Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-119/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Saatlı rayonu, Soltanabad kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkar, Saatlı rayonu, Soltanabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi zamanı onun tərəfindən işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs fiziki şəxs qismində fərdi sahibkar kimi “xxxx” MTK tərəfindən Yasamal rayonu 3160-cı məhəllə X.Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində tikilmiş 16 mərtəbəli yaşayış binasında həmin MTK ilə bağladığı xx.xx.2020-ci il tarixli 02 nömrəli podrat müqaviləsinə əsasən qaldırıcı qurğunun quraşdırılması, istismarı və təmirini təmin etmək öhdəliyini öz üzərinə götürüb həmin işlərə rəhbərlik etdiyi və sair işləri həyata keçirdiyi zaman “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları» nın 10.1.18 bəndinin tələblərinə uyğun olaraq bütün qaldırıcı qurğularda kabina və paltformalar (səbətlər) tutacaqlarla təmin olunmalı, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları" nın 3.1, 6.34 bəndlərinin tələblərinə uyğun olaraq hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarlarının, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməli, hündürlükdə işləyən işçilər çənəaltı qayışı bağlı olan qoruyucu dəbilqələr geyinməli və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4- 80 saylı «Tikinti norma və qaydaları» nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin tələblərinə uyğun olaraq tikintidə olan bütün şəxslər 12.4.087-80 DÜST-nə uyğun olan qoruyucu dəbilqələr geyinməli, qoruyucu dəbilqələri geyinməmiş fəhlələr və mühəndis-texniki işçilər işlərin icrasına buraxılmamalı, təşkilatın rəhbərlikləri 12.0.004-79 dövlət standartının tələblərinə uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini təşkil etməli, bütün fəhlələrlə təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar üç ayda bir dəfədən az olmayaraq keçirilməli, təşkilat rəhbərləri fəhlələri işə qəbul etdikdən sonra bir aydan gec olmayaraq onları işlərin təhlükəsiz görülməsi metodlar (üsullar) üzrə təlim keçməli, təlim keçməmiş fəhlələrin sərbəst işləməsinə icazə verilməməli, 1,3-m-dən artıq hündürlükdə yerləşən iş yerlərini çəpərləməli, çəpərlənmək mümkün olmadığı halda bu hündürlükdə görülən işlər təhlükəsizlik (qoruyucu) kəmərindən istifadə olunması ilə yerinə yetirməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyərək həmin yüksək mərtəbəli yaşayış binasının fasad divarına bərkidilmiş yük qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan seksiyasında əmələ gəlmiş nasazlığın (əyilmənin) aradan qaldırması üçün onunla işçi kimi faktiki olaraq əmək münasibətlərində olmuş X8 tərəfindən aparılan təmir işlərində hadisənin texniki səbəbi olan Zərərçəkmiş şəxs yüksəklikdən yıxılmasının qarşısının alınması üçün sonuncunu təhlükəsizlik kəməri və qoruyucu dəbilqə ilə, qaldırıcı qurğunun platformasını (səbəti) isə tutacaqlarla təmin etməyərək, həmçinin Fəhrad Məmmədovun əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini həyata keçirməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşmaqla təmir işlərini həmin təhlükəsizlik işlərini təmin etmədən davam etdirdiyindən Fəhrad Məmmədov xx xxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində içərisində olduğu səbətin fiksasiyası üçün bağlanmış qarmaq şəklindəki armaturun sınması nəticəsində səbətin qəflətən sürətlə binanın 12-ci mərtəbəsindən 8-9-cu mərtəbəsi səviyyəsinə enməsi nəticəsində səbətdən binanın həyətinə yıxılaraq ölümünə səbəb olmuş sol yanaq və alt çənə nahiyəsinin, sağ baldırın sıyrıqları, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli sınıqları, baş-beyin toxumasının əzilib-dağılması ilə müşayiət olunmuş kəllə tağı və əsası sümüklərinin sınıqları kimi dərəcələrinə görə sağlamlığa AĞİR zərər vuran, həyat üçün təhlükəli olan xəsarətlər almış və həmin xəsarətlər nəticəsində baş vermiş baş-beyin toxumasının əzilib dağılması nəticəsində baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 il olar ki, Vergilər Nazirliyindən sahibkar kimi qeydiyyatdan keçməklə “**********” nömrəli VÖEN almış, sahibkar kimi əsas işi tikinti şirkətləri ilə podrat müqaviləsi bağlamaqla həmin tikintidə müəyyən işlərin görülməsini müqavilə əsasında öz üzərinə götürməklə fəaliyyət göstərməkdir. Podratçı tərəf kimi fiziki şəxs olaraq onun ixtiyarında işin mahiyyətinə əsasən 8-9 nəfər şəxs olur,.işçilərin gördükləri işin mahiyyətinə uyğun olaraq onlarla lazım olduqda əmək müqaviləsi bağlayır. Podrat müqaviləsi bağladığı tikinti şirkətlərindən biri də “xxxx” MTK-dır. Belə ki, “xxxx” MTK-nın direktoru Şahid3lə onun fərdi sahibkar kimi podratçı tərəf qismində bağladıqları xx xxxxxxx 2020-ci il tarixli 02 nömrəli podrat müqaviləsinə əsasən o, Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində “xxxx” MTK” tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında tikinti işləri ilə əlaqədar qaldırıcı qurğunun quraşdırılması, istismarı və təmirini təmin etmək, tikinti materiallarınınkərpic, sement, qum və.s qəbul edilməsi və onların mərtəbələrə qaldırılması işlərini görməyi, “xxxx” MTK isə sifarişçi kimi razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Podratçı olaraq müqaviləyə əsasən hüquq və öhdəliklərinə öz işçilərinin tikintidə təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməsini, mal-materialı (kərpic, sement, qumu və.s) vaxtlı-vaxtında bosaldılması, binanın mərtəbələrinə verilməsinin təmin edilməsi, işçilərlə əmək müqaviləsi bağlamaq, işçiləri sığortalamaq vəzifəsini təmin etmək aiddir. Həmçinin müqaviləyə əsasən hər hansı işçisi iş zamanı xəsarət alarsa və həyatı üçün təhlükə yaranarsa (ölüm baş verərsə) yenə podratçı olaraq o, cavabdehlik daşıyır. xx xxxxxxx 2020-ci il tarixli 02 nömrəli podrat müqaviləsinə əsasən “xxxx” MTK” tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında qaldırıcı qurğunun quraşdırılmasına həmin tarixdən etibarən başlamış, buna görə o, qaldırıcı qurğunun quraşdırılması, təmiri və istismarının həyata keçirilməsini işini həyata keçirən, Bakı şəhərində bir neçə müxtəlif MTK-lar tərəfindən həyata keçirilən tikintidə qaldırıcı qurğunun quraşdırılmasını və təmirini həyata keçirən 1977-ci il təvəllüdlü X8 ilə şifahi qaydada razılaşmışdır. Qaldırıcı qurğunun avadanalıqları, yəni dəmir turbaları, dəmir burazları, səbətin düzəldilməsi üçün lazım olan dikt və digər avadanlıqları Fəhrad Məmmədov özü alaraq düzəltmiş, xərcləri “xxxx” MTK-nın direktoru tərəfindən ona ödənmiş puldan ödənmişdir. Həmin qaldırıcı qurğu binanın 12-ci mərtəbəsinə qədər 2020-ci ilin noyabr ayının 16-dək qurulmuş və istifadə olunmuşdur. Çünki, həmin vaxtadək binanın yalnız 14cü mərtəbəsi tikilmişdir. Həmin vaxta qədər qaldırıcı qurğunun quraşdırılması və istismarı ilə bağlı hər hansı problem olmamış, hər dəfə 200 manat olmaqla Zərərçəkmiş şəxs 600 manat pul verilmişdir. Həmin pulu ona “xxxx” MTK vermiş, o da Fəhrada nağd şəklində, hər hansı qəbz və ya çek olmadan ödəmişdir. X8 özü qaldırıcı qurğunun sənədin verilməsini təmin etməli olmuş, buna görə ona qaldırıcı qurğunun 16-cı mərtəbədə tam hazır vəziyyətə gətirilməsindən sonra sənədini təhvil verəcəyini demişdir. X8 hər dəfə özünə kömək məqsədi ilə qahumlarını gətirmiş, onlar ona müəyyən işlərdə kömək etmişlər. X8 ilə aralarında hər hansı əmək müqaviləsi və ya başqa yazılı müqavilə bağlanmamışdır. Çünki, Fəhrad onlarda davamlı işləməmiş, lazım olduqda arada 2-3 saat gəlib işləyib, lazımi yerləri düzəltdikdən sonra getmişdir. Onunla bu qaydada gəlib işləri görməyi ilə bağlı razılaşmışlar. xx.xx.2020-ci il tarixdən bir gün qabaq o, X7 zəng vuraraq “xxxx” MTK tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında quraşdırılmış qaldırıcı qurğunun təmirə ehtiyacı olduğunu bildirmiş, belə ki, qaldırıcı qurğunun ən yuxarısındakı seksiyanın yuxarısı əyildiyindən, onu düzəldib yenisini qoymaq lazım olmuşdur. Onun podratçı kimi özünün tabeliyində olan işçilərlə bağlı “Əməyin mühafizəsi və Texniki təhlükəsizlik üzrə giriş təlimatı” jurnalı da vardır, lakin, həmin kitabda X3 hər hansı imzası yoxdur, belə ki, o, ancaq şifahi qaydada təlimatlandırılmış, yazılı qaydada onunla hər hansı təlimatlandırılma aparılmamışdır. Fərhad hər bir təhlükəsizlik qaydalarını bildiyini demişdir Bundan başqa, X8 daimi işləmədiyindən və tikinti yerinə gəlmədiyindən işçilərin işə davamiyyət jurnalına da qol çəkməmiş, adı orada qeyd olunmamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08-09 radələrində Fəhradla qohumu Həsən adlı oğlan qaynaq aparatları ilə birlikdə “xxxx” MTK tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasının həyətinə gəlmiş, onları özü qarşılamışdır. Onlar qaldırıcı qurğunun qülləsinin yanında olanda qaldırıcı qurğunun səbəti yuxarıda, 12-ci mərtəbəsində, içərisi boş olmuşdur. Həmin vaxt hava bir az küləkli və yağışlı olmuş, o Fəhradgili binanın 12-ci mərtəbəsinə pilləkənlərlə qaldırmış, onlara 12-ci mərtəbənin yanında olan qaldırıcı qurğunun ən yuxarı seksiyasının və onun diyircəklərinin əyildiyini göstərib onu düzəltməklərini tapşırmışdır. Həmin vaxt Fəhrada təhlükəsizlik kəməri və ya qoruyucu dəbilqədən istifadə etməsini desə də laqeydlik edib ona həmin əşyaları verməmişdir. Fəhrad özü də ondan kəmər və dəbilqə tələb etməmiş, Həsənlə işə başlayaraq ilkin olaraq ən yuxarıdakı seksiyanının boltlarını açaraq kəndirlə onu binanın içərisinə çəkmiş, seksiyanın üzərində olan diyircəklərin də əyildiyini görüb onları açmışlar. O, bir müddət onların yanında dayanıb mərtəbənin digər tərəfinə getmiş, Fəhradgil ən yuxarıdakı seksiyanı açdıqları üçün boşalmış təxminən 9 metr uzunluğunda boş qalaraq çəkdikləri trosu 12-ci mərtəbədəki dəmirə bağlamışlar. Bu vaxt hələ qaldırıcı qurğunun səbəti 12-ci mərtəbəyə paralel dayanmış, içərisində yük olmamışdır. Səbət qaldırıcı qurğunun dəmirlərinə qarmaq şəkilli armatura keçirilmiş vəziyyətdə olmuş, yəni, həmin armatur onu saxlamış, bunu Fəhrad da görmüşdür. Səbətin üzərində zəncir olmuş, həmin zəncirin qurğuya bağlı olub-olmamasını dəqiq xatırlamır. Fəhradgil əyilmiş diyircəkləri düzəltmiş, açdıqları seksiyasını isə sıradan çıxdığı üçün yerinə, yenisini isə həm hava şəraiti pis olduğundan, həm də vaxt aparacağı üçün bağlamamışlar. Diyircəkləri sondan ikinci seksiyanın üzərində Fəhrad boltla bağlamış, bundan qabaq isə onlar armaturlarla həmin seksiyanı binanın içərisində olan armaturarlara qaynaq aparatı ilə birləşdirmişlər. Fəhrad qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan səbətinin içərisinə daxil olararaq boş qalmış təxminən 9 metr trosu düzəldib lap aşağıdan barabanı yığdırıb trosu barabana tam yığdırdıqdan sonra səbətin keçirildiyi qarmağı çıxarıb səbəti aşağıdan pultla həyətə endirmək istəmiş, bunun üçün dəmirə bağlanmış boşda qalan trosu diyircəklərin üzərinə keçirmişdir. O, həmin vaxt yavaş-yavaş aşağı, yəni pilləkənlərlə birinci mərtəbəyə düşməyə hazırlaşmış, Həsən isə Fəhradın yanında olmuşdur. Pilləkənlərdə olarkən Həsənin qışqırıq səsini eşitmiş, Həsənin sürətlə yanından keçərək pilləkənlərlə aşağıya düşməsini görüb onunla birlikdə aşağıya düşmüşdür. Onlar qaldırıcı qurğunun motorunun yanına gəldikdə Fəhradın yerdə uzanılı vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt saat təxminən 09:30 radələri olmuş, o, Fəhradın əlini sıxdıqda nəbzinin vurduğunu görmüş və dərhal təcili tibbi yardım çağırmışlar. Bir qədər sonra təcili tibbi yardımın əməkdaşları gəlmiş, lakin Fəhradın öldüyünü bildirib getmişlər. Bundan sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəlmiş, Fəhradın meyiti müayinə üçün Yasamal rayon ekspertizasına aparılmışdır. Qaldırıcı qurğunun yuxarısında səbətin ilişdirildiyi qırılmış qarmağını bir hissəsi qalmışdır. Səbətin içərisində Fəhradın öz adi papağı, kəndir və qırılmış qarmağın bir tərəfi qalmışdır. Daha sonra özunu təqsirli bilməsini, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsin olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 hüquqi varisi Nümayəndə ifadəsində göstərmişdir ki, X8 onun böyük qardaşıdır. Fəhrad özü, 3 qızı və həyat yoldaşı ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində kirayədə yaşamışdır. Uzun müddətdir ki, tikinti həyata keçirilən binalarda hər hansı müqavilə olmadan, yəni işçisi olmadan yüklərin daşınması üçün nəzərdə tutulmuş qaldırcı qurğuların əvvəldən quraşdırılması, təmiri və istismarına lazım olduqda nəzarəti həyata keçimişdir. Fəhrad tikinti şirkətlərin aldıqları avadanlıqlarla qaldırıcı qurğuları quraşdıraraq şirkətlərə bir iki dəfə səbətə yükləri yuxarı qaldıraraq normal işləməsini yoxladıqdan sonra təhvil vermişdir.xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, qardaşı Fəhradın həmin gün səhər saat 09:30 radələrində Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində “xxxx MTK tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında qaldırıcı qurğunu təmir edərkən yıxılaraq ölməsi barədə xalası oğlu, həmin vaxt Fəhradın yanında olan Həsəndən məlumat almışdır. Dərhal Fəhradın meyitin aparıldığı Yasamal rayon ekspertizasına gəlmiş, Həsənlə və digər əməkdaşlarla söhbət edərkən qardaşı Fəhradın qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan səbətinin içərisinə daxil olararaq boş qalmış təxminən 9 metr trosu düzəldib lap aşağıdan barabanı yığdırıb trosu barabana tam yığdırdıqdan sonra səbətin keçirildiyi qarmağı çıxarıb səbəti aşağıdan pultla həyətə endirmək istədiyini, səbətin içərisinə düşər-düşməz səbət qəflətən, sürətlə aşağıya getdiyini və 8-9 cu mərtəbələrin arasında qəflətən dayandığını və qardaşı Fəhradın səbətin içərisindən yerə yıxılaraq öldüyünü öyrənmişdir. Sonradan qardaşı Fəhradın meyiti müayinə olunduqdan sonra dəfn edilmişdir. Əlavə olaraq, Nümayəndə bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, boş vaxtlarında yaşayış binalarında qaldırıcı qurğunun quraşdırılması, təmiri və istismarına nəzarət edən doğma xalası oğlu X7 köməklik etmişdir. Belə ki, Fəhrad uzun müddətdir ki, tikinti həyata keçirilən binalarda yüklərin daşınması üçün nəzərdə tutulmuş qaldırcı qurğuların əvvəldən quraşdırılması, təmiri və istismarına lazım olduqda nəzarəti həyata keçirmişdir. Fəhrad tikinti şirkətlərin aldıqları avadanlıqlarla qaldırıcı qurğuları quraşdıraraq şirkətlərə bir iki dəfə səbətə yükləri yuxarı qaldıraraq normal işləməsini yoxladıqdan sonra təhvil vermişdir. xx.xx.2020-ci il tarixdə Fəhrad ona Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində “xxxx” MTK tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında 1-2 saatlıq təmir işi olduğunu bildirərək ona kömək etməsini xahiş etmişdir. Ona Fəhrad qaldırıcı qurğunun ən yuxarısındakı seksiyanın yuxarısının əyildiyini, onu düzəldib yenisini qoyacaqlarını bildirdikdə o da razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08-09 radələrində Fəhradla onun qaynaq aparatlarını da götürüb “xxxx” MTK tərəfindən tikilməkdə olan 16 mərtəbəli yaşayış binasının həyətinə getmişlər. Onları həmin yerdə Fəhradı həmin yerə çağıran bildiyi qədər podrat müqaviləsi əsasında işləyən Təqsirləndirilən şəxs adlı şəxs qarşılamış, o, özü həmin tikinti yerinə birinci dəfə getmişdir. Onlar qaldırıcı qurğunun qülləsinin yanında olanda qaldırıcı qurğunun səbətinin yuxarıda, 12-ci mərtəbədə olduğunu, içərisinin də boş olduğunu görmüşlər. Həmin vaxt hava bir az küləkli və yağışlı olmuşdur. Ramil onların binanın 12-ci mərtəbəsinə pilləkənlərlə qaldırmış, onlara 12-ci mərtəbənin yanında olan qaldırıcı qurğunun ən yuxarı seksiyasının və onun diyircəklərinin əyildiyini göstərib onu düzəltməklərini tapşırıb başqa mərtəbələrə düşmüşdür. Həmin vaxtı onlara Ramil tərəfindən hər hansı təhlükəsizlik kəməri və ya qoruyucu dəbilqə verilməmiş, həmçinin kəmər və dəbilqə taxılması barədə Fəhrada heç nə deməmişdir. Fəhrad özü də kəmər və dəbilqə tələb etməmişdir. Fəhrad bir neçə dəfə həmin tikinti yerinə gələrək qaldırıcı qurğunu düzəltmişdir. Fəhradla onlar işə başlayaraq ilkin olaraq ən yuxarıdakı seksiyanının boltlarını açaraq kəndirlə onu binanın içərisinə çəkmiş, seksiyanın üzərində olan diyircəklərin də əyildiyini görüb onları açmış, ən yuxarıdakı seksiyanı açdıqları üçün boşalmış təxminən 9 metr uzunluğunda boş qalaraq çəkdikləri trosu 12-ci mərtəbədəki dəmirə bağlamışlar. Bu vaxt hələ qaldırıcı qurğunun səbəti 12-ci mərtəbəyə parallel dayanmış, içərisində yük olmamışdır. Səbət qaldırıcı qurğunun dəmirlərinə qarmaq şəkilli armatura keçirilmiş vəziyyətdə olmuş, yəni, həmin armatur onu saxlamışdır. Bunu Fəhrad və o da görmüşdür. Səbətin üzərində olan zəncir isə heç yerə bağlanmamış, Fəhrad da onu heç yerə bağlamamışdır. Onlar əyilmiş diyircəkləri düzəltmiş, açdıqları seksiyasnı isə sıradan çıxdığı üçün yerinə bağlamamışlar. Yenisini isə həm hava şəraiti pis olduğundan, həm də vaxt aparacağı üçün bağlamamışlar. Diyircəkləri sondan ikinci seksiyanın üzərində Fəhrad boltla bağlamış, bundan qabaq isə onlar armaturlarla həmin seksiyanı binanın içərisində olan armaturarlara qaynaq aparatı ilə birləşdirmişdir. Fəhrad qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan səbətinin içərisinə daxil olararaq boş qalmış təxminən 9 metr trosu düzəldib lap aşağıdan barabanı yığdırıb trosu barabana tam yığdırdıqdan sonra səbətin keçirildiyi qarmağı çıxarıb səbəti aşağıdan pultla həyətə endirmək istəmişdir. Bunun üçün dəmirə bağlanmış boşda qalan trosu diyircəklərin üzərinə keçirmişdir. Özü isə ayağını səbətin içərisinə qoyaraq səbətin içinə girmiş, həmin vaxt onda hər hansı təhlükəzsilik kəməri və qoruyucu dəbilqə olmamışdır. Eyni zamanda Fəhrad adi kəndirlə və ya başqa vasitə ilə də özünü hər hansı yerə bağlamamışdır. Onlar son işləri görərkən yanlarında heç kim olmamışdır. Ramil 12-ci mərtəbənin digər tərəfində olmamış, xalası oğlu Fəhrad səbətin içərisinə düşər-düşməz səbət qəflətən, sürətlə aşağı ya getmiş və 8-9 cu mərtəbələrin arasında qəflətən dayanmış, Fəhrad səbətin içərisindən yerə yıxılmışdır. Səbətin düşməsinə səbəb onun qaldırıcı qurğuda saxlayan qarmaq şəkilli armaturun qırılması olmuşdur. Səbət elə 8-9-cu mərtəbələrin arasında qalmışdır. O, yuxarıdan Fəhradın aşağı enməsini və yerə yıxılmasını görərək qışqırmış, dərhal qışqıra-qışqıra pilləkənlərlə aşağı, binanın həyətinə düşmüş, onunla birlikdə deyəsən Ramil də aşağıya enmişdir. Onlar qaldırıcı qurğunun motorunun yanına gəldikdə Fəhradın yerdə uzanılı vəziyyətdə olduğunu görmüş, Fəhradın əlini sıxdıqda nəbzinin vurduğunu görərək və dərhal təcili tibbi yardım çağırmışlar. Bir qədər sonra təcili tibbi yardımın əməkdaşları gəlmiş, lakin Fəhradın öldüyünü bildirib getmişlər. Bundan sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəlmiş, Fəhradın meyiti müayinə üçün Yasamal rayon ekspertizasına aparılmışdır. Qaldırıcı qurğunun yuxarısında səbətin ilişdirildiyi qırılmış qarmağını bir hissəsi qalmışdır. Səbətin içərisində Fəhradın öz adi papağı, kəndir və qırılmış qarmağın bir tərəfi qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin fevral ayından etibarən rəsmi qaydada əmək müqaviləsi əsasında “xxxx” MTKda texniki nəzarətçi işləyir. Belə ki, Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində MTK tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisi həyata keçirilir. Aralarında bağlanmış əmək müqaviləsinə əsasən əmək funksiyası aparılan tikintidə nəzarət funksiyasını həyata keçirmək, yəni konstruksiyanın layihə üzrə düzgün yığılmasına nəzarət etməkdir. Bütün sahələr üzrə fiziki şəxslərlə podrat müqavilələri bağlanmışdır. Bunlara görə tikintidə işləyən şəxslərin texniki təhlküsizliyi ilə bağlı məsələləri həmin podratçılar özlərinə aid işçilərlə özləri həyata keçirmiş, əmək müqavilələrini özləri bağlamış, bütün lazımi kitab və jurnalları özləri təmin edərək işçilərinə imza etdirmişlər. Ona görə də X8 adlı şəxsi tanımamışdır. Lakin, onu binanın qarşısında quraşdırılmış qaldırıcı qurğuda işləyərkən görmüşdür. Onun “xxxx” MTK ilə hər hansı iş əlaqəsi olmadığından onunla hər hansı əmək müqaviləsi bağlanmamışdır. Belə ki, həmin şəxsi qaldırıcı qurğunun quraşdırılması, istismarı və təmirini təmin etmək öhdəliyini podrat müqaviləsinə əsasən üzərinə götürmüş Təqsirləndirilən şəxs dəvət etmişdir. Quraşdırılmış qaldırıcı qurğunun avadanlıqlarının kimə məxsus olması, necə və haradan, kim tərəfindən satın alınması, sənədinin olubolmaması barədə əmək funksiyasına uyğun olaraq hər hansı məlumatı yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, “tikilməkdə olan 16 mərtəbəli yaşayış binasına gəldikdə Təqsirləndirilən şəxs binanın 12-ci mərtəbəsində həmin Fəhrad Məmmədovla birlikdə olduğunu, yanlarında başqa tanımadığı şəxsin olduğunu görmüşdür. O, sonradan orada işi olmadığından binanın 1-ci mərtəbəsinə düşmüşdür. Saat təxminən 10 radələrində X8 adlı həmin şəxsin qaldırıcı qurğunun səbətinin içərisində olan zaman səbətinin 12-ci mərtəbədən qəflətən 9-cu mərtəbəyə qədər enməsi və onun səbətin içərisindən yerə, binanın həyətinə yıxılmasını eşitmiş, yanına yaxınlaşdıqda Fəhrad təzə yıxılmışdır. Bir qədər sonra təcili tibbi yardımın əməkdaşları gəlmiş, lakin Fəhradın öldüyünü bildirib getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cild 52-53-cü vərəqələrində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 181-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx xxxxxx 2020-ci il tarixli, 164 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi ekspertizasına, laborator müayinənin cavabına əsasına, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinib: X3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol yanaq və alt çənə nahiyəsinin, sağ baldırın sıyrıqları, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli sınıqlar; baş-beyin toxumasının əzilib-dağılması ilə müşayiət olunmuş kəllə tağı və əsası sümüklərinin sınıqları. 2. Göstərilən xəsarətlər hayatidirlər, ölümündən az əvvəl küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənməsi mümkündür və ümumilikdə ölümünə səbəb olmuş sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. 3. X3 ölümünə səbəb baş-beyin toxumasının əzilib dağılması nəticəsində baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma olmuşdur, ölüm meyitin müayinəsindən təxminən 4-6 saat əvvəl baş vermişdir. 4. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 206-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/3857 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində “xxxx” MTK tərəfindən tikilməkdə olan yüksək mərtəbəli yaşayış binasının fasad divarına bərkidilmiş yük qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan seksiyada əmələ gəlmiş nasazlığın (əyilmənin aradan qaldırması üçün aparılan təmir işlərində yüksəklikdən yıxılmasının qarşısının alınması üçün Təhlükəsizlik kəmərindən və qoruyucu dəbilqədən istifadə edilmədiyinə, qaldırıcı qurğunun platforması (səbəti) tutacaqlarla təmin edilmədiyinə, eləcə də bu işlərin aparılmasına cəlb olunmuş X8 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydalarının” 10.1.18 bəndi "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları" nın 3.1, 6.34 bəndlərinin və “ Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “ Tikinti norma və qaydaları”nın 1.11, 1.19, 1.20.2.26 bəndlərinin tələbləri pozulmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev, X Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində « xxxx » MTK tərəfindən tikilməkdə olan yüksək mərtəbəli yaşayış binasının fasad divarına bərkidilmiş yük qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan seksiyada əmələ gəlmiş nasazlığın (əyilmənin) aradan qaldırması üçün aparılan təmir işlərində yüksəklikdən yıxılmasının qarşısının alınması üçün təhlükəsizlik kəmərindən və qoruyucu dəbilqədən istifadə edilmədiyindən qaldırıcı qurğunun platforması (səbəti) tutacaqlarla təmin edilmədiyinə, eləcə də bu işlərin aparılmasına cəlb olunmuş X8 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydalar» nın 10.1.18 bəndi, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları" nın 3.1, 6.34 bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4- 80 saylı «Tikinti norma və qaydalar» nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin tələbləri podrat müqaviləsinə əsasən yük qaldırıcı qurğuda görülən işlərə rəhbərlik edən, fiziki şəxs Təqsirləndirilən şəxs Əlimardan oğlu tərəfindən pozulmuşdur. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cinayət işinin 1-ci cild 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3/2009 nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş qaldırıcı qurğunun qülləsinin yuxarı hissəsində dəmir künclükdən keçirilmiş qarmaq şəkilli dəmir armatur və səbətin içərisində olan dəmir armatur hissələri vahid bütövlük təşkil edir və eyni predmetin hissələridir. Həmin armatur hissələrinin artıq yükün təsirindən qırılması mümkündür. Cinayət işinin 1-ci cild 214-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat təşkil etmişdir. Cinayət işinin 1-ci cild 219-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 10/74 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində “xxxx” MTK tərəfindən tikilməkdə olan yüksək mərtəbəli yaşayış binasının fasad divarına bərkidilmiş yük qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan seksiyada əmələ gəlmiş nasazlığın (əyilmənin aradan qaldırması üçün aparılan təmir işlərində yüksəklikdən yıxılmasının qarşısının alınması üçün Təhlükəsizlik kəmərindən və qoruyucu dəbilqədən istifadə edilmədiyinə, qaldırıcı qurğunun platforması (səbəti) tutacaqlarla təmin edilmədiyinə, eləcə də bu işlərin aparılmasına cəlb olunmuş X8 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və talimatlandırmalar keçirilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına aid olan “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydalarının” 10.1.18 bəndi "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları" nın 3.1, 6.34 bəndlərinin və “ Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “ Tikinti norma və qaydaları”nın 1.11, 1.19, 1.20.2.26 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir.Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev, X Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində « xxxx » MTK tərəfindən tikilməkdə olan yüksək mərtəbəli yaşayış binasının fasad divarına bərkidilmiş yük qaldırıcı qurğunun 12-ci mərtəbə səviyyəsində olan seksiyada əmələ gəlmiş nasazlığın (əyilmənin) aradan qaldırması üçün aparılan təmir işlərində yüksəklikdən yıxılmasının qarşısının alınması üçün təhlükəsizlik kəmərindən və qoruyucu dəbilqədən istifadə edilmədiyindən qaldırıcı qurğunun platforması (səbəti) tutacaqlarla təmin edilmədiyinə, eləcə də bu işlərin aparılmasına cəlb olunmuş X8 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydalar» nın 10.1.18 bəndi, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları" nın 3.1, 6.34 bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydalar» nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin tələbləri podrat müqaviləsinə əsasən yük qaldırıcı qurğuda görülən işlərə rəhbərlik edən, fiziki şəxs Təqsirləndirilən şəxs Əlimardan oğlu tərəfindən pozulmuşdur. Cinayət işinin 1-ci cild 218-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cinayət işinin 1-ci cild 91-93-cü vərəqələrində olan “xxxx” MTK ilə fərdi sahibkar Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, “xxxx” MTK tərəfindən tikintisi həyata keçirilən Yasamal rayonu 3160-cı məhəllə X.Mustafayev, X.Dadaşov və M.Ş.Məmmədov küçələrinin kəsişməsində 16 mərtəbəli yaşayış binasında qaldırıcı qurğunun quraşdırılması, istismarı və təmirini təmin etmək, həmçinin tikinti materiallarının-kərpic, sement, qum və.s qəbul edilməsi və onların mərtəbələrə qaldırılması işlərini həyata keçirilməsini podratçı kimi Təqsirləndirilən şəxs öz öhdəsinə götürmüşdür. Həmin podrat müqaviləsinin 2.2.1-ci bəndinə əsasən öz işçilərinin Tikintidə təhlükəsizlk və əməyin mühafizəsi qaydalarına riayət etmələrini təmin etmək, 2.2.3-cü bəndinə əsasən podratçının işçilərlə əmək müqaviləsi bağlamaq vəzifələri, 2.2.4-cü bəndə əsasən isə hər hansı işçinin iş zamanı xəsarət alması və ya həyatı üçün təhlükə yaranması (ölüm baş verdiyi halda) halında podratçının məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 94-cü vərəqəsində olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 5 saylı Ərazi Vergilər İdarəsindən fiziki şəxs olaraq fərdi sahibkar kimi qeydiyyatdan keçərək ********** nömrəli “VÖEN” əldə etmişdir. Cinayət işinin 1-ci cild 102-104-cü vərəqələrində olan Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş “X2”nın texniki təhlükəsizlik təlimatının qeydiyyatı bölməsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X8 ilə bağlı hər hansı təlimatlandırma həyata keçirilməmişdir. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cild 50-51-ci vərəqələrində olan AZE-№11217704 və AZE- №11217776 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 olan 2 azyaşlı uşaqları vardır. Cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan zərəçəkmiş şəxs X3 hüquqi varisi Nümayəndə və həyat yoldaşı X1 ərizələrindən görünür ki, hər hansı şəxsdən hər hansı şikayət və tələbləri yoxdur. Cinayət işinin 2-ci cild 01-20-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd armatur parçası cinayət işinin materiallarına əlavə edilə bilmədiyindən maddi sübut qismində tanınaraq Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş, bir ədəd kəndir iş üzrə əhəmiyyət kəsb etmədiyindən məhv edilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd papaq isə sonuncunun ailə üzvlərinə qaytarılmışdır. Cinayət işinin 2-ci cild 66-cı vərəqəsində olan Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil Kommunal İstismarı Sahəsindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 53/133 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi zamanı onun tərəfindən işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər mötəbər sübutlarla tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özunu təqsirli bilməsini, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, həbsə alındığı halda ailəsinin vəziyyətinin acınacaqlı hala düşə biləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd armatur iş üzrə əhəmiyyət kəsb etmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd papaq isə sonuncunun ailə üzvlərinə qaytarıması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 410 (dörd yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qirx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilsin. İş maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd armatur iş üzrə əhəmiyyət kəsb etmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə digər maddi sübut olan zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd papaq isə sonuncunun ailə üzvlərinə qaytarıması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 410 (dörd yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-119/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-119/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver