Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-12/2023 05.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, onun nümayəndəsi və vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs, müdafiəçilər “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi4, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası X24 Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 07 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində özünə məxsus, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi küçəsi ilə Akim Abbasov küçəsi istiqamətində 60 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 4 ünvanın qarşısında yolu sağdan sola keçmək üçün qoşa xəttin üzərində, lakin, bir qədər onun yolunun hərəkət hissəsində dayanmış piyadalar X18 və Zərərçəkmiş şəxs yolda dayandıqlarını görməli olduğu halda bunu görməyərək avtomobilin ön sol hissəsi ilə onları vurmuş, nəticədə Nurlan Bağışov bədən xəsarətləri almaqla zərbənin təsirindən əks hərəkət zolağına düşmüş, bu zaman Moskva prospekti istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə üzərindən keçməsi nəticəsində zərərçəkmiş şəxs N.Zərərçəkmiş şəxs baş beynin qişası altına, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahiyəsində sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı və sağ budun səthi əzilmiş yaraları, sifət, sol bazu, sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qarnın sağ yan səthində sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X13 ölümünə səbəb olmuş, həmçinin ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ açıq-baldır oynağının əzilməsi ilə müşahidə olunmuş, həmin oynağın qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərərk zərərçəkmiş şəxs Nurlan Bağışovun olümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Cinayət işinin ibtidai istintaq materiallarına əsasən o, 07 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X8 məxsus “Toyota Prius” markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Moskva prospekti istiqamətində 48-50 km/saat surətlə hərəkətdə olarkən Şəfayət Mehdiyev küçəsi 96 saylı ünvanın qarşısında yolu soldan sağa, yəni onun hərəkət etdiyi yoldan keçmək üçün qoşa xəttin üzərində, lakin, bir qədər yolun dıgər hərəkət hissəsinə tərəf dayanmış piyadalar X18 və Zərərçəkmiş şəxs görüb onların hər an yolu soldan sağa doğru keçəcəkləri ehtimalını düzgün qiymətləndirməli olduğu halda bunu etməmiş, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1 hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, ona görə də həmin vaxt qarşıdan gələn sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mazda CX-5” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə azyaşlı piyada X18 vuraraq sonuncunu onun hərəkət istiqamətində avtomobilin qarşısına atdıqda, həmin səbəblərdən, yəni hərəkəti üçün təhlükə yaranan andan piyadanı vurduğu ana kimi iki saniyədən çox vaxt keçməsi şəraitində hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobillə N.Zərərçəkmiş şəxs üzərindən keçərək ona baş beynin qişası altına, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahiyəsində sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı və sağ budun səthi əzilmiş yaraları, sifət, sol bazu, sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qarnın sağ yan səthində sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X13 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə tibbi və video texniki ekspertizalarının rəylərini, həmçinin iş materiallarında olan digər sənədləri və videogörüntüləri tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirilsə də, digər Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 аvqust 2021-ci il tаriхdə səhər sааtlаrındаn idаrə еtdiyi «Mаzdа CХ-5» mаrkаlı, **-KL-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə аilə üzvləri, yəni həyаt yоldаşı Хurаmаn və 3 yаşlı uşаğı Zərifə ilə birlikdə qayınatası Vаqifin yaşadığı ünvan 5 ünvana gəlmişdir. Həyаt yоldаşı Хurаmаn və azyaşlı qızı Zərifə valideyinlərinin еvində qalmış, o isə öz avtomobili ilə Saray qəsəbəsindəki bağ evinə getmişdir. Sаrаy qəsəbəsində аpаrılаn tikinti işləri ilə bаğlı ustаlаrа tikinti mаtеriаlı lаzım оlduğu üçün o, Sumqаyıt şəhərinə getmiş və оrаdа bir nеçə sааt tikinti mаtеriаlı ахtаrmаğа başlamışdır. İşlərini bitirdikdən sоnrа həmin gün saat təхminən 18-19 radələrində yenidən qayınatası Vаqifin yaşadığı ünvan 5 ünvana gəlmiş və аilə üzvləri ilə birlikdə Saray qəsəbəsindəki həyət evinə gedib bir necə saat orada istirahət edib qayıtmağı təklif etmişdir. Bundаn sоnrа həyat yoldaşı Xuraman, az yaşlı qızı Qasımlı Zərifə, qayınanası X14 və bаldızı Şahid3 idarə etdiyim “Mazda CX-5” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə Saray qəsəbəsindəki həyət evinə getmişdir. Bir neçə saat sonra Sаrаy qəsəbəsində dincəldikdən sоnrа yеnidən Bаkı şəhərinə qаyıtmаq üçün təxminən sааt 22:30 radələrində idаrə еtdiyi «Mаzdа CХ-5» mаrkаlı, **-KL-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilə аilə üzvləri, yəni həyаt yоldаşı Хurаmаn, qаyınаnаsı Durnisə, bаldızı Аygül və 3 yаşlı uşаğı Zərifə ilə birlikdə Sаrаy qəsəbəsindən çıхıb Bаkı-Sumqаyıt yоlu ilə Bаkı şəhəri istiqаmətinə dоğru hərəkət еtməyə başlamışdır. Bаkı şəhərinə dахil оlub Yаsаmаl rаyоnu Tbilisi prоspеktindən Şəfаyət Mеhdiyеv küçəsinə dахil оlub «Lidеr» TV istiqаmətində hərəkətə davam etmişdir. Həmin zaman avtоmоbili isə sаz vəziyyətdə olmuş sürəti isə təхminən 60 km/sааt olmuş, qаrşıdа təхminən 100-150 mеtrdə işıqfоrun qırmızı işıq оlduğu üçün sürətini bir qədər azaltmışdır ki, işiqfordan sаğа dönsün. Hərəkətdə оlаrkən Şəfаyət Mеhdiyеv küçəsində yеrləşən «Bizim Kündə» mağazasının qаrşısınа çаtаndа təхminən 20-30 mеtr məsаfədən yоlun sаğ hissəsindən sоlа kеçən qоşа хəttin yахınlığındа 2 nəfər piyаdаnın dаyаnmаsını görmüşdür. O, piyаdаlаrın üzü əks istiqаmət zоlаğınа dоğru dayandığını görüb qərаrа gəlmişdir ki, həmin piyаdаlаrın yаnındаn ötüb keçsin. Bеlə ki, həmin piyаdаlаrа təхminən 5-6 mеtr məsаfə qаlmış piyаdаlаrdən biri qəflətən gеriyə yəni onun hərəkət zоlаğınа dоğru sıçramışdır. Bu zaman o, məsafə yaxın olduğundan gеriyə hərəkət еdən piyаdаnı аvtоmоbilimin qаbаq sоl künc hissəsi ilə vurmuşdur. Zərbə nəticəsində аvtоmоbili bir аndа idаrəоlunmаz vəziyyətdə sаğа istiqаmətlənmişdir. Аvtоmоbili bir qədər kənarda saxlamışdır. Tеz avtomobildən düşüb gеriyə qayıtmış və bir аzyаşlı uşağın qоşа хəttə yахın yеrdə qаrşı hərəkət zоlаğındа аyаqlаrı qоşа хəttə uzаnmış vəziyyətdə bir nəfər şəхsin isə аğlаyаrаq uşаğın bаşını tutduğunu görmüşdür. O, tеz təcili tibbi yаrdımа zəng etmişdir. Lakin, müraciət edənlərin çoxluğundan telefon zəngi sırasında gözləməli olmuş, həmin anda hadisə yerində olan xanım həkim uşağın nəbzinin atdığını, yaşadığını bildirmiş və təcili xəstəxanaya aparmağını təkid etmişdir. Təcili yardıma zəng etdiyini bildirmiş, həkim xanım təcili yardımı gözləməyin gec olacağını bildirmişdir. Hadisə yerində yoldan keçən cavan bir oğlan onun maşını ilə xəstəxanaya apara biləcəklərini demiş, sonra dərhal yaralı vəziyyətdə olan Nurlan Bağışovu onun atası Zərərçəkmiş şəxs ilə birlikdə yaxınlıqdakı Gömrük xəstəxanasına aparmışlar. Pandemiya ilə əlaqədar olaraq izolyasiyada olduqları üçün onları Gömrük xəstəxanasına qəbul etməmişlər, daha sonra yaxınlıqdakı doğum evinə getmişlər və orada da pandemiya ilə əlaqdəar izolyasiyada olduqları üçün qəbul etməmişlər. Bundan sonra ən yaxınlıqda olan növbəti xəsatəxaya - X20 getmişlər, orada xanım həkim xəstənin nəbzini qolundan daha sonra boğazından yoxladıqdan sonra xəstənin yaşadığını bildirmiş və təcili xərək gətirmələri üçün göstəriş vermişdir. Xəstəni qəbul etdikdən sonra o, uşağın atası Zərərçəkmiş şəxs qoluna girmiş, çölə çıxmışlar və Zərərçəkmiş şəxs Məkrəzi klinikanının təcili tibbi yardım zalından çıxanda qapının sağında oturmuşdur. Təqribən 40-45 dəqiqə sonra həmin həkim xanım qapıdan çıxmış, xəstə üçün əllərindən gələn hər şeyi etdiklərini, lakin onu qurtara bilmədiklərini demişdir. Sоnrаdаn ona məlum olmuşdur ki, idаrə еtdiyi аvtоmоbil ilə piyаdа uşаğı vurduqdаn sоnrа vurduğu uşаq qаrşı hərəkət zоlаğı ilə hərəkətdə оlаn «Toyоtа Prius» mаrkаlı **-OB-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilin qаrşısınа düşmüş, həmin аvtоmоbil piyаdа uşаğın üstündən kеçmiş və sürücü qаrşıdа sахlаyıb bir qədər dаyаndıqdаn sоnrа hаdisə yеrini tərk еtmişdir Bundan əlavə bildirmişdir ki, o hadisə baş verdiyi andan sürücülük vəzifələrindən irəli gələn, eyni zamanda insanlıq və mənəvi borcuna sadiq qalaraq yaralıya tibbi yardım edərək onun yaşaması üçün əlindən gələni sonadək etmişdir. Əfsuslar olsun ki, yaralını həyatda tuta bilməmişlər. Bundan sonra mərhumun ailəsinin yanında olmağa çalışaraq, onlara lazımi maddi və mənəvi dəstək göstərməyə səy göstərmişdir. Lakin, özü və ailə üzvləri, dostları, tanışları bu müddət ərzində mütamadi dəfərlərlə cəhd göstərməyinə baxmayaraq təəssüf ki, barışığa nail ola bilməmişdir. Bu barışıq ona məhkəmə tərəfindən az cəza verilməsi üçün deyil, onun və mərhumun yaxınlarının mənəvi rahatlıq tapması üçün lazım idi. Mərhumun ailəsi ilə barışmaq üçün etdiyi cəhdlərin siyahısını da məhkəməyə təqdim etmişdir. Onun məqsədi mənəvi olaraq onların yanında olmaq, maddi olaraq dəstək olmaqdır. Bu onun insanlıq və mənəvi borcudur. Yaralıya yardım etmək hər bir insanın, o cümlədən sürücünün birinci vəzifəsidir. Bu Allahın yazdığı qəzadır, onun heç kimlə heç bir ədavəti yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, ona görə özünü qismən təqsirli bilir ki, yol nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb xəsarət birinci vurulma nəticəsində yaranmamışdır. Digər avtomobil də mərhumu vurmasa idi, o yaşayacaqdı. Ona görə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilir. Bundan əlavə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, kasıb fəhlə ailəsində anadan olmuş, atası X22 şəhərində fəhləlik etməklə onun Konya şəhərində təhsili almasına şərait yaratmışdır. Ailəlidir, himayəsində az yaşlı qız övladı var, iki qardaşı var, hər ikisi hərbiçidir, hazırda hər ikisi cəbhə bölgəsində xidmət edir, onlardan biri xüsusi təyinalı qüvvələrdə xidmət etməklə Vətən müharibəsinin iştirakçılardır, qardaşları cəbhə bölgəsində olduqları üçün həm öz ailəsi, həm ata-anası, həm də qardaşlarının ailəsi faktiki olaraq onun himayəsindədir, özünün də səhhətində ciddi problemlər var. Belə ki, onlarda genetik olaraq ürək qüsuru vardır. Üç əmisi bundan rəhmətə getmişdir, atası da infarkt keçirmişdir. Özünün də ürəyində olan problemlərə görə hələ 2017-ci ildə Mərkəzi Klinikada müayinə olmuş, hətta onu anju müayinəsinə belə cəlb edərək mütamadi müayinələrdən keçməsini məsləhət görmüşlər. Müvafiq tibbi sənəd müdafiəçisi tərəfindən elektron kabinetə yüklənmişdir. Göstərilənləri, həmçinin hadisədən sonra mərhum zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu xəstəxanaya çatdırmasını, xəstəxanda zərərçəkmiş şəxsə ixtisaslı tibbi yardım göstərildiyini və yalnız bir müddətdən sonra vəfat etməsini nəzərə alaraq barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiq edilməsini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, icаrə əsаsındа «Toyоtа Prius» mаrkаlı, 99-ОB-985 dövlət qеydiyyаt nişаnlı аvtоmоbili idаrə etmişdir. Həmin avtomobil ilə «Ubеr» tаksi şirkəti ilə tаksi fəаliyyəti ilə məşqul olmuşdur. 07 аvqust 2021-ci il tаriхdə təхminən sааt 22:30 rаdələrində idаrə еtdiyi «Toyоtа Prius» mаrkаlı, 99-ОB-985 dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə tаnımаdığı 3 nəfər qаdın sərnişinlə birlikdə Bаkı şəhəri, Yаsаmаl rаyоnu Şəfаyət Mеhdiyеv küçəsi ilə «Lidеr» TV istiqаmətində hərəkətdə olmuşdur. Həmin vахt sürəti 48-50 km/sааt olmuşdur. O, hərəkətdə оlаrkən аnidən avtomobilin qаrşısınа nəyinsə dəydiyini və avtomobilin bir qədər qаlхıb düşməsini hiss etmişdir. Bundan sonra o təcili avtomobilini kənarda saxlamışdır. Avtomobildən düşüb avtomobilin qarşı hissəsinə baxmış və qаbаq bufеrdə оlаn dаrtıcı trоs hissəsinin qаpаğı düşdüyünü, bir qədər аrаlıdа insаnlаr toplandığını görmüşdür. Həmin vахt sərnişinlər mənzil аrtıq mənzil bаşınа çаtdığı üçün düşüb getmişlər. Bu zaman оrаyа yахınlаşаndа ona, piyаdа uşаğın əks istiqаmətdə hərəkətdə оlаn «Mаzdа» mаrkаlı avtomobil ilə vurub onun qarşısına atdığı məlum olmuşdur. Bir qədər gözləyib oradan getmişdir. Bir müddət sonra hadisə yerinə qayıtdıqda аrtıq оrаdа hеç kimin оlmаdığını görmüşdür. Səhəri gün pоlis əməkdаşlаrı onu idаrəyə dəvət etdikdə o, avtomobildə оlаn vidео qеydiyyаt аpаrаtındаn hаdisənin bаş vеrmə görüntülərini təqdim etmişdir. Həmçinin bildirmişdir ki, o, avtomobilini idarə edərkən öndə yolun digər hərəkət istiqamətində qoşa xəttdən təxminən 40-50 sm. aralıda iki nəfər piyadanın dayanıb gözləməsini görmüşdür. Lakin, həmin piyadalar dayanaraq onun hərəkət istiqamətində olan avtomobilləri gözlədikləri üçün heç bir təhlükəli vəziyyət olmamışdır. Hətta ondan az öncə bir «Toyоtа Prius» mаrkаlı avtomobil də hərəkətdə olmuşdur. Həmin avtomobil piyadaların yanından keçdikdən dərhal sonra qarşıdan gələn «Mаzdа» mаrkаlı avtomobil piyadalardan birini vuraraq onun avtomobilinin önünə atmış, bu zaman məsafə və vaxt intervalı lap az olduğu üçün onun avtomobili saxlamaq üçün texniki imkanı olmamışdır. Göstərilən halı nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs mərhum X13 hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki Zərərçəkmiş şəxs ilə nikahdadır və həmin nikahdan 3 övladı var. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonuna zəng vuraraq oğlu Nurlanı yolu keçən zaman avtomobil vurduğunu və hal hazırda X4qlarını bildirmişdir. Bundan sonra o dərhal qeyd olunan xəstəxanaya getmiş və orada olan zaman artıq övladı Nurlan Bağışovun vəfat etdiyini ona bildirmişlər. Hadisədən 14 saat sonra oğlu Nurlanın meyiti daxili müayinə edilməsi xəstəxanadan morqa köçürülmüşdür. Oğlunun ölümündə təqsiri olmuş şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində bildirmişdir ki, 07 avqust 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində azyaşlı oğlu X25 ilə birlikdə Yasamal istirahət parkından yaşadığı ünvan tərəf gəlmişdir. Bu zaman oğlu Nurlan Bağışov ona yolun əks istiqamətində yerləşən “Kündə” dükanından onun üçün şirniyyat almasını istəmişdir. O, Nurlanın əlindən tutub yolu keçməyə başlamışdır. Yolun hərəkət hissəsinin ortasında yerləşən qoşa xəttə yaxınlaşıb dayanmış, əks istiqamətdən gələn avtomobillərin sürüb keçməsini gözləmişdir. Bu zaman ani bir anda zərbə səsi eşitmişdir. Sağ tərəfinə baxan zaman oğlu Nurlan yanımda olmadığını görmüşdür. Bundan sonra sağ tərəfdə yerə baxan zaman oğlu Nurlanı yerdə asfaltın üzərində uzanılmış vəziyyətdə görmüşdür. Bu zaman o, qışqırmağa başlamışdır. Ətrafda olan tanımadığı insanlar yanıma gəlmişlər. Tanımadığım İki xanım orada ona köməklik göstərmişdir. Bu zaman artıq Nurlanın ağzından qan gəlmişdir. Bundan sonra bir avtomobil hadisə yerində saxlamış, o, həmin avtomobildə qabaq oturacağa oturmuş, arxa hissədə bir nəfər əvvəllər tanımadığı cavan oğlan oturmuşdur. Oğlu Nurlanı arxaya uzatmışlar. Baş hissəsi həmin şəxsin dizləri üzəzrində olmuşdur. Onlar ilkin olaraq Gömrük xəstəxanasına getmişlər. Lakin orada “Covid” xəstəliyi ilə əlaqədar qəbul etməmişlər. Bundan sonra yaxınlıqdakı doğum evinə getmiş lakin oradada xəstəni qəbul etməmişlər. Bu zaman onlar X11 getmişlər. Orada xəstənin nəbzini yoxlayaraq hələ yaşadığı üçün qəbul etmişlər və təxminən 15-20 dəqiqə sonra ona oğlu Nurlanın baş vermiş hadisədən sonra vəfat etdiyini bildirmişlər. Təqsirli şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşıdır. xx.xx.2021-ci il saat 08 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs1 və azyaşlı övladı X28 ilə birlikdə valideyinlərinin yaşadığı ünvan 7 ünvana gəlmişdir. Həyat yoldaşı Vəli isə öz avtomobili ilə Saray qəsəbəsindəki bağ evinə getmişdir. Həmin günü təxminən saat 18-19 radələrində Vəli yenidən valideyinlərinin yaşadığı ünvan 8 ünvana gələrək birlikdə Saray qəsəbəsindəki həyət evinə getməyi və orada bir neçə saat istirahət edib qayıtmağı təklif etmişdir. O, qızı Qasımlı Zərifə, anası X14 və bacısı Şahid3 ilə həyat yoldaşı Vəlinin idarə etdiyi “Mazda CX-5” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək onunla birlikdə Saray qəsəbəsində ki, həyət evinə getmişdir. xx.xx.2021-ci il tarixində təxminən saat 19:00-dan 22:00-dək birlikdə Saray qəsəbəsindəki həyət evlərində olmuşlar. Təxminən saat 22:00 radələrində evə qayıtmaq üçün avtomobilə minib hərəkətə başlamışlar. Bacısı Aygül qabaqda sol tərəfdə sürücü Vəlinin yanındakı oturacaqda, sürücünün arxasındakı oturacaqdakı avtokresloda qızı Zərifə, onun yanında ortada o və arxa sağ oturacaqda anası Dürnisə əyləşmişdir. Onlar Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində “Lider” TV-yə yaxınlaşanda avtomobilə nəyinsə dəydiyini eşitmişdir. Bu zaman sağa doğru hərəkətlənmişdir. Həyat yoldaşı Vəli avtomobili yolun ortasında saxlamış və avtomobildən düşərək hadisə yerinə tərəf getmişdir. Onun ardınca da anası və bacım maşından düşüb hadisə yerinə getmişdir. O isə şok vəziyyətdə qızı ilə birlikdə avtomobildə əyləşmişdir. Vəli geri gələrək avtomobilini digər hərəkətdə olan avtomobillərə maneə yaratdığı üçün yolun kənarına çəkdi və avtomobildən düşərək yenidən hadisə yerinə getdi. O, azyaşlı qızı yatdığı üçün avtomobildən düşüb sağ tərəfdə dayanmış, atası Vaqifə zəng vuraraq məlumat vermiş və dərhal hadisə yerinə gəlməsini istəmişdir. Bir qədər sonra atası hadisə yerinə gəlmiş, o, övladını burda saxlamağın mümkünsüz olduğunu görmüş və “UBER” şirkətinə məxsus taksi çağıraraq oradan getmək istəmişdir. Belə ki, bir qədər əvvəl ora gələn polis əməkdaşları avtomobili boşaltmağı bildirmişlər. Bundan sonra o, bacısı və atası avtomobildə olan şəxsi əşyaları götürmüş, anası və bacısı ilə birlikdə taksiyə minərək yaşadıqları evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 onlardan öncə ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 1-ci cild 57-58-ci vərəqələrində olan 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 75-76-cı vərəqələrində olan 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 142-147-ci vərəqələrində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işinin 1-ci cild 148-152-ci vərəqələrində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 08 avqust 2021-ci il tarixdən hesablanmaqla 07 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 207-215-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş o məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işinin 2-ci cild 157-160-cı vərəqələrində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 07 yanvar 2022-ci il tarixdək uzadılmışdır. Cinayət işinin 1-ci cild 153-cü vərəqəsində olan 09 avqust 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 211-212-ci vərəqələrində olan 21 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 25-26-cı vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materaillarına əlavə edilmiş olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 26 aprel 2018-ci ildə verilmiş AD seriyalı 088700 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 26 aprel 2028-ci il tarixədək qüvvədə olan “B” kateqoriyalı sürücülük hüququ vardır. Cinayət işinin materaillarına əlavə edilmiş olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 17 aprel 2018-ci ildə verilmiş AD seriyalı 194296 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 17 aprel 2028-ci il tarixədək qüvvədə olan “B” kateqoriyalı sürücülük hüququ vardır. Cinayət işinin 1-ci cidl 18-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 07 avqust 2021-ci il tarixli, 2/10654 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 1-ci cidl 31-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 08 avqust 2021-ci il tarixli, 1/2628 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 664566 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2014-cü il, «Mazda CX-5 minik» markalı, **-KL-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs1dur. Cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş MA seriyalı 005595 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008-cü il, «Toyota Prius» markalı, **-OB-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X9r. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X15 anası X21 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 2-ci cild 24-30-cu vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X30-Təcrübi Birliyinin xx.xx.2021-ci il tаriхli 82 saylı meyitin ekspertizası rəyindən görünür ki, X35 оğlunun mеyitində аşаğıdаkı хəsаrətlər аşkаr еdilmişdir: Yumşaq beyin qişası altına, yan mədəciklərə qansızmalar, kəllə sümüklərinin sınığı, sağ ənsə nahiyəsinin açıq sınığı, sol ağciyətin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı nahiyəsinin, sağ budun səthi əzilmiş yaraları, üz nahiyəsinin, sol bazunun sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qarının sağ yan səthimdə sıyrıq.Göstərilən xəsarətlər həyati olub, ölümün az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ölümə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Vət, X13 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təxminən 14-16 saat əvvələ uyğun gəlir. X13 mеyitindən götürülmüş qаndа nаrkоtik etil spirti аşkаr еdilməmişdir. Cinayət işinin 2-ci cild 21-23-cü vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X30-Təcrübi Birliyinin xx.xx.2021-ci il tarixli 756 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sağ açıq baldır oynağının əzilməsilə müşahidə olunmuş, həmin oynağın qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cild 80-83-cü vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X30-Təcrübi Birliyinin məhkəmə-tibbi və trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli T 228/2021 saylı rəyindən görünür ki, mərhum N.Zərərçəkmiş şəxs baş beynin yumşaq qişası altma, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahıyəsmdə sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı və sağ budun səthi əzilmiş yaraları, sifət sol bazu, sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qamın sağ yan səthində sıynq müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə izah etmək olar. İlkin zərbə “Mazda CX-5” markalı avtomobilin qabaq sol tərəfi ilə piyadanın sol aşağı ətrafına olmuş, nəticədə sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağında və sağ budda əzilmiş yara, sol bazu və sağ baldırda qançır əmələ gəlmiş, sonra piyadanın zərblə digər avtomobilin ön səthinə çırpılması, yer səthi ilə sürüklənməsi nəticəsində ağır açıq açıq kəllə beyin travması, sol ağciyər və dalağın cırılması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, ətrafların əzilmiş yaraları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yünügül zərərvurmaya aiddir, qançır və sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.Mərhum N.Ə.Baxışovun ölümünə səbəb ağır açıq kəllə beyin travması nəticəsində beyin qişaları altına, mədəciklərə qansızma olmuşdur. Cinayət işinin 2-ci cild 176-181-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X30-Təcrübi Birliyinin təkrar kompleks məhkəmə-tibbi və trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli T 273/2021 saylı rəyindən görünür ki, mərhum N.Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 82 saylı rəyə əsasən onda baş beynin qişası altına, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahiyəsində sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı və sağ budun səthi əzilmiş yaraları, sifət, sol bazu, sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qarnın sağ yan səthində sıyrıq müəyyən edilmişdir. Həmin xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, yarana bilərdilər. Qeyd edilən xəsarətlərdən baş beynin yumşaq qişası altına, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahiyəsində sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması 60 km/saat sürətlə hərəkətdə olan “Mazda CX-5” markalı avtomobilin qabaq sol qanadı ilə vurulma zamanı deyil, xarakterinə və yerləşdikləri nahiyələrə əsasən piyadanın zərblə digər avtomobil “Toyota Prius” markalı avtomobilin ön səthinə çırpılması və yer səthi ilə sürüklənməsi nəticəsində əmələ gəlməsinə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir. Mərhum N.Zərərçəkmiş şəxs sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağında və sağv budda əzilmiş yara, sol bazu və sağ baldırda qançır isə “Mazda CX-5” markalı avtomobilin qabaq sol tərəfi ilə piyadanın sol aşağı ətrafına ilkin zərbə nəticəsində əmələ gəlmişlər. Qeyd edilən xəsarətlərdən sol baldır sümüklərinin açıq sınığı canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, ətrafların əzilmiş yaralan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qançır və sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhumun meyitinin müayinəsi zamanı bədən səthində avtomobilin şinlərinin izləri aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 84-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli 8/2205 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən kiçik olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən böyük olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi mümkün olan tədbirlər görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 4-cü cild 5-9-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 14 iyul 2022-ci il tarixli 4/728 saylı məhkəmə video texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “VİD-20210808-WA0046” adlı faylda olan videoyazıya görə piyada X3 Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mazda CX-5” markalı **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə vurulduğu andan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu ana qədər 0,675 saniyə vaxt keçmişdir. Piyadaların “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin görünüş dairəsinə düşdüyü vaxtın müəyyən edilməsi video yazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından video görüntüyə əsasən piyadaların “Toyota Prius” markalı 99- 0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin görünüş dairəsinə düşdüyü vaxtdan həmin avtomobil tərəfindən vurulması anına qədər neçə saniyə keçməsini, həmçinin piyadaların “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq üzərindən keçməsi anı video yazıdakı görüntülərdə görünmədiyindən həmin avtomobil tərəfindən piayadanın vurularaq üzərindən keçib qurtarma anını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 4-cü cildində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 8/2589-4/1394 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “VİD-20210808-WA0046” adlı faylda olan videoyazıya görə piyadalar üzü “Toyota Prius” markalı avtomobilin hərəkətdə olduğu yola olmaqla, yolun hərəkət istiqamətlərini ayıran qoşa xəttə az qalmış dayanmış vəziyyətdə görünürlər. ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “VİD-20210808-WA0046” adlı faylda olan videoyazıya görə piyadaların videoyazıdakı kadrlarda ilk görünmə anından “Toyota Prius” markalı avtomobil tərəfindən vurulma anına kimi 2,02 saniyə, “Mazda CX-5” markalı avtomobilin ön sol hissəsi ilə vurulduğu andan “Toyota Prius” markalı avtomobillə vurulduğu ana qədər 0,675 saniyə vaxt keçmişdir. Təqdim edilmiş “VİD-20210808- WA0046” adlı faylda olan videoyazıya görə “Toyota Prius” markalı avtomobilin sürücüsünün piyadanı vurana kimi avtomobilin sürətini azaldıb-azaltmamasını müəyyən etmək mümkün olmadı. Təhlükənin yaranma anının qiymətləndirilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən istintaq orqanlarının və məhkəmənin səlahiyyətlərinə aiddir. Elmi ədəbiyyatlarda təhlükə nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s) tərəfindən yaradılan yol nəqliyyat şəraitinin elementidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təhlükənin yaranma anının qiymətləndirilməsi istintaq orqanlarının və məhkəmənin səlahiyyətlərinə aid olduğundan və rəqəmlərin müqayisəsi xüsusi texniki bilik tələb etmədyindən məhkəmə tərəfindən təhlükənin yaranma anına qiymət verilməklə təhlükə yaranan andan Toyota Prius markalı 990B985 dövlət qeydiyyat nişanlı avtomobillə piyada vurulan ana kimi keçən vaxt, mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükənin keçmə vaxtının kritik qiyməti (1,9 saniyə) ilə müqayisə edilməklə müvafiq nəticəyə gəlinməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntülər “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyya nişanlı avtomobilin salonunda quraşdırılmış video qeydiyyat kamerasının qeydə aldığı kadrlardır. Kadrlardan “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyya nişanlı avtomobilin arxa oturacağında 3 nəfər qadın sərnişin olması, 48 km/saat sürətlə Yasamal rayonu Ş. Mehdiyev küçəsi ilə yolun sağdan sola doğru 2-ci hərəkət zolağı ilə Tbilisi prospekti istiqamətində hərəkət etməsi, həmin avtomobildən bir az öndə eyni zolaqda daha bir avtomobilin hərəkət etməsi, daha sonra əks istiqamətdə yolun orta qoşa xəttindən bir qədər əks hərəkət zolağının içərisinə doğru dayanmış biri azyaşlı olmaqda iki nəfər piyadanın dayanıb gözləmələri, öndə olan avtomobilin həmin piyadaların yanından keçən zaman əks hərəkət istiqamətindən gələn başqa bir avtomobilin piyadalardan azyaşlını vuraraq hərəkətdə olan “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyya nişanlı avtomobilin qarşısına atması, piyadanın “Toyota Prius” markalı avtomobilin qarşı hissəsinə çırpılaraq yerə düşməsi, avtomobilin piyadanın üzərindən keçdikdən sonra “Toyota Prius” markalı avtomobilin qarşıda saxlaması, saxladıqdan sonra sürücünün sərnişinlərlə söhbət edərək əks tərəfdən gələn avtomobilin piyadanı vuraraq onun qarşına atdığını bildirməsi, daha sonra “Toyota Prius” markalı avtomobilin sürücüsünün avtomob ildən düşüb qarşı hissəsinə baxması, bir qədər dayandıqdan sonra hərəkətə başlaması, daha sonra sərnişinləri düşürməsi, bir müddət şəhərdə avtomobili idarə etdikdən sonra yenidən hadisə yerinə yaxın gəlib dayanıb müşahidə etməsi, həmin vaxt artıq hadisə yerində hadisə ilə əlaqədar heç kimin olmaması və oradan çıxıb getməsi müəyyən olunmuşdur. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntülər hazırki iş üzrə yol nəqliyyat hadisəsi iştirakçılarında olan “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyya nişanlı avtomobildən öndə hərəkət edən avtomobilin salonunda quraşdırılmış video qeydiyyat kamerasının qeydə aldığı kadrlardır. Kadrlarda həmin avtomobilin Yasamal rayonu Ş. Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkət etməsi, hərəkət zamanı əks istiqamətdə yolun orta qoşa xəttindən bir qədər əks hərəkət zolağının içərisinə doğru dayanmış biri azyaşlı olmaqda iki nəfər piyadanın dayanıb avtomobillərin keçməsini gözləmələri müşahidə olunmuşdur. İş üzrə istintaq zamanı sorğu əsasında Mərkəzi Klinikadan götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntülər 07 avqust 2021-ci il tarixdə X23 X33 qəbul bölməsində qeydə alınmışdır. Görüntülərdə əynində şortik və qısaqol ağ köynəkli şəxsin və əynində ağ xətli qısaqol köynəkli şəxsin həyacanlı vəziyyətdə şöbəyə daxil olmaları, bir qədər sonra həkim briqadasının xəsarət almış şəxsi təkərli xərəklə şöbəyə daxil etmələri müəyyən edildi. Baxış zamanı müəyyən edildi ki, əynində şortik və qısaqol ağ köynəkli şəxs Təqsirləndirilən şəxs1, əynində ağ xətli qısaqol köynəkli şəxs isə X19r. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntülər “Təhlükəsiz Şəhər Xidməti”nin TŞ 2-028, TŞ-2-067 və TŞ 2-043 nömrəli kameralarının xx.xx.2021-ci il tarixdə saat 22:20-dən 22:40dək olun müddətədək videgörüntüləri olmaqla istintaq zamanı Azərbaycan Respublikası DİN-nın X12 Xidmətindən gtürülmüşdür. Baxış zamanı TŞ 2-043 müşahidə qurğunusunun 1 və 2-ci kamerasının qeydə aldığı kadrda qaranlıq hava şəraitində ünvan 9 ünvanında qabaq sağ oturacağda qadın cinsinə məxsus sərnişin olan, kişi cinsinə məxsus sürücü tərəfindən idarə olunan «Mazda CX-5» markalı avtomobilin Tbilisi prospekti istiqamətindən «Lider» TV istiqamətinə hərəkət etməsi, bir qədər sonra Tbilisi prospekti istiqamətinə doğru üzərində «Uber» yazısı olan ağ rəngli «Toyota Prius» markalı avtomobilin hərəkət etməsi müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntülər “Təhlükəsiz Şəhər Xidməti”nin TŞ 2-028, TŞ-2-067 və TŞ 2-043 nömrəli kameralarının xx.xx.2021-ci il tarixdə saat 22:20-dən 22:40dək olun müddətədək videgörüntüləri olmaqla istintaq zamanı Azərbaycan Respublikası DİN-nın X12 Xidmətindən gtürülmüşdür. Baxış zamanı TŞ 2-043 müşahidə qurğunusunun 1 və 2-ci kamerasının qeydə aldığı kadrda qaranlıq hava şəraitində ünvan 9 ünvanında qabaq sağ oturacağda qadın cinsinə məxsus sərnişin olan, kişi cinsinə məxsus sürücü tərəfindən idarə olunan «Mazda CX-5» markalı avtomobilin Tbilisi prospekti istiqamətindən «Lider» TV istiqamətinə hərəkət etməsi, bir qədər sonra Tbilisi prospekti istiqamətinə doğru üzərində «Uber» yazısı olan ağ rəngli «Toyota Prius» markalı avtomobilin hərəkət etməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 181-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 13 avqust 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 13 avqust 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərarlardan görünür ki, 04 ədə CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin «Mаzdа CХ-5» mаrkаlı, **-KL-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbil və «Tаyоtа Prius» mаrkаlı, 99-ОB-985 dövlət qеydiyyаt nişаnlı avtomobillər maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 231-ci vərəqəsində olan MKİS arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında yaşayır, ailə üzvləri həyat yoldaşı X5 və övladı X10 ibarətrdir. Cinayət işinin 1-ci cild 233-cü vərəqəsində olan AZ-İİ seriyalı 212978 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X16 07 iyul 2017-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində nikaha daxil olmuşlar. Cinayət işinin 1-ci cild 232-ci vərəqəsində olan AZ-İV seriyalı 191950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs1dur. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 07-00472-2021 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası X24 Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi vəzifəsində işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 4-cü cildində olan Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 ürəyinə görə koronar angioqrafiya (anju) müayinəsi aparılmış və növbəti 2-5 ildə koronar hadisə riski müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildində olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İcbari Sığorta Bürosunun Məlumat Bazasına xarici ölkədən – Norveçdən edilmiş kiberhecumlara Azərbaycan Respublikasının yüksək ixtisaslı İT mütəxəssiləri tərəfindən nəzarətə götürlərək qarşısı alınmış və aktlaşdırılmışdır. Həmin mütəxəssislərdən biri hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1dur. Cinayət işinin 4-cü cildində olan vəsiqələrin surətlərindən görünür ki, X27 (Təqsirləndirilən şəxs1 qardaşı) Xocavəndin və Şuşanın azad edilməsinə, həmçinin döyüşdə fərqlənməyə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq medallarla təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum edilməsini, baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, ürəyində olan probelmlərə görə koronar angioqrafiya (anju) müayinəsi aparılmaqla növbəti 2-5 ildə koronar hadisə riski müəyyən edilməsini, ali təhsilli şəxs olmaqla işlədiyi Mərkəzi Bank tərəfindən müsbət xarakterizə edilməsini, yüksək ixtisaslı İT mütəxəssisi olmaqla ölkə səviyyəsində kibertəhlükəsizlik məsələlərinə cəlb edilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, iki qardaşının hərbiçi olmaqla onlardan birinin “Vətən” müharibəsi iştirakçılarından olmasını, yaşlı ata-anasının onun himayəsində olmasını, hadisə baş verdiyi vaxtdan indiyədək zərərçəkmiş şəxsin valideynləri ilə barışmaq üçün çoxsaylı cəhdlər etməsini, məhkəmə iclasında da bu cəhdləri edərək mərhumun valideynlərindən üzr istəyərək onu bağışlamalarını xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixdək şühhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 05 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamı araşdıraraq hesab edir ki, sonuncunun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığı üçün ona həmin maddələrlə bəraət verilməlidir. Belə ki, iş materiallarında olan sübutlar məhkəmə iclasında araşdırılarkən müəyyən edildi ki, piyada “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi həmin avtomobilin hərəkət etdiyi istiqamətdə yolu sağdan sola keçmək üçün qoşa xəttə yaxın, lakin qoşa xəttən təxmini 40-50 sm. içəridə dayanmış və gözləmişlər. Belə ki, piyadalar dayanaraq Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətdə hərəkətdə olan avtomobillərin keçməsini gözləmişlər. Bu hal həm “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin, həm də ondan öndə eyni istiqamətdə hərəkətdə olan avtomobilin salonunda quraşdırılmış video qeydiyyat kamreraları ilə qeydə alınmışdır. Video görüntülərlə də təsdiqini tapır ki, mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi piyadalar tam hərəkətsiz vəziyyətdə dayanmışlar və əks tərəfdən gələn nəqliyyat vasitələrinin keçməsini gözləmişlər. İstintaq orqanı Təqsirləndirilən şəxs2 ittiham elan edərkən təhlükə anının başlanğıcını mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulma anından deyil, piyadaların “Toyota Prius” markalı 99- 0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün görünüş dairəsinə düşdüyü vaxtdan hesablamışdır. İstintaq orqanı piyadaların “Toyota Prius” markalı sürücüsünün görünüş dairəsinə düşdüyü vaxtdan etibarən sürücü üçün təhlükə anının yaranması qənaətinə gəlmiş və həmin andan mərhum şəxsin “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin önünə çırpılması anına kimi 2 saniyədən artıq vaxtın keçməsini müəyyən edərək həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almaq üçün texniki imkanının olmasını qeyd etmişdir. Lakin, məhkəmə hesab edir ki, “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhlükə anı istintaq orqanının qeyd etdiyi kimi piyadaların sürücünün görünüş dairəsinə düşdüyü vaxtdan deyil, mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu andan hesablanmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu andan öncə piyadalar hərəkət etməmiş, dayanaraq əks tərəfdən gələn nəqliyyat vasitələrinin keçməsini gözləmişlər. Yəni, bu halda piyadalar hərəkət etməməklə, əksinə dayanaraq gözləməklə əks tərəfdən hərəkətdə olan “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobil üçün təhlükə hesab edilməmişlər. İbtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş məhkəmə yol-nəqliyyatı ekspertizalarının rəyləri ilə də müəyyən edilmişdir ki, elmi ədəbiyyatlarda təhlükə nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s) tərəfindən yaradılan yol nəqliyyat şəraitinin elementidir. Təhlükənin yaranma anının qiymətləndirilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən istintaq orqanlarının və məhkəmənin səlahiyyətlərinə aiddir. Həmin rəylərlə həmçinin müəyyən edilmişdir ki, hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən kiçik olmasının istintaq və məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən böyük olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin qeyd edilmişdir ki, rəqəmlərin müqayisəsi xüsusi texniki bilik tələb etmədyindən məhkəmə tərəfindən təhlükənin yaranma anına qiymət verilməklə təhlükə yaranan andan “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobillə piyada vurulan ana kimi keçən vaxt, mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükənin keçmə vaxtının kritik qiyməti (1,9 saniyə) ilə müqayisə edilməklə müvafiq nəticəyə gəlinməlidir. Məhkəmə istintaqı zamanı təyin edilmiş video-texniki ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, piyadaların videoyazıdakı kadrlarda ilk görünmə anından “Toyota Prius” markalı avtomobil tərəfindən vurulma anına kimi 2,02 saniyə, “Mazda CX-5” markalı avtomobilin ön sol hissəsi ilə vurulduğu andan “Toyota Prius” markalı avtomobillə vurulduğu ana qədər 0,675 saniyə vaxt keçmişdir. Yuxarıda qeyd edilən işin müəyyən edilmiş hallarını və ekspert rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL- *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi piyadalar hərəkət etmədikləri, əksinə dayanıb yolun əks tərəfindən gələn avtomobillərin keçməsini gözlədikləri üçün onların dayandıqları müddət “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 üçün təhlükə anı hesab edilə bilməz. “Toyota Prius” markalı avtomobilin sürücüsü üçün təhlükə anının başlanğıcı mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan andan hesablanmaldır. Həmin andan mərhumun “Toyota Prius” markalı avtomobilin önünə düşməsi anına kimi isə 0,675 saniyə vaxt keçmişdir ki, bu vaxt ərzində “Toyota Prius” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Belə ki, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən kiçik olması müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı 99- 0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Toyota Prius” markalı 99- 0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq olmamış və sonuncunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi mövcud olmadığı üçün ona həmin maddə ilə bəraət verildiyi üçün sonuncunun əmllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin də tərkibi yaranmır və ona həmin maddə ilə də bəraət verilməldir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. Qeyd edilən hüquqi mövqe Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012ci il tarixli qərarında da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1-ci bəndində qeyd edilir ki, “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq) Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 42.2.2-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi yoxdur. Buna görə də ona həmin maddələrlə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 742 (yeddi yüz qırx iki) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Toyota Prius” markalı 99-0B-985 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 742 (yeddi yüz qırx iki) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-12/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-12/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver