Məhkəmə qərarları › İş №1(004)-113/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-113/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-113/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 28 saylı Vəkil Bürsonun vəkili X6 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, məhkumluğu ödənilmiş, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, 20 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Qış Parkı” adlı istirahət parkının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 02 noyabr 2021-ci il tarixdə saat 03:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 99 ünvanının qarşısında Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Hərbi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 01 il şərti sınaq müddəti təyin edilmişdir. 02 noyabr 2021-ci il tarixdə saat 00:05də xəstə iş yoldaşına baş çəkmək üçün yeznəsi X1 məxsus olan “Khazar LX” markalı ağ rəngli ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarını götürmüşdür. Sürücülük vəsiqəsi olmadığından avtomobilin idarə edilməsini dostu Şahid3 tapşırmışdır. 02 noyabr 2021-ci il tarixdə saat 03:30-da ünvan 3 ünvanın qarşısında dostu Şahid3 idarə etdiyi “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə oturarkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşanda ondan özünü niyə şübhəli aparmasını soruşduqda o, etiraf edərək üzərində narkotik maddə olan heroin olduğunu bildirmiş və həmin vaxt dostu Ramin avtomobilə gələrkən Post Patrul Xidməti əməkdaşları onu və dostu Ramini Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. O, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik maddə heroini təqdim etmiş və narkotik maddə olan heroini 20 oktyabr 2021-ci il tarixdə “Qış Parkı” deyilən yerdən tapmasını və istifadə etməsi üçün üstündə gəzdirməsini göstərmişdir. Həmin narkotik maddə olan heroinin üzərindən istifadə etmişdir. Bununla da onun təqdim etdiyi narkotik maddə olan heroin zərfləşdirilərək götürülmüşdür. Göstərilənlərlə bağlı protokol tərtib edilmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, DİO-da və tutduğu vəzifədə 2019-cu ildən xidmət edir. Onun vəzifə səlahiyyətlərinə təhkim olunmuş ərazi üzrə xidmət aparmaq, ictimai qaydanın qorunmasını təmin etmək, ictimai asayişin pozulmasının qarşısını almaq və sair daxildir. O, gecə növbəsi üzrə xidmət apardığından saat 20:00-da xidmətə daxil olur, səhər 08:00-da isə xidmətdən çıxırlar. 01 noyabr 2021-ci il tarixdə saat 20:00-da RPİ-də baş tutan təlimatdan sonra xidmət yoldaşı Şahid1la birlikdə onlara təhkim olunmuş ərazi üzrə xidmətə başlamışlar. 02 noyabr 2021-ci il tarixdə saat 03:30-da onlar ünvan 3 ünvanın qarşısında təhkim olunmuş avtopatrulla hərəkətdə olan zaman bir nəfər 20-25 yaşlarında şəxsin “Khazar” markalı ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində ön sağ oturacaqda əyləşməsinin və qeyri-adekvat hərəkətlər etməsinin şahidi olub yaxınlaşan zaman həmin şəxs avtomobildən enib uzaqlaşmaq istədikdə onu saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək etdiyi qeyri-adekvat hərəkətlərinin səbəbini soruşmuşlar. Həmin şəxs isə onların suallarına cavab olaraq üzərində narkotik vasitə olmasını və odur ki, məsuliyyətdən yaxa qurtarmaq üçün uzaqlaşmaq istədiyini bildirmişdir. Bundan sonra isə avtomobilin sürücüsü olan kişi cinsindən olan şəxs də kənardan onlara yaxınlaşdığından ona da xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra hər iki şəxsi şübhələr əsasında Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər heç bir etiraz etmədiklərindən “Khazar” markalı ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili də təmin etməklə həmin şəxslərlə birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində isə onların Təqsirləndirilən şəxs və Şahid3 olması müəyyən edilmişdir. Bundan sonra isə ilkin olaraq xidməti otaqların birində təhqiqatçı X12 Muradovu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, isə əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim edərək içərisində “kokos” (heroin) olmasını bildirmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin “kokos” heroin olmasını və şəxsi istifadəsi üçün təxminən 10-12 gün əvvəl “Qış Parkı” adlanan parkda tapmasını və şəxsi istifadəsi üçün üzərində daşımasını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddə zərfə qoyularaq möhürlənmiş və ekspertiza aparılması üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs həmin otaqdan çıxarılmışdır. Bundan sonra isə həmin xidməti otaqda təhqiqatçı X11 Xəlilovu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Nofəl Əhmədovun iştirakı ilə Şahid3 üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Şahid3 isə üzərində heç bir qanunsuz predmet olmadığını bildirdiyindən təhqiqatçı Roman Məmmədov tərəfindən onun üzərinə şəxsi axtarış və götürmə aparılsa da heç bir qanunsuz predmet aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə şübhəli şəxslərin, müdafiəçilərinin və onların iştirakı ilə bölmənin qarşısında “Khazar” markalı ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilmiş və heç bir qanunsuz predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir illik tanışı olmaqla səmimi münasibətləri mövcuddur. 02 noyabr 2021-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq xəstə iş yoldaşına baş çəkmək üçün bacısının əri Anar Muradovdan avtomobilin açarını aldığını, lakin sürücülük vəsiqəsi olmadığı üçün avtomobili idarə etməyini xahiş etdiyindən o, da onun xahişini yerə salmamışdır. Lakin iş yoldaşına baş çəkmək planı baş tutmadığından o, Emindən xahiş edərək borc pul almaq üçün tanışı Camalgilə getməli olduğunu və avtomobillə getmələrini bildirdikdə o, heç bir irad bildirməmişdir. Odur ki, saat təxminən 03 radələrində idarə etdiyi “Khazar LX” markalı ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşayan Camalgilin məhəlləsinin yaxınlığında avtomobili park edib onlara getmişdir. Lakin Camal evdə olmadığından bir neçə dəqiqə sonra geri qayıdan zaman avtomobilin yanında polis əməkdaşlarının olmasını və Eminlə söhbət etmələrinin şahidi olmuşdur. Bundan sonra o, da onlara yaxınlaşan zaman polis əməkdaşları onları narkotik vasitələrin əldə edilməsi və daşınmasına dair şübhə əsasında Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən isə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ayrılıqda ona şübhənin mahiyyəti izah olunduqdan sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra isə müdafiəçi təyin edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə müdafiəçinin iştirakı ilə videçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin üzərindən heç bir qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra isə onun və Emin Muradovun iştirakı ilə polis bölməsinin qarşısında Anar Muradova məxsus olan “Azsamand” markalı avtomobilə baxış keçirilmiş və heç bir qanunsuz predmet aşkar edilməmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar edilməsini bilmişdir. O, bu barədə bölmədə bilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin daşımasından məlumatı olmamışdır. Bundan başqa heç bir məlumatı yoxdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, idarə etdiyi həmin avtomobil Təqsirləndirilən şəxs bacısının əri Anar Muradova məxsus olmaqla onun həmin avtomobili idarə etməyə dair heç bir hüququ olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs xahiş etdiyindən həmin avtomobili idarə etmişdir. Daha sonra göstərmişdir ki, o, nə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini, nə də ki, saxlanıldıqları gün üzərində narkotik vasitə daşımasını bilməmişdir. Bu barədə bölmədə olarkən məlumat almışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-cü vərəqəsində olan 02 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 136-140-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2021-ci il tarixli, 6/4858 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik manat təşkil etmişdir. Cinayət işinin 212-224-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,184 qram narkotik vasitə olan heroin və 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD-R disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 24 yanvar 2022-ci il tarixli, 311 saylı rəyindən görünür ki, müayinə zamanı müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 191-192 və 110-117-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən, həmçinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 01 il şərti sınaq müddəti təyin edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümün içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün 10-12 gün əvvəl “Qış Parkı” adlı istirahət parkından tapdığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və gənc olmasını iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 02 noyabr 2021-ci il tarixdən hökmün çıxarıldığı 02 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 24 yanvar 2022-ci il tarixli, 311 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,184 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdən hökmün çıxarıldığı 02 mart 2022-ci il tarixədək, yəni 04 (dörd) ay həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,184 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat 82 (səksən iki) qəpik manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar