Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-121/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Füzuli rayonu, Yuxarı Əbdürəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Əbdürəhmanlı ərazi dairəsi, Yuxarı Əbdürəhmanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Qobu- Park yaşayış kompleksi, bina 36, mənzil 81- də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsin, yəni sosial şəbəkə vasitəsilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı «Elsevər» kimi təqdim etmiş şəxsin, qanunsuz olaraq, istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada 2022-ci ilin sentyabr ayının 19-dan 20-ə keçən gecə «Masazır» qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdə yerləşdirdiyi «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr»in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı «Elsevər» adlı şəxsin Whatsapp sosail şəbəkə vasitəsi ilə göndərdiyi kart hesabına 150 manat pul ödədikdən sonra,həmin yerdən götürərək, əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə gecə saat 02.10 dəqiqədə ünvan 1 ünvanda piyada hərəkət edən zaman DİN-in BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Yasamal RPİ-nin 28-ci PB-ə gətirilmiş, üzərində axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarının arxa cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 1 ay əvvəl sosial şəbəkədə özünü Elsevər adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Elsevərin köməyi ilə narkotik vasitələr əldə edib istifadə etmişdir. Bir neçə dəfə Elsevərdən sosial şəbəkə vasitəsi ilə narkotik vasitə almışdır. Belə ki, Elsevərin Bakı şəhərində bir neçə yerdə dediyi yerlərdən nəşə götürmüş və Elsevrəin dediyi hesab nömrəsinə pul köçürmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci ildə axşam saatlarında Elsevər istifadə etdiyi +98 933 *** **** votsap nömrəsi ilə aləqə saxlamışdır. Elsevər ona 100 qramdan artıq nəşə satacağını bildirərək naşənin Masazır yolunda, yolun kənarında ağaclıq sahəyə qoyması ilə bağlı şəkil göndərmişdir. Elsevərin ona göndərdiyi kart hesabına 150 manat pul ödəniş etmişdir. Sonra Elsevər dediyi ünvana gedib həmin narkotik vasitəni oradan götürmüşdür. Götürdüyü narkotik vasitə marixuana 1 ədəd şəffaf selofanda olmuşdur. Sonra ünvan 2 ünvanda piyada getdiyi zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Onu yaxınlıqda yerləşən 28-ci PB-nə dəvət etmişlər. Bölmədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, tutulmuş, ona hüquqları və vəzifələri izah edilmişdir. Sonra onun şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zaman ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim edilməsi təklif olunmuş, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 17 manat pulu, 1 ədəd narkotik vasitəni əldə etməyə görə Elsevərin ona göndərdiyi bank kartına köçürülmə barədə qəbzi, sol yan cibindən isə 1 ədəd işləməyən qara rəngli «Samsung» markalı mobil telefonu, 1 ədəd qızılı rəngli «Samsung» markalı telefonu və 1 ədəd göy rəngli «Xiaomi» markalı telefonu, arxa cibindən isə 1 ədəd selofan paketi çıxardıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və üstündə başqa hər hansı qanunla qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, yaşlı anasının onun himayəsində olmasını, məcburi köçkün olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində həmin gün saat 02:10-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oğu piyada hərəkət etdiyi zaman saxlanılmışdır. Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra, videoçəkiliş istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə qeyri-qanuni əşya olduqda onu təqdim etməsi barədə təklif olunduqda əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 17 manat pulu, 1 ədəd narkotik vasitəni əldə etməyə görə çeki, sol yan cibindən isə 1 ədəd işləməyən qara rəngli «Samsung» markalı mobil telefonu, 1 ədəd qızılı rəngli «Samsung» markalı telefonu və 1 ədəd göy rəngli «Xiaomi» markalı telefonu, arxa cibindən isə 1 ədəd sellofan torbanı çıxardıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbadakı maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bir neçə saat bundan öncə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində İİR vətəndaşı «Elsevər» adlı şəxsin vasitəsilə 150 manata əldə ediyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DİN BNMİ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılmışdır. DİN BNMİ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, Təqsirləndirilən şəxs və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Azərbaycan Respublikası CPM- nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 17 manat pulunu, narkotik vasitəni əldə etməyə görə etdiyi ödəniş qəbzini, sol yan cibindən işləməyən qara rəngli Samsung markalı mobil telefonu,1 ədəd qızılı rəngli Samsung markalı mobil telefonu,1 ədəd göy rəngli «Xiaomi» markalı mobil telefonu, sağ arxa cibindən isə 1 ədəd sellofan torbanı təqdim etmişdir. Təhqiqatçı V.Həsənqulyev tərəfindən aparılmış şəxsi axtarış zamanı əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır (səh. 31-33). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 17 manat pulunu, narkotik vasitəni əldə etməyə görə etdiyi ödəniş qəbzini, sol yan cibindən işləməyən qara rəngli Samsung markalı mobil telefonu,1 ədəd qızılı rəngli Samsung markalı mobil telefonu,1 ədəd göy rəngli «Xiaomi» markalı mobil telefonu, sağ arxa cibindən isə 1 ədəd sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi kütlənin «nəşə» olduğunu, çəkmək üçün əldə etdiyini,satmaq fikrinin olmadığını, dosttanışa əvəzzsiz olaraq hərdən pay verdiyini, 10 gün olar ki, tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Elsevər” adlı şəxsin vasitəsi ilə Masazır deyilən ərazidən əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü demişdir. Aşkar olunmuş qəbzdə göstərilən məbləğin narkotik vasitənin əldə olunmasına görə Elsevər adlı şəxsə ödədiyini demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin verdiyi 20 sentyabr 2022ci il tarixli 7/1059 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri yazılmış kağız paketdə skoçla bağlanmış sellofanın içərisində bir ədəd şəffaf sellofanda təmiz çəkisi 110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (səh. 49-54). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6280 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən periodik istifadə etmə halları olub, Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (səh. 156). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş göy rəngli “Xiaomi” markali mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin telefonun «WatsApp» sosial şəbəkəsində «Elsevər» adı ilə yaddaşda saxlanılmış kontakt ilə yazışması vardır. Həmin yazışma zamanı Təqsirləndirilən şəxs «Elsevər» adlı şəxsə 150 manat pulun ödənilməsi barədə qəbzin fotoşəklini göndərməsi, «Elsevərin» isə Təqsirləndirilən şəxs narkotik maddəni Binəqədi-Novxanı yolunda qoyduğu yerin «Google» xəritəsində dislokasiyası və üzərində yaşıl markerlə qeyd olunmuş həmin yerin fotoşəkilini göndərməsi barədə qeydlər vardır. Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş şəkil, qəbz onun İran İslam Respublikasının vətəndaşı kimi qeyd etdiyi «Elsevər» adlı şəxsdən qanunsuz olaraq narkotik vasitə alması bir daha öz təsdiqini tapmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs götürülmüş «Milli Ön» ödəmə sisteminin qəbzinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qəbz üzərində aşağıdakı qeydlər vardır: Abşeron r. Masazır q. Bakı- Sumqayıt yolu, "xxxx" MMC Vöen **********-inə məxsus «MilliÖn» elektron ödəmə sistemi ilə xx.xx.2022 il tarixdə saat 23:47:03-də «Kapital Bank» xidmətinin nağd ödənişi kimi ********** nömrəli əməliyyat qeydiyyatı altında A.S.A: M***** A***** S*****, 416973******9768 nömrəli karta 150.00 (AZN) nağd pul göndərilmişdir. (səh. 109-114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif edilməsi, yeni məzmunlu ittiham elan edilməsi və cinayət işinin materiallarından başqa cinayət şinin ayrılması barədə” qərardan görünür ki, təmiz çəkisi 110,0 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 109,95 qram qurudulmuş marixuanının saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 1 ədəd «DVD» markalı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 150 manat pulun ödənilməsi barədə «Milli Ön» ödəniş sisteminin qəbzi cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Xiaomi» markalı mobil telefon AR CM-nin 234.4.4-cü maddəsi ilə ayrılmış ********* saylı cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 123-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 315.1-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 62, 66.3, 68, 69.3-cü maddələrinə əsasən 02 il 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (səh. 84-85,123-134). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (səh. 21). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-808/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (səh. 68-70). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, narkomaniyada xəstəliyindən əzab çəkməməsini, məcburi köçkün olmaqla himayəsində yaşlı anasının omasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 109,95 qram narkotik vasitə qarudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 150 manat pulun ödənilməsi barədə «Milli Ön» ödəniş sisteminin qəbzi cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Xiaomi» markalı mobil telefon AR CM-nin 234.4.4-cü maddəsi ilə ayrılmış ********* saylı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alinmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 630/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 45 (qırx beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 109,95 qram narkotik vasitə qarudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 150 manat pulun ödənilməsi barədə «Milli Ön» ödəniş sisteminin qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Xiaomi» markalı mobil telefon AR CMnin 234.4.4-cü maddəsi ilə ayrılmış ********* saylı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alinsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-121/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-121/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver