Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-12/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs MMC-nin Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1992-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu, Mərəzə qəsəbəsi, Yeni yaşayış massivində qeydiyyatda olan, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 430-da yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün, hüquq verən etibarnaməni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və satmışdır. Belə ki, o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs MMC-dən tanışı Şahid1 “KHAZAR SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüquq verən etibarnamənin alınmasında köməklik edəcəyinə dair vəd verərək bunun əvəzində həmin avtomobildə quraşdırılmış dəyəri 200 manat təşkil edən dörd ədəd yüngül lehimli diskləri 70 manat müqabilində ondan satın alacağına dair razılığa gəldikdən sonra 2020-ci ilin dekabr ayının sonları 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqla müəyyən olunması mümkün olmayan yerdə qanunsuz olaraq Zərərçəkmiş şəxs MMC-nin adından həmin şirkətə məxsus “KHAZAR SD” markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddət ərzində Şahid1 tərəfindən idarə edilməsinə hüquq verən rəsmi sənədi, yəni 01.01.2021-ci il tarixli POA********** nömrəli saxta etibarnaməni hər-hansısa eyni növ sənədin üzərində olan həmin MMC-nin möhürünü və direktoru X8 imzasını texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edib saxtalaşdırmaqla qanunsuz hazırlamış, 02 yanvar 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu Kənar dairəvi yolda yerləşən “Bakı maşın bazarı”nın yaxınlığında onun cinayət əməlindən məlumatı olmayan Şahid1 qanunsuz hazırlamaqla saxtalaşdırdığı hüquq verən saxta etibarnaməni sonuncuya 70 manat ödəyərək “KHAZAR SD” markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış dəyəri 200 manat təşkil edən dörd ədəd yüngül lehimli disklərin müqabilində satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Şahid1 internetdə olan sosial şəbəkələrin vasitəsi ilə “Xəzər” kulubdan tanımışdır. Cahangirlə aralarında olan söhbət zamanı bir ədəd “KHAZAR” markalı avtomobilin diskini 30 manat müqabilində ondan almağı razılaşmışdır. Bundan sonra onlar Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalının yaxınlığında görüşmüşlər və o Cahangirə 30 manat verərək “KHAZAR” markalı avtomobilin diskini ondan götürmüşdür. Bundan bir həftə keçdikdən sonra Cahangir ona mobil telefon vasitəsi ilə zəng edərək saxta etibarnamə ilə avtomobili idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin polis əməkdaşlarının sualına cavab olaraq həmin etbarnaməni ondan aldığını bildirmişdir. Bundan sonra o, Cahangir və onun dostu Yasamal rayonu ərazisində yerləşən “Şam bağı” adlanan restoranın qarşısında görüşmüşlər. Görüş zamanı o Cahangirdən polis əməkdaşları onu saxlayarkan nə üçün onun adını verdiyini soruşmuş və bu zaman onların aralarında mübahisə yaranmışdır. Bundan bir müddət sonra o polis əməkdaşları tərəfindən polis idarəsinə dəvət edilmişdir. Orada olan zaman o polis əməkdaşlarına ətraflı izahat verərək bildirmişdir ki, X3 Xidmətinin Hərbi Hospitalının yaxınlığında görüşmüş və o Cahangirdən 30 manat müqabilində “KHAZAR” markalı avtomobilin diskini almışdır və Cahangirdə aşkar edilən saxta etibarnamədən onun xəbəri yoxdur. Polis əməkdaşları onu dinlədikdən sonra narahat olmamağı və bu məsələyə xitam veriləcəyini bildirmişlər. 2021-ci ilin mart ayında Yasamal RPİ-nin müstəntiqi Tofiq Namazov ona zəng edərək onu Yasamal RPİ-yə dəvət etmiş və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq polis idarəsinə getmişdir. O Yasamal RPİ-nin müstəntiqi Tofiq Namazova ifadə verərkən bildirmişdir ki, o Cahangirə saxta etibarnamə verməmişdir, əksinə Cahangir ona saxta etibarnamə təklif etmişdir. Cahangir əvvəllər Şəbnəm adlı xanımın avtomobilini idarə edib və həmin vaxt “Q.Qarayev” metrostansiyasının yaxınlığında yaşayan hicablı qız onun üçün saxta etibarnamə hazırlayırdı və Cahangir lazım olduğu halda onun üçündə saxta etibarnamə hazırlaya biləcəyini demişdir. Cahangirin bu təklifinə o, saxta sənədə ehtiyacının olmadığını hər ay öz etibarnaməsini qanuni yolla əldə etməyə üstünlük verdiyini bildirmişdir. Bundan sonra Yasamal RPİ-nin müstəntiqi Tofiq Namazov ona köməklik etmək istədiyini bildirmiş, o isə T.Namazova bildirmişdir ki, yaxın müddətlərdə onun polis idarəsinə gəlməsi onun işi ilə bağlı problemlər yaradır. Bundan sonra cinayət işini aparan müstəntiq ona ərizə yazmağı təklif edərək cinayət işi üzrə icraata xitam verəcəyini söz vermişdir. İbtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlin onun tərəfindən törədilməsini etiraf etməmişdir və iş materiallarında olan ifadələrə imza etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-də hüquqşünans vəzifəsində işləyir. Həmin MMC avtomobilləri lizinq müqaviləsi əsasında ayrıayrı şəxslərə icarəyə verməklə məşğuldur. «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil təmsil etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsusdur. Həmin avtomobil müvəqqəti etibarnamə ilə ilkin olaraq Şahid2, sonra isə onun və MMC-nin razılığı ilə Şahid1 adlı şəxsə verilmişdir. 2020-ci ilin sonlarında həmin avtomobilin sahibinin MMC-yə borcu yarandığından, həmçinin sürücü Şahid1 avtomobili MMC-yə təhvil vermədiyindən MMC-nin müraciəti əsasında avtomobil barədə Bakı şəhər DYPİ-si tərəfindən axtarış elan edilmişdir. 02 yanvar 2021-ci il tarixdə saat 23 radələrində müəyyən edilmişdir ki, avtomobil Yasamal RPİnin DYPŞ-si 284 çağırışlı YPX avtomobili əməkdaşları tərəfindən metronun “Elmlər Akademiyası” yaxınlığında olan Yasamal rayonu, X16 küçəsi, 26 ünvanında yerləşən 53 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılmış və Yasamal rayonu Abdulvahab Salamzadə küçəsi 3 ünvanında yerləşən DİN-in BDYPİ-nin Siqnal İLİİ-nin 5 saylı cərimə meydançasına yerləşdirilmişdir. Həmin vaxt ona məlumat vermişlər ki, avtomobil saxlanılmış və etibarnamə əsasında idarə edilmişdir. Bunu eşitdikdən sonra o həmin yerə gəlmiş və etibarnamənin Zərərçəkmiş şəxs MMC tərəfindən verilmədiyini bildirmişdir. Orada etibarnaməyə diqqətlə baxdıqda onun saxta olduğunu müəyyən etmişlər. Bundan sonra o MMC-nin rəhbərliyi ilə əlaqə saxlamış, həmin xüsusatın MMC-nin işgüzar nüfuzlarına xələl gətirdiyi üçün həmin etibarnaməni götürmüş və məktubla Yasamal rayon Prokurorluğuna müraciət etmişlər. Yekun olaraq o təqsirləndirilən şəxs P.Hüseynli tərəfindən Zərərçəkmiş şəxs MMC-nin işgüzar nüfuzlarına xələl gətirdiyi üçün aralarında barışıq əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Onun nağd pulu olmadığından 02.07.2020-ci il tarixdə Yasamal rayonu, «Badamdar» qəsəbəsində yerləşən maşın bazarında Zərərçəkmiş şəxs MMC-dən ilkin ödəniş olaraq 3500 manat pul ödəyərək «Khazar SD» markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobili 36 ay ərzində hər ay 384 manat kredit ödəmək şərtilə kreditə götürmüşdür. 04.12.2020-ci il tarixdə özü Zərərçəkmiş şəxs MMC-ə yaxınlaşıb 500 manat, terminal vasitəsi ilə isə 300 manat ödəniş etmişdir. Lakin MMC-nin əməkdaşı onaəlavə 300 manat borcu qaldığından yeni etibarnamənin verilməyəcəyini söyləmişdir. Bundan sonra o bu barədə Pünhan Hüseynliyə demiş, Pünhan isə ona qardaşının şəhər DYPİ-də işlədiyini bildirmiş və problemi həll edə biləcəyini, yeni ona etibarnamə verə biləcəyini demişdir. Bunun müqabilində isə avtomobilin üzərində olan disklərin 3 ədədini ona verəcəyi ilə razılaşmışlar. Bundan sonra Pünhan ödəniş qəbzlərini və köhnə etibarnamənin əslini ondan almış və bir neçə günə məsələni həll edəcəyini demişdir. Bundan bir müddət sonra o Pünhana 3 ədəd avtomobil diskini vermişdir. 02.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində Pünhanla zəngləşib Badamdar qəsəbəsində maşın bazarının yaxınlığında görüşmüşlər. Pünhan həmin yerə tünd rəngli “Mercedes” markalı avtomobillə gəlmiş və orada ona yeni etibarnaməni, həmçinin ondan aldığı köhnə etibarnaməni və qəbzləri təqdim etmişdir. O etibarnaməyə baxıb, görmüşdür ki, etibarnamədə idarə etdiyi avtomobili 01.01.2021-ci il tarixdən 01.02.2021-ci ilədək Zərərçəkmiş şəxs MMC-dən ona icazə verilmişdi. Pünhandan bunu nə cür etdiyini soruşmuş, o isə bunu qardaşının vasitəsi ilə bunu etdiyini demiş, heç bir problem olmayacağını bildirmişdir. O Pünhandan həmin etibarnaməni götürmüş və onlar ayrılmışlar. Həmin gün saat təxminən 23 radələrində avtomibili idarə etdiyi zaman Elmlər Akademiyası metro stasiyasının yanında yerləşən 53 nömrəli orta məktəbin yaxınlığında 284 çağırışlı YPX avtomobili ona yaxınlaşmış, idarə etdiyi avtomobilin bank tərəfindən axtarışa verildiyini bildirmişdir. Həmin vaxt o Pünhana zəng vurmuş, Pünhan isə DYPİ Samir adlı əməkdaşı ilə telefonla danışmış, məsələni sabah həll edəcəyini demişdir. Yekun olaraq onun avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Həmin günü səhəri ona məlum olmuşdur ki, Pünhanın ona verdiyi etibarnamə saxtadır və Bank onun avtomobilini axtarışa vermişdir. Sonradan o, Zərərçəkmiş şəxs MMC-yə getmiş, sənədin həqiqətən də saxta olduğunu öyrənmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs MMC-yə bu barədə məlumat vermiş daha sonra isə 28-ci PB-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2 il olar ki, tanıyır. 02.07.2020-ci il tarixdə Yasamal rayonu «Badamdar» maşın bazarında yerləşən Zərərçəkmiş şəxs MMC-dən ilkin ödəniş olaraq 4000 manat pul ödəmiş, «Khazar SD» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay ərzində hər ay 384 manat kredit ödəmək şərtilə kreditə götürmüşdür. Həmin avtomobil iki ay müddətinə onun istifadəsində olmuş, lakin bundan sonra dostu Şahid1 ona müraciət edərək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. Həmin vaxt o digər işlə məşğul olduğu üçün Cahangirlə razılaşmışdır. Bundan sonra Cahangir ona ödəməsi üçün 4000 manat pulu olmadığından onunla belə razılaşmışlar ki, Cahangir hər ay krediti ödədikcə onun ilkin ödəniş kimi ödədiyi pulları da hissə-hissə ona ödəsin. Bununla əlaqədar olaraq 07.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə getmişlər və orada məsələni onlara izah etmişlər. Cahangirə yeni etibarnamə verilmişdir. Lakin Cahangirdən öyrəndiyi kimi Cahangir bankın kreditlərini gecikdirdiyindən onun banka gecikmə faizləri də üstünə gəlməklə təxminən 800 manat borcu yaranmışdır. Həmçinin Cahangir bu müddət ərzində onun pulunu da ödəməmişdir. Onunla aralarında olan dostluq münasibətlərinə görə ondan pulunu tələb etməmişdir. Sonradan onu polis bölməsinə dəvət etdikləri zaman Zərərçəkmiş şəxs MMC-nin müraciəti ilə tanış olduqdan sonra bilmişdir ki, müraciətə əlavə olunmuş etibarnamə saxtadır. Avtomobili Cahangir idarə etdiyi vaxt bu hadisə baş vermişdir. Bunlardan xəbəri olmamışdır. Sonradan Cahangir ona demişdir ki, güya həmin saxta etibarnaməni onun üçün tanıdığı Pünhan adlı şəxs düzəltmişdir. Şikayət olunduqdan sonra Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları ilə danışmış və avtomobili digər şəxsə satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid1 onun dostudur. 02 yanvar 2021-ci il tarixdə saat təxminən 23 radələrində bilmişdir ki, Cahangir idarə etdiyi «Khazar SD» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılmış və məlum olmuşdur ki, ona verilmiş etibarnamə saxtadır. Həmin vaxt Cahangirlə telefonla əlaqə saxlamış və ona məlum olmuşdur ki, o, həmin etibarnaməni ona Təqsirləndirilən şəxs adlı şəxs vermişdir. Sonradan həmin faktla bağlı 28-ci PŞ-si tərəfindən araşdırma aparılmışdır. Həmin dövrdə onlar, Cahangir, dostları Kamran və o, birlikdə Pünhan adlı şəxslə zəngləşib “Qurd Qapısı” deyilən yerdə Botanika bağının yaxınlığında görüşmüşüb söhbət etmişlər. Söybət zamanı Pünhan saxta etibarnamənin onun tərəfindən düzəldiyini etiraf etmiş və 28-ci PŞ-də onun adını çəkilməməsini xahiş etmişdir. Bundan sonra atasının xəstə olduğunu, atası bu işi eşitsə pis olacağını deyərək bu məsələnin həlli üçün Cahangirə yardım edəcəyinə söz vermişdir. Onlar Pünhanın bu sözlərinə inanmışlar və bundan sonra ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin DYPŞ-də inspertoru vəzifəsində xidmət edir. 02 yanvar 2021-ci il tarixdə 284 çağırışlı YPX avtomobili ilə gecə növbəsində xidmətdə olmuşdur. Həmin gün saat təxminən 23 radələrində “Khazar SD” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili yol qaydası pozuntusuna görə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında olan Yasamal rayonu, X16 küçəsi, 26 ünvanında yerləşən 53 nömrəli orta məktəbin yaxınlığında saxlanılmışdır. Avtomobili Şahid1 adlı şəxs idarə etmiş və həmin vaxt o avtomobildə tək olmuşdur. O Şahid1 sənədlərini tələb etmiş və sürücü avtomobilə dair sənədləri, texniki pasportu, sürücülük vəsiqəsini və Zərərçəkmiş şəxs MMC tərəfindən ona verilmiş etibarnaməni təqdim etmişdir. Sürücünün sənədləri ilk baxışdan düzgün olduğunu görmüş, yəni etibarnamə əsasında idarə edildiyini görmüş, lakin bundan sonra etibarnamənin saxta olduğundan şübhələndiyi üçün Cahangirin idarə etdiyi avtomobili ünvan 2 ünvanında yerləşən DİN-in BDYPİ-nin Siqnal İLİİ-nin 5 saylı cərimə meydançasına yerləşdirmişdir. Bu zaman sürücü ona bildirmişdir ki, həmin etibarnaməni ona bir neçə saat öncə Pünhan adlı şəxs vermişdir. Bundan bir neçə dəqiqə sonra həmin yerə həmin avtomobilin mülkiyyətçisi olan Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi gəlmiş və saat təxminən 23:30 radələrində ona məlum olmuşdur ki, sürücünün ona təqdim etdiyi etibarnamə Zərərçəkmiş şəxs MMC tərəfindən verilməmişdir, yəni etibarnamə saxtadır. Sürücü isə etibarnaməni ona Pünhan adlı tanışının düzəltdiyini demişdir. Bundan sonra həmin etibarnamə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsində qalmışdır. MMC-nin nümayəndəsi bu halın onların işgüzar fəaliyyətlərinə ziyan vurduğu üçün özləri müvafiq Polis İdarəsinə müraciət edəcəklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində xidmət edir. ********* nömrəli cinayət işi 31.03.2019-ci il tarixdə Yasamal Rayonu Polis İdarəsinin İstintaq şöbəsində X5 barəsində CM-in 320.1-ci maddəsi ilə başlanılmışdır. İstintaqla müəyyən edilmişdir ki, o avtomobili idarə etmək üçün, hüquq verən etibarnaməni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və satmışdır. İlkin olaraq təqsirləndirilən şəxs X11 törətdiyi əməli etiraf etməsədə sonra özü ərizə müraciət edərək yenidən ifadə vermək istədiyini bilmişdir. Bundan sonra P.Hüseynli yenidən verdiyi ifadəsi zamanı etdiyi əməli tam ediraf edərək öz imzası ilə təsdiq etmişdir. Daha sonra isə cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna tədqim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərmaş MMC” adı və Zərərçəkmiş şəxs MMC etibarnamələr üçün ”sözləri qeyd edilmiş dairəvi möhür əksi olan 01.01.2021-ci il tarixli №POA********** nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə verilir “Azərmaş MMC” tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Şahid1 (Hacıqabul ş., Ə.Vahid k., ev.123 qeydiyyatda olan, sürücülük vəsiqəsi AE № 522038 saylı, 17.02.2017-ci il tarixində Az.Res.DİN BDYPİ Şirvan RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, “Azərmaş MMC” ilə Şahid2 arasında bağlanmış 02.07.2019-cu il tarixli MAS-985 saylı “X17” əsasında lizinqə verilmiş 1 (bir) ədəd KHAZAR SD markalı, 90PS106 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi MB 001072 seriyalı, 2019 il buraxılışlı, ban №NVAW01HHFKE163917, mühərrik № null, Qara rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarix daxil olmaqla etibarlıdır. “Azərmaş MMC”-nin müdiri X14. (i.v. 22) “Sənədə baxış keçirilməsi haqqında” 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC adından «KHAZAR SD» markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli etibarnamənin saxta olub olmadığını müəyyən etmək üçün Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İslamov tərəfindən sənədlərin texniki ekspertizasi təyin edilmiş və məhkəməsənədlərin texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 fevral 2021-ci il tarixli 5/131 nömrəli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, həmin etibarnamənin blankı, üzərindəki möhür əks və imza texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürülmüş qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Həmin etibarnaməyə tərəfimdən baxış keçirilmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün materiala əlavə edilmişdir. (i.v. 23) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 25 fevral 2021-ci il tarixli 5/131 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01.01.2021-ci il tarixli, POA********** nömrəli etibarnamənin blankı, üzərindəki möhür əks və imza hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. (i.v. 24-27) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam olaraq təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şahid1 təxminən 1 il bundan əvvəl Xırdalan şəhərində görmüş, həmin şəxsi internetdə virtiual olaraq XƏZƏR klubda gördüyü və dosluğumda olan şəxs olduğunu bilmişdir. Cahangir həmin vaxt “KHAZAR” markalı avtomobil idarə etmişdir. O da həmin vaxtlarda “KHAZAR” markalı, **-PJ- *** dövlət nömrə nişanlı avtomobil idarə etmişdir. Həmin avtomobillə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Orada Cahangirlə canlı olaraq tanış olmuşdur. Aralarında normal münasibətlər yaranmışdır. Arada sırada zəngləşmişlər. İnternet üzərindən yazışmışlar. 2020-ci ilin dekabr ayının sonlarında Cahangirlə növbəti yazışmalarında o, idarə etdiyi avtomobilin banka olan borclarını ödəmək məqsədi ilə həmin avtomobilin üzərində olan zavod istehsalı olan diksləri satmaq istədiyini bildirmişdir. Bundan sonra onunla təsadüfən yadında qalmayan yerdə rastlaşmışlar. Cahangir idarə etdiyi avtomobili idarə edə bilmədiyini, banka olan borcuna görə avtomobili ondan almaq istədiklərini bildirmişdir. Ona bankdan etibarnamə almaq lazım olduğunu demişdir. Həmin vaxtlarda o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir gün axşam saatlarında evinə gətirdiyi, Yasamal rayonu Mirəli Seyidov küçəsində hazırda xatırlamadığı ünvanda yaşayan cavan bir qızın evində olmuşdur. Onunla aralarında dostluq münasibətləri yaranmışdır. Onun evində olanda evində kompyuter texnikasının olduğunu, onun bu sahədə işlədiyini bilmişdir. Həmçinin rəngli printerinin olduğunu görmüşdür. Cahangirin etibarnamə almaqda çətinliyinin olduğunu bildirdiyini eşitdikdə, həmdə ona disklərin gərək olduğunu düşündüyündən, bir anlığa ona tanışı qızın evindəki kompyuter texnikasında saxta etibarnamə düzəldə biləcəyini fikirləşmiş və ona yalandan qardaşının şəhər DYPİ-də işlədiyini, onda olan zavod istehsalı disklərin müqabilində, qardaşının vasitəsi ilə ona etibarnamə ala biləcəyini bildirmişdir. Cahangirdən sənədlərini götürmüş, bu aralarda həmin qızla yenə rastlaşmışdır. Bir tanışına mail göndərmək bəhanəsi ilə onun evinə getmişlər. Orada qızın başının qarışıq olmasından istifadə etmiş, Cahangirin ona verdiyi etibarnaməni skayner vasitəsi ilə kompyuterə köçürmüş, bundan sonra isə eyni bir Word sənədi düzəldərək skan etdiyi həmin möhürü düzəltdiyi sənəd üzərinə rəngli printer vasitəsi ilə çap edərək köçürtmüşdür. Bundan sonra isə qızın evindən getmişdir. Daha sonra məlum olduğu kimi 02 yanvar 2021-ci il tarixdə Canahgirlə zəngləşmiş, maşın bazarının yaxınlığında görüşmüşlər. Orada düzəltdiyi saxta etibarnaməni Cahangirə vermişdir. Bundan sonra isə biz ayrılmışlar. Ondan bir az sonra isə Yasamal DYPŞ-nin əməkdaşı Cahangiri saxlamış və avtomobili cərimə meydançasına qoymuşdur. Avtomobili cərimə meydançasından çıxarmağa çalışsa da bunu edə bilməmişdir. Sonra isə Azərmaş müraciət etmiş, saxta etibarnaməni polisə təqdim etmişdir. Orada da bir razılığa gəlib bu məslələni həll edə bilməmişlər. Nəhayət cinayət işi başlanmışdır. İlkin olaraq ifadəsində etiraf etməsə də sonradan Canahgir və dostlarının üzünə durduqlarından, üzləşmə zamanı onları düzəltdiyi etibarnamə barədə onlara etirafımdan danışmışlar. Hadisənin ciddi olduğunu anlamış və səmimi olaraq etiraf etmək qərarına gəlmişdir. Bunun üçün də səmimi olaraq etiraf edərək törətdiyi cinayət barədə tam və ərtaflı məlumat vermişdir. Törətdiyi əməldən səmimi olaraq peşimandır. Səmimi olmağını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə almağı xahiş etmişdir. Həmin qızla təsadüfən müştəri kimi tanış olmuşdur. Bir neçə dəfə onu taksi kimi sifarişlə ayrı-ayrı yerlərə aparmışdır. Onun heç nədən xəbəri olmamışdır. Yasamal rayonunun ərazisində Mirəli Seyidov küçəsində xatırlamadığı ünvanda kirayədə yaşamışdır. Əlaqələri yoxdur. Cavan, arıq, uzun qızı olmuşdur. Sifət cizgiləri yadında qalmayıb. Ancaq görsə tanıya bilər. O, hansısa bankda işlədiyini, əslən rayondan olduğunu demişdir. Həmin ünvanda kirayədə yaşadığını, subay olduğunu bilmişdir. Digər məlumatları yoxdur. Saxta sənədi düzəltdiyi zaman onun kompyuterində bir neçə dəqiqə oturmuşdur. Güya harasa mail göndərəcəyini bildirmişdir. Həmin tarixi dəqiq xatırlamır. 2020-ci ilin dekabr ayının son günləri və ya 2021-ci ilin ilk günləri olmuşdur. Onun şübhələnməməsi üçün özündən güyü başqa bir mətn yazmışdır ki, qız ondan qəti şübhələnməsin. Onun başı qarışıq olan vaxtlarda isə öz işini görmüşdür. Sonra isə kompyuterin yaddaşından etdiyi işlərin hamısını pozmuşdur. Cahangirin ona verdiyi etibarnamənin saxta olduğundan heç bir məlumatı olmayıb. Bu barədə hər hansı bir şəxsə məlumat verməmişdir. Əvvəllər və ya bu cinayətdən sonra, bu cür analoji cinayətlər, saxta sənədlər düzəltməmişdir. Bu ilk və son dəfədir ki, cinayət hadisəsi törədir. Bunun da elə bir ciddi şey olduğunu düşünməmişdir. Sadəcə olaraq onun təklif etdiyi zavod üsulu olan disklərin maddi marağı onu şirnikləndirmişdir. Bu cinayəti etməyə vadar etmişdir. Əvvəllər saxta sənədin Cahangir tərəfindən güyü ki, hanısa tanışı başı bağlı qızın vasitəsi ilə düzəltdiyini bildirməyinin səbəbi qorxmağı olmuşdur. İstintaqdan yayınmamışdır. Mobil telefonu xarab olduğu və işləmədiyi üçün axtarıldığından məlumatlı olmadığını, axtarıldığını bilən kimi könüllü gəldiyini və təslim olduğunu, bunu nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə olaraq Cahangirin onun tərəfindən düzəldilmiş və ona verilmiş etibarnamənin saxta olmasından xəbəri olmadığını, ona inandığı üçün etibarnaməni ondan alandan sonra əminliklə avtomobili idarə etdiyini və polis onu saxladığı zaman etibarnaməni təqdim etdiyini, əgəs onun saxta olduğunu bilsəydi təbii ki, onu təqdim etməyəcəyini bildirmiş, ona görə də bu xüsusatın nəzərə alınmasını xahiş etmişdir. (i.v. 139-142) 30 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 88-93) 30 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 94-96) 30 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 97-99) “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Cinayət işinin ibtidai istintaqı dövründə götürülmüş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC adından “KHAZAR SD” markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli, blankı, üzərindəki möhür əks və imza texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürülmüş qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş etibarnamə iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin müraciətləri, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsi, şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri, üzləşdirmə protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 fevral 2021-ci il tarixli 5/131 nömrəli məhkəmə ekspertizasının rəyi, həmçinin maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC adından «KHAZAR SD» markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli, blankı, üzərindəki möhür əks və imza texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürülmüş qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş etibarnamə iş üzrə sübut növləri kimi qiymətləndirilmişdir. (i.v. 110-120) “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC adından «KHAZAR SD» markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli, blankı, üzərindəki möhür əks və imza texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürülmüş qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş etibarnamə 11.05.2021-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin müraciətləri, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsi, şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri, üzləşdirmə protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 fevral 2021-ci il tarixli 5/131 nömrəli məhkəmə ekspertizasının rəyi, həmçinin maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC adından «KHAZAR SD» markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli, blankı, üzərindəki möhür əks və imza texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürülmüş qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş etibarnamə iş üzrə sübut növləri kimi qiymətləndirilmişdir. (i.v. 165-176) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixli 4/1549 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 1(004)-248/2021 saylı cinayət işinin 36-38-ci vərəqələrində olan 08 aprel 2021-ci il tarixli Şahidin dindirilməsi haqqında X1 adından olan 5 ədəd imza və protokolun sonundakı yazılar; 39-cu vərəqəsində 08 aprel 2021-ci il tarixli Protokolda “İştirakçı” qrafasındakı imza; 88-93-cü vərəqələrində olan 30 aprel 2021-ci il tarixli Üzləşdirmə protokolunun 1-3, 5-6-cı vərəqələrində X5 adından olan 9 ədəd imza və üzləşdirmənin sonunda X9 aid hissədəki yazılar; 94-96-cı vərəqələrində olan 30 aprel 2021-ci il tarixli Üzləşdirmə protokolunun 1-3-cü vərəqələrində X5 adından olan 8 ədəd imza və üzləşdirmənin sonunda X9 aid hissədəki yazılar; 98-99-cu vərəqələrində olan 30 aprel 2021-ci il tarixli Üzləşdirmə protokolunun 1-3-cü vərəqələrində X5 adından olan 8 ədəd imza və üzləşdirmənin sonunda X9 aid hissədəki yazılar; 101-104-cü vərəqələrində olan 01 may 2021-ci il tarixli Şahidin dindirilməsi haqqında protokolunun 1-4-cü vərəqələrində X5 adından olan 6 ədəd imza və protokolun sonundakı yazılar; 123-124-cü vərəqələrində olan 11 may 2021-ci il tarixli X1 adından olan 2 ədəd imza və “İmza” qrafasındakı “Hüseynli Pünhan” yazıları; 130-cu vərəqəsində olan 11 may 2021-ci il tarixli Protokolda “Təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 131-132-ci vərəqəsində olan 11 may 2021-ci il tarixli qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 134-135-ci vərəqəsində olan Bildirişin 1-ci vərəqəsindəki imza və 2-ci vərəqində “Təqsirləndirilən şəxs” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 136-cı vərəqəsində olan 11 may 2021-ci il tarixli Bildirişdə “Bildirişi aldım” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 137-ci vərəqəsində olan 11 may 2021-ci il tarixli Protokolda «Təqsirləndirlən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 138-ci vərəqəsində olan 11 may 2021-ci il tarixli Prokolda “Təqsirləndirilən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 139-141-ci vərəqələrində olan 11 may 2021-ci il tarixli X1 adından olan 5 ədəd imza və protokolun sonunda onun adından olan yazılar; 142-ci vərəqəsində olan 11 may 2021-ci il tarixli Prokolda “Təqsirləndirilən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 143-cü vərəqəsində olan 11 may 2021-ci il tarixli Prokolda “Təqsirləndirilən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 144-145-ci vərəqəsində olan 11 may 2021-ci il tarixli qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 147-ci vərəqəsində olan 11 may 2021-ci il tarixli İltizamda “İltizamı verən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 162- 164-cü vərəqələrində olan 05 iyun 2021-ci il tarixli Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında X1 adından olan 4 ədəd imza və protokolun sonundakı yazılar; 178-ci vərəqəsində olan 05 iyun 2021-ci il tarixli Prokolda “Təqsirləndirilən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları; 180-ci vərəqəsində olan 07 iyun 2021-ci il tarixli Prokolda “Təqsirləndirilən şəxs;” qrafasındakı imza və “Hüseynli Pünhan” yazıları - X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(004)-248/2021 saylı cinayət işinin 88-93-cü vərəqələrində olan 30 aprel 2021-ci il tarixli Üzləşdirmə protokolunun 4-cü vərəqəsində X5 adından olan 1 ədəd imzanın - X11 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni Şahid1 verilmiş saxta etibarnamənin onun verilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 53) “Qətimkan tədbiri seçilməsi haqqında” 11 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 144-145) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 05.05.2018-ci il təvəllüdlü X10 və 03.03.2020-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC adından «KHAZAR SD» markalı, 90PS106 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli, blankı, üzərindəki möhür əks və imza texniki qurğu olan skayner vasitəsi ilə kompüterə köçürülmüş qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmiş etibarnamə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 183.52 (bir yüz səksən üç manat əlli iki manat) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC adından «KHAZAR SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 tərəfindən 01.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddətdə idarə etmək üçün verilmiş 01.01.2021-ci il tarixli POA********** nömrəli etibarnamə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 183.52 (bir yüz səksən üç manat əlli iki manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-12/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-12/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver