Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-116/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-15/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış (məhkum edilmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 18 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,419 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİ-nin 27- ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyul 2023cü il tarixdə saat 11:25-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,419 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək, üzərində özü istifadə etmək üçün gəzdirdiyi heroin narkotik vasitəsini tutulmamışdan bir saat əvvəl yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı üzdən tanıdığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Belə ki, bölmədə verdiyi izahatda hətta istintaqada o heroini Farizdən aldığımı desə də sonradan o həqiqəti söyləməyini özünə borc bilmişdir. O, istəməmişdir ki, bir səhvinə görə Fariz Abıyev həbsdə yatsın. O, bölmədə olarkən müdafiəçinin iştirakı ilə ona hüquqları izah olunmuş sonra təhqiqatçı bölmədə xidməti otağında müdafiəçinin iştirakı ilə öncə ona üzərində hər hansı bir əşyanın masanın üzərinə qoymağımı təklif etmiş, o etiraz etmədən əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir neçə saat əvvəl Fariz adlı şəxsdən 5 manat verərək aldığı bir büküm heron maddəsini təhqiqatçıya təqdim etmiş əsl həqiqətdə isə həmin heroin maddəsini ona Fariz deyil bir saat əvvəl tanımadığı üzdən tanıdığı adını bilmədiyi 50-55 yaşlarında bir kişidən 10 manat pul verərək almışdır. Təhqiqatçı müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə həmin bükümün içərisinə baxdıqdan sonra bükümdə olan maddənin nə olduğunu ondan soruşmuş, o da öz növbəsində həmin maddənin heroin olduğunu onlara demiş, üzərinə keçirilən şəxsi axtarış və götürümə aparılarkən telefonun video kamerası ilə çəkiliş aparılmış, daha sonra qeyd edilən hallarla bağlı protokol tərtib olunmuş üzərindən aşkar olunaraq götürülmüş heroin maddəsi təhqiqatçı tərəfindən götürülərək qablaşdırıldı.Tərtib edilmiş şəxsi axtarış və götürmə barədə olan protokol oxundu düzgünlüynə o və iştirakçılar imza etmişdirlər. Qeyd olunan faktla əlaqədar özünü günahkar hesab edir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və İİİ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyul 2023cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə xx.xx.1999- cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4əqqəti yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata kezirilmiş əməliyyat-axtarış tədbiri zamanı 18 iyul 2023-cü il tarixdə, saat 11:30-da ünvan 6 ünvanının qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üstüstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyərək, qanunsuz olaran narkotik vasitələrin saxlaması və daşımasında şübhəli bilinməsini bildirərək Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirib, onlarla birlikdə 27-ci Polis Şöbəsinə yollanmışdır. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, həmin gün saat 13:00-dan etibarən vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxsm şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə, saat 11:25-də ünvan 7 ünvanının qarşısında tanıdığı «Fariz» adlı şəxsə 5 manat verməklə özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ğzərinə baxış kezirilən zaman üzərindən qanunla düvriyyəsi qadağan olunmuş hez bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən yaxınlıqda dayanmış “Fariz” adlı şəxsi göstərərək narkotik vasitəni həmin şəxsdən 5 manat pulun müqabilində aldığını bildirdiyi üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsini bildirərək Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədiyini bildirib, onlarla birlikdə 27-ci Polis Şöbəsinə yollanmışdır. Polis Şöbəsində həmin şəxsin xx.xx.1968-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmayan, ünvan 8 ünvanında yaşayan və həmin ünvanda qeydiyyatda olan X2 olması müəyyən olunmuşdur. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Fariz Abiyevin hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Fariz Abiyev həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Fariz Abiyev Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, həmin gün saat 14:50- dən etibarən vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla şübhəli şəxs Fariz Abiyevi şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Şübhəli şəxs Fariz Abiyev 5 ildir ki, narkotik vasitə istifadə etməsinə baxmayaraq hazırda üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmetin olmadığını bildirmişdir. Şübhəli şəxs Fariz Abiyevin ğzərinə baxış kezirilən zaman üzərindən qanunla düvriyyəsi qadağan olunmuş hez bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Fariz barəsində verdiyi izahatla bağlı cavab olaraq Təqsirləndirilən şəxsm təxminən 3-4 aydır ki, tanıdığını, sonuncu ilə birlikdə narkotik vasitə istifadə etmədiyini, xx.xx.2023-cü il tarixdə özü üçün səhər saatlarında «Kubinka» deyilən ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün nalmış olduğu narkotik vasitə heroinin bir qismini özünün istifadə etdiyini, qalan hissəsini təsadüfən «Kubinka» deyilən ərazidə rastlaşdığı Təqsirləndirilən şəxs verdiyini, sonuncunun bunun müqabilində 5 manat pul verməsini bildirib, əynində olan tünd çəhrayı rəngli köynəyinin sol döş cibində saxladığı Təqsirləndirilən şəxs verdiyi 5 ədəd 1 manatlıq əskinazları masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim olunmuş 5 ədəd 1 manatlıq əskinazlar sübut əhəmiyyətinə malik olduğundan iştirakçıların iştirakı ilə götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə (saat 11:30 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 24). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 18 iyul 2023-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olması aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə, saat 11:25-də ünvan 7 ünvanının qarşısında tanıdığı «Fariz» adlı şəxsə 5 manat verməklə özü istifadə etmək üçün aldığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmadı. (İ/V. 36-38) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 18 iyul 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V 140-141). Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3886 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №168» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs götürülmüş...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,419 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ/V. 74-78). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 verdiyi xx.xx.2023-cü il tarixli 7332 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixiatrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təstiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3,2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ/V. 228-229). Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirili bilinərək cəza çəkməsinin əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablanmaqla 06 (bir) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla çıxılmaqla onun üzərində qəti olaraq 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.419 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0.369 qram çəkidə narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Bundan əlavə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (İ/V. 230-240). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-15/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 01 (bir) gün, həmçinin 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət olmaqla cəmi 05 (beş) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 noyabr 2023-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,369 qram narkotik vasitə olan heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(004)- 607/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(006)-15/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 01 (bir) gün, həmçinin 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət olmaqla cəmi 05 (beş) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 noyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,369 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-116/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-116/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver