Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-112/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Füzuli küçəsi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 1 ünvanda yerləşən binanın 12-ci mərtəbəsində 37 nömrəli mənzilin qarşısında olan dəhlizdən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “X4 М216” markalı, qara-narıncı rəngli, sürət ötürücülü, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 180 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241E nömrəli yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsinin pilləkən meydançasındakı Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Trek” markalı, “Dual Sport 2 w90 silver - 2021” modelli velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 750 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində gəlmiş və həmin küçədə gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev yaxud da mağaza axtarmağa başlamışdır. Həmin vaxtı yaxınlıqdakı yeni inşa edilmiş hündürmərtəbəli bina diqqətini cəlb etmiş və binanın dəhlizində saxlanılan bina sakinlərinə məxsus velosiped və digər əşyaları oğurlamaq qərarına gəlmişdir. Ona görə də binanın yadında qalmayan girişlərinin birinə yaxınlaşıb, tanımadığı şəxsin kartla giriş qapısını açmasından istifadə edərək onun arxasınca içəri daxil olub, yuxarı mərtəbələrin birinə qalxmışdır. Bundan sonra pilləkənlərlə binanın birinci mərtəbəsinə tərəf düşməyə başlamış və bu zaman binanın yuxarı mərtəbələrinin birinin dəhlizində markasını bilmədiyi velosiped olduğunu görüb, dəhlizdə heç kimin olmamasından istifadə edərək həmin velosipedi pilləkənlərlə binanın birinci mərtəbəsinə, oradan da küçəyə çıxarıb, sürməklə həmin yerdən uzaqlaşmışdır. Velosipedin hərəkətini davam etdirərək “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlmiş və əvvəllər bir neçə dəfə dönər alıb yediyi Rəvan adlı şəxsin işlədiyi dönər evinə gedib orada Rəvanla görüşmüşdür. Həmin vaxtı oğurluq yolu ilə əldə etdiyi velosipedi Rəvana göstərib özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Rəvan da həmin velosipedi neçəyə satması barədə soruşduqda velosipedi 75 manata satdığını ona demişdir. Qarşılıqlı razılaşma əsasında həmin velosipedi Rəvana 55 manata satmış və əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 15 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinə gəlib, həmin küçədə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı hündürmərtəbəli binalardan birinin yadında qalmayan girişinə yaxınlaşmış, binaya daxil olmaq üçün həmin girişdən içəri daxil olacaq şəxsin gəlməsini gözləyən zaman bir nəfər kişi cinsindən olan tanımadığı şəxs giriş qapısını açıb içəri daxil olmuş və bundan istifadə edərək dərhal həmin şəxsin arxasınca içəri daxil olub, liftlə binanın yuxarı mərtəbələrinin birinə qalxmışdır. Bundan sonra pilləkənlərlə binanın aşağısı istiqamətdə düşərək dəhlizlərdə velosiped yaxud da digər hər hansı bir əşya olmasını nəzərdən keçirmişdir ki, oğurlayıb sataraq pul əldə etsin. Bu zaman yuxarı mərtəbələrinin birinin pilləkən meydançasında markasını bilmədiyi ağ rəngli velosipedin olduğunu görmüş, yaxınlıqda heç kimin olmamasından istifadə edərək həmin velosipedi pilləkənlərlə binanın birinci mərtəbəsinə, oradan da küçəyə çıxarıb sürməklə həmin yerdən uzaqlaşmışdır. Bundan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığına, 3-cü mikrorayon dairəsi adlanan yerə gəlmiş və həmin yerdə dayanmış taksi fəaliyyəti ilə məşğul olan tanımadığı, idarə etdiyi avtomobilin marka və dövlət qeydiyyat nişanını bilmədiyi şəxsə yaxınlaşıb həmin velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan təkrarən velosipedin oğurluq olub-olmaması barədə soruşduqda yenə də velosipedin özünə məxsus olduğunu və 100 manata satacağını demişdir. Həmin taksi sürücüsü də velosipedi 60 manata almaq istədiyini dedikdə onunla razılaşmışdır. Lakin, həmin şəxs velosipedi almağa ehtiyyat etdiyini bildirərək velosipedi alacağı təqdirdə onun fotoşəklini çəkəcəyini, sonradan problem yarandığı təqdirdə hüquqmühafizə orqanı əməkdaşlarına velosipedi ondan aldığını deyəcəyini bildirdikdə etiraz etməmiş və qeyd etdiyi taksi sürücüsü özünə məxsus mobil telefonla onun fotoşəklini çəkmişdir. Oğurluq yolu ilə əldə etdiyi velosipedi həmin taksi sürücüsünə 60 manata satmış və əldə etdiyi həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “İki təkər” adlı “Trek” markalı, “Dual Sport 2 2021" modelli boz rəngli velosipedi 1400 manata almışdır. Həmin velosipedi yaşadığı ünvan 2 ünvanda yerləşən binanın 13-cü mərtəbəsindəki pilləkən meydançasında saxlamışdır. Mütəmadi olaraq velosipedi həmin yerdə qalmış, boş vaxtlarında yaşadığı mənzildən çıxıb pilləkən meydançasında saxladığı velosipedini götürüb istifadə etmişdir. Sonuncu dəfə təxminən 05 sentyabr 2022-ci il tarixdə qeyd etdiyi velosipedini istifadə etdikdən sonra eyniliklə yaşadığı mənzilin pilləkən meydançasında olan boş yerə yerləşdirmiş, bundan sonra vaxt edə bilmədiyindən velosipedi bir müddət istifadə etməmişdir. Yaşadığı binanın hər tərəfində video müşahidə kameraları olduğundan velosipedinin oğurlanma ehtimalını nəzərə almamış və buna görə velosipedini istifadə etmədiyi vaxtlarda yerində olubolmadığını yoxlamamışdır. 16 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildən çıxıb velosiped idarə etmək üçün velosipedini saxladığı pilləkən meydançasına yaxınlaşanda özünə məxsus həmin velosipedin yerində olmadığını aşkar etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Wolf’ markalı velosipedi 250 manata almışdır. Həmin velosipedi yaşadığı ünvan 3 ünvanda yerləşən binanın 12-ci mərtəbəsində, dəhlizdə saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə səhər saatlarında velosipedinin saxladığı yerdə olmadığını görüb naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Səhərisi günü, yəni 14 sentyabr 2022-ci il tarixdə yaşadığı binada quraşdırılmış müşahidə kameralarına baxdıqda məlum olmuşdur ki, 12 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində naməlum şəxs ona məxsus velosipedi yaşadığı binanın dəhlizindən oğurlamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Ceyhun onun işlədiyi dönər evinə gəlmiş və bir ədəd velosipedi göstərib özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün 75 manata satmaq istədiyini demişdir. Velosipedə baxmış və bəyəndiyinə görə həmin velosipedə 55 manat pul verəcəyini Ceyhuna demişdir. Lakin, bununla kifayətlənməyərək Ceyhundan həmin velosipedi oğurluq yolu ilə əldə edib- etməməsi barədə soruşduqda Ceyhun and içmiş və velosipedin özünə məxsus olmasını təsdiq etmək üçün söyüşlər söymüşdür. Həmin vaxt ona inanmış və qarşılıqlı razılaşma yolu ilə yuxarıda qeyd etdiyi həmin velosipedi özünün istifadə etməsi üçün Ceyhundan 55 manata almışdır. Ceyhunla aralarında olan söhbəti özünə məxsus mobil telefonla videoya çəkmiş, bundan sonra Ceyhundan aldığı həmin velosipedi yaşadığı evə aparmışdır. Bundan başqa, 14 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Ceyhun yenə də onun işlədiyi dönər evinə gəlmiş və ona bir ədəd uşaq velosipedi göstərib pula ehtiyacı olduğunu və azyaşlı uşağı üçün aldığı həmin velosipedi 30 manata satmaq istədiyini bildirmiş, velosipedin özünə məxsus olduğuna inandırmaq üçün yenə də əvvəlki qaydada and içmiş və velosipedin özünə məxsus olmasını təsdiq etmək üçün söyüşlər söymüşdür. Ceyhunun sözlərinə inanıb həmin velosipedi 20 manata ala biləcəyini dedikdə Ceyhun etiraz etməmiş və qeyd etdiyi uşaq velosipedini 20 manata satmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları işlədiyi dönər evinə gəlib hansısa şəxsdən velosiped alıb-almaması barədə soruşduqda onlara bildirmişdir ki, bir neçə gün əvvəl adının Ceyhun olduğunu bildiyi şəxsdən 2 ədəd velosiped almışdır. Ceyhun adlı şəxsdən aldığı 2 ədəd velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 9/7971 nömrəli rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən (nəzəri qaydada) velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti :01 ədəd “Салюйт kids” markalı, göy rəngli, sürət ötürücülü, uşaqlar üçün nəzərdə tutulmuş velosiped - 40.00 manat; 01 ədəd “X5 Bike” markalı, göy rəngli, sürət ötürücülü, uşaqlar üçün nəzərdə tutulmuş velosiped - 50,00 manat; 01 ədəd "X4 М216” markalı, qara-narmcı rəngli, sürət ötürücülü, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped - 180.00 manat; 01 ədəd "Trek” markalı, "Dual Sport 2 w90 silver - 2021” modelli velosiped nəzəri qaydada - 750.00 manat müəyyən edilmişdir (səh. 167-170). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “götürmə” protokollarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edilmiş 01 ədəd "X4 М216” markalı, qara-narıncı rəngli, sürət ötürücülü, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped iş üzrə əhəmiyyət kəsb etdikləri üçün götürülmüş və iş üzrə maddi sübut kimi tanınmışdır (səh. 44). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir nəfər qara rəngli şalvar və köynəkli şəxsin pilləkənləri qalxaraq binanın giriş qapısına tərəf gedir, bundan sonra əlində olan velosipedlə pilləkənləri düşərək binanın giriş qapısını açır və binadan çıxaraq həmin yerdən uzaqlaşır. Bundan başqa, qara rəngli şalvar və köynəkli həmin şəxs liftə daxil olur və düymələrdən birini sıxır, liftin qapısı açılır. (Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını təsdiq etmişdir) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin Abşeron rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs Kərimov X2 Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və ödənilməmiş 2000 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat miqdarında cərimə cəzası təyin edilmişdir.xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (səh. 126-127, 144-148, 153-160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan və qəbzlərdən görünür ki, istintaq dövründə iş üzrə Təqsirləndirilən şəxs oğurluq hadisələri törətməsini əks etdirən 3 ədəd CD disklər maddi sübut kimi tanınmış və cinavət işinə əlavə olunmuşdur. 1 ədəd velosiped maddi sübut kimi tanınmış zərərçəkmiş şəxsə qaytarılmışdır (səh. 13, 27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 64-65). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittaham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilməklə saxlanıldığı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir (səh. 90-91, 103-104. 107-108). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-1161/2023 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsinin 26 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-425/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. “8 Noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasaən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edildiyi üçün Abşeron Rayon Məhkəməsinin 1(012)-425/2018 saylı, xx.xx.2018-ci il tarixli hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə yazaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs Kərimov X2 Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və ödənilməmiş 2000 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçmədən hazırkı cinayəti törətmiş və nəticədə onun əməllərində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Belə ki, Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən isə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə-məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə qeyd edilən residiv halını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd velosipedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs oğurluq hadisələri törətməsini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(004)-112/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 22 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd velosipedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs oğurluq hadisələri törətməsini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-112/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-112/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver