Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-116/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X12 və Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə əldə etmiş, saxlamış, daşımışdır, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmiş, daşımış, saxlamış, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda 43 158,90 manat dəyərində dərman vasitələrini, həmçinin satış məqsədi ilə qanunsuz olaraq təsiredici maddəsinin ümumi miqdarı 0,600 qram olan 6 ədəd qutuda ümumilikdə 300 həb “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “triheksifenidil” tərkibli “siklodol 2 mg” adlı dərman preperatını və əsas təsiredici maddəsinin ümumi miqdarı 0,360 qram olan 6 ədəd qutuda ümumilikdə 180 həb “Azərbaycan Respublikası ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”-in İİİ siyahısına daxil olan psixotrop maddə hesab edilən “klonazepam” tərkibli “klonazepam 2 mg” adlı dərman preparatlarını qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə daşımaqla yataq otağındakı şkafda qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 16:31 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketinin qarşısında saxlanılmış və üzərində baxış keçirilən zaman əlindəki sellofan torbada “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğu bildiyi, lakin dövlət qeydiyyatından keçirilməmiş ümumilikdə 610 manat dəyərində olmaqla, 40 manat dəyərində 10 qutu “Dideral 40mg” markalı, 150 manat dəyərində 02 qutu “Galvus Met 50mg/1000mg” markalı, 100 manat dəyərində 02 qutu “Anti-asidoz 500mg” markalı, 320 manat dəyərində 01 qutu “Prolia" markalı dərman preparatı aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə baxış keçirilən zaman həmin mənzilin yataq otağındakı şkafdan satış məqsədi ilə külli miqdarda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğu bildiyi, lakin dövlət qeydiyyatından keçirilməmiş, ümumilikdə, 42 548,90 manat dəyərində olmaqla, 195 manat dəyərində 13 qutu “Topamax 50 mg” markalı, 72 manat dəyərində 4 qutu “Rytmonorm 150 mg” markalı, 243 manat dəyərində 9 qutu “Travatan” markalı, 175 manat dəyərində 05 qutu “Pentasa 500 mg” markalı, 2924 manat dəyərində 43 qutu “Viagra 100 mg N4” markalı, 3575 manat dəyərində 32 qutu və 1 konvolyut “Xarelto 15 mg” markalı, 75 manat dəyərində 03 qutu “Casodex 50mg” markalı, 300 manat dəyərində 05 qutu “Casodex 150mg” markalı, 120 manat dəyərində 40 qutu “Prednol 4mg” markalı, 08 manat dəyərində 4 qutu “Deltacortril 5mg” markalı, 16 manat dəyərində 4 qutu “Alfamet” markalı, 16 manat dəyərində 4 qutu “Avmigran” markalı, 276 manat dəyərində 46 qutu “Anafranil” markalı, 132 manat dəyərində 44 qutu “Tegretol” markalı, 4960 manat dəyərində 40 qutu və 50 ədəd “Lantus” markalı, 189 manat dəyərində 07 qutu “Armidex” markalı, 31 manat dəyərində 01 qutu “Effient 10mg” markalı, 05 manat dəyərində 01 qutu “Parlodel” markalı, 51 manat dəyərində 01 qutu “Strattera” markalı, 136 manat dəyərində 34 qutu “Dideral 40 mg” markalı, 180 manat dəyərində 03 qutu “Longidaza 3000 mg” markalı, 13 manat dəyərində 01 qutu “Dilatrend 25 mg” markalı, 253 manat dəyərində 11 qutu “Aknetrent” markalı, 87 manat dəyərində 01 qutu “Espogen” markalı, 126 manat dəyərində 06 qutu “Mixtard” markalı, 1938 manat dəyərində 38 qutu “Dostinex 0,5 mg” markalı, 125 manat dəyərində 05 qutu “Alphagen” markalı, 494 manat dəyərində 26 qutu “Nexium 40 mg” markalı, 10 manat dəyərində 01 qutu “Meteospasmyl” markalı, 77 manat dəyərində 11 qutu “Qalyviz” markalı, 21 manat dəyərində 07 qutu “Lasix 20mg” markalı, 04 manat dəyərində 02 qutu "Lasix 40mg” markalı, 400 manat dəyərində 10 qutu “Trajenta 5 mg” markalı, 40 manat dəyərində 10 qutu “Laroxyl 25 mg” markalı, 280 manat dəyərində 28 qutu “İsoptin 5 mg/2 mg” markalı, 87 manat dəyərində 01 qutu “Mirena 52 mg” markalı, 336 manat dəyərində 24 qutu “Cardura 2 mg” markalı, 406 manat dəyərində 29 qutu “Prednol 250mg” markalı, 52 manat dəyərində 13 qutu “Prednol 20mg” markalı, 96 manat dəyərində 08 qutu “Prednol 40mg” markalı, 512 manat dəyərində 32 qutu “Estrofem” markalı, 675 manat dəyərində 09 qutu “Jardiance” markalı, 100 manat dəyərində 02 qutu “Cellcept markalı, 360 manat dəyərində 12 qutu “İmuran” markalı, 104 manat dəyərində 26 qutu “Cyclo Progynova” markalı, 55 manat dəyərində 11 qutu “Rantudil” markalı, 18 manat dəyərində 03 qutu “Mestinon” markalı, 2080 manat dəyərində “Novo Rapid” markalı 24 qutu və 10 ədəd, 12,30 manat dəyərində 04 qutu və 03 konvolyut “Diltizem 90 mg” markalı, 10 manat dəyərində 02 qutu “Flagyl” markalı, 08 manat dəyərində 02 qutu “Nevanac” markalı, 1485 manat dəyərində 33 qutu “Forziga” markalı, 06 manat dəyərində 02 qutu “Avil 45.5mg” markalı, 36 manat dəyərində 03 qutu “X23” markalı, 400 manat dəyərində 10 qutu “Engerix” markalı, 32 manat dəyərində 08 qutu “Anaprilin" markalı, 05 manat dəyərində 01 qutu “Darob” markalı, 308 manat dəyərində 11 qutu “Bonviva” markalı,136 manat dəyərində 17 qutu “Lustral” markalı, 300 manat dəyərində 04 qutu “Cialis 5mg” markalı, 400 manat dəyərində 10 qutu “Salofalk” markalı, 92 manat dəyərində 23 qutu “Atarax” markalı, 2760 manat dəyərində 12 qutu “Cinnal” markalı, 292 manat dəyərində 73 qutu “Devit-3 300.000 İ.U ml” markalı, 280 manat dəyərində 35 qutu “Tamoxifen” markalı, 18 manat dəyərində 01 qutu “Hydrea” markalı, 112 manat dəyərində 04 qutu “Thincal” markalı, 504 manat dəyərində 42 qutu “Crestor” markalı, 756 manat dəyərində 27 qutu “Ovitrelle” markalı, 90 manat dəyərində 09 qutu “Fuecicort” markalı, 2080 manat dəyərində 16 qutu “Zoladex” markalı, 1430 manat dəyərində 22 qutu “Cialis 20mg” markalı, 276 manat dəyərində 23 qutu “Clindoxyl” markalı, 18 manat dəyərində 06 qutu “Bepanthen” markalı, 100 manat dəyərində 25 qutu “Propycil" markalı, 220 manat dəyərində 04 qutu “Citoflavin” markalı, 240 manat dəyərində 30 qutu “Beloc” markalı, 266 manat dəyərində 19 qutu “Prednol 16mg” markalı, 120 manat dəyərində 24 qutu “Lamictal” markalı, 101,6 manat dəyərində 11 qutu və 17 konvolyut “Cipralex” markalı, 72 manat dəyərində 04 qutu “Progestan” markalı, 510 manat dəyərində 34 qutu “Ventolin” markalı, 415 manat dəyərində 08 qutu və 03 konvolyut “Anti-Asidoz” markalı, 110 manat dəyərində 02 qutu “Asacol” markalı, 20 manat dəyərində 10 qutu “Advantan” markalı, 180 manat dəyərində 10 qutu “Differin” markalı, 05 manat dəyərində 01 qutu “Piyeloseptyl” markalı, 72 manat dəyərində 12 qutu “Bactroban” markalı, 84 manat dəyərində 03 qutu “Seretide Discus” markalı, 16 manat dəyərində 02 qutu “Madecassol” markalı, 144 manat dəyərində 08 qutu “Arava” markalı, 90 manat dəyərində 03 qutu “Keppra” markalı, 24 manat dəyərində 04 qutu “Sustanon” markalı, 30 manat dəyərində 06 qutu “Expigment” markalı, 176 manat dəyərində 22 qutu “Meteospasmyl” markalı, 154 manat dəyərində 11 qutu “Yasmin” markalı, 40 manat dəyərində 05 qutu “Procto-Glyvenol” markalı, 340 manat dəyərində 10 qutu “Synjardy” markalı, 99 manat dəyərində 11 qutu “Prozac” markalı, 385 manat dəyərində 07 qutu “Ursofalk” markalı, 792 manat dəyərində 12 qutu “Apidra” markalı, 483 manat dəyərində 23 qutu “Acnelyse” markalı, 30 manat dəyərində 01 qutu “Megace” markalı, 120 manat dəyərində 10 qutu “Zyrtec” markalı, 80 manat dəyərində 08 qutu “Paxil” markalı, 224 manat dəyərində 07 qutu “Januva” markalı, 07 manat dəyərində 01 qutu “Metformin 1000 mg” markalı, 10 manat dəyərində 01 qutu “Sandostatin” markalı, 13 manat dəyərində 01 qutu “Seropuel” markalı, 56 manat dəyərində 02 qutu “Jodid Ratiopharm 200 mg” markalı, 45 manat dəyərində 01 qutu “Femara” markalı, 1771 manat dəyərində 253 ampula “Pregnyl” markalı, 72 manat dəyərində 04 qutu “Gencort 10 mg” markalı, 07 manat dəyərində 01 qutu “Myocron 50 mg” markalı, 11 manat dəyərində 01 qutu “Qlairista” markalı, 675 manat dəyərində 09 flakon “Bonedro” markalı, 36 manat dəyərində 03 ampula “Proluton” markalı, 115 manat dəyərində 23 qutu “Cholcium Dispert” markalı, 324 manat dəyərində 04 qutu və 02 konvolyut “Galvus Met 50mg/1000mg” markalı ümumilikdə külli miqdarda 42.548,90 manat dəyərində qeydiyyatsız dərman vasitələri, həmçinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,600 qram olan 6 ədəd qutuda, ümumilikdə, 300 həb güclü təsiredici maddə hesab edilən “triheksifenidil” tərkibli “Siklodol 2 mg” adlı dərman preperatı və əsas təsiredici maddəsinin ümumi miqdarı 0,360 qram olan 6 ədəd qutuda, ümumilikdə, 180 həb psixotrop maddə hesab edilən “klonazepam” tərkibli “Klonazepam 2 mg” adlı dərman preperatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası və bacısının ikisi də 2-ci qrup əlildirlər. Anasının xəstəlik diaqnozu 2-ci qrup infarktdır, bacısı isə ağırlaşmış şizofreniya xəstəsidir. X3 xəstəliyinə görə dövlətdən hər ay 180 manat sosial müavinət alır. X4 isə hər ay 268 manat pensiya alır. O, 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin “Əczaçılıq” fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra bir neçə apteklərdə əczaçı kimi çalışmışdır. Sonuncu dəfə təxminən 2 il müddətində ünvan 3 ünvanında yerləşən “Zeytun” aptekdə əczaçı-provizor vəzifəsində çalışmışdır. Onun iş rejimi hər gün saat 16:00-dan 22:00-kimi olmuşdur. Maaşı isə 400 manat imiş. Həmin vəsaitlə ailəsini dolandırmaq çətin olduğu üçün iş saatlarımdan əlavə müddətdə o, müxtəlif apteklərdən sifarişlər əsasında əldə etdiyi qeydiyyatsız dərmanların pərakəndə satışı ilə məşğul olmuşdur. Belə ki, o uzun müddət ərzində əczaçı vəzifəsində çalışdığı üçün onun özünün müxtəlif xəstəliklərdən əziyyət çəkən xüsusi müştəriləri olmuşdur. Onların əksəriyyəti şəkərli diabet, qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlar olmuşdur. Həmin xəstəliklərin dərmanları da şəhərdə çətin tapılırmış. Dövlət tərəfindən qeydiyyata alınan dərmanların da çoxunun qiyməti yüksək olduğu üçün insanlar məcbur qalıb qeydiyyatsız dərmanlardan istifadə edirlər. Həmin pasientlər öz xəstəliklərinin müalicəsi üçün şəhərdəki apteklərdən tapa bilmədikləri və ya çətin tapılan dərmanlar üçün ona müraciət etmişdirlər. O da həmin sifarişlər əsasında tanıdığı apteklərdən, xüsusilə də Zəfəran apteklər şəbəkəsindən həmin dərmanları əldə etmişdir. Əldə etdiyi dərmanları evində şkafların içərisində saxlamış və yavaş-yavaş sataraq pul qazanırmış. Təxminən, 7-8 aydır ki, qeydiyyatsız dərmanların satışı ilə məşğul olurmuş. O, tibb sahəsində ali təhsil aldığı üçün həmin dərmanların qeydiyyatsız olmasından məlumatlı olmuşdur. Bilirmiş ki, həmin dərmanlara böyük tələbat var, lakin insanlar onları əldə etməkdə çətinlik çəkirlər. Ona görə də məhz həmin dərmanları əldə edib satışı ilə məşğul olmuşdur. Uzun illlər aptek sahəsində çalışdığı üçün ona rahatlıqla qeydiyyatsız dərmanlar verilirmiş. 20 sentyabr 2022-ci il tarixində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində “Bravo” hipermarketinin qarşısında əlində içində 15 qutu qeydiyyatsız dərman olan sellofan torba ilə dayanmışdır. Həmin vaxt müştərini gözləyirmiş ki, dərmanları ona satsın. Həmin zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşmış və özlərini təqdim etmişdirlər ki, polis əməkdaşlarıdırlar. Onun əlindəki dərmanlara baxış keçirmişdirlər. Orada etiraf etmişdir ki, həmin dərmanlar qeydiyyatsızdır və hal-hazırda onları satmaq məqsədilə orada dayanmışdır. Daha sonra sorğu əsasında bildirmişdir ki, həmin dərmanların hamısını yavaş-yavaş satmaq üçün yaşadığı evdə saxlayırmış. Belə ki, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər və onun icazəsi ilə evinə baxış keçirilmişdir. Belə ki, evinin yataq otağındakı şkafın içərisində saxladığı qeydiyyatsız dərmanlar aşkar edilərək götürülmüşdür. Onların içərisindəki dərmanların hamısı satış məqsədilə əldə etdiyi qeydiyyatsız dərmanlar olmuşdurlar. Lakin onların içərisində anasının qaraciyər və insult dərmanları və bacımın oliqafreniya xəstəliyi üçün istifadə etdiyi tərkibində güclü təsiredici maddələr olan “Triheksifenidil” (siklodol) markalı və tərkibində psixotrop maddə olan “Klonazepam” markalı dərmanlar da olmuşdur. Həmin dərmanları 3 saylı Şəhər Poliklinakasından həkim resepti əsasında əldə etmişdirlər. X17 həmin xəstəxanada qeydiyyatda olduğu üçün hər ay yoxlanışa gedirmiş və həkim-psixiatrın yazdığı resept əsasında tərkibində psixotrop və güclü təsiredici maddələr olan dərmanları poliklinikanın daxilindəki aptekdən pulsuz əldə edirmiş. Həmin dərmanlar əslində 1 aylıq müddətində verilsə də, valideyni ora tez-tez gedə bilmədiyi üçün onlara həmin dərmanlar hər dəfə 2 aylıq müddətə, təxminən 8 qutu verilirdi. Hər qutunun içərisində 50 tablet olurmuş. Belə ki, evindən aşkar edilərək götürülmüş dərmanlar içərisində bacısının istifadə etdiyi dərmanlardan başqa digər dərmanların hamısı qeydiyyatsız imişlər və onları satış məqsədilə əldə edib ayrı-ayrı müştərilərə sataraq qazanc əldə etmişdir. O, bu işə yeni başlayanda sadəcə sifarişlər əsasında məhdud sayda qeydiyyatsız dərman vasitələri əldə edib müştərilərinə satmışdır. Lakin polislər tərəfindən tutulmağından təxminən 2-3 ay əvvəl külli miqdarda dərmanlar almışdır ki, onları satsın, yaxşı pul qazansın və öz aptekini açsın. Baxış keçirilən zaman evində təxminən 50.000 manat dəyərində dərmanlar olmuşdur. Çünki o, həmin dərmanların hamısını demək olar ki, nisyə almışdır ki, satdıqdan sonra borclarını qaytarsın. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, indiyə kimi heç kimə tərkibində güclü təsiredici, psixotrop maddələr olan dərman vasitələri satmamışdır. Evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş içərisində 300 həb olan 6 qutu Siklodol və 180 həb olan 180 qutu Klonazepam markalı onun şizofreniya xəstəsi olan X15indir. Onlar həmin dərmanları 3 saylı şəhər poliklinikasından həkim ressepti əsasında əldə etmişdirlər. Whatsapp ani mesajlaşma tətbiqində ayrı-ayrı şəxslərin “Tramadol”, “Retabolil” və s. kimi tərkibində güclü təsiredici maddələr olan dərman vasitələri üçün ona müraciət etməsi ilə bağlı ifadəsində bildirmişdir ki, o, həmin dərmanların satışını şəxsən həyata keçirməmişdir. O, heç kimə psixotrop dərmanlar satmamışdır, ona həmin dərmanlarla bağlı müraciət edən şəxslərə həmin dərmanların satıldığı ünvanları bildirmişdir. Bəzən elə hallar olmuşdur ki, onun apteklərdə işləyən tanışları olduğu üçün xəstələr ondan xahiş etmişdirlər ki, həmin dərmanları apteklərdən o alıb həmin şəxslərə versin. O da həmin dərmanları alıb həmin şəxslərə çatdırmışdır, amma həmin şəxslərdən o dərmanlara görə heç bir pul almamışdır. Həmçinin 3 saylı Şəhər Poliklinikasının həkim-psixiatrı Zümrüd Hüseynova X17ya poliklinikanın daxilində fəaliyyət göstərən aptekdən verilən dərmanların qeydiyyatına dair çıxarışı istintaqa təqdim etmişdir. Həmin çıxarışa baxış keçirilmiş və müəyyən edilmişdir ki, X1 dəfə 31 avqust 2022-ci il tarixdə 33944053 nömrəli resept əsasında “Triheksifenidil (siklodol) 2 mg” markalı tərkibində güclü təsir edici maddələr olan dərman vasitəsindən 50 ədəd, “Klonazepam” markalı psixotrop tərkibli dərman vasitəsi isə 17 iyun 2022-ci il tarixdə 34025033 nömrəli resept əsasında verilmişdir. Lakin 20 sentyabr tarixində yaşadığınız mənzilə baxış keçirilən zaman oradan 300 tablet “Siklodol” və 180 tablet “Klonazepam” markalı dərman vasitələri aşkar olunmuşdur. Evindən çoxlu sayda aşkar edilmiş tərkibində psixotrop və güclü təsiredici maddələr olan dərman vasitələrini haradan hansı məqsədlə əldə etməsinə sualına cavab olaraq bildirmişdir ki, bacısının xəstəliyi ağır olduğu üçün ona həkimin resepti əsasında verilən sayda dərman bəs etmirmiş. Ona görə də o, həmin dərmanları tanıdığı apteklərdən əldə etmişdir. Aptek sahibləri ona inandıqları üçün ona həmin dərmanları resseptsiz verirmişlər. Onun evindən aşkar edilmiş dərmanları o, heç kimə satmamışdır. Onların hamısını bacısı üçün əldə etmişdir. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində İİ qrup əlil bacısının və anasının olmasını, həmçinin barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3007 ünvanında yaşayan Təqsirləndirilən şəxs dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması ona həvalə olunduğundan tərəfindən 20 sentyabr 2022-ci il tarixdə raportla Baş İdarə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən, o, əməliyyat qrupunun rəhbəri, Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 və təhqiqatçısı Eltay Mikayılov əməliyyat qrupunun üzvləri təyin edilmişdirlər. Daxil olmuş məlumat əsasında, 20 sentyabr 2022-ci il tarixdə saat 16.30 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən Bravo hipermarketinin qarşısına yollanmışdırlar. Bir müddət kənardan müşahidə etmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs orada olduğunu görmüşdürlər. Həmin zaman onun əlində sellefan torba var imiş. Ona yaxınlaşmışdırlar və özlərini təqdim etmiş, dövlət qeydiyyatı olmayan dərman vasitələrinin satışı faktı ilə bağlı aparılan araşdırma üzrə videoçəkiliş aparılmaqla əlindəki sellefan torbaya baxış keçirəcəklərini bildirmişdirlər. Təqsirləndirilən şəxs baxış keçirməkləri etiraz etməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qeydiyyatsız dərman satışı faktını təsdiqləmişdir. Baxış zamanı onun əlindəki sellofan torbanın içərisindən 10 qutu “Dideral” markalı, 02 qutu “Galvus Met” markalı, 02 qutu “Anti-asidoz” markalı, 01 qutu “Prolia” markalı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı o, övlət qeydiyyatı olmayan dərman vasitələrinin satışı ilə məşğul olduğunu etiraf etmiş və həmin dərmanları Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3007 ünvanındakı evində saxladığını bildirmişdir. Onlar da 20 sentyabr 2022-ci il tarixdə saat 16:50-də Təqsirləndirilən şəxs iştirakı ilə onun evinə gedərək baxış keçirmişdirlər. Evdə Təqsirləndirilən şəxs anası və xəstə bacısı olmuşdur. Təqsirləndirilən şəxs dərmanları evin yataq otağındakı şkafda saxladığını bildirmişdir. Oradan sayını hazırda xatırlamadığı miqdarda yüzlərlə qutuda dərman vasitələri aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs izah etmişdirlər ki, aşkar olunmuş qeydiyyatsız olması şübhə doğuran dərmanların hamısı Səhiyyə Nazirliyinə müvafiq yoxlama aparılması üçün təqdim olunacaqdır. Aşkar edilmiş dərmanların hamısı videoçəkiliş aparılmaqla sayılmış və Təqsirləndirilən şəxs özünün iştirakı ilə sellofan torbalara yığılmışdır. Daha sonra müvafiq sənədləşmə və izahatının alınması üçün Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət olunmuşdur. Baxışla bağlı protokol tərtib olunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı qanunla dövlət qeydiyyatının tələb olunduğu, lakin dövlət qeydiyyatından keçməyən satış məqsədi ilə saxlanılan çoxlu sayda dərman vasitələrinin aşkar olunmasını təsdiqləmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan 22 sentyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 128-130-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-133-cü vərəqələrində olan təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan «baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» DİN BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketinin qarşısında dayanmış Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan 10 qutu “Dideral” markalı, 02 qutu “Galvus Met” markalı, 02 qutu “Anti-asidoz” markalı, 01 qutu “Prolia” markalı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 17-20-ci vərəqələrində olan «baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» DİN BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı mənzilin yataq otağındakı şkafların içərisindən “Topamax” markalı 13 qutu, “Rytmonorm” markalı 4 qutu, “Travatan” markalı 9 qutu, “Pentasa” markalı 5 qutu, “Viagra” markalı 43 qutu, “Xarelto” markalı 32 qutu və 1 konvolyut, “Casodex 50mg” markalı 3 qutu, “Casodex 150mg” markalı 5 qutu, “Prednol 4mg” markalı 40 qutu, “Deltacortril 5mg” markalı 4 qutu, “Alfamet” markalı 4 qutu, “Avmigran” markalı 4 qutu, “Anafranil” markalı 46 qutu, “Tegretol” markalı 44 qutu, “Lantus” markalı 40 qutu və 50 ədəd, “Armidex” markalı 7 qutu, “Effient 10mg” markalı 1 qutu, “Parlodel” markalı 1 qutu, “Strattera” markalı 1 qutu, “Dideral” markalı 34 qutu, “Longidaza” markalı 3 qutu, “Dilatrend” markalı 1 qutu, “Aknetrent” markalı 11 qutu, “Espogen” markalı 1 qutu, “Mixtard” markalı 6 qutu, “Dostinex” markalı 38 qutu, “lnsultard" markalı 20 qutu, “Alphagen” markalı 5 qutu, “Menopur” markalı 2 qutu, “Nexium” markalı 26 qutu, “Meteospasmyl” markalı 1 qutu, “Qalyviz” markalı 11 qutu, “Lasix 20mg” markalı 7 qutu, "Lasix 40mg” markalı 2 qutu, “Trajenta 5 mg” markalı 10 qutu, “Laroxyl” markalı 10 qutu, “İsoptin” markalı 28 qutu, “Mirena” markalı 1 qutu, “Cardura” markalı 24 qutu, “Prednol 250mg” markalı 29 qutu, “Prednol 20mg” markalı 13 qutu, “Prednol 40mg” markalı 8 qutu, “Estrofem” markalı 32 qutu, “Jardiance” markalı 9 qutu, “Cellcept” markalı 2 qutu, “İmuran” markalı 12 qutu, “Cyclo Progynova” markalı 26 qutu, “Rantudil” markalı 11 qutu, “Mestinon” markalı 3 qutu, “Novo Rapid” markalı 24 qutu və 10 ədəd, “NovoMix” markalı 2 qutu, “Diltizem” markalı 4 qutu və 3 konvolyut, “Flagyl” markalı 2 qutu, “Nevanac” markalı 2 qutu, “Forziga” markalı 33 qutu, “Avil 45.5mg” markalı 2 qutu, “X23” markalı 3 qutu; “Engerix” markalı 10 qutu, “Anaprilin" markalı 8 qutu, “DHEA” markalı 34 qutu, “Darob” markalı 1 qutu, “Bonviva” markalı 11 qutu, “Lustral” markalı 17 qutu, “Cialis 5mg” markalı 4 qutu, “Salofalk” markalı 10 qutu, “Atarax” markalı 23 qutu, “Cinnal” markalı 12 qutu, “Devit-3” markalı 19 qutu, “Tamoxifen” markalı 35 qutu, “Hydrea” markalı 1 qutu, “Thincal” markalı 4 qutu, “Crestor” markalı 42 qutu, “Ovitrelle” markalı 27 qutu, “Fuecicort” markalı 9 qutu, “Zoladex” markalı 16 qutu, “Cialis 20mg” markalı 22 qutu, “Clindoxyl” markalı 23 qutu, “Bepanthen” markalı 6 qutu, “Propycil" markalı 25 qutu, “Actaprid” markalı 2 qutu, “Citoflavin” markalı 4 qutu, “Beloc” markalı 30 qutu, “Prednol 16mg” markalı 19 qutu, “Lamictal” markalı 24 qutu, “Cipralex” markalı 11 qutu və 17 konvolyut, “Progestan” markalı 4 qutu, “Ventolin” markalı 34 qutu, “Anti-asidoz” markalı 8 qutu və 3 konvolyut, “Asacol” markalı 2 qutu, “Advantan” markalı 10 qutu, “Differin” markalı 10 qutu, “Piyeloseptyl” markalı 1 qutu, “Bactroban” markalı 12 qutu, “Seretide Discus” markalı 3 qutu, “Madecassol” markalı 2 qutu, “Arava” markalı 8 qutu, “Keppra” markalı 3 qutu, “Sustanon” markalı 4 qutu, “Expigment” markalı 6 qutu, “Meteospasmyl” markalı 22 qutu, “Yasmin” markalı 11 qutu, '‘Procto-Glyvenol” markalı 5 qutu, “Synjardy” markalı 10 qutu, “Prozac” markalı 11 qutu, “Qalopril” markalı 13 qutu, “Ursofalk” markalı 7 qutu, “Tresiba” markalı 2 qutu, “Apidra” markalı 12 qutu, “Levemir” markalı 6 qutu, “Acnelyse” markalı 23 qutu, “Madeleb” markalı 3 qutu, “Qaloperidol Rixter” markalı 6 qutu, “Megace” markalı 1 qutu, “Zyrtec” markalı 10 qutu, “Paxil” markalı 8 qutu, “Januva” markalı 7 qutu, “Devit-3” markalı 54 qutu, “Heptral” markalı 1 qutu, “Metformin” markalı 1 qutu, “Sandostatin” markalı 1 qutu, “Seropuel” markalı 1 qutu, “Jodid Ratiopharm” markalı 2 qutu, “Aminazin” markalı 1 qutu və 11 konvolyut, “Femara” markalı 1 qutu, “Pregnyl” markalı 253 ampula, “Gencort” markalı 4 qutu, “Myocron” markalı 1 qutu, “Sila İmperator” markalı 1 qutu, “Qlairista” markalı 1 qutu, “Rispaksol” markalı 6 qutu və 6 konvolyut, “Bonedro” markalı 9 flakon, “Proluton” markalı 3 ampula, “Cholcium Dispert” markalı 23 qutu, “Calium Xlorid” markalı 20 ampula, “Galvus Met” markalı 4 qutu və 2 konvolyut, həmçinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,600 qram olan 6 ədəd qutuda, ümumilikdə, 300 həb güclü təsiredici maddə hesab edilən “triheksifenidil” tərkibli “siklodol 2 mg” adlı dərman preperatı və əsas təsiredici maddəsinin ümumi miqdarı 0,360 qram olan 6 ədəd qutuda ümumilikdə 180 həb psixotrop maddə hesab edilən “klonazepam” tərkibli “klonazepam 2 mg” adlı dərman preperatları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 51-ci vərəqəsində olan “könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ona məxsus “Redmi Note 9S” markalı mobil telefon götürülərək ona baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “Whatsapp” ani mesajlaşma tətbiqində ayrıayrı müştərilər tərəfindən Təqsirləndirilən şəxs müxtəlif dərmanların tapılmasında onlara köməklik göstərməsi üçün müraciətlər olunmuşdur. Həmin dərman vasitələrinin əksəriyyəti qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələridir. Həmçinin Təqsirləndirilən şəxs tərkibində psixotrop və güclü təsiredici maddələr olan “Tramadol”, “Retabolil”, “Alprazolam” markalı dərman vasitələri üçün də müraciət edilmişdir. Cinayət işinin 43-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5381 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan” sözləri yazılan kağız parçası yapışdırılmış polietilen paketdəki 6 ədəd üzərində “Siklodol 2 mg” göstəricisi olan qutuda 300 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi triheksifenidildir (siklodol) və həmin həblərin tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,600 qram təşkil edir, 6 ədəd üzərində “Klonazepam 2 mg” göstəricisi olan qutuda 180 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi klonazepamdır və həmin həblərin tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 94-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6826 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” supermarketinin yaxınlığında Təqsirləndirilən şəxs baxış zamanı aşkar edilən dərman preparatlarının orta bazar qiyməti ilə ümumi dəyəri 610 manat, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3007 ünvanında Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş dərman preparatlarının orta bazar qiyməti ilə ümumi dəyəri 47232,90 manat təşkil edir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 şəxsi Ambulator X5 ekspert komissiyasının xx.xx.2022ci il tarixli, 5538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliklərinin əlamətləri aşkar olunmadı, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 151-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X9” X18 “Dərman vasitələrinin Qeydiyyat-Ekspertiza” şöbəsinin mütəxəssisləri tərəfindən hazırlanmış məlumat cədvəlindən görünür ki, baxış zamanı aşkar edilərək götürülmüş və təqdiq olunması üçün təqdim edilmiş 171 adda dərman vasitələrindən 153nün dövlət qeydiyyatı yoxdur. 11 ədədinin dövlət qeydiyyatı vardır, 3 ədədi qida əlavəsi, 1-i isə kosmetik vasitə hesab olunur. Həmçinin 3 ədəd dərman vasitəsinin ikinci qablaşdırması təqdim edilmədiyinə görə onların qeydiyyatlı olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, həmin dərman vasitələrindən “Aminazin 2 mg” markalı, “Qalaperidol-Rixter 5 mg” markalı, “Levemir” markalı, “Novomix” markalı, “Tresiba” markalı, “Menopur 75 ME+75 ME N10 liofilizat” markalı, “İnsultard” markalı, “Actrapid” markalı, “Heptral” markalı,”Rispaksol” markalı, “Qalopril forte” markalı dərman vasitələrinin dövlət qeydiyyatı vardır, həmçinin ”DHEA 25 mg” markalı, “DHEA Mood & Stress” markalı, “Sila İmperatora” markalı məhsullar bioloji fəallığa malik qida əlavəsi, “Madeleb” markalı məhsul isə kosmetik vasitə hesab olunur. Bundan başqa, “Aminazin- Zdorovye 25 mg N20” markalı və “Aminazin-Zdorovye 100 mg N20” markalı dərman vasitələrinin ikinci qablaşdırması təqdim edilmədiyinə görə onların qeydiyyatlı olubolmaması müəyyən edilə bilməmişdir. Cinayət işinin 172-190-cı vərəqələrində olan 02 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, mənşəyinə və üzərində hadisənin izləri saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketinin qarşısında üzərinə baxış keçirilən zaman aşkar edilmiş 10 qutu “Dideral” markalı, 02 qutu “Galvus Met” markalı, 02 qutu “Anti-asidoz” markalı, 01 qutu “Prolia” markalı dərman vasitələri öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; öz xüsusiyyətinə, əlamətlərinə, mənşəyinə və üzərində hadisənin izləri saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilinə baxış zamanı aşkar edilmiş 13 qutu “Topamax 50 mg”, 4 qutu “Rytmonorm 150 mg”, 9 qutu “Travatan”, 05 qutu “Pentasa 500 mg”, 43 qutu “Viagra 100 mg N4”, 32 qutu və 1 konvolyut “Xarelto 15 mg”, 03 qutu “Casodex 50mg”, 05 qutu “Casodex 150mg”, 40 qutu “Prednol 4mg”, 4 qutu “Deltacortril 5mg”, 4 qutu “Alfamet”, 4 qutu “Avmigran”,46 qutu “Anafranil”, 44 qutu “Tegretol”, 40 qutu və 50 ədəd “Lantus”, 07 qutu “Armidex”, 01 qutu “Effient 10mg”, 01 qutu “Parlodel”, 01 qutu “Strattera”, 34 qutu “Dideral 40 mg”, 03 qutu “Longidaza 3000 mg”, 01 qutu “Dilatrend 25 mg”, 11 qutu “Aknetrent”, 01 qutu “Espogen”, 06 qutu “Mixtard”, 38 qutu “Dostinex 0,5 mg”, 05 qutu “Alphagen”, 26 qutu “Nexium 40 mg”, 01 qutu “Meteospasmyl”,11 qutu “Qalyviz”, 07 qutu “Lasix 20mg”, 02 qutu "Lasix 40mg”, 10 qutu “Trajenta 5 mg”,10 qutu “Laroxyl 25 mg”,28 qutu “İsoptin 5 mg/2 mg”, 01 qutu “Mirena 52 mg”,24 qutu “Cardura 2 mg”,29 qutu “Prednol 250mg”, 13 qutu “Prednol 20mg”,08 qutu “Prednol 40mg”,32 qutu “Estrofem”,09 qutu “Jardiance”,02 qutu “Cellcept,12 qutu “İmuran”,26 qutu “Cyclo Progynova”,11 qutu “Rantudil”,03 qutu “Mestinon”,24 qutu və 10 ədəd “Novo Rapid”, 04 qutu və 03 konvolyut “Diltizem 90 mg”,02 qutu “Flagyl”,02 qutu “Nevanac”, 33 qutu “Forziga”, 02 qutu “Avil 45.5mg”,03 qutu “X23”,10 qutu “Engerix”,08 qutu “Anaprilin", 01 qutu “Darob”, 11 qutu “Bonviva”,17 qutu “Lustral”, 04 qutu “Cialis 5mg”,10 qutu “Salofalk”, 23 qutu “Atarax”,12 qutu “Cinnal”,73 qutu “Devit-3 300.000 İ.U ml”,35 qutu “Tamoxifen”,01 qutu “Hydrea”, 04 qutu “Thincal”, 42 qutu “Crestor”, 27 qutu “Ovitrelle”, 09 qutu “Fuecicort”, 16 qutu “Zoladex”, 22 qutu “Cialis 20mg”, 23 qutu “Clindoxyl”, 06 qutu “Bepanthen”, 25 qutu “Propycil", 04 qutu “Citoflavin”, 30 qutu “Beloc”, 19 qutu “Prednol 16mg”, 24 qutu “Lamictal” markalı, 11 qutu və 17 konvolyut “Cipralex”, 04 qutu “Progestan”, 34 qutu “Ventolin”, 08 qutu və 03 konvolyut “Anti-Asidoz”, 02 qutu “Asacol”, 10 qutu “Advantan”, 10 qutu “Differin”, 01 qutu “Piyeloseptyl”, 12 qutu “Bactroban”, 03 qutu “Seretide Discus”, 02 qutu “Madecassol”, 08 qutu “Arava”, 03 qutu “Keppra”, 04 qutu “Sustanon”, 06 qutu “Expigment”, 22 qutu “Meteospasmyl”, 11 qutu “Yasmin”, 05 qutu “Procto-Glyvenol”, 10 qutu “Synjardy”, 11 qutu “Prozac”, 07 qutu “Ursofalk”, 12 qutu “Apidra”, 23 qutu “Acnelyse”, 01 qutu “Megace”, 10 qutu “Zyrtec”, 08 qutu “Paxil”, 07 qutu “Januva”, 01 qutu “Metformin 1000 mg”, 01 qutu “Sandostatin”, 01 qutu “Seropuel”, 02 qutu “Jodid Ratiopharm 200 mg”, 01 qutu “Femara”, 253 ampula “Pregnyl”, 04 qutu “Gencort 10 mg”, 01 qutu “Myocron 50 mg”, 01 qutu “Qlairista”, 09 flakon “Bonedro”, 03 ampula “Proluton”, 23 qutu “Cholcium Dispert”, 04 qutu və 02 konvolyut “Galvus Met 50mg/1000mg” markalı dərman vasitələri Azərbaycan Respublikası CPM-in 128-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir; cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 180 ədəd “Klonazepam” markalı tərkibində psixotrop maddə olan dərman vasitəsinin ekspertiza təqdiqatından sonrakı sayı 176 ədəd həbi və 300 ədəd “Siklodol” markalı tərkibində güclü təsiredici maddə olan dərman vasitəsinin ekspertiza təqdiqatından sonrakı sayı 296 ədəd həbi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd “Redmi Note 9S” markalı mobil telefon öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ-nin 2 saylı X21 Filialından tərəfindən verilmiş arayışlardan görünür ki, X10 və X11 İİ-ci dərəcə əlildirlər. Cinayət işinin 170-ci vərəqəsində olan Ağdaş şəhər İƏDN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün qismən etirafı və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 5 a Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində İİ qrup əlil bacısının və anasının olmasını, həmçinin barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 200-1.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, həmçinin sonuncunun 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının mm mCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan cinayət işi üzrə maddi sübut 10 qutu “Dideral” markalı, 02 qutu “Galvus Met” markalı, 02 qutu “Anti-asidoz” markalı, 01 qutu “Prolia” markalı dərman vasitələri, 13 qutu “Topamax 50 mg”, 4 qutu “Rytmonorm 150 mg”, 9 qutu “Travatan”, 05 qutu “Pentasa 500 mg”, 43 qutu “Viagra 100 mg N4”, 32 qutu və 1 konvolyut “Xarelto 15 mg”, 03 qutu “Casodex 50mg”, 05 qutu “Casodex 150mg”, 40 qutu “Prednol 4mg”, 4 qutu “Deltacortril 5mg”, 4 qutu “Alfamet”, 4 qutu “Avmigran”,46 qutu “Anafranil”, 44 qutu “Tegretol”, 40 qutu və 50 ədəd “Lantus”, 07 qutu “Armidex”, 01 qutu “Effient 10mg”, 01 qutu “Parlodel”, 01 qutu “Strattera”, 34 qutu “Dideral 40 mg”, 03 qutu “Longidaza 3000 mg”, 01 qutu “Dilatrend 25 mg”, 11 qutu “Aknetrent”, 01 qutu “Espogen”, 06 qutu “Mixtard”, 38 qutu “Dostinex 0,5 mg”, 05 qutu “Alphagen”, 26 qutu “Nexium 40 mg”, 01 qutu “Meteospasmyl”,11 qutu “Qalyviz”, 07 qutu “Lasix 20mg”, 02 qutu "Lasix 40mg”, 10 qutu “Trajenta 5 mg”,10 qutu “Laroxyl 25 mg”,28 qutu “İsoptin 5 mg/2 mg”, 01 qutu “Mirena 52 mg”,24 qutu “Cardura 2 mg”,29 qutu “Prednol 250mg”, 13 qutu “Prednol 20mg”,08 qutu “Prednol 40mg”,32 qutu “Estrofem”,09 qutu “Jardiance”,02 qutu “Cellcept,12 qutu “İmuran”,26 qutu “Cyclo Progynova”,11 qutu “Rantudil”,03 qutu “Mestinon”,24 qutu və 10 ədəd “Novo Rapid”, 04 qutu və 03 konvolyut “Diltizem 90 mg”,02 qutu “Flagyl”,02 qutu “Nevanac”, 33 qutu “Forziga”, 02 qutu “Avil 45.5mg”,03 qutu “X23”,10 qutu “Engerix”,08 qutu “Anaprilin", 01 qutu “Darob”, 11 qutu “Bonviva”,17 qutu “Lustral”, 04 qutu “Cialis 5mg”,10 qutu “Salofalk”, 23 qutu “Atarax”,12 qutu “Cinnal”,73 qutu “Devit-3 300.000 İ.U ml”,35 qutu “Tamoxifen”,01 qutu “Hydrea”, 04 qutu “Thincal”, 42 qutu “Crestor”, 27 qutu “Ovitrelle”, 09 qutu “Fuecicort”, 16 qutu “Zoladex”, 22 qutu “Cialis 20mg”, 23 qutu “Clindoxyl”, 06 qutu “Bepanthen”, 25 qutu “Propycil", 04 qutu “Citoflavin”, 30 qutu “Beloc”, 19 qutu “Prednol 16mg”, 24 qutu “Lamictal” markalı, 11 qutu və 17 konvolyut “Cipralex”, 04 qutu “Progestan”, 34 qutu “Ventolin”, 08 qutu və 03 konvolyut “Anti-Asidoz”, 02 qutu “Asacol”, 10 qutu “Advantan”, 10 qutu “Differin”, 01 qutu “Piyeloseptyl”, 12 qutu “Bactroban”, 03 qutu “Seretide Discus”, 02 qutu “Madecassol”, 08 qutu “Arava”, 03 qutu “Keppra”, 04 qutu “Sustanon”, 06 qutu “Expigment”, 22 qutu “Meteospasmyl”, 11 qutu “Yasmin”, 05 qutu “Procto-Glyvenol”, 10 qutu “Synjardy”, 11 qutu “Prozac”, 07 qutu “Ursofalk”, 12 qutu “Apidra”, 23 qutu “Acnelyse”, 01 qutu “Megace”, 10 qutu “Zyrtec”, 08 qutu “Paxil”, 07 qutu “Januva”, 01 qutu “Metformin 1000 mg”, 01 qutu “Sandostatin”, 01 qutu “Seropuel”, 02 qutu “Jodid Ratiopharm 200 mg”, 01 qutu “Femara”, 253 ampula “Pregnyl”, 04 qutu “Gencort 10 mg”, 01 qutu “Myocron 50 mg”, 01 qutu “Qlairista”, 09 flakon “Bonedro”, 03 ampula “Proluton”, 23 qutu “Cholcium Dispert”, 04 qutu və 02 konvolyut “Galvus Met 50mg/1000mg” dərman vasitəsi, o cümlədən 180 ədəd “Klonazepam” markalı tərkibində psixotrop maddə olan dərman vasitəsinin ekspertiza təqdiqatından sonrakı sayı 176 ədəd həbi və 300 ədəd “Siklodol” markalı tərkibində güclü təsiredici maddə olan dərman vasitəsinin ekspertiza təqdiqatından sonrakı sayı 296 ədəd həb hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilməli, iş üzrə digər maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olan 01 (bir) ədəd “Redmi Note 9S” markalı mobil telefon sonuncunun ailə üzvlərinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 131 (bir yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3, 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan cinayət işi üzrə maddi sübut 10 qutu “Dideral” markalı, 02 qutu “Galvus Met” markalı, 02 qutu “Anti-asidoz” markalı, 01 qutu “Prolia” markalı dərman vasitələri, 13 qutu “Topamax 50 mg”, 4 qutu “Rytmonorm 150 mg”, 9 qutu “Travatan”, 05 qutu “Pentasa 500 mg”, 43 qutu “Viagra 100 mg N4”, 32 qutu və 1 konvolyut “Xarelto 15 mg”, 03 qutu “Casodex 50mg”, 05 qutu “Casodex 150mg”, 40 qutu “Prednol 4mg”, 4 qutu “Deltacortril 5mg”, 4 qutu “Alfamet”, 4 qutu “Avmigran”,46 qutu “Anafranil”, 44 qutu “Tegretol”, 40 qutu və 50 ədəd “Lantus”, 07 qutu “Armidex”, 01 qutu “Effient 10mg”, 01 qutu “Parlodel”, 01 qutu “Strattera”, 34 qutu “Dideral 40 mg”, 03 qutu “Longidaza 3000 mg”, 01 qutu “Dilatrend 25 mg”, 11 qutu “Aknetrent”, 01 qutu “Espogen”, 06 qutu “Mixtard”, 38 qutu “Dostinex 0,5 mg”, 05 qutu “Alphagen”, 26 qutu “Nexium 40 mg”, 01 qutu “Meteospasmyl”,11 qutu “Qalyviz”, 07 qutu “Lasix 20mg”, 02 qutu "Lasix 40mg”, 10 qutu “Trajenta 5 mg”,10 qutu “Laroxyl 25 mg”,28 qutu “İsoptin 5 mg/2 mg”, 01 qutu “Mirena 52 mg”,24 qutu “Cardura 2 mg”,29 qutu “Prednol 250mg”, 13 qutu “Prednol 20mg”,08 qutu “Prednol 40mg”,32 qutu “Estrofem”,09 qutu “Jardiance”,02 qutu “Cellcept,12 qutu “İmuran”,26 qutu “Cyclo Progynova”,11 qutu “Rantudil”,03 qutu “Mestinon”,24 qutu və 10 ədəd “Novo Rapid”, 04 qutu və 03 konvolyut “Diltizem 90 mg”,02 qutu “Flagyl”,02 qutu “Nevanac”, 33 qutu “Forziga”, 02 qutu “Avil 45.5mg”,03 qutu “X23”,10 qutu “Engerix”,08 qutu “Anaprilin", 01 qutu “Darob”, 11 qutu “Bonviva”,17 qutu “Lustral”, 04 qutu “Cialis 5mg”,10 qutu “Salofalk”, 23 qutu “Atarax”,12 qutu “Cinnal”,73 qutu “Devit-3 300.000 İ.U ml”,35 qutu “Tamoxifen”,01 qutu “Hydrea”, 04 qutu “Thincal”, 42 qutu “Crestor”, 27 qutu “Ovitrelle”, 09 qutu “Fuecicort”, 16 qutu “Zoladex”, 22 qutu “Cialis 20mg”, 23 qutu “Clindoxyl”, 06 qutu “Bepanthen”, 25 qutu “Propycil", 04 qutu “Citoflavin”, 30 qutu “Beloc”, 19 qutu “Prednol 16mg”, 24 qutu “Lamictal” markalı, 11 qutu və 17 konvolyut “Cipralex”, 04 qutu “Progestan”, 34 qutu “Ventolin”, 08 qutu və 03 konvolyut “Anti-Asidoz”, 02 qutu “Asacol”, 10 qutu “Advantan”, 10 qutu “Differin”, 01 qutu “Piyeloseptyl”, 12 qutu “Bactroban”, 03 qutu “Seretide Discus”, 02 qutu “Madecassol”, 08 qutu “Arava”, 03 qutu “Keppra”, 04 qutu “Sustanon”, 06 qutu “Expigment”, 22 qutu “Meteospasmyl”, 11 qutu “Yasmin”, 05 qutu “Procto-Glyvenol”, 10 qutu “Synjardy”, 11 qutu “Prozac”, 07 qutu “Ursofalk”, 12 qutu “Apidra”, 23 qutu “Acnelyse”, 01 qutu “Megace”, 10 qutu “Zyrtec”, 08 qutu “Paxil”, 07 qutu “Januva”, 01 qutu “Metformin 1000 mg”, 01 qutu “Sandostatin”, 01 qutu “Seropuel”, 02 qutu “Jodid Ratiopharm 200 mg”, 01 qutu “Femara”, 253 ampula “Pregnyl”, 04 qutu “Gencort 10 mg”, 01 qutu “Myocron 50 mg”, 01 qutu “Qlairista”, 09 flakon “Bonedro”, 03 ampula “Proluton”, 23 qutu “Cholcium Dispert”, 04 qutu və 02 konvolyut “Galvus Met 50mg/1000mg” dərman vasitəsi, o cümlədən 180 ədəd “Klonazepam” markalı tərkibində psixotrop maddə olan dərman vasitəsinin ekspertiza təqdiqatından sonrakı sayı 176 ədəd həbi və 300 ədəd “Siklodol” markalı tərkibində güclü təsiredici maddə olan dərman vasitəsinin ekspertiza təqdiqatından sonrakı sayı 296 ədəd həb hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilsin. İş üzrə digər maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olan 01 (bir) ədəd “Redmi Note 9S” markalı mobil telefon sonuncunun ailə üzvlərinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 131 (bir yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-116/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-116/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver