Məhkəmə qərarları › İş №1(004)-123/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-123/2019

01.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-123/2019 01.10.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X23, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri X17, X13 və X25 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: X18 Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, məhkumluğu olmayan, işsiz, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, ev 97-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Şamaxı rayonu Nağaraxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi «Saipa» markalı ** AN *** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobildən oğurluq etmək və oğurluq nəticəsində əldə olunacaq əmlakı aralarında böləcəkləri barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlıı ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs3 qeyd olunan avtomobilə yaxınlaşıb qabaq sağ qapısının açıq olub olmadığını yoxlayaraq qapının açıq vəziyyətdə olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobilin salonuna daxil olub ön cihazlar panelindəki boşluğa qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus olan 50 manat dəyərində olan qəhvəyi rəngli pul kisəsini içərisindəki 1300 manat pulla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1350 (min üç yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 22:40-da ünvan 47 ünvanında yerləşən «İ ürək şəkli dönər» kafesinin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus 700 manat dəyərində «Uran» markalı velosipedi oğurlamaq və oğurladıqdan sonra satıb əldə olunacaq pulu aralarında bölüşdürmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə həmin ünvanın yaxınlığına gəlmiş, velosipedin saxlanıldığı yeri Təqsirləndirilən şəxs3 göstərdikdən sonra sonuncu qeyd olunan ünvanın qarşısında saxlanılan velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi «Saipa» markalı ** AN *** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobildən oğurluq etmək və oğurluq nəticəsində əldə olunacaq əmlakı aralarında böləcəkləri barədə tanışları X10 və Təqsirləndirilən şəxs3 ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs3 qeyd olunan avtomobilə yaxınlaşıb qabaq sağ qapısının açıq olub olmadığını yoxlayaraq qapının açıq vəziyyətdə olduğunu müəyyən etdikdən sonra o (Təqsirləndirilən şəxs2) avtomobilin salonuna daxil olub ön cihazlar panelindəki boşluğa qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus olan 50 manat dəyərində olan qəhvəyi rəngli pul kisəsini içərisindəki 1300 manat pulla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1350 (min üç yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 22:40-da ünvan 47 ünvanında yerləşən «İ ürək şəkli dönər» katesinin qarşısında saxlanılmış, X15 məxsus 700 manat dəyərində «Uran» markalı velosipedi oğurlamaq və oğurladıqdan sonra satıb əldə olunacaq pulu aralarında bölüşdürmək barədə tanışları X11 və Təqsirləndirilən şəxs3 ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə həmin ünvanın yaxınlığına gəlmiş, velosipedin saxlanıldığı yeri Təqsirləndirilən şəxs3 göstərdikdən sonra sonuncu qeyd olunan ünvanın qarşısında saxlanılan velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 70() (yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanının qarşısında saxlanılmış. Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi «Saipa» markalı ** AN *** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobildən oğurluq etmək və oğurluq nəticəsində əldə olunacaq əmlakı aralarında bölüşdürmək barədə tanışları Təqsirləndirilən şəxs2 və X10 ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qeyd olunan avtomobilə yaxınlaşıb qabaq sağ qapısının açıq olub olmadığını yoxlayaraq qapının açıq vəziyyətdə olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobilin salonuna daxil olub ön cihazlar panelindəki boşluğa qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus olan 50 manat dəyərində olan qəhvəyi rəngli pul kisəsini içərisindəki 1300 manat pulla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1350 (min üç yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 22:40-da ünvan 4 ünvanında yerləşən «İ ürək şəkli dönər» kafesinin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus 700 manat dəyərində«Uran» markalı velosipedi oğurlamaq və oğurladıqdan sonra satıb əldə olunacaq pulu aralarında bölüşdürmək barədə tanışları Təqsirləndirilən şəxs2 və X10 ilə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə həmin ünvanın yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 velosipedin saxlanıldığı yeri göstərdikdən sonra o, qeyd olunan ünvanın qarşısında saxlanılan velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X5 qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, onunla eyni məhəllədə yaşayır, münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs3 1-ci dəfə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində «Tarqovı» adlanan ərazidə görmüşdür. Həmin vaxt adlarını xatırlamadığı, heç bir anket məlumatını bilmədiyi tanışları ilə «Tarqovı»da olarkən Xəlil bir nəfər tanımadığı şəxslə onlara yaxınlaşıb onunla və yanındakı şəxslərlə salamlaşmış, 1-2 dəqiqə onların yanında qaldıqdan sonra getmişdir. Həmin vaxt başa düşmüşdür ki, Xəlil onun yanındakı tanışlarını tanıyır. Növbəti dəfə xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə «Tarqovı» adlanan ərazidə olarkən Təqsirləndirilən şəxs3 onlara yaxınlaşıb siqaret istəmişdir. Həmin vaxt adını «Əbili» kimi. Rauf isə «Vüqar» kimi təqdim etmiş. Xəlil də adını «Zaur» kimi təqdim etmişdir. Təxminən 2-3 saat söhbət edib gəzişdikdən sonra saat 22 radələrində «Nizami Mail» ticarət mərkəzindəki dönər kafesinin qarşısında velosiped gördüyünü bildirib təklif etmişdir ki, gedib həmin velosipedi oğurlasınlar və satıb pulunu aralarında bölüşsünlər. Onun təklifi ilə həm Rauf, həm də Xəlil razılaşmış və onlar birlikdə «Nizami Mail» ticarət mərkəzinin yaxınlığına getmişlər. Oradakı svetaforun yanında dayanmışlar və o. Xəlilə velosipedin yerini göstərib demişdir ki, gedib velosipedi götürsün. Velosipedi oğurladıqdan sonra harada görüşəcəklərini Xəlilə izah etmiş və bundan sonra Raufla birlikdə metronun «Nizami» stansiyasının arxasındakı məscidə tərəf, oradan da sola dönüb növbəti yol ayrıcına getmişlər. Ora çatdıqda görmüşdür ki. Xəlil dayanıb onları gözləyir, velosiped də yanındadır. Həmin vaxt o, Xəlilə demişdir ki. velosipedi ona versin, aparıb sataeaq. pulunu da aralarında böləcəklər. Xəlil də razılaşmış və velosipedi ona vermişdir. Onlar birlikdə piyada «tarqovı» adlanan verə getmişlər, çatanda Xəlil onlardan ayrılıb getmiş, o özü isə Raufla Malakan bağına getmişdir. Bağın ətrafında dayandıqları vaxt əvvəllər tanımadığı bir şəxs yaxınlaşıb velosipedi satıb satmadığını soruşmuş, o da satmadığını bildirmişdir. Həmin şəxs velosipedin əvəzində telefon verə biləcəyini bildirmiş, özündə olan «İpohonc» markalı telefonu ona göstərmişdir. O. velosipedlə telefonu dəyişdirməyə razılaşmışdır. Həmin şəxs telefonun üzərindəki sim kartı çıxarıb telefonu ona vermiş, o da velosipedi həmin şəxsə vermişdir. Telefonu aldıqdan sonra Rauf orada qalmış, o özü isə tək «Karona» klubun qarşısına getmişdir. Klubun qarşısında dayanmış, əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Şahid1 yaxınlaşıb «İphone» markalı mobil telefonu ona göstərmiş və 100 manata satmaq istədiyini bildirmişdir. Şahid1 isə baha olduğunu, ona «Fly» markalı mobil telefon və 20 manat pul verə biləcəyini demişdir. O, razılaşmış və «İphone» markalı telefonu ona verib «Fly» markalı telefonu və 20 manat pulu almışdır. Daha sonra isə «Fly» markalı mobil telefonu Malakan bağının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi bir orta yaşlı kişiyə 30 manata satmışdır. Pulu aldıqdan sonra Raufla görüşmüş, telefonları alıb satmağı barədə ona da məlumat vermiş, həmin pulla özünə, həm də Raufa siqaret, su, semiçka almış, daha sonra isə evə getmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, ümumiyyətlə xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 tanımamış. Təqsirləndirilən şəxs3 avtomobildən pulu nə zaman, kimin iştirakı ilə oğurlaması barədə heç bir məlumatı olmamış. xx.xx.2018-ci il tarixdə ya yaşadığı evdə, ya da «Tarqovı» adlanan ərazidə olmuş, söhbət zamanı Xəlil onlara əsgərlik yaşı çatdığını, hərbi xidmətə çağırılmasına baxmayaraq getmədiyini, valideyinlərinin rayonda yaşadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, qolunun invalidliyi ilə əlaqədar 3-cü qrup əlil olmasını, atasının vəfat etməsini, atasız böyüməsini, ailədə o və yalnız anasının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 uzun müddətdir tanıyır, onunla eyni məhəllədə yaşayır, münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs3 1-ei dəfə xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 17 radələrində «Tarqovı» adlanan yerdə görmüşdür. Həmin vaxt Xəlil tanımadığı şəxslərlə mübahisə etmiş, o da Əbülfəzlə yaxınlaşıb onları sakitləşdirmiş və bununla da Xəlillə tanışlığı yaranmışdır. Sonra isə üçü təxminən 1-2 saat «tarqovı» adlanan ərazidə gəzişmişdir. Həmin vaxt Əbülfəz təklif etmişdir ki, «Nizami Mail» ticarət mərkəzinin yanına getsinlər, oradakı dönərxananın qarşısnıda velosiped var, onu oğurlayaraq satıb pulunu aralarında bölüşdürsünlər. Əbülfəzin təklifi ilə razılaşdıqdan sonra təxminən saat 22 radələrində birlikdə «Nizami Mail» ticarət mərkəzi istiqamətində getmişlər. Əbülfəz velosipedin yerini Xəlilə göstərib demişdir ki, gedib velosipedi oğurlasın. Velosipedi oğurladıqdan sonra harada görüşəcəklərini Əbülfəz Xəlilə izah etmiş və bundan sonra o. Əbülfəzlə metronun «Nizami» stansiyasının arxasındakı məscidə, oradan da sola dönüb növbəti yol ayrıcına getmişlər. Çatdıqda görmüşdür ki. Xəlil orada dayanıb onları gözləyir, velosiped də yanındadır. Həmin vaxt Əbülfəz Xəlilə demişdir ki. velosipedi ona versin, aparıb satacaq. pulunu da aralarında böləcəkdir. Xəlil də razılaşmış və velosipedi ona vermişdir. Onlar birlikdə piyada «tarqovı» adlanan yerə getmişlər, çatanda Xəlil onlardan ayrılıb harasa getmiş, o da Əbülfəzlə Malakan bağına getmişlər. Bağın ətrafında dayandıqları vaxt əvvəllər tanımadığı bir şəxs yaxınlaşıb Əbülfəzdən velosipedi satıb satmadığını soruşmuş. Əbülfəz də velosipedi satmadığını demişdir. Həmin şəxs velosipedin əvəzində telefon verə biləcəyini bildirmiş və «İpohone» markalı telefonu onlara göstərmişdir. Əbülfəz onunla məsləhətləşib velosipedlə telefonu dəyişdirməyə razılaşmışdır. Həmin şəxs telefonun üzərindəki sim kartı çıxarıb telefonu Əbülfəzə vermiş. Əbülfəz də velosipedi ona vermişdir. Telefonu aldıqdan sonra o. Malakan bağının yanında qalmış. Əbülfəz isə telefonu satmaq üçün harasa getmişdir. Bir qədər sonra Əbülfəz onun yanına qayıdıb «İphone» markalı telefonu satdığını, əvəzində ona 20 manat pul və «Fly» markalı telefon verildiyini demişdir. Onlar «Malakan» bağının yanında gəzişərkən oradakı taksi sürücülərindən birinə yaxınlaşmışlar. Əbülfəz telefon satdığını bildirib ona təklif etmişdir. Həmin şəxs telefona baxdıqdan sonra 30 manat pul verə biləcəyini bildirmişdir. Onlar razılaşmış və Əbülfəz telefonu verib 30 manat pulu götürmüşdür. Bundan sonra onlar həmin yerdən aralaşmış, marketə daxil olmuşlar. Əbülfəz həmin pulla həm ona, həm də özünə siqaret, su və semiçka almış, daha sonra isə evə getmişlər. R.Seylullayev ifadəsində həmçinin göstərmişdir ki. ümumiyyətlə xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 tanımamış, onun avtomobildən pulu nə zaman, kimin iştirakı ilə oğurlaması barədə heç bir məlumatı olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 21-22 radələrində ya yaşadığı evdə, ya da «Tarqovı» adlanan ərazidə olmuş, söhbət zamanı Xəlil onlara əsgərlik yaşı çatdığını, hərbi xidmətə çağırılmasına baxmayaraq getmədiyini, valideyinlərinin rayonda yaşadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, bel fəqərəsində yırtıq xəstəliyinin olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında anası Yeganə Məlikova vo qardaşı Qorxmaz Məlikovla birlikdə yaşamış, xx xxxxxx 2018-ci il tarixdə günorta saat 14-15 radələrində anasından 10 manat pul alıb saçını qırxdırmaq məqsədi ilə evdən çıxmış və Şamaxı şəhərində yerləşən avtovağzala gedib gəzmək məqsədi ilə avtobusla Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatdıqdan sonra bir qədər şəhərin mərkəzində gəzişmiş, gecə saatlarında da internet kluba gedib orada yatmışdır. Bakı şəhərində olduğu müddətdə həmişə günorta saatlarında şəhərdə gəzişmiş, axşamlar da internet klubda qalmışdır. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 16-17 radələrində «Tarqovı» adlanan ərazidə olarkən əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 və X10 ilə tanış olmuşdur. Tanış olarkən Rauf ona adını «Vüqar» kimi. Əbülfəz də «Əbli» kimi təqdim etmiş, o da həmin şəxslərə adını «Zaur» kimi təqdim etmiş, valideynlərinin olmadığını, uşaq evindən qaçdığını bildirmişdir. Həmin gün Rauf və Əbülfəzlə «tarqovı» adlanan ərazidə bir qədər gəzişdikdən sonra Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, birlikdə gedib maşınlardan pul oğurlasınlar və əldə etdikləri pulları aralarında bölsünlər. O da razılaşmış və piyada metronun «Nizami» stansiyasının yaxınlığına getmişlər. ünvan 3 ünvanının qarşısına çatanda Rauf orada dayanmış Saipa markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərib qapısının açıq olub olmadığını yoxlamağını istəmişdir. O, maşının sürücü qapısını əli ilə yoxladıqda qapının açıq olduğunu aşkar etmişdir. Rauf ondan kənara çəkilməyini istəmiş və özü avtomobilin açıq qapısından salonuna tərəf əyilib oradakı qəvhəyi rəngli pul kisəsini götürmüş, üçü də tez qaçıb oradan uzaqlaşmışlar. Təxminən 200 metr uzaqlaşdıqdan sonra dayanmışlar. Rauf pul kisəsindən 50 manat çıxarıb ona vermişdir. O, heç nə soruşmadan pulu götürüb cibinə qoymuşdur. Rauf və Əbülfəz işləri olduğunu bildirib onunla sağollaşmış və harasa getmişlər. Növbəti dəfə Rauf və Əbülfəzi xx xxxxxx 2018-ci il tarixdə «tarqovı» adlanan ərazidə görmüşdür. Həmin vaxt söhbət edərkən Əbülfəz «Nizami Mail» ticarət mərkəzindəki dönər kafesinin qarşısında velosiped gördüyünü bildirib birlikdə gedib həmin velosipedi oğurlamağı, sonra satıb pulunu aralarında bölməyi təklif etmişdir. O. razılaşmış və üçü «Nizami Mail» TM-nə tərəf getmişlər. Xarici İşlər Nazirliyinin binası ülə üzbəüz yolun əks tərəfindəki svetaforun yanına çatdıqda Əbülfəz dönər kafesinin qarşısında saxlanılan velosipedi göstərmiş və demişdir ki, özü Raufla svetaforun yanında dayanıb gözləyəcəklər, o gedib velosipedi oğurlayıb onların yanına gəlsin. Svetaforun yanında dayandıqları yerdən velosipedin saxlanıldığı yerin arasında təxminən 50-60 metr məsafə olmuş və həmin yerdən dayanıb baxdıqda velosipedi rahatlıqla görmək olmuşdur. O. Rauf və Əbülfəzdən ayrılıb dönər kafesinin qarşısına getmiş və oradakı velosipedi sürüb Rauf və Əbülfəzin dayandığı yerə qayıtmışdır. Rauf və Əbülfəz onun gəldiyini görüb svetafordan sağa, yən «Sovetski» adlanan yerə dönüb piyada getmiş, o da velosipedi onların arxasınca ara məhləyə sürmüşdür. Svetafordan döndükdən sonra təxminən 200 metr gedib velosipedi saxlamışdır. Əbülfəz təklif elmişdir ki. velosipedi ona versin, səhərisi gün satacaq və pulu aralarında böləcəklər. O. velosipedi satmağa birlikdə getməyi təklif etsə də Əbülfəz hirslənib demişdir ki, özü aparıb satacaq, ona da pul verəcəkdir. O da razılaşmış və sağollaşıb onlardan ayrılmışdır. Növbəti gün, yəni xx xxxxxx 2018-ci il tarixdə «tarqovı» adlanan ərazidə olarkən polis əməkdaşları yaxınlaşıb onu 27-ci PB-nə dəvət etmiş, bölmədə olarkən Rauf və Əbülfəzlə birlikdə törətdiyi əməlləri etiraf elmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin göstərmişdir ki. Saipa markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobildən hansı miqdarda pul oğurlanması barədə əvvəlcədən məlumatı olmamış, xx.xx.2018-ci il tarixdə oğurladıqları velosipedin harada, nə zaman, neçəyə satılmasını bilməmiş, əldə olunmuş puldan ona heç bir məbləğ verilməmiş. Rauf və Əbülfəzə əsgərlik yaşı çatdığını, hərbi xidmətə çağırılmasına baxmayaraq getmədiyini, valideyinlərinin rayonda yaşadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, cinayət törədərkən yetkinlik yaşına çatmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanızərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayının əvvəllərindən «Saipa» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobili idarə edib sifariş əsasında mağazalara yük daşımaqla ailəsinin dolanışığını təmin edir. xx xxxxxx 2018-ci il tarixdə saat 21:30-da idarə etdiyi avomobili ünvan 6 ünvanın qarşısında saxlamış, yük yerində olan balonlara su doldurmaq məqsədi ilə balonları götürüb avtomobildən düşmüş və həyətə daxil olmuşdur. Lakin avtomobildən düşərkən unutduğundan avtomobilin qapılarını bağlamamışdır. Təxminən 5 dəqiqə sonra balonları doldurub qayıtmış və yük yerinə qoymuş, özü isə sükan arxasına əyləşib avtomobili hərəkət etdirmişdir. Yasamal rayonu Ş.Qurbanov küçəsi 19 ünvanına çatdıqda aşkar etmişdir ki. avtomobilin ön cihazlar panelindəki maqnitafon yerinin altındakı boş yerə qoyduğu pul kisəsi yoxdur. Pul kisəsini su doldurduğu yerdə düşürdüyünü ehtimal edib geri qayıtmış, həmin yeri ətraflı axtarsa da tapa bilməmişdir. Həmin vaxt yadına düşmüşdür ki, avtomobildən düşərkən qapıları bağlamamışdır. Pul kisəsi və içərisindəki 1300 manat pulun avtomobildən oğurlandığını başa düşüb DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, avtomobildən oğurlanmış pul kisəsi qatlanıb cibə qoymaq üçün nəzərdə tutulan formada və açıq qəhvəyi rəngli olmuş, dəridən hazırlanmışdır, həmin pul kisəsini təxminən 3 il əvvəl Türkiyə Respublikasında 50 ABŞ dollarına almış, pul kisəsinin oğurlandığı vaxt işlənmiş vəziyyıtdə olduğunu nəzərə alıb dəyərini 50 manat kimi qiymətləndirir. Hal hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır, onların həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanızərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin oktyabr ayının ortalarından ünvan 47 ünvanında yerləşən «İ ürək şəkli dönər» kafesində administrator işləyir. Kafedə işə başladıqdan sonra «Sədərək» Ticarət Mərkəzindən 700 manata «Uran» markalı velosiped almışdır ki, həmin velosipedlə müştərilərin sifarişlərini ünvana çatdırsın. Velosipedi adətən işlədiyi restoranın qarşısında saxlamışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 22:40-da kafedən çıxanda velosipedin yerində olmadığını aşkar etmiş və həmin velosipedin oğurlandığını başa düşüb DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra oraya polis əməkdaşları gəlib baxış keçirmişlər. Hal hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır, onların həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində işlədiyi «Carona» klubda olan zaman bir nəfər şəxslə klubun qapısının qarşısında rastlaşmış, həmin şəxs ona mobil telefon almasını təklif etmiş, o da «iPhone 5» markalı telefonu götürüb baxmışdır. Sonradan adının Əbülfəz olduğunu bildiyi şəxs mobil telefonu 100 manata satdığını bildirmiş, o isə həmin telefonun müqabilində 20 manat pul və özünə məxsus «Fly» markalı mobil telefonu təklif etmişdir, Əbülfəz də onun təklifi ilə razılaşmışdır. O, Əbülfəzdən telefonun oğurluq olub olmaması və ya telefona aid qutunun olub olmaması barədə soruşmuş. Əbülfəz də telefonun oğurluq olmadığını, işlənmiş vəziyyətdə aldığını bildirmişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı nömrəni həmin «iPhone 5» markalı telefona taxıb işlətmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, mobil telefonu alarkən Əbülfəzin yanında başqa şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil telefon anasıa məxsusdur, həmin nömrə 2018-ci ilin sentyabr - noyabr aylarında «İphone 5» markalı, göy rəngli Çin istehsalı olan mobil telefonda işlədilmişdir. Nömrə və telefonu əvvəllər anası özü işlətsə də sonradan ona vermişdir. xx xxxxxx 2018-ci il tarixdə axşam saat 22 radələrində şəhərin mərkəzində, «Malakan» bağının yaxınlığında olarkən əvvəllər 1-2 dəfə «Tarqovı» adlanan ərazidə rastlaşdığı, amma heç bir şəxsi münasibəti olmayan 2 nəfər oğlan ona yaxınlaşmış, həmin şəxslərin yanında velosiped də olmuşdur. Həmin şəxslər təxminən 18-20 yaşlarında, hündür boylu, biri sarışın, arıq bədən quruluşlu, digəri isə qarabuğdayı, o birindən kök və qısa olmuşdur. Sarışın oğlan velosipedi göstərib həmin velosipedi satdıqlarını bildirmişdir. O, pulu olmadığını, velosipedi mobil telefonla dəyişəcəyi halda ala biləcəyini demişdir. Həmin şəxs də razılaşmışdır. O. «İphone 5» markalı mobil telefonun üzərindəki mobil nömrəni çıxarmış, yaddaşını pozmuş və telefonu ona vermiş, həmin şəxs də velosipedi ona vermişdir. Bundan sonra onlarla sağollaşıb velosipedi sürərək yaşadığı evə getmiş və velosipedi kirayə yaşadığı evin həyətində saxlamışdır. Növbəti gün yuxudan oyandıqda velosipedin yerində olmadığını görüb oğurlandığını başa düşmüş, lakin bu barədə heç bir yerə şikayət etməmişdir. Şahid2 ifadəsində qeyd etmişdir ki, velosipedin oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamış, velosipedi satan şəxslərdən velosipedin oğurluq olub olmadığını soruşmuş, sarışın oğlan da cavab vermişdir ki, oğurluq deyil, velosiped onun özünə məxsusdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2019-cu il tarixli 15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2019-cu il tarixli 59 saylı rəyindən görünür ki, X6 çətənə bitkisi preparatlarından istifadə etmə halı olub. Lakin, hal-hazırda X7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X10 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 589 №saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs3 fərdi - psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxındır, psixi cəhətdən normal inkişaf etmişdir, intellektual inkişafı aldığı təhsilinə və əhatə olunduğu sosial mikromühitə uyğundur, əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs3 əqli və psixi inkişafına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 fərdi - psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslərhəmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan ƏƏSMN-nin Tibbi Sosial ekspert komissiyasının xx.xx.2019-cu il tarixli arayışına əsasən Əbülfəz Şabanov İİİ qrup əlildir. İş materiallarında olan Medistyle Hospitalın bel-oma fəqərəsi MRT-sinin nəticələrinə dair xx.xx.2019-cu il tarixli arayışa əsasən Rauf Seyfulayevin L4-5 diskdə dural kisəni sıxan diffuz anulyar qabarma, L5-S1 diskdə dural kisəni sıxan və daha çox solda olmaqla hər iki lateral resesi daraldan 4mm ölçüdə sol paramedian geniş əsaslı protuziya, Lumbar osteoxondroz xəstəlikləri qeydə alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrinə əsasən onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur, onlarla barışmışdırlar. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi səmimi peşman olmalarını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını, onlarla barışmalarını, Təqsirləndirilən şəxs1 atasının vəfat etməsini, İİİ qrup əlil olmasını, Təqsirləndirilən şəxs2 xəstəliyinin olmasını, Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilib, sonradan Yasamal rayon prokurorunun xx xxxxx 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, xx xxxxx 2019cu il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 04 ay 22 gün həbsdə olmuşdur. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X3 arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin cəza çəkilməmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin məhkəmə nəzərə alır ki, CM-nin 68.1-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 3 gün islah işləri cəzasına bərabər tutulmaqla cəzalar birləşdirilməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilib, sonradan Yasamal rayon prokurorunun xx xxxxx 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, xx xxxxx 2019cu il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 04 ay 22 gün həbsdə olmuşdur. Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2018-ci il tarixdə “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 22 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdəsaxlanıldığı 22 günmüddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 04 ay 16 gün (bir il dörd ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Şamaxı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il(iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdəsaxlanıldığı 04 ay 22 günmüddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 16 gün (bir il iki ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il(üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X9 Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan - qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzası, 2 gün azadlığın məhdudlaşdırılması cəzası 3 gün islah işləri cəzasına bərabər tutulmaqlaCM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, ona qəti cəza 03 il 02 ay (üç il iki ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdəsaxlanıldığı 04 ay 22 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 04 ay 16 gün (iki il dörd ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 95 manata (doxsan beş) görə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 hər birindən bərabər məbləğdə (yəni hər birindən 47 manat 50 qəpik) pul tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar