Məhkəmə qərarları › İş №1(004)-114/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-114/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-114/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 fevral 1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 10 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən binanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön şüşəsinin açıq vəziyytədə olmasından istifadə edərək həmin avtomobilin sağ ön oturacağının üzərindən içərisində 400 manat dəyərində ***-***-**-** mobil nömrə olan 01 ədəd 850 manat dəyərində, 64 GB yaddaş tutumuna malik, yaşıl rəngli “İphone” markalı, “11 Pro” modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1250 manat ziyan vurmaqla hadisə yerindən uzaqlaşan zaman törətmiş olduğu cinayət əməlinin Zərərçəkmiş şəxs tərəfindən aşkar edildiyini sonuncunun onun arxasınca qaçaraq dayanmasını tələb etməsi ilə ehtiva olunan formada dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin avtomobildən götürdüyü 01 ədəd “İphone” markalı, “11 Pro” modelli mobil telefon aparatını üzərində olan ***-***-**-** mobil nömrə ilə birlikdə özündə saxlayıb hadisə yerindən qaçıb gedərək Zərərçəkmiş şəxs ümumilikdə 1250 manat ziyan vurmaqla əmlakı açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli qismən bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CMnin 177.1, 234.1 və 326.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi müxtəlif yerlərdə rəngsaz kimi işləyərək özünü dolandırmışdır. Son zamanlar sol ayağı şişdiyindən bərk ağrıları olduğu üçün işləyib pul qazana bilməmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir ki, əldə etdiyi pulla həm özünü müalicə etdirsin, həm də ki gündəlik tələbatlarını və borcunu ödəsin. Şahid1 təxminən 02 ay olar ki tanıyırmış, həmin şəxslə əvvəllər hər hansı ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. O, Emili Xırdalana gedib-gələrkən manatlıq taksi sürücüsü kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yenidən yaşadığı evin yanında sürücü kimi fəaliyyət göstərən Emilə yaxınlaşıb onu Sədərək ticarət mərkəzinə aparmasını, əvəzində xidmət haqqı olaraq 30 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, Emillə razılaşıb sonuncunun göy rəngli, “Opel Vectra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Şahid1lə birlikdə Sədərək ticarət mərkəzinə yollanmışdır. Qeyd olunan ünvana çatdıqdan sonra təxminən yarım saat-bir saat ərzində alış-verişini edib özünə 30-35 manata 01 cüt ayaqqabı almış və bayıra çıxmışdır. O, alışveriş edərkən Emil də onu bayırda avtomobilində gözləyirmiş. O, Sədərək ticarət mərkəzindən çıxdıqdan sonra yenidən yaşadığı Xırdalan şəhərinə qayıdan zaman saat 16 radələrində Emillə birlikdə ünvan 3 ünvanında yerləşən binanın önündən keçərkən onların hərəkət istiqamətində, onların əyləşdiyi avtomobildən sağda “Hundai Elantra” markalı avtomobilin ön şüşələrinin hər ikisinin açıq olduğunu görmüşdür. Bu zaman o, Emilə avtomobili saxlamasını, təcili işi olduğunu demişdir. Təxminən 30-40 metr qabaqda Emil avtomobili saxlamış və o, avtomobildən düşüb bayaq gördüyü “Hundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru yaxınlaşmışdır. O, avtomobilə yaxınlaşarkən ətrafda heç kəs olmamışdır. O, qeyd olunan avtomobilə yaxınlaşıb əlini avtomobilin sağ ön pəncərəsindən içəri salıb sağ ön oturacağın üzərində olan yaşıl rəngli 01 ədəd “İphone 11 pro” markalı mobil telefonu götürmüşdür. Telefonu avtomobilin içərisindən götürdükdən sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və Emilin avtomobilinə doğru qaçmışdır. Emilin avtomobilinə əyləşən kimi Emilə avtomobili tez sürməsini, oradan uzaqlaşmasını demişdir. Emil ondan bunun səbəbini soruşduqda o, Şahid1 “söz-söhbətim düşüb, tez sür” demişdir. Yolda olarkən Emil ona bayaq arxasınca bir nəfər şəxsin nə səbəbə qaçdığını soruşduqda, o, Emilə arxasınca qaçan şəxslə söhbətinin düşdüyünü, bu səbəbdən onun arxasınca qaçdığını demişdir. Onlar hadisə yerindən xeyli uzaqlaşıb ara məhəllələrin birinə daxil olduqda o, cibindəki “İphone 11 pro” markalı mobil telefonu çıxarmışdır. Bu zaman Emil ona bayaq üzərində “İphone 11 pro” markalı mobil telefonun olmadığını söylədikdə, o, Şahid1 həmin mobil telefonun ona məxsus olduğunu əvvəldən üzərində olduğunu lakin sözügedən şəxsin görmədiyini bildirmişdir. Bundan sonra o, Emili aldadaraq guya mübahisə etdiyi bayaq arxasınca qaçan şəxsin Şahid1 avtomobilində qaçdıqlarını görüb onları tanıdığını, həmçinin yollar tıxac olduğu üçün Emilin avtomobili ilə gedəcəkləri təqdirdə onları görüb onlarla davadalaş edəcəklərini deyərək Emilə avtomobilini burada saxlamasını, evə başqa taksi vasitəsilə getmələrini bildirmişdir. Razılaşdıqdan sonra o, hazırda xatırlamadığı taksi şirkətlərindən birinə zəng edərək taksi sifaiş vermişdir. Bundan sonra ikisi də rəngini, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı sifariş əsasında gələn avtomobilə əyləşərək ilk öncə “Ekologiya Postu” kimi tanınan ünvana getmişdirlər. Emil orada düşdükdən sonra sürücü onu ünvan 2vanında yerləşən evinə aparmış və o da orada düşmüşdür. Taksidən düşərkən də həmin yaşıl rəngli 01 ədəd “İphone 11 pro” markalı mobil telefon onda olmuşdur. Bundan sonra evə gəlib “İphone 11 pro” markalı mobil telefonu açmaq istədikdə, mobil telefonun kodu olduğunu müəyyən etmiş və ekran kodunu bilmədiyi üçün telefonu aça bilməmişdir. Həmin vaxt telefonu aça bilmədiyi üçün həmin mobil telefonu sata bilməyəcəyini düşünüb göstərilən mobil telefon aparatını anasının görməməsi üçün ünvan 2vanında yerləşən birotaqlı evindəki şkafda gizlətmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib sonuncularla birlikdə polis bölməsinə gəlmiş, ilkin izahat vermiş və etmiş olduğu oğurluq əməlini səmimi etiraf etmişdir. Polis bölməsində saxlanılandan sonra anası Şahid2 zəng edərək sonuncuya evlərinin şkafında gizlətmiş olduğu 01 ədəd “İphone 11 pro” markalı mobil telefonu götürüb polis bölməsinə gəlməsini söyləmişdir. Bundan sonra anası Xalidə polis bölməsinə gəlmək üçün pulunun olmadığını və taksi sifariş edə bilmədiyini bildirdikdə o, məhəllədəki tanışlarından birinin vasitəsilə polis bölməsinə gəlməsinə köməklik edəcəyini demişdir. Anasıyla telefon danışığını sonlandırdıqdan sonra tanışı Eldara zəng edərək həmin şəxsdən anasını taksi ilə Yasamal RPİ-nin 28-ci PB-nə yola salmasını xahiş etmişdir. Eldar ona köməklik edəcəyini bildirdikdən sonra anasına bu barədə məlumat vermişdir. Daha sonra anası Xalidə qeyd olunan mobil telefon aparatı ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmiş və 01 ədəd “İphone 11 pro” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. O, xx.xx.2022ci il tarixdə saat 16 radələrində oğurladığı yaşıl rəngli, 01 ədəd “İphone 11 pro” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə əvvəllər hər hansı ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. Əlavə olaraq bildirdi ki, o, oğurluq edərkən onu başqa bir şəxsin kənardan görməsini bilməmişdir. Hadisə vaxtı əynində qara rəngli cins şalvar, boz rəngli papaqlı gödəkçə, başında kepka, sol qolunda ağ rəngli sarıq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində “Hundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobildən yaşıl rəngli, 01 ədəd “İphone 11 pro” markalı mobil telefon aparatı oğurlayarkən o, tək olmuş və bu barədə heç kimə məlumat verməmişdir. O, oğurluq etmək barədə əvvəlcədən heç kimə məlumat verməmiş və oğurluq etmək barədə də heç kimlə arasında hər hansı razılaşma olmamışdır. Həmin ünvanda törətmiş olduğu oğurluq hadisəsini əvvəlcədən kiminləsə razılaşmadan və planlaşdırmadan təsadüfən gördüyü əmlakı ələ keçirmək niyyəti ilə təkbaşına qərar verərək özü törətmişdir. Bələliklə o özünü oğurluğda təqsirli bilir. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələb, şikayət və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, “Hyundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 78 saylı binanın qarşısında saxlayıb siqaret almaq üçün təxminən avtomobilindən 7-8 metr aralıda yerləşən mağzaya yaxınlaşıb özünə siqaret alırmış. Həmin vaxt o, özünə məxsus “İphone 11 Pro” markalı mobil telefonunu avtomobilinin içərisində enerji yığması üçün naqilə qoşulu qoyub avtomobilinin şüşəsini bir qədər açıq saxlayıb mağazaya yaxınlaşmışdır. O, mağazadan siqaret ala-ala bir tərəfdən avtomobilinə nəzarət edirmiş ki, dayanma durma qaydalarını pozmaqla bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gəlib yaxınlaşsa tez gedib avtomobilini oradan çəksin. Bu zaman o, anidən görmüşdür ki, bir nəfər əynində boz rəngli gödəkçə və qara rəngli cins şalvar olan şəxs əlini “Hyundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ ön pəncərəsindən içəri salıb oradan “İphone 11 Pro” markalı mobil telefonunu cərəyan naqilindən ayıraraq götürmüşdür. O, dərhal həmin şəxsə tərəf qaçaraq nə edirsən deyə qışqırmışdır. Bu zaman telefonunu oğurlayan şəxs onun qışqıraraq üzərinə gəldiyini görüb avtomobildən götürdüyü ona məxsus mobil telefonu əlində saxlayıb qaçaraq oradan uzaqlaşmağa başlamışdır. O da mobil telefon aparatını oğurlayan şəxsin arxasınca qaçmışsa da, əynində klassik paltar olduğu üçün sürətli qaça bilməmişdir. Bu səbəbdən həmin şəxs qaçaraq ondan uzaqlaşmışdır. O, mobil telefon aparatını oğurlayan şəxsin arxasınca qaçaraq dayanmasını bildirmişsə də, həmin şəxs dərhal orada dayanmış “Opel Vectra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb həmin avtomobilin qabaq sağ qapısını açaraq avtomobilə əyləşib sürətlə oradan uzaqlaşmışdırlar. O, həmin şəxsin arxasınca qaçan zaman dayanması üçün sonuncunu nə qədər çağırıb fit çalmışsa da, sözügedən şəxs dayanmayaraq qaçıb oradan avtomobilə əyləşib sürücüyə tez sürməsini bildirərək oradan getmişdirlər. Onun həmin şəxsin arxasınca qaçmasını mobil telefon aparatını oğurlayan şəxsi aparan avtomobilin sürücüsü də görmüşdür. O, dərhal gəlib öz avtomobilinə əyləşib mobil telefon aparatını oğurlayan şəxsin arxasınca getmişsə də, həmin şəxsin əyləşdiyi “Opel Vectra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə çata bilməmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə Yasamal RPİ-nin 28-ci PB-nə gedərək bu barədə ərizə və izahat yazmışdır. Hadisə zamanı ona məxsus “Hyundai Elnatra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurlanmış “İphone 11 Pro” markalı mobil telefonu 2022-ci ilin sentyabr ayında 1700 manata almışdır. Həmin mobil telefonunun oğurlanan tarixdə yəni xx.xx.2022-ci il tarixdə qiyməti 1200 manat olmuşdur. Həmin mobil telefonu oğurlanan zaman üzərində 400 manat dəyərində ***-***- **-** mobil nömrəsi də olmuşdur. Həmin mobil nömrənin balansında hər hansı məbləğdə pul və ya kontur olmamışdır. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 1600 manat maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində ona məxsus “Hyundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilindən “İphone 11 Pro” markalı mobil telefonunu götürən şəxsi görmüşdür. Həmin şəxs 175-180 sm boylarında, 30-35 yaşlarında, üzü az tüklü, saçının kənar hisssində ağ tüklər olan, orta köklükdə bığsız cavan oğlan idi. Həmin vaxt hadisəni törətmiş şəxsin əynində boz rəngli gödəkçə, qara rəngli şalvar, başında qara rəngli kepka, həmçinin sol əlində ağ rəngli bintlə sarılmış gips olmuşdur. Hadisə vaxtı avtomobilindən ona məxsus mobil telefonun götürülməsini kimlərin görməsini bilmir, lakin o, həmin şəxsin arxasınca qışqırıb dayanmasını bildirirək qaçan zaman orada olan tanımadığı şəxslər ona baxırmış. Onun mobil telefon aparatını oğurlayan şəxsin arxasınca qaçmasını həmin şəxsin əyləşdiyi “Opel Vectra” markalı, **- ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də görmüşdür. Əlavə olaraq Zərərçəkmiş şəxs bildirdi ki, hazırda ona dəymiş zərər tamamilə aradan qaldırılıb, telefon ona qaytarılıb,məhz buna görə onun təqsirləndirlən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 326.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2022-ci ilin may ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi oğlu Ramin müxtəlif yerlərdə rəngsaz kimi işləyərək özünü və ailəsini dolandırmışdır. Lakin soyğunçuluq etdiyinə görə tutulana kimi 01 ay idi ki, oğlu Təqsirləndirilən şəxs sol ayağı şişmişdir və bərk ağrıları olduğu üçün işləyib pul qazana bilməmişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində ünvan 2vanında yerləşən evlərinin qapısı döyülmüşdür. Qapını açdıqda iki nəfər mülki geyimli şəxsin evlərinin qapısının önünə dayandığını görmüşdür. Həmin şəxslər özlərini ona təqdim edib ondan Raminin evdə olub-olmadığını soruşmuşdurlar. O da həmin şəxslərə Raminin evdə olmadığını, evin yaxınlığındakı marketə getdiyini, tezliklə qayıdacağını söyləmişdir. Bundan sonra sözügedən şəxslər Ramini gözləməyə başlamışdırlar. Ramin qısa müddət sonra evə qayıdan zaman mülki geyimli iki nəfər polis əməkdaşı oğluna yaxınlaşaraq özlərini təqdim edib oğlu Ramini Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişdirlər və oğlu da polis əməkdaşları ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs polis bölməsinə aparmışdırlar. Oğlunu polis bölməsinə apardıqdan qısa müddət sonra oğlu Təqsirləndirilən şəxs polis bölməsindən ona zəng edərək yaşadıqları bir otaqlı evin şkafında yaşıl rəngli, “İphone” markalı, “11 pro” modelli mobil telefon olduğunu söyləyib həmin mobil telefonu Yasamal RPİ-nin 28-ci PB-nə gətirməsini tapşırmışdır. O, evin şkafını axtarıb həqiqətən də oradan yaşıl rəngli, “İphone” markalı, “11 pro” modelli mobil telefon tapmışdır. Telefonu tapdıqdan sonra oğlu Raminə həmin mobil telefonu polis bölməsinə gətirmək üçün taksiyə ödəməyə pulunun olmadığını bildirmişdir. Bu zaman oğlu Təqsirləndirilən şəxs məhəllədəki tanışlardan birinin vasitəsilə onu taksiylə polis bölməsinə gətirdəcəyini bildirmişdir. Bundan qısa müddət sonra yaşadığı evin qapısı döyülmüşdür. Qapını açdıqda qapıdakı tanımadığı şəxs ona oğlu Raminin tanışı olduğunu və sonuncunun tapşırığı ilə onu polis bölməsinə taksiylə yola salmaq üçün gəldiyini demişdir. Bundan sonra həmin şəxs təsadüfən yoldan keçən taksilərdən birini saxlatdıraraq onu taksiyə əyləşdirmiş, ödənişi ödəyib onu polis bölməsinə yola salmışdır. O, Yasamal RPİ-nin 28-ci PB-nə çatdıqda oğlu Raminin göstərişi əsasında evdən tapdığı, lakin əvvəllər evlərində görmədiyi yaşıl rəngli, “İphone” markalı, “11 pro” markalı mobil telefonu Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarına təqdim etmiş və bu barədə protokol tərtib edilərək qeyd olunan mobil telefon ondan götürülmüşdür. Onun oğlu Raminin soyğunçuluq etməsi barədə heç bir məlumatı olmamışdır. 11 oktyabr 2022-ci il tarixdə oğlunu Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tutub polis bölməsinə apardıqdan və oğlu polis bölməsində ona zəng edib yaşadıqları evdən yaşıl rəngli, “İphone” markalı, “11 pro” modelli mobil telefonu gətirməsini tapşırdıqdan sonra həmin hadisə barədə məlumatı olmuşdur. Oğlu Raminin soyğunçuluq edərək əldə etdiyi yaşıl rəngli, “İphone” markalı, “11 pro” modelli mobil telefonun evlərində şkafda olması barədə məlumatı olmamışdır. Həmçinin Ramin özü də nə ona, nə də başqa bir şəxsə soyğunçuluq etməsi və ya soyğunçuluq edərək əldə etdiyi əşyaları kirayə yaşadığımız evdə gizlətməsi barədə heç bir məlumat verməmişdir. O, həmin vaxt onu bölməyə yola salan oğlunun tanışını və onu aparan taksi sürücüsünü tanımır, həmin şəxsləri xx.xx.2022-ci il tarixdə ilk dəfə görmüşdür. Həmin vaxt gecə olduğu üçün taksinin rənginə, modelinə və dövlət qeydiyyat nişanına fikir verməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, göy rəngli, “Opel Vectra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 02 ay olar ki tanıyırmış, həmin şəxslə əvvəllər hər hansı ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. O, Təqsirləndirilən şəxs Xırdalana manatlıq taksi sürücüsü kimi gedib-gələrkən tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində avtomobiliylə müştəri gözləyən zaman Ramin ona yaxınlaşıb Sədərək ticarət mərkəzinə getmələrini, əvəzində ona xidmət haqqı olaraq 30 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, Raminlə razılaşıb onun göy rəngli, “Opel Vectra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər və Raminlə birlikdə Sədərək ticarət mərkəzinə yollanmışdır. Qeyd olunan ünvana çatdıqdan sonra Ramin alış-veriş etmək üçün avtomobildən düşmüşdür. O da Ramini bayırda avtomobilində gözləyirmiş. Ramin təxminən yarım saat-bir saat alış-veriş edib Sədərək ticarət mərkəzindən çıxdıqdan sonra Təqsirləndirilən şəxs yenidən yaşadığı Xırdalan şəhərinə aparan zaman saat 16 radələrində Raminlə birlikdə ünvan 3 ünvanında yerləşən binanın önündən keçərkən sonuncu avtomobili saxlamasını, təcili işinin olduğunu demişdir. O, təxminən 30-40 metr qabaqda avtomobili uyğun yerdə saxlamış və Ramin avtomobildən düşmüşdür. Ramin avtomobildən düşdükdən təxminən iki-üç dəqiqə sonra geri qayıtmışdır. Ramin onun avtomobilinin qabaq sağ qapısını açıb əyləşən kimi ona avtomobili tez sürməsini, oradan uzaqlaşmasını demişdir. O, Ramindən bunun səbəbini soruşduqda Ramin ona “sözsöhbətim düşüb, tez sür” demişdir. O, avtomobili yerindən götürərkən avtomobilin salonunda olan güzgüdən bir nəfər tanımadığı şəxsin Raminin arxasıyca, onun avtomobilinə doğru qaçdığını görmüşdür. Yolda olarkən o, Raminə bayaq arxasıyca bir nəfər şəxsin nə səbəbə qaçdığını soruşduqda, Ramin ona arxasıyca qaçan şəxslə söhbətinin düşdüyünü, bu səbəbdən arxasıyca qaçdığını demişdir. Onlar hadisə yerindən bir qədər uzaqlaşıb ara məhəllələrin birinə, “Bravo” marketin filiallarından xatırlamadığı birinin arxası tərəfindəki məhəlləyə daxil olduqda Ramin cibindən 01 ədəd, yaşıl rəngli “İphone 11 pro” markalı mobil telefon çıxarmışdır. Bu zaman o, Raminə bayaq üzərində “İphone 11 pro” markalı mobil telefonun olmadığını söylədikdə, Təqsirləndirilən şəxs ona həmin mobil telefonun özünə məxsus olduğunu, əvvəldən üzərində olduğunu lakin onun görmədiyini bildirmişdir. Bundan sonra onlar avtomobilin başqa şəxslər tərəfindən görüldüyünü, hazırkı vəziyyətdə yollarda tıxac olduğu üçün avtomobiliylə hərəkət edəcəyi təqdirdə onları görən şəxslərin saxlayacağından qorxaraq avtomobilini orada qoymağı, evə başqa taksi vasitəsilə getməyi qərara almışdırlar. Razılaşdıqdan sonra Ramin hazırda xatırlamadığı taksi şirkətlərindən birinə zəng edərək taksi sifariş vermişdir. Bundan sonra rəngini, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı sifariş əsasında gələn avtomobilə əyləşərək “Ekologiya Postu” kimi tanınan ünvana getmişdirlər. O, orada düşüb yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən evinə getmişdir. Həmin vaxtdan etibarən polis bölməsinə gələnə kimi o, bir daha Ramini görməmiş və həmin şəxslə əlaqə saxlamamışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə o, xx.xx.2022-ci il tarixdə avtomobilini saxladığı ünvana gedərək avtomobilini oradan çıxarmış və taksi kimi fəaliyyət göstərməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Yasamal RPİnin 28-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib sonuncularla birlikdə polis bölməsinə gəlmiş, ilkin izahat vermişdir. Polis bölməsində cinayəti Təqsirləndirilən şəxs törətdiyini, onun həmin oğurluq hadisəsi barədə məlumatının olmadığını, yalnız Ramini avtomobiliylə əvvəlcədən cinayət barədə məlumatı olmadan hadisə yerinə apardığını deyib Raminin yaşadığı ünvanın ünvan 6n sonra polis əməkdaşları bir neçə saat sonra Təqsirləndirilən şəxs tutub Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişdirlər. Ramin polis bölməsinə gətirilib etmiş olduğu oğurluq əməlini səmimi etiraf etdikdən sonra oğurlamış olduğu yaşıl rəngli, 01 ədəd “İphone 11 pro” markalı mobil telefonu anası Xalidə polis bölməsinə gətirərək həmin mobil telefon aparatını polis əməkdaşlarına təqdim etmişdir. O, Raminin xx.xx.2022-ci il tarixdə saat 16 radələrində oğurladığı yaşıl rəngli, 01 ədəd “İphone 11 pro” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə əvvəllər hər hansı ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Hundai Elantra” markalı avtomobildən götürdüyü yaşıl rəngli, 01 ədəd “İphone 11 pro” markalı mobil telefon aparatının oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. O, hələ avtomobildə olarkən Raminin cibindən 01 ədəd “İphone 11 pro” markalı mobil telefon aparatını çıxardığını görən zaman telefon barədə Təqsirləndirilən şəxs sual verdikdə, Ramin həmin mobil telefonun özünə məxsus olduğunu, sadəcə onun həmin mobil telefon aparatını əvvəllər üzərində görmədiyini demişdir. Oğurluq etmək barədə əvvəlcədən Təqsirləndirilən şəxsla onun arasında heç bir razılaşma olmamış və Ramin oğurluq edəcəyi barədə əvvləcədən ona məlumat verməmiş və oğurluq nəticəsində əldə edəcəyi gəlirdən ona nəsə vəd etməmişdir. Ramin oğurluq hadisəsi nəticəsində əldə etmiş olduğu gəlirdən ona heç nə verməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs Sədərək ticarət mərkəzinə aparıb-gətirdiyi üçün xidmət haqqı olaraq ona söz verdiyi 30 manat pulu vermişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 99-101-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli 9/7472 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone” markalı, “11 pro” modelli, 64 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunur. Cinayət işinin 123-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 127-136-cı vərəqələrində olan sübutlara qiymət verilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd yaşıl rəngli “İphone” markalı, “11 pro” modelli, 64 GB yaddaş tutumuna malik mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. Cinayət işinin 108-109 və 115-120-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamə, məhkəmə hökmü və qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 05 noyabr 2021-ci il tarixli Amnistiya aktına əasən cəzası 2 il 2 ay müddətindən 1 il 8 ay müddətinə endirilmişdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 sentyabr 2020-ci il, sonu isə 13 may 2022-ci ildir. 27 aprel 2022-ci il tarixli Xəzər rayon məhkəməsinin 7(003)-1044/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq 16 gün vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan 17 saylı Cəzaçəkmə müəssisəsindən daxil olan xx.xx.2023-ci il tarixli arayışdan görünür ki Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl cəzadan azad olunaraq evə buraxılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə dəymiş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixli Amnistiya aktına əsasən cəzası 2 il 2 ay müddətindən 1 il 8 ay müddətinə endirilmiş və 27 aprel 2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin 7(003)-1044/2022 nömrəli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq 16 gün vaxtından əvvəl azad edilmişdir. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğunun götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 12 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd yaşıl rəngli “İphone” markalı, “11 pro” modelli, 64 GB yaddaş tutumuna malik mobil telefon aparatı təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1ə və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1ə və Müdafiəçi2 hər birinə 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd yaşıl rəngli “İphone” markalı, “11 pro” modelli, 64 GB yaddaş tutumuna malik mobil telefon aparatı təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar