Məhkəmə qərarları › İş №1(004)-119/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-119/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-119/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Şabran rayonunun Zeyvə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Sənqəçal qəsəbəsi Yol evi yaşayış massivində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti, 9 saylı ünvanın qarşısında yerləşən avtobus dayanacağında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində tutduğu üzərində dəyəri 5 manat təşkil edən ***-***-**-** nömrəli və balansında 3 manat məbləğində danışıq dəqiqələri olmaqla dəyəri 5 manat təşkil edən ***-***-**-** nömrəli sim-kartalar olan dəyəri 200 manat təşkil edən **********04633 və **********41989 imei kodlu “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli mobil telefonu əlindən dartıb aldıqdan sonra hadisə yerindən qaçıb getməklə özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 213 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 9 saylı ünvanın qarşısında yerləşən avtobus dayanacağına yaxınlaşmış və bir müddət ətrafa baxdıqdan sonra əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir qadın ondan “14” nömrəli avtobusun oradan keçibkeçməməsini soruşmuşdur. O, həmin qadının əlində mobil telefon olduğunu görmüş və ani surətdə “Redmi by Xiaomi” markalı mobil telefonu sonuncunun əlindən dartıb alaraq qaçmışdır. Həmin zaman Zərərçəkmiş şəxs da ona tərəf qaçmağa başlamış, lakin o, sonuncuya fikir vermədən sürətlə qaçaraq gözdən itmişdir. Bundan sonra o, Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Yolda gedərkən o, həmin mobil telefonun iki ədəd sim-kartalarını üzərindən çıxararaq qırıb atmışdır. Təxminən saat 16 radələrində o, yaşadığı evə çatdıqdan sonra qohumu olan X3 telefonla zəng edərək yaşadığı evin qarşısına çağırmış və sonuncu ona yaxınlaşanda demişdir ki, özünə təzə telefon almış, lakin şifrəni unutduğu üçün koda düşdüyündən aça bilmir, ona görə də format olunması, yəni sıfırlanmaq lazımdır. Elnur da ona inandığı üçün köməklik edərək həmin mobil telefonu format etmişdir. Bundan sonra o, evdə olduğu zaman atası Şahid2 və anası Şahid1 həmin mobil telefonu əlində görüb haradan əldə etməsi ilə bağlı onu sorğu-sual etməyə başlamışlar. O, sonuncuları əvvəlcə aldadıb ucuz əldən aldığını və daha sonra isə tapdığını desə də, valideynləri ona inanmamış və telefonu sahibinə qaytarmaq istədiklərini bildirmişlər. Ona görə də, o, sonda etiraf etmişdir ki, həmin telefonu bir qadının əlindən dartıb qaçmışdır, ona görə həmin telefonu polisə aparsalar tutulacağını bildirmişdir. Valideynləri onu möhkəm tənbeh etmiş və cinayət törətdiyinə görə cavab verməli olacağını, lakin buna baxmayaraq həmin mobil telefonu sahibinə geri qaytarmaq lazım olduğunu bildirmişlər. O, isə həmin qadını tanımadığını demişdir. Həmin vaxt atası yük maşını ilə Rusiya Federasiyasına artıq səfərə çıxdığından təxirə sala bilmədiyini demiş, yolda bir yerdə məişət tullantılarının arasına atacağını bildirib həmin mobil telefonu özü ilə götürmüş və sağollaşıb səfərə çıxmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə polis işçiləri onu yaşadığı evin qarşısında saxlayaraq Yasamal rayon polis idarəsinə aparmış və o, həmin cinayəti necə törətdiyini səmimi etiraf edərək mobil telefonu atasının özü ilə apardığını demişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışıq əldə edib ona dəymiş ziyanı tam şəkildə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkumluğunun olmamasını nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmiş, hazırda onunla barışdığından heç bir şikayət və tələbi yoxdur, məhkəmədən cəza təyin edilən zaman qeyd edilən xüsusatın nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, iclaslara gəlməmiş, lakin məhkəməyə onkoloji xəstə olduğundan iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində «20 Yanvar» metro stansiyasının yaxınlığında yerləşən «Badi Səba» şadlıq sarayının yaxınlığındakı dayanacaqda avtobus gözləyərkən əlində olmuş ona məxsus «Redmi by Xiaomi» markalı **********04633 və **********41989 imei kodlu mobil telefonu ilə qızına zəng etmiş, həmin vaxt yanında orta boylu, sol gözü çəp, ağbəniz və başında boz rəngli yun şapkası olan şəxs dayanmışdır. O, həmin şəxsə müraciət edərək “14” nömrəli avtobusun oradan keçib-keçmədiyini soruşmuş, sonuncu isə ani surətdə onun əlində olmuş həmin «Redmi by Xiaomi» markalı mobil telefonunu dartıb əlindən alaraq yolun qarşı tərəfinə qaçmışdır. O, həmin şəxsin arxasınca yolu keçən zaman sonuncu onu hədələsə də yolda hərəkət edən nəqliyyat vasitələrinin səsindən sonuncunun ona nə dediyini eşidə bilməmiş, dalınca qaçaraq yolu keçsə də, sonuncunu tapa bilməmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və Yasamal RPİ-nin 29-cu PŞ-yə gedərək ərizə yazmışdır. Cinayət hadisəsi xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti, 9 saylı ünvanının qarşısında yerləşən dayanacaqda təxminən 1 dəqiqə ərzində baş vermiş, cinayəti törətmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Həmin mobil telefonu o, «Kontakt Home» mağazasından hadisədən 01 ay əvvəl ödənişi 12 aya bölünməklə aylıq 39 manat 50 qəpik ödəmək şərti ilə kreditlə almış, həmin anadək bir aylığının ödənişini etmişdir, telefonunun üzərində 050 *** ** ** və 077 *** ** ** mobil nömrələri olmuşdur. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs ona təqdim edilərkən onu tanımış, oğurlanmış telefon isə ona geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onun əri Şahid2 yük avtomobili sürücüsüdür və sifarişlə Rusiya Federasiyasına yükləri daşımaqla məşğuldur. xx xxxxxx 2020-ci il tarixdə axşama yaxın vaxtlarda evdə olduqları zaman o və əri Zahid Təqsirləndirilən şəxs əlində markasının sonradan «Redmi by Xiaomi» olduğunu bildiyi bir mobil telefon görüb haradan aldığını soruşmuşlar. Elgün əvvəlcə həmin telefonu aldığını desə də onlar inanmamış, çünki sonuncunun həmin telefonu almağa pulu olmadığını bilirdilər. Daha sonra Elgün həmin telefonu tapdığını demiş, onlar yenə də inanmamışlar. Çox sorğu-sual etdikdən sonra Elgün həmin telefonu bir qadının əlindən götürüb qaçdığını etiraf etmişdir. Onlar buna çox əsəbiləşmiş və Elgünü danlamışlar. Sonra əri həmin telefonu Elgünün əlindən alıb sahibinə qaytarmaq üçün telefonun içərisini axtarsa da heç bir əlaqə nömrəsi və ya simkart olmadığı üçün heç nə tapa bilməmiş və bundan sonra Elgünə həmin qadını tanıyırsa, yerini deməsini, onu tapıb telefonu qaytarmaq lazım olduğunu demişdir. Lakin Elgün həmin qadını tanımadığını dediyi üçün onlar da çaş-baş qalmışlar ki, buna görə Elgün həbs oluna bilər. Həmin axşam əri sifarişlə əlaqədar Rusiya Federasiyasına getməli olduğu üçün artıq sonuncunu yola saldığı zaman ona bildirmişdir ki, həmin telefonu götürüb Elgündən kənarda saxlasın, Elgün telefonun onda qaldığını bilməsin, çünki götürüb işlədə bilər. Rusiya Federasyiasına gedib qayıdandan sonra özü həmin məsələni həll edəcəyini, yəni polisə özü gedib məsələni danışıb yoluna qoymağa çalışacağını, çünki həmin məsələnin onun həll edə biləcəyi bir iş olmadığını demişdir. Zahid ona demişdir ki, Elgünə həmin telefonu yolda gedə-gedə bir zibil qutusuna atacağı barədə yalan danışmış, bunu da Elgünün həmin telelonu bir daha axtarmaması üçün etdiyini bildirmişdir. Zahid ona tapşırmışdır ki, qayıdana qədər o, telefonu saxlasın, qayıtdıqdan sonra isə özü sahibini tapıb qaytaracaqdır. Bundan sonra X4 getmişdir. xx.xx.2020-ci il tarixdə o, evdə olduğu zaman Yasamal polisindən zəng edən əməkdaşlar Elgünü tutduqlarını bildirmişlər və ondan sözügedən telefon barədə məlumatının olub-olmadığını soruşmuşlar. O, da məlumatı olduğunu bildirmiş, ona həmin telefonu götürüb Yasamal rayon polis idarəsinə gətirməsini söylədiklərinə görə o da həmin mobil telefonu gətirib könüllü olaraq polisə təqdim etmişdir. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs uşaqlıqdan üzünə yandığı maye töküldüyündən sol gözünün görmə qabiliyyəti itmiş, 3-cü qrup əlillik dərəcəsi alsa da vəsiqəsinin harada olmasını bilmir, hazırda buna görə yalnız pensiya kartı vardır. Bundan başqa, oğlu Təqsirləndirilən şəxs hər zaman sakit təbiətli olmaqla müsbət xarakterizə olunmuş, namaz qılıb ibadət etmiş, buna görə də onun bu əməli valideyn kimi onları çox təəcübləndirmişdir, saxlanıldıqdan sonra isə oğlunun hərəkətlərində qeyri-adekvat dəyişikliklər hiss etmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməiclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğlu Şahid2 oğludur, sonuncu ilə bir qohum kimi münasibəti vardır, yaşadıqları evlər çox uzaq olmayan məsafədə eyni məhəllədə yerləşir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Elgün onun mobil telefonuna zəng edərək yaşadığı evin qarşısına gəlməsini xahiş etmiş və onunla işi olduğunu demişdir. Həmin vaxt o, çox məşğul olmadığı üçün ora getmiş, Elgünlə yaşadığı evin qarşısında görüşdükdən sonra sonuncu ona arxası tünd göy rəngdə olan “Redmi by Xiaomi” markalı mobil telefonu göstərib demişdir ki, işlənmiş telefondur, əldən ucuz almış, lakin kodunu səhvən yığdığı üçün bloka düşdüyündən aça bilməmişdir. Elgün ondan xahiş etmişdir ki, həmin telefonun format edilməsinə, yəni sıfırlanıb yenidən açılmasına köməklik etsin. O, uzun müddətdir “android” tipli mobil telefonlar işlətdiyi üçün sıfırlanmasının üsulunu bildiyinə görə həmin mobil telefonu götürüb lazımi düymələrini basıb funksiyanın işə düşməsini gözləmiş və həmin üsul ilə mobil telefon format olunub açılmışdır. Bundan sonra o, Elgün ilə sağollaşıb çıxıb getmişdir. Təxminən 10 gün sonra ona məlum olmuşdur ki, Elgün polis tərəfindən saxlanılıb və səbəbi də bir qadının əlindən həmin mobil telefonu alıb qaçması olmuşdur. Şahid3 ifadəsində əlavə olaraq bildirmişdir ki, qeyd edilən mobil telefonun qanunsuz olaraq əldə edilməsinə dair onda hər hansı bir şübhə yaranmamışdır. Belə ki, o, Elgünü hər zaman sakit təbiətli, davakar olmayan, ibadət əhli olan biri kimi tanımış, onun bu cür qeyri-adekvat hərəkətləri onu çox təəcübləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cavanşir oğlunu, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərinifadələri,məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolun məzmunundan və foto-cədvəldən görünür ki, baxış keçirilən yer Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 9 saylı ünvanın qarşısında yerləşən avtodayanacağın qarşısıdır. Baxış keçirilən yerin yaxınlığında “Badi Səba” şadlıq sarayı və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X13-Tədqiqat Mərkəzi var. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, dayanacaqda avtobus gözləyən zaman yanında olan əvvəllər tanımadığı şəxs ona məxsus olan “X15 7” markalı mobil telefonunu əlindən alaraq yolun qarşı tərəfinə keçməklə qaçıb uzaqlaşmışdır. (iş vər: 5-11). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş dörd nəfər şəxsin arasından soldan 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərək sonuncunun xx xxxxxx 2020-ci il tarixdə mobil telefonunu əlindən dartıb qaçmaqla ona qarşı soyğunçuluq cinayəti törətmiş şəxs olduğunu təsdiq etmişdir. (iş vər: 56-59). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, sonuncu da onun dediklərini təsdiq etməklə cinayət törətdiyini bir daha etiraf etmişdir. (iş vər: 60-62). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli **********04633 və **********41989 imei kodlu mobil telefon Yasamal RPİ-nin inzibati binasında 305 saylı xidməti otaqda iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. (iş vər: 54-55) İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş dörd ədəd “X15 7” markalı mobil telefonların içərisindən 2 rəqəmi ilə nömrələnmiş və Şahid1 istintaq orqanına təhvil verdiyi, yəni “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli **********04633 və **********41989 imei kodlu mobil telefonu arxa hissəsi göy rəngli olmaqla ekranın sol aşağı hissəsində kiçik çat xəttinin olmasına görə tanıyaraq həmin mobil telefonun ona məxsus olduğunu bildirmişdir. (iş vər: 63) İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxx 2020ci il tarixli 353 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlaməti təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxt öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda anlaqlı vəziyyətdədir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (iş vər: 108- 110) İş üzrə məhkəmə tərəfindən təyin edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 53 nömrəli rəyindən müəyyən edilir,yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə əvvəllər fərdi qaydada psixiatr və narkoloqa heç vaxt müraciət etməməsi, psixiatrik və narkoloji tibb müəssisələrində müalicə almaması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyata düşməməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü ümumən sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, törətdiyi əmələ görə peşman olduğunu söyləməsi, müayinə gedişində düşüncəsinin pozulmaması, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, zahiri görünüşünə görə səliqəli olması, sualları mahiyyətinə uyğun şəkildə və məzmunlu cavablandırması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, kifayət qədər məntiqli danışması, nitqində ardıcıllıq müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri şəklində kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, mnestik-koqnitiv funksiyalarından yaddaş və diqqətində kobud pozuntu nəzərə çarpmaması, anamnestik məlumatları kifayət qədər ardıcıllıqla xronoloji qaydada və həqiqətə uyğun şəkildə çatdırması, intellektual cəhətdən qənaətbəxş səviyyədə və təsəvvür zənginliyinin kifayət edəcək həcmdə olmaqla xronoloji yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi, əhvaliruhiyyəsində ümumən sabitlik qeydə alınması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən cinayət əməlini səmimi etiraf etməsi, onun motivlərini lazımi səviyyədə açıqlaması, hadisələrin mahiyyətini açıqlayarkən səmimi olması, fikir və həyəcanlarını həqiqətə uyğun şəkildə tam açıqlamağa çalışması, halhazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı kifayət qədər aydın tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, özünün gələcək aqibətinə diqqətlə yanaşması və s.) sübut edir. Bütün bunlar hal-hazırda onun psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu və məcburi müalicə tədbiri görülməsini tələb etmədiyini göstərir. Yoxlanılan şəxsin müayinə gedişində zahirən bir qədər narahat görünməsi, simasında narazılıq ifadəsinin müşahidə edilməsi, əhvali-ruhiyyə fonunda bir qədər enmə nəzərə çarpması, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaratması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, suallara qısa cavablar verməsi, əsəbi olduğunu qabartması, müxtəlif qeyri-adekvat hərəkətlər etməyə cəhd göstərməklə xəstə olmasına dair təsəvvür yaratmağa çalışması onun belə bir çətin vəziyyətə düşməsindən və xoş olmayan situasiyanın yaranmasından irəli gəlir. Rəydən həmçinin müəyyən edilir ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində, Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi, fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli olmayan şəxs olduğu müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Nitqi və təfəkkürü ardıcıldır, mühakimələrində bir qədər səthilik özünü göstərir. Yaranmış situasiya ilə əlaqədar əhval-ruhiyyəsi qismən enmişdir. Onun emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibəti saxlanılmışdır. Rəylə stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlinmişdir ki: 1) yoxlanılan şəxs X7 qərarın təsviri hissəsində göstərilən və ona ittiham olunan cinayət əməlini törətdiyi anda, yəni xx xxxxxx 2020-ci il tarixdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır. Onda hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur; 2) Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür; 3)Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur; 4) Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri adekvat qavramaq və düzgün təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir; 5) Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. İdrak proseslərinin tədqiqi zamanı hər-hansı kənaraçıxma halları müəyyən edilmədiyindən, o, iş üzrə əhəmiyyətli hesab edilən halların mahiyyətini anlamaq, adekvat olaraq qavramaq, habelə yadda saxlayaraq bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3943 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 200 manat müəyyən olunur. (iş vər: 111-113) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs həmin tarixli ərizəsindən görünür ki, bir ədəd **********04633 və **********41989 imei kodlu “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılmışdır. (iş vər: 115- 116, 154) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 213 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi, bununla da Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı,zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 04:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 42) Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 64-65) xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (iş vər.: 136-137) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-101/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.: 90-93) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan müvafiq tibbi sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “OS buynuz qişasının distrofiyası, yanıqdan sonrakı vəziyyət daxili çəpgözlük” diaqnozu ilə qeydiyyatdadır. Elektron Hökumət Portalının e-gov.az rəsmi saytından verilmiş axtarış üzrə çıxarışdan müəyyən edildir ki, Təqsirləndirilən şəxs “Yapışan leykoma, OS buynuz qışanın distrofiyası (yanıqdan sonrakı vəziyyət). Daxili çəpgözlük. Monokulyar korluq. Çəpgözlüyün digər formaları” diaqnozu ilə müddətsiz 3-cü qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Sənqəçal üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 205 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yol evi yaşayış massivində fərdi evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız olaraq yaşayır. (iş vər: 106) İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Sənqəçal üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər: 107) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər 121-122) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödəməsini, əvvəllər məhkumluğunun olmamasını, 3-cü qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onuncəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bundan başqa, Məcəllənin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edirki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan RespublikasıCM-nin 59.1 və 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdənxx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 06 (altı) ay 16 (on altı) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. AzərbaycanRespublikasıCM-nin 52-1-cimaddəsinəəsasənTəqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd **********04633 və **********41989 imei kodlu “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. (iş vər: 115-116, 154) Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdənxx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 06 (altı) ay 16 (on altı) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasısaxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəliTəqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd **********04633 və **********41989 imei kodlu “Redmi by Xiaomi” markalı, “M1901F76” (Note 7) modelli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatınındəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar