Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-12/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Xalıq oğlunun, Zərərçəkmiş şəxs4 qızının, Zərərçəkmiş şəxs5 qızının, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X9 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin baxıldığı müddətdə - 05 fevral 2016-cı il tarixdə faktiki heç bir işlə məşğul olmadıqları halda aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Bəturə Ağayeva ilə birlikdə ünvan 3 ünvanına gedib, əvvəllər tanımadıqları həmin ünvanda cehizlik malların satışı ilə məşğul olan Zərərçəkmiş şəxs4 ilə görüşərək Təqsirləndirilən şəxs özünü məsul vəzifəli şəxs kimi təqdim etməklə qızının 24 fevral 2016-cı il tarixdə “Xudafərin” şadlıq sarayında toy məclisi keçiriləcəyini, toy məclisi başa çatdıqdan sonra 25 fevral 2016-cı il tarixdə götürdüyü cehizlik mallarının pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə etibarından sui-istifadə edib aldadaraq ilkin ödəniş kimi 500 manat verib Zərərçəkmiş şəxs4 inam və etibarını qazanıb Bəturə Ağayeva ilə birlikdə həmin tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs4 1 ədəd 150 manat dəyərində Çexiya istehsalı olan «Tom» markalı qrafini, 130 manat dəyərində 6 ədəd Çexiya istehsalı olan «Tom» markalı su stəkanları, 240 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan «Tom» markalı çay stəkanları, 1 ədəd 200 manat dəyərində olan Çexiya istehsalı olan «Tom» markalı meyvə qabını ələ keçirib bir neçə gündən sonra vahid cinayətkar niyyətlərinin davamı olaraq telefonla Zərərçəkmiş şəxs4la danışıb əlavə cehizlik mallarını onlar üçün göndərməsini razılaşdırıb qeyd edilən mağazadan onun tərəfindən göndərilmiş cinayətə aidiyyəti olmayan taksi sürücülərinin vasitələri ilə 08 fevral 2016-cı il tarixdə 160 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan «Miks» markalı qədəhləri, 1 ədəd 500 manat dəyərində İtaliya istehsalı olan «Cevik» markalı güldanı, 2 ədəd hər biri 500 manat dəyərində İtaliya istehsalı olan «Cevik» markalı meyvə qablarını, 10 fevral 2016-cı il tarixdə 2 ədəd hər biri 1000 manat dəyərində «Arnshtad» markalı meyvə qabları, 1000 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan «Arnshtad» markalı balaca ölçülü qədəhləri, 1200 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan «Arnshtad» markalı orta ölçülü qədəhləri, 1300 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan «Arnshtad» markalı iri ölçülü qədəhləri, 12 fevral 2016-cı il tarixdə 1 ədəd 1200 manat dəyərində «Arnshtad» markalı 43 santimetrlik ölçüdə güldanı, 1 ədəd 1100 manat dəyərində Almaniya istehsalı olan «Arnshtad» markalı güldanı, 1 ədəd 700 manat dəyərində Almaniya istehsalı olan «Arnshtad» markalı qrafini, 1200 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan «Arnshtad» markalı stəkanları, 15 fevral 2016-cı ildə isə onun deməsi ilə Zərərçəkmiş şəxs4 ünvan 5 ünvanına gətirdiyi Almaniya istehsalı olan 7000 manat dəyərində «Vemar» markalı 12 nəfərlik yemək dəsti, 4300 manat dəyərində Almaniya istehsalı olan «Vemar» markalı 12 nəfərlik çay dəsti, 4 ədəd hər biri 200 manat dəyərində Almaniya istehsalı olan «Vemar» markalı 31 santimetr ölçüdə «ləbləbi» qabları, 2 ədəd hər biri 150 manat dəyərində Almaniya istehsalı olan «Vemar» markalı 25 santimetr ölçüdə «ləbləbi» qablarını vahid niyyətləri ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib inam yaratmaq üçün ödəniş kimi 500 manat verib sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 23480 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6, X7 və “Xatirə” adlı qadınla cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müddətdə 2016-cı ilin aprel ayının əvvəllərində - faktiki heç bir işlə məşğul olmadıqları halda aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Sevda Məmmədova, Qasım Məmmədli və “Xatirə” adlı qadınla birlikdə Şabran rayonuna gedərək əvvəllər tanımadıqları, heyvandarlıqla məşğul olan rayon sakini Zərərçəkmiş şəxs1 Xalıq oğlu ilə görüşüb “iş birliyi” adı altında onlara nisyə mal-qara satmağı təklif edəcəkləri Zərərçəkmiş şəxs1 inandırmaq üçün danışıq zamanı yalandan Təqsirləndirilən şəxs öz aralarında “Hacı” deyə müraciət edib inanclı, halal insan olduqları görüntüsü yaratmış, onların guya birlikdə uzun müddət Bakı şəhərində müxtəlif şadlıq evi və restoranlara ət tədarükü ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs1 təqdim edib onlara nisyə olaraq diri şəkildə xırda və iribuynuzlu mal-qara verəcəyi təqdirdə Bakı şəhərinə aparıb özlərinin daimi müştərilərinə təhvil verib qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, Sevda Məmmədova, Qasım Məmmədli və “Xatirə” adlı qadınla birlikdə həmin günü, yəni 2016-cı ilin aprel ayının əvvəllərində Şabran rayonunda olan fermasından Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 2329 manat təşkil edən 21 baş xırdabuynuzlu mal-qaranı ələ keçirib öz hesablarına tutduqları istintaqa məlum olmayan yük avtomobili ilə apardıqdan iki gün sonra Zərərçəkmiş şəxs1 tam inandırmaq üçün ilkin götürdükləri xırdabuynuzlu mal-qaranın pulundan 1000 manat ödəniş etmiş, bundan sonra vahid cinayətkar niyyətlərinin davamı olaraq 18 aprel 2016-cı ildə yenidən Şabran rayonuna gələrək Zərərçəkmiş şəxs1 əlavə ümumi dəyəri 1920 manat təşkil edən 11 baş xırdabuynuzlu mal-qaranı ələ keçirib öz hesablarına tutduqları istintaqa məlum olmayan yük avtomobili ilə aparmış və 2016-cı ilin aprel ayının sonlarında vahid cinayətkar niyyətlərinin davamı olaraq yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Şabran rayonunda yerləşən evə gələrək əlavə ümumi dəyəri 3714 manat təşkil edən 33 baş xırdabuynuzlu və ümumi dəyəri 1770 manat təşkil edən 2 baş iribuynuzlu mal-qaranı ələ keçirib öz hesablarına tutduqları istintaqa məlum olmayan yük avtomobilinə yükləyib aparmaqla vahid niyyətləri ilə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 8733 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və X7 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müddətdə - 05 may 2016-cı il tarixdə faktiki heç bir işlə məşğul olmadıqları halda aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Sevda Məmmədova və Qasım Məmmədli ilə birlikdə Beyləqan rayonu, Şəfəq qəsəbəsinə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan qəsəbə sakini Zərərçəkmiş şəxs6 ilə görüşüb “iş birliyi” adı altında onlara nisyə mal-qara satmağı təklif edəcəkləri Zərərçəkmiş şəxs6 inandırmaq üçün danışıq zamanı yalandan Təqsirləndirilən şəxs öz aralarında “Hacı” deyə müraciət edib inanclı, halal insan olduqları görüntüsü yaratmış, onların guya birlikdə uzun müddət Bakı şəhərində müxtəlif şadlıq evi və restoranlara ət tədarükü ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs6 təqdim edib onlara nisyə olaraq diri şəkildə xırda və iribuynuzlu mal-qara verəcəyi təqdirdə Bakı şəhərinə aparıb özlərinin daimi müştərilərinə təhvil verib beş gün ərzində pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs Sevda Məmmədova və Qasım Məmmədli ilə birlikdə həmin tarixdə Beyləqan rayonu, Şəfəq qəsəbəsində Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 4000 manat təşkil edən 39 baş xırdabuynuzlu mal-qaranı təhvil alıb öz hesablarına tutduqları istintaqa məlum olmayan yük avtomobilinə yüklədikdən sonra Zərərçəkmiş şəxs6 tam inandırmaq üçün Bakı şəhərində mal-qaranı saxladıqları yeri göstərə biləcəklərini deyib sonuncu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Bilgəh yolunun sol tərəfində yolun kənarında yerləşən icarəyə götürdükləri bağ sahəsinə gətirib Zərərçəkmiş şəxs6 şahidliyi ilə 39 baş xırdabuynuzlu malqaranı həmin bağ sahəsində yük avtomobilindən boşaldıb ələ keçirmiş, bundan sonra Təqsirləndirilən şəxs vahid cinayətkar niyyətlərinin davamı olaraq 07 may 2016-cı il tarixdə telefonla Zərərçəkmiş şəxs6la danışıb əlavə 10 baş xırdabuynuzlu və 2 baş iribuynuzlu mal-qaranı yük avtomobili tutub yükləyərək Bakı şəhərinə onlar üçün göndərməsini razılaşdırdıqdan sonra Zərərçəkmiş şəxs6 rayondan tutduğu yük avtomobili ilə həmin gün göndərdiyi ümumi dəyəri 845 manat təşkil edən 10 baş xırdabuynuzlu və ümumi dəyəri 1970 manat təşkil edən 2 baş iribuynuzlu mal-qaranı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Bilgəh yolunun sol tərəfində yolun kənarında yerləşən icarəyə götürdükləri bağ sahəsinə gətirərək özünün tutduğu yük avtomobilindən boşaldıb vahid niyyətləri ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 6815 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və X7 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müddətdə faktiki heç bir işlə məşğul olmadıqları halda 09 may 2016-cı il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Sevda Məmmədova və Qasım Məmmədli ilə birlikdə İmişli rayonu, Qulubəyli kəndinə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan kənd sakini Zərərçəkmiş şəxs3 ilə görüşüb “iş birliyi” adı altında onlara nisyə mal-qara satmağı təklif edəcəkləri Zərərçəkmiş şəxs3 inandırmaq üçün danışıq zamanı yalandan Təqsirləndirilən şəxs öz aralarında “Hacı” deyə müraciət edib inanclı, halal insan olduqları görüntüsü yaratmış, onların guya birlikdə uzun müddət Bakı şəhərində müxtəlif şadlıq evi və restoranlara ət tədarükü ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs3 təqdim edib onlara nisyə olaraq diri şəkildə xırdabuynuzlu mal-qara verəcəyi halda Bakı şəhərinə aparıb özlərinin daimi müştərilərinə təhvil verib qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, Sevda Məmmədova və Qasım Məmmədli ilə birlikdə həmin tarixdə İmişli rayonu, Qulubəyli kəndindəki fermadan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 3850 manat təşkil edən 35 baş xırdabuynuzlu mal-qaranı təhvil alıb öz hesablarına tutduqları Zərərçəkmiş şəxs3 yaxın qohumunun yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Bilgəh yolunun sol tərəfində yolun kənarında yerləşən icarəyə götürdükləri bağ sahəsinə gətirərək yük avtomobilindən boşaldıb ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 3850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və X7 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müddətdə 19 may 2016-cı il tarixdə faktiki heç bir işlə məşğul olmadıqları halda aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Sevda Məmmədova və Qasım Məmmədli ilə birlikdə Göyçay rayonu, Qarabaqqal kəndinə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan kənd sakini Zərərçəkmiş şəxs7 ilə görüşüb “iş birliyi” adı altında onlara nisyə mal-qara satmağı təklif edəcəkləri Zərərçəkmiş şəxs7 inandırmaq üçün danışıq zamanı yalandan Təqsirləndirilən şəxs öz aralarında “Hacı” deyə müraciət edib inanclı, halal insan olduqları görüntüsü yaratmış, Təqsirləndirilən şəxs, Sevda Məmmədova və Qasım Məmmədli guya birlikdə uzun müddət Bakı şəhərində müxtəlif şadlıq evi və restoranlara ət tədarükü ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs7 təqdim edib onlara nisyə olaraq diri şəkildə xırda və iribuynuzlu mal-qara verəcəyi halda Bakı şəhərinə apardıqdan sonra həmin gün pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, Sevda Məmmədova və Qasım Məmmədli ilə birlikdə həmin tarixdə Göyçay rayonu, Qarabaqqal kəndində Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 1840 manat təşkil edən 20 baş xırdabuynuzlu və ümumi dəyəri 1200 manat təşkil edən 2 baş iribuynuzlu mal-qaranı öz hesablarına tutduqları “Qazel” markalı ** BF *** qeydiyyat nişanlı yük avtomobilinə yüklədikdən sonra Zərərçəkmiş şəxs7 tam inandırmaq üçün pulu onun övladı Ruhid Məmmədova ödəyəcəklərini deyib özləri ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Bilgəh yolunun sol tərəfində yolun kənarında yerləşən icarəyə götürdükləri bağ sahəsinə gətirib ələ keçirərək inandırmaq üçün R.Məmmədova 50 manat pul ödəsələr də sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs7 ümumilikdə 2990 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müddətdə - 29 may 2016-cı ildə Qəbələ şəhərində gedərək, əvvəllər tanımadığı heyvandarlıqla məşğul olan rayon sakini Zərərçəkmiş şəxs2 ilə görüşüb faktiki heç bir işlə məşğul olmadıqları halda ona özünü Bakı şəhərində müxtəlif şadlıq evi və restoranlara ət tədarük edən sahibkar kimi təqdim etməklə pulunu hissə-hissə ödəyəcəyinə dair yalan vəd verib inam və etibarını qazanmış, bu adla həmin tarixdə ünvan 6 ünvanında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq, ümumi dəyəri 6548 manat təşkil edən 45 baş xırdabuynuzlu mal-qaranı ələ keçirib öz hesabına tutduğu Şahid1 idarə etdiyi “Ford” markalı Az ** BG *** qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Bilgəh yolunun sol tərəfində yolun kənarında yerləşən icarəyə götürdükləri bağ sahəsinə gətirmiş, iki gün sonra Təqsirləndirilən şəxs vahid cinayətkar niyyətinin davamı olaraq telefonla Zərərçəkmiş şəxs2la danışıb əlavə 15 baş xırdabuynuzlu mal-qaranı Bakı şəhərinə onun üçün göndərməsini razılaşdırdıqdan sonra Zərərçəkmiş şəxs2 həmin günü göndərdiyi ümumi dəyəri 2316 manat təşkil edən 15 baş xırdabuynuzlu mal-qaranı Bakı-Şamaxı magistral yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində “Nicat” şadlıq evinin qarşısında təhvil alıb ələ keçirmiş, daha sonra vahid cinayətkar niyyətinin davamı olaraq 03 iyun 2016-cı ildə yenidən telefonla Zərərçəkmiş şəxs2la danışıb əlavə 70 baş xırdabuynuzlu mal-qaranı yük avtomobili tutub yükləyərək Bakı şəhərinə onun üçün göndərməsini və mal-qara Bakı şəhərinə çatanda əvvəl götürdüyü xırdabuynuzlu mal-qaranın pulundan 3000 manat ödəyəcəyini razılaşdırdıqdan sonra Zərərçəkmiş şəxs2 həmin günü göndərdiyi ümumi dəyəri 9000 manat təşkil edən 70 baş xırdabuynuzlu mal-qaranı Bakı-Şamaxı magistral yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində “Nicat” şadlıq evinin qarşısında təhvil alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 tam inandırmaq üçün 2500 manat pulu Zərərçəkmiş şəxs2 qardaşı Şahid3 ödəmiş, iki gün sonra isə vahid cinayətkar niyyətinin davamı olaraq yenidən telefonla Zərərçəkmiş şəxs2la danışıb əlavə 50 baş xırdabuynuzlu mal-qaranı yük avtomobili tutub yükləyərək Bakı şəhərinə onun üçün göndərməsini mal-qara Bakı şəhərinə çatanda əvvəl götürdüyü xırdabuynuzlu mal-qaranın pulundan guya 10000 manat ödəyəcəyini razılaşdırdıqdan sonra Zərərçəkmiş şəxs2 həmin gün göndərdiyi ümumi dəyəri 7103 manat təşkil edən 50 baş xırdabuynuzlu mal-qaranı Bakı-Şamaxı magistral yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində “Nicat” şadlıq evinin qarşısında təhvil alıb vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 22467 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müddətdə - 28 iyul 2016-cı ildə, faktiki heç bir işlə məşğul olmadığı halda tanışı Zərərçəkmiş şəxs5 qızına özünü Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində xəz dərilərinin satışı ilə məşğul olan sahibkar kimi təqdim etməklə ucuz qiymətə xəz satacağına dair yalan vəd verib Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib aldadaraq ünvan 5 ünvanında 1300 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs5 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Həmin məhkumluğu barədə onu deyə bilər ki, o, pulunu sonradan ödəmək şərtilə bir çox insanlardan nisyə mallar götürmüş və sonradan pulunu ödəməmişdir. Yuxarıda qeyd olunan hökmlə məhkum olunanadək həbsdə saxlanılmamışdır və hökm çıxana qədər bir neçə şəxsdən əlavə olaraq pulunu sonradan ödəmək şərtilə müxtəlif mallar götürmüş və pulunu ödəməmiş, onlardan bəzilərini tək, bəzilərini isə Sevda və ya Bəturə adlı qadınlarla birlikdə törətmişdir. X1 onunla qonşu yaşadığına görə tanımış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. X4 isə arvadı X8 ilə bir rayondan Ağdam rayonundan olduğu üçün tanımış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs6 tanışı Sevda Məmmədovaya görə tanımışdır. Belə ki, 2016-cı ilin aprel ayının axırlarında və ya may ayının əvvəllərində Sevda ona Beyləqan rayonunda bir nəfərlə danışdığını, həmin şəxsdən pulunu sonradan ödəmək şərtilə qoyun quzu götürəcəyini, onun da Sevda ilə gedib həmin qoyun quzunu götürəndən sonra Bakı şəhərinə gətirib kirayə tutduğu Ləhiş bağlarında yerləşən bağ sahəsinə yığmağı, onları satdıqdan sonra onun da hörmətini edəcəyini bildirmiş, o, Sevda ilə razılaşmışdır. Daha sonra 05 may 2016-cı il tarixdə Sevda ilə birlikdə Qasım adlı Sevdanın sürücüsünün idarə etdiyi “Opel Zafira” markalı avtomobillə Beyləqan rayonuna getmiş, orada ziyarətgah deyilən yerin yaxınlığında olarkən Sevda Umud adlı bir nəfərlə danışmış, Umud telefonda onların harada olduqlarını soruşmuş və olduqları yerdə dayanıb heyvan satan adamı gözləmələrini demişdir. Təxminən 15-20 dəqiqə sonra sonradan adının Rabil olduğunu bildiyi bir nəfər şəxs ağ rəngli “Niva” markalı avtomobillə onların yanına gəlmiş, onlar olduqları yerlə üzbəüz olan kafedə oturub Rabillə söhbət etmişlər. Sevda ilə Rabil, Sevdanın pulu iki ay müddətində ödəyəcəyi və Rabilin isə diri şəkildə hər heyvanın çəkisini təxminən 6 və ya 7 manatdan satacağı barədə razılaşmışlar. Daha sonra Rabilin fermasına getmişlər, orada Sevda qoyun və quzuları seçmiş, o isə səhhəti ilə bağlı problemləri olduğu üçün, həmçinin heyvandan Sevdanın başı çıxdığı üçün evdə oturmuşdur. Sevda ilə Rabil birlikdə təxminən 39 baş qoyun və quzu seçmiş, danışığa görə əvvəlcədən Rabilə heç bir məbləğdə pul ödəniş olmamışdır. Heyvanların dəyəri təxminən 4000 manat təşkil etmişdir. Rabillə heyvanları nisyə götürən zaman Rabil Sevdadan zəmanət istəmiş, Sevda isə şəxsiyyət vəsiqəsinin surətini vermiş, həmçinin şəxsiyyət vəsiqəsinə nisyə heyvan götürməsi barədə qeyd etmişdir. Heyvanları daşımaq üçün onların avtomaşını olmadığı üçün Rabil onun adını bilmədiyi “Qazel” markalı avtomaşının sürücüsünə zəng edərək fermaya çağırmışdır. Həmin şəxs Sevda ilə 150 manata heyvanları Bakıya aparmağa razılaşmışlar. Daha sonra “Qazel” markalı avtomaşına 39 baş qoyun və quzu yüklənilmiş, o, Sevda ilə Qasımın avtomobilinə əyləşmişlər, Rabil isə Qazel sürücüsünün yanına əyləşmiş və onlar birlikdə Bakı şəhərinə doğru gəlmişlər. Bakı şəhərinə gəldikdən sonra Ləhiş bağlarında onun Sevda Məlikovadan 300 manata icarəyə götürdüyü evə gəlmişlər. Rabil də yanlarında olduğu üçün heyvanın hara boşaldıldığını görmüşdür. Daha sonra onlar birlikdə Bakı Xarici Dairəvi yolun yanına gəlmiş, orada «Meh» adlı kafedə bir yerdə yemək yeyib Rabilgili yola salmışlar. Təxminən 3 - 4 gün heyvanlar icarəyə götürdüyü həmin bağda qaldıqdan sonra Sevda heyvanların hamısını aparmış və ona məlum olmayan yerdə satmış və satdığı puldan ona 200 manat pul vermişdir. Sevdanın qalan pulu nə etməsini bilməmiş, Rabilə pul verib-verməməsindən də xəbəri olmamışdır. Sonradan onu Sabunçu RPİ-nə dəvət etdikdə məlum olmuşdur ki, Sevda pulu ödəməmişdir. Bundan başqa 2016-cı ilin aprel ayında o, Sevda, onun yanında olan bir nəfər tanımadığı qadın və Qasımla birlikdə Qasımın idarə etdiyi avtomobillə Quba rayonuna toya gedən zaman Şabran şəhərinə çatanda orada yolun sağ tərəfindən çoxlu sayda qoyun-quzu olduğunu və yanında bir nəfər atlı şəxsin olduğunu görmüşlər. Həmin vaxt Sevda avtomobili saxlamağı və həmin şəxsdən heyvan götürməyin mümkün olub-olmadığını öyrənməyi təklif etmişdir. Bundan sonra Qasım avtomobili saxlamış, avtomobildən o, Sevda ilə birlikdə düşmüş, hə sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi min atlı şəxsə yaxınlaşaraq heyvanların kimə məxsus olmasını soruşmuş, Mirabdulla isə heyvanların ona məxsus olmasını bildirmişdir. Sevda ona nisyə heyvan verrməsini istəmiş, Mirabdulla onunla razılaşmış və onlara 21 baş qoyun-quzu və keçi verə biləcəyini demişdir. Daha sonra onlar yoldan keçən “Ford” markalı yük maşını saxlamış və ona 21 baş qoyun və quzunu yükləmişlər. Onların Mirabdullaya 2329 manat borcları yaranmışdır. Onlar həmin yerdən heyvanları götürüb Ləhiş bağlarında olan onun icarəyə götürdüyü bağ evinə gətirmişlər. Aralarındakı razılığa görə 2 baş ana-bala olan keçilər onda qalmış, qalan heyvanları Sevda götürüb aparmışdır. Həmin heyvanları Sevdanın harada və neçəyə satmasını bilməmişdir. Bir neçə gün sonra Sevda ona Mirabdulla ilə danışdığını, ona heyvanın pulundan biraz verdikdən sonra yenə də heyvan verəcəyini, həminin Mirabdullaya 1000 manat pul verəcəyini, Mirabdullanın isə ona 2 baş dana və 33 baş quzu verməyi öhdəsinə götürdüyünü, eyni zamanda ona da təxminən 300 manat pul verəcəyini demişdir. Sevdanın təklifi ilə Qasımla birlikdə Şabran rayonuna getmişlər, orada Mirabdulla ilə görüşdükdə Sevda ona 1000 manat ilkin götürdükləri heyvanların pulundan verib əlavə olaraq 33 baş quzu və 2 baş dana götürmüşlər. Heyvanların ümumi dəyəri onun yadında qalmamışdır. Yoldan keçən “Qazel” markalı avtomaşınla həmin heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən icarəyə götürdüyü bağ evinə gətirmişlər. Sevda əvvəlcə olduğu kimi öz şəxsiyyət vəsiqəsinin surətini Mirabdullaya vermişdir. Onun Sevdanın həmin heyvanları kimə satmasından məlumatı olmamış, sonuncu heyvanları satdıqdan sonra ona cəmi 300 manat məbləğində pul vermişdir. Qalan iki baş keçini isə həbs olunduqdan sonra Mirabdulla şikayətinə əsasən onun icarəyə götürdüyü evin sahibi Sevda Məlikova tərəfindən Mirabdullaya qaytarılmışdır. Bundan başqa Qəbələ rayonunda yaşayan Zərərçəkmiş şəxs2 2 dəfəyə ümumilikdə 11800 manat dəyərində qoyun və quzu almış, həmin qoyunların pulundan 2500 manat versə də, qalan pulu verməmişdir. Həmin heyvanları da tanışı Ramizə vermiş, ancaq sonradan qalan pulu Mirsahibə ödəyə bilməmişdir. X3 Umudxanovdan pulunu sonradan ödəmək şərtilə qoyun və quzu götürməsindən onun xəbəri olmamışdır. Bundan başqa həqiqətən də o, Sevda və onun sürücüsü olan Qasımla birlikdə İmişli rayonuna gedərək Zərərçəkmiş şəxs3 pulunu sonradan ödəmək şərtilə qoyun və quzu götürmüşlər, həmin qoyun və quzunu da Ləhiş bağlarında olan icarəyə götürdüyü bağ evinə gətirmişlər. Sevdanın həmin heyvanları harada satmasından onun məlumatı olmamış, sonuncu ona təxminən 1500 manat pul vermişdir. Bundan başqa o, Qasım və Sevda həmin heyvanları pulunu sonradan ödəmək şərtilə Zərərçəkmiş şəxs7 götürmüşlər, heyvanları Bakı şəhərinə apardıqdan sonra Qasım onları satacağını demiş, onlar Qasıma etiraz etməmişlər. O, Qasımın həmin heyvanları neçəyə satmasını bilməmiş, satışdan əldə olunmuş pulu o, Sevda və Qasım aralarında 3 yerə bölmüşlər və hərəsinə təxminən 1200 manat pul düşmüşdür. Bundan başqa, o, Bəturə Ağayeva ilə birlikdə Zərərçəkmiş şəxs4 mağazasına gedərək təxminən 15000 manat dəyəri olan qab-qacaq götürmüş, həmin qab qacaqları Bəturə satılması üçün Dağıstan Respublikasına göndərmiş və sonradan Bəturə əməliyyat olunduğu üçün o, sonuncudan pulu istəyə bilməmişdir. Bəturə ona özü Türkanla danışıb məsələni həll edəcəyini bildirmiş, o, Bəturəyə etiraz etməmişdir. Lakin o, Türkanın pulundan 1000 və ya 1500 manat məbləği Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində Türkanla görüşərək vermişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs5 şuba satacağını deyərək ondan 1300 manat pul almış, həmin pulu özü üçün xərcləmiş, şubanı verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Xalıq oğlu ifadəsində birldirmişdir ki, Təqsirləndirilən şəxs və X1 2016-cı ilin aprel ayından tanımış, əvvəllər onlarla heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. Əvvəllər heyvandarlıqla məşğul olan zaman onun Şabran rayonunda bir ferması olmuş, həmin heyvanları yaz və yay aylarında Şabran rayonunda saxlamış, qış aylarında isə Xaçmaz rayonunda qohumunun fermasında saxlamışdır. 2016-cı ilin aprel ayının əvvəllərində o, Şabran rayonunda yerləşən fermasında olan zaman markasını bilmədiyi ** AE *** nömrəli avtomobil onun fermasına gəlmiş, həmin avtomobildə sonradan adının Qasım olduğunu bildiyi sürücü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər kişi və sonradan adının X6 olduğunu bildiyi bir qadın və adını xatırlamadığı bir qadın daha olmuşdur. Söhbət zamanı Yaşar özünü «Hacı» kimi təqdim etmiş, Bakı şəhərində 9-cu mikrorayonda yerləşən «Leyla» şadlıq evinin sahibi olduğunu, bundan başqa bir neçə yerdə kilo ilə kabab verilən kababxanası olduğunu, həmçinin Bakı şəhərində yerləşən kafelərin bir neçəsinə heyvan verdiyini bildirmişdir. Həmçinin Yaşar pulunu 10 gün müddətində ödəmək şərtilə ona 21 baş quzu verməsini təklif etmiş, o, Yaşarın dindar adam olmasına, həmçinin bizneslə məşğul olan bir adam olmasına inanıb ümumilikdə dəyəri 2329 manat təşkil edən 21 baş quzunu razılaşıb ona vermişdir. Bundan sonra Yaşar yaxınlıqdan «Qazel» markalı hazırda nömrəsini xatırlamadığı bir avtomaşın tapmış, onlar 21 baş quzunu həmin avtomaşına yükləyib aparmışlar. Səhəri gün Yaşar, yenə də Qasım və Sevda adlı qadınla birlikdə Qasımın idarə etdiyi yuxarıda qeyd etdiyi avtomobillə gəlmiş və Yaşar ona bir gün öncədən götürdüyü quzuların pulundan 1000 manat pul ödəmiş və qalan pulu da bir neçə gün ərzində ödəyəcəyini bildirmişdir. Yaşarın bu hərəkəti yəni ondan 10 gün vaxt almasına baxmayaraq bir gün sonra gətirib 1000 manat pul ödəməsi onda Yaşara qarşı inamı daha da artırmışdır. 18 aprel 2016-cı ildə Yaşar yenə də Sevda və Qasımla birlikdə Qasımın idarə etdiyi yuxarıda qeyd etdiyi avtomobillə onun yanına gəlmiş, Yaşar ona onlara yenə də 11 baş quzu lazım olduğunu bildirmişdir. O, Yaşardan birinci dəfə götürdüyü quzuların pulunu tam ödəmədiyini bildirdikdə sonuncu ona həftədə bir dəfə ət verdiyi şəxslərlə hər həftənin birinci günü hesabat etdiyini, hesabat edən kimi hər iki dəfə götürdüyü quzuların pulunu tam şəkildə verəcəyini bildirmişdir. O, yenə də etiraz etməyərək razılaşmış və ümumi dəyəri 1920 manat təşkil edən 11 baş quzunu Yaşargilə vermişdir. Bu zaman Yaşar ona hətta ona inanmağında problemlər varsa, özünə məxsus “Toyota Prado” markalı avtomobili də hələlik ona verə biləcəyini demiş, o isə istəməmişdir. Ancaq Yaşar ona avtomobili konkret olaraq göstərməmiş, Yaşarın həqiqətən də “Toyota Prado” markalı avtomobilinin olmasını dəqiq bilməmişdir. Daha sonra Yaşar yaxınlıqdan nömrəsini xatırlamadığı “Ford” markalı bir avtomaşın tutmuş və 11 baş quzunu həmin avtomaşına yükləyib aparmışlar. Bir neçə gün keçmiş yenə də Yaşar, Sevda və Qasım sonuncunun idarə etdiyi eyni avtomobillə onun yanına gəlmişlər. Yaşar ona hələ hesabat etmədiklərini, ona görə də pulunu ödəyə bilmədiyini, lakin yenə də quzu və dana lazım olduğunu bildirmişdir. O artıq Yaşargilə inandığı üçün ümumi dəyəri 3714 manat təşkil edən 33 baş quzunu və ümumi dəyəri 1770 manat təşkil edən 2 baş dananı onlara verməyə razılıq vermişdir. Həmin vaxt Yaşar ona ümumilikdə götürdüyü heyvanların hamısının pulunu 10 gün müddətində verəcəklərini bildirmişdir. O, Yaşara inanmış və həmin heyvanları verməyə razılıq vermiş, Yaşar birinci dəfə gətirdiyi “Qazel” markalı avtomaşını tapıb gətirmiş və 33 baş quzu və 2 baş dananı həmin avtomaşına yükləyərək çıxıb getmişlər. Lakin söz verdikləri müddət başa çatmasına baxmayaraq, onun pulunu gətirib verməmişlər. O, Yaşarın istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə həmçinin Sevdanın istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirməklə onun pulunu verməmişlər. Buna görə də o, 02 may 2016-ci il tarixdə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində 9-cu mikrorayonda yerləşən «Leyla» şadlıq evini tapmış, xeyli müddət küçədə dayanıb Yaşarın həmin şadlıq evinə gəlməsini gözləmiş, lakin heç bir xəbər çıxmamışdır. Daha sonra şadlıq evinə keçib maraqlandıqda ona məlum olmuşdur ki, onlar ümumiyyətlə Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. Bununla da o, Yaşargilin onu aldatdıqlarına tam əmin olmuşdur. Daha sonra o, əvvəlcədən telefonunu götürdüyü “Ford” markalı avtomaşını tapmış və həmin avtomaşının sürücüsündən götürdüyü quzuları hara aparmasını soruşmuşdur. Sürücü onunla birlikdə Bakı şəhərinə gəlib, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən həyəti göstərmiş və onun heyvanlarını həmin həyətə boşaltdığını bildirmişdir. Bundan sonra o, ilkin olaraq Şabran rayonunda polisə müraciət etmiş, orada onun müraciəti əsasında araşdırma aparılmadan müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Lakin o, bununla razılaşmamış və Yaşargilin onu aldatdıqlarını və heyvanlarını ələ keçirdiklərini demişdir. Sonradan o, Sabunçu rayon polis idarəsinə gəlmiş və məlum olmuşdur ki, Yaşargil onun kimi bir çox insanları aldadıb heyvanlarını ələ keçirmişlər, ona görə də Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin sonradan ona aydın olmuşdur ki, Yaşargil birinci dəfə götürdükləri heyvanların pulundan 1000 manat ödəməkdə məqsədləri onun daha çox heyvanlarını ələ keçirmək üçün inam qazanmaq olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Xalıq oğlu ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində birldirmişdir ki, o, ünvan 7 ünvanında yaşadığı evin həyətində heyvandarlıqla məşğul olur. Belə ki, orada xırda buynuzlu qoyun və quzuları saxlayıb satmaqla özünü dolandırır. Təqsirləndirilən şəxs və X5 əvvəllər tanımamış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. 2016-cı ilin may ayının əvvəllərində X10 rayonuna gələrək ondan ümumi dəyəri 16000 manat təşkil edən 120 baş qoyun və quzunu götürmüş, 6000 manat pul ödəsə də, qalan 10000 manat pulu isə sonradan ödəyəcəyini bildirməsinə baxmayaraq ödəməmişdir. Həmin vaxt Sevda yanında bir nəfər qadın və “Opel” markalı avtomobillə gəlmiş, həmin avtomobili 25-33 yaşlarında bir kişi idarə etmişdir. 29 may 2016-cı il tarixdə saat 14 radələrində Qəbələ rayonunda evində olan zaman onun istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş, telefona cavab verən zaman onunla danışan şəxs özünü Yaşar kimi təqdim etmiş və Bakı şəhərində şadlıq saraylarına ət tədarükü ilə məşğul olduğunu, “Həcc” ziyarətinə getmiş olduğunu bildirmişdir. Danışq zamanı Yaşar ona nisyə qoyun-quzu verməsini, heyvanları Bakı şəhərinə aparıb satdıqdan sonra növbəti dəfə heyvan götürəndə birinci dəfə götürdüyü heyvanların pulunu verəcəyini demişdir. O, Yaşarın dindar adam olmasına inanmış və 45 baş quzu verməyə razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanına tək gəlmiş, danışıqlarına görə taksi ilə gəlib ondan heyvanı götürdükdən sonra həmin avtomaşınla Bakı şəhərinə gedəcəyini bildirmişdir. Onlar Yaşarın ona 45 baş quzuya görə 6548 manat pul verəcəyi barədə razılaşmışlar. Daha sonra o, “Ford” markalı yük avtomobili olan Seymur adlı qonşusunu çağırmış və onun avtomaşınına yuxarıda qeyd etdiyi ünvanda yerləşən fermadan 45 baş quzunu yükləmiş və Yaşar sürücünün yanında oturub çıxıb getmişdir. İki gün sonra Yaşar ona yenə zəng edib əlavə olaraq 15 baş quzunu da Bakı şəhərinə göndərməsini və hər iki heyvanın pulunu Qəbələ rayonuna gələndə verəcəyini bildirmişdir. O, Yaşarla razılaşmış və ümumi dəyəri 2316 manat təşkil edən 15 baş quzunu yenə də Seymurun idarə etdiyi “Ford” markalı avtomaşınla Bakı şəhərinə yola salmışdır. Daha sonra Yaşarla danışan zaman Yaşar heyvanları Bakı şəhəri, Müşfiq qəsəbəsi, X16 postunun yaxınlığında təhvil aldığını bildirmişdir. Bundan bir iki gün sonra yəni 03 iyun 2016-cı il tarixdə Yaşar yenidən ona zəng vuraraq əlavə olaraq 70 baş quzu göndərməsini və həmin heyvanlar Bakı şəhərinə çatan kimi ona 3000 manat pul göndərəcəyini, qalan pulu isə qısa müddət ərzində ödəyəcəyini demişdir. O, Yaşarla razılaşmış və yenə də Seymurun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə 10 baş qoyunu bibisi oğlu Cavanşir Kərimovdan, 60 baş qoyun və quzunu isə dayısı oğlu Xanbaba Məmmədovdan götürmüş, ümumilikdə 9000 manat dəyərində xırda buynuzlu heyvanı Bakı şəhərinə - Yaşara göndərmişdir. Həmin vaxt Yaşarın ona 17864 manat borcu yaranmışdır, Yaşarın göndərdiyi adamlar Bakı şəhəri, Müşfiq qəsəbəsi, X16 postunun yaxınlığında heyvanı qəbul edən zaman 2500 manat pulu qardaşı Tofiqə vermiş, nəticədə Yaşarın ona 15364 manat borcu qalmışdır. İki gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək əlavə 50 baş da xırda buynuzlu heyvan lazım olduğunu bildirmiş və həmin heyvanlar gələndə ona 10000 manat pul göndərəcəyini bildirmişdir. Belə olan halda o Yaşara inanmış və əlavə olaraq ümumi dəyəri 7103 manat təşkil edən 50 baş xırda buynuzlu heyvanı qonşusu Seymurun idarə etdiyi “Ford” markalı avtomaşınla Bakı şəhərinə göndərmiş, heyvanlar əvvəlki dəfə də olduğu kimi Bakı şəhəri, Müşfiqabad qəsəbəsində X16 postunun yaxınlığında Təqsirləndirilən şəxs adamına təhvil verilmiş, lakin 10000 manat pul verilməmişdir. Yaşar onunla əlaqə saxlayaraq balıq almaq üçün başqa yerə getdiyini bildirmişdir. Ertəsi gün o, Bakı şəhərinə gəlib Yaşarla əlaqə saxlasa da, Yaşar telefona cavab verməmişdir. Həmin vaxta qədər Yaşarın ona 180 baş xırda buynuzlu heyvana görə 22467 manat borcu olmuş və o, pulu qaytarmamışdır. O, Yaşarla əlaqə saxlasa da, sonuncu onun pulunu vermədiyi üçün Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Yaşar onun kimi bir çox insanları aldatmışdır, ona 2500 manat pul verməkdə məqsədi isə öz əməllərini davam etdirib onun daha çox qoyun və quzusunu ələ keçirmək olmuşdur. O, bibisi oğlu Cavanşir Kərimovdan götürdüyü 10 baş, həmçinin dayısı oğlu Xanbaba Məmmədovdan götürdüyü 60 baş xırda buynuzlu heyvanın pulunu tam şəkildə ödəmiş və hazırda maddi ziyan yalnız ona dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində birldirmişdir ki, o, ünvan 8 ünvanda yerləşən dükanı icarəyə götürüb işlədir. Həmin dükanda tək işləyir və cehizlik malların satışı ilə məşğul olur. Satılan mallar onun özünə məxsusdur. 2016-cı ilin yanvar ayının sonunda onun dükanına təxminən 60 yaşlı bir nəfər qadın gəlmiş, özünü «Bəturə» kimi təqdim edərək dükanında satılan mallara baxmağa başlamışdır. Bəturə adlı qadın ona bir qohumunun qızına toy etməli olduğunu bildirmiş və ondan malın pulunu toydan sonra qaytarmaq şərtilə nisyə mal verə bilibbilməyəcəyini soruşmuşdur. Bəturə ondan servis və digər qab-qacaq mallarını istəmiş, o, Bəturəyə kişi cinsindən olan şəxslə söhbət edə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra, yəni 05 fevral 2016-cı il tarixdə saat 15.30 radələrində «Bəturə» onun yanına Yaşar adlı şəxslə gəlmiş, Yaşar özünü ona «Socar» şirkətinin əməkdaşı kimi təqdim edib hörmətli adam olduğunu və onu hamının tanıdığını bildirmişdir. Yaşar qızına toy etmək istədiyini və 24 fevral 2016-cı il tarixdə “Xudafərin” şadlıq sarayında onun qızının toyu olacağını, qızına cehizlik malları almalı olduğunu və həmin malların pullarını yalnız ona toydan sonra verə biləcəyini demişdir. O, Yaşarı tanımadığına görə mal vermək istəməmiş, lakin Yaşar həmin günü ona 500 manat beh verib onu inandırmışdır. Yaşar ona həyat yoldaşı rəhmətə getdiyinə görə qızını yetimçiliklə böyütdüyünü, buna görə də qızına yaxşı cehiz almaq istədiyini bildirmişdir. O, Yaşardan 500 manatı aldıqdan sonra Yaşarın ciddi adam olmağına inanmış və cehizlik malları Yaşara nisyə verməyə razılaşmışdır. 05 fevral 2016-cı il tarixdə o, Yaşara və Bəturəyə bir ədəd 150 manat dəyərində Çexiya istehsalı olan «Tom» markalı qrafini, hər biri 21 manat 66 qəpik olan cəmi 130 manat dəyərində 6 ədəd Çexiya istehsalı olan «Tom» markalı su stəkanlarını, hər biri 20 manat olan cəmi 240 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan «Tom» markalı çay stəkanlarını, bir ədəd 200 manat dəyərində olan Çexiya istehsalı olan «Tom» markalı meyvə qabını vermişdir. Həmin malları Yaşar öz idarə etdiyi «Chevrolet Aveo» markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobilinə yükləyib Bəturə ilə birlikdə oradan çıxıb getmişlər. Yaşar ona ***-***-**-** saylı nömrəsini verib həmin nömrə ilə onunla əlaqə saxlayacağını və ondan əlavə cehizlik malları alacağını bildirmişdir. Yaşar ondan 720 manat dəyərində malları götürüb ona 500 manat beh verərək çox mal alacağını və buna görə də pulunu 24 fevral 2016-cı il tarixdən sonra verəcəyini demişdir. Yaşar onunla əlaqə saxlamaq üçün onun mobil telefon nömrəsini istəmiş, o da Yaşara özünün istifadəsində olan ***-***-**-** saylı nömrəni vermişdir. Yaşar 05 fevral 2016-cı il tarixdə dükanından çıxmamışdan əvvəl digər mallara da nəzər yetirib dükanda satılan Çexiya istehsalı olan «Miks» markalı hər biri 13 manat 33 qəpik olan 160 manat dəyərində 12 ədəd bakalları, İtaliya istehsalı olan «Cevik» markalı bir ədəd 500 manat dəyərində olan güldanı, İtaliya istehsalı olan «Cevik» markalı 2 ədəd hər biri 500 manat dəyərində olan cəmi 1000 manat dəyərində meyvə qablarını ikinci dəfə gəlib götürəcəyini demişdir. Yaşar ona malları ya özü götürəcəyini, ya da bir taksi sürücüsünü göndərəcəyini bildirmiş, onun Yaşara inamı yarandığına görə onunla razılaşmışdır. Bəturə ilə Yaşar oradan sonuncunun idarə etdiyi «Chevrolet Aveo» markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobillə çıxıb getmişlər. 08 fevral 2016-cı il tarixdə səhər saatlarında Yaşar ona zəng vuraraq avtomobil göndərdiyini və həmin malları taksi sürücüsünə verməsini, sonra özü gəlib onunla görüşəcəyini bildirmişdir. O, Yaşarla razılaşıb onun dükanına göndərdiyi tanımadığı taksi sürücüsünə Yaşarın ona sifariş etdiyi malları yəni, Çexiya istehsalı olan «Miks» markalı biri 13 manat 33 qəpik olan ümumilikdə 160 manat dəyərində 12 ədəd bakalları, İtaliya istehsalı olan «Cevik» markalı bir ədəd 500 manat dəyərində olan güldanı, İtaliya istehsalı olan «Cevik» markalı 2 ədəd hər biri 500 manat dəyərində olan cəmi 1000 manat dəyərində meyvə qablarını Yaşara çatdırması üçün taksi sürücüsünə vermişdir. Yaşar həmin gün ona zəng vurub malların ona çatdığını bildirmişdir. 10 fevral 2016-cı il tarixdə Yaşar yenə də ona zəng vuraraq dükanında satılan Almaniya istehsalı olan «Arnshtad» markalı 2 ədəd hər biri 1000 manat olmaqla, cəmi 2000 manat dəyərində meyvə qablarını, Almaniya istehsalı olan «Arnshtad» markalı hər biri 166 manat 66 qəpik olan cəmi 1000 manat dəyərində 6 ədəd balaca ölçülü bakalları, Almaniya istehsalı olan «Arnshtad» markalı hər biri 200 manat olan cəmi 1200 manat dəyərində 6 ədəd orta ölçülü bakalları, Almaniya istehsalı olan «Arnshtad» markalı hər biri 216 manat 66 qəpik olan cəmi 1300 manat dəyərində 6 ədəd iri ölçülü bakalları, ona göndərməyini xahiş etmiş, «Socarda» işlədiyi üçün və qızının xeyir işinə görə başı qarışıq olduğundan onun yanına gələ bilmədiyini, həmin malları verməsi üçün ona taksi sürücüsünü göndərəcəyini, sonra özü onunla hesablaşacağını bildirmişdir. O, Yaşarla razılaşmış və yenə də sonuncunun dükana göndərdiyi taksi sürücüsünün vasitəsi ilə həmin malları ona göndərmişdir. 10 fevral 2016-cı il tarixdə saat 12 radələrində onun yanına başqa taksi sürücüsü gəlmiş, həmin taksi sürücüsünü o tanımamışdır və həmin şəxsin idarə etdiyi avtomobilin markasını və nömrəsini hal-hazırda xatırlamır. Qeyd etdiyi malları taksi sürücüsü ilə Yaşara göndərdikdən bir-iki saat sonra Yaşarla əlaqə saxlamış və Yaşar həmin malları aldığını təsdiq etmişdir. 12 fevral 2016-cı il tarixdə Yaşar yenə də ona zəng vuraraq ondan dükanında satılan Almaniya istehsalı olan «Arnshtad» markalı 43 santimetrlik ölçüdə olan 1 ədəd 1200 manat dəyərində güldanı, Almaniya istehsalı olan «Arnshtad» markalı 42 santimetrlik ölçüdə olan 1 ədəd 1100 manat dəyərində güldanı, Almaniya istehsalı olan «Arnshtad» markalı 1 ədəd 700 manat dəyərində qrafini, Almaniya istehsalı olan «Arnshtad» markalı hər biri 200 manat olan cəmi 1200 manat dəyərində 6 ədəd stəkanları ona göndərməyini xahiş etmişdir. O, yenə də Yaşarla razılaşıb həmin malları sonuncunun göndərdiyi tanımadığı taksi sürücüsünün vasitəsi ilə yola salmışdır. Yaşar həmin gün onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq göndərdiyi malların ona çatdığını bildirmişdir. 14 fevral 2016-cı il tarixdə Yaşar ona zəng vuraraq ertəsi gün üçün yenə də mal lazım olacağını bildirmişdir. Yaşar onunla şəxsən özü görüşmək istəmiş və 15 fevral 2016-cı il tarixdə Yeni Yasamalda onunla görüşəcəyini demişdir. Yaşar ona aldığı malların pulununun yarısını verəcəyini bildirib onu inandıraraq, yenə də əlavə mallar istəmişdir. 15 fevral 2016-cı il tarixdə o dükandan Almaniya istehsalı olan «Vemar» markalı 7000 manat dəyərində olan 12 nəfərlik yemək dəstini, Almaniya istehsalı olan «Vemar» markalı 4300 manat dəyərində olan 12 nəfərlik çay dəstini, Almaniya istehsalı olan «Vemar» markalı hər biri 200 manat olan hər biri 31 santimetr ölçüdə olan 4 ədəd cəmi 800 manat dəyərində «ləbləbi» qablarını, Almaniya istehsalı olan «Vemar» markalı hər biri 150 manat olan hər biri 25 santimetr ölçüdə olan 2 ədəd cəmi 300 manat dəyərində «ləbləbi» qablarını, Yaşarın sifarişi əsasında götürüb Yeni Yasamal qəsəbəsinə 77 saylı marşrut avtobusun sonuncu dayanacağına getmişdir. Yaşarı orada təxminən bir saat gözləmiş, sonuncu ona zəng vuraraq 20 Yanvar ərazisində olduğunu, bir nəfər şəxsin ona pul verməsini gözlədiyini, həmin gün mallara görə ona 5000-6000 manat məbləğində pul verəcəyini bildirmişdir. Yaşar günorta saatlarında onun yanına yəni, Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yerləşən 77 saylı marşrut avtobusunun sonuncu dayanacağına «Chevrolet Aveo» markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Orada Yaşar onu yenə də inandıraraq ona pul verməli olan şəxsin görüşə gəlmədiyini və buna görə də indi onun pulunu ödəyə bilməyəcəyini demişdir. Yaşar ona həmin vaxt etibarını qazanmaq məqsədi ilə 500 manat məbləğində pul vermişdir. Yaşar həmin pulu ona verəndə onun gətirdiyi malları da götürmüşdür. Həmin vaxt Yaşar ona 24 fevral 2016-cı il tarixdə Xudafərin şadlıq sarayında qızının toyu olacağını, toyu yola verdikdən sonra onun pulunu tam şəkildə toyun səhərisi günü qaytaracağını bildirmişdir. O, Yaşara həmin cehizlik mallarının ümumilikdə 24480 manat məbləğində olduğunu, həmin pulun yalnız 1000 manatını verdiyini, buna görə də Yaşarın ona 23480 manat məbləğində pul ödəməli olduğunu bildirmişdir. Yaşar onun sözləri ilə razılaşmış və ona toydan sonra pulunu qaytaracağını demişdir. Daha sonra onlar ayrılmış və o, Yaşarı görməmişdir. 25 fevral 2016-cı il tarixdə günorta saatlarında o, Yaşarın ***-***-**-** saylı nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə zəng vurub pulunu istəmiş, lakin Yaşar onu yenə də aldadıb pulunu verəcəyini, bir az səbirli olmasını bildirmişdir. Yaşarın bu hərəkəti onu şübhələndirdiyinə görə həmin gün axşam saatlarında “Xudafərin” şadlıq sarayına getmiş, orada Yaşarın qızının toyu barədə maraqlanmış və ona 24 fevral 2016-cı il tarixdə ümumiyyətlə Yaşarın qızının toyu olmadığı və Yaşar adlı şəxsin onlara müraciət etmədiyi bildirilmişdir. O, həmin vaxt Yaşarın onu aldatdığını başa düşmüş və buna görə də Yaşara tez-tez zəng vurmağa başlamışdır. Daha sonra məcbur olub Yaşar və Bəturə barəsində polisə şikayət ərizəsi vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 qızı ifadəsində birldirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, heç bir düşmənçilikləri və şəxsi ədavətləri olmamışdır. 2016-cı ilin iyul ayında Təqsirləndirilən şəxsla görüşən zaman Yaşar ona “Binə” ticarət mərkəzində şuba satışı ilə məşğul olduğunu bildirmiş, o özü üçün şuba istədiyini dedikdə isə hazırda yay ayları olduğu üçün şubanın qiymətinin çox aşağı olduğunu demişdir. O, özü üçün şuba istədiyini və əlində 1300 manat pulunun olduğunu bildirmiş, Yaşar onunla razılaşmışdır. Daha sonra 28 iyul 2016-cı il tarixdə 1300 manat pulu götürüb Yaşarla əlaqə saxlamış və Yaşar ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 77 nömrəli uşaq baxçasının yanında görüş təyin etmişdir. O, həmin yerə getmiş, orada Yaşarla görüşüb şuba almaq üçün 1300 manat pulu ona vermişdir. Lakin Yaşar şubanı gətirməmiş, ertəsi gün gətirəcəyini bildirsə də, şubanı verməmişdir. Belə olan halda Yaşarın onu aldatdığını görüb bu barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 qızı ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində birldirmişdir ki, Təqsirləndirilən şəxs, X6 və X2 əvvəllər tanımamışdır. O, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatda olsa da, faktiki olaraq Göyçay rayonu, Qarabaqqal kəndində yaşayır. 19 may 2016-cı il tarixdə onun evdə olmadığı vaxt oğlu İlham ona zəng vuraraq qapıya 2 nəfər kişi və bir nəfər qadının gəldiyini və qoyun-quzu almaq istədiklərini bildirmişdir. Bir neçə dəqiqədən sonra onun istifadəsində olan telefona sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs zəng vuraraq nisyə 20 baş quzu və 2 baş dana istədiyini bildirsə də, o razılaşmamış, lakin Yaşar təkidlə onu evə çağırmışdır. Evə qayıdanda Yaşar, yanında olan Sevda və Qasım adlı şəxslə birlikdə onu inandırmışlar ki, heyvanları Bakı şəhərinə aparan kimi orada pulunu oğlu Ruhidə verəcəklər. O onlara inanmış və 20 baş quzu 1840 manat, 2 baş dana 1200 manat olmaqla, ümumi dəyəri 3040 manat təşkil edən qoyun və dananı nisyə verməyə razılaşmışdır. Bundan sonra Göyçay rayonundan “Qazel” markalı bir avtomaşın tutulmuş, həmin 20 baş qoyun və 2 baş dana həmin avtomobilə yüklənilmiş və oğlu Ruhidi də Yaşargillə birlikdə Bakı şəhərinə yola salmışdır. Lakin Bakı şəhərinə çatdıqdan sonra Yaşar pulu Ruhidə verməmiş, heyvanları Ləhiş bağlarında boşaltsalar da, Yaşar pulu Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yanında verəcəyini bildirmişdir. Lakin orada Ruhidə cəmi 50 manat pul verib qalan pulu verməmiş, ertəsi gün verəcəyini bildirməsinə baxmayaraq, yenə də ödəniş etməmişdir. Sonradan həmin pulu Sevda Məmmədovanın verəcəyini desə də, heç bir ödəniş edilməmişdir. Daha sonra o, bu barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs7 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ilin may ayının əvvəllərindən tanımış, onunla heç bir düşmənçiliyi olmamışdır. Şahid2 həmkəndli olduqları üçün tanıyır. Şahid2 Beyləqan rayonunda yerləşən ziyarətgahın yanında ət satışı ilə məşğul olur. 05 may 2016-cı ildə saat təxminən saat 11 radələrində Umud onun mobil telefonuna zəng vuraraq qoyun və quzu almaq istəyən şəxslərin gəldiklərini bildirmişdir. Umud onda 60-70 baş satılmalı qoyun və quzu olduğunu bildirmiş, o öz avtomobili ilə Umudun ət satışı ilə məşğul olduğu yerə gəlmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs və X6 ilə tanış olmuşdur. Söhbət əsnasında Yaşar özünü mömin bir şəxs kimi təqdim edərək, «həcc» ziyarətində olduğunu, Bakı şəhərində şadlıq evlərinə və kafelərə ət payladığı üçün ona çoxlu sayda qoyun və quzu lazım olduğunu bildirmişdir. O isə Yaşara elə bu işlə məşğul olduğunu demişdir. Yaşar həmçinin əti Bakı şəhərində kafe və şadlıq evlərinə payladıqdan sonra 10 may 2016-cı il tarixdə pullarını alacağını, bundan sonra ondan götürdüyü qoyun və quzunun pulunu verəcəyini bildirmiş, o Yaşarla razılaşmışdır. O özünə məxsus Beyləqan rayonu Şəfəq kəndində yerləşən fermasından 2 baş qoyun və 37 baş quzunu 4000 manat pul müqabilində Yaşara satmış, həmin heyvanları həmkəndlisi Cavidin idarə etdiyi “Qazel” markalı avtomaşına yüklədikdən sonra təxminən saat 15 radələrində Yaşargillə dalqabaq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Bakı şəhərinə təxminən saat 19 radələrində çatmışlar. Yaşar onları Bakı şəhəri Suraxanı rayonu Kürdəxanı qəsəbəsi istiqamətində «Ləhiş bağları» deyilən ərazidə bir bağ evinə aparmış və həmin bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. Həmin yerdə qoyun və quzunu boşaltdıqdan sonra Yaşargillə birlikdə Biləcəri qəsəbəsində yemək yemiş və çıxıb getmişlər. İki gün sonra Yaşar yenidən onunla əlaqə saxlayaraq əlavə 2 baş dana və 10 baş quzu lazım olduğunu bildirmişdir. Bundan sonra o Beyləqan rayonunda yerləşən bazardan ümumi dəyəri 845 manat olan 10 baş quzu və dəyəri 1970 manat olan 2 baş dananı alıb Hafiz adlı şəxsin idarə etdiyi “Kamaz” markalı avtomaşınla Bakı şəhərinə yola salmışdır. Yaşar onunla görüşərək heyvanları təhvil almış, birinci dəfə “Qazel” sürücüsünə heyvanları Bakı şəhərinə gətirdiyi üçün 150 manat, ikinci dəfə “Kamaz” sürücüsünə isə 50 manat pul vermişdir. Yaşar hər iki dəfədə götürdüyü heyvanların pulunu 10 may 2016-cı il tarixədək verməyi öz öhdəsinə götürsə də, həmin tarixdə pulu ödəməmişdir. Dəfələrlə Yaşarla əlaqə saxlamaq istəsəməsinə baxmayaraq, buna nail ola bilməmişdir. Daha sonra o, Bakı şəhərinə gələrək bu barədə polisə şikayət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, özünü dolandırmaq məqsədilə yaşadığı İmişli rayonu Qulubəyli kəndində fermer təsərrüfatı yaratmış və heyvandarlıqla məşğul olur. 09 may 2016-cı il tarixdə ona həmkəndlisi Dadaş zəng vuraraq quzu alan olduğunu və pulunu nisyə olaraq bir neçə gün ərzində verəcəyini bildirmiş, o Dadaşa həmin şəxsə onun mobil telefon nömrəsini verməsini və həmin şəxsin ona zəng vurub danışmasını demkişdir. Həmin vaxt ona sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs zəng vurmuş və Bakı şəhərində şadlıq evi olduğunu, həmçinin ət tədarükü ilə məşğul olduğunu, həcc ziyarətində olmaqla, mömin insan olmasını bildirmişdir. O, qaynı Hüseyndən Yaşarı onun fermasına gətirməsini xahiş etmiş, bir qədər sonra Hüseyn taksidə bir neçə şəxslə onun fermasına gəlmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs kimi, yanında olan qadın isə özünü Sevda Məmmədova kimi təqdim etmiş, taksi sürücüsünün adının isə Qasım olduğunu demişlər. Söhbət zamanı hər biri 110 manatdan olmaqla 35 baş quzu götürəcəklərini və quzuların 3850 manat pulunu isə 12 may 2016-cı il tarixdə verəcəklərini bildirmiş, o, onlarla razılaşmışdır. Sevda Məmmədova bir kağızda 35 baş quzunun pulu olan 3850 manatı 12 may 2016-cı il tarixdə verəcəyini yazmış, o, onunla razılaşmışdır. Daha sonra yeznəsi Şamil Həsənovun idarə etdiyi “Qazel” markalı avtomaşınla həmin quzuları Bakı şəhərinə yola salmışdır. Sonradan məlum olmuşdur ki, Şamil həmin heyvanları Ləhiş bağları deyilən bir yerdə boşaltmışdır. Daha sonra Təqsirləndirilən şəxs onun pulunu vermədiyi üçün bu barədə şikayətlə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun qohumu olmaqla, bir kənddə yaşayırlar. Təqsirləndirilən şəxs 2016-cı ilin may ayının əvvəllərindən tanıyır, onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. O, Beyləqan rayonunda Ziyarətgah deyilən yerin yaxınlığında ət satışı ilə məşğul olur. 05 may 2016-cı il tarixdə saat 11 radələrində sonradan adının Yaşar və Sevda olduğunu bildiyi iki nəfər ona yaxınlaşmış və çoxlu sayda qoyun və quzu almaq istədiklərini bildirmişlər. O, həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs6 satılıq qoyun və quzusu olduğunu bildiyi üçün bu barədə Rabilə telefon vasitəsilə məlumat vermiş, aradan təxminən 10 dəqiqə keçdikdən sonra Rabil həmin yerə özünə məxsus avtomobillə gəlmişdir. Bu zaman o, Rabillə Sevda və Yaşarı tanış etmiş, onlar öz aralarında danışıb razılaşmışlar. Daha sonra o, Rabilgilə fermada köməklik etmiş və 37 baş quzu və 2 baş qoyunu “Qazel” markalı avtomaşına yükləmişlər. Yaşar bir daha əmin etmişdir ki, 10 may 2016-cı ildə götürdüyü qoyun və quzunun pulunu tam şəkildə ödəyəcəkdir. Lakin sonradan bilmişdir ki, Yaşarın söz verdiyi müddət gəlib çatsa da pulu ödəməmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, özünə məxsus olan “Ford” markalı ** BG *** nömrəli avtomobillə yük daşımaqla ailəsini dolandırır. 29 may 2016-cı il tarixdə Qəbələ rayonundan tanıdığı Mirsahib ona zəng vuraraq Bakı şəhərinə qoyun aparmaq lazım olduğunu bildirmiş, o etiraz etməyərək həmin avtomaşınla Mirsahibin həyətinə gəlmişdir. Orada onun avtomaşınına 45 baş qoyun və quzu yüklənilmiş, danışıqdan başa düşmüşdür ki, qoyunları deməsinə görə Bakı şəhərində şadlıq evlərinə ət tədarükü ilə məşğul olan Yaşar adlı şəxs götürür və pulunu 10 gün müddətində ödəyəcəkdir. Yaşarla həmin heyvanları Bakı şəhərinə 130 manata aparmağa razılaşdıqdan sonra yola düşmüşlər. Bakı şəhərində heyvanları içərisində yarım tikili olan bağ sahəsinə boşaltmışlar və Yaşar ona 130 manat pul verib yola salmışdır. Təxminən 2 gündən sonra Mirsahib yenə də ona zəng vuraraq, Bakı şəhərinə Yaşara əlavə 15 baş qoyun və quzu aparmaq lazım olduğunu bildirmişdir. O, 15 baş qoyun və quzunu Qəbələ rayonundan götürüb Bakı şəhərinə gətirmiş, orada Müşfiqabad qəsəbəsində Yaşarın göndərdiyi yük avtomaşınına boşaltmış və ona 130 manat pul vermişlər. Təxminən bir neçə gün sonra Mirsahib yenə də onun vasitəsilə 70 baş qoyun və quzunu Bakı şəhərinə yola salmış, həmin vaxt Mirsahibin qardaşı Tofiq də onunla getmişdir. Bakı şəhərində Müşfiqabad qəsəbəsində Yaşarın göndərdiyi avtomaşına həmin qoyun və quzular yükləndikdən sonra ona 130 manat yol pulu, Tofiqə isə heyvanın pulundan 2500 manat pul verilmişdir. Bir neçə gün sonra yenə də Mirsahib ona zəng vuraraq Təqsirləndirilən şəxs çatdırılması üçün 50 baş qoyun və quzu göndərmək istədiyini bildirmişdir. Daha sonra Mirsahibin qardaşı Tofiqlə birlikdə həmin heyvanları Qəbələ rayonundan yükləmiş və Bakı şəhərinə doğru gəlməyə başlamışlar. Mirsahibin deməsinə görə onlar Bakı şəhərinə çatanda Yaşar onlara heyvanın pulundan 10000 manat pul verməyi öhdəsinə götürmüşdür. Lakin Bakı şəhərinə çatdıqda Yaşar zəng vuraraq balıq almaq üçün başqa yerə getdiyini, bu səbəbdən heyvanların pulunu tam şəkildə 06 iyun 2016-cı il tarixdə Bakı şəhərinə gəlib götürməyin mümkün olduğunu bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qoyun və quzunun pulunu ödəməmiş, bu səbəbdən Mirsahib bu barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 29 may 2016-cı il tarixdə qardaşı Mirsahib ona Bakı şəhərindən bir nəfər şəxsin şadlıq evlərinə ət tədarükü ilə məşğul olduğunu, pulunu 10 gün müddətində ödəmək şərtilə qoyun və quzu istədiyini bildirmişdir. Daha sonra qardaşı Mirsahib Yaşar adlı həmin şəxslə razılaşdığını bildirmiş və həmin gün qonşuluqda yaşayan Seymur adlı şəxsin “Ford” markalı avtomaşınına 45 baş qoyun və quzu yükləmişlər. Mirsahibin qardaşı Kamran da onun yanında əyləşmiş və Yaşarın aldığı qoyun və quzunu Bakı şəhərinə aparmışlar. İki gün sonra Yaşar əlavə olaraq 15 baş qoyun və quzu istəmiş, bu dəfə o, Seymurun avtomaşını ilə həmin qoyun və quzunu aparıb Bakı şəhərində Yaşarın göndərdiyi yük avtomaşınına təhvil vermişdir. İki gün keçdikdən sonra Yaşar qardaşı Mirsahibə əlavə olaraq 70 baş da qoyun və quzu istədiyini və qoyunlar Bakıya çatanda 3000 manat pul verəcəyini demişdir. Onlar həmin 70 baş qoyun və quzunu Bakı şəhərinə aparıb Yaşarın göndərdiyi yük avtomaşınına təhvil verəndə sürücü ona içərisində 2500 manat pul olan zərf vermişdir. O həmin pulu aparıb qardaşı Mirsahibə vermişdir. Biriki gün sonra Yaşar əlavə olaraq 50 baş qoyun və quzu sifariş vermiş, həmin qoyun və quzunun da pulundan heyvanı təhvil alan zaman 10000 manat verəcəyini bildirmişdir. Bundan sonra 50 baş qoyun və quzunu Bakı şəhərində yaşara təhvil vermək istədikdə Yaşar balıq almaq üçün başqa yerdə olduğunu, bu səbəbdən gələ bilməyəcəyini, heyvanın pulunu 06 iyun 2016-cı il tarixdə verəcəyini bildirmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs pulu verməmiş, belə olduqda qardaşı Mirsahib bu barədə şikayətlə polisə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmündən və Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04.08.2016-cı il tarixdən (tutulduğu vaxtdan) hesablanmışdır. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 qızı tərəfindən verilmiş 25.08.2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olmasını, Zərərçəkmiş şəxs5 qızına dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə dələduzluq əməlinə meyilli olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq 08 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04.08.2016-cı il tarixdən hesablanmalı, onun hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.04.2020-ci il tarixli, 1(004)-114/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 80 (səksən) iş saatına bərabər hesab edilərək, göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 08 il 01 ay 25 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04.08.2016-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-12/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-12/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver