Məhkəmə qərarları › İş №1(004)-113/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-113/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-113/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:05 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Siyəzən rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, hazırkı iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 may 2024-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 onun satmaq üçün təqdim etdiyi üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1750 manat dəyərində **********03698 və **********17312 imei kodlu “İphone 14 Pro Max” markalı mobil telefonu evdə ailə üzvülərinə göstərəcəyi və bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 1760 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 iyul 2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs2 onun satmaq üçün təqdim etdiyi üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1150 manat dəyrəində “İphone 13 Pro Max” markalı mobil telefonu evdə ailə üzvülərinə göstərəcəyi və bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1160 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 avqust 2024-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs3 onun satmaq üçün təqdim etdiyi üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrə və 10 manat dəyrəində kabura olan 2000 manat dəyərində **********194479 və 2-**********21371 imei kodlu “İphone 14 Pro Max” markalı mobil telefonu evdə ailə üzvülərinə göstərəcəyi və bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 2020 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, maddi vəziyyəti ağır olması ilə əlaqədar o, internetin “Tap.az” elan saytına daxil olub orada satışa çıxarılmış mobil telefonları nəzərdən keçirməyi və xoşuna gələn telefonları isə almaq adı ilə telefonu satmaq istəyən şəxsi aldadb ələ keçirmək və sonra onları satmaq qərarına gəlmişdir.Bu minvalla 27 may 2024-cü il tarixdə internetin “Tap.az.” elan sayıtına daxil olmuş və diqqətini 1750 manat dəyərində “İphone 14 Pro Max” markalı mobil telefon cəlb etmişdir.Saat 12 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 adlı şəxslə mobil telefon əlaqəsi saxlamış, ona telefonu almaq istədiyini və İnşaatçılar metrosu yaxınlığına gəlməsini və telefonu da özü ilə götürməsini bildirmişdir. O,Zərərçəkmiş şəxs1 İnşaatıçılar metrosu yaxınlığında gözləmiş və təxminən saat 13 radələrində ilk dəfə gördüyü Elməddin adlı şəxslə görüşmüşdür. Elməddin adlı şəxsdən telefonu özü ilə gətirib-gətirmədiyini soruşduqda Elməddin telefonu cibindən çıxardıb ona göstərmişdir. O, baxmaq üçün Elməddindən telefonu almış və telefonu nəzərdən keçirib göstərdiyi qiymətə almaq istədiyini, lakin telefonu yaxınlıqda yerləşən evlərinə aparıb anasına göstərmək istədiyini, anasının bəyənəcəkləri təqdirdə pulunu nagd olaraq ödəyib alacağını bildirmişdir. Elməddin onunla razılaşmış və birlikdə ünvan 4 ünvanının qarşısına gəlmiş, həmin evin qarşısında “İphone 14 Pro Max” markalı mobil telefonu Elməddindən alıb, ona isə bir az gözləməsini bildirib qayıdacağını deyib həyətə daxil olmuşdur. Sonra darvaza qapısından həyətə daxil olmuş və həyətin digər çıxışından başqa küçəyə çıxmışdır. Sonra o, telefonu tanımadığı şəxsə satmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, o, eyni üsulla 14 iyul 2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında əvvəllər tanımadığı və sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 satmaq üçün təqdim etdiyi “İphone 13 Pro Max” markalı ***-***-**-** saylı nömrəsi olan mobil telefonu evdə ailə üzvülərinə göstərəcəyi və bəyənəcəkləri təqdirdə pulunu nagd olaraq ödəyib alacağını yalandan vəd verib aldadaraq alıb ələ keçirmişdir.Belə ki, Tural adlı şəxs onunla razılaşmış və birlikdə ünvan 4 ünvanının qarşısına gəlmiş, həmin evin qarşısında “İphone 13 Pro Max” markalı mobil telefonu Tural adlı şəxsdən alıb, ona isə bir az gözləməsini bildirib qayıdacağını deyib həyətə daxil olmuşdur. Sonra darvaza qapısından həyətə daxil olub həyətin digər çıxışından başqa küçəyə çıxıb getmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, təkrarən eyni üsulla 14 avqust 2024-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında əvvəllər tanımadığı və sonradan adının Zərərçəkmiş şəxs3 bildiyi şəxsin satmaq üçün təqdim etdiyi 2000 manat dəyərində “İphone 14 Pro Max” markalı mobil telefonu evdə ailə üzvülərinə göstərəcəyi və bəyənəcəkləri təqdirdə pulunu nagd olaraq ödəyib alacağını yalandan vəd verib aldadaraq alıb ələ keçirmişdir. Belə ki, Kənan onunla razılaşmış və birlikdə ünvan 3 ünvanının qarşısına gəlmiş, həmin evin qarşısında “İphone 14 Pro Max” markalı mobil telefonu alıb, ona isə bir az gözləməsini bildirib qayıdacağını deyib həyətə daxil olmuşdur. Sonra darvaza qapısından həyətə daxil olmuş və həyətin digər çıxışından başqa küçəyə çıxıb getmişdir. Sonra telefonu satmaq məqsədi ilə 20 yanvar ərazisinə gəlmiş, lakin münasib müştəri tapa bilməmiş, sonra Nizami rayon ərazisinə getmiş və fikirləşmişdir ki, bəlkə orada tanımadığı bir şəxsə qiymətini razılaşdırıb satar. Bir qədər həmin yerdə müştəri axtarmağa başlamış və bu zaman ona polis əməkdaşları yaxınlaşıb ona mobil telefonu dələduzluq yolu ilə ələ keçirilməsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29-ci PŞ-nə dəvət etmişlər. Orada o, aldatdığı şəxsi yəni Zərərçəkmiş şəxs3 görmüş və ondan polisə ərizə ilə şikayət etdiyini bilmişdir. O, polisə Zərərçəkmiş şəxs3 aldadıb dələduzluq yolu ilə onun “İphone 14 Pro Max” markalı mobil telefonu ələ keçirdiyini bildirib, telefonu cibindən çıxarıb könüllü surətdə polisə təqdim etmişdir. Polis əməkdaşları telefonu ondan hal şahidlərinin iştirakı götürülməsi barədə protokol yazmışlar. İfadəsinin sonunda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə qarşı vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus dəyəri 1150 manat olan, İMEİ kodu olmayan, içərisində 077 ***-**-** mobil nömrə olan işlətdiyi, göy korpuslu, işlək vəziyətdə olan “İphone 13 Pro max” markalı mobil telefonu sosial şəbəkədə «Tap.az» saytına satışa qoymuşdur. Tanımadığı, mobil nömrəsini unutduğu şəxs ona xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində zəng edərək ondan satışa qoyduğu həmin mobil telefonu almaq istədiyini bildirmişdir. O, da razılıq verərək həmin şəxslə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində görüşmüşdür. Həmin şəxs ondan mobil telefonu istəmiş və o, da mobil telefonu verdikdən sonra demişdir ki, valdeyninə göstərsinvə bəyənərsə mobil telefonu alır. O, da razılaşmış və həmin şəxs mobil telefonu götürüb orada olan həyətə daxil olmuş, lakin geri qayıtmamışdır. Təxminən 20-25 dəqiqə gözləsə də həmin şəxs geri qayıtmamış və orada olan insanlara bu barədə danışmışdır. Həmin şəxs barəsində öyrənmişdir ki, Təqsirləndirilən şəxsdur və bu işlərlə məşğul olur. Ona dəymiş zərərin gələcəkdə iş üzrə keçiriləcək məhkəmə-əmtəəşunaslıq ekspertizasının vermiş yolduğu rəyini uyğun deyil, ələ keçirilmiş mobil telefonumun dəyərini onun göstərməsinə əsasən qəbul edilməsini xahiş etmişdir. Telefonu satan zaman istifadə etdiyi ***-***-**-** mobil nömrə telefonda olmuşdur. Həmin nömrə öz adınadır, telefonu satan zaman nömrəmin balansında kontur olmamış, nömrənin dəyəri 10 manat olmuş, ümumilikdə ona 1160 manat zərər dəymişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, təxminən 2 ay öncə, ümumilikdə 2000 manat ödəməklə 354 064 852 194 479 imei və 354 064 852 221 371 imei kodlu «iPhone 14 pro max» markalı mobil telefonu Türkiyədən almışdır. Telefonun üzərində +90 540 2 100 100 saylı mobil nömrə olmuşdur. Belə ki, həmin mobil telefonu satmaq qərarına gəlmiş və «Tap.az» elan saytına bununla bağlı elan yerləşdirib, qardaşı, Allahverdinin mobil nömrəsi qeyd qolunmuşdur. xx.xx.2024- cü il tarixində bir nəfər şəxs, ***-***-**-** saylı mobil nömrədən qardaşı Allahverdiyə zəng edərək, telefonu almaq istədiyini, anasına göstərəcəyini bildirərək, Yasamal rayon ərazisinə gəlməyini xahiş etmişdir. Qardaşı Allahverdi ona bu barədə məlumat verərək, Yasamal rayonu ərazisinə getməyini istəmişdir. Saat təxminən 15 radələrində tanımadığı, bir nəfər şəxs, onunla İnşaatçılar metrostansiyasının yaxınlığında görüşmüşdür. Yuxarı hissəsinə qalxaraq, onu evinə aparmağı təklif etmiş, guya niyyəti mobil telefonu anasına göstərmək olmuşdur. Belə ki, həmin şəxs məbil telefonu ondan anasına göstərmək adı ilə almüşdür. Ümumi yaşayış həyət evlərindən birinə daxil olmuş, 5 dəqiqə sonra gəlmədiyini görmüşdür. Qardaşına zəng edərək həmin şəxslə əlaqə yaratmasını istəmişdir. Qardaşının zənglərinə cavab verməmişdir. Həyətə daxil olduqdan sonra oradakı insanlarla danışmış, onlar İlkin adlı şəxsin dəfələrlə sözügedən həyətə gələrək insanları aldatdığım bildirmişdir. Belə ki, həmin şəxsin şəxsiyyətini müəyyən edərək, Təqsirləndirilən şəxs olmasını aydınlaşdırmışdır.Dərhal mobil telefonu proqram vasitəsi ilə izləməyə almış, telefon artıq 20 yanvar dairəsi yaxınlğında mağazalarda gösənmişdr. Qardaşı ilə həmin ünvana getmiş, orada tapa bilməmiş, bir neçə saatdan sonra mobil telefon Nizami rayonu ərazisində görsənmişdir. Ora gedən zaman, polis əməkdaşlarına artıq məlumat vermiş, isti izlərlə mobil telefon üzərində olmaqla həmin şəxsi polis əməkdaşlarının köməkliyi ilə yaxalamışlar. Həmin şəxslə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmiş, PŞ-də olan zaman sözü gedən şəxs, ona məxsus olan mobil telefonu könüllü surətdə təqdim etmişdir. Ona dəymiş zərərin gələcəkdə iş üzrə keçiriləcək məhkəmə-əmtəəşunaslıq ekspertizasının vermiş yolduğu rəyini uyğun deyil, ələ keçirilmiş mobil telefonumun dəyərini onun göstərəməyinə əsasən qəbul edilmiəsini xahiş etmişdir. Telefonu satan zaman ***-***-**-** mobil nömrə telefonda olmuş, nömrəsinin balansında kontur olmamış, üzərində 10 manat dəyrəində kabura olmuş, həmin nömrənin dəyəri 10 manat olmuşdur. Ümumilikdə ona 2020 manat zərər dəymişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, 27 may 2024-cü il tarixdə istifadəsində olan «iPhone 14 Pro Max» markalı mobil telefonu 1750 manata satmaq məqsədi ilə «Tap.az» elan sayıtında elan yerləşdirmişdir. Həmin gün saat təxminən 13 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə ***-***- **-** mobil nömrədən xatırlamadığı nömrədən zəng gəlmişdir. Həmin danışan şəxs adının İlkin olduğunu telefonu almaq istədiyini bildirmişdir. Razılaşma olandan sonra o, və İlkin adlı şəxs metronunun İnşaaatçılar stansiysının yaxınlığında görüşmüş və İlkin adlı şəxs telefona baxıb bəyəndiyini deyib telefonu ona qaytarmışdır. İlkin adlı şəxs mobil telefonu almaq üçün valideyinlərinə göstərmək lazım olduğunu bildirmiş və onun dedikləri ilə razılaşmış, birlikdə Yeni Yasamala piyada olaraq gəlib orada həyət veləri olan küçəyə girmişlər. İlkin adlı şəxs mobil telefonu valideyinlərinə göstərmək adı ilə ondan istəmiş,o,da İlkin adlı şəxslə razılaşıb mobil telefonu vermişdir. Bundan sonra, İlkin adlı şəxs həyətə daxil olmuş, o, bir müddət İlkin adlı şəxsi gösləmiş və gəlmədiyini gördükdə həmin həyət evinin həyətinə baxmışdır. Həyətə baxdıqda həyətin digər küçəyə çıxışının olduğunu görmüşdür.O,bunu gördükdə başa düşmüşdür ki, İlkin adlı şəxs onu aldatmış və o, DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra həmin nömrəyə nə qədər zəng etsə də telefona cavab verən olmamış və həmin nömrə ilə Votsapda yazışmağa başlamışdır. Həmin şəxs mobil telefonunu lonbarda qoyduğunu, mobil telefonu lombardan götürüb qaytaracağına söz versə də bunu etməmişdir. Ona dəymiş zərərin gələcəkdə iş üzrə keçiriləcək məhkəmə-əmtəəşunaslıq ekspertizasının vermiş yolduğu rəyini uyğun deyil, ələ keçirilmiş mobil telefonunun dəyərini onun göstərəməsinə əsasən qəbul edilməsini xahiş etmişdir. Telefonumun üzərində ***-***-**-** CSM nömrə olmuş, nömrənin dəyəri 10 manatdır, hadisə nəticəsində ona 1760 manat ziyan dəymişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 5 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1un müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V.1- 2) “Baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus mobil telefonları dələduzluq yolu ilə ələ keçirdiyi hadisə yeri ünvan 3 ünvanında yerləşir. (İ/V.10-12, 73-76, 89-92) “Könüllü təqdim etmə və götürmə haqqında” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dələduzluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd «iPhone 14 pro max» markalı, **********94479 və **********21371 İMEİ kodlu, 256 GB yaddaş tutumuna mobil telefonu təqdim etmişdir. (İ/V.219-223) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə Wahtsapp mobil tətbiqi ilə aparılmış 14 ədəd sms yazışmaları əks olunan «A4» formatında vərəqlər iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V.36- 51) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə “Wahtsapp” mobil tətbiq etməsi ilə aparılmış smslərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə Wahtsapp mobil tətbiqi ilə aparılmış 14 ədəd sms yazışmaları əks olunan «A4» formatında vərəqlərə təqdim olunmuşdur. Həmin sms yazışmalarına baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə kontakda ***-***-**-** GSM və kontakda «Cındır» adı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs ilə mobil telefonunun qaytarılmasına dair danışların aparılması, həmçinin Təqsirləndirilən şəxs mobil telefonu lombarda qoyması barədə danışıqların aparılması müəyyən olunmuşdur. “Cinayət işinin tövsif edilməsi barədə” 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (İ/V.125-126). “Şübhəli şəxsin tutulması” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdı saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ/V.135-136). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V.153-154). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)- 764/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmaqla 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V.175-177). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 3-16- 16/2-9/7306/2024 nömrəli rəiyndən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «iPhone 14 pro max» markalı, **********94479 və **********21371 İMEİ kodlu, 256 GB yaddaş tutumuna malik satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmamasını və istifadə olunduğunu nəzərə alaraq 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1700,00 manat müəyyən olunur. (İ/V.219-223). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd «iPhone 14 pro max» markalı, **********94479 və **********21371 İMEİ kodlu, 256 GB yaddaş tutumuna malik mobil telefon Zərərçəkmiş şəxs3 qardaşı X2 təqdim edilmişdir. (İ/V.273) Cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmişdir. (İ/V. 58-59). “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İPhone 14 PRO MAX” markalı mobil telefon Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmış və iş üzrə maddi sübut kimi tanınmış Whattsapp mobil tətbiq vasitəsilə aparılmış yazışmaların cap olunduğu 14 ədəd vərəqlər iş materiallarında saxlanılması qərara alınmışdır. (İ/V. 227-233). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 15 noyabr 2024cü il tarixli qərardan görünrür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. (İ/V. 249-250). Bakı şəhəri Yasamal Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-369/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək 02 (iki) gün, 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, sonuncunun üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslərdən birinə qarşı vurulmuş zərəri tamamilə ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlləri ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iki gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddətində həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 14 PRO MAX” markalı mobil telefon Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Whattsapp mobil tətbiq vasitəsilə aparılmış yazışmaların cap olunduğu 14 ədəd vərəqlər iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-636/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmal əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(006)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iki gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 14 PRO MAX” markalı mobil telefon Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Whattsapp mobil tətbiq vasitəsilə aparılmış yazışmaların cap olunduğu 14 ədəd vərəqlər iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar