Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-116/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs X7 iştirakları ilə, xx.xx.1995-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Yasamal rayon məhkəməsinin 06.09.2021-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçildiyindən AR-sı ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X12 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 31 may 2021-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, 25 saylı binanın 128-ci mənzilin giriş qapısını mərtəbənin dəhlizində olan açarla açaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, inşaat alət və materiallarını- qiyməti 65 manat olan eletrik lobziki, hər qutusunun qiyməti 8 manat olan 30 qutu şrupu, hər birinin qiyməti 25 manat olan 3 qutu parket yapışqanını, təmiridə olan mənzilin divar və tavanlarına bərkidilmiş mis materialından olan hər metrəsinin qiyməti 2 manat olan 10 metr uzunluğunda elektrik naqilləri və 2 ədəd 15 metr uzunluğunda hər metrəsinin qiyməti 10 manat olan elektrik kabellərini söküb gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 avqust 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Mirvari park” Yaşayış kopmleksinin 129 saylı binanın 72-ci mənzilin giriş qapısını mərtəbənin dəhlizində olan açarla açaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, təmiridə olan mənzilin divar və tavanlarına bərkidilmiş hər metrəsinin qiyməti 2 manat olan 2500 metr uzunluğunda mis materialından olan elektrik naqillərini söküb gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 avqust 2021-ci il tarixdə saat 18.40 radələrindən həmin gün saat 20:40 radələrinə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 saylı hündür mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 85 saylı mənzilə giriş qapısından qanunsuz daxil olaraq, təmirinə yeni başlanmış həmin mənzilin divar və tavanlarına bərkidilmiş ümumilikdə hər metrəsinin qiyməti 70 qəpik olan 1700 metr uzunluğunda mis materialından olan elektrik naqillərini söküb gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 46 saylı binanın 93-cü mənzilin giriş qapısını yerindən çıxartmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub qiyməti isə 30 manat olan bel çantasını, təmiridə olan mənzilin divar və tavanlarına bərkidilmiş hər metrəsinin qiyməti 2 manat olan 2000 metr uzunluğunda mis materialından olan elektrik naqillərini söküb gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 4030 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CMnin177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin yanvar ayında hərbi xidmətə çağrılmış, 2015-ci ilin iyl ayında isə hərbi xidməti başa vurub tərxis olunaraq evə qayıtmışdır. Evə gəldikdən sonra Bakı şəhərinin müxtəlif yerlərində tikinti obyektlərində və fərdi evlərdə təmir işlərini görüb ailəsinə çörək pulu qazanmışdır. 2019-cu il tarixdə narkotik vasitə istifadə etməyə başlamış, qazandığı pulların çoxunu narkotik vasitəyə vermişdir. Asan yolla pul qazanmaq məqsədi ilə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı Bakı şəhəri Yasamal rayonu ərazisində yeni tikilmiş hündür mərtəbəli binalara daxil olub lift vasitəsi ilə yuxarıya qalxmış, sonra pilləkənlə aşağı düşüb mənzillərin qapısını yoxlayaraq hansı mənzilin qapısı açıq olmuşdursa, ora daxil olub divarlara tavana bərkidilmiş elektrik naqillərini söküb oğurlayıb aparıb satıb əldə etdiyi pullara narkotik vasitə və psixotrop maddə almış və eyni zamanda digər şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, 31 may 2021-ci il tarixdə tikilməkdə olan hündür mərtəbəli binalardan oğurluq etmək məqsədi ilə Yasamal rayonu ərazisində küçələri gəzməyə başlamış və Yasamal rayonu, Naxçıvani küçəsində yerləşən 25 saylı binanın yanına gəlmişdir. Həmin binanın giriş hissəsində şlaqbaun və yanında gözətçi butkası olmuş, orada olan gözətçi ondan hara getməyi ilə maraqlandıqda , ona bildirmişdir ki, ustadır və təmir işləri görməyə gəlmişdir və bundan sonra binanın həyətinə sərbəst daxil olaraq binada olan giriş blokuna daxil olmuş və lift vasitəsi ilə 17-ci mərtəbəyə qalxmış, qeyd etdiyi kimi hər mərtəbədə olan qapıları yoxlayaraq aşağı mərtəbələrə tərəf düşməyə başlamış, 9-cu mərtəbədə olan 128-ci mənzilin qapısından baxanda bilmişdir ki, həmin mənzildə təmir işləri aparılır. Adətən təmir olunan mənzilin giriş qapısını açmaq rahat olur, ona görə ki, mənzil sahibi təmirin sonunda mənzilinə etibarlı qapı quraşdırır. Bununlada həmin mənzilin qırış qapısını açarını axtarmağa başlamış və dəhlizdə olan yanğın şitini açdıqda içərisində açar aşkar etmiş və həmin mənzilin qapısında olan qıfıla daxil edib açarı fırlatdıqda qapı açılmışdır. Mənzilə daxil olduqdan sonra orada olan kəsiçi təmir alətlərlə mənzilin divarlarına və tavanına olan naqilləri kəsərək mənzildə olan kardon qutunun içərisinə yığmağa başlamışdır. Həmin mənzildə təxminən iki saat qalmış və həmin müddətdə mənzilin içərisində təmirlə olan hissələrində quraşdırılmış naqilləri kəsərək qutuya yığmışdır, daha sonra mənzildə olan elektrik lobziki, 30 qutu şrup, 3 qutu parket yapışqanını da kardon qutunun içərisinə qoyub oğurlamaqla məzildən çıxmış və həmin qutunu çiyninə alaraq binanın həyətində çıxanda gözətçi nə aparmağı ilə maraqlandıqda cavab olaraq bildirmişdir ki, qutunun içərisində zibildir. Bundan sonra o, oradan uzaqlaşmışdır. Oğurladığı həmin elektrik naqilini və kabellərini Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Kaktus” yeməkxanasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə satmış, elektrik lobzikini, 30 qutu şrupu və 3 qutu parket yapışqanı isə tanımadığı şəxslərə satmışdır. Bundan sonra, 15 avqust 2021-ci il tarixdə axşam saatlarında tikilməkdə olan hündür mərtəbəli binalardan oğurluq etmək məqsədi ilə Yasamal rayonu ərazisində küçələri gəzməyə başlamış və Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 129 saylı binanın yanına gəlmiş, həmin binanın həyətinə sərbəst daxil olaraq binada olan giriş blokuna daxil olmuş və lift vasitəsi ilə 22-ci mərtəbəsinə qalxmışdır. Həmin mərtəbədə olan mənzilin giriş qapısında quraşdırılmış qıfıldan başa düşmüş, orada təmir işləri aparmışdır. Adətən təmir olunan mənzilin giriş qapısını açmaq rahat olmuşdur, ona görə ki, mənzil sahibi təmirin sonunda mənzilinə etibarlı qapı quraşdırır. Bununla da, həmin mənzilin qırış qapısını açarını axtarmağa başlamış və dəhlizdə olan yanğın şitini açdıqda içərisində açar aşkar etmişdir. Həmin mənzilin qapısında olan qıfıla daxil edib açarı fırlatdıqda qapı açılmışdır. O, mənzilə daxil olduqdan sonra orada olan kəsiçi alətlərlə mənzilin divarlarına və tavanına olan naqilləri kəsməyə başlamışdır. O, həmin mənzildə təxminən bir saat qalmış və həmin müddətdə mənzilin içərisində təmir olan hissələrinə quraşdırılmış naqilləri bir ədəd narıncı və bir ədəd ağ rəngli torbalara yığmış, bundan sonra o, məzildən çıxmış və iki ədəd torbanı götürərək lift vasitəsi ilə birinci mərtəbəyə daha sonra isə binanın həyətindən çıxmışdır. Oğurladığı içərisində mis əlvan metalı olan elektrik naqillərini Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Kaktus” yeməkxanasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Bundan sonra, 18.08.2021-ci il tarixdə saat təxminən 18 radələrində ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın qarşısından keçən zaman mənzillərdən elektrik naqili oğurlamaq məqsədi ilə binanın giriş blokuna daxil olub lift vasitəsi ilə yuxarı 18-ci mərtəbəyə qalxmışdır. Liftdən çıxıb mənzillərin qapılarını bir-bir yoxlamağa başlamışdır ki, hansı mənzilin qapısı açıq olsa o, mənzilə daxil olub naqil oğurlamışdır. Bütün mənzillərin qapılarını yoxlamış, lakin açıq olanı olmamışdır. 4-cü mərtəbədə dəmirdən hazırlanmış yanğın söndürmə üçün nəzərdə tutulan qutu (yeşik) var olmuş, qutuya baxan zaman qapı açarı olduğunu görmüş və dərhal açarı götürüb 85 saylı mənzilin qapısına yaxınlaşmış, heç kimin olmamasına tam əmin olub açarı qapının kilidinə (zamokuna) salan kimi fırlatmış, qapı açılmışdır. Yuxarıda qeyd etdiyi mənzilə daxil olmuş, mənzilin divarlarına və tavanına bərkidilmiş elektrik naqillərini mənzildən tapdığı divar kağızı kəsən bıçaqla (rezakla) kəsib mənzildən tapdığı 2 ədəd sellofan torbalara qablaşdırıb mənzili tərk etmişdir. Oğurladığı elektrik naqillərini Yasamal rayonu ərazisində yerləşən “Kaktus” yeməkxanasının yaxınlığında metal qəbulu məntəqəsində iki dəfəyə satmış, birinci dəfə elə həmin günü, yəni 18.08.2021-ci il tarixdə 73 manata satmış, ikinci dəfə isə səhərisi günü 19.08.2021-ci il tarixdə 80 manata satmışdır. Əldə etdiyi pulun bir qismini narkotik vasitə olan heroin alıb özü üçün istifadə etmiş, bir qismini isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan sonra, 01 sentyabr 2021-ci il tarixdə axşam radələrində tikilməkdə olan hündür mərtəbəli binalardan oğurluq etmək məqsədi ilə Yasamal rayonu ərazisində küçələri gəzməyə başlamış və Yasamal rayonu, H.Cavid prospektində yerləşən 46 saylı binanın yanına gəlmişdir. Həmin binanın həyətinə sərbəst daxil olaraq binada olan giriş blokuna daxil olmuş və lift vasitəsi ilə yuxarı mərtəbələrə qalxmaq istəmiş, lakin lift hərəkətə gəlmədiyindən başa düşmüşdür ki, lift açarla işləyir. O, bir qədər gözlədikdən sonra bir nəfər qadın gəlmiş və onda liftin açarı olduğu üçün onunla birlikdə yuxarı mərtəbəyə qalxmışdır. Daha sonra piyada aşağı mərtəbələrə düşərək təmirdə olan mənzil axtarmağa başlamışdır. Həmin binanın 6-cı mərtəbəsində təmir işlərinin aparıldığını görmüş və mənzillərdən birinin giriş qapısının yerində zəif bərkidildiyini müəyyən etdiyindən həmin qapını yerindən çıxardaraq mənzilə daxil olmuşdur. O, mənzilə daxil olduqdan sonra orada olan kəsiçi alətlərlə mənzilin divarlarında və tavanında olan naqilləri kəsərək mənzildə olan cantanın(ryuqzaq) və iki ədəd torbanın içərisinə yığmağa başlamışdır. O, həmin mənzidə təxminən bir-iki saat qalmış və həmin müddətdə mənzilin içərisində təmirdə olan hissələrində quraşdırılmış naqilləri qeyd etdiyi çantanın və iki ədəd torbanın içərisinə yığmışdır. Bundan sonra o, məzildən çıxmış və iki ədəd torbanı əlinə, çantanı isə belindən asaraq binanın həyətindən çıxmışdır. Həmin naqilləri o, yaşadığı ünvanın yaxınlığında gizlətmişdir ki, səhər açıldıqda aparıb satsın, lakin səhər həmin yerə getditkdə orada çantanı və torbaları aşkar etməmiş, kimsə götürmüşdür. Həmin oğurluq cinayətlərini o, tək törətmiş və ona köməklik edən olmamışdır. Qeyd etdiyi oğurluq cinayətləri barədə hər-hansı bir şəxsə məlumat verməmişdir. Oğurluq hadisələrini törədərkən onu kənardan görən olmamışdır. Hər hansı bir xəstəlikdən əziyyət çəkmir və hər hansı bir dispanserdə qeydiyyatda deyildir. Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı nə polis əməkdaşları tərəfindən, nə də ki, başqa şəxslər tərəfindən fiziki və pisixi təsirlər göstərən olmamışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs İ.İ.Osmanovun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki,o, ünvan 4 ünvanda yaşayır. 31 may 202-ci il tarixdə səhər saatlarında özünə məxsus olan və təmir etdirdiyim ünvan 5 ünvanındakı mənzilinə gəlmişdir. Mənzilə daxil olduqdan sonra təmir işlərinə baxan zaman mənzilin divarlarına quraşdırılmış hər metrəsinin qiyməti 2 manat olan 10 metr uzunluğunda mis materialından olan elektrik naqilləri və 2 ədəd 15 metr uzunluğunda hər metrəsinin qiyməti 10 manat olan elektrik kabellərini, qiyməti 65 manat olan eletrik lobziki, hər qutusunun qiyməti 8 manat olan 30 qutu şrupu, hər birinin qiyməti 25 manat olan 3 qutu parket kleyi, yəni parket yapışqanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Naməlum şəxs mənzilin qapısının açarını blokda olan dəmir qutunun içərisindən götürərək qapını açıb mənzilin divarlarına quraşdırılmış elektrik naqillərini oğurlamışdır. O, dərhal baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə zəng etməklə oğurluq hadisəsi barədə məlumat vermiş , polis əməkdaşları gəlib mənzilimə baxış keçirmişlər və Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 700 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs İ.İ.Osmanova qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu ünvan 6 ünvanda yaşayır. 17 avqust 2021-ci il tarixdə günorta saatlarında özünə məxsus olan və təmir etdirdiyi ünvan 7 ünvanındakı mənzilimə gəlmişdir.Həmin mənzil Ş.Mehdiyev küçəsindəki “Mirvari park ” yaşayış kompleksində 129 nömrəli evin C girişinin 22-ci mərtəbəsində yerləşən 72 saylı mənzildir. Mənzilə daxil olduqdan sonra təmir işlərinə baxan zaman mənzilin divarlarına quraşdırılmış hər metrəsinin qiyməti 2 manat olan 2500 metr uzunluğunda mis materialından olan elektrik naqillərinin və kondinsioner elektrik xətlərinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Naməlum şəxs mənzilin qapısının açarını blokda olan dəmir qutunun içərisindən götürərək qapını açıb mənzilin divarlarına quraşdırılmış elektrik naqillərini oğurlamışdır. O, dərhal baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə zəng etməklə oğurluq hadisəsi barədə məlumat vermiş, polis əməkdaşları gəlib mənzilimə baxış keçirdilər və Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 5000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 48-də yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi fərdi yaşayış evində yaşayır, ona məxsus olan ünvan 8 ünvanında 3 aya yaxın müddətdir ki, təmir işləri gedir. 19.08.2021-ci il tarixdə saat 20 radələri qeyd etdiyi mənzildə gedən təmir işlərinə baxmaq məqsədi ilə mənzilə getmiş, həmin vaxt fəhlələrin mənzilə qum daşıdığını görmüşdür. Fəhlələr ona mənzilin qapısı açıq vəziyətdə olduğunu bildirmişlər. O, mənzilin təmirinə nəzarət edən Əbil adlı şəxsə zəng edib mənzilin qapısının nə üçün açıq olduğunu soruşduqda Əbil ona qapını bağlayıb açarı blokda olan dəmir qutunun içərisinə qoyduqlarını bildirmişdir. Əbil gəlib onunla birlikdə mənzilə daxil olduqdan sonra təmir işlərinə baxan zaman mənzilin divarlarına quraşdırılmış 1700 metr uzunluğunda mis materialından olan elektrik naqillərinin yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, mənzilin qapısının açarını blokda olan dəmir qutunun içərisindən naməlum şəxs götürərək qapını açıb mənzilin divarlarına quraşdırılmış elektrik naqillərini oğurlayıbdır. O, dərhal baş vermiş oğurluq hadisəsi barədə Nərimanov RPİ-nin 16-cı PBnə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 1200 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 62-də yaşayır. 2021-ci ilin yanvar ayında Yasamal rayonu, H.Cavid prospektində yerləşən 46 saylı binanın 93-cü mənzilini almışdır. Həmin mənzil təmirsiz olduğu üçün onu özü təmir etməli olmuşdur. Mənzili anası X2 adına alsa da, həmin mənzilin pulunu özü ödəmişdir və faktiki olaraq ona məxsusdur. 2021-ci ilin mart ayından qeyd olunan mənzildə təmir işlərinə başlamışdır. Maddi vəziyyəti çətin olması ilə əlaqədar mənzildə təmir işləri lənq aparılmışdır. 02 sentyabr 2021-ci il tarixdə saat 09 radələrində yuxarıda qeyd olunan mənzilə gələrək orada aparılan təmir işləri ilə tanış olmaq istəmişdir. Mənzilinin yerləşdiyi mərtəbəyə qalxdıqda mənzilin qapısının yerindən çıxarılaraq söküldüyünü aşkar etmişdir. Mənzilə daxil olub baxdıqda görmüşdür ki, mənzilin divarlarına və tavanlarına quraşdırılmış 2000 metr uzunluğunda mis materialından olan elektrik naqillərinin yerində olamdığını aşkar etmişdir, başa düşmüşdür ki, mənzildən naməlum şəxs oğurluq etmişdir. Mənzilə daha ətraflı baxdıqda, məlum olmuşdur ki, mənzildən naqillərdən başqa 30 manat dəyərində bel çantası da oğurlanmuşdur. Dərhal baş vermiş oğurluq hadisəsi barədə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı mis naqillərin qiyməti 4000 manat, bel çantasının qiyməti isə 30 manat olmuş, ümumilikdə mənə 4030 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq heç kimdən şübhələnməmişdir. Cinayət işinin 1-ci cild 208-209-cu vərəqələrində olan 02 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İ.İ.Osmanov həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 242-244-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 04 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, İ.İ.Osmanovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 245-246-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, İ.İ.Osmanov barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 30-31-ci vərəqələrində olan 04 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İ.İ.Osmanov həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 125-129-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, İ.İ.Osmanov barəsində 04 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə, yəni 04 dekabr 2021ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 42-45-ci vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli qərarından görünür ki, İ.İ.Osmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 04 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 71-76-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, İ.İ.Osmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 04 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 22 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İ.İ.Osmanov əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 88-103-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan İ.İ.Osmanov tərəfindən ödənilməmiş lakin, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələbi, şikayət və mülki iddiası yoxdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X3 ekspert komissiyasının 13.10.2021-ci il tarixli, 3932 saylı rəyindən görünür ki, müayinə zamanı İ.İ.Osmanovda psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan DVD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 28 saylı binanın qarşısında quraşdırılmış təhlükəsizlik kamerasının 17.08.2021-ci il tarixdə qeydə aldığı oğurluluq hadisəsini özündə əks etdirən videogörüntü parçaları köçürülmüş 1 ədəd DVD diskin yaddaşına göçürülmüş 3 ədəd videofayllarda olan video görüntülərə keçirilmiş baxış zamanı həmin video görüntülərdə 18.08.2021-ci il saat 18.40-də Bakı şəhəri, Nərimanov rayonu Çəmənzəminli küçəsi 28 saylı binanın qarşısında X7 əlində qara rənli sellofan torba ilə keçib getməsi, daha sonra həmin gün saat 20:40 radələrində İ.İ.Qasımovun həmin binanın qarşısından bir əlində ağ rəngli, digər əlində qara rəngli içəriləri dolu vəziyyətdə sellofan torbaları aparıb binadan uzaqlaşıb getməsi müşahidə olunur. Həmin videogörüntülərə İ.İ.Qasımovun iştirakı ilə keçirilən baxış zamanı İ.İ.Qasımov həmin videogörüntülərə baxaraq qeyd olunan binada mənzildən naqilləri oğurlayıb aparan şəxs özü olduğunu və 16.08.2021-ci il saat 21.17-də Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 129 saylı binada X9 oxşar əyninə qara rəngli şalvar və ağ qısaqol köynək geyinmiş şəxsin bir əlində ağ və digər əlində narıncı rəngli içəriləri dolu vəziyyətdə sellofan çantalarda liftə daxil olması və liftlə aşağı enərək saat 21:19-da liftdən çıxması və saat 21:24-də əlində sellofan çantalarla həmin binanın qarşısı ilə piyada hərəkət edərək yolun kənarına çıxması müşahidə olunur, yolun kənarına çıxdıqdan sonra ağacların arxa tərəfində dayandığından müşahidə olunmur, həmçinin 3 ədəd fayla yerləşdirilmiş fotoşəkillərdə də eyni olaraq X9 oxşar əyninə qara rəngli şalvar və ağ qısaqol köynək geyinmiş şəxsin bir əlində ağ və digər əlində narıncı rəngli içəriləri dolu vəziyyətdə sellofan çantalarda liftə daxil olması müşahidə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs İ.İ.Osmanovun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, DVD disklərdə olan videogörüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs İ.İ.Osmanovun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs İ.İ.Osmanova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla İ.İ.Osmanova cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən İ.İ.Osmanovun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi İ.İ.Osmanovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, İ.İ.Osmanov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, İ.İ.Osmanovun azadlığının faktiki olaraq 04 Sentyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İ.İ.Osmanovun 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək 02 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X3 ekspert komissiyasının 13.10.2021-ci il tarixli, 3932 saylı rəyinə əsasən İ.İ.Osmanov barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs İ.İ.Osmanova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İ.İ.Osmanovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, İ.İ.Osmanova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarova məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İ.İ.Osmanov barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2021-ci il tarixdən hesablansın. X7 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) DVD disk cinayət işinin materiallarında saxlanılsın. X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun Azərbaycan X8 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. X7 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-116/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-116/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver