Məhkəmə qərarları › İş №1(004)-123/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-123/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-123/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Laçın rayonu, Bülövlük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Laçın rayonu, Bülövlük kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələri əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram və 0,025 qram, ümumi təmiz çəkisi 0,062 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, «Methadone 40» yazılı blister kəsiklərində ümumi sayı 15 ədəd, üzərində “F/M40” göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdar 0,6 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə hesab edilən metadonu əldə edib özündə saxlamaqla daşımış, 02.03.2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən İctimai Televiziya və Radio Yayımları şirkətinin qarşısında Şahid4 Şahid3 məxsus “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dəyişmək məqsədi ilə razılaşaraq satmış, 03.03.2020-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 Siyəzən şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Siyəzən RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən «Methadone 40» yazılı blister kəsiklərində ümumi sayı 15 ədəd, üzərində “F/M40” göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdar 0,6 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə hesab edilən metadon, Şahid4 idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nömrə nişanlı, “Naz Lifan” markalı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sol ayaqaltısının altında siqaret kazğına bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,037 qram və 0,025 qram, ümumi təmiz çəkisi 0,062 qram narkotik vasitə hesab edilən heroin, 0,048 qram psixotrop maddə metamfetamin hesab edilən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, son olaraq etdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, əslən Laçın rayon sakini olduğundan 1992-ci ildən məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmış və 2000-ci ildən isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə köçmüşdür 2019-cu ildə isə Yasamal rayonu, Şərifzadə küçəsində ünvanını xatırlamadığı evdə kirayə yaşamağa başlamışdır. Şahid4 ilə 2-3 il əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanış olmuşdur. Həmin vaxt Şahid4 taksi kimi istifadə etdiyi avtomobildən müştəri qismində istifadə edərkən onunla tanış olmuş və aralarında münasibət yaranmışdır. 2020-ci ilin fevral ayının sonlarında Tural ona zəng edərək Elçin adlı tanışına məxsus,lizinq müqaviləsi ilə alınmış və qalıq borcu olan “Azsamand” markalı avtomobilinin təcili satılmasına köməklik göstərilməsini xahiş etmişdir. Şahid4 avtomobilin ilkin ödənişi üçün əvvəlcədə 300 manat ödənməsi və satışının təşkil olunmasını istəsədə o, 1900 manat ilkin ödəniş edə biləcəyini və qalan hissəsinə isə narkotik vasitə verə biləcəyini ona təklif etmiş, Tural onun təklifi ilə razılaşmışdır. 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Şahid4 və onunla gəlmiş, adı sonradan ona məlum olan Elçin adlı şəxslərlə görüşmüşdür. Həmin şəxslər **- PU-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobillə gəlmişlər. Söhbət zamanı Elçin bir kənarda dayanmış və o,Turalla həmin avtomobilin satışı ilə bağlı öz aralarında danışmış, onlara avtomobilə görə 400 manat pul, kola kimi adlandırdıqları heroin, patı kimi adlandırdıqları tiryək, 2 list metodon verəcəyi barədə razılaşmış və 02.03.2020-ci il tarixdə, axşam saat 22 radələrində Yasamal rayonu, İTV telestudiyasının yerləşdiyi binanın qarşısında görüş təyin etmişlər. Razılaşdıqları tarixdə o, vəd verdiyi narkotik vasitələri və pulu özü ilə həmin ünvana gətirmiş və Turalla görüşmüşdür. Elçin adlı şəxsdə Turalla həmin ünvana gəlsədə Elçin bir kənarda dayanmış və o, əvvəlki söhbətlərini Turalla edərək gətirdiyi 400 manat pul,kola kimi adlandırdıqları heroin, patı kimi adlandırdıqları tiryək, 2 list metodon və 1 çəkimlik nəşə vermişdir. Narkotik vasitələri və pulu Turala verərkən Elçin bir kənarda dayanmış və Tural həmin narkotik maddələri və pulları aldıqdan sonra kənarda saxlanılmış və avtomobildə oturmuş Elçinə yaxınlaşaraq onunla nəsə danışıb avtomobilin açarlarını alaraq ona gətirmiş, Elçin avtomobildən düşdükdən sonra Tural qapıları bağlayıb açarlarını ona vermiş,sənədləşmə işlərini isə növbəti günlərdə aparacaqları barədə razılaşmış və bundan sonra onları Siyəzən rayonuna yola salmaq üçün birlikdə “Şamaxinka” adlanan əraziyə getmişdir. Bundan sonra onlar ayrılmış və növbəti gün Tural özünün istifadəsində olan 050-400-6-22 nömrəli telefondan onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə SMS yazaraq Elçinin onları yandırdığını, evlərinə polis tökdüyünü deməklə telefonun söndürülməsi barədə məlumat vermişdir. Bundan sonra o, telefonu söndürmüş və bir daha həmin nömrədən istifadə etməmişdir. Lakin, avtomobilin yanına gedərək kənardan onu müşahidə etmiş və bir neçə gün sonra avtomobilin yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Tural Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdir. Onun da axtarıldığını bildiyindən həmin vaxtdan etibarən polisdən gizlənməyə başlasada 02 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılmışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində qeyd etmişdir ki, 02.03.2020-ci il tarixdə, axşam saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, İTV telestudiyasının yaxınlığında Turala vermiş olduğu dədiq çəkisini bilmədiyi kola kimi adlandırdıqları heroin, patı kimi adlandırdıqları tiryək, 2 list metodon və 1 çəkimlik marixyanadan ibarət narkotik vasitələri Yasamal rayonu, Dairəvi yoldan tapmış və həmin maddələri 400 manat pulla birlikdə Turala verərərkən əvvəllər tanımadığı və aralarında heç bir münasibətin olmadığı Elçin adlı şəxs kənarda dayanmış, aralarında aparılan danışıqların və alış verişin şahidi olmamışdır. Təqsirləndirilən şəxs, daha sonra bildirmişdir ki, tutularkən və ya həbsdə olarkən ona hər hansı fiziki zor tətbiq olunmamış, təzyiqə məruz qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsini özünü müdafiə kimi qiymətləndirir və aşağıdakı sübutlara əsasən təqsirləndirilən şəxsin ona qarşı elan olunmuş ittihamda göstərilən əməli törətməsi təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış üzrə baş əməliyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində Siyəzən RPŞ-nin axtarış işi üzrə axtarış elan olunmuşdur. Bundan sonra onlar Natiqlə telefon vasitəsi ilə əlaqə saxlayıb onun barəsində olan axtarış işi barədə ona məlumat vərərək onu polis şöbəsinə dəvət etmişlər, lakin Natiq gəməkdən imtina etmişdir. Bu səbəbdən 02.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında olmasına dair əməliyyat məlumatı daxil olduğundan həmin gün Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış üzrə baş əməliyat müvəkkili Şahid1 və Şahid2, kiçik inspektoru X6, Siyəzən RPŞ-nin Əməliyyat İşləri üzrə rəis müavini Şahid12, əməliyyat müvəkkili X3 və X11 ibarət tərkibdə saat 18 radələrində ünvan 2 ünvanının qarşısına getmişlər. Orada onlar Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlamışlar. Həmin vaxt onun ayağında qips olmuşdur. Onlar Natiqə yaxınlaşıb ona polis əməkdaşlarına məxsus avtomobilə əyləşməyi təklif etsələrdə, sonuncu bundan imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onların avtomobilinə əyləşdirilərək Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmış və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs nədən istintaq orqanından gizləndiyini və barəsində axtarış elan olunmasından xəbərdar olub-olmadığı barədə şifahi sorğu edilərkən Siyəzən RPŞ-də tanışı Turalın həbs olunmasından və onun barəsində axtarış elan olunmasından xəbərdar olduğunu bildirmişdir. Bundan əlavə bildirmişdir ki, onlara daxil olan məlumata əsasən Təqsirləndirilən şəxs 02.03.2020-ci il tarixdə, axşam saat 22 radələrində Yasamal rayonu, İTV telestudiyasının yerləşdiyi binanın qarşısında avtomobil almaq məqsədi ilə Tural adlı şəxslə pul əvəzi olaraq müxtəlif narkotik vasitələr vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O narkotik vasitə aludəçisi olmuş, lakin sonradan bir neçə dəfə müaliəcə alaraq bu xəstəlikdən sağalmışdır. Şahid4 2015-ci ildə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan zamanlardan tanımış və aralarında normal münasibətlər olmuşdur. 2020-ci ilin fevral ayında özünə məxsus “Azsamand” markalı avtomobilini satmaq məqsədilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Turalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək maşınını satmaq istədiyini bildirib, Turaldan ona köməklik etməsini xahiş etmişdir. Tural onun bu xahişinə cavab olaraq Ağcabədi rayonunda olduğunu və 2 saata Bakı şəhərində olacağını bildirmişdir. Bundan sonra o Turalın yaşadığı Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən “VAROVSKİ” deyilən ərazidə olan evinə getmiş və təxminən saat 22 radələrində Turalla görüşmüşdür. Görüş zamanı o Turala maşınını təcili satmaq istəyini bildirmiş Tural isə ona maşını satmaqda köməklik edəcəyini bildirmişdir. Bu zaman Turalın dostu Elmir də orada olmuş və söhbəti eşidən Elmir ona məxsus avtomobili özü almaq istədiyini bildirmiş, o isə buna etiraz etməyib, avtomobili Elmirə vermiş və bu səbəbdən 2 gün Turalgilin evində qalmışdır. Bundan sonra isə, maşını sata bilmədiyinə görə qayıdıb Siyəzən şəhərində olan evinə gəlmişdir. 01 mart 2020-ci tarixdə, təxminən saat 15:00 radələrində evlərində olarkən anası Sadəgül otağa girərək Turalın onlara gəldiyini bildirmiş və o, evdən çıxaraq Turalla həyətdə görüşmüşdür. Tural onunla Bakı şəhərinə gedərək onun maşınını Natiq adlı tanışına sata biləcəyini bildirmişdir. Beləliklə, onlar Natiqlə görüşmək üçün yenidən ona məxsus avtomobillə Bakı şəhərinə Turalgilin evinə getmişlər. Onlar Turalgildə olan zaman Natiq adı şəxs ora gəlmiş və o Turala ona məxsus avtomobili 2000 manat müqabilində sata biləcəyini bildirmişdir. Daha sonra isə Tural ondan aralıda Natiqlə bir qədər narkotik vasitə haqqında söhbət etdikdən sonra, onun yanına qayıdaraq ona narkotik vasitə verib avtomobilin qiymətini salmağı xahiş etmişdir. Bunda sonra o Turalın bu xahişinə cavab olaraq 1900 manata avtomobili sata biləcəyini demiş və onlar Turalla öz aralarında razılaşmışlar. Daha sonra Tural ona Natiqdən həmin pulun əvəzinə narkotik vasitə alacağını bildirmiş və demişdir ki, bu məsələnin ona heç bir aidiyyatı yoxdur, 2 gündən sonra onun pulunu verəcək. Bundan sonra o Turala demişdir ki, “birdən valideyinim soruşsa ki, maşın hardadı nə deyim?” onun bu sözünə Tural cavab olaraq ona 400 manat beh verəcəyini, bundan əlavə ona narkomaniya xəstəliyindən sağalmaq üçün dərmanlar verəcəyini demişdir. 02 mart 2020-ci il tarixdə Turalla birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “İTV”-nin yanında Natiqlə görüşüb özünə məxsus “Azsamand” markalı avtomobilin açarını Turala, o isə Natiqə vermişdir. Bundan sonra Natiq Turala narkotik vasitə vermişdir. Bu zaman o “mənə heç olmasa beh verin ki, evdə atama deyim ki, maşını satmışam” deyə bildirmişdir. Tural ona “narahat olma” deyərək birlikdə Siyəzən şəhərinə qayıtmaqlarını təklif etmişdir. Bundan sonra o Turalla birlikdə Siyəzən şəhərində yerləşən evlərinə getmişlər. 02 martdan 03 marta keçən gecə Tural onlarda qalmış və səhər Tural cəmi 40 manat pul vermişdir. Bu zaman Turalla aralarında maşının pulunun verilməsi ilə bağlı mübahisə yaranmış, elə bu vaxt anası onlar söhbət etdiyi otağa girərək atasının Turalı çağırdığını bildirmişdir. Tural atası ilə bir qədər söhbət etdikdən sonra anası yenidən onun yanına gəlib Turalın ona nə gətirdiyini soruşmuş, o isə buna cavab olaraq onu sağaltmaq üçün “metadon” gətirdiyini bildirmişdir. Bundan sonra anası Turala aid sellofan bükülüdə olan əşyasını verməsini tələb etmiş və o, həmin sellofanı anasına verərək aparmasını istəmişdir. Həmin sellofan bükülüdə olan əşya isə narkotik vasitə metadon olmuşdur. Daha sonra, Turalın onların həyətində olan sanitar qovşağa girərək çıxmadığını eşitmiş və bundan bir qədər sonra həyətə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Elçini təxminən 2014-cü ildən Bakı şəhərində taksi fəaliyyət ilə məşğul olduğu vaxtlardan tanımış, Təqsirləndirilən şəxs Yəhya oğlunu isə təxminən 2 ildir ki tanıyır. Elçin 20 fevral 2020-ci il tarixdə, təxminən səhər 06:00 radələrində onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə zəng edərək Bakı şəhərində olduğunu və görüşmək istədiyini bildirdikdə, o, Elçinə Bakı şəhərində olmadığını Ağcəbədi rayonunda olduğunu qeyd etmişdir. Elçin əvvəllər dəfələrlə onların evində olduğuna görə yaşadığı evə getməsini təklif etmiş, habelə anasına zəng edərək dostu Elçinin evə gələcəyini və qapını açmasını xahiş etmişdir. Həmin gün təxminən saat 22:00 radələrində evə gəlmiş, Elçinlə görüşmüşdür. Görüş zamanı Elçin narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və bunun onun ailə üzvlərinində bildiyini deyərək, müalicə almaq üçün özünə məxsus avtomobili təcili satmaq istədiyini bildirmişdir. O Elçinə kömək edəcəyini demiş və bundan sonra Elçin həmin gecəni onlarda qalmışdır. 23 fevral 2020-ci il tarixdə Elçin ondan xəbərsiz çıxıb getmiş və bu səbəbdən o Elçinə zəng edərək bu barədə heç nə soruşmamışdır. 01 mart 2020-ci il tarixdə Siyəzən şəhərinə Elçinin yaşdığı evə özünün idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nişanlı, “NAZ Lifan” markalı avtomobillə gəlmişdir. Elçinlə danışıq zamanı sonuncu ona yenidən avtomobilini satmaq istədiyini bildirmişdir. Bundan sonra, o Elçinin yanında Natiqə zəng edərək, Elçinin özünə məxsus avtomobili 3000 manata satdığını bildirmiş, Natiq isə buna cavab olaraq görüşüb bu barədə söhbət etməyi təklif etmişdir. Bu məqsədlə, 01 mart 2020-ci il tarixdən 02 mart 2020-ci il tarixə keçən gecə, təxminən saat 01:00 radələrində Elçinlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə yaşadığı evə getmişlər, özünə məxsus “NAZ Lifan” markalı avtomobili isə Elçinin yaşadığı evin həyətində saxlamışdır. Yaşadığı evə çatdıqdan sonra o, yenidən Natiqlə əlaqə saxlayıb Bakı şəhərində olduqlarını bildirmişdir. 02 mart 2020-ci il tarixdə, gecə saatlarında Natiqlə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evində görüşmüşdür. Gürüş zamanı Natiqlə Elçin sonuncuya məxsus avtomobilin satışının şərtləri barədə söhbət etmişlər. Natiqlə Elçin onun evində söhbət etmələrinə baxmayaq o onların arasında olan söhbət zamanı orada olmamış və bu səbəbdən onların nə danışdığını bilməmişdir. Yəni Elçinin özünə məxsus avtomobili Natiqə hansı şərtlə satacağından onun xəbəri olmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Elçin özünə məxsus avtomobili 3500 manat müqabilində Natiqə satması barədə sonuncuya razılıq vermişdir. Natiqlə razılaşdıqdan sonra həmin gecəni Elçinlə birlikdə öz evlərində qalmış, həmin gün səhər yenidən Natiqə zəng edərək harada görüşmək lazım olduğunu soruşduqda, sonuncu Yasamal rayonunda İTV-nin qabağında görüş yeri təyin etmişdir. Həmin gün təxminən saat 04:00 radələrində o, Elçin və Natiq İTV-nin qarşısında görüşmüşlər. X26 400 manat vermiş, Elçin isə özünə məxsus “Az Samand” markalı avtomobilin açarlarını Natiqə təhvil vermişdir. Bundan sonra Natiq idarə etdiyi “Toyota” markalı avtomobillə onları “20 Yanvar” metro stansiyasının yaxınlığında düşürtmüş və onlar yol maşını ilə Siyəzən rayonuna qayıtmışlar. Elçin gildə olan zaman o sonuncunun narkomaniya xəstəliyindən sağalması üçün ona içəsinində dövriyyəsinə icazə verilmiş sirop və sistemlər olan bir paket vermişdir. Həmin gecəni o Elçinin valideynlərinə məxsus Siyəzən şəhərindəki evdə qalmışdır. Səhəri gün, yəni 03 mart 2020-ci il tarixdə yuxudan oyanıb sanitar qovşağına düşən zaman evdə söz-söhbət, dava-dalaş düşdüyünü görmüşdür. Bundan sonra o Elçindən maşınının açarını istəmiş, sonuncu avtomobilin açarlarının valideynlərində olduğunu bildirmişdir. Bundan sonra o özünə məxsus qara rəngli gödəkcəni götürüb həyətə düşmüş və Elçinin atası ilə avtomobilinin açarlarını geri almaq barədə söhbət etmiş, lakin, onlar onun avtomobilinin açarını ona verməmişlər. Daha sonra həyətdə olan sanitar qovşağına girmiş, bunu görən Elçinin atası ona polisləri çağıracağı barədə xəbərdar etmiş, o, isə cavabında polislər gəldikdən sonra çıxacağını bildirmişdir. Bundan təxminən 1 saat sonra Siyəzən RPŞ-nin əməkdaşları gəlmişlər, o, isə bir müddət sonra sanitar qovşaqdan çıxmışdır. Daha sonra isə o polis əməkdaşları tərəfindən Siyəzən RPŞnin növbətçi hissəsinə aparılmış, orada keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən müxtəlif narkotik vasitələr aşkar edilmişdir. Bundan sonra 15 ədəd üzərində “F/M40” yazıları olan, təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən, narkotik vasitə “Methadone40” tabletləri aşkar edilərək götürülmüşdür. Lakin həmin narkotik vasitələr ona məxsus olmamışdır, çünki, o Elçin gilin həyətində olan sanitar qovşaqda olan zaman ora polis əməkdaşlarının gələcəyini bildiyindən həmin narkotik vasitələri sanitar govşağa atardı. Bundan sonra, idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nişanlı, “Naz Lifan” markalı avtomobilə baxış keçirilməsi üçün Şahid3 valideynlərinin yaşadığı ünvana gedilmiş, orada avtomobilin arxa sol ayaqaltısının altında siqaret kazğına bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,037 və 0,025 qram narkotik vasitə heroin, 0,048 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Onun bu narkotik vasitə və psixotrop maddədən də xəbəri olmamışdır. Məhkəmənin sualına cavab olaraq iş materiallarında olan “whatsapp” yazışmalarıda olan “kola” sözünün mənası “coca cola” adlanan sərinləşdirici içki, “patı” sözü isə avtomobilin ön şüşəsi yani “patrpess” olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid3 onun oğludur. Elçin uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkib. O, 29 fevral 2020-ci il tarixdən 02 mart 2020-ci il tarixə kimi Bakı şəhərində olmuş, 02 mart 2020ci il tarixdə axşam saatlarında evə gəlmişdir. Evə gələndə həyətdə olan avtomobilin kimə aid olduğunu soruşduqda, arvadı Sadəgül avtomobilin Elçinin tanışı Turala aid olduğunu və Bakı şəhərinə Elçinin maşınını satmaq üçün getdiklərini bildirmişdir. Elçinin “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı satmaq istədiyi haqqında məlumatlı olduğundan heç nə bildirməmiş, yorğun olduğuna görə yatmağa getmişdir. Səhəri gün, yəni, 03 mart 2020-ci il tarixdə işdə olarkən arvadı Sadəgül zəng edərək Elçinlə Turalın mübahisə etdiklərini bildirib, təcili evə gəlməsini istəmişdir. Beləliklə, o, evə gəlmiş və Turalı çağırtdıraraq nə baş verdiyini və Elçinin maşınının harada olduğunu soruşmuşdur. Onun bu sualına cavab olaraq Tural maşını satdıqlarını və pulunu gətirəcəklərini bildirmişdir. Daha sonra, o, Turala öz avtomobilini burda saxlamasını, Elçinin avtomobilini gətirdikdən sonra maşınını götürə biləcəyini qeyd etmişdir. Tural isə öz növbəsində Elçinə iynə, dərman aldığını və bununla əlaqədar xərc çəkdiyini bildirmişdir. Bundan sonra, o, Turalın bu sözlərindən əsəbiləşərək arvadı ilə gəlininə Turala məxsus əşyalarını gətirmələrini və sonuncuya vermələrini, Turala isə çıxıb getməsini bildirmişdir. Beləliklə, gəlini Nargilə Turalın sellofan torbasını gətirərək özünə vermiş və o, sonuncuya Elçinin avtomobilini gətirməsini xahiş etmişdir. Daha sonra, Tural qaçaraq evin həyətində yerləşən sanitar qovşağına girmiş, xeyli müddət orada qaldığından və Turalın özünə xəsarət yetirmək təhlükəsindən ehtiyat edərək DİN-in 102 qaynar xəttinə zəng etmişdir. Daha sonra, polis əməkdaşları həyətə gəlmişlər. Turalın avtomobilinə keçirilmiş baxışda iştirak etmiş, baxış zamanı avtomobilin sol arxa sərnişin oturacağından psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və müfaviq qaydada qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyir. Bakı şəhəri sakini, Şahid4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcədə narkotik vasitələrin qanunusuz dövriyəsi ilə məşğul olması, eləcədə idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobildə narkotik vasitə saxlaması barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. ünvan 3 ünvanında yaşayan Şahid5, DİN-nin 102 zəng xidmətinə müraciət edərək oğlu Elçinin tanışı Tural adlı şəxsin onun yaşadığı evin sanitar qovşağında narkotik maddələrdən istifadə etməsində şübhələndiyi məlumat vermişdir. Bununla əlaqədar olaraq 03.04.2020-ci il tarixdə, saat 15:00 radələrində ünvan 4 ünvanına polis əməkdaşları ilə birlikdə gedilmiş və Şahid5 yaşadığı evin həyətindən yerləşən sanitar qovşağında Şahid4 olması müəyyən olunmuşdur. Şahid4 saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Bundan sonra xidməti işlə əlaqədar olaraq Şahid4 üzərinə keçirilən şəxsi axtarış istintaq hərəkətində işitrak edə bilməmiş, daha sonra Şahid4 idarə etdiyi, “NAZ LİFAN”, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin sol arxa sərnişin oturacağından 3 ədəd bükülüdə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən naroktik vasitələr müfaviq qaydada qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, 96 nömrəli möhürlə möhürlənmişdir. İştirakçılar tərəfindən həmin zərfin üzərinə imza edilmiş, Tural Baxşəliyevin idarə etdiyi, “NAZ LİFAN” markalı avtomobilə baxış ilə əlaqədar olaraq protokol tərtib olunmuş, həmin protokolun mətni ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Siyəzən RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsində işləyir. Şahid4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcədə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olması, eləcədə idarə etdiyi “**-AK-***” dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobildə narkotik vasitə saxlaması barədə daxil olmuşdur. Bunun əlaqədar olaraq 03.04.2020-ci il tarixdə, saat 15 radələrində saxlanılmış və Siyəzən RPŞnin X16 Baxşəliyevin üzərinə keçirilən şəxsi axtarış keçirilmişdir. Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “mehhadone40 scored tablets” sözləri olan 4 (dörd) list ümumilikdə 15 ədəd dərmanı təqdim etmişdir. Daha sonra isə Şahid4 idarə etdiyi “NAZ LİFAN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Qeyd edilən avtomobil Şahid5 yaşadığı, ünvan 3 ünvanında olmuşdur. Baxış zamanı avtomobilin sol arxa sərnişin oturaçağından 3 ədəd bükülüdə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Qeyd edilən naroktik vasitələr müfaviq qaydada qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, 96 nömrəli möhürlə möhürlənmişdir. İştirkaçılar həmin zərfin üzərinə imza edilmişlər. Şahid4 idarə etdiyi, “NAZ LİFAN” markalı avtomobilə baxış ilə əlaqədar olaraq protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid3 onun həyat yoldaşıdır. 01 mart 2020-ci il tarixdə axşam saat 23:00 radələrində Elçin ona zəng edərək qonağı olduğunu və bu səbəbdən uşaqları aşağı mərtəbəyə düşürtməsini istədiyindən o, da öz növbəsində qayınanası Sadəgülə Elçinin qonağı olduğunu, ona görə də aşağı mərtəbədə qalacağını bildirmişdir. Elçinin Bakıya gedibgəlməsi haqqında məlumatı olmamış, 02 mart 2020-ci il tarixdə səhər saatlarında həyətdə **-AK-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobil görmüş, yuxarı mərtəbəyə qalxıb lazım olan paltarları götürərkən Elçinin Turalla mübahisə etdiyini eşitmişdir. Mübahisənin dəqiq mahiyyətini bilməsə də, qayınanasına bu barədə məlumat vermişdir. Bunu eşidən qayınanası Sadəgül yuxarı qalxmış və bir qədər keçdikdən sonra, aşağı gələrək qayınatası Eldara zəng vurub sözügedən mübahisə barədə sonuncuya bildirərək təcili evə gəlməsini xahiş etmişdir. Daha sonra, qayınatası Eldar evə gəlmiş və Turalı həyətə çağırıb, habelə sonuncu qayınatası ilə bir qədər söhbət etdikdən sonra qayınatası Eldar onları çağıraraq “Turalın evdə nəyi varsa verin özünə çıxıb getsin” deyə bildirmişdir. O, qayınanası ilə yuxarı qalxıb, Elçinə Turala məxsus sellofan torbanı verməsini təklif etdikdə, Elçin sellofan torbanı ona vermişdir. O da öz növbəsində həmin sellofan torbanı Turala verərək evə girmişdir. Daha sonra, Turalın onların həyətində olan sanitar qovşağa girərək çıxmadığını eşitmiş və bundan bir qədər sonra həyətə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Şahid3 onun oğludur. 01 mart 2020-ci il tarixdə axşam saat 23:00 radələrində Elçin gəlini Nargiləyə zəng edərək qonağı olduğunu və bu səbəbdən uşaqları aşağı mərtəbəyə düşürtməyi istəmiş, sonuncu isə öz növbəsində bu halı ona bildirdikdə, o, buna etiraz etməmişdir. Elçinin Bakıya gedib gəlməsi haqqında məlumatları olmamışdır. 02 mart 2020ci il tarixdə səhər saatlarında həyətdə **-AK-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobil görmüşdür. Gəlini Nargilə yuxarı mərtəbəyə qalxıb lazım olan paltarları götürərkən Elçinin Turalla mübahisə etdiyini eşitmiş və yanına gələrək məsələnin nə olması barədə sual verdikdə, o, gəlininə söhbətdən xəbəri olmadığını, “gedib aydınlaşdıraram” deyərək yuxarı, yəni, Elçingilin yanına qalxmışdır. Elçindən nə baş verdiyini soruşduqda, sonuncu ona maşınını Turalın dostu Natiqə satdığını, pulunu isə ala bilmədiyinə görə aralarında mübahisə yarandığını bildirmiş, o, isə onlara mübahisə etməmələrini, əri Eldarın gəlməsini gözləmələrini və sonuncu ilə məsləhətləşmələrini tövsiyyə etmişdir. Daha sonra, əri Eldara zəng edərək Elçinlə Turalın arasında maşın alqısatqısı ilə bağlı mübahisə yarandığını bildirib, bu məsələnin həll edilməsi üçün təcili evə gəlməsini xahiş etmişdir. Daha sonra, əri Eldar evə gələrək Turalı həyətə çağırıb, bir qədər söhbət etdikdən sonra Eldar onları çağıraraq “Turalın evdə nəyi varsa verin özünə çıxıb getsin” demişdir. Bundan sonra gəlini Nargilə ilə birlikdə yuxarı qalxıb, Elçinin yanına keçmiş və sonuncuya Turala aid olan əşyanı verməsini istəmişdir. Elçin isə sellofan torbanı göstərərək “götür apar ver özünə” deyə qeyd etmişdir. O, yanında gəlini Nargilə olduğundan və Elçinlə mübahisə edə bilmə ehtimalından ehtiyat edərək ikisinin arasında dayanmışdır. Bundan sonra o Elçindən sellofan torbanı götürüb həyətə düşmüşüb Turala vermiş daha sonra evə keçmişlər. Daha sonra, pəncərədən baxanda Turalın onların həyətində olan sanitar qovşağa girdiyini görmüş və bundan bir qədər sonra həyətə polis əməkdaşları gəlmişlər. Məhkəmənin sualına cavab olaraq oğlu Elçinin narkotik vasitələrdən istifadə etməsindən və Elçinin Turala verdiyi sellofan torbanın icərisində nə olduğundan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Siyəzən RPİ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində xidmət etdir. Şahid4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcədə narkotik vasitələrin qanunusz satışı ilə məşğul olması və eləcədə idarə etdiyi “**-AK-***” dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobildə narkotik vasitə saxlaması barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. Bundan sonra polis nəfəri Şahid6 və Cavad Hümbətov ilə birgə ünvan 3 ünvanında yaşayan Şahid5, DİN-nin 102 zəng xidmətinə müraciət edərək oğlu Elçinin tanışı, özünü polis əməkdaşı kimi təqdim edən Tural adlı şəxsin onun yaşadığı evin sanitar qovşağında narkotik maddələrdən istifadə etməsində şübhələndiyi məlumat vermişdir. Bununla əlaqədar olaraq RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 03.04.2020-ci il tarixdə, saat 15:00 radələrində ünvan 4 ünvanına polis əməkdaşları ilə birlikdə gedilmişdir. Şahid5 yaşadığı evin həyətindən yerləşən sanitar qovşağında Şahid4 olması müəyyən olunmuş və saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “mehhadone40 scored tablets” sözləri olan 4 (dörd) list ümumilikdə 15 ədəd dərmanı təqdim etmişdir. Həmin dərman müfaviq qaydada qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, 96 nömrəli möhürlə möhürlənmişdir. İştirakçılar həmin zərfin üzərinə imza edilmişlər. Daxil olmuş digər məlumatların yoxlanılması ilə əlaqədar olaraq Şahid4 idarə etdiyi, “NAZ LİFAN” markalı avtomobilə baxışda iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Siyəzən RPŞ-nin İTB-nin YYÇPİTQ-nun baş inspektoru vəzifəsində xidmət edir. 03.03.2020-ci il tarixdə RPŞ-nin məsul növbətçi köməkçisi vəzifəsini müvəqqəti icra edən zaman Bakı şəhəri sakini, xx.xx.1985-ci il təvəllüdlü Şahid4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcədə narkotik vasitələrin qanunusuz satışı ilə məşğul olması və idarə etdiyi “**-AK-***” dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobildə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla əlaqədar olaraq 03.03.2020-ci il tarixdə, saat 15 radələrində Şahid4 saxlanılmış və Siyəzən RPŞ-nin Növbətçi Hissəsin təhvil verilmişdir. Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “mehhadone40 scored tablets” sözləri olan 4 (dörd) list ümumilikdə 15 ədəd dərmanı təqdim etmişdir. Qeyd edilən naroktik vasitələr müfaviq qaydada qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, 96 nömrəli möhürlə möhürlənmiş, iştirakçılar həmin zərfin üzərinə imza edilmişlər və bu barədə protokol tərtib olunmuş, iştiakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid12 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 304-306-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışır. Bakı şəhəri sakini, xx.xx.1985-ci il təvəllüdlü Şahid4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcədə narkotik vasitələrin qanunusuz satışı ilə məşğul olması, eləcədə idarə etdiyi “**-AK-***”dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobildə narkotik vasitə saxlaması barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. Tual Baxşəliyev 03.04.2020-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Şahid5 evini həyətində olan sanitar qovşağında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanılmış, Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı 15 ədəd metadon tabletləri, avtomobilinə baxış zamanı isə narkotik vasitə heroin və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Şahid4 istintaqa verdiyi ifadəsinin yalnış olduğunu, onun avtomobilinə hər hansı bir əşya və ya predmet qoymadığını, Tual Baxşəliyevin avtomobilinə qanuna uyğun baxış keçirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 04 mart 2020-ci il tarixli 6/41 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki “Methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 15 ədəd, üzərində “F/M40” göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdarı 0.6 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə metadondur. (i.v. 8-11) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 04 mart 2020-ci il tarixli 6/42 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş : -üzərində “...Naz Lifan markalı avtomobilin arxa yük hissəsindən...” sözləri olan zərfdəki (zərf N1) 39 ədəd müxtəlif ölçülü kağız kəsikləri, bir ədəd sınıq ampula və bir ədəd ağ rəngli rezindən ibarət parça kəsiyində narkotik vasitə və psixotorp maddə izləri yoxdur; - üzərində “...Avtomobilin arxa sağ sərnişin...” sözləri olan zərfdəki (zərf N2) iki əsas bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qr., 0,025 qr., ümumi təmiz çəkisi 0,062 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heorindir, bir ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. -üzərində “... Avtomobilin arxa yük hissəsindən...” sözləri olan zərfdəki (zərf N3) bir ədəd kiçik ölçülü paketdə təmiz çəkisi 7,559 qram., bir ədəd kağız kəsiyinə bükülmüş təmiz çəkisi 7,559 qram., bir ədəd kağız kəsiyinə bükülmüş təmiz çəkisi 2,791 qram, ümumilikdə təmiz çəkiləri 10,350 qram olan ağ rəngli maddələr limon turşusudur. 9 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsir edicimaddəsi aspirin- asetisalisil turşusudur. Aspirin – asetilasalisil turşusu və limon turşusu “Azərbaycan Respulikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbycan Respublikasının ərazisində idxalına, ixracına, transiz nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarının siyahıları na və “Güclü təsir edən lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarının siyahıları”na daxil deyildir. Metmafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 12-17) “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 18 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs Yayha oğlunun şəklini göstərərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İTV-nin qarşısında avtomobil ilə dəyişmək razılaşaraq ondan 27 qram narkotik vasitə heroin, 15 qram narkotik vasitə tiryək, 2 list metadan və bir çəkimlik nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, Təqsirləndirilən şəxs daha 10 (on) qram “patı” yəni psixotrop maddə olan metamfetamini, 400 (dörd yüz) manat pulu 1-2 günə verəcəklər. (i.v. 65-66) “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 25 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli, “Samsung Galaxy J3” markalı mobil telefonda olan “Whatsapp” mesajlaşma proqramında “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyata alınmış şəxslər müxtəlif məzmunlu yazışmalar və səs yazmalara Şahid4 və müdafiəşisi X8 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında avtomobilin satışı məqsədilə müxtəlif məzmunlu yazışmalar vardır. İlkin olaraq Şahid4 avtomobil üçün ödənilməli məbləğin 1900 manat olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin məbləğin çox olmasını bildirməsindən sonra, Şahid4 400-500 manat nəğd pul verərsən demiş, Təqsirləndirilən şəxs isə qalıq məbləğin əvəzinə “yarı patı, yarı kola həll edək” deyə bildirmiş, hər iki tərəf bu şəkildə razılaşmışlar. (i.v. 73-79) “Baxış keçirilməsi haqqında” 25 iyul 2020-ci il tarixli protokoldan görünür ki, aparılmış ibtidai istintaq zamanı Şahid4 narkotik vasitə satması xüsusatının müəyyən edilməsi, eləcə də narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi, onun əlavə olaraq da narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının yoxlanılması istintaq zərurəti olduğundan Şahid4 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə 20.02.2020-ci il tarixdən 03.03.2020-ci il tarixədək olan vaxt ərzində edilmiş giriş və çıxış zənglərinin nömrələrini, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları göstərilməklə siyahısı, göndərilən və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi barədə məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən götürülməsinə dair Siyəzən Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarı icra edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsinə göndərilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən məktub vasitəsilə daxil olmuş 1(bir) ədəd Compakt Diskə və həmin diskdə olan məlumatlardan edilmiş çıxarışlara baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Siyəzə_məhkəmə_ Şahid4 faylı açıldıqda 4 (dörd) bölmədən ibarət telefon zəngləri və anket məlumatları qeyd olunmuşdur. X21 abunə adlı 1-ci bölmədə Şahid4 məxsus +**********22 saylı nömrəyə daxil olan və çıxan zəng nömrələrinin siyahısı, hər iki mobil telefonun imei kodları, nömrələrin sahiblərinin anket məlumatları, zəng olunan zaman olduqları yer üzrə anten məlumatları qeyd olunmuşdur. SMS Statistika (Qarşı abunə) adlı 2-ci bölmədə Şahid4 məxsus +**********22 saylı mobil nömrəyə daxil olan və çıxan smslərin siyahısı, hər iki mobil telefonun imei kodları, nömrələrin sahiblərinin anket məlumatları, zəng olunan zaman olduqları yer üzrə anten məlumatları qeyd olunmuşdur. SMS Məzmun (Qarşı abunə) adlı 3-cü bölmədə Şahid4 məxsus +**********22 saylı mobil nömrəyə daxil olan və çıxan smslərim məzmunları qeyd olunmuşdur: Həmin hissəyə baxış keçirilərkən, +**********00 saylı nömrə ilə Giriş SMS 2020/03/03 14:58:36-da "Mennen danlş uşag agllylr sensiz", Çıxış SMS 2020/03/03 13:29:42-də "Qaqa teli söndür elcin bizi yandirdi.men elcin gildeyrm,tökub polisi eve" məzmunlu sms yazılması müəyyən olunmuşdur. Yer Dəyişmə (Hamısı) adlı 4-cü bölmədə Şahid4 məxsus +**********22 saylı mobil nömrənin yerləşdiyi anten göstəriciləri qeyd olunmuşdur. 1-ci bölməyə baxış keçirilərkən müəyyən edilir ki, +**********81 saylı nömrə ilə Çıxış zəngi 2020/03/03 13:24:57-də 00 Saniyə, Çıxış zəngi 2020/03/03 13:24:42-də 49 Saniyə, Giriş zəngi 2020/03/02 22:21:22-də 18 Saniyə, Giriş zəngi 2020/03/02 18:28:06-da 10 Saniyə, Giriş zəngi 2020/03/02 03:48:22-də 40 Saniyə, Giriş zəngi 2020/03/01 03:50:05də 15 Saniyə, Giriş zəngi 2020/03/01 03:29:03-də 36 Saniyə, Çıxış zəngi 2020/03/01 03:23:15-də 00 Saniyə, Çıxış zəngi 2020/03/01 03:07:08-də 13 Saniyə, Giriş zəngi 2020/03/01 02:15:43-də 26 Saniyə, Giriş zəngi 2020/03/01 02:14:05-də 48 Saniyə, Çıxış zəngi 2020/03/01 01:46:22-də 49 Saniyə, Çıxış zəngi 2020/03/01 00:05:09-da 25 Saniyə, Çıxış zəngi 2020/02/25 13:56:11-də 00 Saniyə, Çıxış zəngi 2020/02/25 13:55:54-də 00 Saniyə danışılması qeyd olunmuşdur. 2-ci bölümdə müəyyən sms göndərilmiş nömrələrə baxış keçirildi, lakin əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi. 3-cü bölümdə göndərilmiş sms-lərin məzmununa baxış keçirildi, lakin lakin əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi. Qeyd edilən 01 (bir) ədəd Compakt Disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 73-79) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 27 iyul 2020-ci il tarixli qərardan görünür ki, Şahid4 məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş 04 mart 2020-ci il tarixli 6/42 saylı ekspert rəyinə əsasən 0,048 qram çəkidə olan psixotrop maddə, həmin narkotik vasitənin 0.020 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 0.028 qram çəkidə psixotrop maddə metamfetamin, 0,062 qram narkotik vasitə heroin, həmin narkotik vasitənin 0,040 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 0,022 qram çəkidə narkotik vasitə olan heroinin, eləcədə Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş üzərində “methadone 40" yazılı blister kəsiklərində ümumi sayı 15 ədəd, üzərində “F/M40" göstəricisi olan tabletlər təsir maddəsiinn ümumi miqdarı 0,6 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə- metadonunun, həmin narkotik vasitənin metadonun 1 ədədini tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 14 ədədi tabletlər iş üzrə maddi sübut kimi tanınması iş üzrə nəzərə almışdır. İstntaq zamanı 03 mart 2020-ci il tarixdə saat 12:30-dan saat 12:40-a kimi olan müddət ərzində Siyəzən RPŞ-nin Növbətçi Hissəsində Şahid4 üzərinə keçirilən şəxsi axtarış və həmin tarixdə saat 19:00- dan saat 19:40-dək olan müddət ərzində ünvan 3 ünvanında Şahid5 yaşadığı evin həyətində Şahid4 idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilən baxış istintaq hərəkətlərinin video görüntüləri «Nikon» markalı fotoaparat vasitəsi ilə qeydə alınmış və ayrı-ayrılıqda 02 (iki) ədəd Compakt Diskə köçürülərək qeyd olunan tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə olunmuş 02 (iki) ədəd Compakt Diskə iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 92-110) “İfadənin yerində yoxlanılması haqqında” 12 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 Bakı şəhəri, yasamal rayonu, X22 küçəsinə gələrək bildirmişdir ki, Şahid4lə birlikdə 03.03.2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ilə qeyd edilən küçədə görüşdüklərini, Şahid4 ilə Təqsirləndirilən şəxslə danışıqların olduğunu və sonra Təqsirləndirilən şəxs Şahid4 orada ümumilikdə 27 qram narkotik vasitə heroin, 15 qram narkotik vasitə tiryək, 2 list metadon və bir çəkimlikdə nəşə verdiyini, Natiqin 10 qram “patı”, yəni psixotrop maddə metamfetaminin və 400 (dörd yüz) manat pulu 1-2 günə verəcəyini bildirmişdir. Daha sonra Şahid4 razılığı ilə **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını Təqsirləndirilən şəxs vermiş və avtomobil qeyd edilən ərazidə qalmışdır. Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərində, “Şamaxinka” deyilən ərazidə düşmüşlər. (i.v. 111-115) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 nəticələrinə dair 02 noyabr 2020-ci il tarixli 3060 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 209- 210) Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(059)-52/2020 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Şahid4 üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan metadon şəxsi istehlak miqdarından artıq olsa da, avtomobilindən aşkar edilərək götürülmüş digər narkotik vasitə olan 0.062 qram heroin və psixotrop maddə olan 0.048 qram metamfetamin şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Şahid4 cinayət məsuliyyəti üzərində aşkar edilmiş metadona görə yaransa da, avtomobilində aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitə və psixotrop maddəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə olan metadondan istifadəyə görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, digər narkotik vasitə və psixotop maddəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan 0.062 qram heroinin və psixotrop maddə olan 0.048 qram metamfetaminin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar təqsirləndirilən şəxs Şahid4 verilmiş ittihamdan çıxarılmalıdır. Şahid4 Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq narkotik vasitə olan metadonu əldə edib üzərində saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etsə də, həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmuş və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsi qərar alınmışdır. Nəticə olaraq Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şahid4 həbsdə saxlanıldığı 3 (üç) ay 9 (doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 19 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmiş və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şahid4 verilmiş ittihamdan onun narkotik vasitə olan 0,062 qram heroini və psixotrop maddə olan 0,048 qram metafetamini qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar çıxarılmışdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Şahid4 idarə etdiyi “Naz Lifan” markalı, 99- AK-151 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qalıq çəkisi 0,022 qram çəkidə narkotik vasitə olan heroin, 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də onun üzərindən götürülmüş “methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 14 ədəd, təsir maddəsinin jmumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Şahid4 üzərinə keçirilən şəxsi axtarış və avtomobilinə keçirilən baxışı əks etdirən 2 (iki) ədəd, həmçinin ona məxsus mobil nömrənin məlumatlarını özündə əks etdirən 1 ədəd Compakt Disk cinayət işində saxlanılmışdır. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi "xxxx" ASC-yə verilmiş Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi "xxxx" ASC-yə qaytarılmışdır. İş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Şahid4 məxsus “Samsung Galaxy J3” modelli smartfon tipli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid4 qaytarılması, Şahid4 məhkəmə məsrəfi hesab olunan cəmi 250 (iki yüz əlli) manat 22 (iyirmi iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X5, kodu 210005, VÖEN "401555071, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilməsi hökm edilmişdir. (i.v. 247-262) “Şəxsi axtarış və götürmə haqqında” 03 mart 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid4 əynində qara rəngli gödəkçə, qırmızı rəngli şalvarı, qırmızı rəngli uzunqol köynək və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid4 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “methadone40 scored tablets” sözləri olan, üst tərəfi tünd qırmızı alt hissəsi boz rəngdə olan 4 list ümumilikdə 15 ədəd dərmanı təqdim etmişdir. (i.v. 310-311) “Avtomobilə baxış keçirilməsi haqqında” 03 mart 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı ilk öncə Şahid4 istifadəsində olan avtomobildə hər hansısa qanunla qadağan olunmuş əşya və predmet olub-olmaması soruşulmuşdur. Şahid4 avtomobildə qanunla qadağan olmuş heç bir əşya və predmetin olub-olmamasını dəqiq bilmədiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Avtomobilin sol arxa qapısından baxış istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Baxış zamanı sol arxa sərnişin oturacağında olan ayaq altından 4 ədəd, içərisində narkotik vasitəyə bənzər kütlə, avtomobilin arxa yük yerində şəffaf sellofan paketdə, dairəvi formada olan, şəffaf rəngli plastmas qutuda üzərində “kislota” sözü yazılmış, içərisində ağ rəngli kristallar olan, sarı rəngli paket, 39 ədəd müxtəlif rəngli siqaret kağızlar, şəffaf, içərisində ağ rəngli kristallar olan ağ sellofana bükülmüş kütlə, içərisində 9 ədəd ağ rəngli həb olan şəffaf paket, 3 ədəd juqut, 1 ədəd qırılmış ampula aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. (i.v. 312-313) “Sübutların qiymətləndirilməsi haqqında” 02 fevral 2021-ci il tarixli qərardan görünür ki, Şahid4 məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş 04 mart 2020-ci il tarixli 6/42 saylı ekspert rəyinə əsasən 0,048 qram çəkidə olan psixotrop maddə, həmin narkotik vasitənin 0,020 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, 0,062 qram narkotik vasitə heroin, həmin narkotik vasitənin 0,040 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 0,022 qram çəkidə narkotik vasitə olan heroinin, eləcədə Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş üzərində “methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 15 ədəd, üzərində “F/M40” göstəricisi olan tabletlər təsir maddəsiinn ümumi miqdarı 0,6 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə- metadonunun, həmin narkotik vasitənin metadonun 1 ədədini tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 14 ədədi tabletlər iş üzrə maddi sübut kimi tanınması və Siyəzən RPŞ-də maddi sübutların saxlanma otağında saxlanması nəzərə alınmışdır. İstntaq zamamnı 03 mart 2020-ci il tarixdə saat 12:30-dan saat 12:40-a kimi olan müddət ərzində Siyəzən RPŞ-nin Növbətçi Hissəsində Şahid4 üzərinə keçirilən şəxsi axtarış və həmin tarixdə saat 19:00-dan saat 19:40-dək olan müddət ərzində ünvan 3 ünvanında Şahid5 yaşadığı evin həyətində Şahid4 idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilən baxış istintaq hərəkətlərinin video görüntüləri «Nikon» markalı fotoaparat vasitəsi ilə qeydə alınmış və ayrı-ayrılıqda 02 (iki) ədəd Compakt Diskə köçürülərək qeyd olunan tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə olunmuş 02 (iki) ədəd Compakt Diskin maddi sübut kimi tanınması və ********* saylı cinayət işində saxlanması nəzərə alınmışdır. Şahid4 məxsus mobil nömrənin məlumatların özündə əks etdirən 01 (bir) ədəd Compakt Disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmaqla saxlanması nəzərə alınmışdır. İş üzrə “**-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanılması üçün “UNİON LİZİNG ASC”-ə qaytarılması nəzərə alınmışdır. Şahid4 məxsus “Samsung Galaxy J3” markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınması və Şahid4 saxlanılması nəzərə alınmışdır. (i.v. 318-343) Məhkəmə həmçinin Şahid4 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, onun həmin narkotik vasitələri Təqsirləndirilən şəxs alması onun barəsində olan Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(059)-52/2020 saylı hökmlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 123) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli 4(004)-533/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 02 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 27 oktyabr 2020-ci müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 161) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 08.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 73-1.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. (i.v. 166-168) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 239-246) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli hökmü qanunvericiliyə uyğunlaşdırılmış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə olunduğu, dəymiş ziyanın tamamilə ödənildiyi və cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 5400 (beş min dörd yüz) manat məbləğində dövlət büdcəsinə ödəniş edildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə (yeni redaksiya) əsasən cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 264-265) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. CM-nın 83.3.3 və 83.4-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübutlar və ekspertiza tədqiqatlarının dəyəri ilə bağlı məsələdə Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(059)-52/2020 saylı hökmü ilə həll edildiyindən həmin hökm bu hissədə nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 02 sentyabr 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X13 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat X13 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 02 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar və ekspertiza tədqiqatlarının dəyəri ilə bağlı məsələdə Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(059)-52/2020 saylı hökmü nəzərə alınsın. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat X13 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar