Məhkəmə qərarları › İş №1(004)-123/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-123/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-123/2020 25.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X15, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X7 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onun qızı Şahid1 Yasamal Rayon Məhkəməsində və yaxud Ədliyyə Nazirliyinin Penitensıar Xidmətim karguzarlıq xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2017ci ilin dekabr ayında ünvan 2 ünvanda 2000 manat və 2018-cı ilin mart ayında həmin ünvanda 1200 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 3200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona tanışlarının vasitəsi ilə Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasından və Səhiyyə Nazirliyindən müsbət rəy alıb qısa müddətdə övladlığa uşaq götürməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 3 ünvanda ümumilikdə 5300 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 5300 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənın əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin X6 ipoteka krediti yolu ilə mənzil əldə olunmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsində yerləşən “Kulis” geyim mağazanın qarşısıda 500 manat və xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 900 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 1400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onu tanışlarının vasitəsi ilə Yasamal Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsinə işə duzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 114, mənzil 10-da 1000 manat pulunu ələ keçirib zərərçəkmış şəxs Zərərçəkmiş şəxs3 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən Gülüstan şadlıq evinin yanında 1000 pulunu ələ keçirib zərərçəkmiş şəxs Tərlan Aboasova 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Abbas qızının etibarından sui-istifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin yanında 1000 pulunu ələ keçirib zərərçəkmiş şəxs Rəşidə Rəşıdovaya 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona gizir rütbəsi olmaqla Ədliyyə Nazirliyinin Katibliyinə işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bunyadzacə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin yanında 550 pulunu ələ keçirib Zərərçəkmiş şəxs6 550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib özünü Nərimanov Rayon Məhkəməsində işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra eyni vaxtda Bakı şəhəri, Yasamal rayonu, X26 8 ünvanında yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinin X6 ipoteka krediti yolu ilə mənzil əldə olunmasına və sosial müavinət təyin edilməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2019-cu ilin avqust ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində bir neçə dəfə olmaqla Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin qarşısında 2000 manat pulunu alıb vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs7 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2017-ci ilin dekabr ayında gözəllik salonunda Şahid1 adlı qızla tanış olmuş və tanışlıq zamanı ona yalandan Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyini demişdir. Həmin zaman Şahid1 ona ərinə qarşı aliment öhdəliyi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. O, Şahzadə ilə onun pulunu ələ keçirmək məqsədi ilə münasibət qurmuş və onun Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən evinə getmiş, orada Şahzadənin atası Zərərçəkmiş şəxs4 ilə tanış olmuş tanışlıq zamanı Zərərçəkmiş şəxs4 yalandan vəd verib onun qızı Şahzadənin Yasamal Rayon Məhkəməsinə hakim köməkçisi vəzifəsinə təyin olunmasına nail olacağını bildirmişdir. Bundan başqa məhkəmə qızının iddiaçı olduğu mülki iş üzrə də tezliklə qətnamə qəbul olunmasına nail olacağını və aliment öhdəliyinin cavabdeh üzərinə boyuk məbləğdə qoyulmasına nail olacağını bildirmişdir. 2017-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 qızı Şahzadənin vəd verdiyi işə düzəltmək adı ilə 2000 manat, 2018-ci ilin mart ayında isə 1700 manat pul almışdır. Əjdər ondan qızının işi barədə sonradan soruşduqda bəhanə edərək guya Şahzadənin məhkəməhə işinin alınmadığını və onu Penitensiar Xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib inandırmışdır. Həmin pul məbləğlərinin aldığı zamanlarda Zərərçəkmiş şəxs4 başqa yalan vəd verib guya Şahid1 məhkəmədə baxılan işini onun xeyirinə həll etmək adı ilə 500 manat, Şahid1 ərinin polis vasitəsi ilə qorxutmaq adı ilə tanışlarına pul vermək adı ilə 50 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. Şikayət edilməmişdən qabaq Əjdərə 1700 manat pulunu qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs4 qohumu Zərərçəkmiş şəxs1 Gulbudaq qızının Əjdərin vasitəsi ilə tanımış, ona özünü Yasamal Rayon Məhkəməsinin əməkdaşı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 onun övladlığa götürmə problemini həll edəcəyinə dair yalan vəd verib yaşadığı evinin qarşısında 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına kimi hissə-hissə olmaqla 1000, 2300 və 1000 manat pulunu ələ keçirmişdir. Bundan başqa 2018-ci ilin iyun ayında o, tanışı Zərərçəkmiş şəxs3 2018-ci ilin iyun ayında onun işlədiyi “Kulis” geyim dükanında sosial mənzillərdən ipoteka qaydasında mənzil əldə etmək adı ilə 1400 manat, onu Yasamal Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsinə təyin olunmasına nail olacağına inandırıb 1000 manat pulunu ayrı-ayrı niyyətlərlə daha çox məbləğdə pul əldə etmək üçün almışdır. Yalandan Vüsalənin anasına yeni tikililərdə mənzil göstərmiş və ona guya sənədləşmə işlərini gördüyü barədə imitasiyalar edərək inandırmışdır. Hazırda Zərərçəkmiş şəxs3 ondan şikayəti yoxdur. Bundan başqa 2018-ci ilin avqust ayında Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs6 550 manat, Zərərçəkmiş şəxs5 1000 manat, Şahid3 özündən 400 manat pulu onları Ədliyyə Nazirliyinin katibliyində kargüzar vəzifələrinə təyin etdirmək adı ilə aldadaraq pullarını ələ keçirmişdir. Şahid3 ilə “X4”da olan zaman tanış olmuşdur. Bundan başqa Şahid4 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 2018-ci ilin avqust ayında onu Ədliyyə Nazirliyinin mərkəzi aparatına leytenant rütbəsi ilə işlə təmin edəcəyini yalandan vəd verib 1000 manat pulunu almışdır. O, zərərçəkmiş şəxslərə vurduğu ziyandan Zərərçəkmiş şəxs4 başqa Zərərçəkmiş şəxs2 1000 manat pulunu araşdırma başlanandan sonra ödəmişdir. Bütün bunları maddi ehtiyacı olduğu üçün ödəmişdir. Müxtəlif şəxslərin adından istifadə edərək zərərçəkmiş şəxslərə inam və etibar yaratmaq istəmişdir. Bundan başqa o, X8 200 manat işlə təmin edilməsi vədi ilə, 380 manat sürücülük vəsiqəsi ilə təmin edilməsi vədi ilə, Abasov Bəxtiyar Böyük Ağa oğlu uı qızının işlə təmin edilməsi məqsədi ilə 500 manat, X2 ümumvətəndaşlıq pasportu üçün bacısı X3 100 manat, Lamiyə Məlikovanın oğlunun narkoloji qeydiyyatı üçün narkoloji dispanserdən arayış almaq məqsədi ilə 20 manat pul və 30 manat dəyərində “faberlic” markalı ətirini onları aldadaraq ələ keçirdiyini etiraf etmişdir. Bundan başqa 2019- cu ilin avqust-sentyabr ayları ərzində Zərərçəkmiş şəxs7 650 manat ona sosial müavinət düzəltmək və 1350 manat ona Yasamal rayonunda sosial mənzil üçün ipoteka növbəsində dayanmış şəxslərin siyahısına daxil etmək adı ilə Yasamal rayonu, Gülüstan şadlıq evinin yanında alıb ələ keçirmişdir. O, bütün cinayətlərini tək törətmişdir, onun dələduzluq cinayət əməllərini etməyində heç kimin aidiyyəti olmamışdır, o, özü aldatdığı adamlarda inam və etibar qazanmaqdan ötrü adını eşitdiyi, bildiyi vəzifəli şəxslərin və başqa şəxslərin adlarından həm vasitəçi həm də, guya aldığı pulları çatdıracağı şəxs kimi təqdim etmişdir. Heç kimlə əlbir olmamışdır. O, heç bir dövlət qurumunda işləməmişdir, ümumiyyətlə heç bir yerdə işləmir, özünü yalandan zurərçəkmiş şəxslərə müxtəlif vəzifələrdə işləyən şəxs kimi təqdim etmişdir ki, onlardan inam və etibar yaradıb rahat pul əldə edə bilsin, əks təqdirdə heç kimin ona pul verməyəcəyini bildirmişdir. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini, xəstəliyinin olmasını, 1 azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxsittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsqismində dindirilmişZərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində şikayət vermiş Şahid1 onun qızıdır. Təqsirləndirilən şəxs 2017-ci ilin dekabr ayından qızı vasitəsi ilə tanımışdır. Qızı Şahzadə isə onun gözəllik salonunda olan zaman tanış olduğunu, Ülviyənin özünü Yasamal Rayon Məhkəməsində köməkçi işləyən şəxs kimi təqdim etmişdir. Qızı Şahid1 əri Ceyhun Həsənovdan 2017-ci ildə boşanmış, nikahlarından olmuş 2 uşağına aliment alması uçun Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə Ülviyə bilərək qızına demişdir ki, onun məhkəmədə olan aliment işini tezləşdirə bilər və tez qərarın alınmasına nail ola bilər. Bu barədə qızı ona danışmış və qızına Ülviyəni evə dəvət etməsini, bu barədə danışmaq istədiyini demişdir. 2017-ci ilin dekabr ayında qızı Şahzadə Ülviyə ilə birlikdə onun yaşadığı ünvan 5 ünvanına gəlmişlər. Evində Ülviyə qızına dediyi bütün sözləri bir daha onun yanında da, təsdiq edərək bildirdi ki, özü qızının aliment məsələsini məhkəmədə hakim Sərdar Mehrəliyevdən xahiş edib tezləşdirəcəkdir. Həmin zaman Ülviyə əlavə olaraq bildirdi ki, istəsə onun qızını məhkəməyə dəftərxana işinə düzəldə bilər. Ülviyə bunun uçun ondan 2000 manat pul istədi. Ülviyəyə inanıb razılaşmışdır. Səhəri gün Ülviyə onun evinə gəlib qızı Şahzadənin şahidliyi ilə Ülviyəyə qızını işə düzəltməsi üçün 2000 manat vermişdir. Ülviyə qızına həmin zaman evdə ərizə yazdırmış və qızına aid sənədləri ozü ilə götürmüşdür. Ülviyə söz verdi ki, 2017-ci ilin dekabr ayının sonuna kimi qızının Yasamal məhkəməsində işə düzəlməsinə nail olacaqdır. Daha sonra bildirdi ki, iş gecikir, qızını Penitensıar Xidmətə işə qəbul etdirəcəkdir. Bundan sonra 2018-ci ilin fevral ayında evində qızı Şahzadənin şahidliyi ilə Ülviyəyə 500 manat pulu nəvələrinə əlavə kompensasiya pulunun verilməsi vədi ilə vermişdir. Ülviyə bildirdi ki, Yasamal İcra şöbəsi ilə danışıb, nəvələrinə əlavə kompensasiya pulu veriləcəkdir. 2018-ci ilin mart ayının əvvəllərində Ülviyə bildirdi ki, məhkəmə işi çətinləşib, Penitensiar Xidmətə qızını işə düzəldəcəkdir, lakin əlavə 1200 manat pul lazımdır. O, yaşadığı ünvanda Ülviyəyə 1200 manat pulu 2018-ci ilin mart ayının əvvəllərində qızı Şahzadənin şahidliyi ilə vermişdir. Ülviyə onları dəfələrlə Yasamal Rayon Məhkəməsinə, Penitensiar Xidmətin baş idarəsinə aparmış, orada onları gözləmə yerlərində gözlətmiş, guya qızının işlə təmin edilməsi üçün kiminləsə daxili telefonda danışmışdır. Ülviyə verdiyi vədlərinə əməl etmədiyi üçün ondan şübhələnmiş və sonda bilmişdir ki, Ülviyə dələduzdur. Həmçinin Ülviyə ondan birinci dəfə evində 50 manat pul almışdır ki, guya polisdə olan tanışları var, hədiyyə alacaq və nəticədə onun kürəkənini Yasamal ərazisindən uzaqlaşdıracaqdır. Bu hadisə 2017-cı ilin dekabr ayında olmuşdur. Bundan başqa Ülviyə onun vasitəsilə baldızının qızı Zərərçəkmiş şəxs1 tanımış və ondan övladlığa uşaq götürmə üçün 5300 manat pulunu alıb aldatmışdır. Ülviyənin dələduzluq əməli barədə qızı müraciət etsə də, Ülviyəyə verilən pullar ona məxsus olmuşdur və pulları özü vermişdir. Ülviyə sonradan 1700 manat pul qaytarmış lakin, 2050 manat pulunu qaytarmadığına görə şikayət etmişdir. Ülviyə pulu qaytaran zaman 500 manat və 50 manat aldığı pul məbləğini tamamilə ödədiyini, qalan pulu isə Şahzadənin işi üçün aldığı puldan çıxmasını ona bildirmişdir. Ona dəymiş ziyandan 1150 manatını qaytarmış, lakin 2050 manatını qaytarmamışdır. Həmçinin Kəmaləyə vurduğu ziyanı ümumiyyətlə qaytarmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində ifadəsində göstərmişdir ki, o Topçubaşov adına X20 tibbi bacısı işləyir. 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs onun yaşadığı bina ilə üzbəüz binada yaşadığından və onu tibbi bacısı kimi tanıdığından, onun evimə iynə inyeksiyası üçün gəlib-gedirdi. Həmin zaman Təqsirləndirilən şəxs özünün Ədliyyə Nazirliyində işlədiyini, hər yerə əlinin çatdığını bildirərək dedi ki, tanış adam olsa işə düzəldə bilər. O qeyd etdiyi iş yerindən başqa Badamdar qəsəbəsində Badamdar şossesində yerləşən “Caspian İnternational” xəstəxanasında da, tibbi bacısı işləyim. Dəqiq tarixi yadında deyil 2018-ci ilin sentyabr ayında mən “Caspian İnternational” xəstəxanasında telefonda yadımda dəqiq qalmayan qohumlarından kiminlə isə danışan zaman, ona qohumunun işinin olmadığını dedikdə, dedib ki, Ülviyyə adlı xəstəsi var yanına gəlir gedir, deyir işə düzəldə bilər, filan amma dəqiq bilmir necə adamdı sözlərini deyib. Danışığı bitdikdən sonra ona əməliyyat olunmuş sonradan adını Şahid2 kimi bildiyi yaşlı bir qadın yaxınlaşaraq dedi ki, “üzrlü sayın sizin söhbətə qulaq asdım, mənim bacımın kürəkəni var, hüquqşünasdı iş tapa bilmir sizin nömrəni verim sizinlə danışsın. Mən isə Həqiqətə cavabımda dedim ki telefon danışdığım şəxs Təqsirləndirilən şəxsdır, mənim xəstəmdir, deməsinə görə Ədliyyə Nazirliyində işləyir və mənə işə düzəltmək üçün tanış olan zaman müraciət edəcəymi demişdir, lakin konkret bilmirəm ki, kimlərisə işə düzəltmişdir ya yox. Həqiqət məndən Ülviyənin mobil nömrəsini onun yaşlı olması səbəbi ilə Zərərçəkmiş şəxs2 adlı qohumu zəng edən zaman verməyimi xahiş etdi. Mən də, etiraz etmədim. Daha sonra mənə Zərərçəkmiş şəxs2 adlı şəxs zəng etdi, mən ona Ülviyənin nömrəsini verdim. Bundan sonra mən heç bir prosesdə iştirak etmədim. Lakin sonradan bildim ki, Ülviyə Zərərçəkmiş şəxs2 və qeydlərindən işə düzəltmək adı ilə pul almış, vədinə əməl etməyərək həmin şəxsləri aldatmışdır. Zərərçəkmiş şəxs2 sonradan mənə zəng edərək Ülviyyəyə 1000 manat pulu Elmlər Akademiyası metro stansiyasının yaxınlığında işə düzəlmək üçün verdiyini lakin vədinə əməl etmədiyini dedikdə mən, ona qohumu Həqiqətin israrla məndən Ülviyənin nömrəsini istəməsini, mənim bu işə heç aidiyyətimin olmadığını bildirdim. Sonradan mən öyrəndim ki, Ülviyə mən işlədiyim xəstəxanaya gəlib-gedərək Əyyub adlı işçi ilə də tanış olmuş, Əyyubu və onun vasitəsi ilə tanış olduğu başqa şəxsləri də aldatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının ortalarında o, ış yoldaşı olan Yaşarın vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Ülviyə ona Yaşarın şahidliyi ilə işlədiyi xəstəxananın qarşısında görüşən zaman bildirmişdi ki, o, Ədliyyə Nazirliyinin katibliyində işləyir, buna baxmayaraq o, həmin işlədiyi yerdə etibarlı şəxsdir, yaxın adamları öz xahişi ilə işə düzəldə bilər. Ülviyə bildirdi ki, Nazirliyin mərkəzi aparatında bir neçə vakansiya vardır, mənim alı təhsilimi nəzərə alaraq ora məni leytenant rütbəsi ilə işə qəbul olunmağıma nail ola bilər. Lakin bunun üçün məndən 1000 manat pul istədi. Mən ona pulumun az olduğunu bildirdikdə, dedi ki, sən özün nə verə bilərsən. Mən ona 400 manat pula gücümün çatdığını dedikdə, Ülviyə mənimlə razılaşdı. Bu hadisədən 3 gün sonra, yəni 2018-ci ilin avqust ayının ortalarında mən Ülviyə ilə Yeni Yasamalda “Gülüstan” restoranının qarşısında onunla görüşüb 400 manat pulu verdim. Ülviyə bildirdi ki, həmin pul məbləğini o, həkim komissiyasına, sənədlərin toplanmasına xərcləyəcəkdir. Bu hadisənin səhəri günü Ülviyə mənə zəng edib bildirdi ki, əlavə adam varsa onları da, işə düzəldə bilər. Mən də, bu barədə tanışlarım Rəşidə və Zərifəyə bildirdim.Rəşidə və Zərifə Ülviyə söhbət zamanı mənim kimi ona inandılar nəticədə, hər ikisi məndən bir az sonra Ülviyəyə işə düzəlmək adı ilə pul verdilərə. Yeni Yasamalda “Gülüstan” restoranının qarşısında 2018-ci ilin avqust ayının ortalarında Rəşidənin Ülviyəyə 1000 manat pulu verməsinin şahidi olmuşam. Hər üçümüzə Ülviyə bildirmişdi ki, 3 gün ərzində bizim əmrimiz olacaqdır və işə qəbul olunacağıq. Lakin sonradan anladıq ki, Ülviyə bizə qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əri ilə düşünüb övladlığa uşaq götürmək qərarına gəlmişdir. Bu hadisədən qohumlarının da, xəbəri olmuşdur. Qohumu Əjdər və qızı Şahzadə ona bildirmişdilər ki, onların Ülviyə adlı tanışı vardır, dövlət idarələri iləəlaqələri vardır, ona pul vermişlər ki, Şahzadəni işədüzəldəcəkdir. O, Ülviyə ilə tanış olmuş, Ülviyə bildirmişdir ki, İcra Hakimiyyətində tanışları vardır, öz yaxın münasibətdə olduğu vəzifəli şəxslərin vasitəsi ilə belə işlər əvvəllər etmişdir, övladlığa uşaq götürmə çox uzun prosesdir. O da, həmin prosesi tezləşdirmək istəmişdir. Ülviyə demişdir ki, pul verdiyi təqdirdə o, elə edəcəkdir ki, onu siyahıda əvvələ salsın ki, sənədləşmə tez olsun və tez bir zamanda övlada sahib olsun. Bunun üçün Ülviyə ondan ilkin olaraq 2000 manat istəmişdir.O,Ülviyə ilə ünvan 6 ünvanın qarşısında 2017-ci ilin dekabr ayında görüşüb ona 2000 manat pulu vermişdir. Bundan sonra həmin vəd ilə Ülviyəyə 2017-ci ilin dekabr ayından 2018-cı ilin mart ayına kimi Səhiyyə Nazirliyinə vəzifəli şəxslərə pul vermək üçün 1000 manat, bundan başqa yenidən sənədlərin qaydaya salınması üçün 2300 manat pulunu Yasamal rayonu, X.Dadaşov küçəsi ev 131ünvanın qarşısında etibarından suiistifadə edərək ələ keçirmişdir. Ümumilikdə Ülviyə ondanövladlığa uşaq götürmək prosesini tezləşdirmə adı ilə 5300 manat pulunu 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına qədər olan müddət ərzində Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 131 ünvanın qarşısında dələduzluq edərək ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Kulis” geyim dükanında işləyir. 4 ildir ki, həmin mağazaya X13 müştəri qismində gəlir. Ülviyə ona YasamalRayon Məhkəməsində hakim köməkçisi kimi təqdim etmişdir. Ülviyəni təkcə müştəri kimi deyil şəxsən tanımış, onun ailəvi münasibətləri gediş-gəlişləri olmuşdur. Ülviyə ona Beyləqan rayonunda olan evlərini satıb Bakı şəhərində ev almalarını təklif etmişdir. Ülviyə ona bildirdi ki, 500 manat ilkin ödəniş, aylıq 300 manat ödənişlə ipotekaya ona ev ala bilər. 3 otaqlı mənzilin qiyməti 150000 manatdır, ona təklif etdiyi şərtlər isə daha yaxşıdır. xx xxxx 2018-cı ildə saat 14 radələrində işlədiyi dükanın qarşısında Ülviyəyə 500 manat pulu mənzilin ilkin ödənişi üçün vermişdir. Ülviyə bildirmişdir həmin pulu bina tikən Anar adlı tanışına verəcəkdir. Səhəri günü Ülviyə anasını aparıb yeni tikilidə 2-ci mərtəbədə təmirsiz bir mənzil göstərmiş və bildirmişdir ki, həmin mənzil ilə ona eyni binada alacağı 15-ci mərtəbədə yerləşən mənzilin planı ilə eyni planlıdır, hazırda təmir gedir. 10 gün ərzində mənzilə köçmək mümkündür. Ülviyə bildirmişdir ki, həmin mənzillər sosial evlərdir və dövlət həmin mənzilləri ucuz qiymətə satır. xx xxxx 2018-ci ildə Ülviyə ondan mənzil üçün yenidən 900 manat alaraq bildirdi ki, həmin pul mənzilin sənədləşməsi və mənzilin zəruri əşyalar ilə təmin edilməsi üçündür. Ülviyə bildirdi ki, Anara əlavə pul vermək lazımdır ki, mənzili yaxşı təmin etsin. Bir müddət keçdikdən sonra Ülviyə bildirdi ki, binanın sənədlərində problem yaranmışdır, bu səbəblə mənzilə çıxarış almaq mümkün deyil, yalnız çıxarış alındıqdan sonra müqavilə bağlanacaqdır. Daha sonra isə bildirdi ki, Anar Gəncə şəhərinə getmişdir, onu gözləyir. Bu hadisədən 10 gün sonra Ülviyə anasını Yasamal rayonunda yerləşən 3 saylı Asan xidmətin qarşısına dəvət etmiş və orada gözlətmişdir ki, Anar ilə gəlib müqavilə bağlanacaqdır. Lakin axsam zəng edərək əməliyyat olunduğunu və gələn həftə görüşəcəklərini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Ülviyə yaşadıqları ünvana gəlmiş və bildirmişdir ki, mənzil ilə bağlı heç bir problem yoxdur, 1-2 ay səbrli olmaq lazımdır, hər şeyi yoluna qoyacaqdır. Hətta Ülviyə ona mənzilin fotolarını göndərmişdir. Ülviyə yaşadıqları ünvanda anasına təklif etmişdir ki, onu öz işlədiyi Yasamal Rayon Məhkəməsinə hakim köməkçisi düzəldə bilər. Əmək haqqı 1000 manat olacaqdır. Ülviyə yanında Araz deyə müraciət etdiyi şəxsə zəng etmiş bildirmişdir ki, onu 4000 manata, lakin ortada o, olduğu üçün 2000 manat vəd etdiyi işə düzəldə bilər. Bundan sonra isə Yasamal rayon Prokurorluğundan işlədiyi bildirdiyi Elvin adlı şəxsə zəng etdiyini bildirib onunla danışmışdır. Nəticədə Ülviyə bildirdi ki, Elvin 1000 manata onun Yasamal Rayon Məhkəməsinə hakim köməkçisi vəzifəsinə təyin edilməyinə nail olacaqdır. Ülviyə ondan 1000 manat pul və şəxsiyyət vəsiqəsinın surətini almışdır. Bu hadisə xx xxxx 2018-ci il tarixdə yaşadığı ünvanda olmuşdur. xx xxxx 2018-ci il tarixdə o, Ülviyə ilə görüşmüş, o, bildirdi ki, gələn həftənin 1-ci günü işə çıxacaqsan, bir otaqda işləyəcəyik, 1000 manat maaş və əlavə premiyalar alacaqsan, sonra onun yanında Elvin dediyi şəxsə zəng etmiş, telefonunu ona verib Elvin deyə təqdim etdiyi şəxslə onu danışdırmış, həmin oğlan da, Ülviyənin ona dediklərini bir daha təsdiq etmişdir. Bundan sonra o, səhəri günü Ülviyədən aldığı Elvin adlı şəxsin mobil nömrəsinə zəng etsə də, zəng çatmamış. Ülviyə ona bildirdi ki, Elvin İrandan gələndə şaxlanılıbdır. Ülviyədən 1000 manat pulunu tələb etmişdir. Ülviyə ona “bolkart” adlanan bank kartını təqdim etmiş və bildirmişdir ki, həmin kartda 1800 manat pul vardır, 1000 manatını götür, qalanına dəymə. O, həmin kartı bankomatda yoxlayan zaman, pulun olmadığını görmüş və Ulviyənin onu aldatdığını anlamışdır. Ülviyə onun 2400 manat pulunu ələ keçirmişdir. Həmin pulun 1000 manatını onu işə düzəltmək adı ilə, 1400 manatını isə mənzil almaq adı ilə ələ keçirtmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 09 nömrəli X27 Məktəbində müəllimə işləyir. 2018-ci ilin avqust ayının ortalarında tanışı Əyyub Cavadov ona zəng edərək Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, onunƏdliyyə Nazirliyində işlədiyini və ora işə düzəltmək imkanının olduğunu bildirmişdir. Onun özişi olduğuna baxmayaraq daha yüksək maaşlı işlə təmin olunmaq istəyirmiş. Əyyubdan Ülviyənin mobil nömrəsin alıb onunla danışmış və Ülviyə ona Əyyubun onun barəsində dediklərini təsdiq etmişdir. Ülviyə onun iş yeri, təhsili və digər məlumatlarını telefonda öyrənib bildirdi ki, onu leytenant rütbəsi ilə Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəldə bilər, bunun üçün ondan sənədlərin hazırlanması, həkim komissiyası və digər hərəkətlər uçün 1000 manat pul istədi. Bildirdi ki, pulu verdikdən bir neçə gün sonra onun yeni iş yerinə əmri olacaqdır. Ülviyə telefonda çox arxayın formada danışmış və onu inandırmışdır. 2018-ci ilin avqust ayının ortalarında Ülviyə ilə Yeni Yasamalda yerləşən “Gülüstan” restoranının yanında görüşmüşdür. Ülviyəyə Şahid3 şahidliyi ilə 1000 manat pul və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Ülviyə bildirdi ki, 2-3 gün ərzində bütün işləri həll edəcək və onun özünə əmrini təqdim edəcəkdir. Lakin bu hadisədən günləraylar keçməsinə baxmayaraq Ülviyə öz vədinə əməl etmədi, sonradan aldadıldığını anlamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının ortalarında tanışı Şahid3 zəng edərək bildirdi ki, o, Təqsirləndirilən şəxs adlı Ədliyyə Nazirliyində işləyən bir xanımla tanış olmuşdur, həmin şəxsə işə düzəlmək adı ilə pul vermişdir, əlavə boş yerlər vardır istəsə, onunla əlaqə saxlaya bilər. O, işsiz olduğu üçün Ülviyə ilə telefon əlaqəsi saxlamış, Ülviyə ağız dolusu danışaraq onu özünə inandırmışdır. Ondan 550 manat sənədlər, həkim komissiyası, forma adı ilə pul istəmişdir. Həmin pula onun işə qəbul olunmağı da daxil olmuşdur O, Təqsirləndirilən şəxs ilə 2018-cı ilin avqust ayının ortalarında Bakı şəhəri, Yeni Yasamalda yerləşən “Gülüstan şadlıq evinin qarşısında görüşüb şəxsiyyət vəsiqəsi, diplomunun surətini və bununla bərabər 550 manat pul vermişdir. Ülviyə onu arxayın etmişdir ki, 03 gün ərzində onun iş məsələsini həll edəcəkdir. Ülviyə özünü isə ona Ədliyyə Nazirliyinin Katibliyinin əməkdaşı kimi təqdim etmiş, onu isə Ədliyyə Nazirliyini katibliyinə gizir rütbəsi ilə kargüzar vəzifəsinə təyin edilməyinə nail olacağına vəd vermişdir. Bu hadisədən aylar keçməsinə baxmayaraq Ülviyə vədinəəməl etmədi və aldadıldığını anlamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının ortalarında xalası Həqiqət “X4”da əməliyyat keçirmiş, orada olan zaman xəstəxananın işçisi Xədicə adlı qadınla tanış olmuşdur. Söhbət zamanı o, Xədicənin Təqsirləndirilən şəxs adlı tanışının olmasını və Ədliyyə Nazirliyində işləməsini, hətta həmin nazirliyə işə düzəlmə məsələlərini həll etdiyini öyrənmişdir. Bundan sonra xalası onu Xədicə adlı qadınla tanış etmiş və o, öz növbəsində Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermişdir. O, Ülviyə ilə mobil telefon əlaqəsi saxlayaraq danışmış və onunla birlikdə Ədliyyə Nazirliyinin yaxınlığında olan “Böyük Fırat” restoranında görüşmüşdür. Görüş zamanı Ülviyə Ədliyyə Nazirliyində işlədiyini, onu işə düzəldə biləcəyini, aylıq maaşının yüksək olacağını və bunun üçün ondan 1000 manat pul istəmişdir. Bildirmişdir ki, həmin pulu onun ərizə anket sənədləri, dispanserlərdə olan qeydiyyatlarını tez yoxlamaq və lazımı adamlara yüngül şirinlik vermək üçün istəyir. Həmin günü yəni 2018-ci ilin avqust ayının ortalarında o, Ülviyə ilə Yeni Yasamalda, “Gülüstan” adlanan restorandagörüşmüş və görüş zamanı ona 1000 manat pulunu və şəxsiyyət vəsiqəsi, diplomunun surətini vermişdir. Bu hadisədən sonra bir ay müddətində Ülviyə onu get-gələ salmış və onu aldatdığını sonradan anlamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının əvvəllərindən tanıyır. Qardaşı X10 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019cu il tarixdək şəxsi mülkiyyətində olan avtomobili ilə aylıq 300 manat zəhmət haqqı müqabilində X1 işləmişdir. Şəhriyarın vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə Ülviyyə ilə tanış olmuş, Ülviyyə ona məhkəmədə işlədiyini və onun üçün Bakı şəhəri, Yasamal rayonu, X26, 8 ünvanmda yerləşən X6 Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş mənzillərdən hər hansı birinin ipoteka krediti yolu ilə ala biləcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Yasamal rayonu, 4-cü mikrorayon dairəsində Ülviyyə ilə görüşüb bu barədə danışan zaman söhbət əsnasında Ülviyyə öz uşaqlarının baxıcısı kimi adını çəkdiyi Aynur qadın üçün də, X6 Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş sosial evlərdən ipoteka krediti ilə mənzil təşkil etdiyini bildirib 2000 (iki min) manat verəcəyi təqdirdə ipoteka krediti ilə onun üçün həmin kompleksdən 50000 manat dəyərində 03 otaqlı mənzil təşkil edəcəyini bildirdi. Bundan başqa həmin zaman Ülviyə ona bildirdi ki, sosial evlərdən ev almaq üçün gərək sosial müavinət alan şəxslərin sırasında olmalı və ipoteka üçün mənzil ilə bağlı sənədlər hazırlanan zamanda sosial müavinət üçün də, sənədləri qaydasına qoymalıdır. Ülviyə ilə tanış olan zaman o, Nərimanov məhkəməsinin işçisi kimi təqdim etmişdir. Ülviyyə inanaraq onunla razılaşmış, lakin 2000 manat pulunun olmadığını bildirmişdir. Ülviyyə cavabında narahat olmamağını, həmin məbləği hissə-hissə verməyini demişdir. Dəqiq tarixi yadında deyil 2019-cu ilin avqust ayının sonlarında Ülviyyə ilə Yeni Yasamal qəsəbəsində yerləşən “Gülüstan” şadlıq sarayının yaxınlığında görüşüb qardaşı Şəhriyarın yanında Ülviyəyə 500 manat pul vermışdir. Ülviyə bildirdi ki, həmin 500 manat ipoteka üçün vəd verdiyi evin puluna aiddir, qalan 1500 manat da, verilməlidir, bundan başqa sosial müavinət üçün əlavə 650 ana pul verilməlidir. Ülviyə demişdir ki, uşaqlarına görə 380 manat sosial müavinət ala bilər. Bu hadisədən bir gün sonra o, yenə Ülviyə ilə “Gülüstan” şadlıq sarayının yanında görüşüb ona sosial müavinət adı ilə 650 manat pulu əlbə-əl vermişdir. Bundan sonra dəqiq tarixləri yadında deyil 2019-cu ilin sentyabr ayına qədər Ülviyə ondan hissə-hissə olmaqla əlavə 850 manat pulu sosial mənzilin ipotekasını sənədləşdirmək adı ilə almışdır. Sonradan anlamışdır ki, Ülviyə onu aldatmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 2019-cu avqust ayının ortalarından sentyabr ayına qədər olan müddət ərzində onun etibarından sui-istifadə edib ipoteka krediti ilə güzəştli mənzil əldə edəcəyinə, habelə hər ay 380 mana sosial müavinət alacağına dair yalan vəd verib aldadaraq 2000 manat pulunu dələduzluqla ələ keçirmşdir. Təqsirləndirilən şəxs onunla görüşən zaman hər iki vədi eyni zamanda vermiş, sosial müavinət ala biləcəyi halda güzəştli mənzili daha tez əldə edəcəyinə dair onu inandırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişŞahid2 ibtidai istintaqa verdiyi ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə,zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs şikayətçidir. Zərərin ödənilməsi üçün, barışıq əldə edilməsi üçün hər hansı bir cəhd edilməsi məhkəmədə müəyyən edilmədi. Bundan əlavə məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işindən başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindəki cinayət işi üzrə CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin də istintaqı gedir. Bundan əlavə Təqsirləndirilən şəxs Yasamal RPİ İstintaq idarəsində CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin də istintaqı gedir. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır, hazırkı iş üzrə də zərərçəkən şəxslərin sayının çoxluğunu, əməllərin sayının çoxluğunu, zərərin ödənilməməsini, həmçinin özünü yalandan məhkəmə işçisi kimi təqdim edərək törətdiyi dələdüşzlüq əməlinin məhkəmənin nüfuzuna xələl gətirən hərəkətlər hesab edilərək, göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. İş materiallarına əsasən Ü.Əsgərovanın xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşağı vardır. İş materiallarında olan AR DTX hərbi-tibb baş idarəsinin xx.xx.2019-cu il tarixli Ekiprizindən görünür ki, Ü.Əsgərovada xx.xx.2019-cu il tarixdə ETN altında Subtotal Kolektomiya, Kolorektoanastomozun qoyulması əməliyyatı icra olunub Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, cinayəti qismən etiraf etməsini, peşmançılıq çəkməsini, 1 azyaşlı uşağının olmasını, xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 22:00-da tutulmuş, xx.xx.2019-cu il tarixdə saat 18:15-dək dindirildikdən sonra, həmin gün xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir və həbsdən azad edilmişdir. Bununla da 24 saatdan az olduğu üçün, 01 gün həbsdə qalmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövrü həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 29 gün (bir il on bir ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanıdövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X11 ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar