Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-120/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilin giriş qapsının açıq olmasından istifadə edərək, binaya qanunsuz daxil olub evin dəhlizində quraşdırılmış Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla ona məxsus olan dəyəri 250 manat olan bir ədəd su qızdırıcısını - cəmi 250 (iki yüz əlli) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 3 ünvanda yerləşən avtomobil qarajının qarşısından Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus dəyəri 800 manat olan 01 ədəd qara rəngli, 26 ölçülü, «TAN MEİ» markalı, «İmxt» modelli velosipedi cəmi 800 (səkkiz yüz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 11 gün vəxından əvəli azadlığa buraxılmışdır. Həmçinin o, 2020-ci il tarixdə Yasamal rayonu ərazisində bir neçə dəfə xırda talama cinayət törədiyi üçün Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin həmin gün Yasamal RPİ-nin X10 təhvil verilərkən həkim müayinəsindən keçmiş, onda COVİD 19 ilə bağlı verdiyi testin nəticəsi “pozitiv” çıxdığı üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» nəzdindəki müalicə müəssisəsinə yerləşdirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə onun müalicəsi başa çatdığından, barsində Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının icrası ilə əlaqədar Yasamal RPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası DİN-nin X9 Saxlanılma Mərkəzinə təhvil verilmişdir. X3 2020-ci il ilin may ayından tanımaqla, onunla həmin vaxtan dostluq etmişdir. Zərərçəkmiş şəxs1 Əliməddə qızı onun yaşadığı ünvanın yaxınlığında qonşuluqda yaşayır və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. İşi olmadığından və pula ehtiyacı olduğundan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin dəhlizində quraşdırılmış su qızdırıcısını oğurlamaq qərarına gəlmişdir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində o, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanına qanunsuz daxil olaraq, həmin evin dəhlizində quraşdırılmış su qızdırıcısını əli ilə söküb evin həyətindən çıxıb əlində apararkən, onu Zərərçəkmiş şəxs1 bacısı Səidə görmüş və həmin su qızdırıcısını hara apardığını soruşmuşdur. O, isə cavabında həmin qızdırıcını guya təmirə apardığını bildirmişdir. Həmin gün saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərzsində yerləşən “Təzə bazar” adlanan yerdə oğurladığı su qızdırıcısını tanımadığı şəxsə 15 manat pul müqabilində satmış və elə həmin gün 15 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində dostu Kamal İrbahimovla birlikdə ünvan 3 ünvanın qarşısından piyada keçərkən, həmin ünvanın qarşısında bir ədəd sarı rəngli, 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosipedi görmüşdür. Bundan sonra o, Kamalla birlikdə həmin velosipedi oğurlayıb satmaqla əldə olunmuş pulları öz aralarında bölmək qərarına gəlmişlər. Elə həmin gün o və Kamal ətrafa baxaraq heç kəsin olmadığını dəqiqləşdirmiş və o tez velosipedə yaxınlaşaraq götürüb satması üçün Kamala vermişdir. Daha sonra o, Yasamal rayonu, Naxçıvani küçəsindən bir qədər aralıda dayanmış, Kamal isə həmin gün Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 68 saylı ünvanda işləyən «Ramil» adlı şəxsə həmin velosipedi 60 manat pul müqabilində satmışdır. Kamal onunla Yasamal rayonu, Naxçıvani küçəsində görüşmüş və 60 manat pulun 30 manatını ona vermiş, 30 manatını isə Kamal özü götürmüşdür. O, həmin 30 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 06:30 radələrində o, naməlum şəxs və ya şəxslərin onun yaşadığı ünvanın giriş qapısının açıq olmasından istifadə edərək, qanunsuz olaraq evə daxil olmaqla, evin dəhlizində quraşdırılmış ona məxsus dəyəri 250 manat olan bir ədəd su qızdırıcısının oğurlanmasını aşkar etmişdir. Daha sonra o, yaşadığı evdən küçəyə çıxmış və onunla qonşuluqda yaşayan bacısı Şahid3 baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bu zaman Şahid3 ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun yaşadığı evdən çıxdığını, əlində su qızdıncısı olduğunu, ondan həmin su qızdırıcısını haradan əldə etdiyini soruşduqda isə onu təmirə apardığını bildirdiyini demişdir. Daha sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Yasamal RPl-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. O, ərizə ilə polisə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumlikdə 250 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, həmin ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsilə birlikdə yaşayır. X1 ilə birlikdə 2020-ci ilin mart ayının sonundan isə ünvan 8 ünvanda avtomobillərin mühərriklərinin təmiri ilə məşğul olur. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrindən onunla bir yerdə işləyən tanışı Bəhruz Bəhmanovla birlikdə ünvan 9 ünvanda yerləşən avtomobil qarajında, müştərilərin avtomobillərinin mühərriklərini təmir edərkən, yetkinlik yaşına çatmayan oğlu xx xxxxxxx 2007-ci il təvəllüdlü X7 idarə etdiyi sarı rəngli, 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı dəyəri 800 manat olan velosipedin həmin qarajın qarışısından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bununla əlaqədar, iş yoldaşı Bəhruz Bəhmanov baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Daha sonra o, ərizə ilə polisə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumlikdə 800 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2002-ci ilin yanvar ayının əvəllərindən bu günə kimi ünvan 12 ünvanda yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində işlədiyi ünvan 12 ünvanda yerləşən avtoyuma məntəqəsində avtomobil yuyarkən, işlədiyi ünvanın yaxınlığında yaşayan ilk dəfə gördüyü X5 ona yaxınlaşaraq, özü ilə gətirdiyi bir ədəd sarı rəngli 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosipedin özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu deyərək 60 manat pula satdığını bildirmişdir. Bundan sonra o, Kamal İbrahimovdan həmin velospedin oğurluq olub-olmamasını soruşmuş, Kamal İbrahimov isə ona həmin velosipedin oğurluq olmadığını bildirmişdir. O, isə Kamal İbrahimova inanıb, həmin velosipedin saz olubolmamasını yoxlamış və onunla razılaşaraq velosipedi 60 manat pula almışdır. O, həmin velosipedi alarkən, üzərində olan sarı rəng boyaları bir qədər pozulduğundan, məcbur olub velosipedi qara rəngli boya ilə boyamışdır. xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həmin velosipedi özü idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, işlədiyi ünvan 12 ünvanda yerləşən avtoyuma məntəqəsində olarkən, bir nəfər ona yaxınlaşaraq özünü Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşı Elxan kimi təqdim etmiş və xx xxxxxxxx 2020-ci il tarixdə onun Kamal İbrahimovdan bir ədəd sarı rəngli 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosiped almağı barədə sorğu-sual etmişdir. O, isə polis əməkdaşına xx xxxxxxxx 2020-ci il tarixdə Kamal İbrahimovdan həmin velosipedi 60 manat pul müqabilində aldığını bildirmiş, polis əməkdaşı ona sözügedən velosipedin oğurluq olduğunu demişdir. O, həmin velosipedi polis əməkdaşına könüllü olaraq təqdim etmiş və polis əməkdaşı ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getmişdir. Orada velosipedin təqdim edilməsi barədə protokol tərtib edilmiş və o həmin protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, sözügedən velosipedin oğurluq olduğunu bilməmişdir. Şahid3 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun bacısıdır və onunla eyni ünvanda, lakin girişi və çıxışı fərqli olan evdə yaşayır. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 06:30 radələrində yaşadığı ünvanın həyətinə çıxarkən, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun bacısı Samirənin yağadığı evin həyətindən çıxdığını və əlində su qızdırıcısının olduğunu görmüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs su qızdırıcısını hara apardığını soruşmuş, sonuncu ona həmin su qızıdırıcısını guya təmirə apardığını bildirmiş, o, Təqsirləndirilən şəxs sözünə inanmışdır. Təxminən 10-15 dəqiqə sonra bacısı Samirə küçəyə çıxıb ona yaxınlaşaraq evin giriş qapısı açıq olduğundan, evin dəhlizində quraşdırılmış ona məxsus su qızdırıcısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bu zaman o, bacısı Samirəyə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun yaşadığı evdən çıxdığını və onunla olan söhbəti barədə məlumat vermişdir. Bundan sonra bacısı Samirə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara o və bacısı hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Bacısı Samirə ərizə ilə polisə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 13 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 2020-ci ilin mart ayının sonundan tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə ünvan 8 ünvanda avtomobil mühərriklərinin təmiri ilə məşğuldur. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində onunla bir yerdə işləyən tanışı Zərərçəkmiş şəxs2la birlikdə müştərilərin avtomobillərinin mühərriklərini təmir edərkən, Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmayan oğlu xx xxxxxxx 2007-ci il təvəllüdlü X7 idarə etdiyi sarı rəngli, 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı dəyəri 800 manat olan velosipedin qarajın qarşısından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Daha sonra Zərərçəkmiş şəxs2 ondan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verməsini xahiş etmiş, o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə polisə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs2 ümumlikdə 800 manat maddi ziyan dəymişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə X2 təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsində tanış olmuş və həmin vaxtan onunla dostluq etmişdir. O, heç bir yerdə işləmədiyi üçün və pula ehtiyacı olduğundan oğurluq edib əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərciləmək gəlmişdir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində dostu Təqsirləndirilən şəxsla ünvan 3 ünvanın qarşısından piyada keçərkən, həmin ünvanın qarşısında bir ədəd sarı rəngli, 26-lıq ölçüsü olan, sport modelli, «TAN MEİ» markalı velosipedi görmüşlər. Daha sonra o Təqsirləndirilən şəxsla birlikdə həmin velosipedi oğurlayıb sataraq əldə olunmuş pulları öz aralarında bölmək qərarına gəlmişlər. Həmin gün o, Təqsirləndirilən şəxsla ətrafa baxaraq heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs tez velosipedə yaxınlaşaraq onu götürmüş və satması üçün ona vermişdir. Təqsirləndirilən şəxs Yasamal rayonu Naxçıvani küçəsindən bir qədər aralıda dayanmış, o isə ünvan 14 ünvanda işləyən Şahid1 həmin velosipedi satmağı təklif etmişdir. Velosipedi satarkən onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmiş və Şahid1 həmin velosipedi 60 manat pula satmışdır. O, Təqsirləndirilən şəxs dayandığı Naxçıvani küçəsində onunla görüşərək 60 manat pulun 30 manatını özü götürmüş və 30 manatını isə Təqsirləndirilən şəxs vermişdir. O, həmin 30 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/5321 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, 26 ölçülü, “TAN MEİ” markalı, “İmxt” modelli velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 350 manat müəyyən olunur. Ekspertiza xərci 50 (əlli) manat təşkil edir (i.v. 249- 251). İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/5321 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunmuş 26 ölçülü, “TAN MEİ” markalı, “İmxt” modelli velosipedin qiymətinin 350,00 manat müəyyən olunmasına aid olan hissəsi qeyriobyektiv qiymətləndirilərək rədd edilməklə sübut kimi qəbul olunmasının rədd edilməsi qərara alınmışdır (i.v. 261-271). İş materiallarında olan xx.xx.2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd qara rəngli, 26 ölçülü, “TAN MEİ” markalı, “İmxt” modelli velosipedin maddi sübut kimi tanınması və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır (i.v. 252-253). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli arayışdan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “axtarışda olanın tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:30-da tutulmuşdur (i.v. 278). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v. 294-296) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, hadisə yerinə baxış protokolu və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli, 26-lıq ölçüsü olan, sport modelli “TAN MEİ” markalı velosipedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi və X8 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli hesabatdan aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilməklə, 80 (səksən) saat hüquqi yardım göstərilmişdir. Lakin məhkəmə, müdafiəçi tərəfindən ibtidai istintaq zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa sərf edilmiş vaxtın ağlabatan müddətə - 40 (qırx) iş saatına bərabər hesab edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 120/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli, 26-lıq ölçüsü olan, sport modelli “TAN MEİ” markalı velosipedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-120/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-120/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver