Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-120/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2lok, 199-cu mənzildə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtdan əldə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bıçağı əldə edərək üzərində gəzdirmiş, xx.xx.2024-cti il tarixdə 27-ci PŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumatın yoxlanması üçün Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1060 saylı binanın 325-ci blokunun girişindəki liftdən çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində qanunsuz olaraq gəzdirdiyi 01 ədəd kəsicideşici xassəyə malik soyuq silah hesab edilən bıçaqla birlikdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmaq istəmiş və polis əməkdaşları tərəfindən xidməti tabel silahından istifadə edilməklə zərərsizləşdirilərək üzərində gəzdirdiyi 01 ədəd soyuq silah hesab edilən bıçaq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə saat 18:30 radələrində işi olduğu üçün yaşadığı evdən çıxıb şəhərə gedirmiş. Bu məqsədlə binanın liftinə minib birinci mərtəbəyə enmişdir. Həmin vaxt liftdə ondan başqa adam yox imiş. Lift birinci mərtəbəyə çatıb qapısı açılan kimi tanımadığı mülki geyimdə olan dörd nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz olaraq istehlak edilməsində şübhəli olduğunu demişlər. O həmin şəxslərin polis əməkdaşları olduqlarını bildikdən sonra onlardan onun üçün gəlib- gəlmədiklərini soruşmuşdur. Həmin şəxslərin onu 27-ci PŞ-nə aparmaq üçün gəldiklərini bildirdikdən dərhal sonra blokdan çıxıb onların əlindən qaçmağı düşünmüşdür. Ona görə də belindəki kəmərinin sağ tərəfində keçirmiş olduğu bıçağı çıxarıb kəsici hissəsini açmış və polis əməkdaşlarının ona yaxınlaşıb aparmaqlarına mane olmağa başlamışdır. Bıçağın kəisici hissəsini açdıqdan sonra qarşısında dayanmış polis əməkdaşlarına doğru yönəltmişdir. Qarşıda dayanan və adının sonradan Hikmət olduğunu bildiyi polis əməkdaşı onlara bıçaqla müqavimət göstərdiyini gördüyü üçün tabe silahını çıxarıb ilkin olaraq ona onlara tabe olmadığını və onlarla birlikdə 27-ci PŞ-nə getməyin təklif etmişdir. O da onun sözünə məhəl qoymamış və bıçağı ona doğru yönəldib kənara çəkilmələrini bildirmişdir. Bu zaman Hikmət adlı polis əməkdaşı tabel silahdan bir dəfə havaya atəş açmış. O yenə də onlardan qaçmaq üçün təslim olmamış və onun silahdan istifadə etdiyini gördüyü üçün daha da aqressivləşmiş və üzərilərinə gedib əlində olan bıçaqla birlikdə onların yanından qaçmaq istəmişdir. O polis əməkdaşlarının üzərinə gedərkən Hikmət adlı polis əməkdaşı bir dəfə də silahdan istifadə edərək onun sol bud nahiyyəsinə atəş açmışdır. Güllə onun sol budunun yuxarı hissəsinə dəymişdir. Bu zaman vəziyyətin qarışdığını görmüş və çölə doğru qaçaraq hadisə yerindən uzaqlaşmağa başlamışdır. Qaçan kimi polis əməkdaşları da onun arxası ilə qaçaraq onu saxlamışlar. O ayağındar aldığı atəş zərbəsinin təsirindən halsızlaşmış və polis əməkdaşlarına tabe olduğunu bildirmişdir, bu zaman əlində olan baçağı da dayandığı yerə atmışdır. Ona çatıb saxlayan polis əməkdaşlar tərəfindən dərhal xəstəxanaya aparılmış və ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yaşayan X3 24 sentyabr 2024-cü il tarixdə saat 18:36- da mobil telefonla 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 zəng edərək onunla eyni ünvanda yaşayan oğlu Fəridin yaşadığı evdə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirərək onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid4 ilə birlikdə X2 yaşadığı ünvanın qarşısına gedərək müşahidə apararkən binanın 325-ci blokunun girişində Təqsirləndirilən şəxs liftdən çıxdığını görmüşlər. Təqsirləndirilən şəxs yaxmalaşaraq 27-ci PŞ-nin əməkdaşları olduğuqlarını və xidməti vəsiqələrini təqdim edərək onunla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs belində olan böyük ölçülü bıçağı çıxarmış və kəsici hissəsini açaraq, ondan kənar durmaqlarını deyib qaçmağa çalışmış, dəfələrlə ona xəbərdarlıq etməklərinə baxmayaraq Fərid sağ əlində olan bıçaqla yanlarından qaçmaq istəyirmiş, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək əlində olan bıçaqla polis əməkdaşlarına və ona ondan kənar durmaqlarını deyərək binanın vətəndaşlar olan tərəfə qaçmaq istədiyi üçün blokun içərisində xidməti silahını çıxarıb əvvəlcə xəbərdarlıq atəşi açmış, sonra isə bir dəfə istifadə etmək Fəridin sol bud nahiyəsinə atəş açmışdır. Bundan sonra Fərid əlində bıçaqla hadisə yerindən qaçmağa cəhd etdiyi üçün tərəflərindən saxlanılmaqla zərərsizləşdirilmiş, ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1060 saylı binanın 325-ci blokunun girişidir. (İ/V. 09-10). “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 24090611 nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (saat 18:34-dən) ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 47). “Qətimkan tədbiri seçmək və şəxsin MSY-dən azad olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 88-89). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli 3/1559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan əlavə dəyişiklik edilməmişdir. (İ/V. 29-32). “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 59-60). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 noyabr 2024-cü il tarixli 7398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olubdur lakin hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 126-127). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 986 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol budun və sol sarğının 1 ədəd dəlib keçən odlu silah yarası odlu silahdan açılmış atəş nəticəsində güllənin təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (İ/V. 119-121). Məhkəmə ambulator-psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli 3342 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə törətdiyi əməlin mahiyyətini dərk edir və düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da ö hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburə müalicəyə ehtiyacı yoxdur. (İ/V. 123-125). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cti il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 11 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 07 noyabr 2024-cü il tarixdə cəzanın icrası təmin edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. (İ/V. 99-101). İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnfirmasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il təvəllüdlü Ənvər adlı bir azyaşlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin öz ifadəsi, şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə islah işləri cəzasına məhkum edilməsi halı onun məhkumluğu olan şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxs əvvəllər CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq onda kriminal meyillik hələ də qalmaqda davam edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 64 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçiriməli, iş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 52 iş saatı həcmində hüquqi yardımla bağlı 312 (üç yüz on iki) manat məbləğində dövlət büdcəsinin hesabından pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 64 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 312 manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-120/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-120/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver