Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-116/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,768 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2024-cü il tarixdə saat 21:10 dəqiqədə ünvan 2 ünvanın qarşısında Bakı şəhəri, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins gödəkçəsinin sağ döş cibində saxladığı 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,768 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 22 may 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,845 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 may 2024-cü il tarixdə saat 20:15 dəqiqədə ünvan 4 ünvanın qarşısında Bakı şəhəri, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 (bir) ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,845 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,467 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 18 iyun 2024-cü il tarixdə saat 12:45 dəqiqədə Yasamal rayonu inzibati ərazisində xidmət aparan Yasamal RPİ-nin Post Patrul Xidmətinin polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə ünvan 5 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,467 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 5 il müddət olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 13 may 2024-cü il tarixdə saat təxminən 21:10 dəqiqədə ünvan 7 ünvanın qarşısında olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı onu Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan tünd göy rəngli cins gödəkçənin sağ döş cibində saxlayaraq daşıdığı 01 (bir) qızılı rəngli kağıza bükülmüş 01 ədəd büküm narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o, təqdim etdiyi 01 ədəd büküm kütlənin narkotik vasitə heroin olduğunu və özünün istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə heroini 13 may 2024-cü il tarixdə saat 15 radələrində «Kubinka» adlanan ərazidən üzdən tanıdığı lakin adını və soyadını bildmədiyi şəxsdən 20 manat pul verərək almışdır. Bundan başqa 22 may 2024-cü il tarixdə saat təxminən 20:15 dəqiqədə ünvan 8 ünvanın qarşısında olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı onu Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşıdığı 01 (bir) qızılı rəngli kağıza bükülmüş 01 ədəd büküm narkotik vasitə tiryəki çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o, təqdim etdiyi 01 ədəd büküm kütlənin narkotik vasitə tiryək olduğunu və özünün istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə tiryəki 22 may 2024cü il tarixdə saat 16 radələrində «Kubinka» adlanan ərazidən üzdən tanıdığı lakin adını və soyadını bildmədiyi şəxsdən 20 manat pul verərək almışdır. Bundan başqa 18 iyun 2024cü il tarixdə saat təxminən 12:45 dəqiqədə ünvan 5 ünvanın qarşısında olan vaxtı polis əməkdaşları ona yaxınlaşdılar. Həmin vaxtı onun cibində psixotorp maddə olan metamfetamin olduğundan polis əməkdaşlarını görən kimi özünü itirmişdir. Polis əməkdaşları onun özünü şübhəli aparmağını görüb Yasamal RPİ-nin 26-cü PB-nin inzibati binasına dəvət etmişdirlər. O, polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Yasamal RPİnin 26-cı PB-nə gəlmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı 01 (bir) qızılı rəngli kağıza bükülmüş 01 ədəd büküm psixotrop maddə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o, təqdim etdiyi 01 ədəd büküm kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığı bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 Möhöbbət oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 13 may 2024-cü il tarixdə saat 21:10 radələrində Şahid2 ilə birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Rəna onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 26-cı PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Rəna əynində olan göy rəngli cins gödəkçəsinin sağ döş cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Rəna həmin bükülünün içərisində olan narkotik vasitə olan heroin var və o onu üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 Möhöbbət oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 22 may 2024-cü il tarixdə saat 20:15 radələrində Şahid2 ilə birlikdə ünvan 4 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Rəna onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan tiryək var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 26-cı PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Rəna əynində olan olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Rəna həmin bükülünün içərisində olan narkotik vasitə olan tiryək var və o onu üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan tiryək zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 digər Şahid3 оğlu və Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifаdəsində göstərmişdir ki, 13 may 2024-cü il tarixdə Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları ona polis bölməsinə dəvət etmişlər və bir nəfər xanımın üzərinə şəxsi axtarış keçiriləcəyini və onun orada iştirak etməyini bildirmişlər. Bununla əlaqədar o, bölmənin xidməti otaqların birinə daxil olmuşdur. Orada təhqiqatçı, iki nəfər polis əməkdaşı, tərcüməçi, vəkil və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən salxanılan şəxs olmuşdur. Bundan sonra həmin qadının üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə, Rəna əynində olan göy rəngli cins gödəkçəsinin sağ döş cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ükümü təqdim edərək masanın üzərinə qoyuşdur. Həmin büküm açıdıqda içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu həmin gün səhər saatlarında Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyulmuş, möhürlənmiş və imzalanmışdır. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar və tərəfindən imzalanmışdır. Bundan əlavə 22 may 2024-cü il tarixdə Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları onu bir daha polis bölməsinə dəvət etmişlər və bir daha Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini və onun orada iştirak etməyini bildirmişlər. Bununla əlaqədar o, bölmənin xidməti otaqların birinə daxil olmuşdur. Orada təhqiqatçı, iki nəfər polis əməkdaşı, tərcüməçi, vəkil və Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra Rənanın üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə, Rəna əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün icərisində narkotik vasitə olan tiryək olduğunu həmin narkotik vasitəni gün səhər saatlarında Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyulmuş, möhürlənmiş və imzalanmışdır. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar və tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 57-58-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə o, xidmətdə olan zaman məlumat verilmişdir ki, Yasamal RPİnin PPXB-nın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şubhəli bilinib saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir və həmin şəxsin üzərinə axarış və götürmə aparılan zaman onunda işitirak etmə zərurəti yaranmışdır. Daha sonra onun, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5, Yasamal RPİnin PPXB-nın polis nəfəri polis kiçik serjantı Şahid6 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağızda olan bükümü təqdim edərək, həmin bükümün içərsində psixotrop maddə metamfetaminə bənzər ağ kristal halında maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlələr içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddəni nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, həmin maddələri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunnuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 50-51-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə o, Yasamal RPİ-nin PPXB-nın polis nəfəri polis serjanıt Şahid6 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi 32 saylı Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin inzibai binasına gətirilmişdir. İnizbati binada xidməti otaqların birində onun Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid4, Yasamal RPİ-nin PPXB-nın polis nəfəri polis kiçik serjantı Şahid6 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağızda olan bükümü təqdim edərək, həmin bükümün içərsində psixotrop maddə metamfetaminə bənzər ağ kristal halında maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlələr içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddəni nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, həmin maddələri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Şahid5 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kristal şəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin psixotrop maddə metamfetamin olduğunu həmin gün günorta saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (Cild İ, i.v. 25-26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 19 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №170”dairəvi möhür əksləri, “...Təqsirləndirilən şəxs...” və s. soyadlar,imzalar olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,467 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfeatmindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (siyahı İ) daxildir. (Cild İ, i.v. 33-37) “Diskə baxış keçirilməsi barədə” 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı X7 xidməti otağında şübhəli şəxs X10 müdafiəçisi Müdafiəçi1, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid6,Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid4 Turab oğlunun iştirakları ilə özünü təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kristal şəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin psixotrop maddə metamfetamin olduğunu həmin gün günorta saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild İ, i.v. 66) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm təhqiqatçı tərəfindən açılır və içərsində tünd qəhvəyi tozşəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin narkotik vasitə heroin olduğunu həmin gün günorta saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (Cild İ, i.v. 101-102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 24 may 2024-cü il tarixli 3-16-16/2-6/2912 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170”dairəvi möhür əksləri, “1.(imza) Təqsirləndirilən şəxs..” və s. soyadlar,imzalar olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,845 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkortik vasitə-asetile edilən tiryəkdir. Asetile edilən tiryək (tiryək) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (siyahı İ) daxildir. (Cild İ, i.v. 109-113) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ döş cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm təhqiqatçı tərəfindən açılır və içərsində tünd qəhvəyi tozşəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin narkotik vasitə heroin olduğunu həmin gün günorta saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (Cild İ, i.v. 181-182) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 14 may 2024-cü il tarixli 3-16-16/2-6/2714 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №170”dairəvi möhür əksləri, “1...Təqsirləndirilən şəxs...” və s. soyadlar,imzalar olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,768qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkortik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (siyahı İ) daxildir. (Cild İ, i.v. 189-193) “Diskə baxış keçirilməsi barədə” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-ci PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X5 xidməti otağında şübhəli şəxs X10 müdafiəçisi X2, Yasamal RPİ-nin 26-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili polis kapitanı Şahid2 Möhöbbət oğlunun və Şahid7 Abasqulu qızının iştirakları ilə özünü təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ döş cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm təhqiqatçı tərəfindən açılır və içərsində tünd qəhvəyi tozşəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin narkotik vasitə heroin olduğunu həmin gün günorta saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild İ, i.v. 225) “Diskə baxış keçirilməsi barədə” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-ci PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X5 xidməti otağında şübhəli şəxs X10 müdafiəçisi X2, Yasamal RPİ-nin 26-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, əməliyyat müvəkkili polis kapitanı Şahid2 Möhöbbət oğlunun və Şahid7 Abasqulu qızının iştirakları ilə özünü təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm təhqiqatçı tərəfindən açılır və içərsində tünd qəhvəyi tozşəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin narkotik vasitə heroin olduğunu həmin gün günorta saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır.Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild İ, i.v. 241) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 nəticələrinə dair 11 iyun 2024-cü il tarixli 4145 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 22-23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 iyun 2024-cü il tarixli 1724 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin isterik izləri müəyyən ediliri. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, R.E. Məmmədova əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xətəlik əlamətləri müəyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsda cinayət törədilən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədilən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən ediliri. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-ni 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilmısinə ehtiyac yoxdur (Cild İİ, i.v. 24-27) “Sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 03 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,718 qram, 0,745 qram və 0,417 qramlıq hissələri məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild İİ, i.v. 69-87) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.768 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin təmiz çəkisi 0.467 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 35-ci qrafasına əsasən təmiz halda 0.5 qram asetilə edilən tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə asetilə edilən tiryəkdin təmiz çəkisi 0.845 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:45-də şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 14) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild İ, i.v. 57-58) “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 59-60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild İ, i.v. 67-68) “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 91) “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 147-148) “Şübhəli şəxsin tutulması haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 169) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild İ, i.v. 218-219) “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 220-221) Yasamal RPİ-nin 26-cı PB-nin 03 sentyabr 2024-cü il tarixli “Tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (Cild İİ, i.v. 29) “Müvəqqəti saxlama yerindən azad etmə barədə” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (Cild İİ, i.v. 46-47) “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 48-49) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 1(004)-116/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasının 06 mart 2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bakı İstintaq Təcridxanasının 18 mart 2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 23-24 həftəlik hamilədir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını və hamilə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, hazırda hamilə olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək 02 (iki) gün, 22 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək 02 (iki) gün, 18 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək 02 (iki) gün və 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək 02 (iki) gün və həbsdə saxlanıldğı 02 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək 16 (on altı) gün olmaqla, cəmi 24 (iyirmi dörd) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.718 qram çəkisi olan narkotik vasitə heroin, 0.745 qram çəkisi olan narkotik vasitə asetilə edilən tiryəkvə 0.417 qram çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş hamilə qadınlara və südəmər uşaqları olan analara məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi, 06 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 13 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək 02 (iki) gün, 22 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək 02 (iki) gün, 18 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək 02 (iki) gün və 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək 02 (iki) gün və həbsdə saxlanıldğı 02 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək 16 (on altı) gün olmaqla, cəmi 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 01 (bir) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.718 qram çəkisi olan narkotik vasitə heroin, 0.745 qram çəkisi olan narkotik vasitə asetilə edilən tiryəkvə 0.417 qram çəkisi olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi, 06 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-116/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-116/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver