağını demişdir. Natiq isə özündə olan pulların hamısını böyük işə qoyduğunu, hətta bankdan da kreditə pul götürdüyünü, istəsə ona da bankdan kreditə pul götürməkdə köməklik edə biləcəyini bildirmiş, o, məcbur olub razılaşmışdır. 2019-cu ilin avqust ayında Natiq onu Yasamal rayonu, Landau küçəsi 6 saylı ünvanda yerləşən “xxxx" ASC-yə aparmış, orada onun adına 1100 manat pul krediti götürmüşdür. Krediti götürəndə bank işçisi təklif etmişdir ki, kredit götürənə bank «Bir kart» verir, həmin kartda əlavə olaraq 2400 manat da pul olur. O, bu təklifdən imtina etdikdə Natiq təkidlə kartı götürəsini, onun lazım olacağını demişdir. O razılaşıb “Bir kart” kredit kartını götürmüş, kartın məxfi kodunu Natiq özü açıb götürərək, “İftixar özün sərbəst hərəkət etməkdə çətinlik çəkirsən, qoy kart məndə qalsın, sənə nə vaxtsa pul lazım olsa, mənə deyərsən, kartdan pul çıxarıb gətirib sənə verərəm, sən əziyyət çəkmə” demişdir. O, qonşu, həkim, DTX işçisi kimi qəbul etdiyi bu şəxsin ona olan münasibətinə inanmışdır. Bir neçə gündən sonra bankla əlaqə saxladıqda ona kartda olan 2400 manat pulun hamısının çıxarıldığı bildirilmiş, onun banka borcu yaranmış, hər ay onun aylıq təqaüdündən 252 manat pul tutulmağa başlamışdır. Natiqə zəng vurub işlərin nə yerdə olduğunu və nəyə görə ondan xəbərsiz kartdan pulu çıxarmasını soruşduqda Natiq ona narahat olmamasını, pulu qaytaracağını bildirmişdir. O, Natiqin onu aldatdığını başa düşmüş və ona görə də verdiyi pulların qaytarılmasını tələb etməyə başlamışdır. Natiq pulu qaytaracağını deyərək onu DTX-nin binasının yanına çağırmış, onlar orada görüşmüş, Natiq onu 1 saat gözlətdikdən sonra pulları ala bilmədiyi üçün onun pulunu qaytara bilməyəcəyini, onunla daha sonra əlaqə saxlayacağını demişdir. O, Natiqin DTX işçisi olmasına inandığı üçün qorxusundan heç nə deməyib getmişdir. Lakin günlər keçdikcə Natiqin onu aldatmasına bir daha əmin olmuş və başa düşmüşdür ki, artıq gecdir, pullarını Natiq ələ keçirmişdir. Hətta bir dəfə yaşadığı evin yanında, küçədə Natiq təsadüfən qarşısına çıxmış, onun üstünə gedib pulunu tələb etməyə başlayanda sonuncu qaçıb getmişdir. Sonralar isə kirayə qaldığı evdən də çıxmışdır. Daha sonra isə xəbər tutmuşdur ki, Natiq başqa bir neçə şəxsi də onun kimi aldatmışdır. Onlar birlikdə kollektiv ərizə ilə Təqsirləndirilən şəxs etdiyi dələduzluq hərəkətləri ilə bağlı müxtəlif instansiyalara müraciət etmişlər. O, 2019-cu ilin avqust ayı ərizində Təqsirləndirilən şəxs ümumilikdə 10.900 manat pul vermiş və həmin məbləğ də Natiq tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayında mərhum tanışı Mirabbas Əhmədovun vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs özünü DTX-nin həkimi kimi təqdim etmiş, eləcə də respublika səviyyəli şəxslərlə, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqəsinin olduğunu bildirərək istənilən problemli məsələlərdə köməklik edə biləcəyini demişdir. O, əvvəllər X6 və Ədliyyə Nazirliyində işləmiş, 1989-cu ildə ixtisara düşmüş, sonralar isə müxtəlif şirkətlərdə sürücü kimi işləmiş, daha sonra yaşa görə 238 manat aylıq təqaüd almışdır. Lakin xidmət olduğu müddətdə 2 ay çatmadığına görə pensiya ala bilməmiş, xidməti fəaliyyətindən Təqsirləndirilən şəxs də məlumatı olmuş və ona bu barədə danışmışdır. Natiq isə bu işin həlli üçün heç bir problemin olmadığını, ona təqaüd düzəldə biləcəyini, aylıq 600-700 manat təqaüd ala biləcəyini demiş, o, Natiqə inanmışdır. xx xxxxxx 2019-cu il tarixdə Natiq ona bildirmişdir ki, onun təqaüd məsələsinin həlli üçün Maliyyə Nazirliyində ayrı-ayrı şöbələrdə işləyən şəxslərə pul vermək lazımdır. İlkin olaraq 1000 manat pulu Maliyyə Nazirliyinin binasının qarşısında həmin günü Natiqə vermiş, 2019-cu ilin fevral ayının əvvəlində Natiq yenidən əlaqə yaradaraq əlavə olaraq 2000 manat pul tələb olunduğunu, lakin onun xahişçisi olduğu üçün 1500 manat kifayət edəcəyini bildirmiş, həmin məbləği hazır edib Bakı Metropoliteninin “Nizami" stansiyasının yaxınlığında Natiqə vermişdir. Bir müddət sonra 2019-cu ilin fevral ayının ortalarında Natiq yenə də ona zəng vurub ayrılan təqaüdün artımlarla hesablanması üçün məsul şəxslərə 1000 manat pul verilməli olduğunu bildirmiş və o həmin məbləği DİN-nin inzibati binasının arxa tərəfində Natiqə vermişdir. Beləliklə, Natiq 2019-cu ilin yanvar ayından başlayaraq iyun ayının 10-a kimi olan müddətdə təqaüdün ayrılması adı ilə ondan 21.220 manat pul almış, sonuncu dəfə isə xx xxxx 2019-cu il tarixdə Yasamal rayonu ərazisində Bakı Metropoliteninin “Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən “xxxx” ASC-nin bankomatından 350 manat çıxarıb Natiqə vermişdir. Natiq ona 350 manatı onun təqaüdünü kartına tez vurması üçün Maliyyə Nazirliyində işləyən bir qadına verəcəyini demişdir. Lakin günlər keçdikcə Natiqdən heç bir xəbər çıxmamış, həmin ərəfələrdə «Aysunay» mərasim evinin yaxınlığındakı çayxanada olarkən təsadüfən İftixarla tanış olmuş, söhbət əsnasında bilmişdir ki, Natiq İftixarı da aldadaraq pulunu ələ keçirmişdir. Bundan sonra başa düşmüşdür ki, o da aldanmış, daha sonra başqa şikayətçilərin də olduğunu bilmişdir. Ona görə də Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamış, lakin Natiq hər dəfə pulun qaytarılmasına söz versə də bu günədək pulun yalnız 500 manat hissəsini qaytarmış, qalan pulu isə qaytarmamışdır. Bu səbəbdən də hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Natiqə verdiyi pulun 15000 manata qədəri özünün olmuş, qalan 6000 manatını isə qohumlarından borc olaraq alıb Natiqə vermiş, qohumlarının pulunu sonradan qaytarmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxsdən şikayətçi və tələbkar olduğunu, ona dəymiş ziyandan heç bir ödəniş edilmədiyini, xəstəliyi ilə əlaqədar məhkmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təqsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayında mərhum həyat yoldaşı Ramiz Əlicanovun müalicəsi ilə məşğul olanda tanımışdır. Sonralar münasibətləri daha da yaxınlaşıb, evinə gəlib-getmişdir. Natiqin bir həkim kimi əri Ramizə olan qayğısı, münasibəti ona qarşı böyük inam və hörmət yaratmışdır. Natiq həmişə söhbətlərində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın tanışlarının olduğunu və lazım olsa təqaüd yaşına çatmış, xəstəliyi olan şəxslərə təqaüd düzəldə biləcəyini demişdir. 2017-ci ilin dekabr ayının ortalarında Natiq onun evinə gələrkən evdə ona demişdir ki, Abşeron rayonu üzrə əlillik üçün bir ədəd boş arayışı vardır, əgər istəsə onu gözdən əlil kimi pensiyaya çıxarıb aylıq 218 manat təqaüd ala bilər və bu işin həlli üçün 1150 manat pul verilməlidir. Natiq «yuxarılarla» işlədiyini və ona görə də ona bu işi ucuz etdiklərini, başqa həkimlər üçün isə bu işin qiymətinin 3500 manat olduğunu demişdir. O, Natiqə inandığı üçün bu təkliflə razılaşmış və yaşadığı Qobu qəsəbəsindəki evində 2017ci ilin dekabr ayının ortalarında ona 1150 manat pul vermişdir. Natiq pulu alıb ən qısa müddətdə onun pensiya məsələsini həll edəcəyinə söz vermişdir. Bundan bir qədər sonra 2018-ci ilin yanvar ayının 5-də Natiq onun evində olanda demişdir ki, yaxın bir həkim dostu vardır, həmin həkimdə də əlillik üçün bir ədəd boş arayış vardır, yaxın adam olsa, həmin şəxsi də gözdən əlil kimi pensiyaya çıxara bilər və aylıq 218 manat da təqaüd ala bilər. Belə olan halda qardaşı Zərərçəkmiş şəxs1 əmək qabiliyyətinin olmamasına görə Rafiqin pensiyaya çıxarılması üçün Natiqə demiş, Natiq isə onunla razılaşmış və bu işin həlli üçün ucuz edəcəyini, yəni 1150 manat pul lazım olduğunu demişdir. Bu barədə qardaşı Rafiqə dedikdə, sonuncu razılaşdığı üçün təxminən 2018-ci ilin yanvar ayının 8-də Rafiq yaşadığı evdə ona 1150 manat pul vermiş, o da həmin pulu həmin gün yaşadığı Qobu qəsəbəsindəki evində Təqsirləndirilən şəxs vermişdir. Bu hadisədən 3-4 gün sonra Natiq zəng vurub demişdir ki, onda əlillik üçün bir ədəd boş arayış vardır, təqaüd almaq istəyən tanış adam varsa tez tapıb ona desin, yoxsa istəyən şəxs çoxdur. Natiq yenə də 1150 manat pul lazım olduğunu bildirmiş, o da qardaşı Mərdağanın yoldaşı Sevdaya zəng vurub bu barədə ona demişdir. Sevda onun və qardaşı Rafiqin də Natiqə pensiyaya görə pul verdiyindən məlumatlı olduğuna görə razılaşmış və həmin gün 1150 manatı gətirib evində ona vermiş, o isə Natiqə zəng vurub bildirdikdən sonra ertəsi gün həmin pulu evində Təqsirləndirilən şəxs vermişdir. Natiq demişdir ki, ən uzağı 1 ay müddətində onun, qardaşı Rafiqin və qardaşının yoldaşı Sevdanın pensiya kartları hazır olacaqdır. 3-4 gün sonra Natiq zəng vurub demişdir ki, kartlar hazırdır, kodları qalıb, kodların verilməsini tezləşdirmək və karta pulun yüklənməsi üçün VTK-də işləyən şəxsə 300 manat vermək lazımdır. Pulu tez versə, karta da pul tez yüklənəcək. Natiqin deməsinə görə pensiya kartlarına 1 ilin pensiya pulu yüklənəcək və buna görə də onlara pensiya pulsuz başa gələcəkdir. Natiqə inandığı üçün anasından 300 manat pul alıb yenə də yaşadığı evdə 2018-ci ilin yanvar ayının axırlarında Təqsirləndirilən şəxs vermişdir. Natiq pulu alıb demişdir ki, sabah pullar karta vurulacaqdır. Ertəsi gün Natiqə zəng vurub işlə maraqlandıqda Natiq demişdir ki, burda növbə çoxdur, ola bilsin növbə sabaha qalsın. Yenə Natiqə inanmış, ertəsi gün Natiq yenə demişdir ki, heç bir narahatçılığa əsas yoxdur, pensiya hesablamasında səhvə yol verilmiş, guya ki, pensiya az hesablanmış və ona görə də təkrar pensiya hesablandıqdan sonra pullar karta vurulacaqdır. O, yenə də Natiqin sözlərinə inanmışdır. Bundan əlavə, Natiq söhbət əsnasında həmişə oğlu Cavidə demişdir ki, əgər istəyirsə onu təcili yardım maşını sürücüsü kimi işə düzəldə bilər, oğlu da Natiqlə razılaşmışdır. Natiq oğlu Caviddən sürücü kimi işə düzəltmək üçün hissə-hissə olmaqla 2018-ci ilin may ayından iyul ayınadək olan müddət ərzində yaşadığı Qobu qəsəbəsində 3700 manat pul almışdır, hətta oğlu Cavidə təcili yardım maşını sürücüləri üçün nəzərdə tutulan forma da gətirib vermişdir. Günlər, aylar ötdükcə Natiqdən heç bir xəbər çıxmamış, hər dəfə əlaqə saxladıqda müxtəlif bəhanələr gətirib aldatmağa başlamış, demək olar ki, Təqsirləndirilən şəxs hər gün oğlu Cavidi, qardaşı Rafiqi Bakı şəhərinin xəstəxanalarının həyətində süründürmüş, vaxtı uzatmışdır. Təxminən 5-6 ay keçmiş, Natiqdən heç bir xəbər çıxmamış, sonra başa düşmüşdür ki, Natiq onları aldatmışdır. Bu səbəbdən də şikayət etmək qərarına gəlmiş və Natiq bundan xəbər tutanda yalvarmışdır ki, şikayət etməsinlər, pulunu qaytaracaq, lakin yenə də pulu qaytarmamışdır. Onlara sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir çox adamları da aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 onun baldızıdır. Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayında baldızı Nisəxanımın həyat yoldaşı mərhum Ramiz Əlicanovun müalicəsi ilə məşğul olanda qiyabi olaraq tanımışdır. Nisəxanımın sözlərindən eşitmişdir ki, Natiq çox gözəl həkimdir, mərhum Ramizin müalicəsi ilə məşğul olmuş, həftədə 3-4 dəfə yaşadıqları Qobu qəsəbəsindəki evə gələrək Ramizə tibbi yardım göstərmişdir. Nisəxanımın sözlərindən eşitmişdir ki, Natiqin yüksək vəzifədə işləyən çoxlu tanışları vardır, pensiya məsələlərində çox adamlara köməklik etmişdir. Özü bu yaşa qədər rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə təqaüd almamışdır. Təqsirləndirilən şəxs isə bundan xəbər tutanda baldızı Nisəxanıma bildirmişdir ki, adam olsa əlil kimi təqaüd düzəldə bilər. Nisəxanım da Natiqin bu sözlərinə inanmış, ilkin olaraq özünün təqaüd məsələsinin həllindən ötrü 2017-ci ilin dekabr ayının ortalarında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evində Natiqə 1150 manat pul vermişdir. Daha sonra qaynı Rafiq də 1150 manat pul tapıb Nisəxanıma vermişdir ki, Rafiqin də əlil kimi təqaüd məsələsini həll etməsi üzün Natiqə versin. Nisəxanım 2018-ci ilin yanvar ayının əvvəlində yaşadığı Qobu qəsəbəsindəki evdə həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qaynı Rafiqi də, baldızı Nisəxanımı da gözdən əlil kimi təqaüdə çıxardıb, aylıq 218 manat təqaüd alacaqları barədə onlara söz vermişdir. 2018-ci ilin yanvar ayının 11-12-də Nisəxanım ona zəng vurub bildirmişdir ki, Natiq həkimin deməsinə görə ona Nazirlikdən bir nəfər yer ayrılıb, yaxın tanışı olan adama pensiya kəsdirə bilər, əgər istəsə Natiqə bu barədə deyib ona da pensiya müavinətinin ayrılmasında köməklik edə bilər. Nisəxanım Natiqin deməsinə görə tanışlıqla Natiqin bu işi 1150 manata həll edə biləcəyini, yəni qohum olduğuna görə onlara neçəyə həll edibsə o qiymətə düzəldə biləcəyini bildirmişdir. O da razılaşmış və evindən 1150 manat pul götürüb Nisəxanımın yaşadığı evə gedib Nisəxanıma vermişdir. Nisəxanım da Natiqə zəng vurub, pulun hazır olduğunu demişdir. Bildiyi qədər Natiq ertəsi gün Nisəxanımın yaşadığı evə gələrək onun Nisəxanıma verdiyi 1150 manat pulu almışdır. Lakin günlər, aylar keçmiş, Natiqdən heç bir xəbər çıxmamış, sonda isə aldandıqlarını başa düşmüşlər. Beləliklə, Təqsirləndirilən şəxs baldızı Zərərçəkmiş şəxs3 ümumilikdə 3450 manat pul alaraq, onu, baldızı Zərərçəkmiş şəxs3, eləcə də qaynı Rafiqi gözdən 1-ci qrup əlil kimi təqaüd kəsdirəcəyi və aylıq 218 manat təqaüd alacağı barədə yalandan vəd verib onları aldatmışdır. Bildiyinə görə Natiqə baldızı Nisəxanım əlavə olaraq 300 manat da pul vermişdir ki, guya Natiqin deməsinə görə VTK-dən təqaüd kartlarının alınmasına verəcəkdir. Natiq hər dəfə Nisəxanımla, qaynı Rafiqlə görüşəndə demişdir ki, narahat olmayın, təqaüd pulu 2017-ci ilin dekabr ayından hesablanacaqdır. Təxminən 5-6 ay keçmiş, Natiqdən heç bir xəbər çıxmamış, sonra başa düşmüşlər ki, Natiq onları aldatmışdır. Baldızı oğlu Cavid də təcili tibbi yardım stansiyasında sürücü kimi işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Qobu qəsəbəsində 3700 manat pul vermiş və Natiq Cavidi də aldatmışdır. Bu səbəbdən də şikayət etmək qərarına gəlmiş və Natiq bundan xəbər tutanda yalvarmışdır ki, şikayət etməyin, pulu qaytaracaqdır. Lakin yenə də pulu qaytarmamış, məcbur olub 2019-cu ilin yanvar ayında qaynı Rafiq və baldızı oğlu Cavid Abşeron RPİ-nə şikayət etmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ilin yanvar ayında Yasamal rayonunda yerləşən çay evində olarkən təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs özünü DTX-nin hospitalının həkimi kimi təqdim etmiş, eləcə də respublika səviyyəli şəxslərlə, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqəsinin olduğunu bildirərək istənilən problemli məsələlərdə köməklik edə biləcəyini demişdir. Özü 1976-cı ildən 2006-cı ilə qədər DİO-da xidmət etmiş və əlavə təqaüd pulu almaq üçün məhkəməyə müraciət etmişdir. Həmin vaxtlar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının olmasına baxmayaraq Dövlət Sosial Müdafiə Fondu 30000 manat məbləğində əlavə təqaüd pulunu ödəməmiş, Təqsirləndirilən şəxslə söhbət zamanı bu barədə danışmış, Natiq də əlaqələrinin olmasına və həmin məbləğdə pulun ödənilməsinə köməklik edəcəyinə dair vəd verməsinə arxayın olub razılıq vermişdir. Əlavə təqaüd pulunun ödənilməsi üçün Natiq müəyyən məbləğdə maliyyə vəsaitinin tələb olunduğunu demiş və nəticədə ondan 2700 manat pul istəmişdir. Natiqə inandığı üçün xx xxxxxx 2019cu il tarixdə Yasamal rayonunun ərazisində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında 2700 manat pulu Natiqə vermişdir. Sonradan məlum olmuşdur ki, Natiq ondan başqa bir neçə nəfəri də aldadaraq pullarını ələ keçirmişdir. Bundan sonra başa düşmüşdür ki, aldanmış, daha sonra başqa şikayətçilərin də olduğunu bilmişdir. Ona görə də Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamış, lakin Natiq hər dəfə pulun qaytarılmasına söz versə də, bu günədək pulu qaytarmamışdır. Beləliklə, xx xxxxxx 2019cu il tarixdə Yasamal rayonunun ərazisində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Təqsirləndirilən şəxs yüksək vəzifəli şəxslərlə əlaqəsinin olmasını deyib Dövlət Sosial Müdafiə Fondu tərəfindən 30000 manat məbləğində əlavə təqaüd pulunun ona ödənilməsinə köməklik edəcəyinə dair yalan vəd verib 2700 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs inandığı üçün pul verdikdə bunu təsdiq edə bilən hər hansı bir sənəd və ya əlyazma istəməmiş, habelə 2700 manat pulu verdikdə Natiqlə təklikdə görüşüb vermişdir. Təqsirləndirilən şəxs özünü DTX-nin hospitalının həkimi kimi təqdim edəndə bunu təsdiq edən hər hansısa bir sənəd göstərməsini dedikdə, Natiq sənəd göstərməyin qadağan olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayında həyat yoldaşı Ramizə görə tanımışdır. Təqsirləndirilən şəxs özünü DTX-nin həkimi kimi təqdim etmiş, eləcə də respublika səviyyəli şəxslərlə, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqəsinin olduğunu bildirərək istənilən problemli məsələlərdə köməklik edə biləcəyini demişdir. Həyat yoldaşı 1973-cü ildən 1982-ci ilə qədər gecə polisində, 1982-1989-cu illərdə isə islah emək müəssisələrində işləmişdir. 1989-cu ildə ixitsara düşmüş, sonralar isə müxtəlif şirkətlərdə sürücü kimi işləmişdir. Hal-hazırda yaşa görə 238 manat aylıq təqaüd alır. Lakin X6, eləcə də Ədliyyə Nazirliyində xidmətdə olduğu müddətdə 2 ay vaxtı çatmadığına görə pensiya ala bilməmişdir. Bir gün Ramiz evə gəlib bildirmişdir ki, polisdə, türmədə işlədiyi xidmət illəri ilə bağlı Təqsirləndirilən şəxs onun pensiya məsələsini həll etməyə söz vermişdir. O isə yoldaşı Ramizə demişdir ki, bir az ehtiyatlı olsun, onu aldadarlar. Ramiz isə Təqsirləndirilən şəxs böyük adam olduğunu, DTX-də həkim işlədiyini, tanışlarının çox oldğunu deyərək narahat olmamağı demişdir. Özü də bir neçə dəfə Təqsirləndirilən şəxs görmüş, söhbət etmiş, Natiq hətta onların evində də olmuşdur. Natiqin deməsinə görə yoldaşının aylıq təqaüdü 600-700 manat arasında olmalıdır. Xülasə Təqsirləndirilən şəxs bu adla yoldaşı Ramizdən 2019-cu ilin yanvar ayından başlayaraq iyun ayının 10-a kimi olan müddətdə müxtəlif vaxtlarda, əsasən də yaşadığı Yasamal rayonu ərazisində ümumilikdə 21220 manat pul almışdır. Dəfələrlə onun yanında Natiq yoldaşı Ramizə zəng vurub gah Maliyyə Nazirliyində işləyən bir qadına 2000 manat pul verilməli olduğunu, gah Sosial müdafiə fondunda işləyən şəxsə 1500 manat pul verilməli olduğunu, gah da Daxili İşlər Nazirliyində işləyən bir şəxsə 2500 manat pul verilməli olduğunu bildirərək pul almışdır. Sonuncu dəfə isə xx xxxx 2019-cu il tarixdə Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yanında yerləşən "xxxx” ASC-nin yanında Natiq yoldaşı Ramizdən 350 manat pul almışdır. Lakin günlər keçdikcə Natiqdən heç bir xəbər çıxmamış, həmin ərəfələrdə yoldaşı «Aysunay» mərasim evinin yaxınlığındakı çayxanada olarkən təsadüfən qonşuluqda yaşayan İftixar adlı kişi ilə tanış olmuş, söhbət əsnasında bilmişdir ki, Natiq İftixarı da aldadaraq pulunu ələ keçirmişdir. Bundan sonra başa düşmüşlər ki, onlar da aldanmış, daha sonra başqa şikayətçilərin de olduğunu bilmişlər. Ona görə də Təqsirləndirilən şəxs pulu tələb etməyə başlamış, lakin Natiq hər dəfə pulun qaytarılmasını söz versə də, bu günə qədər pulu qaytarmamışdır. Bu səbəbdən də özü və əri Ramiz hüquq-mühafizə orqanlarına şikayət etmişlər. Natiq hər dəfə yoldaşı Ramizə zəng vurub işin həlli üçün pul istəyəndə yoldaşı evdən pulu götürüb Natiqə aparıb vermiş, hətta pul çatmayanda qohumlara zəng vurub borc alıb Natiqə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu təcili yardım maşını sürən sürücülərə aid olan uniformanın sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 verilmiş təcili yardım maşını sürən sürücülərə aid olan uniformaya baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və həmin uniforma sübutun bir növü kimi qiymətləndirilmiş və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xızı rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 4000 manat cərimə cəzasını tam şəkildə icra etmiş və xx.xx.2019-cu il tarixdən məhkum şöbədən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2020-ci il tarixli protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla, 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü madəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə dələduzluq əməlinə meyilli olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu təcili yardım maşını sürən sürücülərə aid olan uniformanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəkil hesabatından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 80 (səksən) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu təcili yardım maşını sürən sürücülərə aid olan uniformanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar