Məhkəmə qərarları › İş №1(004)-119/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-119/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-119/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olunmayan, işləməyən, Cəlilabad rayonu, Privolnoyev kəndində qeydiyyatda olan, ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 20.09 1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanına qanunsuz daxil olmaqla oradan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 1600 manat dəyərində «REGAL» markalı televizoru gizli olaraq talamaqla zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanına qanunsuz daxil olmaqla oradan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 800 manat pulu, 01 ədəd 3500 manat dəyərində «Lenovo» markalı kompyuteri, 01 ədəd 90 manat dəyərində modemi, ümumi dəyəri 650 manat olan 13 ədəd qol saatını, ümumi qiyməti 1150 manat olan 04 ədəd yataq dəsdini və ümumi dəyəri 300 manat olan 10 ədəd dəsmalı gizli olaraq talamaqla zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6390 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanına qanunsuz daxil olmaqla oradan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 1600 manat dəyərində «REGAL» markalı televizoru gizli olaraq talamaqla zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanına qanunsuz daxil olmaqla oradan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 800 manat pulu, 01 ədəd 3500 manat dəyərində «Lenovo» markalı kompyuteri, 01 ədəd 90 manat dəyərində modemi, ümumi dəyəri 650 manat olan 13 ədəd qol saatını, ümumi qiyməti 1150 manat olan 04 ədəd yataq dəsdini və ümumi dəyəri 300 manat olan 10 ədəd dəsmalı gizli olaraq talamaqla zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6390 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğurluq hadisələrində iştirak etməmişdir. Belə ki, o, ünvan 4 ünvanda Təqsirləndirilən şəxs2lə kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs2 qalmağa yeri olmadığından müvəqqəti olaraq onun yanında qalmışdır. Onlar birlikdə Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında olan Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 5 mərtəbəli binanın həyətinə getmişdirlər. Təqsirləndirilən şəxs2 onun idman çantasını götürüb həmin ünvanda olan binanın 4-cü mərtəbəsinə qalxmışdır. O, isə onu aşağıda gözləmişdir. Bir qədər keçdikdən sonra o Mənsuru 2-ci mərtəbən çağırmışdır. O, aşağı düşdükdə ondan götürdüyü qara rəngli idman çantasını içi dolu vəziyətdə ağzı bağlı ona vermişdir. Birlikdə «İnşaatçılar» metrostansiyasının yanında olan taksiyə minib yaşadıqları ünvana gəlmişlər. Mənzildə çantanı ağzını açaraq içərisindən 1 ədəd qırmızı rəngli kompyuter, 1 ədəd ağ rəngli modem stolun üstünə qoymuşdur. Bundan başqa Mənsurla ilə birlikdə Yasamal rayonu, D.Bünyatzadə küçəsində olan 9 mərtəbəli binanın qarşısınada getmişdirlər. Həmin binadan Mənsur 1 ədəd televizor və selovan paketdə 2 ədəd saç feni ilə aşağı düşmüşdür. Oğurluğu Mənsur etmişdir. Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, Mənsurla birlikdə Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında olan Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 5 mərtəbəli binanın həyətinə getmişlər. Orada Mənsura bildirmişdir ki, burda bir mənzil var, evdə heç kim yoxdur. Onda olan qara rəngi idman çantasını Təqsirləndirilən şəxs2 alaraq ona 4-cü mərtəbəyə qalxıb gözləməyini bildirmişdir.O, 4-cü mərtəbəyə qalxmış, o isə özündə olan açarla mənzilin qapısın açaraq mənzilə daxil olmuşdur. Bir qədər keçdikdən sonra o Mənsuru 2-ci mərtəbən çağırmışdır. O, aşağı düşdükdə ondan götürdüyü qara rəngli idman çantasını içi dolu vəziyətdə ağzı bağlı ona vermişdir. O, çantanı götürərək mənzilin qapısından içəri baxdığı zaman ondan niyə evi dağıtdığını soruşduqda ona aşağı düşməyini bildirmiş və onu mənzilə girməyə qoymamışdır. O, çantanı götürüb 1-ci mərtəbəyə düşmüş, bir neçə dəqiqə sonra onun arxası ilə gəlmiş və birlikdə «İnşaatçılar» metrostansiyasının yanında olan taksiyə minib yaşadıqları ünvana gəlmişlər. Mənzildə çantanı ağzını açaraq içərisindən 1 ədəd qırmızı rəngli kompyuter, 1 ədəd ağ rəngli modem stolun üstünə qoymuş, kompyuteri isə kənara qoyaraq ona «bunların məsələsinə sonra baxarıq»-demişdir. Həmin vaxt çantanın içərisində olan digər əşyaların ona göstərməmişdir. İşinin olduğunu bildirərək onunla birlikdə həyətə düşmüşmüşlər. Evdə olarkən ona bildirmişdir ki, oğurluq elədiyi mənzildə olan zərfin içərisindən 100 manat pul çıxmışdır. Həyətdə dükana girib öz borcununu verib çıxdıqdan sonra Mənsura 50 manat pul vermişdir və işi olduğunu bildirərək ondan ayrılmışdır. Bundan sonra Mənsurla ilə birlikdə Yasamal rayonu, D.Bünyatzadə küçəsində olan 9 mərtəbəli binanın qarşısına getmişlər. Mənsura bildirmişdir ki, həmin binadan oğurluq edəcəkdir, Mənsur onun dediyi ilə razılaşmış və aşağıda gözləmişdir ki, gələn olsa, ona xəbər etsin. Binaya özü daxil olmuş, Mənsur isə onu binanın girişində gözləmişdir. Təxminən 30-40 dəqiqə sonra o, əlində 1 ədəd televizor və selovan paketdə 2 ədəd saç feni ilə aşağı düşmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rasimlə birlikdə Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında olan Yasamal rayonu, A.M.Şərifzadə küçəsində küçədə yerləşən 5 mərtəbəli binanın həyətinə getmişdirlər. Orada Təqsirləndirilən şəxs1 ona burda bir mənzil olduğunu, mənzildə isə heç kimin olmadığını bildirərək onda olan qara rəngi idman çantasını alaraq ona 4-cü mərtəbəyə qalxıb gözləməyini bildirmişdir. O, 4-cü mərtəbəyə qalxmış, Rasim isə açarla mənzilin qapısın açaraq mənzilə daxil olmuşdur. O, 4-cü mərtəbədən 1-ci mərtəbəyə düşmüş və siqaret çəkdikdən sonra təkrarən 4-cü mərtəbəyə qalxmışdır. Bir qədər keçdikdən sonra Rasim onu 2-ci mərtəbən çağırmışdır. O, aşağı düşdükdə Rasim ondan götürdüyü qara rəngli idman çantasını içi dolu ağzı bağlı vəziyətdə ona vermişdir. Çantanı götürərək mənzilin qapısından içəri baxdığı zaman Rasimin mənzilin isərisində olan əşyaları dağıtdığını görmüş və ondan niyə evi dağıtdığını soruşduqda ona aşağı düşməyi bildirmiş və onu mənzilə girməyə qoymamışdır. O, çantanı götürüb 1-ci mərtəbəyə düşmüşdür Bir neçə dəqiqə sonra Rasim arxası ilə gəlmiş və birlikdə «İnşaatçılar» etrostansiyasının yanında olan taksiyə minib Rasimin yaşadığı ünvana gəlmişlər. Mənzildə Rasim çantanın ağzını açaraq içərisindən 1 ədəd qırmızı rəngli kompyuter, 1 ədəd ağ rəngli modem stolun üstünə qoymuş, kompyuteri isə kənara qoyaraq ona “bunların məsələsinə sonra baxarıq” -demişdir. Həmin vaxt çantanın içərisində olan digər əşyaları ona göstərməmiş və işinin olduğunu bildirərək onunla birlikdə həyətə düşmüşdür. Onlar evdə olarkən Rasim bildirmişdir ki, oğurluq elədiyi mənzildə olan zərfin içərisindən 100 manat pul çıxmışdır. Həyətdə o, dükana girib öz borcunu verib çıxdıqdan sonra ona 50 manat pul vermiş və işi olduğunu bildirərək ondan ayrılmışdır. O, 50 manatı götürüb «İnşaatçılar» metrostansiyasının yaxınlığında olan çayxanaya getmişdir. Təxminən 2 saat axt keçdikdən sonra evə qayıtmış, qapının bağlı olduğunu görərək təkrarən geri qayıtmışdır. Axşam saatlarında təkrarən Rasimin yaşadığı ünvana getmiş, mənzilin qapısının döymüş, açan olmadığı üçün çıxıb başqa yerdə qalmağa getmişdir. Bir necə gündən sonra o, Rasimin yaşadığı üunvanda olduğu zaman Rasim ona bildirmişdir ki, həmin mənzildən götürdüyü kompyuteri satmaq lazımdır. Bu zaman Rasimin tanışı Rüfət onlara gəlmiş və Rasim həmin tanışına onu göstərərək “bunun kopmyuterini sata bilərsənmi”-demişdir. Rüfət isə sata biləcəyini bildirib kompyuteri götürərək çıxıb getmişdir. Növbəti gün Rüfətlə Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında görüşmüş və kompyuteri 130 manat satıb, 20 manat yol puluna çıxdığını bildirərək ona 110 manat pul vermişdir. Həmin pula özünə idaman ayaqqabısı almış və evə bazarlıq edərək Rasimin yaşadığı mənzilə gəlmişdir. Orada o, ərzaqları soyuducuya yığmış və təxminən qalan 70 manat pulu masanın üzərinə qoymuşdur. Növbəti gün o, gedəndə həmin puldan 5 manat yol pulu kimi götürmüşdür. Bundan sonra Rasim ilə birlikdə Yasamal rayonu, D.Bünyatzadə küçəsində olan 9 mərtəbəli binanın qarşısına getmişlər. Rasim ona bildirmişdir ki, həmin binadan oğurluq edəcəkdir, onun dediyi ilə razılaşmış və aşağıda gözləmişdir ki, gələn olsa, ona xəbər etsin. Rasim binaya daxil olmuş, o isə onu binanın girişində gözləmişdir. Təxminən 30-40 dəqiqə sonra Rasim əlində 1 ədəd televizor və sellofan paketdə 2 ədəd saç feni ilə aşağı düşmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddətdə ərzində ünvan 2 ünvanında olmadığı müddətdə naməlum şəxslər qanunsuz daxil olmaqla oradan qiyməti 1600 manat dəyərində «REGAL» markalı televizoru gizli olaraq talamaqla oğurlamışlar. Oğurluğu xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin ünvana gələndə mənzilin qapısını açıb içəri daxil olmuş, mənzilin içərisində olan geyim və digər əşyalar dağıdılmış olduğunu, otaqda divardan asılmış televizorun oğurlandığını müşahidə etmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi və tələbkardır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə yaşadığı mənzilə qayıtdıqda evdə olan əşyaların tamamilə dağıdıldığını görmüşdür. Mənzilin bərbat vəziyyətdə olduğundan, əşyaların dağılmasına görə başa düşmüşlər ki, evdən oğurluq olubdur. Baş vermiş oğurluq hadisəsi barədə Yasamal RPi-nin 29-cu PB-nə məlumat vermişlər. Polis əməkdaşları mənzilə gələrək baxış keçirmişlər. O, ərizə yazdıqda bildirmişdir ki, evdən 600 manat pul, 01 ədəd «Lenovo» markalı kompyuter və 01 ədəd modem oğurlanmışdır. Mənzildə dağıdılmış əşyaları yığdıqda ona məlum olmuşdur ki, evdən 800 manat pul, 01 ədəd 3500 manat dəyərində «Lenovo» markalı kompyuter, 01 ədəd 90 manat dəyərində modem, 13 ədəd saat, həmin saatların markasını xatırlamır, lakin görsə tanıya bilər, saatların hər birinin təxminən 50 manat olmaqla, ümumi qiyməti təxminən 650 manat, 450, 350, 200 və 150 manat olamaqla ümumi qiyməti 1150 manat olan 04 ədəd yataq dəsti və hər biri 30 manat olmaqla ümumi dəyəri 300 manat olan 10 ədəd dəsmal oğurlanmışdır. Ona ümumilikdə 6390 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərdən tələbkar və şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 eyni xususuatlar üzrə ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yeri ünvan 5 ünvanında yerləşir (səh. 8-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yeri ünvan 3 ünvanında yerləşir (səh. 26-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaların tanınması” protokolundan görünür ki, əşyalardan tanıma üçün təqdim edilən televizorların sırasından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 «REGAL» markalı televizoru tanıyaraq ona məxsus olduğunu yaşadığı evdən oğurlandığını təsdiq etmişdir (səh. 183-185). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaların tanınması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvana baxış keçirilərkən mənzildən xx.xx.2022-ci il tarixli protokol əsasında götürülmüş əşyalardan tanıma üçün vahid nüsxələrdə «Lenovo» markalı kompyuter və 01 ədəd Wifi aparatı adlanan modem tanma üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim edilmiş, həmin qeyd olunan «Lenovo» markalı kompyuter və 01 ədəd Wifi aparatı adlanan modemi tanıyaraq ona məxsus olduğunu yaşadığı evdən oğurlandığını təsdiq etmişdir (səh. 186- 188). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8425 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada 01 ədəd qara rəngli Reqal markalı 43FD289RS model türkiyə istehsalı televizor 450 manat, 01 ədəd qırmızı rəngli Lenovo markalı intel inside Core 13 texniki göstəricilərə malik noutbuk-280 manat, 01 ədəd ağ rəngli İNNBOXE80 model modem-20 manat olması müəyyən edilmişdir (səh. 194-196). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünürki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvana baxış keçirilərkən mənzildən xx.xx.2022-ci il tarixli protokol əsasında götürülmüş «Lenovo» markalı kompyuter və 01 ədəd Wifi aparatı adlanan modem, yəni 01 ədəd qara rəngli Reqal markalı 43FD289RS model türkiyə istehsalı televizor maddi sübut kimi tanmış və zərərçəkmiş şəxslərə qaytarılmışdır (səh. 256-257). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 221.3-cü maddəsində həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və həbs qətimkan tədbirinə xitam verilərək MSY-dən azad edilmişdir (səh.190). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin177.2.1, 177.2.2, 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə, Bakı Səbail Rayon Məhkəsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı Binəqədi Rayon Məhkəsinin qərarı ilə 3 ay 01 gün vaxtından əvvəl şərti azad olunubdur. xx.xx.2020-ci il cəzasını tam çəkib qurtardlığından qeydiyyatdan çıxarılmışdır (səh.191- 192). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı şübhəli şəxs qismində tutularaq saxlanması üçün Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir (səh. 98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə tutularaq MSY-yə təhvil verilmiş Təqsirləndirilən şəxs1 MSY-dən azad edilmişdir (səh. 108) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 13 sentyabr 2022-ci il tarixli “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və tösif edilməsi barədə qərardan” görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir və cinayət işi AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəslərinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13.09.22-ci il tarixli Qərardan və eyni tarixli “tutma haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı şübhəli şəxs qismində tutularaq saxlanması üçün Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir (səh. 40-41). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla onun barəsində 2 (iki) ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 124-125). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15.09.22-ci i tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə Qərardan” və “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı şübhəli şəxs qismində tutulmuşdur (səh 148). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)797/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 2 (iki) ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 181). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs2 barəsində Bakı Hərbi Məhkəsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə, Bakı Səbail Rayon Məhkəsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olması onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Bakı Binəqədi Rayon Məhkəsinin qərarı ilə 3 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur və hazırda ittiham olunduğu cinayət əməlini iki ildən artıq bir vaxtdan sonra törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Məhkəmə bu qənaətə gələrkən eyni zamanda Təqsirləndirilən şəxs2 əvvəllərdə cinayət törətməsi halının onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı (belə ki, iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə ilkin olaraq tutulduqdan sonra xx.xx.2022-ci ildə azad edilmişdir, qısa vaxt sonradan yəni bir necə saat sonra yenidən 13.09.22-ci ildə tutulmuşdur, deməli təqsirləndirilən şəxsin faktiki olaraq azadlıq hüququ bütün bu müddət ərzində məhdudlaşdırılmşdır), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış qırmızı rəngli «Lenovo» markalı intel inside Core 13 texniki göstəricilərə malik noutbuk , 01 ədəd ağ rəngli İNNBOXE80 model modern və qara rəngli «Reqal» markalı 43FD289RS model Türkiyə istehsalı televizor Zərərçəkmiş şəxs2 və X3 qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat məhkəmə- əmtəəşünaslıq xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 isə 25 (iyirmi beş) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-119/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qirx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Qırmızı rəngli «Lenovo» markalı intel inside Core 13 texniki göstəricilərə malik noutbuk , 01 ədəd ağ rəngli İNNBOXE80 model modern və qara rəngli «Reqal» markalı 43FD289RS model Türkiyə istehsalı televizor Zərərçəkmiş şəxs2 və X3 qaytarılması nəzərə alınsın. 50 (əlli) manat məhkəmə- əmtəəşünaslıq xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 isə 25 (iyirmi beş) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar