Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-123/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs Nürəddin qızının və onun müdafiəçisi Bakı Şəhər 17 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Nürəddin qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Nürəddin qızı qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Beləliklə aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin aprel ayından 27 noyabr 2021-ci il tarixdək əvvəlcədən tanıdığı X3 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 66, mənzil 2 ünvanında xadimə işlədiyi müddət ərzində Şəbinə Şahbazovanın evdə olmamasından istifadə edərək həmin evin yataq otağına daxil olub, şkafın içərisində olan saxlanc yeri hesab edilən seyfi açarla açaraq qanunsuz daxil olmaqla seyfin içərisində olan 1700 manat dəyərində 1 dəst mavi, ortası topaz, ətrafı briliyant olan qızıl sırqa ilə üzük, 1400 manat dəyərində 01 ədəd dəst buruq, briliyant qaşlı qızıl sırqa ilə üzüyü, 700 manat dəyərində 01 ədə briliyant qaşlı qızıl qadın üzük, 1200 manat dəyərində 5 ədəd briliyant qaşlı qızıl kişi üzüyü, 1000 manat dəyərində 01 ədəd ərəb üzüyü, 1000 manat dəyərində ərəb qızıl sırqası, 800 manat dəyərində 01 ədəd ilan şəkilli qızıl sırqa, 700 manat dəyərində 01 ədəd rom şəkilli ərəb qızılı olan qadın üzüyü, 300 manat dəyərində 01 ədəd delfin şəkilli qızıl qadın üzüyü, 1000 manat dəyərində pandora markalı 01 ədəd qızıl sırqa, 450 manat dəyərində 01 cüt ərəb qızıl sırqası, 1200 manat dəyərində qızıl boyunbağı, 320 manat dəyərin brilyant qaşlı 01 ədəd qızıl qadın üzüyü, 270 manat dəyərində 01 ədəd qızıl gözmuncuğunu müxtəlif vaxtlarda olmaqla ümumi 12040 manat dəyərində qızıl-zinyət əşaylarını və milli manat məzənnəsi ilə 2210 manat təşkil edən 1300 ABŞ dollarını, 500 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxs Şəbinə Şahbazovaya 14750 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Nürəddin qızı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından Səbinə Şahbazovanın evində xadimə işləməyə başlamışdır. Həmin vaxt onda evin açarları olmamışdır. X13 ilə birlikdə saat 08:00-da evdən çıxıb, axşam saat 18:00-da isə oğlu ilə birlikdə evə qayıdırmış. O Səbinənin evində günlük 20 manat işləyirmiş. Həmin vaxt onun Şahid1 ilə yaxınlıq münasibəti olmuşdur. O, maddi cəhətdən pis vəziyyətdə olduğu və uşaqlarının ehtiyaclarını ödəyə bilmədiyi üçün ilkin olaraq xatırlamadığı tarixdə Səbinə evdə olmayan zaman oradan bir ədəd qızıl üzüyünü və bir ədəd qızıl sırğasını oğurlayaraq Adilin şəxsiyyət vəsiqəsi ilə Daxili İşlər Nazirliyinin qarşısında yerləşən Mərkəzi Univermaqda yerləşən mağazaya 700 manata üzüyü, 800 manata isə sırğanı satmışdır. Adilə həmin qızılların özünə məxsus olduğunu bildirmiş və özünün şəxsiyyət vəsiqəsi evdə olduğu üçün Adilin şəxsiyyət vəsiqəsi ilə qızılları satmışdır. Daha sonra isə xatırlamadığı tarixdə o Səbinənin evdə olmamağından istifadə edərək seyfi açmış və 02 ədəd ərəb qızıl üzüyünü, 01 ədəd delfin şəkilli qızıl qadın üzüyü, 01 ədəd ərəb qızıl sırğanı, 01 ədəd pandora markalı qızıl sırğanı, 01 ədəd dəst mavi ortası topaz, ətrafı briliyant olan qızıl sırqa ilə üzüyü, 01 ədəd kişi üzüyünü götürmüş və müxtəlif vaxtlarda tanımadığı yerlərdə müxtəlif məbləğlərdə sataraq övladlarının təhsil haqqını və digər şəxsi ehtiyaclarını ödəmişdir. Bundan əlavə o, Səbinənin seyfə qoymuş olduğu puldan yalnız 300 ABŞ dollarını götürmüşdür. 27 noyabr 2021-ci il tarixdə o, Səbinənin evində tək olan zaman seyfi açmış, lakin heç nə götürməmişdir. Bundan dərhal sonra Səbinə polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Bundan sonra o Adilə zəng edib bu barədə məlumat vermiş, Adil isə ora gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, o, evdə olan vaxtlar Səbinənin oğlu Kənan da dostları ilə evə gəlib gedirmişlər və hər zaman seyfin qapısı da açıq qalırmış. O Səbinənin evindən bir zıra qızıl zinət əşyalarını oğurlasa da, lakin 1700 manat dəyərində 1 dəst mavi, ortası topaz, ətrafı briliyant olan qızıl sırqa ilə üzüyü, 01 ədəd briliyant qaşlı qızıl qadın üzüyü, 800 manat dəyərində 01 ədəd ilan şəkilli qızıl sırqanı, 1200 manat dəyərində qızıl boyunbağını və 1000 ABŞ dollarını, 500 manat məbləğində nağd pulu isə oğurlamamışdır. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 66, mənzil 2 ünvanında oğlu Şahid4la birlikdə yaşayır. 2021-ci ilin aprel ayından Təqsirləndirilən şəxs Nürəddin qızı onun evində xadimə işləməyə başlamışdır. Anarədə evin açarları olmamışdır. O, hər gün saat 08:00-da işə gedir və axşam saat 18:00-da evə qayıdır. Kənan İqtisadiyyat Universitetində oxduğu üçün evdən saat 08:00-da çıxır və saat 18:00-da evə qayıdır. O Anarəyə günlük 20 manat xidmət haqqı verirmiş. O, yataq otağında qızıl-zinyət əşyalarını, pullarını şkafın aşağı hissəsində olan qara rəngli seyfdə saxlamışdır. Anarə onun qızıl-zinyət əşyalarını, pullarını seyfdə saxladığını bilmişdir. O, seyfin açılmağını kodlaşdırmamış, yalnız açarla bağlamış və həmin açarları da siyirməli dolabın içindəki ayrı-ayrı vazalarda olan bujiteriyaların yanına qoymuşdur. O, təxmini 2 oktyabr 2021-ci il tarixdə seyfə 1500 ABŞ dolları qoymuş və 15 oktyabr 2021-ci il tarixdə seyfi açarla açanda orada 900 ABŞ dolları olduğunu görmüş və 300 ABŞ dollarını götürmüşdür. Bundan sonra o, 600 ABŞ dollarını cox axtarmağına baxmayaraq tapmamışdır. 18 oktyabr 2021-ci il tarixdə o, seyfə 1000 ABŞ dolları qoymuş və 25 noyabr 2021-ci il tarixdə seyfi açarla açan zaman 900 ABŞ dolları qaldığını görmüşdür. 26 noyabr 2021-ci il tarixdə o, seyfdən pullarının Anarənin oğurladığını fikirləşmiş və yataq otağının yanında seyflə üzbə-üz dolabın altına video kamera, seyfə isə avadanlıq quraşdırmışdır ki, o evdə olmayan vaxt seyfin qapısını kimsə açarsa onun mobil telefonuna zəng gəlsin. Bundan sonra həmin gün Anarənin mobil telefona “whatsapp” proqramı vasitəsi ilə evdə olmayacağını və evinə gəlib evi yığışdırmağı tapşırmışdır. 27 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Anarə evə gəlmiş və o, evdən çıxaraq evin ətrafında avtomobili ilə hərəkət etmişdir. Təxmini 15 dəqiqə keçmiş onun telefonuna evdəki seyfin qapısının açılması ilə bağlı zəng gəlmiş və dərhal telefonu ilə yataq otağındakı video görüntüyə baxan zaman Anarənin seyfi açarla açdığını və oradan nəsə götürdüyünü görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermiş və bundan dərhal sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin vaxt o, seyfə baxanda orada 900 ABŞ dollar pul, 600 manat dəyərində 6 qram olan 01 ədəd qolbağının qaldığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Anarə onun evində olan seyfdən 1700 manat dəyərində 1 dəst mavi, ortası topaz, ətrafı briliyant olan qızıl sırqa ilə üzüyünü, 1400 manat dəyərində 01 ədəd dəst buruq, briliyant qaşlı qızıl sırqa ilə üzüyünü, 700 manat dəyərində 01 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 1200 manat dəyərində 5 ədəd briliyant qaşlı qızıl kişi üzüyünü, 1000 manat dəyərində 01 ədəd ərəb üzüyü, 1000 manat dəyərində ərəb qızıl sırqası, 800 manat dəyərində 01 ədəd ilan şəkilli qızıl sırqa, 700 manat dəyərində 01 ədəd rom şəkilli ərəb qızılı olan qadın üzüyü, 300 manat dəyərində 01 delfin şəkilli qızıl qadın üzüyü, 1000 manat dəyərində pandora markalı 01 ədə qızıl sırqa, 450 manat dəyərində 01 cüt ərəb qızıl sırqası, 1200 manat dəyərində qızıl boybağı, 320 manat dəyərin brilyant qaşlı 01 ədəd qızıl qadın üzüyü, 270 manat dəyərində 01 ədəd qızıl gözmuncuğunun və 1300 ABŞ dollarının, 500 manat pulunun oğurlamışdır. Anarə ümumilikdə seyfdən müxtəlif vaxtlarda olmaqla ümumi 12.040 manat dəyərində qızılzinyət əşayları və 1300 manat ABŞ dollar, 500 manat pul oğurlamışdır. Polislər evdə olan zaman Adil adlı bir şəxs gəlmiş və polis əməkdaşlarının sualına cavab olaraq Anarənin bacısı oğlu olduğunu bildirmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 3-4 il əvvəl Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. 2021-ci ilin sentyabr ayında Anarə ona demişdir ki, uşaqlarının ehtiyacı üçün qızıllarını satmaq istəyir və onlar Anarəyə məxsus qızıl-zinyət əşyalarını müxtəlif qiymətlərə onun şəxsiyyət vəsiqəsi ilə Mərkəzi Univermaqda satmışlar və Anarə həmin pulları götürmüşdür. Həmin qızıl zinət əşyalarını onlar bir necə dəfəyə satmışlar və ümumi onların satışından təxminən 2500 manat gəlir əldə etmişlər. O Anarə ilə birlikdə sırqa, üzük, qolbaq qızıl zinyət əşyalarını satmışlar. O, həmin qızılların Anarəyə məxsus olmadığını və Anarənin oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Həmin qızıl zinyət əşyalarının onun şəxsiyyət vəsiqəsi ilə satılmasına səbəb həmin vaxt Anarənin şəxsiyyət vəsiqəsinin evdə olması olmuşdur. 27 noyabr 2021-ci il tarixdə Anarə ilə “whatsapp” proqramı vasitəsi ilə danışan zaman Anarənin narahtçılığı olduğunu eşitmiş və Səbinənin evinə getmiş və tanımadığı şəxslər Anarəni polis bölməsinə aparmışdılar. O, polis bölməsində Anarənin Səbinənin evindən oğurluq etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2020-ci ilin mart ayından Baki şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaqda qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. O, qızıl-zinyət əşyalarını alan zaman həmin qızılları və briliyantları özünün “Qızıl və Briliyantların alışının akt kitabı”-na satan şəxsin adını, soyadını, ata adını, şəxsiyyət vəsiqəsinin seriyasını, FiN kodunu və ünvanı olduqda qeydiyyatda olduğu ünvanını, qızılın və ya briliyantın qramını və alış qiymətini, aldığı tarixi qeyd edirmiş. Şahid1 18 avqust 2021ci il tarixdə 600 manata bir ədəd paxlava formasında qadın qızıl üzüyü və bir cüt dairəvi qızıl sırğa almışdır. 04 oktyabr 2021-ci il tarixdə Şahid1 615 manata komplekt olan bir ədəd qızıl boyun bağı və bir cüt qızıl sırğa almışdır. 18 oktyabr 2021-ci il tarixdə Şahid1 300 manata 01 ədəd qızıl, 750 əyarında, 4,26 qram qadın üzüyünü almışdır. O aldıqlarının hamısını Şahid1 şəxsiyyət vəsiqəsi ilə almış və akt kitabına qeydiyyatını qeyd etmişdir. Həmin vaxt Adil yanına tək gəlmiş, yəni Təqsirləndirilən şəxs o görməmişdir. 2021-ci ilin noyabr ayında Adil Anarə ilə yanına gəlmiş və təxmini xatırladığı üzərində briliyant olan qızıl üzük satmaq istədiyini bildirmiş, lakin o, az pul verdiyi üçün onlar ona satmayaraq çıxıb getmişdilər. Bundan sonra Adil və Anarə bir daha onun yanına gəlməmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2019-ci ilin mart ayından Yasamal rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Unvermaqda “AQRAFF” adlı mağazada qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. O, qızıl-zinyət əşyalarını alan zaman həmin qızılları və briliyantları özünün “Qızıl və Briliyantların alışının akt kitabı”-na satan şəxsin adını, soyadını, ata adını, şəxsiyyət vəsiqəsinin seriyasını, FiN kodunu və ünvanı olduqda qeydiyyatda olduğu ünvanını, qızılın və ya briliyantın qramını və alış qiymətini, aldığı tarixi qeyd edirmiş. İlk dəfə əvvəlcədən tanımadığı Şahid1 01 noyabr 2021-ci il tarixdə 750 manata bir ədəd üzərində briliyant qaşlar olan, 750 əyar, 8,53 qram, yumurta formalı kişi qızıl üzüyünü almış və həmin üzüyün şəkilini çəkməyə ehtiyac bilməmişdir. O, həmin üzüyün orta bazar qiymətinə görə 590 manat və 0,45 st briliyant daşına görə isə əlavə 160 manat hesablayaraq Adildə 750 manat pul ödəmişdir. Həmin vaxt Şahid1in yanında Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 66, mənzil 2 ünvanında anası Səbinə Şahbazova birlikdə yaşayır. 2021-ci ilin aprel ayından Təqsirləndirilən şəxs Nürəddin qızı onların evində günlük 20 manat müqabilində xadimə işləməyə başlamışdır. O anasının işlərinə və ailənin maddi məsələlərinə qarışmadığı üçün onun anasının qızıl zinyət əşyalarının və pulları saxladığı seyfdən xəbəri olmamışdır. Yekun olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların evindən etdiyi oğurluq hadisəsi barədə heç bir xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Mənzil 9 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşir. Mənzilin iki yataq otağı, bir qonaq otağı, bir mətbəx və bir hamam otağı mövcuddur. Mənzilin giriş qapısından daxil olduqda sol tərəfdə yerləşən yataq otağında yataq dəsti və bir ədəd televizor var. Digər yataq otağında yataq dəsti var və dolabın içərisində bir ədəd qara rəngli, dörd bucaq, kodlu seyf var. Qonaq otağında mebel dəsti və 01 ədəd televizor var. (i.v. 5-16) “Götürmə və baxış keçirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs evindəki seyfdən oğurluq etməsi barədə videogörüntülərin olduğu 01 ədəd CD diskə baxış keçirilən zaman 27.11.2021-ci il tarixdə X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 66, mənzil 2 ünvanının yataq otağında olan seyfin qapısını Təqsirləndirilən şəxs Nürəddin qızının açdığı və onun içinə əlini saldığı və qızıl- zinyət əşyalarını götürdüyü müəyyən olunmuşdur. (i.v. 36) 29 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı X12 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şəbinə Şahbazova ifadəsində göstərdiyi xüsusatları Anarə Qasımovun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 39-42) “Götürmə və baxış keçirilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 götürülmüş “Qızıl və Briliyantların alışının akt kitabdan çıxarılmış sənəd sürətlərinə baxış keçirilən zaman Şahid2 Şahid1 18 avqust 2021- ci il tarixdə 600 manata bir ədəd paxlava formasında qadın qızıl üzüyü və bir cüt dairəvi qızıl sırğa, 04 oktyabr 2021 -ci il tarixdə 615 manata komplekt olan bir ədəd qızıl boyun bağı və bir cüt qızıl sırğa və 18 oktyabr 2021 -ci il tarixdə 300 manata 01 ədəd qızıl, 750 əyarında, 4,26 qram qadın üzyünü aldığı müəyyən olunmuşdur. (i.v. 90) “Götürmə və baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 götürülmüş 01 ədəd Qızıl və Briliyantların alışının aktına baxış keçirilən zaman Şahid3 Şahid1 01 noyabr 2021-ci il tarixdə 750 manata bir ədəd üzərində briliyant qaşlar olan, 750 əyar, 8,53 qram, yumurta formalı kişi qızıl üzüyü aldığı müəyyən olunmuşdur. (i.v. 96) X11 tərəfində verilmiş 06 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, X1 Elbrus Adil oğlundan həmin tarixdə 12500 manat qəbul etmişdir. (i.v. 132) X11 tərəfində verilmiş 10 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, X1 Elbrus Adil oğlundan həmin tarixdə 2000 manat qəbul etmişdir. (i.v. 170) X11 tərəfində verilmiş 27 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. (i.v. 180) “Əməlin tövsif edilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X12 tərəfindən Yasamal RPİ-nin İŞ-nə təqdim edilmiş video görüntülərin olduğu 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Şahid2 götürülmüş “Qızıl və Briliyantların alışının akt kitabı”-dan çıxarılmış sənəd sürətləri maddi sübut kimi tanınmışdır. Şahid3 götürülmüş 01 ədəd Qızıl və Briliyantların alışının aktı maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs Nürəddin qızına elan ediləcək yeni ittihamda zərərçəkmiş şəxs X6 dəymiş ümumi ziyan 14750 manat göstərilmişdir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələri, 01 ədəd videogörüntülər olan CD disk, Şahid2 götürülmüş “Qızıl və Briliyantların alışının akt kitabı”-dan çıxarılmış sənəd sürətləri, Şahid3 götürülmüş 01 ədəd Qızıl və Briliyantların alışının aktı, zərərçəmiş şəxs X12 tərəfindən tərtib edilmiş 06.12.2021-ci il tarixli, 10.12.2021- ci il tarixli qəbz, 02 ədəd "xxxx" MMC-yə məxsus CD disk və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 189-198) X11 tərəfindən verilmiş 06.04.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1700 manat dəyərində 1 dəst mavi, ortası topaz, ətrafı briliyant olan qızıl sırqa ilə üzüyü, 01 ədəd briliyant qaşlı qızıl qadın üzüyü, 800 manat dəyərində 01 ədəd ilan şəkilli qızıl sırqanı, 1200 manat dəyərində qızıl boyunbağını və 1000 ABŞ dollarını, 500 manat məbləğində nağd pulu oğurlamaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və bunu özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nürəddin qızının əməli CMnin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs Nürəddin qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Nürəddin qızına CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: AZ-İİ № 898616 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 24.06.2012ci il təvəllüdlü X7 anası Təqsirləndirilən şəxsdır. (i.v. 32) AZ-İİ № 205496 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 20.12.2008ci il təvəllüdlü X9 anası Təqsirləndirilən şəxsdır. (i.v. 34) AZ-İ № 941331 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30.04.2006-cı il təvəllüdlü X4 anası Təqsirləndirilən şəxsdır. (i.v. 34) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 06.12.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nürəddin qızı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 44) “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli və 06 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 66-67, 162-163) Məhkəmə, Təqsirləndirilən şəxs Nürəddin qızının zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Nürəddin qızının əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Nürəddin qızına cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Nürəddin qızına Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs Nürəddin qızının üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Nürəddin qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nürəddin qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk, Şahid2 götürülmüş “Qızıl və Briliyantların alışının akt kitabı”-dan çıxarılmış sənəd sürətləri, Şahid3 götürülmüş 01 ədəd Qızıl və Briliyantların alışının aktı cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Nürəddin qızının məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 17 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Nürəddin qızına göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 17 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Nürəddin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Nürəddin qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Nürəddin qızının üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Nürəddin qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Nürəddin qızına təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk, Şahid2 götürülmüş “Qızıl və Briliyantların alışının akt kitabı”-dan çıxarılmış sənəd sürətləri, Şahid3 götürülmüş 01 ədəd Qızıl və Briliyantların alışının aktı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Nürəddin qızına göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 17 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 17 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-123/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-123/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver