Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-118/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində adsız ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X8 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 00:30-da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilin giriş qapısını ling vasitəsi ilə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin gələcəyi təqdirdə onlara xəbər vermək məqsədilə qeyd edilən mənzilin yerləşdiyi binanın qarşısında dayanmış, o və Xəqani İsayev həmin mənzilin qonaq otağında yerləşən dolabdan içərisində Zərərçəkmiş şəxs1 məxsus 10000 manat və milli pul ekvivalenti ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları, cəmi 18500 manat nəğd pul vəsaiti olan Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd ehtiyat açarı birlikdə dəyəri 150 manat olan seyfi və həmin otaqda stolun üzərindən sonuncuya məxsus dəyəri 600 manat olan 1 ədəd “İphone” markalı A1661 (7plus) modelli mobil telefonu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 18500 manat, Zərərçəkmiş şəxs2 750 manat olmaqla ümumilikdə 19250 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində saat təxminən 14 radələrində o, Xəyalı yığaraq siqaret almağa pulu olmadığını və Abşeron rayonu, Xırdalan şəhəri, Mühəndis universitetinin yanına gəlməyi xahiş etmişdir. Yuxarıda qeyd olunan ünvanda olandan sonra bir müddət Xəyal ilə pul barəsində söhbət etmişlər. Bu zaman Xəqani ona zəng vuraraq işləri olduğu üçün Papanin adlı yerə dəvət etmişdir. Onun pulu olmadığı üçün Xəyal öz maşını ilə onu ora aparmışdır. Həmin ünvanda olandan sonra Xəqani maşına əyləşərək birlikdə Yasamal rayonunda Qismət şadlıq sarayının yanında anasıgilə getmişdirlər. Xəqani orda təxminən 10 dəqiqə olduqdan sonra birgə yenidən Papanin adlı yerə gəlmişlər. Bundan sonra o və Xəqani maşından düşmüşdürlər. Xəyal isə işləri olduğu üçün onlardan aralanmışdır. Təxminən 1 saat Xəqani ilə kafedə yeyib içdikdən sonra o, yenidən Xəyalı yığaraq Papanində oturduqları restorana dəvət etmişlər. Bundan sonra onlar birlikdə yenidən Yasamal rayonuna getmişlər. Yol ərzində Xəqani pulu olmadığını oğurluq etmək istədiyini bildirmişdir. Bu zaman onlar Günəş petrolun yanı ilə Bizim market olan istiqamətə düşdükləri zaman yolun solundakı 9 mərtəbəli binanı Xəyal göstərək burada Şəhla adında qadının yaşadığını və bu saatlarda evdə olmadıqlarını bildirmişdir. Xəqani həmin vaxt onların məhəlləsinə tərəf dönməyi təklif etmiş və Xəyal həmin məhləyə dönmüşdür. Məhəllədə olan zaman Xəyal Xəqaniyə giriş tərəfdən 1-ci bloku göstərək 8-ci mərtəbədə mənzilin yerini başa salmışdır. Xəqani maşından düşərək bloka girmişdir. Təxminən 5 dəqiqə sonra qayıtmışdır. Qayıdan zaman evdə adam olduğunu bildirmişdir. Xəyal isə Şəhlanın mütəmadi olaraq gecə 00 radələrində çıxacaqını demişdir. Xəyal Şəhla və rəfiqələrinin onun maşınında olan zaman seyfdən bəhs etdiklərini və orada pul olduğunu demişdir. Bundan sonra onlar yenidən Papanin adlı yerə qayıtmışlar. Burda Xəqani düşmüş və təxminən 15 dəqiqə sonra əlin tutacaq hissəsi qara parça ilə bağlanmış lom ilə gəlmiş və maşında əyləşmişdir. Bundan sonra onlar təxminən 23:30 radələrində həmin məhəlləyə qayıdaraq onların evdən çıxmağını gözləmişlər. Təxminən saat 00 radələrində Şəhlanın 2 nəfər rəfiqəsi ilə birgə evdən çıxdığını görmüşlər. Təxminən 15 dəqiqə onların uzaqlaşmağını gözlədikdən sonra Xəqani həmin lom ilə birgə mənzilə qalxmışdır. Bir müddət sonra geri qayıdaraq köməklik lazım olduğu və əlindəki lom ilə qapını aça bilmədiyini bildirmişdir. Xəyal isə maşında olan uc hissəsi digər lomdan fərqli olaraq əyri olan lomu Xəqaniyə vermişdir. Bundan sonra Xəqani və o birlikdə yuxarı qalxmışlar. Xəyal isə məhlədə Şəhlagilin gəlmə ehtimalına qarşı onları tanıdığı üçün qalmışdır. Onlar birlikdə 8-ci mərtəbəyə qalxmış bu zaman Xəqani ikinci lom ilə qapının kilid hissəsini qırmış və o isə qapını içəriyə doğru itələmişdir. O, blokda gözləmiş və Xəqani mənzilə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Xəqani əlində mavi kulok ilə evdən çıxmışdır. Onlar birlikdə lift ilə düşdükləri zaman Xəqani ona evdən götürdüyü qızıla bənzər sepi vermişdir. O isə sepə baxmadan cibinə qoymuşdur. Onlar dərhal blokdan çıxaraq maşına əyləşmişlər və o, cibindən sepi çıxardaraq ona baxmışdır. Sepin qızıl olmadığını gördükdə maşının içərisinə atmışdır. Xəqani isə sellofan torbada seyf olduğunu bildirmiş və cibindən “İphone” markalı mobil telefon çıxarmışdır. Xəqani onlara arxa məhəlləyə keçməyi və seyfi qırmağı dedikdə Xəyal kameralar olduğu üçün Masazıra sürməyi təklif etmişdir. Masazıra çatdıqdan sonra gecə saatları olsa da adamların çox olduğunu görmüşlər və Xəyalın yaşadığı ünvanın yanında olan və qayınanasına məxsus olan kirayə verdiyi mənzilin boş hamamına getmişlər. Orada hər üçü birlikdə seyfi açmışlar və içərisində 200 manat pul, Zərərçəkmiş şəxs2 məxsus AccessBanka məxsus kartı, Unibankın ödəniş çeki, seyfin 2 ədəd ehtiyat açarları və kartın şifrəsi olan kağız çıxmışdır. Onlar pulu öz aralarında bölmüşlər. Həmin puldan 100 manatı Xəqani götürdü, 45 manat Xəyala, 50 manat isə ona verilmişdir. Geri qalan 5 manata Xəyalın maşınına bezin vurmuşlar. Bundan sonra Xəqani kartın şifrəsi onda olduğu üçün kartda pulun olub-olmadığını yoxlamaq istəmişdir. Onlar Masazır dairəsinə gəlmişlər və Xəqani orada aptekdən özü üçün qara rəngli ağızlıq maska almışdır. Bundan sonra oradakı “Access Bank”ın ətrafında çoxlu kameralar olduğu üçün başqa yerə sürməyi təklif etmişdir. Xəyal isə ən yaxın bildiyi Binəqədi rayonu “Azadlıq” metrosunu yaxınlığındakı bankomata getmişlər. Orada Xəqani kameradan tanınmamaq üçün aptekdən aldığı ağızlıq maska ilə üzünü, papaq ilə isə başını örtmüş və kartı yoxlamağa getmişdir. Sonra Xəqani qayıdaraq kartın işləmədiyini bildirmişdir. Bundan sonra onlar qırıq seyfdən xilas olmaq üçün Xəqaninin evinin yolunun üzərində az istifadə olunan aeroport yolundan Yeni Suraxanıya gedən yolda yanacaq doldurma məntəqəsinə çatmamış seyfi yolun kənarına atmışlar. Bundan sonra Xəyal onu və Xəqanini evlərinə düşürmüşdür. xx.xx.2019-cu il tarixində saat təxminən 18 radələrində o, Xəqani ilə görüşmüşdür. Bu vaxt Xəqani anasının yanına getməyi və burada maddiyatla bağlı problemləri olduğu üçün ona oğurladıqları telefonu girov qoyaraq pul almağı təklif etmişdir. O Xəqani ilə birgə Xəqanigilə getmişdir. Xəqaninin anası Gülnarə ağ rəngli “İphone” markalı mobil telefonu götürərək ona 100 manat vermişdir. Həmin pulun 80 manatını Xəqani geri qalan 20 manatını isə o götürmüşdür. Bundan sonra o, etdiyi əməldən peşman olaraq xx.xx.2019cu il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-nə gələrək könüllü təslim olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, baş vermiş cinayət hadisəsini törətməkdə Xəqani və Xəyal adlı şəxslərdən başqa hər hansısa bir şəxs köməklik göstərməmişdir.Həmin mənzildən oğurladıqları seyfin içərisində sadəcə olaraq 200 manat pul, Zərərçəkmiş şəxs2 məxsus AccessBanka məxsus kart, Unibankın ödəniş çeki, seyfin 2 ədəd ehtiyat açarı və kartın şifrəsi olan kağız olmuşdur. Həmin seyfdə 10000 manat və 5000 ABŞ dolları pul olmamışdır. Cinayət yolu ilə əldə etdiyi 50 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin yanvar ayından etibarən taksi fəaliyyəti ilə məşğul olaraq özünün və ailəsinin maddi ehtiyaclarını qarşılamışdır. Taksi fəaliyyəti ilə məşğul olan vaxt Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən Günəş petrolunu arxasındakı binada yaşayan Şəhla adlı xanımı tanımışdır. O Şəhlanı bir neçə dəfə həmin ünvandan götürərək müxtəlif ünvanlara daha sonra geri olaraq həmin ünvana qaytarmışdır. Aralarında dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 2014-cü ildən tanıyır. Orxanla birgə Biləcəri qəsəbəsində yerləşən Daxili Qoşunlara məxsus N saylı hərbi hissədə birgə hərbi xidmətdə olmuş və həmin vaxtan etibarən dostluq münasibəti qalmış və tez-tez bir biriləri ilə əlaqə saxlamışdırlar. Xəqani adlı şəxslə isə xx.xx.2019-cu il tarixdə Orxanın vasitəsi ilə tanış olmuşdur. xx.xx.2019-cu il tarixində saat təxminən 14 radələrində Orxan onu yığaraq siqaret almağa pulu olmadığını və Abşeron rayonu, Xırdalan şəhəri, Mühəndis universitetinin yanına gəlməyi xahiş etmiş o isə bundan sonra dərhal yaşadığı ünvandan çıxaraq həmin ünvana getmişdir. Yuxarıda qeyd olunan ünvanda olandan sonra bir müddət Orxan ilə pul barəsində söhbət etmişlər. Bu zaman Orxanın onun əvvəllər tanımadığı Xəqani adlı tanışı zəng vuraraq işləri olduğu üçün Papanin adlı yerə dəvət etmişdir. Orxanın pulu olmadığı üçün o, Orxanı öz maşınında ora aparmışdır. Həmin ünvanda olandan sonra Xəqani maşına əyləşərək birlikdə Yasamal rayonunda Qismət şadlıq sarayının yanında Xəqaninin anasıgilə aparmışdır. Xəqani orada təxminən 10 dəqiqə olduqdan sonra birgə yenidən Papanin adlı yerə gəlmişlər. Bundan sonra Orxan və Xəqani orada düşmüşdür. O isə onları düşürdüyü yerdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün gözləmişdir. Təxminən 1 saat orada olduqdan sonra Orxan onu yenidən yığaraq Papanində oturduqları restorana dəvət etmişdir. O həmin ünvana getmiş və oradan birlikdə yenidən Yasamal rayonuna getmişlər. Yol ərzində Xəqani pulu olmadığını oğurluq etmək istədiyini bildirmişdir. Bu zaman onlar Günəş petrolun yanı ilə Bizim market olan istiqamətə düşdükləri zaman yolun solundakı 9 mərtəbəli binanı göstərək burada Şəhla adında qadının yaşadığını və bu saatlarda evdə olmadıqlarını bildirmişdir. Xəqani həmin vaxt onların məhəlləsinə tərəf dönməyini demiş və o, həmin məhəlləyə dönmüşdür. Məhəllədə olan zaman o, Xəqaniyə giriş tərəfdən 1-ci bloku göstərək 8-ci mərtəbədə mənzilin yerini başa salmışdır. Xəqani maşından düşərək bloka girmiş və təxminən 5 dəqiqə sonra qayıtmışdır. Qayıdan zaman evdə adam olduğunu bildirmişdir. O isə Şəhlanın mütəmadi olaraq gecə 00 radələrində evdən çıxdıqlarını demişdir. Şəhla rəfiqələri ilə onun maşınında olan zaman seyfdən bəhs etdiklərini xatırlamışdır və bunu Xəqaniyə bildirmişdir. Bundan sonra onlar yenidən Papanin adlı yerə qayıtmışlar. Orada Xəqani maşından düşmüş və təxminən 15 dəqiqə sonra əlin tutacaq hissəsi qara parça ilə bağlanmış lom ilə gələrək maşında əyləşmişdir. Bundan sonra onlar təxminən 23:30 radələrində həmin məhəlləyə qayıdaraq Şəhlagilin evdən çıxmağını gözləmişdirlər. Təxminən saat 00 radələrində Şəhlanın 2 nəfər rəfiqəsi ilə birgə evdən çıxdığını görmüşlər. Təxminən 15 dəqiqə onların uzaqlaşmağını gözlədikdən sonra Xəqani həmin lom ilə birgə mənzilə qalxmışdır. Bir müddət sonra geri qayıdaraq köməklik lazım olduğunu və əlindəki lom ilə qapını aça bilmədiyini bildirmişdir. Mən isə maşında olan uc hissəsi digər lomdan fərqli olaraq əyri olan lomu Xəqaniyə vermişdir. Bundan sonra Xəqani və Orxan birlikdə yuxarı qalxmışlar. O isə məhəllədə Şəhlagilin gəlmə ehtimalına qarşı onları tanıdığı üçün qalmışdır. Təxminən 15 dəqiqə sonra Xəqani və Orxan birlikdə əllərində mavi rəngli kulok ilə gələrək avtomaşına əyləşmişlər. Bu zaman Xəqani kulokda seyf olduğunu bildirmiş və cibindən “İphone” markalı mobil telefon çıxarmışdır. Orxan isə cibindən sep çıxarmışdır. Sepə baxdıqdan sonra onun qızıl olmadığı görmüş və avtomaşının içərisinə tullamışdır. Xəqani onlara arxa məhləyə keçməyi və seyfi qırmağı dedikdə o kameralar olduğu üçün Masazıra sürməyi təklif etmişdir. Masazıra çatdıqdan sonra gecə saatları olsa da adamların çox olduğunu görmüş və yaşadığı ünvanın yanında olan və qaynanasına məxsus kirayə verdiyi mənzilin boş hamamına getmişlər. Orada hər üçü birlikdə seyfi açmış və içərisində 200 manat pul, Zərərçəkmiş şəxs2 məxsus AccessBanka məxsus kart, Unibankın ödəniş çeki, seyfin 2 ədəd ehtiyat açarı və kartın şifrəsi olan kağız çıxmışdır. Onlar pulu öz aralarında bölmüşlər. Həmin puldan 100 manat Xəqaniyə, 50 manat Orxana 45 manat isə ona verilmişdir. Geri qalan 5 manata maşınına benzin vurmuşlar. Bundan sonra Xəqani kartın şifrəsi onda olduğu üçün kartda pul olubolmadığını yoxlamaq istəmişdir. Onlar Masazır dairəsinə gəlmiş və Xəqani orada aptekdən özü üçün ağızlıq maska almışdır. Bundan sonra oradakı “Access Bank”ın ətrafında çoxlu kameralar olduğu üçün başqa yerə sürməyi təklif etmişdir. O isə ən yaxın bildiyi Binəqədi rayonu “Azadlıq” metrosunu yaxınlığındakı bankomata getmişlər. Orada Xəqani kameradan tanınmamaq üçün aptekdən aldığı ağızlıq maska ilə üzünü papaq ilə başını örtərək kartı yoxlamağa getmişdir. Sonra qayıdaraq kartın işləmədiyini bildirmişdir. Bundan sonra onlar qırıq seyfdən xilas olmaq üçün Xəqaninin evinin yolunun üzərində az istifadə olunan airaport yolundan Yeni Suraxanıya gedən yolda yanacaq doldurma məntəqəsinə çatmamış seyfi yolun kənarına atmışlar. Bundan sonra o Xəqani və Orxanı evlərinə düşürmüşdür. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır və aralarında yaxın münasibət olmuşdur. Nərminə xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Qurtuluş” yaşayış kompleksində özünə mənzil almaq üçün anası Mətanətdən 10.000 manat və 5.000 ABŞ dolları pul almışdır.həmin gün onun yaşadığı evə gələrək bir müddət qalmaq istədiyini bildirmiş və o Nərminə ilə razılaşmışdır. Nərminə evdə seyfi görmüş və həmin pulu orda saxlamağı istəmişdir. Lakin Şəxla həmin pulu təhlükəsizlik üçün başqa yerdə qizlətmək üçün seyfdən çıxardaraq gizlətmişdir.Nərminənin bundan xəbəri olmamışdır. xx.xx.2019-cu il gecə saat 00:00 radələrində onlar rəfigəsi olan X9 ilə birgə şəhərə getmişlər və müxtəlif yerlərdə olmuşlar. Saat təxminən 06:40 radələrində birgə evə qayıdan zaman mənzilin qapısının açıq olduğunu görmüş və onlar dərhal içəri girmişlər. Qapı qırılmış vəziyyətdə olmuşdur.Onlar dərhal qonaq otağına getmiş və orada yuxarıdan 2-ci sürmədə olan seyfin yerində olmadığını və şkafda olan paltarların dağıdıldığını görmüşlər.Bundan başqa stolun üzərində olan və istifadə etmədiyi İphone 7 plus markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Nərminə bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Baş vermiş hadisə zamanı ona məxsus olan dəyəri 600 manat olan olan İphone 7 plus markalı mobil telefondan başqa 150 manat dəyərində seyf, seyfin içərisində isə ona məxsus içərisində pul vəsaiti olmayan “Accesbank” kartı və heç bir dəyəri olmayan həmin seyfin 02 ədəd ehtiyat açarı oğurlanmışdır.Hadisə zamanı ona cəmi 750 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilib. Bundan əlavə Ş.T. İmaməliyeva məhkəmə iclasında bildirdi ki, Nərminəyə məxsus 18500 manat puldan seyfdə cəmi 200 manat olmuşdur, qalan pul isə o hadisədən sonra ozünə qaytarmışdır. İbtidai istintaq müddətində bu xüsasat barədə polisə bidirməməyin səbəbi isə Nərminənin təkid etməyi olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilməsini, hazırda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır və aralarında yaxın dostluq münasibəti olmuşdur. xx.xx.2019-cu il tarxində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış konpleksində özünə məxsus mənzil almaq üçün anası X1 ona 10000 manat və 5000 ABŞ dolları pul bağışlamışdır. O anasından pulu alandan sonra rəfiqəsi Şəhlagilə getmiş və bir müddət həmin mənzildə Şəhla ilə birgə qalmağı qərarlaşdırmışdır. Şəhla isə buna razılıq vermişdir. O Şəhlagildə olan zaman həmin mənzildə seyfin olduğunu görmüş və pulu ora təhlükəsiz olduğu üçün Şəhlanın icazəsi ilə qoymuşdur. xx.xx.2019-cu il tarixində ortaq rəfiqələri olan həmin gün Şamaxı rayonundan gələn X9 ilə birgə saat gecə 12 radələrində şəhərə getmişlər və müxtəlif yerlərdə olmuşlar. Saat təxminən 06:40 radələrində birgə evə qayıdan zaman mənzilin qapısını açıq olduğunu görmüş və onlar dərhal içəri girmişlər. Qapı qırılmış vəziyyətdə olmuşdur. Onlar dərhal qonaq otağına getmişlər və orada şkafda yuxarıdan 2-ci sürmədə yerləşən seyfin yerində olmadığını və şkafda olan paltarların dağıdıldığını görmüşlər. Bundan başqa rəfiqəsi Şəhlanın stolun üzərində olan və istifadə etmədiyi İphone 7 plus markalı mobil telefonunun oğurlandığı aşkarlamışlar. O bu barədə dərhal DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Baş vermiş hadisə zamanı ona 10000 manat və 5000 ABŞ dolları maddi ziyan dəymişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs1 onu da bidirdi ki, hadisədən sonra polisdə ifadəsi alındıqdan sonra ona Şəhla zəng edərək bildirmişdir ki, ona məxsus 18.500 manat pul oğurlanmayıb, guya o həmin pulu başqa yerdə gizlətmişdir.Pulu qaytarmaq üçün ona demişdir ki, get polisə şikayət ərizəsini geri götür pulu onda qeri alarsan. Lakin o, bununla razılaşmamış və hazırda da ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu X10 bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə oğlu ona zəng edərək dostu Orxanın pul ilə bağlı problemlərinin olmasını bildirmiş və ondan xahiş etmişdir ki, Orxanı qəbul edərək imkan daxilində ona kömək etsin. Həmin gün Xəqaninin dostu kimi tanıdığı Orxan onun evinə gəlmiş və söhbət zamanı bildirmişdir ki, kirayə yaşadığı evin pulunu bu gün mütləq ödəməlidir. Bu səbəbdən girov olaraq bir günlük onun deməsinə görə arvadına məxsus ağ rəngli İphone markalı telefonu girov qoyaraq ona 100 manat pul verməyi xahiş etmiş, o isə Orxana bildirmişdir ki, özündə pul yoxdur, Orxan isə inadla yenidən pul tapmağa köməklik etməyi xahiş etdiyindən həmin zaman onunla ticarət aparmaq üçün evinə gələn Şahid2 həmin telefonu bir günlük girova götürməyi və əvəzində 100 manat pul verməyi xahiş etmişdir, Vurğun da onun xahişini yerə salmıyıb telefonu götürmüş və ona 100 manat vermişdir. Həmin pulu o, Orxana vermiş və Orxan ona söz vermişdir ki, sabah 100 manatı gətirib verərək telefonunu götürəcəkdir. Lakin Orxan dediyi sözə əməl etməmişdir. Həmin zamandan bəri İphone markalı telefon aparatı Vurğunda qalmışdır. Əlavə olaraq bildirmişdir ki, Orxanın ona vermiş olduğu ağ rəngli İPhone markalı mobil telefonun oğurluq əşya olması barədə məlumatı olmamış, yalnız oğlunun xahişi ilə Orxanı qəbul edərək ona köməklik üçün telefonu Şahid2 girov kimi verməklə ondan 100 manat pul alaraq Orxana vermişdir. Ona Orxan həmin telefon aparatının arvadına məxsus olduğunu bildirmişdir. Oğlu Xəqani də ona Orxanın verəcəyi telefonun Orxanın arvadına məxsus olmasını və ehtiyac səbəbindən həmin telefonu girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə o, ticarət əlaqəsi saxladığı Şahid1 evinə Gülnarədən ona olan 450 manat pul borcunu almaq məqsədi ilə gəlmişdir. Həmin zaman Gülnarənin evinə tanımadığım bir nəfər oğlan gəlmişdir. Bir müddət sonra Gülnarə ona yaxınlaşaraq bildirmişdir ki, həmin evə gələn oğlanın ailəsini kirayə qaldıqları evdən pulu vermədiklərinə görə çıxarmaq istəyirlər. Ona görə də ondan xahiş etmişdir ki, ona verməli olduğu 450 manat pul əvəzinə 350 manat versin.Qalan 100 manatı isə həmin oğlana versin, 2 gündən sonra o, pulu qaytaracaqdır. Bundan sonra Gülnarə təklif etmişdir ki, həmin oğlana məxsus telefonu girov kimi o özündə saxlasın. O da razılaşaraq telefonu götürmüş, lakin həmin gündən uzun müddət keçməsinə baxmayaraq ona 100 manat pul qaytarılmamışdır. Həmin vaxtdan telefon onda qalmışdır və ona məxsus 100 manat pul da ödənilməmişdir.Əlavə olaraq bildirmişdir ki, Şahid1 ona vermiş olduğu ağ rəngli İPhone markalı mobil telefonun oğurluq əşya olması barədə məlumatı olmamışdır, yalnız həmin söhbətdən 10 gün keçdikdən sonra Gülnarə ilə telefonla danışdığı zaman Gülnarə ona bildirmişdir ki, polisdən zəng edilib və ona girov qoyulan telefonun oğurluq olması ona bildirilmişdir. Cinayət işinin 69-70-cü vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 96-97-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 180-182 vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 177-179-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 256-259-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 249-255-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatət təmin edilməmiş, onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs2 “ev dustaqlığı”nda saxlanılma müddəti isə xx xxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 334-335-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 336-337-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 264-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1499 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “İphone” markalı, «A1661» (7 plus) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 600,00 manat müəyyən olunur. Cinayət işinin 263-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 267-276-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4151 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 4,6,11,12,14,15,17,20,21,22,23,24,25 saylı daktilolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,5,7,8,9,10,13,16,18,19 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına,tam və aydın əks olunmadığına görə,habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar.Təqdim edilmiş 4,6,11,12,14 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs1 sol əlinin ovucundan qalmışdır. Təqdim edilmiş 15,17,20,21,22,23,24,25 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental ovuclarından qalmamışdır. Cinayət işinin 266-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 161 (bir yüz altmış bir) manat 11 (on bir) qəpik müəyyən edilmişdir. Cinayət işinin 189-190-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 221.1ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 197-200-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilən 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gününü çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan və 3 saylı MTCM tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2019-cu il Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün müəssisəsinin qeydiyyatdan çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs1 çəkilməmiş cəza müddəti isə 05 (beş) ay 14 (on dörd) gün təşkil edir. Cinayət işinin 214-cü vərəqəsində olan Samaxı rayon İHB-nın Çarhan kənd İ.Ə.D-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin 215-ci vərəqəsində olan AZ-İV seriyalı, 237909 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxxx 2018-ci il tarixdə Xırdalan şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X5r. Cinayət işinin 284-291-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə götürülmüş 01 (bir) ədəd ling, 4,6,11,12,14 saylı daktilolentlər, 01 (bir) ədəd “AccessBank” kartı və 01 (bir) ədəd «İphone» markalı, «A1661» (7 plus) model mobil telefon maddi sübut kimi tanınmış, 01 (bir) ədəd ling, 4,6,11,12,14 saylı daktilolentlər Bakı şəhəri Yasamal RPİ-nin Saxlanc Yerinə təhvil verilmiş, 01 (bir) ədəd “AccessBank” kartı və 01 (bir) ədəd «İphone» markalı, «A1661» (7 plus) model mobil telefon isə Zərərçəkmiş şəxs2 Təvəkqül qızına qaytarılmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 Təvəkqül qızının ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilmiş, hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki,ona vurulmuş ziyan ödənilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxxxxx 2019-cu il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını və əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxxx 2019-cu il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Yasamal RPİ-də saxlanılan 01 (bir) ədəd ling və 4, 6, 11, 12, 14 saylı daktilolentlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd “AccessBank” kartı və 01 (bir) ədəd «İphone» markalı, «A1661» (7 plus) model mobil telefon Zərərçəkmiş şəxs2 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ekspertizasının xərci – cəmi 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri X.R.Babayevaya, C.Y.Məmmədova, Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X.R.Babayevaya ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili C.Y.Məmmədova ibtidai istintaq dövründə iştirak etdiyi 37 saata görə 222 (iki yüz iyirmi iki) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Yasamal RPİ-də saxlanılan 01 (bir) ədəd ling və 4, 6, 11, 12, 14 saylı daktilolentlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə digər maddi sübut olan 01 (bir) ədəd “AccessBank” kartı və 01 (bir) ədəd «İphone» markalı, «A1661» (7 plus) model mobil telefon Zərərçəkmiş şəxs2 Təvəkqül qızına qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə iştirak etdiyi 37 saata görə 222 (iki yüz iyirmi iki) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-118/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-118/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver