Məhkəmə qərarları › İş №1(004)-117/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-117/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-117/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli işləməyən, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib “Toyoto- Prius” markalı, 2007-ci il istehsallı, albalı-metallik rəngli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili dəyərindən ucuz satacağı və sənədləşdirəcəyinə dair yalan vədlər verməklə aldadaraq 2021-ci ilin avqust ayında ünvan 2 ünvanda yerləşən avtomobil təmir sexində qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyi 10.000 (on min) manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etmədən Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə ona “Toyoto-Prius”markalı, 2008-ci il istehsallı, tünd boz metallik rəngli **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərib dəyərindən ucuz satacağı və adına sənədləşdirəcəyinə dair yalan vədlər verməklə aldadaraq 2022-ci ilin aprel ayında ünvan 2 ünvanda yerləşən avtomobil təmir sexində 11.000 (on bir min) manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etmədən Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, avtomobil icarəsi ilə məşğuldur. Şahid2 avtomobil təmiri ilə məşğul olur. İlkin olaraq o, Şahid2la avtomobilini təmir etdirən zaman tanış olmuş və sonra isə onlar şərikli qaydada avtomobil alqı-satqısı və icarəsi ilə məşğul olmuşdurlar. 2020-ci ildə Şahid2 onu öz bibisioğlu Zərərçəkmiş şəxs1 ilə tanış edərək sonuncuya məxsus “Toyota-Prius” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürməsini təklif etmişdir. O, Zərərçəkmiş şəxs1 təklifi ilə razılaşıb ilkin olaraq 1.000 manat olmaqla 03 il müddətinə hər ay 750 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş və onlar 03 ildən sonra isə avtomobilin onun mülkiyyətinə verilməsi barədə razılaşmışlar. Bundan sonra o uzun zaman vaxtı-vaxtında Zərərçəkmiş şəxs1 ödənişlər edərək ümumilikdə ona 16.500 manat məbləğində pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin avtomobil ilə qəza törətmiş və siğorta şirkəti həmin qəza nəticəsində Zərərçəkmiş şəxs1 7100 manat məbləğində ödəniş etmişdir. Lakin Mehdi siğorta pulunu aldıqdan sonra onu avtomobilin təmirinə sərf etməmişdir. Bu səbəbdən həmin avtomobil yararsız vəziyyətdə qalmış, lakin buna baxmayaraq Mehdi ondan həmin avtomobilə görə pul tələb etmişdir. Bu səbəbdən Mehdi onun bərəsində polisə şikayət edərək yalan məlumat verərək bildirmişdir ki, güya o sonuncunu aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə ondan 10.000 manat və 2022-ci ilin apren ayında **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə ondan 11.000 manat olmaqla cəmi 21.000 manat pul almış, lakin o Mehdiyə əlavə iki avtomobil satacağı barədə vəd verməmiş və pul almamışdır. O hesab edir ki, Zərərçəkmiş şəxs1 ondan şikayət etməsinin səbəbi sonuncudan icarəyə götürdüyü **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istədiyi məbləğdə gəlir əldə etməməsi olmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş səs yazıları ona məxsusdur. Həmin dialoq zamanı orda Mehdinin bir necə qohumunun eyni zaman danışdığı üçün ondan iki avtomobilə görə 21.000 manat pul tələb etdiklərini eşitmədiyi üçün bunu inkar etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində növbə rəisinin köməkçisi vəzifəsində çalışır. Şahid2 onun dayısı oğludur və o, ünvan 3 ünvanında yerləşən avtomobil təmiri sexində usta işləyir. O, dayısı oğlu Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və aralarında etibarlı dostluq münasibətləri yaranmışdır. Bundan sonra 2020-ci il tarixində o, özünə məxsus “Toyota- Prius” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 1.000 manat daha sonra isə hər ay 750 manat ödəniş etmək şərti ilə İbrahimə vermişdir. İbrahim bir müddət ona pul versədə sonradan həmin avtomobil qəza nəticəsində yararsız hala düşmüşdür. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ona “Toyota-Prius” markalı avtomobil satdığını bildirmiş və həmin avtomobili 10.000 manat müqabilində alaraq ona icarəyə verməyi təklif etmişdir. Həmin vaxt onun özündə pul olmadığı üçün həyat yoldaşının qohumu Zərərçəkmiş şəxs2 bu təklifi etmiş və sonuncu onun təklifi ilə razilaşaraq ona 10.000 manat pul vermişdir. Bundan sonra o həmin avtomobilə baxış keçirdikdən sonra 10.000 manat pulu ünvan 3 ünvanda yerləşən Şahid2 işlədiyi sexin qarşısında sonuncunun yanında İbrahimə vermiş və İbrahim ona yaxın günlardə həmin avtomobili onun mülkiyyətinə keçirəcəyini vəd etmişdir. Bu məqsədlə ona Baş Dövlət Yol Polis İdarəsinə getmişlər, orada İbrahim ona bildirmişdirdi ki, həmin avtomobil həbsdə olduğu üçün hazırda avtomobili onun mülkiyyətinə rəsmləşdirmək mümkün deyildir. Bundan sonra İbrahim müxtəlif bəhanələr gətirərək avtomobili onun adına rəsmləşdirməyi sonraya saxlamış, o isə İbrahimə inandığı üçün gözləmişdir. Bundan əlavə 2022-ci ilin aprel ayında İbrahim ona “Toyota-Prius” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığını bildirib, həmin avtomobili alaraq ona icarəyə verməyi təklif etmişdir. O İbrahimin bu təklifi ilə razılaşaraq Mirmehdinin işlədiyi sexin qarşısında İbrahimə 11.000 manat məbləğində pul vermişdir. İbrahim həmin pulu alaraq qısa zaman həmin avtomobilləri onun mülkiyyətinə keçirəcəyini vəd etsədə sözünə əməl etməmiş və nəticədə ona 11.000 manat, qohumu Zərərçəkmiş şəxs2 isə 10.000 məbləgində maddi zərər vurmuşdur. Son olaraq ona dəymiş 10.000 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini və ona vurulmuş maddi zərər ödənilmədiyi halda onun azadlıqdan məhrumətmə cəzasına məhkum edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısının kürəkənidir. 2021-ci ilin avqust ayında Mirtəranə ona oğlu Mehdinin tanışı olan İbrahimin 10.000 manat müqabilində “Toyota Prius” markalı avtomobili satmaq istədiyini bildirmişdir. O, Mirtəranəyə İbrahim adlı şəxsin təklif etdiyi avtomobili almaq istədiyini bildirmişdir. Bundan sonra o, bacısından 5.000 manat pulu borc alaraq və özündə olan 5.000 manatla birlikdə ümumilikdə 10.000 manat pulu 2021-ci ilin avqust ayının əvvəllərində Mehdiyə vermişdir. Bir müddət sonra o, Mehdidən həmin avtomobil barədə soruşduqda sonuncu ona 10.000 manat pulu ünvan 4 ünvanda yerləşən Mirmehdinin işlədiyi avtotəmir sexinin qarşısnda sonuncunun iştirakı ilə İbrahimə verdiyini bildirmişdir. O da inandığı üçün gözləmiş, lakin məsələnin həllinin uzandığını görüb İbrahimin hərəkətlərindən şübhə etməyə başlamışdır. Bir müddət sonra İbrahim tərəfindən aldadıldıqlarını başa düşüb bununla bağlı Mehdi ilə birlikdə hüquqmühafizə orqanlarına şikayət etməyə qərar verərək polisə müraciət etmişdirlər. Son olaraq ona dəymiş 11.000 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini və ona vurulmuyş maddi zərər ödənilmədiyi halda onun azadlıqdan məhrumətmə cəzasına məhkum edilməsinin məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində göstərilmiş Nümayəndə1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 168-170-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1, Şahid2 isə onun qardaşı oğludur. 2021-ci ildə Mehdi özünə məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı, “Toyota-Prius” markalı avtomobili Mirmehdinin vasitəsilə tanıdıqları Təqsirləndirilən şəxs icarəyə vermişdir. İbrahim həmin avtomobili idarə edərək Mehdinin icarə haqqını ödəmiş, lakin 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə həmin avtomobil qəza tğrədərək yarasız hala düşmüşdür. Bundan əlavə 2021-ci ilin avqust ayında Mehdi ona İbrahimin dəyərindən ucuz qiymətə yəni, 10.000 manata “Toyota-Prius” markalı avtomobil satdığını bildirmiş və o bu barədə qohumu Sevincə demişdir. Bundan sonra Sevinc həmin avtomobili özünə almaq istədiyini bildirmiş və bir müddət sonra Mehdiyə 10.000 manat vermidir. Mehdi həmin pulu Sevincdən götürüb Mirmehdinin işlədiyi sexin qarşısında İbrahimə vermişdir. İbrahim **- BD-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius markalı avtomobili ona göstərərək adına sənədləşdirəcəyinə söz versədə verdiyi vədə əməl etməmiş, lakin İbrahimi Mirmehdinin vasitəsilə tanıdıqlarından onun tərəfindən aldadılacağına inanmamışdır. 2021-ci ilin avqust ortalarında Mehdi İbrahimin dəyərindən ucuz qiymətə yəni, 11.000 manata “Toyota-Prius” markalı avtomobil satıldığı məlum olmuş,lakin oğluna birinci avtomobilin sənədləşdirmədən ikinci avtomobil üçün pul verməyin lüzumsuz olduğunu, həmdə onlarda həmin məbləğdə pulun olmadığını ona demiş və oğlu Mehdi İbrahimin birinci avtomobillə bağlı yaxın günlərdə alqı-satqıya gedəcəkləri barədə ona söz verdiyini bildirmişdir.Bundan sonra oğlu Mehdi xalası Seyidnisədən borc alacağı, həmin avtomobili əldə edib icarəyə verməklə qazancla borcunu qaytaracağını dedikdən sonra oğluna etiraz etməmiş və birlikdə Seyidnisədən 11.000 manat borc pul alaraq həmin məbləği Mehdi dayısıoğlu Mirmehdinin iştirakında təmir sexinin qarşısında İbrahimə vermişdir.Bir neçə gün sonra avtomobilin sənədləşməsi ilə bağlı oğlu Mehdidən maraqlandıqda sonuncu İbrahimlə Baş Dövlət Yol Polis İdarəsinə getdikləri,lakin avtomobilin dövlət qeydiyyat nişanında problemin olduğu üçün alqı-satqının baş tutmadığı, İbrahimin yaxın müddətdə məsələni həll edəcəyi barədə vəd verdiyi məlum olmuşdur.Həmin vaxtdan sonra İbrahim müxtəlif bəhanələrlə onları aldatmış, hətta icarəyə götürmüş olduğu avtomobili yararsız hala salaraq təmir sexinin qarşısına atmış, dəfələrlə onunla görüşərək aldığı 21.000 manatın qaytarılması və ya avtomobillərin verilməsi təklif edilsədə İbrahim ələ keçirdiyi pulu qaytarmamış və avtomobillərin alqı-satqısını həyata keçirməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 162-163-cü vərəqlərində olan ifadəsində bildirmişdir ki, Nümayəndə1 onun qudasıdır və oğlu Mehdi isə kürəkənidir.2021-ci ilin avqust ayında Mirtəranənin evində olarkən kürəkəni Mehdi onun basıcı Sevincə İbrahim adlı tanışının 10.000 manata Toyoto-Prius markalı avtomobil sataması və sonradan həmin avtomobili icarəyə götürməsini deməsini eşitmişdir.Bacısı Sevinc avtomobili alıb icarəyə verməklə qazanc əldə etmək istədiyini bildirmiş, lakin 5.000 manat pulunun çatmadığı üçün ondan borca pul istəmiş və növbəti günlərdə təkrar Mirtəranənin evində görüşərək bacısı Sevincə 5.000 manat borc vermiş, sonuncu 10.000 manat pulu İbrahimə çatdırılması üçün Mehdiyə vermiş və Mehdi isə öz növbəsində vəd verilən avtomobil üçün həmin məbləği Mirmehdinin iştirakında təmir sexinin qarşısında İbrahimə vermişdir.Bundan sonra, 2022-ci ilin aprel ayında ona məlum olmuşdur ki, İbrahim ikinci bir avtomobili ucuz satacağı adı ilə Mehdiyə təklif edərək ondan 11.000 manat pul almış, ələ keçirdiyi 21.000 manat pulu qaytarmamış və ya vəd verdiyi avtomobilləri alqı-satqı etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yerləşən avtomobillərin təmiri sexində usta işləyir. 2019-cu ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və onun təmir sexinə gətirdiyi avtomobilləri təmir etmiş və müəyyən müddətdən sonra onlar arasında dostluq münasibətləri yaranmışdır. Həmin ərafələrdə bibisi oğlu Zərərçəkmiş şəxs1 onun iş yerinə gəlib-getdiyi zaman İbrahimlə tanış olmuşdur. 2021-ci ilin avqust ayının əvvəllərində təmir sexində olarkən İbrahim özünə məxsus “Toyota-Prius” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu və həmin avtomobili dəyərindən ucuz, yəni 10.000 manata satmaq istədiyini Mehdiyə bildirmişdir. Mehdi İbrahimin təklifini götür-qoy etdikdən sonra İbrahimə həmin avtomobili almaq istədiyini bildirmiş və onun iştirakı ilə İbrahimə avtomobil üçün 10.000 manat pul vermişdir. Lakin bundan sonra müxtəlif bəhanələrlə sənədləşmə işləri uzanmışdır. 2022-ci ilin aprel ayında İbrahim borclarının olduğunu bildirməklə özünə məxsus **-NJ-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobilini 11.000 manata satmaq istədiyini bildirmiş, həmin vaxt Mehdi özü üçün avtomobil almaq istədiyindən İbrahimin təklifi ilə razılaşaraq avtomobil təmiri sexinin qarşısında onun iştirakı ilə İbrahimə 11.000 manat pul vermişdir. İbrahim bu dəfədə həmin avtomobilin guya ölkəyə yeni gətirildiyini bəhanə edərək alqı-satqı məsələsinin bir neçə ay müddətində həll edəcəyinə dair söz versə də, yenə də müxtəlif bəhanələrdə məsələnin həllini uzatmış, nəticədə, Zərərçəkmiş şəxs1 aldığı 21000 manat pulu ələ keçirərək onu aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahbaz qızı ifadəsində göstərmişdir ki, X3 onun xalası, Zərərçəkmiş şəxs1 isə onun həyat yoldaşıdır. Mehdi telefonla danışan zaman o Təqsirləndirilən şəxs adını eşitmişdir. Həmin telefon danışıqlarından eşitdiklərinə və yaşadıqları evdə gedən söz-söhbətlərə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobil satmaq məqsədilə anası və xalasından 2021ci ilin avqust ayında 10000 manat, həyat yoldaşı Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayında 11000 manat olmaqla ümumilikdə 21.000 manat pulu alıb həyat yoldaşı Mehdini və xalası Sevinci aldadaraq qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 qızının göstərmiş olduğu halları təsdiq etməklə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nümayəndə1 onun bacısı, Zərərçəkmiş şəxs1 onun bacısı oğludur. 2022-ci ilin aprel ayında Mehdinin toyu ərəfəsində Mehdi özünə avtomobil almaq istədiyini bildirərək ondan maddi baxımdan köməklik etməsini xahiş etmişdir. O da həmin vaxt kömək etmək üçün rəfiqəsi Təranədən 11.000 manat pul alaraq Mirtəranənin evində Mehdiyə vermişdir. Sonradan o, evdə gedən telefon danışıqları zamanı Mehdinin həmin pulu İbrahim adlı şəxsə verdiyini eşitmiş, lakin pulun verilməsində o iştirak etməmişdir. Sonradan İbrahimin avtomobil almaq adı ilə 2021-ci ilin avqust ayında da qohumu Zərərçəkmiş şəxs2 10.000 manat, Mehdidən isə 11.000 manat olmaqla ümumilikdə 21.000 manat pulu ələ keçirərək aldatması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır və aralarında dostluq münasibətləri vardır. O, **-NJ-*** dövlət qeydiyyat nişanlı “Toyoto-Prius” markalı avtomobili Təqsirləndirilən şəxs verərək digər “Toyota-Prius” markalı **-DV-*** dövlət qeydiyyat-nişanlı avtomobillə dəyişmişdir. İbrahimin Mehdi adlı şəxsdən avtomobil icarəyə götürməsi barədə məlumatı olsa da, Zərərçəkmiş şəxs1 **-NJ-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobili Təqsirləndirilən şəxs almaq məqsədilə İbrahimə pul verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. Təqsirləndirilən şəxsla 2020-ci ildə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs da taksi fəaliyyəti ilə məşğul olmuş, daha sonra onlar birlikdə avtomobil təmir sexində çalışmışdırlar. Orada işləyən zaman o, Şahid2la da tanış olmuş və Mirmehdidən “Kia Seed” markalı avtomobil icarəyə götürərək hər ay pul ödəmişdir. Lakin sonradan onun icarəyə götürdüyü avtomobil qəzaya uğradığı üçün onun Mehmehdi Əsgərovla münasibətləri pisləşmiş, Şahid2 icarəyə götürdüyü avtomobilin hər ay pulunu ödəməsinə baxmayaraq geri alıb ona verməmişdir. Bundan başqa onun Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında olan pul haqq-hesabı barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. 2021-ci il tarixində fəhlə işləyən zaman orada Təqsirləndirilən şəxs sürücüsü ilə tanış olmuş və onlar arasında dostluq münasibətləri yaranmışdır. O, Təqsirləndirilən şəxs sürücüsünə artıq fəhlə işləmək istəmədiyini, özünə avtomobil almaq istədiyini bildirdikdə dostu ona avtomobil ala biləcəyini bildirərək onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən təmir sexinə gətirmişdir. Orada olan zaman o, Təqsirləndirilən şəxs və Şahid2la tanış olmuş və həmin sexdə işləməyə başlamışdır. Onun Təqsirləndirilən şəxs Şahid2 məxsus avtomobilləri icarəyə verməsi barədə məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında olan pul haqq-hesabı barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən avtotəmir sexinin qarşısıdır. (Cild İ, i.v. 11-14) 12 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və şahid Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə zamanı Zərərçəkmiş şəxs1 dayısı oğlu Şahid2 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında ona məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobili gündəlik 25 manat olmaqla icarəyə götürərək müəyyən müddət ödəmələr etməklə onun etibarını qazandığını, 2021-ci ilin avqust ayında dəyərindən ucuz olduğuna və alındığı halda icarəyə götürülməklə gündəlik qazanc veriləcəyinə inandırılmaqla **-BD-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobili göstərib 10.000 manat, 2022-ci ilin aprel ayında **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərib dəyərindən ucuz satdığını və icarəyə götürülərək gündəlik qazanc verəcəyinə inandırmaqla 11.000 manat, ümumilikdə 21.000 manat pulunu etibarından sui-istifadə edərək alıb ələ keçirdiyini, üç illik müddətində icarəyə götürmüş olduğu **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobilinə görə 28.000 manat əvəzinə 16.000 manat pul ödəyərək qəzalı vəziyyətdə yararsız halda 8440.00 manat təmir haqqı ilə sahibsiz əraziyə atdığı barədə istintaqa vermiş olduğu ifadəsini onun iştirakında üzünə qarşı söyləməklə təsdiq etmişdir. (Cild 1, i.v. 179-184) 13 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə zamanı ünvan 6 ünvanda yerləşən təmir sexində Təqsirləndirilən şəxs məxsus icarəyə verilmiş avtomobillərin təmiri ilə məşqul olduğunu, bibisi oğlu Zərərçəkmiş şəxs1 onun vasitəsilə tanıdığını, 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobili gündəlik 25 manata icarəyə götürdüyü, 2021-ci ilin avqust ayında və 2022-ci ilin aprel ayında dəyərindən ucuz qiymətə “Toyota- Prius” markalı avtomobillər təklif edərək iki dəfəyə ümumilikdə 21.000 manat məbləğində Zərərçəkmiş şəxs1 pullar alması, təklif etdiyi avtomobilləri onun adına sənədləşdirəcəyini vəd verdiyi, lakin əməl etmədiyi, aldığı pulları qaytarmaqdan imtina etdiyi, avtomobilləri adına sənədləşdirmədiyinə dair istintaqa vermiş olduğu ifadəsini onun iştirakında üzünə qarşı söyləməklə təsdiq etmişdir. (Cild 1, i.v. 185-189) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-74770/2024 nömrəli məktuba əsasən 99NJ680 dövlət qeydiyyat nişanlı, “Toyota-Prius” minik markalı, 2008-ci il istehsallı, tünd boz metallik rəngli, BB207974 nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamə nömrəli avtomobilin Şahid6 adına qeydiyyatda olduğu və xx.xx.2022-ci il tarixdən alqı-satqı müqaviləsi ilə onun adından çıxarıldığı müəyyən edilmişdir. (Cild 1, i.v. 244-246) 23 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Nümayəndə1 ilə Təqsirləndirilən şəxs qızı arasında üzləşdirmə aparılmış və Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadələri Təqsirləndirilən şəxs qızının üzünə qarşı bir daha deyərək təsdiq etmişdir. (Cild İİ, i.v. 9-13) “CD-diskə baxış keçirilməsinə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nümayəndə1, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs və sonuncunun iş yerində özünü İbrahimin müdiri kimi təqdim etmiş şəxs arasında aparılmış danışıqları əks etdirən səs yazılarında Təranə Kərimova tərəfindən İbrahimin onun oğlu Mehdidən almış olduğu 21.000 manatın qaytarılması, borcluların onları narahat etməsi barədə İbrahimlə aparılan dialoqda sonuncu 21.000 manat pulun yalnız onun tərəfindən icarəyə götürülmüş **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobilin adına rəsmi olaraq keçirilməsindən və təmir edilib icarəyə buraxılmasından sonra aylıq ödənişlər etməklə ödəyə biləcəyini etiraf etmiş və polisdə olan şikayətinin geri götürülməsini təklif etmişdir. (Cild 2, i.v. 72-81) xx.xx.2024-cü il tarixli, AZ71224 nömrəli Portal çıxarışlarından müəyyən olunmuşdur ki,77BD634 dövlət qeydiyyat nişanlı “Toyota-Prius” minik markalı, albalı-metallik rəngli, 2007-ci il istehsallı avtomobil ünvan 7 ünvanda yaşayan sahibi X9 tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə əsasında bir il müddətinə Təqsirləndirilən şəxs sərəncamına verilmiş və xx.xx.2021-ci il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X1, xx.xx.2021-ci il tarixdə X5, xx.xx.2022ci il tarixdə X2, xx.xx.2022-ci il tarixdə X7, xx.xx.2022-ci il tarixdə X12, xx.xx.2022-ci il tarixdə X6 və s.etibar edilməsi təsdiq olunmuşdur. (Cild 2, i.v. 111-122) “CD-diskə baxış keçirilməsinə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair Yasamal rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aid məlumatların əks olunduğu “Bakcel” Mobil operatorundan BKC/LGL-9967/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolu ilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında 01 avqust 2021 və 15 yanvar 2023-cü il tarixədək qarşılıqlı danışıqların olduğu və 2021-ci ilin avqust və 2022-ci ilin aprel,may ayları ərzində anten dairələrinin Bakı şəhəri, Yeni Yasamal 2 M.Xiyabani 39 ünvana təsadüf etməsi öz təsdiqini tapmışdır. (Cild 2, i.v. 137-140) “CD-diskə baxış keçirilməsinə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair Yasamal rayon məhkəməsinin qərarı ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aid məlumatların əks olunduğu “Azərfon” Mobil operatorundan AZF/LGL-8421/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolu ilə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında 01 avqust 2021 və 15 yanvar 2023-cü il tarixədək qarşılıqlı danışıqların olduğu və 2021-ci ilin avqust və 2022-ci ilin aprel,may ayları ərzində anten dairələrinin Bakı şəhəri, Yeni Yasamal 2 M.Xiyabani 39 ünvana təsadüf etməsi öz təsdiqini tapmışdır. (Cild 2, i.v. 143-147) “CD-diskə baxış keçirilməsinə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “12”09.2024-cü il tarixli “CD-diskə baxış keçirilməsinə dair protokola əsasən Nümayəndə1, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqları əks etdirən səs yazılarında Təranə Kərimova tərəfindən onun almış olduğu 21.000 manatın aqibəti, onun tərəfindən icarəyə götürülmüş **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobildən qalmış 11.000 manat, ümumilikdə 32.000 manat pulun nə vaxt, hansı şəraitdə qaytarılacağı həm Təranə,həm Sevinc tərəfindən sual edilməklə təkrar soruşulur və Təqsirləndirilən şəxs həmin məbləğə dair heç bir etiraz etmədən icarəyə götürdüyü və hazırda yararsız vəziyyətdə olan avtomobili təmir edib ayda 750 manat icarəyə verməklə pulun müəyyən hissəsini bu yolla ödəyə biləcəyini etiraf etmişdir. (Cild 2, i. v. 148-154) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, mobil operatorlardan daxil olmuş üç ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İİ, i.v. 169-181) Məhkəmə iclasında audioyazılara baxış keçirilən zaman müəyyən edilmişdir ki, zərərçəkmiş şəxlər dəfələrlə Təqsirləndirilən şəxs əlavə iki maşına görə verilən 21.000 manat pulu nə vaxt qaytaracağı barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə hər dəfə cavab olaraq tərəflər arasındakı ilkin razılaşma nəticəsində əldə olunmuş hazırki ittihamın predmeti olmayan qəzaya uğramış avtomobil təmir edilib işə başlayan zaman ödəyə biləcəyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, səs yazılarının, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini yəni, zərərçəkmiş şəxslərdən onlara iki avtomobil satmaq adı ilə 21.000 manat pulu almamasını bildirsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə iclasında audioyazılara baxış keçirən zaman müəyyən edilmişdir ki, zərərçəkmiş şəxlər dəfələrlə Təqsirləndirilən şəxs əlavə iki maşına görə verilən 21.000 manat pulu nə vaxt qaytaracağı barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə hər dəfə cavab olaraq tərəflər arasındakı ilkin razılaşma nəticəsində əldə olunmuş hazırki ittihamın predmeti olmayan qəzaya uğramış avtomobil təmir edilib işə başlayan zaman ödəyə biləcəyini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkarar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild İ, i.v. 158) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 dəqiqədə tutulmuşdur. (Cild İİ, i.v. 3) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2025-ci il tarixli 4(004)-483/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. (Cild İİ, i.v. 32-39) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair iş materialları 24 may 2025-ci il tarixdə saat 17:21-də məhkəmənin icraatına daxil olmuşdur. “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 40-41) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, AR CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (AR CM-nin 58.3-cü maddəsi) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 23 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1) barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-nin 132-ci maddəsi). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübutlar – üç dəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, ona bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddialar təmin edilməli, cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş 11000 (on bir min) manat məbləğində maddi ziyan və 123 (bir yüz iyirmi üç) manat məhkəmə xərci Zərərçəkmiş şəxs1 xeyrinə və Zərərçəkmiş şəxs2 vurulmuş 10000 (on min) manat maddi ziyan və 120 (bir yüz iyirmi) manat məhkəmə xərci Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilsin. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat olmaqla, cəmi 530 (beş yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 23 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 11000 (on bir min) manat məbləğində maddi ziyan və 123 (bir yüz iyirmi üç) manat məhkəmə xərci mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə, 10000 (on min) manat maddi ziyan və 120 (bir yüz iyirmi) manat məhkəmə xərci mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmənin xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat və məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat olmaqla, cəmi 530 (beş yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar