Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-12/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Malıyevicin, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(012)- 225/2021 saylı hökmü ilə 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına mihkum edilmiş, sonradan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-23/2022 nömrəli qərarı ilə “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən həmin cəza 1 il azaldılmış və elə həmin tarixdə də qeydiyyatdan çıxarılmış, İmişli şəhəri A.Məmmədov küçəsi ev 20 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oglunun və 14 noyabr 2001-ci il tarixdə X2 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ona təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 02 mart 2021 -ci il tarixli hökmü ilə 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(012)-247/2021 nömrəli qərarı ilə “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən həmin cəza 1 il azaldılmış, cəzası xx.xx.2022-ci ildə bitmiş, məhkəmluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 dekabr 2022-ci il tarixdə saat 18:50 radələrində müştəri qismində gəldikləri "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən filialından 1 ədəd paketdə 2,946 kiloqram çəkidə, 45,34 manat dəyərində “Ankor” markalı və 1 ədəd paketdə 1 kiloqran çəkidə 79 manat dəyərində “Pinar” markalı kərə yağlarını, yəni cəmi 124 manat 34 qəpik dəyərində əmlakı satın almaq görüntüsü yaradıb açıq talamaqla mağazadan qaçıb uzaqlaşan zaman supermarketin mühafizəçiləri və Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin polis əməkdaşı tərəfindən supermarketin yaxınlığında yaxalanaraq polis əməkdaşlarına təhvil verildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək soyğunçuluq etməyə cəhd etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işi üzrə digər təqsirləndirilən şəxs X6 qarşı irəli sürülmüş ittihama görə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 dekabr 2022-ci il tarixdə saat 18:50 radələrində müştəri qismində gəldikləri "xxxx" MMCnin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən filialından 1 ədəd paketdə 2,946 kiloqram çəkidə, 45,34 manat dəyərində “Ankor” markalı və 1 ədəd paketdə 1 kiloqram çəkidə 79 manat dəyərində “Pinar” markalı kərə yağlarını, yəni cəmi 124 manat 34 qəpik dəyərində əmlakı satın almaq görüntüsü yaradıb açıq talamaqla mağazadan qaçıb uzaqlaşan zaman supermarketin mühafizəçiləri və Bakı Şəhər Yasamal RPİ-nin 29cu Polis Şöbəsinin polis əməkdaşı tərəfindən supermakketin yaxınlığında yaxalanaraq polis əməkdaşlarına təhvil verildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək soyğunçuluq etməyə cəhd etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə tanışı Fərid Hacıyevlə görüşmüşlər və Fəridin özünə xarici pasport düzətdirməklə bağlı işləri olduğu üçün birlikdə Yasamal rayonunun ərazisində yerləşən “Asan” xidmətdə getmişlər. Fəridin həmin xidmətdə işləri bitdikdən sonra onlar birlikdə H.B.Zərdabi küşəsində yerləşən “tri korona” kimi adlanan binanın birinci mərtəbəsindəki "xxxx" marketə siqaret almaq üçün daxil olmuşlar, marketin qida məhsulları satılan bölməsində o, “Ankor” markalı kərə yağı, Fərid isə “Pınar” markalı kərə yağını götürüb kassaya yaxınlaşmışlar. Daha sonra o, heç bir şey hiss etmədən yəni kassada öz növbəsini gözlədiyi halda birdə görmüşdür ki, Fəridi çöldən tutub mağazaya gətirirlər. Bütün bunlar baş verərkən o, marketin giriş hissəsində yerləşən kassadan kənara ayrılamdığını, mağazadan kənara çıxmadığını, heç kimin onu tutub mağazaya gətirmədiyini, bütün bunlar baş verərkən özünün də ilk əvvəl nə baş verdiyini dərk etmədiyini bildirmişdir. Fəridi mağazanın çölündən içəri gətirdikləri vaxt o, həmin şəxslərə Fəridin buraxilması yalvararaq xahiş etmişdir, belə olan halda həmin şəxslər onun Fəridlə əlbir olmasını düşündükləri üçün onu dayandığı kassanın yanından Fəridi apardıqları otağa gətirmişlər və onu sorğu sual etmişlər. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən imtina edir. Onun tərəfindən ittiham aktında qeyd edilən cinayətin törədilməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Belə olan halda o, heç bir soyğunçuluq etməmişdir və məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs btidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş cinayətdə özünü təqsirli bilərək bildirmişdir ki, X7 iki ilə yaxındır ki, tanıyır belə ki, Fərid onun əvvəllər işlədiyi “MAXSİMUS” fitnes klubunun üzvü olmaqla həmin klubda idmanla məşğul olmuşdur. 23 dekabr 2022-ci tarixdə saat 08 radələrində işlədiyi “MAXSİMUS” fıtnes klubuna gəlmiş və həmin günü saat 16 radələrinədək işdə olmuşdur. Bundan sonra işdən çıxıb Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ASAN 3 xidmətinin qarşısına gəlmiş və orada təsadüfən Fərid Hacıyevlə görüşmüşdür. Fəridlə birlikdə ASAN 3 xidmətinə daxil olmuş, həmin vaxtı Fərid özünə ümumvətəndaşlıq pasportu hazırlatmışdır. Həmin günü saat 18:30 radələrində ASAN 3 xidmətindən çıxıb Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən “Tri Karona” adlanan binanın birinci mərtəbəsindəki "xxxx" marketin qarşısına gəlib kioskdan su almış, sonra isə birlikdə "xxxx" marketə daxil olmuş və marketdə ərzaqlara baxarkən yağ və süd məhsulları olan hissəyə keçdikdə orada olan satıcı qız kərə yağlarını göstərib yağın qiymətinin endirimə düşməsini bildirmişdir. Satıcı xanımın təklifi onları şirnikləndirmiş və Fərid ona təklif etmişdir ki, bahalı yağın pulunu supermarketə ödəmədən oğurlayıb evə aparsınlar. Fəridin təklifi ilə razılaşmış Fərid 1 kiloqram çəkidə 1 paket “Pinar” markalı kərə yağını, özü isə 1 paketdə 2,946 kiloqram çəkidə “Ankor” markalı kərə yağını satıcı qızdan götürmüş, Fərid Hacıyev qabaqda iri addımlarla, özü isə onun arxasınca götürdükləri kərə yağlarını supermarketin girişində olan kassa aparatına ödəmədən supermarketdən çıxıb təxminən 5-10 metr aralaşan zaman görmüşdür ki, supermarketin nəzarətçiləri və tanımadığı polis əməkdaşı Fəridi tutub saxladılar. Sonra nəzarətçilər onu da saxlamiş və hər ikisini supermarketə gətirmişlər. Həmin vaxtı özü, həmçinin Fərid, supermarketdən götürdükləri kərəyağlarını təhvil verib, törətmiş olduqları hadisəni səmimi etiraf etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ittihamda qeyd edilmiş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil özü tək törətmişdir və bu cinayəti törədəcəyindən digər Təqsirləndirilən şəxs xəbəri olmamışdır, onun törətdiyi cinayətlə əlaqəsi yoxdur və iştirakı da olmamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, həm Xırdalan şəhər sakini kimi, həmçinin “MAXSİMUS” fıtnes klubunun qeydiyyatçısı kimi tanıdığını, Əli ilə münasibətinin yaxşı olduğunu, 23 dekabr 2022-ci tarixdə 16 radələrində özünə ümumvətəndaş pasportu almaq üçün yaşadığı Xırdalan şəhərindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ASAN 3 xidmətinin qarşısına gəldiyini və orada Təqsirləndirilən şəxs ilə təsadüfən görüşdüyünü, Əli ilə birlikdə ASAN 3 xidmətinə daxil olaraq orada umvətəndaş pasportu almaq üçün sənədlərini və dövlət rüsumunu ödədiyini, bundan sonra Əliylə birlikdə ASAN 3 xidmətindən çıxıb həmin günü saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “Tri Karona” adlanan binanın birinci mərtəbəsindəki "xxxx" marketin qarşısına gəlmiş və orada kioskdan su almışlar. Daha sonra siqaret almaq üçün marketə daxil olmuşlar və marketdə ərzaqlara baxarkən yağ və süd məhsulları olan hissəyə keçdikdə orada olan satıcı qız kərə yağlarını ona və Əliyə göstərib yağın qiymətinin endirimə düşməsini bildirmişdir. Satıcı xanımın təklifi onu şirnikləşdirmiş və o düşünmüşdür ki, yağın pulunu ödəmədən oğurlayıb evə aparsın. Əlinin onun belə bir fikrinin olamasından xəbəri olmamış, ona belə bir təklif etməmişdir, o, 1 kiloqram çəkidə 1 paket “Pinar” markalı kərə yağını, Əli isə 1 paketdə 2,946 kiloqram çəkidə “Ankor” markalı kərə yağını satıcıdan götürmüş, özü qabaqda iri addımlarla, Təqsirləndirilən şəxs isə arxasınca götürdükləri yağları supermarketin girişində yerləşən kassaya gətirmişlər, kassada bir qədər dayandıqdan sonra o yağın pulunu ödəmədən supermarketdən çıxıb təxminən 5-10 metr aralanmışdır ki, arxasınca supermarketin nəzarətçisinin gəldiyini görmüşdür və qarşıdan gələn şəxs ona podnoşka verdiyindən o yerə yıxılmışdır və onu tutmuşlar. Sonradan bimişdir ki, ona podnoşka vermiş şəxs polis əməkdaşıdır. Həmin şəxslər onu saxlayaraq marketə gətirmişlər, o mağazaya daxil olanda Təqsirləndirilən şəxs hələ də kassada növbədə dayanmış vəziyyətdə olmuşdur, Əlinin onun oğurluq edəcəyindən xəbəri olmamışdır. Əli sadəcə olaraq polis və mühafizəçi onu tutub mağazaya gətirəndə onlardan xahiş etmişdir ki, onu buraxsınlar, bu zaman Əlini də onunla birlikdə müdirin otağına aparmışlar. Əli mağaza daxilində olmuşdur, onu heç kim tutub çöldən mağazaya gətirilməmişdir. İfadəsinin dəqiqləşdirlirməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq X9 bildrmişdir ki, Əli onunla birgə marketdən bayıra qaçmamışdır, təkcə onun özü qaçmışdır, Əli kassanın yanında olmuşdur. Ona verilmiş ittihamda qeyd edilənlər səhvdir yəni onun arxasınca marketin mühafizəçilər deyil cəmi bir mühafizəçi düşmüş, ancaq polis əməkdaşı binanın tinindən çıxaraq ona “padeşka” verib yerə yıxmışdır və onu tutub marketə gətirmişlər. Əli mağaza daxilində olub, onun bu hadisələrlə əlaqəsi yoxdur. Eyni zamanda bildirmişdir ki, ittiham aktında qeyd edilən kimi onun arxasınca “marketin mühafizəçiləri” deyil həmin vaxt orada olan bir mühafizəçi qaçmışdır. İbtidai istintaq zamanı cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında yəni Təqsirləndirilən şəxs ilə birgə törətmələri ilə bağlı verdiyi ifadələri (marketdə olarkən Təqsirləndirilən şəxs oğurluq etməyi ona təklif etdiyini və qarşı tərəfin buna razılaşması, Təqsirləndirilən şəxs əlində kərə yağı ilə birlikdə marketdən çıxıb 10-15 metr aralanması, marketin nəzarətçiləri və polislərin Təqsirləndirilən şəxs saxlayaraq marketə gətirmələri) məcburiyyət qarşısında verdiyini və obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi həmin izahat və ifadələrindən imtina edir. Ona görə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edir. İfadəsinin sonunda X9 törətdiyi əməlindən səmimi peşiman olmasını, əməlinin səmimi etiraf etməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 elan edilmiş btidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş cinayətdə özünü təqsirli bilərək bildirmişdir ki, 23 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən Supermarket mağazasından tanışı Təqsirləndirilən şəxs ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub qrup yaradaraq soyğunçuluq cinayət əməlinə cəhd cinayət əməlini törətməyini etiraf edir. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, həm Xırdalan şəhər sakini, həmçinin “MAXSİMUS” fıtnes klubunun qeydiyyatçısı kimi tanımışdır. Əli ilə münasibəti yaxşı olmuşdur. 23 dekabr 2022-ci tarixdə 16 radələrində özünə ümumvətəndaş pasportu almaq üçün yaşadığı Xırdalan şəhərindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ASAN 3 xidmətin qarşısına gəlmiş və orada Təqsirləndirilən şəxs Rasəf oğlu ilə görüşmüşdür. Əli ilə birlikdə ASAN 3 xidmətinə daxil olmuş orada ümumvətəndaş pasportu almaq üçün sənədlərini və dövlət rüsumunu ödəmiş, bundan sonra Təqsirləndirilən şəxslə birlikdə ASAN 3 xidmətindən çıxıb həmin günü saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən “Tri Karona” adlanan binanın birinci mərtəbəsindəki "xxxx" marketin qarşısına gəlmiş və orada kioskdan su almışlar. Daha sonra siqaret almaq üçün marketə daxil olmuşlar və marketdə ərzaqlara baxarkər yağ və süd məhsulları olan hissəyə keçdikdə orada olan satıcı qız kərə yağlarının ona və Əliyə göstərib yağın qiymətinin endirimə düşməsini bildirmişdir. Satıcı xanımın təklifi onları şirnikləndirmiş və Təqsirləndirilən şəxs təklif etmişdir ki, bahalı yağın pulunu supermarketə ödəmədən oğurlayıb evə aparsınlar. Əli də onun təklifi ilə razılaşmış, özü 1 kiloqram çəkidə 1 paket “Pinar” markalı kərə yağını, Əli isə 1 paketdə 2,946 kiloqram çəkidə “Ankor” markalı kərə yağını satıcıdan götürmüş, özü qabaqda iri addımlarla Təqsirləndirilən şəxs isə arxasınca götürdükləri yağlan super marketin girişində olan kassa aparatına ödəmədən supermarketdən çıxıb təxminən 5-10 metr aralamışlar ki, arxasınca supermarketin nəzarətçiləri və polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmin şəxslər onu saxlayaraq marketə gətirmiş, sonra marketin nəzarətçiləri və polis əməkdaşları Təqsirləndirilən şəxs də saxlayıb marketə gətirmişlər. Orada marketdən götürdükləri yağları təqdim edərək törətdikləri hadisəni etiraf etmişlər. Məhkəmə baxışında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" Supermarketlər şəbəkəsində hüquqşünas vəzifəsinidə işləyir. 23 dekabr 2022-ci il tarixdə saat 19:00 radələrində "xxxx" Supermarketin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən filialında soyğunçuluq hadisəsi baş verməsi barədə filialın baş satıcısından məlumat almış və dərhal qeyd etdiyi Supermarketə getmişdir. Marketə gəldikdən sonra ona məlum olmuşdur ki, sonradan Təqsirləndirilən şəxs və X4 tanıdığı şəxslər supermarketə müştəri qismində daxil olmuş, vitrində olan 1 ədəd 2,946 qram çəkidə, 45,34 manat dəyərində “Ankor” markalı və 1 ədəd 1 kq çəkidə “Pınar” markalı 79 manat dəyərində kərə yağlarını götürüb qaçaraq uzaqlaşmaq istəmiş, həmin vaxtı supermarketin mühafizəçisi hadisəni törətmiş şəxslərdən birini, yaxınlıqda xidmət aparan 29-cu PŞ-nin əməkdaşı isə digər şəxsi saxlamış və supermarketə gətirmişlər. Hadisə nəticəsində "xxxx" MMC-nə ümumilikdə 124,34 manat ziyan dəymişdir. Hazırda yazıı ərizə təqdim edərək "xxxx" Supermarket MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir, onlar barəsində hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə bu barədə əlyazma üzulu ilə tərtib edilimiş ərizəsini təqdim edərək ifadəsində göstərmişdir ki, o, hazırkı cinayət işi ilə əlaqədar Hacıyev Fəridi (saqqallı olan şəxsi) marketdən qaçan zaman polis əməkdaşı ilə birlikdə saxlayaraq mağazaya daxil olmuşlar. ”Pınar” markalı kərə yağı saqqallı şəxsdə idi (Hacıyev Fəridi nəzərdə tutur), marketə daxil olduqda isə Təqsirləndirilən şəxs “Ankor” kərə yağı ilə birgə kassada növbədə dayanmış vəziyyətdə idi. Hər ikisi mağazaya birgə daxil olmuşlar, müşahidə kamerasından müşahidə olunmuşdur. Mağazaya daxil olduqda polis əməkdaşlarına müraciət olundu ki, Təqsirləndirilən şəxs də içəri otağa gətirsinlər. Təqsirləndirilən şəxs “Ankor” kərə yağı ilə birgə kassada növbədə olan zaman ona yaxınlaşıb otağa dəvət etmişik.Hər ikisi birgə mağazaya daxil olduqları üçün Əlinin oğurluq etməsindən sübhələndiyimiz üçün ona yaxınlaşıb onu saxladıq. İfadəsinin və şahidliyinin bundan ibarət olmasını nəzərə alınmasını xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün hazırda məhkəmə iclas zalında iştirak edən Fərid Hacıyevin kassaya ödəniş etmədən marketdən qaçaraq uzaqlaşmaq istədiyini gördüyü üçün onun arxasınca qaçmışdır və sonradan polis əməkdaşı olduğunu bildiyi bir nəfər şəxsin köməkliyi ilə onu tutub marketin daxilinə gətirmişlər. Digər Təqsirləndirilən şəxs qaçmasını görməmişdir, həmin şəxs kassada növbədə dayanmış vəziyyətdə olmuşdur, mağazanı tərk etməmişdir, onu sonradan yəni F.Hacıyevi marketə gətirdikdən sonra marketn xidməti otagına dəvət etmişik. Qaçan şəxs bir nəfər olmuşdur, ikinci şəxs qaçmamaışdır mağazanın daxilində olmuşdur və orada bir nəfər polisin köməkliyi ilə onu tuta bilmişdir. Hadisədən sonra ora gələn polis əməkdaşlarına videogörüntü təqdim edilmişdir. Məhkəmədə Şahid3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında yaranan ziddiyyətlə əlaqədar onun cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, "xxxx" Supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən supermarketində mühafizəçi işləyir. 23 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində qeyd etdiyi supermarketdə işdə olan zaman iki nəfər kişi cinsindən olan müştərinin özlərini şübhəli apardıqlarını və qəflətən supermarketdən çıxıb qaçaraq həmin yerdən uzaqlaşmaq istədiklərini müşahidə etmiş, ona görə də dərhal həmin şəxslərin arxasınca qaçaraq dayanmalarını bildirmiş və həmin şəxslərdən biri dayansa da, digəri qaçmağa davam etmişdir. Həmin vaxtı yaxınlıqda xidmət aparan Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşı qaçıb uzaqlaşmağa çalışan həmin şəxsi də saxlayaraq supermarketə gətirmişdir. Saxlanılan şəxslər özlərini Təqsirləndirilən şəxs və X4 təqdim etmiş, bundan sonra onlar supermarketdən ələ keçirdikləri 1 ədəd paketdə “Ankor” markalı və 1 ədəd paketdə “Pinar” markalı kərə yağlarını təqdim edərək həmin yağları şəxsi ehtiyacları olduğu üçün supermarketiln vitrinindən götürdüklərini, sonradan satıb əldə etdikləri pulu öz aralarında böləcəklərini planlaşdırdıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və X9 Bakı Şəpər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Bölməsinə aparılmışlar. Şahid3 məhkəmədə elan olunan ifadəni təsdiq etməmiş, ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarına əlavə olunmuş ifadənin sonundakı imza ona məxsus olsa da ola bilsin diqqətsizlk etmişdir, həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" Supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən supermarketində baş satıcı işləyir. 23 dekabr 2022-ci ildə baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslər 2 nəfər olsalar da, onların biri haqqında nəsə deyə bilər. Təqsirləndirilən şəxs Fərid çölə çıxdığı zaman 10-15 metr aralandıqdan sonara onu mühafizəçi və bir mülki formada bir şəxs onu marketə gətirmişdir, sonradan bilmişdir ki, həmin şəxs 29-cu PŞ-nin əməkdaşıdır işdən sonra evinə gedirmiş, mağazadan çıxdığı zaman Fəridi tutmağa kömək etmişdir və mağazaya gətirmişdir. Polis yəqin ki, evinə gedirmiş. Polis Fəridi içəri gətirdi, bizdə məhsul həmin an geri qayıdırsa onda problem olmur, hazırda da şikayətçi deyiləm, sadəcə olaraq polis əməkdaşı tutduğu üçün biz məhsulumuzu geri almışıq, polis onları götürüb aparmışdır bölməyə. Biz Əlinin oğurluq etməsini görməmişik, o mağazada olmuşdur, ancaq digər şəxs Fəridi marketin çölündən tutaraq gətirmişlər. Mən istintaqdakı ifadəmə baxdım, ancaq qeyd etmək istəyirəm ki, hadisə o cür olmayıb, guya şəxslərdən birini mən saxlamışam, digərini təhlükəsizlik əməkdaşı, hadisə elə olmayıb, Fərid mağazadan ayrılandan 10-15 metr məsafədə 29-cu PŞ-nin əməkdaşı ilə mühafizəçi onu saxlayaraq mağazaya gətirmişdir. Biz Əlini oğru kimi görməmişik, ona heç bir müdaxilə etməmişik, polis əməkdaşları tərəfindən də görüntülər götürülüb, təhlükəsizlik əməkdaşı rəsidən icazə alındı və görüntülərə baxıldı. Şahid ona ifadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar verilmiş suala cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arxasınca kimsə qaçmamışdır, ona dayan qaçma deyən omamışdır, Əli mağazanın daxilində olmuşdur və o, mağazadan kənara qaçmamışdır Məhkəmədə Şahid1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında yaranan ziddiyyətlə əlaqədar onun cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, hazırda "xxxx" Supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən supermarketdə baş satıcı işləyir. 23 dekabr 2022 ci il tarixdə saat 18:50 radələrində işdə olan zaman supermarketdə mühafizəçi işləyən Şahid3 supermarketdən çıxıb kiminsə arxasınca qaçdığını görmüş və nə baş verməsini bilnək üçün dərhal küçəyə qaçmışdır. Həmin vaxtı Şahid3 qaçan şəxslərdən birini, həmin ərazidə xidmət aparan Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşı ilə digər qaçan şəxsi saxlayıb supermarketə gətirmişlər. Həmin vaxtı məlum olmuşdur ki, sonradan Təqsirləndirilən şəxs və X4 tanıdığı şəxslər supermarketə müştəri qismində daxil olaraq vitriridə olan 1 ədəd paketdə 2,946 qram çəkidə, 45,34 manat dəyərində “Ankor” markalı kərə yağını lə 1 ədəd paketdə 1 kq çəkidə “Pinar” markalı 19,79 manat dəyərində kərə yağını götürüb supermarketdən çıxıb qaçaraq uzaqlaşmaq istəmişlər. Şahid1 məhkəmədə elan olunan ifadəni təsdiq etməmiş, ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarına əlavə olunmuş ifadənin sonundakı imza ona məxsus olsa da ola bilsin diqqətsizlk etmişdir, həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir və “Tri Karona” adlanan yerdə xidmət aparırmış və 23 dekabr 2022-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B. Zərdabi küçəsində xidmət aparan zaman həmin küçədə, “Tri Karona” adlanan ərazidə binanın altında yerləşən "xxxx"də çaxnaşma olduğunu gördüyünü, 1 nəfərin də qaçdığını görüb Ruslan adında iş yoldaşı olan əməkdaşa yaxınlaşmışdır, Arazmarketin qarşısında 1 nəfəri yəni Fərid Hacıyevi mühafizəçilər saxlamış, 1 nəfər də qaçdığı üçün o birinin arxasınca da özü qaçmış və “Tri Karona” deyilən ərazinin ya 3 ya da 4-cü korpusun qabağında həmin şəxsi tək saxladığını bildirmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin ərazidə yerləşən “Mezure” restoranın yanında avtomobilini park edib xidmət apardığı zaman bir də görmüşdür ki, “həmin o dediyim adam bu oğlan Təqsirləndirilən şəxs” qaçır, Ruslan adlı polis əməkdaşı və marketin mühafizəçisi isə orada 1 nəfəri saxlayıblar, bildim ki, nəsə hadisə olub, mən də bu şəxsin arxasınca qaçdım, 3-cü ya da 4-cü korpusun qarşısında saxladım, əlində klokda yağ da var idi, Təqsirləndirilən şəxs sarışın oğlanı saxladım, yaxınlaşdıq Ruslan və mühafizəçinin yanına nə məsələ olduğunu soruşduqda dedilər ki, yağı oğurlayıb qaçır, yenidən biz içəri keçdik, müdirin otağına, əməliyyat qrupuna zəng vurduq ki, hadisə olub, yaxınalşarsız həmin ünvana. Məhkəmədə Şahid2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında yaranan ziddiyyətlə əlaqədar onun cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, hazırda Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir və polis kapitanı rütbəsi daşıyır. 23 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində xidmət aparan zaman həmin küçədə yerləşən "xxxx"dən iki nəfər şəxsin çıxıb qaçaraq uzaqlaşmaq istədiyini görmüş, ona görə də nə baş verməsini müəyyən etmək üçün qeyd etdiyi supermarketə tərəf yaxınlaşmışdır. Bu zaman supermarketdən çıxıb qaçan şəxslərdən biri supermarketin mühafizəçisi tərəfindən saxlanılmış, özü isə digər şəxsə tərəf yaxınlaşaraq ona dayanmasını və nə baş verməsini soruşmuşdur. Həmin şəxs isə tanışı ilə birlikdə sözügedən supermarketdən kərə yağı götürdüklərini və pulunu vermədən supermarketdən çıxıb qaçmaq istədiklərini bildirmiş, bundan sonra baş verənlər barədə rəhbərliyə məruzə etmiş və hadisə yerinə gələn əməliyyat qrupunun üzvləri ilə birlikdə sonradan tanıdıqları Təqsirləndirilən şəxs və X7 Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil vermişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs və Fərid Hacıyevin əllərində hansısa əşya olmamışdır. Şahid2 ibtidai istintaq zanmanı verdiyi və məhkəmədə elan olunan ifadəsi ilə hazırda məhkəmədə verdiyi ifadələrin bir biri ilə ziddiyyətli olması səbəbləri soruşulduqda şahid bildirmişdir ki, “o düşünür ki, ifadələri arasında heç bir ziddiyyət yoxdur”. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icaata qəbul edilmişdir.(İ/v 01) “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan və eyni adlı protkoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində tutulmuşdur (İ\V15-17). “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan və eyni adlı protkoldan görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində tutulmuşdur (İ\V37-39). “Maddi sübut kimi tanınma haqqında” 24 dekabr 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, 1 ədəd paketdə 2,946 kiloqram çəkidə “Ankor” markalı və 1 ədəd paketdə 1 kiloqran çəkidə “Pinar” markalı kərə yağları iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir.(İ/v 55, 57) “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında” 25 dekabr 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, X1 RPİ-nin MSY-dən azad edilmişdir və barəsində başqa yeriə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(İ/V72-74). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında” 25 dekabr 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Əliyev X11 RPİ-nin MSY-dən azad edilmişdir və barəsində başqa yeriə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(İ/V91-93). “Axtarışda olan şəxsin tutlması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da saxlanılaraq Ysamal RPİ-nin İŞ-nə təqdim edilmişdir.(İ/V144). “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış və tutulmadan azad edilmişdir.(İ\V157). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-225/2021 saylı hökmündən görünür ki, X9 və Əliyev X12 Rayon Məhkəməsinin 02 mart 2021-ci tarixli hökmü ilə 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdınlmas cəzasına məhkum edilmişdirlər.(İ/V110-112, 120). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəhər Probasiya Şöbəsinin 16 dekabr 2022-ci il tarixli 21-2/3-4801 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 7(012)-247/202 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bənddinə əsasən X5 cəzası 01 il azaldılmaqla 18 mart 2022-ci il tarixdə bitmiş, şəxsi iş şöbənin qeydiyyatından çıxarılmışdır. (İ\V121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəhər Probasiya Şöbəsinin 12 may 2023-cü il tarixli 21-2/3-2395 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-23/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bənddinə əsasən Təqsirləndirilən şəxs cəzası 01 il azaldılmışdır və elə həmin tarixdən də şəxsi iş şöbənin qeydiyyatından çıxarılmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən supermarketdə kərə yağı məhsullarının saxalanıldığı rəfləri və marketin kassası yerləşən çıxış hissəsin əyanı şəkildə göstərir və ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (İ/V151-153). “İfadənin yerində yoxlanılması haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, X9 "xxxx" Supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən supermarketdə kərə yağı məhsullarının saxlanıldığı rəfləri və marketin girişində olan kassası yerləşən çıxış hissəsin əyanı şəkildə göstərir və ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (İ/V151-153). "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən supermarketdə baş verən hadisə nəticəsində şirkətə ümumilikdə 124 manat 34 qəpik zərər dəymişdir. Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyan ödənilmişdir. Onlar barəsində hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 29, 180.2.1-ci maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 29,180.2.1-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 29, 180.2.1-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, baş vermiş hadisəni bilavasitə görmüş "xxxx" MMC-nin əməkdaşları, cinayət işi üzrə şahid qismində iştirak edən Şahid3 və Şahid1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrinin xüsusatlarını deyil məhs məhkəmə istintaqı zamanı verdiyi cinayətin törədilməsində iştirakının olmaması ilə bağlı verdiyi ifadələri təsdiq etmişdirlər. Eyni zamanda məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs X9 da törədilmiş ciayəti özü tərəfindən törədildiyini və Təqsirləndirilən şəxs iştirak etmədiyi bildirilmişdir. Başqa sözlə desək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə əsasən baş vermiş cinayət hadisəsində iştirak etməsinin etiraf etməsi halı (marketdə olan kassaya ödəniş etmədən marketdən çıxıb 10-15 metr aralaşması, bu zaman marketin “NƏZARƏTÇİLƏRİ” və polis əməkdaşının Fəridi saxlaması, sonradan “NƏZARƏTÇİLƏRİ”in onu da saxaması xüsusatları, halları) hazırda məhkəmə istintaqı zamanı ifadə vermiş üç şahid və digər təqsirləndirilən şəxs tərəfindən inkar edilir, sözügedən hadisə onlar tərəfindən tamamilə başqa çür təsvir edilir. Ona görə də məhkəmə hesab edir ki, bir halda ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi onun özündən başqa digər hər hansı bir şəxs tərəfindən təsdiq edilmir ona gərə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər, inandırıcı və işin həqiqi hallarına uyğun olan ifadə kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı və mötəbər hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri olmuşdur. İbtidai istintaq orqanı ittihamın əsası kimi qəbul edilmiş üç şahid ifadəsini əsas götürərək Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür, halbuki həmin şahidlərdən iki nəfəri Şahid3 və Şahid1 məhkəmə baxışında verdikləri ifadələr ibtidai istintaq zamanı verdikləri ifadələrdən tamamilə fərqli olmaqla Təqsirləndirilən şəxs törədilmiş cinayətlə əlaqəli olmaması ilə bağlı olmuşdur. Belə ki, hər iki şahid məhkəmə istintaqı zamanı hadisə baş verərkən Təqsirləndirilən şəxs supermarketin daxilində yerləşən kassasının qabağında olmasını, onun digər təqsirləndirilən şəxs Fərid Hacıyevlə birlikdə marketdən kənara qaçmaması, yalnız F.Hacıyevin çölə qaçması və qaçarkən tutub marketin daxilinə gətirilən zaman Təqsirləndirilən şəxs market daxilində olmasını təsdiq etmişlər. Məhkəmə qeyd edilən iki şahidin ifadələrini etibarlılıq və inandırıcılıq baxımından qiymətləndirərkən onu nəzərə almağı zəruri bilir ki, birincisi hər iki şahid hadisə vaxtı orda olmuşdur, bilavasitə hadisənin baş vermə halını şəxsən qavramışdırlar, bir şahid qaçan F.Hacıyevi saxlayan şəxs olmuşdur, digəri isə market daxilində olmuşdur. İkncisi hər iki şahid zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi ilə işləyən əməkdaşlarıdır, baş vermiş hadisəyə münasibətdə müstəqil və tərəfsiz olmaları nəzərə alaraq onların baş vermiş hadisənin düzgün olmayan, təhrif edilmiş məzmunda bildirmələri inandırıcı və ağlabatan deyildir. Ona görə də məhkəmə hər iki şahidin ifadəsini obyektiv, inandıqıcı və mötəbər sübut kimi qəbul edir. Məhkəmə cinayət işi üzrə ifadə vermiş digər Şahid2 ifadəsinin Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham üzrə onun təqsirliliyini təsdiq edən sübut növü kimi qəbul edilib edilməməsi ilə bağlı hissədə qeyd edir ki, Şahid2 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə sözügedən hadisə baş verən zaman onunla birgə orada olmuş yuxarıda adları qeyd edilmiş digər iki şahid ifadələri ilə tam şəkildə ziddiyyətli olduğu üçün və ən əsası Şahid2 özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələri arasında əsaslı fərqlər və ziddiyyətlə mövcud olduğu üçün onun ifadəsinin həqiqiliyi məhkəmədə şübə doğurur. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 23 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində xidmət aparan zaman həmin küçədə yerləşən "xxxx"dən iki nəfər şəxsin çıxıb qaçaraq uzaqlaşmaq istədiyini görmüş, ona görə də nə baş verməsini müəyyən etmək üçün qeyd etdiyi supermarketə tərəf yaxınlaşmışdır. Bu zaman supermarketdən çıxıb qaçan şəxslərdən biri supermarketin mühafizəçisi tərəfindən saxlanılmış, özü isə digər şəxsə tərəf yaxınlaşaraq ona dayanmasını və nə baş verməsini soruşmuşdur. Həmin şəxs isə tanışı ilə birlikdə sözügedən supermarketdən kərə yağı götürdüklərini və pulunu vermədən supermarketdən çıxıb qaçmaq istədiklərini bildirmiş, bundan sonra baş verənlər barədə rəhbərliyə məruzə etmiş və hadisə yerinə gələn əməliyyat qrupunun üzvləri ilə birlikdə sonradan tanıdıqları Təqsirləndirilən şəxs və X7 Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil vermişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs və Fərid Hacıyevin əllərində hansısa əşya olmamışdır. Digər tərəfdən Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 23 dekabr 2022-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B. Zərdabi küçəsində xidmət aparan zaman həmin küçədə “Tri Korona” adlanan ərazidə binanın altında yerləşən "xxxx"də çaxnaşma olduğunu gördüyünü, 1 nəfərin də qaçdığını görüb Ruslan adında iş yoldaşı olan əməkdaşa yaxınlaşmışdır, “Arazmarketin” qarşısında 1 nəfəri yəni Fərid Hacıyevi mühafizəçilər saxlamış, 1 nəfər də qaçdığı üçün o birinin arxasınca da özü qaçmış və “Tri Karona” deyilən ərazinin ya 3 ya da 4-cü korpusun qabağında həmin şəxsi tək saxladığını bildirmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq isə bildirmişdir ki, həmin ərazidə yerləşən “Mezure” restoranın yanında avtomobilini park edib xidmət apardığı zaman bir də görmüşdür ki, “həmin o dediyim adam bu oğlan Təqsirləndirilən şəxs” qaçır, Ruslan adlı polis əməkdaşı və marketin mühafizəçisi isə orada 1 nəfəri saxlayıblar, bildim ki, nəsə hadisə olub, mən də bu şəxsin arxasınca qaçdım, 3-cü ya da 4-cü korpusun qarşısında saxladım, əlində klokda yağ da var idi. Təqsirləndirilən şəxs sarışın oğlanı saxladım, yaxınlaşdıq Ruslan və mühafizəçinin yanına, nə məsələ olduğunu soruşduqda dedilər ki, yağı oğurlayıb qaçır, yenidən biz içəri keçdik, müdirin otağına, əməliyyat qrupuna zəng vurduq ki, hadisə olub, yaxınalşarsız həmin ünvana. İş üzrə Şahid2 yuxarıda qeyd edilən ifadəlrindən də göründüyü kimi şahid bilavasitə iştirakçısı olduğu və görmüş olduğu eyni hadisəni müxtəlif vaxt kəsiyində ayrı-ayrı məzmunda ifadə etmişdir, bir biri ilə ziddiyyətli şəkildə və uyğun gəlməyən şəkildə ifadə etmişdir. Hətta Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə müəyyən olunmamış, təsdiq edilməmiş (əvvəlki ifadəsində bildirmədiyi) hal barədə yəni həmin hadisə zamanı orada Ruslan adlı başqa bir polis əməkdaşının olmasını qeyd etmişdir. Halbuki, cinayət işinin materiallarında belə bir halın baş verməsi, həmin adda bir şəxsin orada olması öz təsdiqin tapmır. Həmçinin digər şahidlər də marketdən qaçan şəxsin saxlanılmasında başqa bir polis əməkdaşının olmasını təsdiq etmirlər. Digər tərəfdən iş üzrə digər iki Şahid1 və Şahid3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs marketin daxilində olmasını, marketdən kənara çıxmamasını təsdiq etdikləri halda Şahid2 həmin şəxsin qaçraq uzaqlaşdığını və onun arxasınca gedərək onu saxlayıb marketə gətirdiyini bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs münasibətdə şahid Y.Hümbətovun ifadəsini qeyri-səmimi hesab etməklə bərabər onların həqiqiliyinə şübhə ilə yanaşır. Məhkəmə hesab edir ki, onun iş üzrə olan iki ifadəsi bir-biri ilə uyğun gəlməyərək ziddiyyət təşkil etdiyindən, eyni zamana digər iki şahidlərin ifadələri ilə ziddiyyət təşkil etdiyindən ona mötəbər, obyektiv və qərəzsiz sübut növü kimi yanaşıla bilinməz və bu səbəbdən hazırki iş üzrə təqsirləndirilən şəxslərdən birinə konkret olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama dair sübut növü kimi istifadə edilə bilinməz. Belə olan halda həmin şahidin iş materiallarında olan şahid ifadələrinin (Təqsirləndirilən şəxs münasibətdə) sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahid qismində ifadə vermiş Şahid1 və Şahid3 onların ifadələri həqiqəti əks etdirir, obyektiv və qərəzsizdir, ona görə iş üzrə əhəmiyyətli halların müəyyən edilməsində mötəbər sübut kimi nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş “ifadənin yerində yoxlanılması haqqında” haqqında 15 mart 2023-cü il tarixli protokola münasibətdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, habelə şahidlər Şahid1 və Şahid3 ifadələri məhkəmə tərəfindən işin həqiqi hallarını əks etdirən, inandıqıcı və mötəbər hesab edildiyindən sözügedən protokol Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamı təsdiq edən sübut növü hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə bildirir ki, məhkəmə istintaqı zamanı ittihamda əks olunduğu kimi həm Fərid Hacıyevin, həm də Təqsirləndirilən şəxs eyni vaxtda marketdən çıxıb qaçarkən onların arxalarınca mühfizəçilərin və polis əməkdaşının qaçması halları (eyni vaxtda marketdən kənara qaçdıqları iddia olunduğu üçün hər birinin arxasınca üç şəxsin, cəmi isə altı şəxsin qaçması başa düşülür) öz təsdiqin tapmamışdır. Belə ki, müəyyən edilmişdir ki, marketi yalnız təqsirləndirilən şəxs Fərid Hacıyev tərk etmişdir və onun da saxlanılmasında (tutulmasında) cəmi bir mühafizəçi və bir polis əməkdaşı iştirak etmişdir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 29, 180.2.1-ci maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 29, 180.2.1-ci maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 29, 180.2.1-ci maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsini rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verildiyinə görə, digər təqsirləndirilən şəxs X5 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələrinə tövsif edilməlidir. Məhkəmə işdə olan və məhkəmədə tədqiq edilmiş sübutları araşdırıb, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsin nümayəndəsini, şahidləri dinləyib və iş materuiallarında olan digər sübutları onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, X5 təqsiri ona elan olunmuş ittiham üzrə tam sübut olunur. Belə ki, X9 məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı soyğunçuluğa cəhd etməsi faktını etiraf edərək özünü təqsirli bilmiş, həmin əməlini Təqsirləndirilən şəxslə birlikdə deyil özü tətəfindən törədildiyini bildirmiş, ittihamda göstərilən soyğunçuluq faktını boynuna almışdır. Məhkəmə hökmün təsviri əsaslandırıcı hisəsində göstərilən faktlara və sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu halında hüquqi qiymət verərək, belə hesab edir ki, həmin faktlar təqsirləndrilən şəxs X5 ona qarşı irəli sürülmüş ittihamı tamamilə təsdiq edir. Belə ki, həmin hallar təqsirləndirilən şəxsin öz etiafı ilə bərabər zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanması protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. X6 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddələrindən ilə elan edilmiş ittihama gəldikdə isə, məhkəmə hesab edir ki, F.Hacıyev tərəfindən cinayətin törədilməsidə qabaqcadan əlbir olması faktı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs hazırkı əməlin törədilməsində iştirak etməsini müəyyən (təsdiq) edən sübutlar məhkəməyə təqdim edilməmişdir və məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən də müəyyən edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə gö rə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin məcəllənin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxs X5 törətdiyi əməlləri etiraf etməsini, səmimi peşmançılıq keçirməsini, vurulmuş zərərin ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin şükayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs X5 məhkumluğu ilə bağlı məsələni araşdıraraq, müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 02 mart 2021 -ci il tarixli hökmü ilə 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(012)- 247/2021 nömrəli qərarla “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən həmin cəza 1 il azaldılmış, cəzası xx.xx.2022-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən təqsirləndirilən şəxs X5 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X6 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, X9 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, X5 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, X5 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, X5 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış 1 paket 2,946 kq çəkidə “Ankor” markalı və 1 paket 1 kq çəkidə “Pınar” markalı kərə yağının saxanılması üçün zərəçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Malıyevicin və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Malıyevicin vəkil işlədiyi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. X6 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlar dövlət büdcəsi hesabına müdafiəçilər ilə təmin edilmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 (yetmiş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 Malıyevicin vəkil işlədiyi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.1-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələrinə tövsif olunsun. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 23 dekabr 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla dörd gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X9 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X5 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. X5 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 paket 2,946 kq çəkidə “Ankor” markalı və 1 paket 1 kq çəkidə “Pınar” markalı kərə yağının saxanılması üçün zərəçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Malıyevicin vəkil işlədiyi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. X6 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-12/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-12/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver