Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-116/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20.12.1976-cı ildə Füzuli rayonunun Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı olmaqla, dörd övladı olan, “MİDA 2” Yaşayış Kompleksində “xxxx” MMC tərəfindən inşaatı aparılan 30 saylı binada briqadir işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Mahmudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 16 saylı yataqxanada nömrəsiz mənzildə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi zamanı onun tərəfindən işlərin aparılması qaydalarını pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, «xxxx» MMC ilə arasında bağlanmış 25.02.2020-ci il tarixli, AS/020 nömrəli podrat müqaviləsinə əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin «Sosial Evlər» layihəsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən yaşayış kompleksində 30 №-li binanın 6-cı və daha yuxarı mərtəbələrinin tikintisində monolit dəmir-beton işlərinin icrasına rəhbərlik etdiyi və sair işləri həyata keçirdiyi zaman “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.9, 2.1, 2.26 və 12.11-ci bəndlərinin tələblərinə əsasən kəlləçarxı işlərin görülməsinə bir ildən az olmayaraq iş təcrübəsi olan şəxslər buraxılmalı, işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə olan qoruyucu kəmərlə onları təmin etməli, qoruyucu kəmərin qarmağının bağlanılması üçün iş yerində öncədən xüsusi yer müəyyən etməli, mərtəbənin tikilməmiş ( və ya müvəqqəti çəpəri olmayan) aşırım hissəsinə yaxın dəmir beton tirləri boyunca etibarlı şəkildə burazın (trosun) çəkilməsini təmin etməli, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməli olduğu halda tikintisi aparılan həmin binanın 11-ci mərtəbəsində əvvəlcədən quraşdırılmış dəmir-beton işlərinin aparılması üçün nəzərdə tutulmuş taxta qəliblərin sökülməsi zamanı qaydaların tələblərinə riayət etməyərək qeyd edilən tikinti norma və qaydalarını pozmuş, yəni hadisənin texniki səbəbi olan kəlləçarxı işlərin görülməsinə bir ildən az iş təcrübəsi olan şəxsi buraxmaqla, işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə olan qoruyucu kəmərlə onları təmin etməməsi, qoruyucu kəmərin qarmağının bağlanılması üçün iş yerində öncədən xüsusi yer müəyyən etməməsi və binanın 11-ci mərtəbəsinin tikilməmiş aşırım hissəsinə yaxın dəmir beton tirləri boyunca etibarlı şəkildə burazın (trosun) çəkilməsini təmin etməməsi nəticəsində 14.09.2020-ci il tarixdə saat 11 radələrində qəlibçi-fəhlə işləyən X1 tikintisi aparılan həmin binanın 11-ci mərtəbəsində taxta qəliblərin sökülməsi işlərini apararkən ayağının altında olan taxta parçasının sürüşməsi səbəbindən həmin mərtəbənin açıq kənarından yerə yıxılaraq sol İİ, İİİ, İV qabırğaların sınığı, baş beynin yumşaq qişası altına qansızma, hər iki ağciyərin və dalağın cırılması kimi sağlamlığa ağır zərərvurmaya aid və alın nahiyəsində, sağ yanaqda, sağ bazuda, döş qəfəsinin arxa səthində sıyrıqlar kimi dərəcəsi təyin olunmayan xəsarətlər almış və həmin xəsarətlər nəticəsində baş vermiş zədə şoku ehtiyatsızlıqdan N.Məstəliyevin ölümünə səbəb olmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.02.2020-ci il tarixdə sifarişçi - “xxxx” MMC ilə podratçı-fiziki şəxs kimi müqavilə bağlamış, müqavilənin şərtlərinə görə “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) 15,4 hektar ərazidə yaşayış kompleksində 32 №-li 9 mərtəbəli yaşayış evi, 47 saylı uşaq bağçası və 30 №-li binanın 6-cı və yuxarı mərtəbələrinin tikintisində monolit dəmir-beton işlərinin icrasını ona həvalə etmişdir. Vəzifəsi işçiləri təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırmaq, əmək intizamına riayət edərək təhlükəsiz şəraitdə işlərin yerinə yetirilməsini, işçilərinin əmək mühafizəsini təmin etmək, tabeçiliyində işləyən işçilər arasında iş bölgüsünü həyata keçirmək, işçilərin davamiyyətinə nəzarət etmək, layihə üzrə tikintinin keyfiyyətinə nəzarət etmək və digər olmuşdur. “xxxx” MMC ilə arasında bağlanmış müqavilə 01.06.2020-ci il tarixdə yekunlaşsa da işlər başa çatmadığından 01.06.2020-ci il tarixdə aralarında olan müqavilə 31.10.2020-ci il tarixədək uzadılmışdır. X2 2020-ci ilin mart ayında müqavilə əsasında qəlibçi fəhlə kimi işə götürmüş, həmin gün Nəciməddin Məstəliyev əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilərək ona tikinti sahəsində hansı qaydalara riayət etməli olduğu izah edilmişdir. Tikintidə iş vaxtı 6 günlük iş həftəsi olmaqla, hər gün səhər saat 08:00-dan 18:00-dəkdir. Hər gün təxminən 08:15-də usta və fəhlələr tikinti sahəsində yerləşən ofisin qarşısında toplanmış və onlara onun tərəfindən günlük iş qrafiki və görüləcək işlər barədə məlumat verilir. Bundan əlavə işə yeni başlayan fəhlə və ustalar tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilib. Bakı şəhəri Yasamal rayonu “Qanlı Göl” yaşayış massivində tikilməkdə olan 12 mərtəbəli bir girişli 32 saylı və 30 saylı binaların dəmir-qəlib-beton işlərini gördüyü zaman tabeçiliyində usta və fəhlələr olmuş, həmin usta və fəhlələrin hər biri ilə tərəfindən müqavilə bağlanaraq elektron sistemə yerləşdirilmiş, lakin 2020-ci ilin iyul ayında Covid-19 panidemiyası ilə əlaqədar elan olunmuş karantin səbəbi ilə işçilərin bir çoxu, eləcə də N.Məstəliyev ilə “xxxx” MMC arasında əmək müqaviləsi bağlanmışdır. N.Məstəliyevlə “xxxx” MMC arasında bağlanmış müqavilə 11 sentyabr 2020-ci il tarixdə xitam olunmuş və N.Məstəliyev onun tərəfindən 14 sentyabr 2020-ci il tarixdə 30 saylı binada işə cəlb olunmuş, bununla bağlı aralarında təkrar müqavilə bağlanmamışdır. Həmin gün səhər saatlarında “xxxx” MMC tərəfindən tikilməkdə olan digər bina üzrə podratçı Zöhrab zəng edərək Nəciməddin Məstəliyevin iş prosesi zamanı 30 saylı binanın yaşayışın 11-ci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alması barədə məlumat vermiş, Respublika Kliniki Xəstəxanasına getdikdə Nəciməddin Məstəliyevin öldüyünü öyrənmişdir. N.Məstəliyevə, eləcə də digər hündürlükə işləyən işçilərə tikinti təhlükəsizlik kəməri verilsə də hadisə baş verən gün 30 saylı binanın 11-ci mərtəbəsində mərtəbənin aşırım hissəsinə yaxın dəmir tirlər boyunca buraz çəkməli, təhlükəsizlik kəmərinin qarmağının keçirilməsi üçün xüsusi yerlər müəyyən etməli olduğu halda bunları etməyərək tikinti norma və qaydalarını təqsirli olaraq pozmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində biri azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən şəxsin olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 1996-cı il təvəllüdlü X4 onun böyük qardaşı olmuş, 2017-ci il tarixdən Nəciməddin müxtəlif tikintilərdə fəhlə kimi çalışmış, qəlib işləri görmüşdür. N.Məstəliyev 2020-ci ilin ilk aylarından Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün şimal hissəsi “MİDA 2” X13 “xxxx” MMC tərəfindən inşaatı aparılan binalarda fəhlə işləmiş, 2020-ci ilin aprel-may aylarından özü də həmin binalarda fəhlə-qəlibçi kimi çalışmağa başlamışdır. Hər ikisinin əmək müqaviləsi ilkin olaraq briqadir Lütfiyar Məmmədovla bağlanmış, həmin il iyul ayından isə qardaşı ilə birlikdə “xxxx” MMC ilə müqavilə bağlamışlar. Gündəlik olaraq birbaşa işlərinə rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmiş, təlimatlandırmalar şifahi formada olmuş, yalnız işə giriş-çıxışa imza etmişlər. İşə başladığı ilk günlərdə ona, Nəciməddin Məstəliyevə və digər fəhlələrə tikintidə yüksəklikdə çalışma üçün dəbilqə, nazik zolaqlı gödəkçə və təhlükəsizlik kəməri verilmiş, lakin bununla bağlı təhvil aktı tərtib olunmamışdır. 14 sentyabr 2020-ci il tarixdə hava günəşli və küləksiz olmuş, səhər saatlarında qardaşı Nəciməddin, digər fəhlələr Şahid2, Nurəddin və Şahid1 ilə birlikdə tikilməkdə olan layihə üzrə 30 saylı binanın 11-ci mərtəbəsinə qalxmışlar. Həmin mərtəbədə hər hansı məhəccər, buraz çəkilməmiş, özü isə üzbəüz yerləşən binada taxta-qəlib işi görmüşdür. Saat 10 radələrində ətrafdakı şəxslərin qışqırıqlarını eşitmiş, aşağı düşdükdə qardaşı Nəciməddinin yerdə arxası üstə uzandığını görmüş, daha sonra qardaşı xəstəxanaya aparılmış və onun öldüyü bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən bütün yas xərcləri ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən tələb və şikyəti yoxdur, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından etibarən Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün şimal hissəsində yerləşən “MİDA 2” X13 “xxxx” MMC tərəfindən inşaatı aparılan layihə üzrə 30,32 və 47 saylı binaların tikintisində fəhlə işləmiş, əmək müqaviləsini briqadir Təqsirləndirilən şəxsla bağlamış, sağlamlıqla bağlı tibbi arayış təqdim etmişdir. Fəhlə kimi ətrafda, mərtəbələrdə təmizlik işləri aparmış, daşınma işlərinə kömək etmişdir. Hər üç binanın tikintisində briqadir Təqsirləndirilən şəxs Nəciməddinə, ona və digər fəhlələrə gündəlik görüləcək işlər barədə göstərişlər vermişdir. Mütəmadi olaraq mühəndis Şahid7 fəhlələri toplayaraq texniki təhlükəsizliklə bağlı göstərişlərini vermiş, lakin bununla bağlı hər hansı akt və ya siyahı tərtib olunmamış, təlimatlandırma şifahi formada olmuşdur. 2020-ci ilin mart ayında ilk iş günündə ona, Nəciməddin Məstəliyevə və digər fəhlələrə Şahid7 və Təqsirləndirilən şəxs tərəfindən dəbilqə, nazik zolaqlı gödəkçə və təhlükəsizlik kəməri verilmiş, lakin təhvil aktı tərtib olunmamışdır. Nəciməddin Məstəliyev və işçilərin çoxu yüksəklikdə işləyərkən bir çox hallarda təhlükəsizlik kəmərini taxmamışlar. Təqsirləndirilən şəxs gündəlik iş prosesində onlarla birgə olmuşdur. 14 sentyabr 2020-ci il tarixdə hava günəşli və küləksiz olmuş, səhər saatlarında Nəciməddin, Şahid2, Nurəddin adlı fəhlə ilə birlikdə tikintisini apardıqları layihə üzrə 30 saylı binanın 11-ci mərtəbəsinə qalxmışlar. Həmin mərtəbədə hər hansı məhəccər, buraz çəkilməmiş, onların üzərində təhlükəsizlik kəməri olmamışdır. Nəciməddin orada betonlama işləri üçün qoyulmuş dabanları tək sökmüş, digər fəhlələr isə mərtəbədə təmizlik işləri görmüşlər. Nəciməddin həmin mərtəbədə dabanı sökərkən onu və Vüqarı səsləyərək yaxına gəlməyi və dabanın o biri tərəfində keçirdiyi ipin ucunu tutaraq binanın içinə doğru çəkməyi tapşırmış, dabana keçirilmiş ipi yuxarı çəkmiş və həmin ipi sütuna bağlamış, ipin digər ucunu isə Nəciməddin əli ilə saxlamış, lakin daban yenə binadan aşağı sallandığından Nəciməddin sütunun ətrafına keçirdiyi ipi kəsib dabanı biraz da binadan aşağı endirəcəyini, onun isə bir mərtəbə aşağı düşərək Nurəddin Vəlişov ilə dabanı içəri çəkəcəyini demişdir. Onlar aşağı mərtəbəyə düşdükdə Nəciməddinin “Ay Allah” qışqıraraq dabanın düşməsindən sonra yerə düşdüyünü, aşağıya baxdıqda Nəciməddinin beli üzərində hərəkətsiz formada uzandığını görmüşdür. Vüqardan hadisənin necə baş verdiyini soruşduqda sonuncu Nəciməddinin sütunların ətrafına keçirdiyi ipi kəsdikdən sonra ağır taxta dayağın (dabanın) sürətlə binadan düşdüyünü və Nəciməddinin əlində tutduğu ipin digər ucunun da surətlə Nəciməddini aşağı çəkdiyini və ayağına ilişmiş ipin onu da özü ilə binadan düşürdüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 da eyni xususuatlar üzrə ifadə verərək Şahid1 ifadəsindəki faktları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “MİDA 2” X13 “xxxx” MMC tərəfindən tikintisi aparılan binaların, həmçinin hadisə baş verən 30 saylı binanın əməyin mühafizəsi və texniki təhlükəsizlik mühəndisi kimi vəzifəsi əməyin təhlükəsizliyinə, texniki təhlükəsizliyə nəzarət etmək, işçiləri təhlükəsiz texnikaları barədə ilkin təlimatlandırmaqdır. Dəfələrlə işçiləri və briqadirləri təhlükəsizliklə bağlı xəbərdar etmiş, iş prosesində bir çox hallarda iradlar bildirmiş, bəzən isə qaydalara əməl etməyənlərin iş fəaliyyətini dayandırmışdır. Hadisə baş verən binanın tikintisi subpodratçı kimi Təqsirləndirilən şəxs tapşırılmış, Təqsirləndirilən şəxs özü subpodratçı kimi Nəciməddin Məstəliyev və digər işçilərlə müqavilə bağlamış, birbaşa rəhbərliyi həyata keçirmişdir. Zöhrab Mehtiyev də briqadir kimi “xxxx” MMC ilə müqavilə bağlamış, özünə təhkim olunmuş başqa binalar olsa da Lütvüyarla köməkli işləmişlər. Hadisə baş verən gün, yəni 14.09.2020-ci il tarixdə saat 10 radələrində “MİDA 2” YKK-nin ərazisində olarkən layihə üzrə 30 saylı binada işləyən Nəciməddin Məstəliyev adlı fəhlənin yıxılması barədə məlumat verilmiş, əraziyə yaxınlaşdıqda Nəciməddinin düşdüyü yerdən götürülərək biraz aralıda huşsuz uzadıldığını və “xxxx” MMC-nin xidməti avtomobili ilə xəstəxanaya aparılsa da Nəciməddinin artıq öldüyü məlum olmuşdur. Hadisə barədə dəqiq məlumatı yoxdur. Hadisənin baş verdiyi layihə üzrə 30 saylı binanın 11-ci mərtəbəsində məhəccər və ya buraz çəkilməmiş, N.Məstəliyevin üzərində təhlükəsizlik kəməri olub-olmadığını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 04.09.2019-cu il tarixdən “MİDA 2” X13 “xxxx” MMC ilə tikintisi aparılan layihə üzrə 30, 31, 33 saylı binaların tikintisi üzrə iş icraçısı kimi müqavilə bağlamışdır. Hadisə baş verən bina 30 saylı binadır. Binanın tikintisi subpodratçı kimi Təqsirləndirilən şəxs tapşırılmış, Təqsirləndirilən şəxs özü subpodratçı kimi Nəciməddin Məstəliyev və digər işçilərlə müqavilə bağlamış, panidemiya dövründə isə həmin şəxslər “xxxx” MMC ilə müqavilə bağlamışlar. Lakin onlara birbaşa rəhbərliyi və briqadirliyi Təqsirləndirilən şəxs həyata keçirmiş, görüləcək işlər barədə göstərişlər vermişdir. Hadisə baş verən gün, yəni 14.09.2020-ci il tarixdə saat 10 radələrində 30 saylı binada işləyən Nəciməddin Məstəliyev adlı fəhlənin yıxılaraq ölməsi barədə məlumat verilmiş, dərhal N.Məstəliyev “xxxx” MMCyə məxsus avtomobillə Respublika Kliniki Xəsətəxanaya aparılmış, lakin həyatını xilas etmək mümkün olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2020-ci il tarixdə bir yerdə kirayədə yaşadıqları mərhum Nəciməddin Məstəliyevin vasitəsi və dəvəti ilə Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün şimal hissəsi “MİDA 2” Yaşayış Kompleksində “xxxx” MMC tərəfindən inşaatı aparılan binada fəhlə işləmək üçün getmiş, lakin həmin gün heç bir iş görməmişdir. Hadisənin baş verdiyi 14 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Nəciməddinlə birlikdə işə getmiş və digər fəhlə Şahid1 və adını bilmədiyi bir şəxslə tikinti işləri aparılan binanın 11-ci mərtəbəsinə qalxaraq orada işə başlamışlar. Həmin vaxt Nəciməddinin, digərlərinin üzərində hər hansı təhlükəsizlik kəməri olmamış, mərtəbənin kənar divarları boyu ip, məhəccər və ya buraz çəkilməmişdir. Nəciməddin 11-ci mərtəbədə eyvan hissəsinin tikintisi üçün qoyulmuş taxta dayaqları (dabanı), onlar isə sökülən taxtalardan mismarları sökmüş, təmizlik işləri aparmışdırlar. Nəciməddin sökdüyü dabanın sürüşüb eyvandan düşməməsi üçün dabanın digər tərəfinə ip keçirərək kəndirlə beton sütunlara bağlamış, lakin daban binadan aşağı sallandığından Nəciməddin sütuna bərkidilmiş iplərdən birini kəsmiş və taxta dayaq biraz da sallanmışdır. Nəciməddin Arif adlı fəhləyə bir mərtəbə aşağı düşməsini, digər ipi də kəsdikdə aşağı sallanmış taxta dayağı (dabanı) binanın içinə çəkməsini demiş, daha sonra beton sütunlara bərkidilmiş kəndirlərdən ikincisini də kəsdikdə taxta dayaq (dabann) ətrafına keçirilmiş, topalanmış ip Nəciməddinin ayağı altında qalmış, Nəciməddin müvazinətini itirərək üzərində dayandığı betona dəyib taxta dayaqdan sonra 11-ci mərtəbədən aşağı düşmüşdür. Binanın küncündən aşağı baxdıqda Nəciməddinin yerdə beli üstə hərəkətsiz uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal ətrafdakı şəxsləri səsləmiş və aşağı düşmüşdür. Aşağı çatdıqda ərazidə işləyənlər Nəciməddini düşdüyü yerdən çıxarıb bir qədər kənara çəkmiş, üz-başını yuyub ayıltmağa çalışmış, sonra minik avtomobili ilə Nəciməddini xəstəxanaya aparmış, lakin Nəciməddinin ölməsi məlum olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş X15 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X17” X24 Yasamal rayon şöbəsinin 24.09.2020-ci il tarixli 147 №-li tibbi ekspertiza rəyi ilə təsdiq olunur ki, X1 meyitində aşkar olunmuş xəsarətlər: alın nahiyəsində, sağ yanaqda, sağ bazuda, döş qəfəsinin arxa səthində sıyırqlar, sol İİ, İİİ, İV qabırğaların sınığı, baş beyinin yumşaq qişası altına qansızma, hər iki ağciyərin və dalağın cırılması həyati olub, ölümündən az əvvəl küt əşya (əşyalar) təsirindən törənmişlər, 14.09.2020-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənməsi mümkündür və ölümə səbəb olmuş sağlamlığa Ağır zərərvurmaya aid xəsarətlərdir. N.S.Məstəliyevin ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. N.S.Məstəliyevin qanında məhkəmə-kimya təqdqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (1-ci cild i/v 129-134). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.10.2020-ci il tarixli, 6/2027 №-li lifli materialların tədqiqi ekspertizası rəyi ilə təsdiq olunur ki, N.Məstəliyevin geyim paltarlarının üzərində tədqiqata təqdim edilmiş təhlükəsizlik kəmərinin tərkib liflərindən yoxdur. Təhlükəsizlik kəmərinin üzərində Nəciməddin Məstəliyevin geyim paltarlarının tərkib liflərindən yoxdur (1-ci cild i/v 140-145). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2020-ci il tarixli, 3/1196 №-li alət və vasitə izlərinin, tamın hissələri üzrə eyniləşdirilməsinin tədqiqi ekspertizası rəyi ilə təsdiq olunur ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilən tikinti təhlükəsizlik kəmərinin səthində trasoloji izlər yoxdur (1-ci cild i/v 197-199). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 23.12.2020-ci tarixli 10/3706 saylı rəyi ilə təsdiq olunur ki, Yasamal rayonu, Qanlı Gölün şimal hissəsi “MİDA 2” Yaşayış Kompleksində yerləşən binanın 11-ci mərtəbəsində işlərin görülməsi zamanı qoruyucu kəmərin qarmağının bağlanması üçün iş yerində öncədən xüsusi yerin müəyyən edilməsi, yəni həmin mərtəbənin tikilməmiş (və ya müvəqqəti çəpəri olmayan) aşırım hissəsinə yaxın dəmirbeton tirləri boyunca etibarlı şəkildə burazın (trosun) çəkilməsi təmin edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.9, 2.1, 2.26, 12.11-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Yasamal rayonu, Qanlı Gölün şimal hissəsi “MİDA 2” Yaşayış Kompleksində işlərin görülməsi zamanı işçilər üçün təhlükəsiz iş şəraitin yaradılmasını, konkret olaraq zərərçəkmiş N.S.Məstəliyevin işlədiyi binanın 11-ci mərtəbəsində qoruyucu kəmərin qarmağının bağlanması üçün iş yerində öncədən xüsusi yerin müəyyən edilməsini, yəni həmin mərtəbənin tikilməmiş (və ya müvəqqəti çəpəri olmayan) aşırım hissəsinə yaxın dəmir-beton tirləri boyunca etibarlı şəkildə burazın (trosun) çəkilməsi təmin edilmədiyinə görə “İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.9, 2.1, 2.26, 12.11-ci bəndlərinin tələbləri iş materiallarında olan 25.02.2020-ci il tarixli AS/020 nömrəli müqavilənin tələblərinə əsasən işlərin təhlükəsiz aparılmasını öhdəsinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Yasamal rayonu, Qanlı Gölün şimal hissəsi “MİDA 2” Yaşayış Kompleksində işlərin görülməsi zamanı işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmadığını, konkret olaraq zərərçəkmiş N.S.Məstəliyevin işlədiyi binanın 11-ci mərtəbəsində qoruyucu kəmərin qarmağının bağlanması üçün iş yerində öncədən xüsusi yer müəyyən edilmədiyini, yəni həmin mərtəbənin tikilməmiş (və ya müvəqqəti çəpəri olmayan) aşırım hissəsinə yaxın dəmir-beton tirləri boyunca etibarlı şəkildə burazın (trosun) çəkilməsi təmin edilmədiyini nəzərə aldıqda zərərçəkmiş N.S.Məstəliyev tərəfindən qayda və təlimatların tələblərinin pozulması müəyyən edilmir (1-ci cild i/v 210-215). İş materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında Qanlı Gölün şimal hissəsi X14 2-ci hissəsində «MİDA-2» adı ilə tikilməkdə olan sosial evlər layihəsinin layihə üzrə 30 №-li yaşayış binasıdır. Həmin bina 12 mərtəbəli olmaqla ilk 8 mərtəbəsində beton işləri görülmüşdür. Növbəti 4 mərtəbədə betonlanma işləri natamamdır. Binanın hündürlüyü layihə sənədlərinə əsasən 40 metrdir. Nəciməddin Məstəliyevin yıxıldığı yer «O» nöqtəsindən 11-ci mərtəbənin döşəməsinədək 34 metrdir. Hadisə baş verən mərtəbədə divarın hörgüsü aparılmamış tam açıq vəziyyətdədir, aşırım hissəsi heç bir vasitə ilə əhatəyə alınmamışdır. Həmçinin qoruyucu kəmərin bağlanması üçün ip və ya polad buraz ilə təchiz edilməmişdir. Hadisə yerində olan tikinti təhlükəsizlik kəməri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (1-ci cild i/v 4-13). İş materiallarına əlavə edilmiş 25.02.2019-cu il tarixli, AS/020 nömrəli müqavilədən görünür ki, müqavilənin tərəfləri sifarişçi - “xxxx” MMC və podratçı-fiziki şəxs Təqsirləndirilən şəxsdur. Müqavilənin şərtlərinə əsasən sifarişçi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) 15,4 hektar ərazidə yaşayış kompleksində 9 mərtəbəli yaşayış evi № 32 və 47 saylı uşaq baxçası və 30 №-li binanın 6-cı və yuxarı mərtəbələrinin tikintisində monolit dəmir-beton işlərinin icrasını podratçıya həvalə edir. Müqavilənin 2.5-ci bəndinə əsasən podratçı işçilərini təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırır və əmək intizamına riayət edərək təhlükəsiz şəraitdə işlərin yerinə yetirilməsinə görə cavabdehlik daşıyır. Müqavilənin 5.5-ci bəndinə əsasən podratçı öz işçilərinin əmək mühafizəsini və təhlükəsizliyini özü təmin edir və bunun üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddətdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, iş prosesi zamanı işçiləri texniki təhlükəsizlik üzrə tələb və normalara uyğun olan alət və avadanlıqlarla təmin etməyi, iş prosesində hər hansı bir işçi xəsarət alarsa ona dərhal lazımi tibbi yardımın göstərilməsini təmin etməklə bu barədə sifarişçiyə məlumat verməyi öz öhdəsinə götürür (1-ci cild i/v 82-83,191-192). İş materiallarına əlavə edilmiş 01.06.2020-ci il tarixli, AS/020 nömrəli müqaviləyə əlavədən görünür ki, sifarişçi “xxxx” MMC və podratçı-fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmış AS/020 №-li müqavilənin müddəti 31 oktyabr 2020-ci ilə kimi uzadılmışdır (1-ci cild i/v 193). İş materiallarına əlavə edilmiş əmrlərdən çıxarışdan görünür ki, X4 04.03.2020-ci il tarixdə podratçı-fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunmuş, 17.07.2020ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, 17.07.2020-ci il tarixdə “xxxx” MMC-də işə qəbul olunmuş, 11.09.2020-ci il tarixdə isə öz ərizəsinə əsasən işdən azad edilmişdir (1-ci cild i/v 78, 84,104,188-189). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (1-ci cild i/v 225-226). İş materiallarına əlavə edilmiş AZ-İİ 409158 №-li, 17.02.2010-cu il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.11.2009-cu il təvəllüdlü X10 vardır (2-ci cild i/v 42). İş materiallarına əlavə edilmiş AZ-İ 630518 №-li, 30.06.2005-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 24 yanvar 2000-ci il tarixində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X7r. İş materiallarına əlavə edilmiş AZ-İ 630517 №-li, 20.06.2005-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 iyul 2002-ci il tarixində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X7r. İş materiallarına əlavə edilmiş AZ-İ 187346 №-li, 05.10.2011-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş 28.01.2021-ci il tarixli, 200-Ş-21 №-li ərizədən görünür ki, qardaşı N.Məstəliyevin ölümü ilə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir ( 2-ci cild i/v 45). İş materiallarına əlavə edilmiş Füzuli rayon icra hakimiyyətindən daxil olmuş 27 yanvar 2021 -ci il tarixli 164 A nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ətrafdakılar və dövlət qurumları tərəfindən müsbət xarakterizə olunmuş, barəsində hər hansı şikayət olmamışdır (1-ci cild 223-224). İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs X3 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək, hadisə yerindən götürülmüş tikinti təhlükəsizlik kəməri cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (1-ci cild 227-237). İş materiallarına əlavə olunmuş 27.01.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 27.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 22-23). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi zamanı onun tərəfindən işlərin aparılmasının təhlükəsizlik qaydasının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər mötəbər sübutlarla tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsulliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını, məcburi köçkün olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin nümayəndəsilə barışıq əldə edildiyini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-70.6-cı maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs oğlu haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş zərərçəkmiş şəxs X3 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək yararsız vəziyyətdə olduğu üçün məhv edilməli, hadisə yerindən götürülmüş tikinti təhlükəsizlik kəməri iş üzrə əhəmiyyət kəsb etmədiyindən “xxxx” MMC-yə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş zərərçəkmiş şəxs X3 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək istifadəyə yarasız vəziyyətdə olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerindən götürülmüş tikinti təhlükəsizlik kəməri iş üzrə əhəmiyyət kəsb etmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra “xxxx” MMC-yə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-116/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-116/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver