Məhkəmə qərarları › İş №1(004)-123/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-123/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-123/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, məhkunıluğu ödənilmiş. Ağcabədi şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamalı niyyəti ilə özgənin xeyli miqdarda əmlakını talama məqsədi ilə 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində çalışdığı ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsinə yuyulması üçün təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus olan “BMW” markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunu təmizləyən zaman salondakı saxlanc yerində saxlanılan qarışıq rəngidəki materialdan olan pul kisəsinin içərisindən sonuncuya məxsus milli məzənnə ilə 4590 (dörd min beş yüz doxsan) manat təşkil edən 2700 (iki min yeddi yüz) ABŞ dolları və 3200 (üç min iki yüz) manat məbləğində pulları gizli talayıb zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7790 (yeddi min yeddi yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs maddi imkanı güclü olan şəxs və çalışdığı avtoyuma məntəqəsinin daimi müştərisi kimi tanımışdır. Onunla münasibəti yaxın olmasa da. normal olmuşdur. O, mütəmadi olaraq o, çalışdığı avtoyuma məntəqəsinə gəlmiş və demək olar ki, həmişə ona məxsus avtomobil onun tərəfindən yuyulmuşdur. Əvəzində isə 1-2 manat da olsa onun tərəfindən ona artıq ödəniş edilmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, avtoyuma məntəqəsində olan zaman Zərərçəkmiş şəxs özünə məxsus olan “BMW” markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtoyuma məntəqəsinə gəlmiş və həmişəki kimi avtomobilin yuyulması avtoyuma məntəqəsini icarə əsasında işlədən Əfqan tərəfindən ona həvalə edilmişdir. O, özü isə onların yanından uzaqlaşaraq harasa getmişdir. Bundan sonra isə o, ilkin olaraq həmişəki qaydada avtomobilin bayır hissəsini yuduqdan sonra salon hissəsini təmizləməyə başlamışdır. Bu zaman isə salonun saxlanc yerini təmizləyən zaman orada olan dəri materialdan olan pul kisəsi ani məqamda nəzərini cəlb etdiyindən maraq naminə həmin pul kisəsini açıb içərisinə baxmışdır. Həmin pul kisəsinin içərisində müxtəli valyutada xeyli pulların olmasını gördükdən sonra həmin ərəfələrdə maddi ehtiyacı olması səbəbindən pulların içərisindən cəmi 2000 (iki min) ABŞ dolları və 1300 (bir min üç yüz) manat məbləğində pulu sayıb götürərək digər pullara toxunmadan pul kisəsini bağlayıb yerinə qoymuşdur. Bundan sonra isə avtomobilin yuyulmasını yekunlaşdırıb bu barədə Əfqana məlumat verdikdən sonra avtomobilin açarını da ona verib oradan uzaqlaşmışdır. Qeyd etmişdir ki, həmin vaxt Əfqan heç nədən şübhə etməmişdir. Belə ki, həmişə o, radələrdə işdən çıxıb evə getdiyindən şübhələnməsi üçün heç bir əsas olmamışdır. Bundan sonra isə ilkin olaraq kirayə yaşadığı evə gedərək əynində olan paltarları dəyişdikdən sonra oğurladığı pulları sayıb cibinə qoyaraq Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinə getmişdir. Orada yerləşən adını xatırlamadığı kafelərdən birində yemək yeyib spirli içki qəbul etmiş və oğurladığı pullardan orada səhv elmirsə 200- 300 manat məbləğində hesab ödəmişdir. Daha sonra isə oradan çıxaraq yaxınlıqda dayanaraq əxlaqsızlıqla məşğul olan qadınlardan biri ilə razılaşaraq taksi vasitəsilə “Vulkan” adlı otelə getmişlər. Orada isə yenə də oğurladığı pulların hesabına 50 manat məbləğində oteldə qonaqlama haqqını ödəmişdir. Bundan sonra isə həmin qadınla oteldə də yemək yeyib spirtli içki qəbul etdikdən sonra birlikdə gecələmişlər. Həmin qadına onunla gecələməsi üçün 500 (beş yüz) ABŞ dolları məbləğində pul vermişdir. Demək olar ki, oteldə xərclədiyi pulların məbləğini xatırlamasa da, səhər saatlarında oteli tərk edən zaman onda 900 (doqquz yüz) ABŞ dolları və 900 (doqquz yüz) manat qalmışdır. Xülasə, yenidən saat 12-13 radələrində taksi vasitəsilə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən adını xatırlamadığı həmin kafeyə gedərək yenidən orada adlarını bilmədiyi qadın masa xidmətçiləri ilə yemək yeyib spirli içkilər qəbul etmiş və səhv elmirsə 300-400 (üç yüz-dörd yüz) manat pul xərcləmişdir. Oradan çıxdıqdan sonra isə yenə də yaxınlıqda dayanmış başqa bir qadınla danışıb razılaşaraq yenidən taksi vasitəsilə “Vulkan” adlı oielə getmişlər. Həmin görüş zamanı da təxminən 50 (əlli) manat məbləğində oteldə qonaqlama ödənişini etdikdən sonra həmin qadına 400 (dörd yüz) ABŞ dolları məbləğində pul verib yenə də yemək yeyib spirtli içki qəbul etmişlər. Axşam saatlarında isə oteli tərk edərək taksi vasitəsilə çalışdığı avtoyuma məntəqəsinə gəlmişdir. Ora gəldikdən sonra isə polis əməkdaşları gələrək törətdiyi oğurluq cinayət əməli ilə bağlı onu polis bölməsinə dəvət etmişlər. Orada isə o, törətdiyi əməli etiraf edərək oğurladığı pullardan qalan 200 (iki yüz) ABŞ dolları və 267 (iki yüz altmış yeddi) manat məbləğində pulu təhqiqatçıya təqdim etmişdir. Qeyd etdiklərindən başqa heç bir əlavəsi yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki. Zərərçəkmiş şəxs dedikləri qismən doğrudur. Belə ki, o, ona məxsus olan avtomobildən, daha doğrusu salonun saxlanc yerindəki pul kisəsinin içərisindən pul oğurlasa da, məbləğ o dediyi kimi deyildir. Ona məxsus olan avtomobilin salonundakı saxlanc yerindən o, qeyd etdiyi kimi 2700 (iki min yeddi yüz) ABŞ dolları və 3200 (üç min iki yüz) manat deyil, cəmi 2000 (iki min) ABŞ dolları və 1300 (bir min üç yüz) manat məbləğində pul oğurlamışdır. Oğurladığı pullan əxlaqsızlıqla məşğul olan iki qadınla oteldə qonaqlamağa. onlarla yemək yeyib spirtli içki içməyə, bundan başqa iki dəfə Bakı şəhəri Nəsimi rayonu 3- cü mikrorayon dairəsinin yaxınlığında yerləşən adını xatırlamadığı kafedə oranın işçiləri ilə birlikdə yemək yeyib spirtli içki qəbul etməyə, həmçinin, demək olar ki, iki gün ərzində taksi ödənişlərinə sərf elmişdir. Oğurladığı pullardan qalan 200 (iki yüz) ABŞ dolları və 267 (iki yüz altmış yeddi) manat pulu isə təhqiqatçıya təqdim elmişdir. Daha sonra göstərmişdir ki, o. Zərərçəkmiş şəxs məxsus olan avtomobildən oğurluq edən zaman yanımda kimsə olmamış və heç kim bunun şahidi olmamışdır. Həmin vaxt onunla birlikdə işləyən Əfqan ondan kənarda olmuş və oğurluq etməyini görməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək 14 oktyabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, oğurladığı pulları ilkin ifadəsində qeyd etdiyi formada Bakı şəhərində xərcləmişdir. O, Xızı rayonunda olmamış və ora ilə heç bir əlaqəsi yoxdur. Hansı səbəbdən ilkin izahatında bu formada qeyd etməyinin səbəbini isə xatırlamır. O, əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır. Onun Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkumluğu olmamışdır. Ola bilsin ki, izahatı bölmədə təhqiqatçı tərəfindən kompüterdə tərtib olunduğundan texniki səhv olmuşdur. Həmçinin, göstərmişdir ki, o, xx xxxxxx 1984-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Texniki səhv ucbatından ola bilsin ki, arayışda 1983-cü il kimi qeyd olunmuşdur. Onu da qeyd etmişdir ki, indiyədək şəxsiyyət vəsiqəsi əldə etməmişdir. Törətmiş olduğu əməlindən peşman olduğunu, əməlini etiraf etməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Afgan Alıev ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 01 (bir) ildir ki, tanıyır. O, əvvəllər onun istifadə etdiyi avtoyuma məntəqəsinin arxa tərəfində yerləşən avtoyuma məntəqəsində yuyucu işlədiyindən tanışlıqları yaranmışdır. Onun işinə bələd olduğundan istifadəsində olan avtoyuma məntəqəsinə işləməsinə təklif eldiyi üçün o, da qeyd etdiyi kimi təxminən 01 ildir ki, onun istifadəsində olan avtoyuma məntəqəsində işləməyə başlamışdır. Təxminən 01 (bir) il müddətində demək olar ki, bütün müştəriləri ilə münasibətləri qaydasında olmuş və bütün müştərilərin rəğbətini qazanmışdır. 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, və Təqsirləndirilən şəxs avtoyuma məntəqəsində olan zaman daimi müştərilərindən olan Zərərçəkmiş şəxs özünə məxsus olan “BMW” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yuyulması üçün avtoyuma məntəqəsinin qarşısında park edərək açarı ona təhvil verib yaxınlıqda yerləşən çay evində tanışları ilə görüşəcəyini bildirmiş və yuyulma bitdikdən sonra ona məlumat verməyini xahiş edərək uzaqlaşmışdır. O, isə həmin vaxt başqa avtomobilin yuyulması və təmizlənməsi ilə məşğul olduğundan, Zərərçəkmiş şəxs məxsus olan avtomobilin bavır hissəsini təzyiqli su ilə yuduqdan sonra qurulanması və salonun təmizlənməsi üçün açarı Təqsirləndirilən şəxs vermişdir. Özü isə qeyd etdiyi kimi başqa avtomobilin yuyulub təmizlənməsi ilə məşğul olmuşdur. Təxminən 20-25 dəqiqə sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan avtomobilin salonunu təmizlədiyini və quruladığını bildirib açarı ona verdiyindən o da Zərərçəkmiş şəxs məxsus olan avtomobili avtoyuma məntəqəsinin içərisindən idarə edərək çıxarıb avtoyuma məntəqəsinin qarşısında park etmişdir. Həmin gün tədris ilinin başlaması ilə bağlı övladı bərbərdə olduğundan və övladım evə aparmalı olduğundan həm Zərərçəkmiş şəxs məxsus, həm də avtoyuma məntəqəsində olan digər avtomobillərə məxsus açarları Fəzailə verib övladını evə apardıqdan sonra qaşıdacağını bildirmişdir. Təxminən yarım saat sonra qayıdan zaman isə avtoyuma məntəqəsinin açıq vəziyyətdə olmasını, lakin Təqsirləndirilən şəxs orada olmamasının şah di olmuşdur. Ətrafa boylanıb onu axtaran zaman “Sat Su” suldoldurma məntəqəsi tərəfdən piyada şəkildə gəlməsini görmüşdür. Onun yanına çaldıqdan sonra avtoyuma məntəqəsini açıq vəziyyətdə qoyub getməsinə görə irad bildirdikdə o, səhhətində problem olmasını bildirib dərman almaq üçün aptekə getdiyini qeyd edib evə getmək üçün icazə istədikdə o, da avtoyuma məntəqəsini bağlayıb birlikdə getməyi təklif etmişdir. Daha sonra isə avtoyuma məntəqəsini bağladıqdan sonra digər avtomobillərin açarını yaxınlıqdakı obyektin mühafizəçisinə verib sadəcə Zərərçəkmiş şəxs məxsus olan avtomobilin açarını isə özünə vermək üçün onun əyləşdiyi çay evinə tərət yollanmışlar. Yolda isə Fəzail Quliyex özünü yaxşı hiss etmədiyini bildirib ondan ayrılaraq getmişdir. O. isə Kənan İsmaşılovla mobil telefon vasitəsilə əlaqə saxlayaraq çay evinin qarşısında gözlədiyini bildirmişdir. Kənan lsmavılo\ çay evinin qarşısına gəldikdən sonra isə ona məxsus olan avtomobilin açarını verib ödənişi alıb uzaqlaşmışdır. Həmin günün gecəsi daha doğrusu səhv elmirsə artıq 15 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan 051 *** ** ** mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünə məxsus olan avtomobildən 5000 manat məbləğində pulun oğurlanmasını bildirmiş və görüşmək istədiyini bildirmişdir. O, da razılaşdıqdan sonra “Saf Su" sudoldurma məntəqəsinin qarşısında görüşmüşlər. Görüş zaman o, avtomobildən 5000 manat məbləğində pulun oğurlanmasını və Təqsirləndirilən şəxs şübhələndiyini bildirdiyindən o da, dərhal özünə məxsus olan mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olan hazırda xatırlamadığı nömrə ilə əlaqə saxlayıb danışdıqda Təqsirləndirilən şəxs hadisə barədə məlumatının olmamasını bildirib 5-10 dəqiqəyə onların yanına yaxınlaşacağını bildirmişdir. Lakin sonradan ona zəng eldikdə mobil telefon nömrəsi zəng çatmamışdır. Bundan sonra isə o, Təqsirləndirilən şəxs səhv elmirsə Elvin adlı qardaşı ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs qardaşı Elvin və yeznəsi Rüfət adlı şəxs onların yanına yaxınlaşmışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs bu dəfə isə 5000 manat deyil, 5300 manat məbləğində pulun oğurlanmasını bildirib Fəzaildən şübhələndiyini bildirmişdir Bundan sonra isə birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə getmişlər. Orada isə Elvin qardaşı Fəzaillə əlaqə saxladıqda bu dəfə mobil nömrəyə zəng çatdığından əlaqə saxlamaq mümkün olmuş və Təqsirləndirilən şəxs qardaşı ilə danışan zaman heç bir oğurluq elmədiyini, hazırda “Qələbə" dairəsinin yaxınlığında olmasını və yaxınlaşacağını bildirmişdir, lakin heç 5-10 dəqiqə keçməmiş yenidən mobil telefonu söndürüb bölməyə yaxınlaşmamışdır. Qeyd etmişdir ki, həmin vaxt rəsmi ərizə yazan Zərərçəkmiş şəxs bu dəfə isə 5300 manat deyil, 5700 manat məbləğində pulunun oğurlanmasını bildirmişdir. Xülasə, bundan sonra onlar da bölməni tərk edərək avrılmışlar. Həmin gün gecə isə Zərərçəkmiş şəxs ona məxsus olan mobil nömrənin “vvhatsapp” ünsiyyət proqramına bu dəfə tam fərqli məbləğdə 2700 ABŞ dolları və 3200 manaı məbləğində pulun oğurlanmasını yazmışdır. O. səhər saatlarında oyanıb həmin ismarıcla bağlı Zərərçəkmiş şəxs irad bildirib məbləğlərdə fərqlilik yaranmasının səbəbini soruşduqda o, anasının xəslə olması səbəbindən pulları düzgün saya bilməməsini, daha dəqiq olaraq özü saydıqdan sonra isə 2700 ABŞ dolları və 3200 manat məbləğində pulun oğurlanmasını bildirmişdir Həmin gün yəni 15 sentyabr 2022-ci il tarixdə özü şəxsən təşəbbüs edib Əfqanın münasibətdə olduğu şəxslər vasitəsilə onun yerini müəyyən edib Zərərçəkmiş şəxs məlumat vermiş və müəyyən mənada Zərərçəkmiş şəxs köməklik etmişdir. Həmin gün axşam isə Təqsirləndirilən şəxs məcbur olub avtoyuma məntəqəsinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmış və bölmədə Zərərçəkmiş şəxs göstərdiyi məbləği etiraf elməsə də. müəyyən məbləğdə pulları oğurlamasını etiraf etmişdir. Qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki. Zərərçəkmiş şəxs dedikləri tamamilə absurd və əsassızdır. Qeyd elmişdir ki, avtomobilin açarı ona təhvil verilsə də avtoyuma məntəqəsində tək o. deyil, Fəzail Qıılivev də işləmişdir. Zərərçəkmiş şəxs özü də bilmişdir ki, bəzi hallarda avtomobili o. bəzi hallarda isə Təqsirləndirilən şəxs yumuşdur. Görüş barədə isə bildirmişdir ki, onunla Zərərçəkmiş şəxs arasında guya ki. ziyanın ödənilməsinə köməklik etmək istəyi barədə qəli heç bir söhbət olmamışdır. Bıı Zərərçəkmiş şəxs oğurlanmış pulları Təqsirləndirilən şəxs həbs olunması səbəbilə ala bilməyib ondan lələbi ilə bağlı absurd ssenarisidir. O, əksinə hər dəfə ayrı məbləğdə pulların oğurlanmasını bildirməsinə görə Zərərçəkmiş şəxs irad bildirmişdir. Bundan başqa heç bir söhbətləri olmamışdır. Onu da qeyd etmişdir ki, onun ümumiyyətlə avtomobildə pulların olması barədə məlumatı olmamışdır. Həmçinin, bu barədə də Zərərçəkmiş şəxs irad bildirib ona avtomobildə pulların olması barədə məlumat vermiş olduğu halda hadisənin baş verməyəcəyini də qeyd elmişdir. Daha sonra göstərmişdir ki, avtoyuma məntəqəsinə ancaq həftədə bir-iki dəfə onun yeznəsi Rüfət adlı şəxs gələrək idarə etdiyi avtomobili yuduzdurmuşdur. Bundan başqa isə arada oııun adını bilmədiyi motosikl idarə edən tanışı gedib-gəlirmiş, lakin Təqsirləndirilən şəxs kimləsə mübahisə etməsinin və kiminsə ondan pul tələb etməsinin şahidi olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayət əməli törətməsinə görə məhkum olunmasını bilməmişdir. Avtoyuma məntəqəsi isə Kamil Atakişiyev adlı şəxsə məxsus olmaqla icarə müqaviləsi bağlanılmamışdır. Sadəcə aralarında şifahi razılaşmaq vardır və o, aylıq 350 manat məbləğində icarə haqqını Beyrək adlı şəxs vasitəsilə ona göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, əvvəllər oğurluq maddəsi ilə məhkumluq həyalı yaşamış, 2009-cu ildən isə azadlığa buraxılmışdır. Həmin tarixdən isə o, öz zəhməti hesabına müxtəlif yerlərdə günəmuzd işləmişdir. 2010-cu ildən isə o, ailə həyatı qurduqdan sonra isə demək olar ki, bəzi aralar istisna olmaqla onlarla birlikdə yaşamışdır. Bəzi aralar isə onun evlilik dövrünə təsadüf etmişdir. Son 3 il ərzində isə o, polis əməkdaşları tərəfindən tutulduğu tarixədək demək olar ki, onlarla birlikdə ünvan 4 ünvanda yaşamışdır. Qeyd etmişdir ki, son dövrlərdə isə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində Əfqan adlı şəxsin yanında işləmişdir. Demək olar ki, hər gün səhər saatlarında işə getmiş, axşam isə ən geci saat 21 radələrində evə qayıtmışdır. Xülasə, onun hər hansı bir zərərli vərdişinin və va cinayət əməllərinin şahidi olmamışdır, 14 sentyabr 2022-ci il tarixdə isə qardaşı Təqsirləndirilən şəxs səhhətində müəyyən problemlər yarandığından işə getmək istəməsə də, saat 09 radələrində qardaşının yanında işlədiyi Əfqan adlı şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq işə gəlməsini xahiş etdikindən qardaşı Təqsirləndirilən şəxs də məcbur qalıb işə getmişdir. Həmin gün axşam saat 21 radələrində isə qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əri Şahid3 məxsus olan 055 *** ** ** mobil nömrəsi vasitəsilə əlaqə saxlayaraq harada olmalarını sorduşduqda əri Şahid3 ona “20 Yanvar” metrostansiyasında olduqları barədə məlumat verdikdən sonra o, özü Təqsirləndirilən şəxslə danışmışdır. O, isə danışan zaman qızları Zəhranın evdə tək olmasını bildirib onları gözləyə bilməyəcəyini, həmçinin, bugün evə gəlməyəcəyini bildirib sağollaşmışdır. Onlar isə bir neçə dəqiqə sonra yaşadıqları evə gələn zaman qardaşı Təqsirləndirilən şəxs evdə olmamışdır. Onun həmin gün evə gəlib-gəlməməsini isə qızı Zəhra vasitəsilə bilmişdir. Belə ki, qızı Zəhra onlar evə gəldikdən sonra qardaşı Təqsirləndirilən şəxs evə gəlib paltarlarını dəyişərək getməsini bildirmişdir. Xülasə, həmin gün o. evə gəlməyəcəyini onlara mobil telefon vasitəsilə bildirdiyindən hər hansı narahatçılıq keçirməmişlər. Səlıərisi gün də eyni qaydada öz işləri ilə məşğul olmuşlar. 15 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə digər qardaşı Elvin Quliyev mobil telefon vasitəsilə əri Şahid3lə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs avtoyuma məntəqəsində avtomobildən oğurlanmasını bildirdiyindən əri Rüfət Rzayek də dərhal görüşüb aydınlaşdırmaq üçün onlarla görüşə yollanmışdır. Səhər təxminən 05 radələrində isə əri Şahid3 evə qayıdaraq Fəzail in Kənan adlı şəxsin avtomobilindən 3700 manat məbləğində pul oğurlamasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə əlaqə saxlamaq istəsələr də, mobil telefonu söndürdüyündən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmin gün axşam saatlarında isə yenə də Əfqanın ərinə verdiyi məlumata əsasın qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə aparılmasını bilmişdir. Sonradan isə qardaşı barəsində cinayət işi başlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd eldiklərindən başqa heç bir məlumatı yoxdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, qardaşı ləzail Quliyev Bakı şəhərində olduğu müddəidə daim onlarla birlikdə yaşamışdır. O, hansısa başqa ünvanda yaşamamışdır. Onlarla birlikdə yaşadıqları müddəidə isə mütamadi olaraq səhər saatlarında çalışdığı avtoyuma məntəqəsinə getmiş, hər axşam saat 21 radələrində isə evə qayıtmışdır. İ əzail Quliyevin o, bildiyinə görə heç kimə nə borcu nə də ki, hansısa təzyiq nəticəsində verəcəyi olmamışdır. Lakin istintaq üçün əhəmiyyətli ola biləcəyini düşdünüyümdən qeyd etmişdir ki, 2022-ci ilin avqust ayının sonlarında və ya sentyabr ayının əvvəllərində qardaşı Ləzail Quliyev öz deməsinə əsasən tanımadığı şəxslər tərəfindən döyülmüş və nəticədə onun çiyin nahiyəsində çat xəsarəti yaranmışdır. O, özü şəxsən onıı ev şəraitində müalicə etdirmişdir. Təxminən on günlük müalicə müddətində isə o, işə getməmiş və qeyd etdiyi kimi ev şəraitində müalicə olunmuşdur. Onun kim tərəfindən döyülməsini təkidlə və dəfələrlə soruşsalar da. Ləzail Quliyev onlara heç bir məlumat verməyərək sadəcə tanımadığı 4-5 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iddia etdiyi məbləğdə pulları oğurlayıboğurlamasını dəqiq bilmir. Sadəcə onu qeyd elmişdir ki. Zərərçəkmiş şəxs ilkin olaraq əri Şahid3 və qardaşı Elvin Quliyevə 3700 manat məbləğində pulun oğurlanmasını bildirsə də, sonradan bu pulun miqdarı nədənsə artmışdır. Hesab edir ki, Zərərçəkmiş şəxs düzgün ifadə vermir. Bundan başqa göstərmişdir ki, Fəzaildən başqa Elvin adlı qardaşı vardır. O, da Fəzail kimi avtoyuma məntəqəsində çalışır. Bildiyinə görə, onun da heç bir borcu və ya verəcəyi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınıdır. O, bildiyinə görə, əvvəllər oğurluq maddəsi ilə məhkumluq həyatı yaşamış, 2009-cu ildən isə azadlığa buraxılmışdır. Həmin tarixdən isə o, öz zəhməti hesabına müxtəlif yerlərdə günəmuzd işləmişdir. 2010-cu ildən isə onun bacısı Şahid2 ilə ailə həyatı qurduqdan sonra isə demək olar ki, bəzi aralar istisna olmaqla onlarla birlikdə yaşamışdır. Bəzi aralar isə onun evlilik dövrünə təsadüf etmişdir. Son 3 il ərzində isə o, polis əməkdaşları tərəfindən tutulduğu tarixədək demək olar ki, onlarla birlikdə ünvan 4 ünvanda yaşamışdır. Qeyd etmişdir ki, son dövrlərdə isə o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində Əfqan adlı şəxsin yanında işləmişdir. Demək olar ki, hər gün səhər saatlarında işə getmiş, axşam isə ən geci saat 21 radələrində evə qayıtmışdır. Xülasə, onun hər hansı bir zərərli vərdişinin və ya cinayət əməllərinin şahidi olmamışdır. O, özü də fərdi taksi fəaliyyəti ilə məşğul olduğundan bəzi günlərdə onun işlədiyi Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqəsinə gedib avtomobili ona yuduzdurmuşdur. 14 sentyabr 2022-ci il tarixdə isə qayını Ləzail Quliyevin səhhətində müəyyən problemlər yarandığından işə getmək istəməsə də, saat 09 radələrində yanında işlədiyi Əfqan adlı şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq işə gəlməsini xahiş etdiyindən qayını Təqsirləndirilən şəxs də məcbur qalıb işə getmişdir. Həmin gün axşam saat 21 radələrində isə qayını Təqsirləndirilən şəxs istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə ona məxsus olan 055 *** ** ** mobil nömrəsi vasitəsilə əlaqə saxlayaraq harada olmalarını sorduşduqda ona “20 Yanvar” metrostansiyasında olmaları barədə məlumat verdikdən sonra mobil telefonu arvadı Şahid2 verdiyindən o, Təqsirləndirilən şəxslə danışmışdır. Təqsirləndirilən şəxs onun arvadı Şahid2 ilə danışan zaman qızları Zəhranın evdə tək olmasını bildirib onları gözləyə bilməyəcəyini, həmçinin, bu gün evə gəlməyəcəyini bildirib sağollaşmışdır. Onlar isə bir neçə dəqiqə sonra yaşadıqları evə gələn zaman qayını Təqsirləndirilən şəxs evdə olmamışdır. Onun həmin gün evə gəlibgəlməməsini isə qızı Zəhra vasitəsilə bilmişlər. Belə ki, qızı Zəhra onlar evə gəldikdən sonra qayını Təqsirləndirilən şəxs evə gəlib paltarlarını dəyişərək getməsini bildirmişdir. Xülasə, həmin gün o, evə gəlməyəcəyini onlara mobil telefon vasitəsilə bildirdiyindən hər hansı narahatçılıq keçirməmişlər. 14 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə digər qayını Elvin Quliyev mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs avtoyuma məntəqəsində avtomobildən oğurlanmasını bildirdiyindən o, dərhal görüşüb aydınlaşdırmaq üçün onlarla görüşə yollanmışdır. O, qayını Elvin Quliyevlə birlikdə Fəzail Qulivevin işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında yerləşən “Xəlifə” adlı çay evinin yanında Əfqan və özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxslə görüşmüşlər. Zərərçəkmiş şəxs adlı şəxs özünə məxsus olan avtomobili yuyulması üçün Əfqangilə verdiyini, Fəzailin isə avtomobilin salonunu təmizlədikdən sonra salonda olan saxlanc yerindən ona məxsus olan 3700 manat məbləğində pulu oğurlamasını bildirmişdir. Bundan sonra isə onlar birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə getmişlər. Orada isə qayını Elvin Quliyev özünə məxsus olan mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb məlumat verdikdə o, guya ki, “Qələbə” dairəsi yaxınlığında olmasını bildirib gələcəyini qeyd etmişdir. Onlar bir neçə dəqiqə gözlədikdən sonra isə yenidən onun mobil telefon vasitəsilə əlaqə saxladıqda mobil telefon nömrəsinə zəng çatmamışdı. Bundan sonra isə Zərərçəkmiş şəxs rəsmi olaraq onun barəsində ərizə ilə müraciət etmişdir. Səhər təxminən 05 radələrində isə o, yaşadığı evə qayıdaraq arxadı Şahid2 da bu barədə məlumat vermişdir. 16 sentyabr 2022- ci il tarixdə qayını Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə aparılmasını bilmişdir. Sonradan isə qayını Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, qayını Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu müddətdə daim onlarla birlikdə yaşamışdır. O, hansısa başqa ünvanda yaşamamışdır. Onlarla birlikdə yaşadıqları müddətdə isə mütamadi olaraq səhər saatlarında çalışdığı avtoyuma məntəqəsinə getmiş, hər axşam saat 21 radələrində isə evə qayıtmışdır. Onun hansı səbəbdən ünvan 8 ünvanda yaşaması barədə məlumat verməsinin səbəbini bilmir. Qayını Təqsirləndirilən şəxs o, bildiyinə görə heç kimə nə borcu nə də ki, hansısa təzyiq nəticəsində verəcəyi olmamışdır. Həmçinin, bildiyinə görə, onun ətrafında dostları və ya münasibətdə olduğu qadın olmamışdır. Lakin istintaq üçün əhəmiyyətli ola biləcəyini düşündüyündən qeyd etmişdir ki, 2022-ci ilin avqust avının sonlarında və ya sentyabr ayının əvvəllərində qayını Təqsirləndirilən şəxs öz deməsinə əsasən tanımadığı şəxslər tərəfindən hansısa kafedə döyülmüş və nəticədə onun çiyin nahiyəsində çal xəsarəti yaranmışdır. O və arvadı Şahid2 onu ev şəraitində müalicə etdirmişlər. Təxminən on günlük müalicə müddətində isə o, işə getməmiş və qeyd etdiyi kimi ev şəraitində müalicə olunmuşdur. Bu barədə onunla birlikdə avtoyuma məntəqəsində işləyən Əfqan adlı şəxsin də məlumatı olmuşdur. Onun kim tərəfindən döyülməsini təkidlə və dəfələrlə Təqsirləndirilən şəxs soruşsalar da, o, onlara heç bir məlumat verməyərək sadəcə hansısa kafedə tanımadığı 4-5 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Daha sonra göstərmişdir ki, qayını Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iddia etdiyi məbləğdə pulları oğurlayıb-oğurlamasını dəqiq bilmir. Sadəcə onu qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilkin olaraq onunla və digər qayını Elvin Quliyevlə görüşüb söhbət edən zaman 3700 manat məbləğində pulun oğurlanmasını bildirsə də, sonradan bu pulun miqdarı nədənsə artmışdır. Hesab edir ki, Zərərçəkmiş şəxs düzgün ifadə vermir. Həmçinin, göstərmişdir ki, onlara 15 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində məlumat verilmiş və həmin tarixdə də o, onlarla görüşə getmişdir. Ola bilsin ki, arvadı Şahid2 tarixi dəqiq xatırlamadığından tarixi yalnış qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, anasının səhhətində olan problemlərlə əlaqədar özlərinə məxsus olan ipoteka yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu MİDA yaşayış kompleksi ev 15 mənzil 49 nömrəli mənzili 12 sentyabr 2022-ci il tarixdə 65.338 (altmış beş min üç yüz otuz səkkiz) manat müqabilində Zaur adlı şəxsə satmışdır. Daha doğrusu aralarında olan razılığa əsasən həmin mənzil 86000 və ya səhv etmirsə 87000 manat müqabilində satılsa da, pulun qalan hissəsi Zaur adlı şəxs tərəfindən sonradan verilməli olmuşdur. Həmçinin, aralarında olan razılığa əsasən onlar həmin mənzili təxminən 1 ay sonra tərk etməli imişlər. Xülasə, alqı-satqı edildikdən sonra Zaur adlı həmin şəxs ona müxtəlif valyuta ilə 20700 (iyirmi min yeddi yüz) ABŞ dolları, 10800 (on min səkkiz yüz) avro və 11800 (on bir min səkkiz yüz) manat məbləğində olmaqla ona qeyd etdiyi kimi 65338 (altmış beş min üz yüz otuz səkkiz) manat məbləğində pul vermişdir. O, isə həmin pullan yaşadıqları həmin evə apararaq valyutalara uyğun olaraq üç bükümdə olmaqla mənzildə saxlamışdır. 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində isə o, həm avtomobili avtoyuma məntəqəsinə vermək həm də tanışlarla görüşmək üçün yaşadığı mənzili tərk edən zaman mənzildə heç kim olmadığından milli məzənnə ilə 65.338 (altmış beş min üç yüz otuz səkkiz) manat təşkil edən müxtəlif valyutada olan həmin pulları da özünə məxsus olan arxa tərəfi qara rəngli, ön tərəfi isə qarışıq rəngli olan dəri materialdan pul kisəsinin içərisinə yerləşdirib özü ilə götürərək özünə məxsus olan “BMW" markalı ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşdikdən sonra həmin pul kisəsini avtomobilin salononun saxlanc yerinə yerləşdirmişdir. Bundan sonra isə idarə etdiyi avtomobillə daimi müştərisi olduğu ünvan 9 ünvanda yerləşən avtoyuma məntəqəsinə gedərək avtomobilin yuyulması məqsədi ilə avtomobilin açarını həmin avtoyuma məntəqəsini işlədən Əfqan adlı şəxsə vermişdir. O. isə açarı həmişə ona məxsus olan avtomobili yuyan Fəzailə vermişdir. O, daimi müştəri olduğundan və heç bir neqativ halla rastlaşmadığından salonun saxlanc yerinə qoyduğu içərisində 65338 (altmış beş min üz yüz otuz səkkiz) manat məbləğində pul olan pul kisəsini özü ilə götürməmişdir. Bundan sonra isə tanışları ilə görüşmək üçün yaxınlıqda yerləşən “Xəlifə” adlı restorana getmişdir. Təxminən yarım saatdan sonra isə avtoyuma məntəqəsinə qayıdaraq avtomobili təhvil alaraq yaşadığı mənzilə qayıtmışdır. Ünvana çatan zaman avtomobilin salonunun saxlanc yerindən pul kisəsini də götürərək yaşadığı mənzilə qalxmışdır. Mənzilə qalxdıqdan sonra isə pul kisəsindən pulları çıxaran zaman sanki manat və dollar valyutası ilə olan pulların ayrılıqda bağlanıldığı rezin vasitənin yumşalmasını görüb şübhələnmişdir. Odur ki, pulları sayan zaman 2700 (iki min yeddi yüz) ABŞ dolları və 3200 (üç min iki yüz) manat məbləğində pulun çatışmadığının şahidi olmuşdur. Bir daha sayıb buna tam əmin olduqdan sonra həmin pullann avtoyuma məntəqəsində ya Əfqan ya da ki, Fəzail tərəfindən oğurlanmasına şübhə etmişdir. Dərhal mobil telefon vasitəsilə Əfqanla əlaqə saxlayıb məlumat verdikdə o, əsla belə bir hərəkət etmədiyini bildirmiş və orada işləyən Fəzailin isə avtoyuma məntəqəsindən çıxıb getməsini bildirmişdir. Onun tələbi əsasında Əfqan mobil telefon vasitəsilə Fəzaillə danışmış, sonuncu isə bunu təkzib etmiş, daha sonra isə mobil telefonu söndürmüşdür. Artıq həmin pulların məhz Fəzail tərəfindən oğurlanmasına əmin olduqdan sonra səhərisi gün yəni, 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİnin 28-ci Polis bölməsinə müraciət etmişdir. Məmin gün axşam saatlarında isə ona məxsus olan 2700 (iki min yeddi yüz) ABŞ dolları və 3200 (üç min iki yüz) manat məbləğində pulları oğurlamış Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis bölməsində olan zaman oğurluq etməsini etiraf etsə də, ümumilikdə 7790 (yeddi min yeddi yüz doxsan) manat deyil, cəmi 2000 (iki min) ABŞ dolları və 1300 (bir min üç yüz) manat məbləğində pul oğurlamasını bildirmişdir. Qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, ona məxsus olan avtomobilin salonundan daha dəqiq olaraq avtomobilin salonunda olan saxlanc yerində saxladığı pul kisəsinin içərisindən milli məzənnə ilə 4590 (dörd min beş yüz doxsan) manat təşkil edən 2700(iki min yeddi yüz) ABŞ dolları və 3200 (üç min iki yüz) manat məbləğində pul oğurlanmış və nəticədə ona ümumilikdə 7790 (yeddi min yeddi yüz doxsan) manat məbləğində maddi ziyan vurulmuşdur. Avro valyutası olan pulların içərisindən isə heç bir məbləğdə pul oğurlanmamışdır. Həmin pul vəsaitləri onun özünə məxsus olmuşdur. Belə ki, hadisədən təxminən iki gün əvvəl o, özünə məxsus olan mənzili satdığından həmin pullar satışın hesabına əldə edilmişdir. Oğurlanmış pullar iyirmi yeddi ədəd 100 ABŞ dolları, otuz iki ədəd 100 manatlıq əskinaslarla olmuşdur. Daha sonra göstərmişdir ki, o, həmin avtoyuma məntəqəsinə mütəmadi olaraq gəldiyindən və daimi müştəri olduğundan, həmçinin. Əfqan və Fəzaili bir neçə müddətdir ki, tanıdığından hansısa yalnış hərəkətin ediləcəyini düşünməmişdir. Odur ki, həmin vaxt qeyd edilən pulları üzərində götürməmişdir. Başqa hallarda isə o, ümumiyyətlə avtomobildə özünə məxsus olan heç bir əşyanı və ya pul vəsaitlərini saxlamır. O, cəmi yarım saat ərzində restorana gedib qayıtdığından heç nədən şübhələnmədiyi üçün içərisində pullar olan pul kisəsinin yerində olub-olmamasını və içərisində əksiklik olub-olmamasını yoxlamamışdır. Sadəcə yaşadığı ünvana çatdıqdan sonra pul kisəsini götürüb mənzilə qalxdıqdan sonra pulları saydıqda, ifadəsində qeyd etdiyi məbləğdə pulların çatışmamasının şahidi olmuşdur. Həmçinin, göstərmişdir ki, Təqsirləndirilən şəxs 3200 (üç min iki yüz) manat və 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitindən başqa avtomobildən heç bir əşya oğurlamamışdır. Bundan başqa göstərmişdir ki, Təqsirləndirilən şəxs dedikləri doğru deyildir. Təqsirləndirilən şəxs ona məxsus olan avtomobildən 2700 (iki min yeddi yüz) ABŞ dolları və 3200 (üç min iki yüz) manat məbləğində pul oğurlamışdır. Sadəcə özünü müdafiə xarakterli ifadə verdiyindən oğurladığı məbləği etiraf etməmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs 24 oktyabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, ilkin ifadəsində şübhələrinə tam əmin olmadığı üçün müəyyən məqamları qeyd etməmişdir. Qeyd etmişdir ki, o, özünə məxsus olan avtomobilin açarını Əfqana təhvil vermiş və avtoyuma məntəqəsinə qayıdan zaman da açarı Əfqandan təhvil alıb yaşadığı mənzilə getmişdir. Hesab edir ki, ona məxsus olan avtomobilin salonunun saxlanc yerində saxladığı pulların Fəzaillə yanaşı Əfqan tərəfindən oğurlanması ehtimalı da vardır. Belə ki, Təqsirləndirilən şəxs istər istintaq zamanı, istərsə də onun özü ilə həbs olunmamışdan əvvəl söhbət zamanı cəmi 2000 (iki min) ABŞ dolları və 1300 (bir min üç yüz) manat məbləğində pul oğurladığını, qalan pulları isə oğurlamadığını təkidlə bildirmişdir. Hərçənd ki, o, özünü müdafiə məqsədi ilə də bu formada ifadə verə bilər. Lakin bununla belə bu kimi məqamları təhlil etdikdən sonra hesab edir ki, ona məxsus olan pulların Təqsirləndirilən şəxs etiraf etdiyi məbləğdən kənarda qalan milli məzənnə ilə 1190 (bir min yüz doxsan) manat 700 (yeddi yüz) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pulun məhz Əfqan tərəfindən oğurlanması ehtimalı da vardır. Çünki, ona məxsus olan avtomobilin açarı məhz onun tərəfindən Əfqana verilmiş. Təqsirləndirilən şəxs də oğurluq etdikdən sonra açarı məhz Əfqana təhvil vermişdir. O, avtoyuma məntəqəsinə gələnə kimi olan interval ərzində isə pulların Əfqan tərəfindən də oğurlanması ehtimalı mümkündür. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həbs olunduqdan sonra Əfqan özü bir neçə dəfə onu görüb söhbət edən pulların qaytarılmasında maddi olaraq köməklik etmək istədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış pulların bacısına və ya bacısının ərinə verilməsi ehtimalı ilə bağlı da müəyyən şübhələri mövcuddur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tələb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramında ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, cinayət işi üzrə ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs barəsində obyektiv hökm çıxarılmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış milli məzənnə ilə 340 (üç yüz qırx) manat təşkil edən 200 (iki yüz) ABŞ dolları və 267 (iki yüz altmış yeddi) manat məbləğində kağız əskinasla pulların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış milli məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dolları və 267 manat məbləğində kağız əskinasla pulların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar