Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-119/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1976-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 mart 2023-cü il 15:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən 19 saylı şəhər poliklinikasında Zərərçəkmiş şəxs3 iş otağının plastik pəncərəsini açaraq, binaya qanunsuz daxil olub, ordan Zərərçəkmiş şəxs3 məxsus içərisində 400 manat nağd pul, 01 ədəd 300 manat dəyərində 100 qramlıq «Şanel-5» markalı qadın ətri, 01 ədəd 80 manat dəyərində "Şanel" dodaq boyası, 01 ədəd 150 manat dəyərində "Burberry" markalı günəş eynəyi, 01 ədəd 150 manat dəyrəində pul kisəsi olan 600 manat dəyrəində əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1680 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 aprel 2023-cü il tarixdə saat 14:45-də Bakı şəhəri, Yasamal rayonu X11 küçəsi 19 ünvanında yerləşən 1 saylı X4 xəstə qismində daxil olaraq həmin dispanserdə həkim işləyən Zərərçəkmiş şəxs2 iş otağına qapının açıq olmasından istifadə etməklə saxlanc yerinə daxil olaraq sonuncuya məxsus masanın yanma qoyulmuş içərisində 1000 manat pul olan 100 manat dəyərində əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 sentyabr 2023-cü il tarixdə saat 16:20-də ünvan 4 ünvanında yerləşən Akademik M.A.Topçubaşov adma X5 X1 otağının qapısının açıq olmasından istifadə edərək xəstə qismində saxlanc yerinə daxil olaraq orada olan masanın üzərindən həmin mərkəzdə lobarant işləyən Zərərçəkmiş şəxs1 məxsus içərisində 300 ABŞ dolları (xx.xx.2023-cü il tarixdə olan məzənnə ilə Azərbaycan manatı ekvivalenti 510 manat), 105 Avro (xx.xx.2023-cü il tarixdə olan məzənnə ilə Azərbaycan manatı ekvivalenti 191 manat 84 qəpik), 15 manat pul, 01 ədəd 1000 manat dəyərində brilliant qaşlı 750 əyarlı qızıl qadın üzüyü, 01 dəst 400 manat dəyərində 585 əyarlı qız qaşsız halqa formalı sırğanı, 01 ədəd 200 manat dəyərində "Modern Musy" markalı ətir, 01 ədəd 110 manat dəyərində "Dolce Qabanna" markalı kosmetika dəsti olan 190 manat dəyərində əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2616 manat 84 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 16 mart 2023-cü il tarixdə təxminən saat 15:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən 19 saylı şəhər poliklinikasının qarşısından keçərkən otağların birinin pəcərəsinin aralı olduğunu və içəridə heç kimin olmadığını görmüşdür. Buundan sonra o həmin pəncərədən içəri daxil olub otaqda olan baxmış və orada olan əl çantasını götürüb oranı tərk etmişdir. Bir qədər aralanıb çantanı açıb baxdıqda içərisində 400 manat olan pul kisəsi olduğunu görün həmin pul kisəsini götürüb çantanı tullamışdır. Həmin çantanın içərisində qadın ətri, dodaq boyası, günəş eynəyi olmamışdır. Bundan əlavə 11 aprel 2023-cü il tarixdə günort vaxtı Bakı şəhəri Yasamal rayonu Xəlil Rza küçəsində olan zaman həmin yerdə yerləşən 1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserə xəstə kimi daxil olmuş və bir müddət dəhlizdə gəzmişdir. Bu zaman dispanserdə olan otaqlardan birinin qapısının açıq olduğunu və otaqda heç kimin olmadığını, həmçinin yerdə qadın əl çantasını görmüşdür. O, həmin əl çantasını götürüb oranı tərk etmişdir. Dispanserdən kənarlaşdıqdan sonra əl çantasını açıb içərisinə baxmış, həmin əl çantasının içərisində xatırlamadığı bankalara məxsus kartlar, şəxsiyyət vəsiqəsi və xarici pasport və 1000 manat pul olduğunu görmüşdür. O, pulu götürmüş və digər əşyaları isə çantanın içərisinə qoyub tullamışdır. Bundan başqa 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik M.A.Topçubaşov adma X7 xəstə qismində daxil olmuşdur. Həmin mərkəzdə olan zaman dəhlizdə gəzib otaqarın birinin açıq olduğunu və içəridə heç kim olmadığını görmüşdür. Bu zaman o həmin otağa daxil olub masanın üzərində olan əl çantasını götürüb oradan çıxmışdır. Ordan bir qədər aralandıqdan sonra həmin çantanın içərisinə baxmışdır. Həmin çantanın içərisində 505 manat pul olmuş, həmin pulu götürmüş və çantanı xatırlamadığı yerə tullayıb oradan uzaqlaşmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Həmin çantada qızıl zinət əşyları və xarici valyutada olan pullar görməmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş şəxslərdən biri ilə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik M.A.Topçubaşov adma X9 Loborant vəzifəsində xidmət edir. 14 sentyabr 2023-cü il tarixdə özünə məxsus içərisində 300 ABŞ dolları, 105 Avro, 15 manat pul, 01 ədəd 1000 manat dəyərində brilliant qaşlı 750 əyarlı sarı qızıl materialdan hazırlanmış qadın üzüyü, 01 dəst 400 manat dəyərində 585 əyarlı sarı qızıl materialdan hazırlanmış qaşsız halqa formalı sırğa, 01 ədəd 200 manat dəyərində "Modern Musy" markalı ətir, 01 ədəd 110 manat dəyərində "Dolce Qabanna" markalı kosmetika dəsti olan əl çantasını onun iş otağında yerləşən masanın üzərinə qoymuşdur. Bunda sonra o, həmin otaqdan çıxıb xəstəxananın içərisində olan digər otağa keçmiş, lakin geri qayıdan zaman otaqda masamın üzərində olan çantasının yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 2616 manat 84 qəpik məbləğində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsini və onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 1 saylı Bakı şəhər X3 həkim vəzifəsində işləyr. 11 aprel 2023-cü il tarixdə saat 09 radələrində işə gələrək dispanserin inzibati banasının 1-ci mərtəbəsində yerləşən xidməti iş otağına daxil olmuş və özünə məxsus içərisində 1000 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsi, xarici pasportu, 03 ədəd «ABB» və 01 ədəd «Ekspres Bank»-a aid bank kartları olan əl çantasını masanın yanına qoyub işə başlamışdır. Bundan sonra o həmin otaqdan çıxmış, lakin qayıdan zaman əl çantasının yerində olmadığını aşkar etmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsinə baxmayaraq ona qarşı heç bir tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 175-177-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə həmişəki kimi işlədiyi Bakı şəhər 19 saylı şəhər poliklinikasına işə gəlmiş və ona təhkim olunmuş birinci mərtəbədə yerləşən iş otağına keçmişdir. Otağında olarkən əl çantasını dolaba qoymuşdur. Həmin gün saat 15:20 radələrində işi olduğu üçün otağın qapısını bağlayıb otağdan çıxmışdır. Saat 15:30 radələrində iş otağının qapısını açarla açıb otağa daxil olanda pəncərənin açıq olduğunu, pənəcə üzərində olan torun isə kəsilmiş vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib dərhal dolaba baxmış və dolabdan əl çantasının oğurlandığını aşkar etmişdir. Oğurlanmış 600 manat dəyrəində əl çantasında 01 ədəd 300 manat dəyərində 100 qramlıq "Şanel-5" qadın ətri, 01 ədəd 80 manat dəyərində "Şanel" dodaq boyası, 01 ədəd 150 manat dəyərində "Burberry" markalı günəş eynəyi, 01 ədəd 150 manat dəyərində qırmızı rəngli pul kisəsi, 400 manat nağd pul və 02 ədəd ev açarı və ona məxsus şəxsiyyət vəsiqəsi olmuş, hadisə nəticəsində ona 1680 manat maddi zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən Ak. M.A.Topçubaşov adma X6 yerləşir. (i.v. 8-10) 21 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 38-39) “Baxış keçirilməsi haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu X11 küçəsi 19 ünvanında yerləşən 1 saylı X3 yerləşir. (i.v. 49-52) “CD diskə baxış keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən 19 saylı Şəhər Poliklinikasında yerləşir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə əlavə baxış keçirilmiş və baxış zamanı əynində qara gödəkçə olan və şəxsin əlindəki çantanın içərisinə baxa-baxa hərəkət etməsi, daha sonra dayanmış avtomobilin sol yan hissəsinə keçərək çönbəlib oturması, çantanının içərisini axarması, çantadan nəyinsə götürüb cibinə qoyması, daha sonra çantanı avtomobil altına əli ilə ataraq həmin yerən uzaqlaşması müəyyən olunur.Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə əks olunan əynində qara gödəkçə olan şəxs özüdür, əlində olan çantanı 1 saylı X2 otaqların birindən oğurladığını, pullar götürüb çantada olan bank kartları və sənədləri çantada saxlayaraq avtomobiln altına atdığını bildirib bir daha təsdiq etmişdir. (i.v. 127) “İfadənin yerində yoxlanması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtizai istintaq zamanı verdiyi ilkin ifadəsini hadisə yerində əyani olaraq təsdiq etmişdir. (i.v. 130-131) “Baxış keçirilməsi haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu X10 küçəsi, ev 161 ünvanında 19 saylı şəhər poliklinikasında yerləşir. (i.v. 161-164) “İfadənin yerində yoxlanması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtizai istintaq zamanı verdiyi ilkin ifadəsini hadisə yerində əyani olaraq təsdiq etmişdir. (i.v. 202-203) “Sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə oğurluq hadisəsini əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 223-230) Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti günü gündən pisləşdiyi üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 16 mart 2023-cü il tarixdə təxminən saat 15:20 radələrində Bakı şəhəri,Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən 19 saylı şəhər poliklinikasının qarşısından keçərkən otağların birinin pəcərəsinin aralı olduğunu üzərində isə tor olduğunu görmüşdür.O,pəncərədən boylanmış və içəridə heç kimin olmadığını gördüb qərara gəlmişdir ki, pəncərədən içəri daxil olub oğurluq etsin. Buna görə də pəncərə üzərində olan toru əli ilə çırıb açıq pəncərədən içəri daxil olmuşdur. Cəld otağda olan dolaba baxmış və oradan əl çantası olduğunu görüb götürmüş və pəncərədə çıxıb oranı tərk etmişdir. Bir qədər aralanıb çantanı açıb baxdıqda içərisində şəxsiyyət vəsiqəsi, 400 manat pul, ətir, kosmetik vasitələr, içərisi boş pul kisəsi olduğunu görmüşdür.O, pulu götürüb digər əşyları çantada saxlamış və əl çantasını xatırlamadığı zibil qutusuna atmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 11 aprel 2023-cü il tarixdə saat 14:45 radələrində Bakı şəhəri Yasamal rayonu Xəlil Rza küçəsində olan zaman həmin yerdə yerləşən 1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserini görmüşdür.Həmin dispanserə qapıdan xəstə kimi daxil olmuş və bir müddət dəhlizdə gəzmişdir.Bu zaman dispanserdə olan otaqlardan birinin qapısının açıq olduğunu və otaqda heç kimin olmadığını, həmçinin yerdə qadın əl çantasını görmüşdür.O,həmin əl çantasını götürüb əynində olann qara rəngli gödəkçənin içərisində gizlədərək dispanserdən çölə çıxmış və oranı tərk etmişdir. O, həmin dispanserdən kənarlaşdıqdan sonra bir iki küçə kənarda əl çantasını açıb içərisinə baxmış, həmin əl çantasının içərisində xatırlamadığı bankalara məxsus 04 ədəd bank kartları, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd xarici pasport və 1000 manat pul olmuşdur.O, pulu götürmüş və digər 04 ədəd bank kartlarını, şəxsiyyət vəsiqəsini və xarici pasportu çantasnın içərisinə qoyaraq yaxınlıqda dayanman avtomobilin altına atıb oradan uzaqlaşmışdır. Əldə etdiyi 1000 manat pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə yenidən oğurluq etmək qərarına gəlmiş və həmin gün saat 16:20 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik M.A.Topçubaşov adına X7 xəstə qismində daxil olmuşdur.Həmin mərkəzdə olan zaman dəhlizdə gəzib oğurluq etmək üçün münasib zaman və yer axtarmışdır. Bu zaman həmin mərkəzdə Kompyuter Tomoqrafiya otağında qapının açıq olduğunu və içəridə heç kim olmadığını görmüşdür. Həmin otaqda masanın üzərində yaşıl rəngli dəriyə oxşar materialdan hazırlanmış əl çantası olmuş, otağa daxil olub həmin əl çantasını götürüb əynində olan qara rəngli gödəkçənin içərisinə gizlədərək oradan çıxmışdır. X8 binasından aralandıqdan sonra elə həmin mərkəzin həyətində həmin çantanın içərisinə baxmışdır. Həmin çantanın içərisində 605 manat pul olmuş, həmin pulu götürmüş və çantanı xatırlamadığı yerə tullayıb oradan uzaqlaşmışdır.Əldə etdiyi pulları öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Həmin çantada qızıl zinət əşyları görməmiş, çanitada yalnız 605 manat pul olmuşdur.Ola bilsin ki, çantada qızıl zinət əşyaları olsun, o, bunu fikir verməmiş, tez tələsik pulu götürüb çantanı xatırlamadığı yerə atmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus olan çantanın içərisində qadın ətri, dodaq boyası, günəş eynəyinin olmamasını, bundan əlavə Zərərçəkmiş şəxs1 məxsus çantanın içərisində 300 ABŞ dolları, 105 Avro, 15 manat pul, 01 ədəd qızıl qadın üzüyü, 01 dəst sırğa, 01 ədəd ətir, 01 ədəd kosmetika dəstinin olmamasını, yəni həmin əl çantasının içərisində cəmi 505 manat pul olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 92) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 4(004)- 714/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 139-145) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 01 dekabr 2023-cü il tarixdə verilmiş tələbnaməsindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(007)-227/2021 saylı hökmündən və Salyan Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il və 02 iyun 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmışdır. xx.xx.2023-cü il tarixdə cəzanı tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 207- 222) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib, lakin həmin məbləği bağışlayır. Şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 2600 manat zərər dəymişdir. Zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-119/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-119/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver