Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-114/2022 23.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Müdafiəçi Bakı Şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, Balıq sexində fəhlə işləyən, ali təhsilli, Sumqayıt şəhəri 48-ci məhəllə ev 8 mənzil 20-də qeydiyyatda olan və yaşayan, barəsində 19.01.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vaxtilə ali məktəbdə bir yerdə oxuduğu Şahid2 vasitəsilə tanış olduğu sonuncunun bacısı Nərminin əri İran İslam Respublikasının vətəndaşı X7 bankdan kredit götürülməsi ilə bağlı işləri həll edə bilməsi barədə, habelə həmin işləri əvvəllər bankda işlədiyi üçün tanışları vasitəsilə edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, aralarında yaranmış şəxsi münasibətlər nəticəsində sonuncunun etimadını qazanıb, etibarından sui-istifadə edərək, R.Ekradi 15.000 manat məbləğdə pulu kredit yolu ilə bankdan götürülməsinə köməklik göstərməsi barədə ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan həmin məbləğdə pulun kredit götürülməsi üçün ilkin olaraq 5000 manat məbləğdə pulun depozitə qoyulması barədə yalandan deyib, əslində həmin pulu ələ keçirmək niyyəti ilə, habelə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən icra etməyəcəyini bilərək R.Ekradini aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 21.07.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda yerləşən metronun “Xətai” stansiyasının yaxınlığında 3700 manat pulu almış, dələduzluq hərəkətlərinin davamı olaraq 26.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən metronun “İnşaatçılar” stansiyasının yaxınlığında 1500 manat olmaqla ümumilikdə 5200 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs X7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər «Bank of Bakuda», daha sonra isə «Yello Bankda» kredit müxtəxəssisi vəzifəsində işləmiş, 2019-cu ilin dekabr ayında işdən azad olunmuşdur. İran İslam Respublikasının vətəndaşı Ekradi Raminin qayını olan Şahid2la ali məktəbdə bir yerdə təhsil almışdır. 2021-ci ilin iyul ayında Vüqar zəng vurub bacısının yoldaşı Raminin özünə maşın almaq istədiyini, lakin pulunun çatmadığını, imkan varsa bankların birindən 15000 manat kreditə pul götürməkdə köməklik etməyi xahiş etmişdir. O Vüqarın bu təklifinə razılıq vermişdir. Vüqar yeznəsi Ramini onunla tanış etmiş, söhbət əsnasında Raminə yalandan demişdir ki, 15000 manat kreditə pul götürmək üçün ilkin olaraq bankın depozitinə 5000 manat pul qoymaq lazımdır. Ramin də onunla razılaşmışdır. 21.07.2021-ci il tarixdə Xətai metrostansiyasının yanında Raminlə görüşmüş, görüşə Raminin yoldaşı Nərmin də gəlmişdi. Həmin vaxt o Ramindən 3700 manat pul almış, Ramin qalan pulu isə sonra verəcəyini bildirmişdir. Bundan sonra o Ramindən aldığı 3700 manat pulu öz şəxsi ehtiyacları üçün və anasının müalicəsinə lazım olan dərman vasitələrin alınmasına xərcləmişdir. Bir neçə gün sonra Raminə zəng vurub onunla İnşaatçılar metrostansiyasının yanında görüşmüş və həmin vaxt Ramin ona 1500 manat pul vermişdir. Raminlə olan söybət əsnasına ona demişdir ki, narahat olması kredit məsələsini yaxın günlərdə həll edəcək. Ramindən aldığı 1500 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Ramin zəng vurub işlə bağlı maraqlandıqda hər dəfə ona narahat olmamağı demiş, əslində isə Ramindən aldığı 5200 manat pulu artıq öz şəxsi maraqları üçün xərcləyib qurtarmışdır. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən Azərbaycan Respublikasında yaşayır. 15 aydır ki, Şahid1 ilə ailə həyatı qurmuşdur. 2021-ci ilin iyul ayında özünə kredit yolu ilə avtomobil almaq istəmiş, bu məqsədlə Vüqar tanışı Təqsirləndirilən şəxsla onu tanış etmişdir. Vüqar ona demişdir ki, Əfqan bankda işləmiş və köməklik göstərə bilər. Bu məqsədlə Əfqanla danışdıqda Əfqan dayısı oğlunun Kapital bankda kredit şöbəsində işlədiyini, minimum 15000 manat olmaqla kredit pul götürüb verə biləcəyini və bunun üçün depozit kimi banka 5000 manat pul qoymaq lazım olduğunu bildirmişdir. Bundan sonra o, avtomobili kreditlə götürməkdənsə pulu kreditlə götürüb nağd formada avtomobil almaq qərarına gəlmiş və Əfqanın təklifi ilə razılaşmışdır. Bundan sonra yoldaşı Nərmin VTB bankdan öz adına 5000 manat kredit götürmüş, lakin borcları olduğundan Əfqana 3700 manat pulunun olduğunu dedikdə Əfqan razılaşmış, qalan pulu sonra verməyi təklif etmişdir. 2021-ci ilin iyul ayının 21-də metronun “Xətai” stansiyasının yaxınlığında o və yoldaşı Nərmin Təqsirləndirilən şəxs ilə görüşmüş, Əfqana 3700 manat pulu vermşdir. 26.07.2021-ci il tarixdə Əfqan zəng edib işin alınması üçün 1500 manat pul istədikdə yenə yoldaşı Nərmin öz adına Unibankdan 1500 manat kredit götürmüş, həmin gün, yəni 26.07.2021-ci il tarixdə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Elektrolux” adlı mağazanın qarşısında Əfqanla tək görüşmüş və 1500 manat pulu Əfqana vermişdir. Bundan sonra Əfqan verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, pulun qaytarılmasını tələb etdikdə gah uşağının xəstə olmasına görə xərclədiyini, gah da borclarına verdiyini, hələlik qaytara bilmədiyini demişdir və nəticə etibarilə 5200 manat pulu ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla Qafqaz Universitetində təhsil alarkən tanış olmuşdur. Ekradi Ramin isə onun bacısı Nərminin həyat yoldaşıdır. 2021-ci ilin iyul ayında kürəkəni Ramin özünə kredit yolu ilə avtomobil almaq istəmiş, bu məqsədlə maraqlandıqda tanışı Təqsirləndirilən şəxs yadına düşmüş və Əfqanla söhbət zamanı Əfqan dayısı oğlunun Kapital bankda kredit şöbəsində işlədiyini və minimum 15000 manat olmaqla kredit pul götürüb verə biləcəyini demişdir. Bunun üçün depozit kimi banka 5000 manat pul qoymaq lazım olduğunu bildirmişdir. O Raminlə bu barədə danışmış və onlar avtomobili kreditlə götürməkdənsə pulu kreditlə götürüb nağd formada avtomobil almaq qərarına gəlmişlər. Bundan sonra bacısı Nərmin bankdan öz adına 5000 manat kredit götürmüş, həmin pulun bir qismini Raminin borclarına vermiş, sonradan bilmişdir ki, 2021 -ci ilin iyul ayının 21-də metronun “Xətai” stansiyasının yaxınlığında Ramin və Nərmin Təqsirləndirilən şəxs ilə görüşüb Ramin Əfqana 3700 manat pul vermiş, 26.07.2021-ci il tarixdə Əfqan qalan pulu istədiyi üçün Ramin Əfqanla metronun “İnşaatçılar” stansiyasının yaxınlığında görüşüb 1500 manat pulu Əfqana vermişdir. Bundan sonra Əfqan verdiyi vədə əməl etməyib aldığı pulları bu günə kimi qaytarmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 34-cü vərəqində olan ifadəsində göstərmişdir ki, 28 sentyabr 2020-ci il tarixdə İİR vətəndaşı Ekradi Raminlə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, Ramin 2018-ci ildən etibarən Azərbaycandadır. 2021-ci ilin iyul ayında əri Ramin özünə kredit yolu ilə avtomobil almaq istəmiş, bu məqsədlə maraqlandıqda qardaşı Vüqar tanışı Təqsirləndirilən şəxsla əri Ramini tanış etmiş, belə ki, Vüqar demişdir ki, Əfqan bankda işləyir və köməklik göstərə bilər. Bu məqsədlə Ramin və Vüqar Əfqanla danışmış, söhbətlərdən bildiyinə görə Əfqan dayısı oğlunun Kapital bankda kredit şöbəsində işlədiyini və minimum 15000 manat olmaqla kredit pul götürüb verə biləcəyini demişdir. Bunun üçün depozit kimi banka 5000 manat pul qoymaq lazım olduğunu bildirmiş, həmin pulu Əfqanın dayısı oğlu öz adına kredit götürdükdən sonra onlara notarial qaydada müqavilə bağlamaqla verəcəkdi. Onlar da avtomobili kreditlə götürməkdənsə pulu kreditlə götürüb nağd formada avtomobil almaq qərarına gəlmiş, bundan sonra VTB bankdan öz adına 5000 manat kredit götürmüş, həmin pulun bir qismini Raminin borclarına vermişdir. 2021-ci ilin iyul ayının 21-də metronun “Xətai” stansiyasının yaxınlığında o və yoldaşı Ramin Təqsirləndirilən şəxs ilə görüşmüş, Ramin onun yanında Əfqana 3700 manat pul vermiş, 26.07.2021-ci il tarixdə Əfqan qalan pulu istədiyi üçün yenə öz adına Unibankdan 1500 manat kredit götürmüş, həmin gün, yəni 26.07.2021-ci il tarixdə Ramin Əfqanla metronun “İnşaatçılar” stansiyasının yaxınlığında görüşüb 1500 manat pulu Əfqana vermişdir. Həmin pulları kredit götürdüyünü Əfqan bilmiş, buna görə də yaranmış 1000 manat borcu da Əfqan ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra Əfqan verdiyi vədə əməl etməyib aldığı pulları bu günə kimi qaytarmamışdır. Əfqanın ələ keçirdiyi 5200 manat pulu banklardan öz adına kredit götürsə də, həmin pulları əri Raminə vermiş və Raminin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmağını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasının yanında yerləşən “Electrolux” mağazasının qarşısıdır. (i.v. 15-18) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v. 39) İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 89-90) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri işin digər halları ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs X5, Şahid1, Şahid2 ifadələri, hadisə yerinə baxış protokolu, R.Ekradinin şikayət və tələbinin olmaması barədə ərizəsi sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 92-98) İş materiallarında olan zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi 23.02.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 23.02.2022-ci il tarixli, 34773872 nömrəli "xxxx"ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1300 manat Maliyyə Nazirliyi – X3 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73- 1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-114/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-114/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver