Məhkəmə qərarları › İş №1(004)-118/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-118/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-118/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi ev 17/51, mənzil 120 ünvanın mətbəx pənçərəsini əli ilə güc tədbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan paltar dolabının siyirtməsindəki pul kisəsinin içərisindən 576 (beş yüz yetmiş altı) manat 15 ( on beş) qəpik ekvivalentində olan 300 evro, 85 (səkksən beş) manat ekvivalentində olan 50 ABŞ dollarını və 16 ( on altı ) manat 31 ( otuz bir ) qəpik ekvivalentində olan 100 Türk lirəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumlikdə 677 (altı yüz yetmiş yeddi ) manat 46 ( qırx altı) qəpik miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, mənzildən oğurluq etsə də, oğurlanmış pulların məbləği səhv göstərilib, 677 manat dəyərində oğurluq etməyib, həmin evdən 5 ədəd 1 dollarlıq, 1 ədəd 50 türk lirəsi oğurlamışdır. Belə ki, o, mənzilə daxil olub və həmin mənzildən yalnız pulu və qiymətli əşyalar oğurlayıb və sonra isə həmin əşyaları satıb pul əldə etdikdən sonra pulları isə öz şəxsi ehtiyaclarına xərciləmək qərarına gəlmişdir. 17 noyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində o, Bakı şəhəri Yasamal rayonu H. ünvan 5 mənzildən oğurluq etmək məqsədi ilə ilk növbədə həmin mənzilin qapsını döymüş, lakin mənzilin qapsını açan olmadığından evdə heç kəsin olmadığını əmin olduqdan sonra, 120 saylı mənzilə daxil olmaq üçün binanın blokundan həmin mənzilin mətbəxinin pəncərəsi yaxın məsəfə olmasından istifadə edərək, mətbəxin plasmaz pəncərəsinə əli ilə bir qədər fiziki güc tədbiq edərək həmin pəncərəni açaraq mətbəxdən mənzilə daxil olmuş, bundan sonra o, həmin mənzilin yataq otağına keçərək yataq otağında olan paltar dolabının siyirtməsini açaraq orada olan pul kisəsinin içərisindən 5 ədəd 1 ABŞ dolları pul əskinasları və 1 ədəd 50 Türk lirasını oğurlayaraq mənzili tərk etmişdir. Həmin pulları isə səhərsi günü yəni 18 noyabr 2021-ci il tarixdə öz şəxsi ehtiyaclarına xərciləmişdir. 08 dekabr 2021-ci il tarixdə o, ünvan 3 ünvanın qarşısında olan zaman ona iki nəfər mülki geyimində polis əməkdaşları yaxınlaşaraq özlərim təqdim edib və onu Yasamal RPl-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, isə onlar heç bir etiraz etməyərək onlarla birlikdə həmin polis şöbəsinə getmişdir. Polis şöbəsində onun əl barmaq izlərini çıxadıqdan sonra o, polis şöbəsini tərk edərkən, ona polis əməkdaşları onun səhərisi günü yəni 09 dekabr 2021-ci il tarixdə həmin polis şöbəsinə gəlməyini bildirmişlər. O, isə yəni 17 noyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri Yasamal rayonu H. ünvan 5 mənzildən baş vermiş oğurluq hadisələrində onun şübhəli olmağı barədə sorğu sual etmişlər, o, isə tam səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Lakin oğurladığı məbləğ az olduğu üçün bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı oğurladığı məbləğin 100 manatdan aşağı göstərməsi ilə bağlı göstərdiyi dəlilləri və buna görə də özünü təqsirli bilməməklə bağlı verdiyi ifadəsini özünü müdafiə xarakteri kimi və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir. Həmçinin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu H.ünvan 4 ünvanda bacısı Şahid ilə birlikdə yaşayır. O, hazırda Azərbaycan Beynəlxalq Bankında aparıcı proqramcı vəzifəsində işləyir. Belə ki, 17 noyabr 2021-ci il tarixdə təxminən saat 09 radələrində o, və bacısı Şahid ilə birlikdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu H.ünvan 5 ünvanın ümumi qapsını açarla bağlayıb işə getmişlər. Elə həmin günü yəni 17 noyabr 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində o, işdən yaşadıqlan Bakı şəhəri Yasamal rayonu H.ünvan 5 ünvana gəlmiş və mənzilin mətbəxin plasmaz pəncərəsinin açıq olduğunu və yataq otağına keçərkən, yataq otağında olan əşyalarının dağnılıqlı olduğunu və həmin otağda olan paltar dolabının siyirtməsindəki. pul qabının içərəsindən ona məxsus 300 evro, 50 ABŞ dollarını və 100 Türk lirəsini naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o. elə həmin günü baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermiş və bir qədər sonra hadisə yerinə Yasamal RPi-nin 29-cu PŞ- nin polis əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və o, onlarala birlikdə Yasamal RPl-nin 29-cu PŞ-nə gedərək baş vermiş oğurluq hadisəsi bərədə şikayət ərizəsilə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona ümumlikdə 677 (altı yüz yetmiş yeddi ) manat 46 ( qırx altı) qəpik miqdarda maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs məhkəmədə yalandan deyir ki guya 5 ədəd 1 dollarlıq, 1 ədəd 50 türk lirəsi oğurlamışdır, əslində isə oğurlanmış pulların dəyəri 677 manatdır. Həmin pullar bacısının təhsil haqqı üçün yığmışdır. Həmçinin müşahidə kameralarından görünür ki, oğurluğa gələn adam 1 nəfər aşağıda gözləmiş, Taleh isə yuxarı qalxıb oğurluq edib düşmüş, sonra isə hər ikisi də qaçıb getmişlər. Ona görə də təqsirləndirilən şəxs səmimi ifadə ifadə vermir. Həmçinin oğurlanmış 677,46 manatı təqsirləndirilən şəxsin yaxınları ona qaytarmışlar, əgər o qədər pul oğurlamasaydı, yaxınları da həmin məbləği qaytarmazdılar. Təqsirləndirilən şəxsdən artıq hər hansı bir tələbi yoxdur, bununla belə barışmır və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 6 ünvanda bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Belə ki, 17 noyabr 2021-ci il tarixdə təxminən saat 09 radələrində o, və bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu, H.ünvan 7 ünvanın ümumi qapsını açarla bağlayıb işə getmişlər. Elə həmin günü yəni 17 noyabr 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində bacısı Zərərçəkmiş şəxs işdən yaşadıqları Bakı şəhəri Yasamal rayonu H.ünvan 5 ünvana gəlmiş və mənzilin mətbəxin plasmaz pəncərəsinin açıq olduğunu və yataq otağına keçərkən, yataq otağında olan əşyalarının dağnılıqlı olduğunu və həmin otağda olan paltar dolabının siyirtməsindəki. pul qabının içərəsindən Zərərçəkmiş şəxs məxsus 300 evro, 50 ABŞ dollarını və 100 Türk lirəsini nəğd pullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin vaxtı o, işdə olan zamanı ona bacısı Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs elə həmin günü baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermiş və bir qədər sonra hadisə yerinə Yasamal RPi-nin 29-cu PŞ-nin polis əməkdaşları gəlmiş və bacısı onlara baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirdilər və bacısı polis əməkdaşları birlikdə Yasamal RPl-nin 29-cu PŞ-nə gedərək baş vermiş oğurluq hadisəsi bərədə şikayət ərizəsilə müraciət etmişdir. Həmin hadisə nəticəsində bacısı Zərərçəkmiş şəxs ümumlikdə 677 (altı yüz yetmiş yeddi ) manat 46 ( qırx altı) qəpik miqdarda maddi ziyan dəymişdir. Baş vermiş oğuluq hadisəsi zamanı ona məxsus hər hansı bir əşya oğurlanmamış və heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cinayətin xarakterini, təqsirləndirilən şəxsin qeyri səmimi ifadə verməsini təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə bu cür xarakterizə edilən təqsirləndirilən şəxsə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Məhkəmə vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə 11.12.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09.12.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus hadisə yerindən götürülmüş əl-barmaq izləri, bir ədəd DVD-R markalı video görüntü diski və bir ədəd “Azərcel Telekom" MMC-dən daxil olmuş CD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 161,11 manat (yüz altmış bir manat 11 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus hadisə yerindən götürülmüş əl-barmaq izləri, 01 ədəd DVD-R markalı video-görüntü diski və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş CD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsn məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar