Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-113/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Bakı şəhəri şəhərində anadan olmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadıqları ünvan 2 ünvanında olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs mütəmadi olaraq telefonla məşğul olmasını görüb telefonda ondan gizlədə biləcəyi məlumatların olacağından şübhələnərək sonuncudan telefonuna baxmaq üçün ona təqdim etməsinin tələb etmiş, Zərərçəkmiş şəxs onun bu tələbini rədd etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya hər iki gözün konyuktivasına (ağlı qişaya) qansızma ilə müşayiət olunmuş, hər iki gözətrafının qançırı və boyun nahiyəsinin qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2018-ci ildə Zərərçəkmiş şəxs ailə həyatı qurmuş və onların birgə nikahdan bir övladları vardır. Hal-hazırda həyat yoldaşı Firəngiz, anası Şahid1 və bacısı Şahid2 ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Firəngizin anası onların ailə daxili münasibətlərinə müdaxilə etdiyindən ailələrində söz söhbətlər yaranmışdır. xx.xx.2021-ci il tarixdə saat 20.30 radələrində yaşadıqları ünvan 2 ünvanında olan zaman Firəngizin telefonla şübhəli şəkildə məşğul olduğunu görüb ondan telefonunu istəmişdir. Firəngiz ona telefonunu verməyəciyini söyləyəndə aralarında mübahisə yaranmışdır. Firəngizə nə səbəbə görə telefonu vermeyəcəyini soruşduqda sonuncu onunla aqressiv danışmağa başlamış və onun bu hərəkətindən əsəbləşib hər iki əllərinin yumruqları ilə onun sifətindən və bədənindən ardıcıl zərbələr vurmuşdur. Sonra o mətbəxə keçmiş, Firəngiz dalınca mətbəxə gəlib yenə də ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış və o, Firəngizin sinəsindən itələmişdir. Bu zaman anası Leyla onların arasına girərək onu kənara çəkib sakitləşdirmişdir. Səsə digər otaqdan bacısı Ayla gəlsə də o mübahisəyə müdaxilə etməmişdir. Münaqişə 15 dəqiqə davam etmiş, evdə anası Leyla və bacısı Ayla olmuşlar. Münaqişə zamanı o heç bir bədən xəsarəti almayıb və buna görə məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Bunlardan əlavə təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahdan bir övladları vardır. Hal- hazırda o əri Təqsirləndirilən şəxs, anası Şahid1 və onun qızı Şahid2 ilə birlikdə yaşayır. Qayınanası Şahid1 onların ailə daxili münasibətlərinə mütəmadi olaraq müdaxilə etdiyindən son vaxtlar əri ilə arasında münaqişə yaranmışdır. xx.xx.2021-ci il tarixdə saat 20.30 radələrində yaşadıqları ünvan 2 ünvanında olan zaman əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ondan mobil telefonunu istəmişdir. Ondan mobil telefonunu nə səbəbə görə istədiyini söyləyəndə Sabit onunla münaqişə etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs hər iki əllərinin yumruqları ilə onun başından, sifətindən və bədənindən vurmuşdur. O ərinin əlindən yataq otağından çıxıb mətbəxə gəlmiş və Sabit orada da ona ardıcıl zərbələr endirmişdir. Mətbəxdə qayınanası Şahid1 aralarına girərək oğlunu ayırıb kənara çəkmişdir. Münaqişə 15 dəqiqə davam etmişdir, evdə qayınanası Şahid1 və onun qızı Şahid2 olmuşlar və hadisəni görmüşlər. Bundan əlavə zərər çəkmiş şəxs artıq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs 2018-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan onların bir övladları var. Onlar ailə həyatı qurduqdan bu günə kimi onunla birlikdə bir evdə yaşayırlar. Hər bir ailədə olduğu kimi onların da ailəsində müəyyən söz-söhbətlər olmuş, lakin o bir ana kimi onların aralarında olan söz-söhbətlər zamanı sülh yaratmağa çalışmışdır. xx.xx.2021-ci il tarixdə saat 20.30 radələrində o mətbəxdə oturub kompyuterdə qulaqcığı taxıb kinoya baxmışdır. Bu zaman Firəngiz həyacanlı vəziyyətdə qaçaraq mətbəxə onun yanına gəlmiş və onun ardınca oğlu Sabit gəlmişdir. Onlar mübahisə etmişlər və Sabit Firəngizin boğazından tutub itələyən zaman o onların arasına girib Sabiti kənara çəkmiş və onları sakitləşdirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Sabit Firəngizdən telefonunu istəyib, sonuncu telefonunu vermədiyi üçün aralarında mübahisə və dava-dalaş yaranmışdır. O dava-dalaşı görməyib, sadəcə olaraq onlar onun yanında yalnız sözlə mübahisə etmişlər və Sabit Firəngizin boğazından tutub itələmişdir. Firəngiz ona bildirmişdir ki, Sabit onu yataq otağında döyüb, xəsarət yetiribdir. Bunu Sabit təsdiq etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 36 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- hər iki gözün konyuktivasına (ağlı qişaya) qansızma ilə müşayiət olunmuş, hər iki gözətrafının qançırı və boyun nahiyyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür. Boyun nahiyyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, hər iki gözün konyuktivasına (ağlı qişaya) qansızma ilə müşayiət olunmuş, hər iki gözətrafının qançırı isə dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icaat üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-113/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-113/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver